Məhkəmə qərarları › İş №2-1(103)-1213/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1213/2024

05.03.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1213/2024 05.03.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X5 Məmmədova (sədrlik edən və məruzəçi), Cahangir Afər oğlu Yusifovdan və X3 ibarət tərkibdə, Aytən Nadir qızı Kərimovanın katibliyi ilə, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, Bakı İnzibati Məhkəməsinin 26 oktyabr 2023-cü il tarixli, e-2-1(112)-8128/2023 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsindən xaric edilməsinə dair Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin rəis X1 27 iyul 2022-ci il tarixli, Ə1065Ş/H-038-22 saylı əmrinin ləğv edilməsi, polis serjantı İddiaçı Bakı şəhəri Səbail Rayon Mühafizə İdarəsinə polis nəfəri qismində xidmətə bərpa olunması barədə qərar qəbul edəsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 27 iyul 2022-ci il tarixdə heç bir hüquqi əsas olmadan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin rəisi X1 27 iyul 2022-ci il tarixli, Ə1065Ş/H-038-22 saylı əmri ilə Bakı Şəhəri Səbail rayonu Mühafizə İdarəsinin polis nəfəri vəzifəsindən xaric edilmişdir. Sözügedən əmr “Azərbaycan Respublikası daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamən”in 135-ci maddəsinin 9-cu bəndinə istinad edilərək qəbul edilmişdir. Lakin 27 iyul 2022-ci il tarixli əmrdə hansı hüquqazidd hərəkətləri nəticəsində onun xidmətə xitam verməkləri barədə heç bir məlumat qeyd ediməmişdir, inzibati (daxili) araşdırma aparılmamışdır və bunun nəticəsində həmin əmr Azərbaycan Respublikasının qanunvericiliyə zidd olaraq qəbul edilmişdir. Məhkəmə qərardadı ilə iddiaçının ərizəsinə əsasən cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsi əsl cavabdeh Daxili İşlər Nazirliyi ilə əvəz edilmişdir. İddiaçının ərizəsinə əsasən məhkəmə qərardadı ilə iddia tələbi “Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin rəisi, polis general-mayoru X2 tərəfindən verilmiş “Səbail RMl-nin polis nəfərləri, polis serjantları Elşad və İddiaçıların DlO-da xidmətdən xaric edilmələri barədə” 23 iyul 2022-ci il tarixli, Ə234-038-22 saylı əmrin İddiaçı DİO-da xidmətdən xaric edilməsinə dair olan 2-ci bəndinin ləğv edilməsi və polis serjantı İddiaçı Bakı şəhəri Səbail Rayon Mühafizə İdarəsinə polis nəfəri qismində xidmətə bərpa olunması” kimi dəqiqləşdirilmişdir. Bakı İnzibati Məhkəməsinin Bakı İnzibati Məhkəməsinin 26 oktyabr 2023-cü il tarixli, e-2-1(112)-8128/2023 saylı qərarı ilə iddia tələbi rədd edilmişdir. Qərardan narazı qalan iddiaçı iddia ərizəsilə eyni məzmunlu apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini xahiş etmişdir. TƏRƏFLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı və onun nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdirlər. Həmçinin, iddiaçı izahatında bildirmişdir ki, birinci instansiya məhkəməsində icraat zamanı təqdim edilmiş cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin əsl cavabdeh Daxili İşlər Nazirliyi ilə əvəz edilməsi barədə ərizə onun tərəfindən izalanmamışdır, bunu təsdiq etmir. Məhkəmə Kollegiyasının iclasında cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək şikayətin təmin edilməməsini xahiş etmişdir.Əlavə olaraq bildirmişdir ki, “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin vəzifəli şəxslərinin sistemində vəzifəli şəxslərin təyin, azad etmə və rütbə vermə səlahiyyətləri iizrə nomenklaturaların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Daxili İşlər Nazirliyyinin xx.xx.2020-ci il tarixli əmrinin 3.4 bəndinə əsasən iddiacının işdən azad edilməsi əmrinin verilməsi Baş Mühafizə idarələrinin rəislərinin səlahiyyətlərinə aiddir və hazırkı iş üzrə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi deyil, Baş Mühafizə idarəsi cavabdehdir. ƏSASLANDİRMA HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası tərəfləri dinləyib, iş materiallarını nəzərdən keçirib, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, işin halları tam araşdırılmadığından və İnzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, hazırkı iş məhkəmə icraatının davam etdirilməsi üçün həmin məhkəməyə göndərilməlidir. Belə ki, iş materiallarından görünür ki, İddiaçı Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsinin Ə234-038-22 saylı, xx.xx.2022-ci il tarixli əmri ilə “Azərbaycan Respublikası daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”nin 135-ci maddəsinin 9-cu bəndinə əsasən polis əməkdaşları adına ləkə gətirən hərəkətə yol verdiyinə görə xidmətdən xaric edilmişdir. İddiaçı müxtəlif illərdə “Daxili işlər orqanları əməkdaşlarının etik davranış kodeksi”nin tələblərini pozduğuna görə intizam məsuliyyətinə cəlb edilmişdir Eyni zamanda xidməti araşdırma zamanı müəyyən edilmişdir ki, İddiaçı Daxili işlər orqanlarının əməkdaşı adını uca tutmalı, davranışı ilə digərlərinə nümunə olmalı, vətəndaşların hüquqlarını qorumalı və hər kəsi hüquqa zidd əməllərdən müdafiə etməli olduğu halda, cəmiyyətdə qəbul olunmuş ailə-məişət normalarına riayət etməyərək xx.xx.2022-ci il tarixdə saat 22:00 radələrində qardaşı E.Qasımovla münaqişəli vəziyyət yaradaraq dalaşdığına və ona bədən xəsarəti yetirdiyinə, Səbail RPİ-nin 8-ci PB-də aparılan araşdırma zamanı yazılı izahat verməsi barədə xidmət etdiyi hissənin rəhbərliyinə və tabeliyində olduğu komandir heyətinə məruzə etmədiyinə, atasının vəfat etməsi ilə bağlı anket məlumatlarını yeniləmədiyinə, eləcə də yoxlama prosesində qeyri-səmimi mövqe tutduğuna, habelə xidmətdə mənfi xarakterizə olunduğuna, həmin hərəkətləri ilə «Daxili işlər orqanlan əməkdaşlarının etik davranış Kodeksi»nin 1, 2, 3, 12, 15, 16, 17 və 22-ci maddələrinin, «Azərbaycan Respublikası daxili işlər orqanlarının İntizam Nizamnaməsinin 3.1, 3.2, 3.9 və 60-cı bəndlərinin tələblərini kobud surətdə pozduğuna görə daxili işlər orqanları əməkdaşının adına və polisin nüfuzuna xələl gətirmişdir. Məhkəmə kollegiyası işin halları tam araşdırılmadığından və inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, hazırkı iş üzrə məhkəmə icraatının davam etdirilməsi üçün həmin məhkəməyə göndərilməsi barədə mövqeyini aşağıdakılarla əsaslandırır: 1.İş materiallarında olan (i/v-18) ərizədən görünür ki, birinci instansiya məhkəməsində icraat zamanı cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin əsl cavabdeh Daxili İşlər Nazirliyi ilə əvəz edilməsi barədə ərizə təqdim edilmişdir, lakin iddiaçı etiraz edir ki, həmin ərizə onun tərəfindən izalanmamışdır, yəni imzasını təsdiq etmir. 2.Birinci instansiya məhkəməsində icraat zamanı xx.xx.2023-cü il tarixli məhkəmə iclas protokolunda qeyd edildiyi kimi cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin əsl cavabdeh Daxili İşlər Nazirliyi ilə əvəz edilməsi barədə iddiaçı razılığının olduğunu təsdiq etmir.Həmin protokol məhkəmə iclas katibi tərəfindən aparılsa da katib tərəfindən imzalanmamışdır.

3. Birinci instansiya məhkəməsində icraat zamanı xx.xx.2023-cü il tarixli məhkəmə iclas protokolunda cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin əsl cavabdeh Daxili İşlər Nazirliyi ilə əvəz edilməsi qərara alınsa da, məhkəmənin həmin tarixli qərardadı ilə buraxılmış prosessual müddət bərpa olunarkən Qərardadın giriş və nəticə hissəsində cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsi nəzərdə tutulmuşdur.

4. Buraxılmış prosessual müddət bərpa olunması barədə xx.xx.2023-cü il tarixli qərardad cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə deyil, cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinə göndərilmişdir.(i/v-24).

5. “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin vəzifəli şəxslərinin sistemində vəzifəli şəxslərin təyin, azad etmə və rütbə vermə səlahiyyətləri iizrə nomenklaturaların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Daxili İşlər Nazirliyyinin xx.xx.2020-ci il tarixli əmrinin 3.4 bəndinə əsasən iddiacının işdən azad edilməsi və işə qəbul edilməsi əmrinin verilməsi Baş Mühafizə idarələrinin rəislərinin səlahiyyətlərinə aid edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.7-ci maddəsinin tələbinə görə apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər. İnzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə. Həmin Məcəllənin 87.9-cu maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi işin faktiki hallarını düzgün müəyyən etməmiş, həmçinin yuxarıda sadalananlarla əlaqədar prosessual hüquq normaları pozulmuş, məhkəmənin iş üzrə gəldiyi nəticə qanuni və əsaslı olmamışdır. Odur ki, iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli və iş məhkəmə icraatının davam etdirilməsi üçün həmin məhkəməyə göndərilməlidir.

NƏTİCƏVİ HİSSƏ

Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ: İddiaçının apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 26 oktyabr 2023-cü il tarixli, e-2-1(112)-8128/2023 saylı qərarı ləğv edilsin. İş baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilsin. Qərardaddan kassasiya şikayəti nəzərdə tutulmamışdır.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar