Məhkəmə qərarları › İş №2-1(103)-1213/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1213/2025

09.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1213/2025 09.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X4 Aktiv oğlunun sədrliyi və məruzəsilə, Məmmədova Şərafət Asif qızı və Məmmədov Ceyhun Bəşir oğlundan ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil və cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın qismən ləğvi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-6316/2024 nömrəli, 02 sentyabr 2024cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası m ü ə y y ə n e t d i: İddiaçı MMC cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Lokal Gəlirlər Baş İdarəsi tərəfindən "xxxx" MMC barəsində çıxarılmış xx.xx.2023-cü il tarixli **********176306 saylı vergi ödəyicisinin məsuliyyətə cəlb edilməsi barədə qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2023-cü il tarixli **********176306 saylı qərarının qismən - mənfəət və ƏDV hissəsində ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC aidiyyəti üzrə vergi orqanlarında əlavə dəyər vergisinin ödəyicisi kimi xx.xx.2017-ci il tarixdə qeydiyyatdan keçmiş və ********** saylı VÖEN almışdır. İddiaçı MMC faktiki olaraq digər qruplara daxil edilməyən ixtisaslaşdırılmış tikinti işləri ilə məşğul olmuşdur, heç bir mövcud qanunvericilik və qadağan olunmuş fəaliyyəti yoxdur. Yoxlanılan dövrdə İddiaçı MMC faktiki olaraq piyadalar üçün yolların tikintisi ilə məşğul olmuşdur. İddiaçı MMC -də 2004-cü ildən halhazırkı vaxta kimi MMC-nin sahibkarlıq fəaliyyəti dövründə bir neçə dəfə səyyar vergi yoxlaması aparılmış və heç bir vergilərin ödənilməsindən yayınma faktları aşkarlanmamışdır. Axırıncı dəfə xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək müəssisədə sonuncu mübahisələndirilən səyyar vergi yoxlaması aparılmışdır. Bu səyyar vergi yoxlaması dekabr 2019- noyabr 2022-ci illəri əhatə etmişdir. Vergi yoxlaması təqdim olunmuş ilkin mühasibat sənədləri, memorial-orderlər, baş kitab, dövriyyə cədvəlləri və vergilərin hesablanması üçün zəruri sənədlər əsasında aparılmışdır. Yoxlama zamanı müəssisənin faktiki rekvizitləri ilə vergi orqanlarında olan uçot məlumatlarında olan rekvizitlər arasında kənarlaşma aşkar edilməmişdir. Lakin buna baxmayaraq, xx.xx.2023cü il tarixdə **********166541 saylı səyyar vergi yoxlaması aktı tərtib edilmiş, bu aktın əsasında xx.xx.2023-cü il tarixli **********176306 saylı Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərar qəbul edilmişdir. Yoxlama dövrünə 2019-cu il üçün 375629.85 manat mənfəət vergisi və 2020- 2022-ci illər üçün 97296.97 manat əlavə dəyər vergisi, 2021-2022-ci illərə 2340 manat ödəmə mənbəyində tutulan vergi, 2022-ci il üçün 1092.23 manat muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, ümumilikdə 476359.51 manat və bütün bunlara müvafiq 238179.77 manat maliyyə sanksiyası hesablanmışdır. Müəssisənin mühasibat sənədlərini vergi qanunvericiliyinə müvafiq olaraq araşdırıb nəzərdən keçirilsə, vergiyə cəlb edilməli olan məbləğin reallığa uyğun olmadığı görünür. Vergilər hesablanarkən vergitutma bazası, yəni vergitutma obyektinin vergi tutulan hissəsinin kəmiyyət göstəricələri düzgün araşdırılmamış, faktiki göstəriciləri hansı tarixdə müəyyən olunmuş hesab edilməsi düzgün qiymətləndirilməmişdir. Müəssisəyə əlavə hesablanmış vergilərin əsasını təşkil edən vergitutma obyekti və qaydaları səyyar vergi yoxlaması ilə düzgün müəyyən edilmədiyindən müəssisəyə yoxlama aktı ilə əlavə vergilər vergi qanunvericiliyinə uyğun olmayaraq, qeyri obyektiv, reallıqdan uzaq olaraq hesablanmışdır. Səyyar vergi yoxlaması zamanı müəssisənin fəaliyyəti ilə əlaqədar və götürdüyü digər vergi öhdəlikləri üzrə vergiləri azadılması müəyyən edilməmişdir, çünki bu faktlar heç olmamışdır. İddiaçı MMCdə dekabr 2019-noyabr 2020-ci il tarixədək dövrü əhatə edən vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə növbədənkənar səyyar vergi yoxlaması aparılmış və yoxlamanın nəticələri xx.xx.2023-cü il tarixli **********166541 saylı səyyar vergi yoxlaması aktı ilə rəsmiləşdirilmişdir. Həmin səyyar vergi yoxlaması aktı qanunvericiliyin tələbləri kobud sürətdə pozulmaqla tərtib edildiyindən həmin aktı imzalamaqdan imtina edilmişdir. Bütün bunlar göstərir ki, vergi ödəyicisi İddiaçı MMC-yə qarşı qərəzli mövqe tutulmuş, ona qarşı ədalətsiz və qeyri qanuni vergilər hesablanmışdır. Heç bir analoji vergi ödəyicisinə və əlaqəli məlumatlara istinad edilməmişdir. Səyyar vergi yoxlaması aktından göründiyi kimi əlavə vergilərin hansı mənbəyə istinadən hesablanması öz əksini tapmamışdır. Yoxlamanın aparılma müddətinə də nəzər salınsa, bunun prosessual qanun pozuntusu ilə aparılması halı mövcuddur, yəni göründüyü kimi 7 ay ərzində səyyar vergi yoxlaması aparılmışdır. Səyyar vergi yoxlaması Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən güya vergi ödəyicisinin vergi orqanında olan uçot-baza məlumatlarına və digər əlqəali məlumatlara əsasən vergidən yayınma riskləri müəyyən edilmişdir. Bu məlumatlardan iddiaçının xəbəri yoxdur, mövcudluğundan məlumatsızdır. Belə ki, bütün sənədlər vergi orqanına təqdim olunmuşdur. Əgər təqdim olunmazsa, vergi orqanı tərəfindən Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən akt tərtib olunmalıdır. Belə akt isə tərtib olunmamışdır. Vergi Məcəlləsinin 49.2-ci maddəsinə əsasən vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarda vergi yoxlaması ilə müəyyən olunan vergi qanunvericiliyinin pozulmasının şəraiti, həmin şəraiti təsdiq edən sənədlər və digər məlumatlar, vergi ödəyicisinin özünün müdafiəsi üçün gətirdiyi dəlillər və bu dəlillərin yoxlanılmasının nəticələri, vergi qanunvericiliyinin pozulmasına görə tətbiq olunan məsuliyyət tədbirlərini nəzərdə tutan müvafiq qanunların maddələri göstərilməklə, vergi ödəyicisinin vergi qanunvericiliyinin konkret hansı tələblərinin pozulmasına görə məsuliyyətə cəlb olunması ona izah olunur. Lakin vergi orqanın xx.xx.2023-cü il tarixli məsuliyyət qərarında bu maddənin tələbinə zidd olaraq, vergi yoxlaması ilə müəyyən olunan vergi qanunvericiliyinin pozulmasının şəraiti, yəni vergilərin azaldılması vəziyyəti və bu pozuntuları təsdiq edən sənədlər və digər məlumatlar göstərilməmişdir. Vergi qanunvericiliyin konkret hansı tələblərinin pozulmasına görə məsuliyyətə cəlb olunması vergi ödəyicisinə izah olunmamışdır. Qərar vergi qanunvericiliyinin tələblərinə zidd olaraq, çox səthi və formal hazırlanmışdır. Təqdim edilmiş səyyar vergi yoxlaması aktı, səyyar vergi yoxlamasının keçirilməsi qaydalarına əməl etmədən və konkret sənədlərə, görülmüş işlərə, çəkilən xərclərə əsaslanmadan Vergi Məcəlləsinin müddəaları pozulmaqla tərtib edilmişdir. Bundan başqa, müəssisə gördüyü işlərə görə əldə etdiyi gəlirdən Vergi Məcəlləsinin tələblərinə uyğun olaraq bütün vergiləri hesablamış və dövlət büdcəsinə ödəmişdir. X7 Baş İdarəsinin əməkdaşları tərəfindən aparılan yoxlama zamanı görülmüş işlərə və göstərilmiş xidmətlərə görə çəkilmiş xərclərin düzgün hesablanmadığı, işləri qəbul edən bütün cavabdeh dövlət orqanlarının hesablamalarının səhv aparıldığı iddia edilərək müəssisə tərəfindən işlərin görülməsi üçün alınmış, alınarkən ödənilmiş və əvəzləşdirilmiş ƏDV-lərin bir hissəsi müəssisəyə sanksiya kimi hesablanmışdır. Vergi orqanının ehtimallarına görə alınmış malların bir qisminin tikintiyə istifadə edilmədiyi qeyd edilmişdir. Müəssisədə aparılan bütün ödəmələr nağdsız qaydada həyata keçirilmişdir. Qeyd edilənlər yoxlamanın nəticələrinin əsassız olmasını təsdiq edən hallardır. Hesablamaların əsasını vergi orqanı tərəfindən dəvət edilmiş “Azərbaycan Respublikası Ticarət-Sənaye Palatasının “Azərekspertiza” Birliyinin mütəxəssisi tərəfindən süni surətdə müəssisənin forma-2-lər də yerinə yetirilmiş iş və xidmətlərin mal-materialın həcmi ilə cəmiyyət tərəfindən mənfəət vergisinin gəlirləri ilə bağlı silinən mal-materialın həcmi arasında fərqlər çıxarılmışdır. Rəydə mütəxəssis tərəfindən bir cümlə ilə göstərilmişdir ki, bütün mallar üzrə material xərcini müəyyən etmək mümkün olmamışdır. Vergi orqanı bunu əsas götürərək mənfəət vergisini Vergi Məcəlləsinin 83.9-cu maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 55 saylı qərarına əsasən (əlavə və dəyişiklər nəzərə alınmaqla) şərti rentabellik səviyyəsi 20% götürərək hesablamışdır. Vergi Məcəlləsinin 83.9-cu maddəsinə əsasən vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı halda, həmin mənfəət (gəlir) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydalar əsasında hesablanır. Mütəxəssis rəyi özü də kobud pozuntularla tərtib edilmiş və qanunvericiliyin tələblərinə uyğun gəlmir. Göründüyü kimi müəssisə tərəfindən ilkin mühasibat sənədlərinin tam surətdə təqdim edilməsinə baxmayaraq, vergi orqanı tərəfindən mənfəət vergisi hesablanarkən Vergi Məcəlləsinin 67-ci maddəsinə istinad edilmədən, yəni müəssisənin əlaqəli məlumatlar vasitəsi ilə mənfəətinin hesablanması yolu ilə deyil, birbaşa həmin Məcəllənin 83.9-cu maddəsinə istinad edilməklə 20% rentabellik əsasında hesablamalar aparılmışdır. Əslində isə bu günün reallıqları ilə bu qaydada rentabelliklə işləyən heç bir vergi ödəyicisi mövcud deyildir, bu cür mənfəətin əldə edilməsi reallıqdan çox uzaqdır. Bu hissədə əlaqəli məlumatlar və mütəxəssis cəlbetmə yolu ilə real mənfəətin müəyyən edilməsi sadə bir yol olmasına baxmayaraq, vergi orqanı qərəzli olaraq müəssisəyə şişirdilmiş mənfəət vergisi çıxarmışdır. Vergi Məcəlləsinin 67.2-ci maddəsinə əsasən analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin müəyyənləşdirilməsi barədə müvafiq İdarəyə xx.xx.2023-cü il tarixli **********523900 nömrəli məktubla müraciət olunmuş və cavab məktubunda analoji müəssisə olaraq "xxxx" MMC (VÖEN: **********), "xxxx" MMC (VÖEN: **********), "xxxx" MMC-nin (VÖEN: **********) həmin fəaliyyət növü ilə məşğul olduğu müəyyən edilmişdir. Müəssisə Bakı şəhərində piyada səkilərinin quraşdırılması və körpü tunellərinin kənarı üçün nəzərdə tutulan məhəccərlərin quraşdırılması fəaliyyəti ilə məşğul olduğundan digər analoji müəssisələrin tapılması mümkün olmamışdır. Lakin həmin müəssisələrin fəaliyyət göstərdiyi ərazinin, təqdim etdiyi və əldə etdiyi mal, iş və xidmətlərin dəyərinin, işçi sayının və digər iqtisadi göstəricilərinin eyni olmadığı üçün qeyd edilən analoji müəssisələrin vergi orqanında olan məlumatlarından istifadə edilməmişdir. Vergi ödəyicisinin ödəməli olduğu verginin məbləğini Vergi Məcəlləsinin 67.1-ci maddəsində sadalanan əlaqəli məlumatların müəyyən edilməməsi səbəbindən hesablamaq mümkün olmamışdır. Bu da səyyar vergi yoxlamasının qərəzli aparılmasına dəlalət edir. ƏDV hissəsində isə vergi orqanı tərəfindən müəssisənin mallarının invertallaşması aparılmadığından, eyni zamanda ƏDV-nin böyük əksəriyyətinin dövlət büdcəsinə ödənilməsi, qarşılığında isə həmin mallarınn əksəriyyətinin müəssisənin forma №2 sənədlərinə uyğun olaraq işlədilməsinin uyğunluğu, kəmiyyət və keyfiyyət göstəriciləri, ƏDV-nin eyni işə görə iki dəfə artıq tutulması yoxlamada nəzərə alınmamışdır. Ödəmə mənbəyindən və muzdlu işə görə ödəmə mənbəyindən vergilər hesablanarkən də, qanunvericiliyə uyğun olmayan vergilər tətbiq edilmişdir. Halbuki, müəssisənin özünün verdiyi hesabatlar üzrə işçi sayı və əmək tutumu müəssisənin yerinə yetirdiyi işlərə tam uyğunluq təşkil edir. Vergi orqanı “Azərbaycan Respublikası Ticarət- Sənaye Palatasının “Azərekspertiza” Birliyinin mütəxəssis rəyinin mötəbərliyini qabardaraq ön plan çıxarmış, bütün hesablamaları rəyə istinad etmişdir. Eyni zamanda, “İnzibati icraat haqqında” Qanunun 41.4-cü maddəsinə 29 noyabr 2019-cu il tarixli dəyişikliyə əsasən ekspertiza inzibati orqanın qərarı və ya maraqlı şəxslərlə bağlanan müqavilə əsasında məhkəmə ekspertizası idarələrinin ekspertləri və ya özəl məhkəmə ekspertləri tərəfindən keçirilir. Bu zamann həmin özəl ekspertlər belə müvafiq Ədliyyə Nazirliyi tərəfindən verilmiş sertifikat şəhadətnamə əsasında fəaliyyət göstərə bilər. Bundan başqa səyyar vergi yoxlaması zamanı vergilərin hesablanması üçün istifadə edilən mütəxəssis rəyində qeyd edildiyi kimi müəssisənin dövriyyəsi ehtimal əsasında hesablanmışdır. Belə ki, müəssisə tərəfindən reallıqda işlərin görülməsi və xidmətlərin göstərilməsi, bunlara müvafiq olaraq dövlət büdcəsinə etdiyi külli miqdarda ödənişlər əsassız olaraq nəzərə alınmamışdır. Mütəxəssis tərəfindən eyni zamanda müəssisənin çəkdiyi xərclərin obyektiv aparılmamışdır ki, bu da sonda səyyar vergi yoxlama aktında yazılmış böyük məbləğdə mənfəət vergisinin hesablanmasına gətirib çıxarmışdır. ƏDV hissəsində də müəssisə tərəfindən büdcəyə ödənilmiş ƏDV əvəzləşdirilməmiş ƏDV kimi qəbul edilərək yanlış hesablamalar aparılmışdır. Əlbətdə ki, düzgün və qanuni mühasibatlıq ekspertizası həyata keçırılərsə və müəssisənin xərclərinin uçotu qanuna uyğun və ciddi hesabat blankları əsasında aparılarsa səyyar vergi yoxlamasının nəticələri düzgün olmaması öz əksini tapa bilər. Halbuki, səyyar vergi yoxlaması aktında da göstərildiyi kimi Vergi Məcəlləsinin 36.2-ci maddəsinə əsasən vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdır. Lakin vergi orqanı tərəfindən qeyd edilən qanunvericiliyin tələbləri kobud şəkildə pozularaq cəlb edilmiş mütəxəssis tərəfindən ehtimal ilə müəyyən edilmiş istehsal həcmindən və dövriyyədən vergilər hesablanmışdır. Qeyd edilənlərdən bir daha aydın olur ki, aparılmış səyyar vergi yoxlamasının nəticələri düzgün deyil və həmin məbləğlər ehtimallara əsasən müəyyən edilmişdir. Vergilər isə ehtimallar əsasında hesablana bilməz. “İnzibati icraat haqqında” qanunun 67-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır, qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə tərəfindən ləğv oluna bilər. Yoxlama zamanı Azərbaycan Respublikası Vergi Məcəlləsinin 38-39-cu maddələrinin tələblərinə tam olaraq riayət edilməmişdir, səyyar vergi yoxlanmasının nəticələri rəsmiləşdirilərkən təqdim edilmiş sənədlər tam araşdırmadığından akt tərtib edilərkən yanlış hesablamalara və maliyyə sanksiyasına yol verilmişdir. Bakı İnzibati Məhkəməsinin (hakim Aygün Əhədova) e-2-1(112)-6316/2024 nömrəli, 02 sentyabr 2024-cü il tarixli qərarı ilə iddia tələbi təmin edilmiş, cavabdeh Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2023-cü il tarixli **********176306 saylı “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarı mübahisələndirilən hissədə - hesablanmış mənfəət, əlavə dəyər vergisi və həmin məbləğlərə mütənasib VM-nin 58.1-ci maddəsinə əsasən maliyyə sanksiyası hissəsində ləğv edilmişdir. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı MMC cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, səyyar vergi yoxlamasının nəticəsi üzrə qəbul edilmiş “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2023-cü il tarixli **********176306 nömrəli qərarın ləğv edilməsini xahiş etmişdir. İnzibati iş məhkəmənin icraatında olduğu dövrdə iddiaçı iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, qərarın mənfəət vergisinin hesablanması və həmin məbləğə tətbiq edilən maliyyə sanksiyası hissəsində ləğv edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə iddianın dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmiş və dəqiqləşdirilmiş tələbə uyğun işə mahiyyəti üzrə baxılmışdır. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə iddiaçının iddia tələbi təmin edilərək, cavabdeh Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2023-cü il tarixli **********176306 nömrəli qərarı mübahisələndirilən hissədə - hesablanmış mənfəət, əlavə dəyər vergisi və həmin məbləğlərə mütənasib Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən maliyyə sanksiyası hissəsində ləğv edilmişdir. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə razı deyil. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli **********166478 nömrəli qərar ilə “ÇİNAR-R" MMC-nin sahibkarlıq fəaliyyəti üzrə vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədilə Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən xx.xx.2019-cu ildən xx.xx.2022-ci ilədək olan dövr üzrə növbədənkənar səyyar vergi yoxlaması keçirilmişdir. Yoxlama xx.xx.2022-ci il tarixdə sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyatdan keçirilmişdir (№ KY211879531; xx.xx.2022-ci il). Səyyar vergi yoxlaması aktının 1.8-ci bəndinə əsasən yoxlama ilə əhatə olunan dövrdə "xxxx" MMC faktiki olaraq piyadalar üçün yolların tikintisi ilə məşğul olmuşdur. Yoxlamanın əhatə etdiyi dövr üzrə cəmiyyətə aşağıdakı vergi növləri üzrə əlavə vergi məbləğləri hesablanmış və maliyyə sanksiyaları tətbiq edilmişdir. Yoxlama nəticəsində vergi ödəyicisi tərəfindən yoxlanılan dövr üzrə 224.760,89 manat vergilərin (mənfəət vergisi üzrə 375.629,85 manat az, 59.209,66 manat artıq, əlavə dəyər vergisi üzrə 97.296,97 manat az, 192.087,26 manat artıq, əmlak vergisi üzrə 194,27 manat artıq, ödəmə mənbəyindən tutulan vergi üzrə 2.340,00 manat az, muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannamələri (hesabatı) üzrə Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannamələri (hesabatı) üzrə 1.092,69 manat az, 107,63 manat artıq hesablama) dövlət büdcəsinə ödənilməkdən yayındırılmışdır. Vergi ödəyicisi yoxlama ilə əhatə olunan dövrdə mənfəət vergisinin ödəyicisi olmuşdur. Yoxlama ilə 2019-cu, 2020-ci və 2021-ci illər üzrə mənfəət vergisi bəyannamələri əhatə edilmişdir. Yoxlama ilə müəyyən edilmişdir ki, vergi ödəyicisi tərəfindən Vergi Məcəlləsinin 104-cü maddəsinin tələbləri pozulmuşdur. Səyyar vergi yoxlaması ilə Vergi Məcəlləsinin 104-cü, 134-cü, 135-civə 136-cı maddələrinin tələblərinə müvafiq olaraq vergi ödəyicisinin vergi orqanında olan uçot-baza məlumatları, vergi ödəyicisinin bank hesablarının hərəkəti barədə hesabların yerləşdiyi banklardan alınmış rəsmi məlumatlar, vergi ödəyicisi tərəfindən yoxlamaya təqdim edilmiş sənədlər, forma-2lər və “Azərbaycan Respublikası Ticarət-Sənaye Palatasının “Azərekspertiza” Birliyinin mütəxissisi tərəfindən təqdim edilmiş rəy əsasında müəssisənin gəlirləri və xərcləri, habelə gəlirin və xərcin çəkilməsi vaxtı müəyyən edilərək mənfəət vergisi üzrə məlumatların dürüstləşdirilməsi təmin edilmişdir. Mənfəət vergisinin məqsədləri üçün gəlirin əldə edilmə vaxtı vergi ödəyicinin tətbiq etdiyi gəlirlərin və xərclərin uçotu metodundan asılı olaraq müəyyən edildiyindən 2019-cu, 2020-ci və 2021-ci illər mənfəət vergisi üzrə bəyannamələrdə gəlirlər həmin illər üzrə təqdim edilmiş e-qaimələr üzrə malların (işlərinin, xidmətlərin) təqdim edilməsi dəyəri götürülmüşdür. Qeyd olunduğu kimi Azərbaycan Respublikası Ticarət-Sənaye Palatasının “Azərekspertiza” Birliyinin mütəxəssisi tərəfindən təqdim edilmiş xx.xx.2023-cü il tarixli rəy əsasında müəssisənin gəlirləri və xərcləri, habelə gəlirin və xərcin çəkilməsi vaxtı müəyyən edilərək 2019-2020-2021-ci illər üzrə mənfəət vergisinin gəlirləri ilə bağlı xərclərin dürüstləşdirilməsi araşdırılmışdır. Mütəxəssis rəyinə əsasən müəyyən edilmişdir ki, 2019-cu, 2020-ci və 2021-ci illər üzrə yerinə yetirilmiş iş və xidmətlərə (forma-2 lər də) çəkilən mal-materialın həcmi ilə cəmiyyət tərəfindən 2019-cu, 2020- ci və 2021-ci illər mənfəət vergisinin gəlirləri ilə bağlı silinən mal-materialın həcmi arasında fərqlər mövcuddur. Belə ki, bu barədə aktın ƏDV hissəsində qeyd edildiyi kimi mütəxəssis rəyin nəticələrinə əsasən qranit bardür 6863,75 p/m dəyəri 456439,33 manat, asfalt 164,67 kubmetr dəyəri 21587,01 manat, keramik plitə 1271,17 kv.m dəyəri 59605,00 manat olmaqla mal-materalların cəmi 537631,34 manat dəyərində (456439,3 + 21587.01 + 59605,0) əskikgəlməsi müəyyən edilmişdir. Lakin mütəxəssis tərəfindən forma-2-lərdə qeyd olunan bütün mallar üzrə material xərcini müəyyən etmək olmamışdır. Göstərilənlərə əsasən müəssisə tərəfindən üçotun düzgün aparılmadığı, eləcə də mütəxəssis tərəfindən forma-2-lər üzrə material xərcini tam müəyyən etmək mümkün olmadığı üçün xərcləri müəyyən etmək mümkün olmamış və yoxlama ilə əhatə olunan dövr üzrə 2019-cu, 2020ci və 2021-ci illər üzrə məfəət vergisi gəlirin əldə edilməsi ilə bağlı xərcləri müəyyən etmək mümkün olmadığı üçün həmin illər üzrə mənfəət vergisi Vergi Məcəlləsinin 83.9-cu maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 55 saylı qərarına əsasən (əlavə və dəyişikliklər nəzərə alınmaqla) şərti rentabellik səviyyəsi 20% götürülərək hesablanmışdır. "xxxx" MMC tərəfindən faktiki olaraq fəaliyyəti üzrə ödənilməli olan vergilərin əlaqəli məlumatlara əsasən müəyyənləşdirilməsi üçün Vergi Məcəlləsinin 67.2-ci maddəsinə əsasən analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin müəyyənləşdirilməsi barədə müvafiq idarəyə xx.xx.2023-ci il tarixli **********523900 nömrəli məktubla müraciət olunmuş və cavab məktubunda analoji müəssisə olaraq "xxxx" MMC(VÖEN **********), "xxxx" MMC (VÖEN **********), "xxxx" MMC-nin (VÖEN **********) həmin fəaliyyət növü ilə məşğul olduğu müəyyən edilmişdir. Müəssisə Bakı şəhərində piyada səkilərinin quraşdırılması və körpü və tunellərinin kənarı üçün nəzərdə tutulan məhəccərlərin quraşdırılması fəaliyyəti ilə məşğul olduğundan digər analoji müəssisələrin tapılması mümkün olmamışdır. Lakin həmin müəssisələrin fəaliyyət göstərdiyi ərazinin, təqdim etdiyi və əldə etdiyi mal, iş və xidmətlərin dəyərinin, işçi sayının və digər iqtisadi göstəricilərinin eyni olmadığı üçün qeyd edilən analoji müəssisələrin vergi orqanında olan məlumatlarından istifadə edilməmişdir. Vergi ödəyicisinin ödəməli olduğu verginin məbləğini Vergi Məcəlləsinin 67.1-ci maddəsində sadalanan əlaqəli məlumatların müəyyən edilməməsi səbəbindən hesablamaq mümkün olmamışdır. 2019-cu il üzrə: 2019-cu il üzrə mənfəət vergisinin hesablanmasının düzgünlüyü yoxlanılan zaman aşağıdakılar müəyyən edilmişdir. 2019-cu il üzrə təqdim edilmişi mənfəət vergisi bəyannaməsində ümumi dövriyyə 11363432,03 manat, gəlirlərin əldə edilməsi ilə bağlı xərclər 11347675,91 manat olmaqla vergiyə cəlb olunan mənfəət 15756,12 (11363432,03 - 11347675,91) manat, vergi məbləği 3151,22 (15756,12 *20%) manat olmaqla bəyan edilmişdir. Cəmiyyət tərəfindən təqdim edilmiş sənədlərə e-qaimələrə, forma-2-lərə əsasən mənfəət dövriyyəsi 2019-cu ildə 11.363.432,03 manat müəyyən edilmişdir. Beləki, 2019-cu ilin müvafiq dövrlərində müəyyən edilmiş dövriyyə malların (işlərinin, xidmətlərin) təqdim edilməsindən yaranmışdır. Təqdim edilmiş və əldə edilmiş sənədlər əsasında xərcləri tam müəyyən etmək mümkün olmamışdır. Yoxlama ilə 2019-cu il üzrə 378.781,07 (1.893 905,34*20%) manat vergi hesablanmış və təqdim edilən bəyannamə üzrə hesablanmış 3.151,22 manat vergi məbləği nəzərə alınmaqla 375.629,85 (378.781,07-3151,22) manat verginin azaldıldığı müəyyən edilmişdir. 2020-ci il üzrə: 2020-ci il üzrə mənfəət vergisinin hesablanmasının düzgünlüyü yoxlanılan zaman aşağıdakılar müəyyən edilmişdir. 2020-ci il üzrə təqdim edilmiş mənfəət vergisi bəyannaməsində ümumi dövriyyə 1.899.278,90 manat, gəlirlərin əldə edilməsi ilə bağlı xərclər 1327011,89 manat olmaqla vergiyə cəlb olunan mənfəət 572267,01 (1899278,90 -1327011,89) manat, vergi məbləği 114453,40 (572267,01 *20%) manat olmaqla bəyan edilmişdir. Yoxlama ilə əldə edilmiş sənədlərə əsasən mənfəəət dövriyyəsi 2020-ci ildə 1.899.278,90 manat müəyyən edilmişdir. Belə ki, 2020-ci ilin müvafiq dövrlərində müəyyən edilmiş dövriyyə görülmüş işlərinin (xidmətlərin) təqdim edilməsindən yaranmışdır. Təqdim edilmiş və yoxlama ilə əldə edilmiş sənədlər əsasında xərcləri tam müəyyən etmək mümkün olmamışdır. Yoxlama ilə 2020-ci il üzrə 63309,30 (316546,48*20%) manat vergi hesablanmış və təqdim edilən bəyannamə üzrə hesablanmış 114453,40 manat vergi məbləği nəzərə alınmaqla 51144,1 (63309,30 - 114453,40) manat verginin artıq hesablanması müəyyən edilmişdir. 2021-ci il üzrə: Yoxlama ilə 2021-ci il üzrə mənfəət vergisinin hesablanmasının düzgünlüyü yoxlanılan zaman aşağıdakılar müəyyən edilmişdir. 2021-ci il üzrə təqdim edilmiş mənfəət vergisi bəyannaməsi kameral münasibət bildirilməklə ümumi dövriyyə 688593,28 manat, gəlirlərin əldə edilməsi ilə bağlı xərclər 533499,91 manat olmaqla vergiyə cəlb olunan mənfəət 155093,37 (688593,28 - 533499,91) manat, vergi məbləği 31018,67 (155093,37 *20%) manat olmaqla bəyan edilmişdir. Yoxlama ilə əldə edilmiş sənədlərə əsasən mənfəət dövriyyəsi 2021-ci ildə 688593,28 manat müəyyən edilmişdir. Belə ki, 2021-ci ilin müvafiq dövrlərində müəyyən edilmiş dövriyyə görülmüş işlərinin (xidmətlərin) təqdim edilməsindən yaranmışdır. Təqdim edilmiş və yoxlama ilə əldə edilmiş sənədlər əsasında xərcləri tam müəyyən etmək mümkün olmamışdır. Yoxlama ilə 2021-ci il üzrə 22953,11 (114765,55*20%) manat vergi hesablanmış və təqdim edilən bəyannamə üzrə hesablanmış 31018,67 manat vergi məbləği nəzərə alınmaqla 8.065,56 (22953,11- 31018,67) manat verginin artıq hesablanması müəyyən edilmişdir. Əlavə dəyər vergisi üzrə: Yoxlama zamanı sənədlərlə müəyyən edilmişdir ki, müəssisə satış dövriyyəsini təqdim etdiyi sənədlərdə düzgün əks etdirməmişdir. Belə ki, yoxlama ilə əhatə olunan dövr üzrə vergi ödəyicisi tərəfindən təqdim edilən forma-2-lərdə xx.xx.2019-cu il tarixdən xx.xx.2022-ci il tarixədək olan dövr üzrə yerinə yetirilmiş tikinti quraşdırma işlərinin tərkibində tikinti materialları sərfiyyatının həcmini müəyyən etmək üçün dəvət edilmiş mütəxəssis tərəfindən rəy təqdim edilmişdir. Yoxlama zamanı vergi ödəyicisi tərəfindən qranit bardur 14093,0 p/m dəyəri 1014710,0 manat, asfalt 1921,75 kubmetr dəyəri 251922,51 manat, keramik plitə 9449,27 kv.m dəyəri 463500,58 manat dəyərində olmaqla mal-materalların aldığı müəyyən edilmişdir. Mütəxəssis tərəfindən təqdim edilmiş rəyə əsasən qranit bardur 7229,25 p/m, asfalt 1.757,08 kubmetr, keramik plitə 8.178,10 kv.m dəyərində olmaqla mal-materalların aldığı müəyyən edilmişdir. Rəyin nəticələrinə əsasən qranit bardür 6863,75 p/m dəyəri 456439,33 manat, asfalt 164,67 kubmetr dəyəri 21.587,01 manat, keramik plitə 1271,17 kv.m dəyəri 59605,00 manat olmaqla malmateralların cəmi 537.631,34 manat dəyərində (456439,3 +21587,01 +59605,0) əskik gəlməsi müəyyən edilmişdir. Müəssisə tərəfindən təqdim olunmuş mal qalığı ilə bağlı sənədlərə, eləcə də mənfəət vergisinin əlavəsinə əsasən yoxlama dövrünün sonuna mal qalığının olmadığı müəyyən edilmişdir. Vergi Məcəlləsinin 159.1-ci maddəsinə əsasən malların təqdim edilməsi, işlərin görülməsi, xidmətlərin göstərilməsi, Azərbaycan Respublikası ərazisində istehsal olunan kənd təsərrüfatı məhsullarının pərakəndə satışı zamanı tətbiq edilən ticarət əlavəsi və vergi tutulan idxal vergitutma obyektidir. 2022-ci il yanvarın 1-dən 3 il müddətində kənd təsərrüfatı məhsullarının (yerli və xarici mənşəli) topdan və pərakəndə satışızamanı tətbiq edilən ticarət əlavəsi vergitutma obyektidir. Vergi Məcəlləsinin 159.1-ci və maddəsinin müddəaları nəzərə alınmaqla əlavə vergilər hesablanmışdır. Yoxlama ilə İddiaçı MMC-yə Vergi Məcəlləsinin 67.15-ci və 159.1-ci maddələrinə əsasən kənarlaşdırılan 537631,34 manat dövriyyə üzrə (537631,34 *18%) 96773,64 manat ƏDV hesablanmışdır. Vergi ödəyicisi təqdim edilmiş bəyannamə məlumatlarına əsasən əvəzləşdirmə üçün təqdim edilmiş EBAR seriyalı 156868 və EBAR seriyalı 552728 nömrəli elektron qaimə-fakturası (VHF-si) üzrə 523,33 manat ƏDV məbləği ödənilmədiyi üçün, bu elektron qaimə-fakturası (VHF-si) üzrə 523,33 manat ƏDV hesablanmışdır. Vergi ödəyicisi daxili bazardan alınmış mallara görə yoxlanılan dövrdə əldə etdiyi EQF-dan 192 087,26 manat ƏDV-ni əvəzləşdirməmişdir. Yoxlama ilə 192087,26 manat ƏDV əvəzləşməyə bərpa edilmişdir. Ödəmə mənbəyində tutulan vergi üzrə: Yoxlama zamanı müəyyən edilmişdir ki, müəssisə ödəmə mənbəyində tutulan verginin ödəyicisi olmuşdur. 2021-ci ilin 1-2-3-4-cü rübləri üzrə və 2022-ci ilin 1-ci rübü üzrə bəyannamə icarəyə götürülmüş təsərrüfat subyektinə (obyektinə) görə icarə müqaviləsi bağlanmasına baxmayaraq, bəyannamə təqdim etməmiş və Vergi Məcəlləsinin 124.1-ci maddəsinə əsasən 840,0 manat ödəmə mənbəyində tutulan vergi hesablanmışdır. Eyni zamanda yoxlamaya təqdim edilmiş nağd pul vəsaitlərinin hərəkəti barədə cədvələ əsasən cəmiyyətin təsisçisi X3 dividend gəliri üzrə 13.500,0 manat ödəniş edilmiş lakin ÖMV hesablanmamışdır. Vergi Məcəlləsinin 122.1-ci maddəsinə əsasən 1.500,0 manat ÖMV hesablanmışdır. Yoxlama ilə yoxlanılan dövr üzrə ödəmə mənbəyində tutulan verginin 2340,0 manat azaldılması aşkar olunmuşdur. Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannamələri (hesabatı) üzrə Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannamələri (hesabatı) üzrə: "Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannamələri (hesabatı)bəyannamələri təqdim edilmişdir. "Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannamələri (hesabatı)"nda işçilərin faktiki işlədiyi iş günləri göstərici məlumatlarının bəyannamələrdə düzgün əks etditrilməməsi nəticəsində vergi məbləğinin azaldılması və artıq hesablanması aşkar edilmişdir. Səyyar vergi yoxlaması ilə "Sosial sığorta haqqında" Azərbaycan Respublikasının Qanununun 14.5.2-ci maddəsinə əsasən 1.092,69 manat məcburi dövlət sosial sığorta haqqı məbləği azaldılmış və 107,63 manat artıq hesablanma müəyyən edilmişdir. Azalmanın və artıq hesablamanın səbəbi vergi tutma obyektinin düzgün müəyyən edilməməsi olmuşdur. Yoxlamanın nəticəsi üzrə tərtib edilmiş xx.xx.2023-cü il tarixli **********176306 nömrəli akt əsasında “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2023-cü il tarixli **********176306 nömrəli qərar qəbul edilmişdir. Səyyar vergi yoxlamasının nəticəsi üzrə qəbul edilmiş qərar və həmin qərar ilə hesablanmış 224.760,69 manat əlavə vergi məbləğinin və vergi qanunvericiliyinin pozulmasına görə tətbiq edilmiş 238.179,77 manat maliyyə sanksiyası məbləğinin, cəmi 462.940,46 manatın dövlət büdcəsinə ödənilməsi üçün “Vergi borcunun, icbari tibbi sığorta və məcburi dövlət sosial sığorta haqlarının, faizlərin, maliyyə sanksiyalarının məbləğlərinin, inzibati cərimələrin ödənilməsi, habelə aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə” xx.xx.2023-cü il tarixli **********216400 nömrəli Tələbnamə vergi ödəyicisinə göndərilmişdir. Vergi ödəyicisinin fəaliyyətində Azərbaycan Respublikasının Cinayət Məcəlləsində nəzərdə tutulmuş cinayət xarekterli faktlar (vergi ödəməkdən yayınma) aşkar olunduğundan, toplanmış materiallar qanunamüvafiq tədbirlərin görülməsi üçün İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xx.xx.2023-cü il tarixli **********116900 nömrəli məktubu ilə Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinə göndərilmişdir. Məhkəmə qərarında qeyd olunur ki, məhkəmə aşağıdakılara əsasən vergi orqanın qərarını mübahisələndirilən mənfəət və ƏDV hissəsində əsassız hesab edir. Yoxlama sənədlərindən müəyyən olunur ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2023-cü il tarixli **********168822 nömrəli və xx.xx.2023-cü il tarixli **********173894 nömrəli “Mütəxəssisin dəvət edilməsi haqqında" qərarına əsasən həmin Azərbaycan Respublikası Ticarət- Sənaye Palatasının “Azərekspertiza” Birliyindən mütəxəssis dəvət edilmiş, mütəxəssis qarşısında "xxxx" MMC (VÖEN **********) xx.xx.2019-cu il tarixdən xx.xx.2022-ci il tarixədək olan dövr üzrə yerinə yetirilmiş tikinti quraşdırma işlərinin tərkibində tikinti materialları sərfıyyatının həcminin və əmək haqqı xərclərinin müəyyənləşdirilməsi sualı qoyulmuş, bu sualın həlli üçün ekspertə yerinə yetirilmiş işlərin təsdiq olunmuş Forma-2 aktları, müqavilələr təqdim edilmişdir İş materiallarına əlavə edilmiş xx.xx.2023- cü il tarixli mütəxəssis rəyinin məzmunundan müəyyən olunur ki, ona iddiaçının görülmüş işlərinin həcmi ilə bağlı forma 2 sənədləri, müqavilələri və işçiliyin dəyərini özündə əks etdirən cədvəl təqdim edilmişdir. Vergi orqanının dəlillərinə görə verginin bu qaydada, yəni mütəxəssis rəyi əsasında hesablanmasına səbəb müəssisə tərəfindən material hərəkəti illər üzrə verildiyi, forma 2lər üzrə verilmədiyi, yerinə yetirilmiş işlərdə mal-material həcmini müəyyən etmək zərurəti olmuşdur. Yəni, vergi ödəyicisinin xx.xx.2019-cu ildən xx.xx.2022-ci il tarixədək olan dövrü üzrə yerinə yetirilmiş tikinti quraşdırma işlərinin tərkibində tikinti materialları sərfiyyatının həcminin və əmək haqqı xərclərinin müəyyən edilə bilməməsi əsas gətirilərək vergi ödəyicisinin ərazisinə, binasına, sənədlərinə və əşyalarına baxış keçirilməmiş, vergi yoxlaması vergi ödəyicisi tərəfindən təqdim olunmuş sənədlər yoxlamaya cəlb olunmuş mütəxəssis tərəfindən təqdim olunmuş rəy əsasında aparılmışdır. «Azərekspertiza» birliyinin mütəxəssisi vergi orqanı tərəfindən ona təqdim edilmiş Forma-2 aktlarını araşdıraraq yerinə yetirilmiş işlərə görə çəkilən əmək haqqı xərcini və norma daxilində istifadə olunan mal-materialın həcmini müəyyənləşdirmişdir. Forma-2 aktlarında tikinti işlərində istifadə olunan mal-materialların növü, markası, istehsal yeri və həmin malların xüsusiyyətlərini və keyfiyyətini göstərən digər amillər öz əksini tapmamışdır. Nəticədə «Azərekspertiza» birliyininmütəxəssisi vergi orqanı tərəfindən ona təqdim edilmiş Forma-2 aktlarına əsasən yerinə yetirilmiş işlərə görə çəkilən əmək haqqı xərcini və norma daxilində istifadə olunan mal-materialın həcmini müəyyənləşdirmiş və onun əsasında cavabdeh əlavə vergi məbləği hesablamışdır Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, tikintidə istifadə olunan mal-materialın həcmini, markasını, növünü, xüsusiyyətlərini və keyfiyyətini müəyyənləşdirməkdən ötrü mütləq həmin materialların sərf olunduğunu tikiliyə (obyektə) baxış keçirilməli və nəzarət ölçüsü aparılmalı idi. Hətta, həmin sənədlərin həcmi barədə məlumat olmuş olsa belə tikinti obyektinə baxış keçirilmədən, müvafiq ölçü işlərini aparmadan, faktiki olaraq təmir-tikinti işlərində sərf edilən həmin mal-materialın həcmini müəyyənləşdirmək, cavabdeh tərəfindən tədqiqatın ətraflı və dolğun aparılması kimi qiymətləndirməyə əsas vermir. Səyyar vergi yoxlaması zamanı vergi ödəyicisinin vergi orqanında olan uçot-baza məlumatları, vergi ödəyicisinin bank hesablarının hərəkəti barədə hesabların yerləşdiyi banklardan alınmış rəsmi məlumatlar, vergi ödəyicisi tərəfindən yoxlamaya təqdim edilmiş sənədlər, 2 nömrəli formalar və “Azərbaycan Respublikası Ticarət-Sənaye Palatasının “Azərekspertiza” Birliyinin mütəxissisi tərəfindən təqdim edilmiş rəy əsasında müəssisənin gəlirləri və xərcləri, habelə gəlirin və xərcin çəkilməsi vaxtı müəyyən edilərək mənfəət vergisi üzrə məlumatların dürüstləşdirilməsi təmin edilmişdir. Mənfəət vergisinin məqsədləri üçün gəlirin əldə edilmə vaxtı vergi ödəyicinin tətbiq etdiyi gəlirlərin və xərclərin uçotu metodundan asılı olaraq müəyyən edildiyindən 2019-cu, 2020-ci və 2021-ci illər mənfəət vergisi üzrə bəyannamələrdə gəlirlər həmin illər üzrə təqdim edilmiş e-qaimələr üzrə malların (işlərinin, xidmətlərin) təqdim edilməsi dəyəri götürülmüşdür. Məhkəmənin “Tikinti obyektinə baxış keçirilmədən, müvafiq ölçü işlərini aparmadan, faktiki olaraq təmir-tikinti işlərində sərf edilən həmin mal-materialın həcmini müəyyənləşdirmək, cavabdeh tərəfindən tədqiqatın ətraflı və dolğun aparılması kimi qiymətləndirməyə əsas vermir” qənaətinə gəlməsi işin faktiki hallarına uyğun və əsaslı deyildir. Belə ki, məhkəmə təmir-tikinti işlərinə sərf olunan edilən materialların həcmini, növünü, markasını, xüsusiyyətlərini və keyfiyyətlərini müəyyən etmək bu sahədə xüsusi biliyi olan mütəxəssis və yaxud ekspert tərəfindən müəyyən edilməli olmasını nəzərə almamışdır. İşin materialları arasında mütəxəssis rəyini təkzib edən hər hansı sübut, yəni əlavə mütəxəssis və yaxud ekspert rəyi yoxdur. Əgər məhkəmə həmin mütəxəssis rəyi ilə razılaşmırsa onda işin hərtərəfli, obyektiv və tam araşdırılması üçün əlavə mütəxəssis rəyi alınmalı idi və yaxud iş üzrə tikinti-texniki ekspertiza təyin edilməli idi. Göründüyü kimi, məhkəmə işin hərtərəfli, obyektiv və tam araşdırılması üçün qeyd olunan halları nəzərə almamışdır. Bundan əlavə qərarda qeyd olunur: “Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, səyyar vergi yoxlamasının aparılması zamanı sənədlərin tam təqdim edilmədikdə, mühasibat uçotu lazımi qaydada aparılmadıqda vergi orqanı ödənilməli olan verginin məbləğini VM-in 67-ci maddəsinin tələblərinə uyğun olaraq müəyyən etmək imkanı olduğu halda bunu etməmişdir. Halbuki, VM-in 67-ci maddəsində göstərilən qaydada aparılan tədqiqatın nəticələrini mötəbər sübut kimi çıxış edə bilərdi. Başqa sözlə, iddiaçı tərəfindən yerinə yetirilmiş təmir-tikinti işlərində mal-materialın norma daxilində silinməsinin müəyyən edilməsinə dair sənədlərin (tikinti işlərində istifadə olunmuş malların alış sənədlərinin) olmadığına görə verginin bu qaydada yəni, tikinti gedən yerə getmədən, həmin mütəxəssislərin və iddiaçının iştirakı ilə ölçü işlərini aparmadan, işlərin izahatlarını almadan bu qaydada tərtib olunmuş mütəxəssis rəyi ilə hesablanmasını müəyyən edən hüquq normaları vergi qanunvericiliyində mövcud deyildir. Halbuki, Vergi Məcəlləsinin 3.8ci maddəsinin tələblərinə görə heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergiləri ödəmək vəzifəsi qoyula bilməz.” Məhkəmənin Vergi Məcəlləsinin 3.8-ci maddəsinə istinad etməsi anlaşılan deyil. Belə ki, vergi ödəyicisinin fəaliyyətində səyyar vergi yoxlaması Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydalara və qanunvericiliyin tələblərinə əməl edilməklə keçirilmiş, mübahisələndirilən qərarla vergi ödəyicisinin Vergi Məcəlləsi ilə müəyyən edilən vergi qaninvericiliyinin pozulmasında təqsirli olması sübuta yetirilmiş, mahiyyətinə və məzmununa görə Vergi Məcəlləsinin tələblərinə uyğun qərar qəbul edilmişdir. Məhkəmə qərarında qeyd olunur: “Vergi Məcəllənin 53.3-cü maddəsinə görə bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur.” Məhkəmənin mövqeyi ilə razılaşmayaraq qeyd etməyi zəruri hesab edirik ki, Vergi Məcəlləsinin 49-cu maddəsinə əsasən səyyar vergi yoxlamasının nəticəsi üzrə tərtib edilmiş akta və yoxlama zamanı toplanmış sənədlərə baxılan zaman "xxxx" MMC-də yoxlanılan dövr üzrə vergilərin dövlət büdcəsinə ödəməkdən yayındırılması sübuta yetirilmiş, vergi ödəyicisinin məsuliyyət məsələsinə baxılmasının nəticəsi ilə bağlı inzibati akt (qərar) qəbul edilmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsi, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatını dinləyərək, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Vergi Məcəlləsi: 23.1. Vergi orqanlarının hüquqları aşağıdakılardır: 23.1.1. bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək. 24.1. Vergi orqanları: 24.1.1. vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə; vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə; 24.1.2. vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə və müdafiə etməyə … borcludur. 36.1. Vergi orqanları tərəfindən keçirilən yoxlamalar kameral və ya səyyar ola bilər 36.2. Vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. 38.1. Səyyar vergi yoxlaması, o cümlədən elektron audit vergi orqanının qərarına əsasən həyata keçirilir. Səyyar vergi yoxlaması növbəti və növbədənkənar ola bilər. 38.3. Növbədənkənar vergi yoxlaması vergi orqanları tərəfindən aşağıda göstərilən hallarda keçirilə bilər: 38.3.5. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı məlumat əsasında vergi ödəyicisinin gəlirlərinin və ya vergitutma obyektinin gizlədilməsinin (azaldılmasının) əlamətləri müəyyən edildikdə. İş materiallarından görünür ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi xx.xx.2022 tarixli **********166478 saylı qərarına əsasən “Çinar-R" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN **********) üzrə Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən (vergidən yayınma və ya vergi qanunvericiliyinin pozulması risk(lər)inin məzmunu - Vergi orqanında mövcud olan uçot-baza və digər əlaqəli məlumatlara əsasən müəyyən edilən digər vergidən yayınma riskləri; risk(lər)in təsviri - Vergi ödəyicisi tərəfindən 2019-cu il üzrə təqdim edilmiş mənfəət vergisi bəyannaməsində gəlir ********.03 manat, gəlirin əldə edilməsi ilə bağlı xammal-material sərfiyyatı 6225432.86 manat olduğu halda, həmin bəyannamənin 1 nömrəli əlavəsində 8555851.11 manat dəyərində xammal-materialın silindiyi müəyyən edilmişdir.) vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə növbədənkənar səyyar vergi yoxlaması təyin edilmişdir. Yoxlama mənfəət vergisi 2019-2021-ci il, əlavə dəyər vergisi dekabr 2019-noyabr 2022-ci illəri əhatə etmişdir. Yoxlama Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən xx.xx.2022-ci il tarixli KY221879531 nömrəli çıxarışa əsasən xx.xx.2022-ci il tarixdə başlanılmış və xx.xx.2023 tarixdə başa çatdırılmış, yoxlama xx.xx.2023-cü il tarixli **********166541 nömrəli səyyar vergi yoxlaması aktı ilə rəsmiləşdirilmişdir. Yoxlamanın nəticəsinə uyğun olaraq iddiaçı barəsində “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2023-cü il tarixli **********176306 nömrəli Qərar qəbul edilmişdir. Qərara əsasən mənfəət vergisi üzrə 375.629,85 manat az, 59.209,66 manat artıq, əlavə dəyər vergisi üzrə 97.296,97 manat az, 192.087,26 manat artıq, əmlak vergisi üzrə 194,27 manat artıq, ödəmə mənbəyindən tutulan vergi üzrə 2.340,00 manat az, muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannamələri (hesabatı) üzrə Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannamələri (hesabatı) üzrə 1.092,69 manat az, 107,63 manat artıq hesablama aparılmışdır. Qərara əsasən iddiaçıya (hazırkı iddia üzrə qərarın mübahisələndirilən hissəsində) mənfəət vergisi üzrə 2019-cu il üzrə azaldılmış 375629,85, əlavə hesablanmış 375629,85 manat, VM-nin 58.1-ci maddəsinə əsasən maliyyə sanksiyası 187814,93 manat, 2020-ci il üzrə artıq hesablanmış 51144,10 manat, 2021-ci il üzrə artıq hesablanmış 8065,56 manat, Əlavə dəyər vergisi üzrə 2019-cu il üzrə artıq hesablanmış 16617,88 manat, 2020-ci il üzrə azaldılmış 523,33 manat, artıq hesablanmış 171323,59, artıq hesablanmış 170800,26, VM-nin 58.1-ci maddəsinə əsasən maliyyə sanksiyası 261,67 manat, 2021-ci il üzrə artıq hesablanmış 4145,79 manat, 2022ci il üzrə azaldılmış 96773,64, əlavə hesablanmış 96773,64, VM-nin 58.1-ci maddəsinə əsasən maliyyə sanksiyası 48386,82 manat tətbiq edilmişdir. İddiaçı hazırda cavabdehin xx.xx.2023-cü il tarixli **********176306 nömrəli qərarının mənfəət vergisi və ƏDV hissəsində ləğvini mübahisələndirir. Məhkəmə kollegiyası qeyd edir ki, yoxlama sənədlərindən müəyyən olunur ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2023-cü il tarixli **********168822 nömrəli və xx.xx.2023-cü il tarixli **********173894 nömrəli “Mütəxəssisin dəvət edilməsi haqqında" qərarına əsasən həmin Azərbaycan Respublikası Ticarət-Sənaye Palatasının “Azərekspertiza” Birliyindən mütəxəssis dəvət edilmiş, mütəxəssis qarşısında "xxxx" MMC (VÖEN **********) xx.xx.2019-cu il tarixdən xx.xx.2022-ci il tarixədək olan dövr üzrə yerinə yetirilmiş tikinti quraşdırma işlərinin tərkibində tikinti materialları sərfıyyatının həcminin və əmək haqqı xərclərinin müəyyənləşdirilməsi sualı qoyulmuş, bu sualın həlli üçün ekspertə yerinə yetirilmiş işlərin təsdiq olunmuş Forma-2 aktları, müqavilələr təqdim edilmişdir. xx.xx.2023cü il tarixli mütəxəssis rəyinin məzmunundan müəyyən olunur ki, ona iddiaçının görülmüş işlərinin həcmi ilə bağlı forma 2 sənədləri, müqavilələri və işçiliyin dəyərini özündə əks etdirən cədvəl təqdim edilmişdir. Vergi orqanının dəlillərinə görə verginin bu qaydada, yəni mütəxəssis rəyi əsasında hesablanmasına səbəb müəssisə tərəfindən material hərəkəti illər üzrə verildiyi, forma 2-lər üzrə verilmədiyi, yerinə yetirilmiş işlərdə mal-material həcmini müəyyən etmək zərurəti olmuşdur. Yəni, vergi ödəyicisinin xx.xx.2019-cu ildən xx.xx.2022-ci il tarixədək olan dövrü üzrə yerinə yetirilmiş tikinti quraşdırma işlərinin tərkibində tikinti materialları sərfiyyatının həcminin və əmək haqqı xərclərinin müəyyən edilə bilməməsi əsas gətirilərək vergi ödəyicisinin ərazisinə, binasına, sənədlərinə və əşyalarına baxış keçirilməmiş, vergi yoxlaması vergi ödəyicisi tərəfindən təqdim olunmuş sənədlər yoxlamaya cəlb olunmuş mütəxəssis tərəfindən təqdim olunmuş rəy əsasında aparılmışdır. «Azərekspertiza» birliyinin mütəxəssisi vergi orqanı tərəfindən ona təqdim edilmiş Forma-2 aktlarını araşdıraraq yerinə yetirilmiş işlərə görə çəkilən əmək haqqı xərcini və norma daxilində istifadə olunan mal-materialın həcmini müəyyənləşdirmişdir. Forma-2 aktlarında tikinti işlərində istifadə olunan mal-materialların növü, markası, istehsal yeri və həmin malların xüsusiyyətlərini və keyfiyyətini göstərən digər amillər öz əksini tapmamışdır. Nəticədə «Azərekspertiza» birliyinin mütəxəssisi vergi orqanı tərəfindən ona təqdim edilmiş Forma-2 aktlarına əsasən yerinə yetirilmiş işlərə görə çəkilən əmək haqqı xərcini və norma daxilində istifadə olunan mal-materialın həcmini müəyyənləşdirmiş və onun əsasında cavabdeh əlavə vergi məbləği hesablamışdır. Halbuki tikintidə istifadə olunan mal-materialın həcmini, markasını, növünü, xüsusiyyətlərini və keyfiyyətini müəyyənləşdirməkdən ötrü mütləq həmin materialların sərf olunduğunu tikiliyə (obyektə) baxış keçirilməli və nəzarət ölçüsü aparılmalı idi. Hətta, həmin sənədlərin həcmi barədə məlumat olmuş olsa belə tikinti obyektinə baxış keçirilmədən, müvafiq ölçü işlərini aparmadan, faktiki olaraq təmir-tikinti işlərində sərf edilən həmin mal-materialın həcmini müəyyənləşdirmək, cavabdeh tərəfindən tədqiqatın ətraflı və dolğun aparılması kimi qiymətləndirməyə əsas vermir. Eyni zamanda qeyd edilməlidir ki, səyyar vergi yoxlamasının aparılması zamanı sənədlərin tam təqdim edilmədikdə, mühasibat uçotu lazımi qaydada aparılmadıqda vergi orqanı ödənilməli olan verginin məbləğini Vergi Məcəlləsinin 67-ci maddəsinin tələblərinə uyğun olaraq müəyyən etmək imkanı olduğu halda bunu etməmişdir. Halbuki, Vergi Məcəlləsinin 67-ci maddəsində göstərilən qaydada aparılan tədqiqatın nəticələri mötəbər sübut kimi çıxış edə bilərdi. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaraşaq həmçinin qeyd edir ki, iddiaçı tərəfindən yerinə yetirilmiş təmir-tikinti işlərində mal-materialın norma daxilində silinməsinin müəyyən edilməsinə dair sənədlərin (tikinti işlərində istifadə olunmuş malların alış sənədlərinin) olmadığına görə verginin bu qaydada, yəni tikinti gedən yerə getmədən, həmin mütəxəssislərin və iddiaçının iştirakı ilə ölçü işlərini aparmadan, işlərin izahatlarını almadan bu qaydada tərtib olunmuş mütəxəssis rəyi ilə hesablanmasını müəyyən edən hüquq normaları vergi qanunvericiliyində mövcud deyildir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, cavabdeh tərəfindən səyyar vergi yoxlaması növbədənkənar keçirilmişdir. Lakin məhkəmə tərəfindən müvafiq sorğu verilsə də, növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsinin zəruriliyi barədə sübutlar cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmişdir. Səyyar vergi yoxlamasının keçirilməsi haqqında qərarda Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə istinad edilsə də, bu, qərarda əsaslandırılmamışdır və bununla əlaqədar sübutlara istinad edilməmişdir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikasının Qanunu: 15.1. Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. 15.2. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. 45.1. İnzibati orqan işin faktiki hallarının müəyyən olunması üçün yararlı və zəruri hesab etdiyi sübutları müstəqil şəkildə toplayır və nəzərə alır. 47.1. İnzibati orqan sübutlara iş üçün əhəmiyyət kəsb edən bütün faktiki və hüquqi hallara müvafiq olaraq qiymət verir. 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan, subordinasiya baxımından yuxarı inzibati orqan və ya qanunla şikayətə baxmaq səlahiyyətinə malik olan müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Azərbaycan Respublikasının Vergi Məcəlləsi: 3.8. Heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. 3.11. Vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları, vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. 53.3. Bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Beləliklə, sadalanan qanunvericilik normalarına əsasən və iş materiallarına əlavə edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək məhkəmə kollegiyası hesab edir ki, mübahisələndirilən qərar qəbul edilərkən cavabdeh tərəfindən qanunvericiliyin tələbləri pozulmuşdur. Cavabdeh vergi orqanı tərəfindən mübahisələndirilən qərar qəbul edilərkən qanunvericiliyin müəyyən etdiyi tələblərə riayət edilməmiş, düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün hallar, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan hallar araşdırılmamışdır. Məhkəmə kollegiyası göstərilənləri nəzərə alaraq qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə kollegiyası hesab edir ki, iddia təmin edildiyinə görə iş üzrə prosessual xərclər cavabdehə aid edilməlidir. Bu baxımdan aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat pulun cavabdehdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi ilə əlaqədar birinci instansiya məhkəməsinin gəldiyi nəticə də qanuni və əsaslıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-6316/2024 nömrəli, 02 sentyabr 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar