Məhkəmə qərarları › İş №2-1(103)-1214/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1214/2024

06.03.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1214/2024 06.03.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Heydər Əliyev adına X15 Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın və çıxarışın verilməsinə əsas olmuş sənədlərin ləğv edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X12 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Aytən Pənah qızı Oruczadədən və X8 ibarət tərkibdə, Alıcanlı-Yusifli Sevinc Mahir qızının katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdehin nümayəndəsi X3, Üçüncü şəxs X6 iştirakı ilə, İddiaçı Heydər Əliyev adına X15 cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın və çıxarışın verilməsinə əsas olmuş sənədlərin ləğv edilməsi”nə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-14507/2023 saylı 14 noyabr 2023-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 06 mart 2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı Heydər Əliyev adına X18 cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, SOCAR X17 məxsus olan neft məhsulu nəql olunan boru kəmərinin təqribən 15-20 metr aralı məsafədə, Bakı şəhəri, Nizami rayonu, 2433-cü məhəllədə yerləşən 0.04 ha torpaq sahəsinə dair verilmiş MH seriyalı ******* saylı çıxarışın (hüquq sahibi X7) və çıxarışın verilməsinə əsas olmuş sənədlərin ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı Heydər Əliyev adına X18 tərəfindən xx.xx.2023-cü il tarixdə saat 17.10-da 45 saylı postun ərazisində ünvan 3 ünvanında yerləşən “Ruslan 93” idman kompleksinin yaxınlığında neft məhsulu nəql olunan boru kəmərinin təqribən 15-20 metr aralı məsafədə xətdə perpendikulyar 1-ci sırada özünü X2 təqdim edən şəxs tərəfindən köhnədən olan 14 metr uzunluğundakı hasarın 7 metr uzunluğundakı uçmuş hissəsini 7 mişar daşı hündürlüyündə tikməklə yenidən bərpa etməsi, eləcə də, kəmərdən 6-7 metr aralı məsafədə həmin hasarın köhnədən olan darvazasına bitişik köhnədən təqribən 7 mişar daşı hündürlüyündə və 19 mişar daşı uzunluğundakı hasarın üzərinə 3 mişar daşı hündürlüyündə əlavə tikinti işlərinin aparılması aşkar edilmişdir. Bu barədə xx.xx.2023-cü ildə akt tərtib edilmişdir. Həmin şəxsə aparılan tikinti işlərinin mühafizə ərazisində düşdüyü üçün qanuna zidd olduğu bildirilmiş və əlavə işlərin aparılmaması üçün yazılı xəbərdarlıq təqdim edilmişdir. Lakin həmin şəxs edilən xəbərdarlığa məhəl qoymayaraq, torpaq sahəsinə dair çıxarış təqdim etmiş və işlərin davam etdiriləcəyini bildirmişdir. X19 Kəmərinin mühafizə zonasında cavabdehin mülkiyyətində olan həmin qeyri-yaşayış sahəsi həm cavabdehin özü, həm də ətrafdakılar üçün yüksək təhlükə mənbəyidir. Buna görə də, iddiaçı həmin torpaq sahəsinə dair çıxarışın ləğv edilməsi ilə bağlı inzibati orqana müraciət etmiş, lakin bu günə kimi, müraciətə cavab verilməmişdir. Buna görə də, iddiaçı mövcud tələblə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh etirazını onunla əsaslandırmışdır ki, Heydər Əliyev adına X15 SOCAR X17 məxsus olan neft məhsulu nəql olunan boru kəmərinin təqribən 15-20 metr aralı məsafədə, Bakı şəhəri, Nizami rayonu, 2433-cü məhəllədə yerləşən 0.04 ha torpaq sahəsinə dair verilmiş MH seriyalı ******* saylı çıxarışın (hüquq sahibi X7) və çıxarışın verilməsinə əsas olmuş sənədlərin ləğv edilməsinə dair iddiası etirazla qarşılanır. İddiaçı Heydər Əliyev adına X18 müvafiq iddia tələbi ilə bağlı 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etməmişdir. Əlavə olaraq bildiririk ki, Bakı şəhəri, Nizami rayonu, 2433-cü məhəllədə yerləşən 0.04 ha torpaq sahəsi 4-Ə4-484 saylı, xx.xx.2006-cı il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında X4 adına daşınmaz əmlakın dövlət reyestrinə qeydiyyata alınmışdır. Daha sonra müvafiq torpaq sahəsi X7 ilə X11 arasında bağlanmış 4Ə-1667 saylı, xx.xx.2023-cü il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında X6 adına daşınmaz əmlakın dövlət reyestrinə qeydiyyata alınmışdır və hazırda sonuncunun mülkiyyətindədir. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-14507/2023 saylı 14 noyabr 2023-cü il tarixli qərardadı ilə iddianın mümkün sayılmaması qərara alınmışdır. Həmin qərardaddan narazı qalan iddiaçı Heydər Əliyev adına X18 tərəfindən apellyasiya şikayəti verilərək qərardadın ləğv edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı X18 hazırki iddia tələbi ilə bağlı məhkəməyə ona görə müraciət etmişdir ki, iddiaçı Heydər Əliyev adına X18 tərəfindən xx.xx.2023-cü il tarixdə saat 17.10-da 45 saylı postun ərazisində ünvan 3 ünvanında yerləşən "Ruslan 93” idman kompleksinin yaxınlığında neft məhsulu nəql olunan boru kəmərinin təqribən 15-20 metr aralı məsafədə xətdə perpendikulyar 1-ci sırada özünü X2 təqdim edən şəxs tərəfindən köhnədən olan 14 metr uzunluğundakı hasarın 7 metr uzunluğundakı uçmuş hissəsini 7 mişar daşı hündürlüyündə tikməklə yenidən bərpa etməsi, eləcə də, kəmərdən 6-7 metr aralı məsafədə həmin hasarın köhnədən olan darvazasına bitişik köhnədən təqribən 7 mişar daşı hündürlüyündə və 19 mişar daşı uzunluğundakı hasarın üzərinə 3 mişar daşı hündürlüyündə əlavə tikinti işlərinin aparılması aşkar edilmişdir. Bu barədə xx.xx.2023-cü ildə akt tərtib edilmişdir. Həmin şəxsə aparılan tikinti işlərinin mühafizə ərazisində düşdüyü üçün qanunazidd olduğu bildirilmiş və əlavə işlərin aparılmaması üçün yazılı xəbərdarlıq təqdim edilmişdir. Lakin həmin şəxs edilən xəbərdarlığa məhəl qoymayaraq, torpaq sahəsinə dair çıxarış təqdim etmiş və işlərin davam etdiriləcəyini bildirmişdir. X19 Kəmərinin mühafizə zonasında cavabdehin mülkiyyətində olan həmin qeyri-yaşayış sahəsi həm cavabdehin özü, həm də ətrafdakılar üçün yüksək təhlükə mənbəyidir. Buna görə də iddiaçı həmin torpaq sahəsinə dair çıxarışın ləğv edilməsi ilə bağlı inzibati orqana müraciət etmiş, lakin bu günə kimi, müraciətə cavab verilməmişdir. Buna görə də, iddiaçı mövcud tələblə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə tərəfindən verilən sorğuya cavab olaraq inzibati orqan tərəfindən çıxarışın verilməsinə əsas olmuş sənədlər təqdim edilmişdir. Həmin sənədlər əsasında müəyyən edilmişdir ki, X4 adına Bakı şəhəri, Nizami rayonu, 2433-cü məhəllədə yerləşən 0.04 ha torpaq sahəsinə verilmiş çıxarış və çıxarışın verilməsinə əsas olmuş sənədlərin surəti məhkəməyə təqdim edilmişdir. Təqdim edilmiş sənədlərdən görünür ki Bakı şəhəri. Nizami rayonu, Zığ qəsəbəsi, 2433-cü məhəllə ünvanında yerləşən 0.04 ha torpaq sahəsinə mülkiyyət hüquqları AN-0079818 nömrəli alqı-satqı müqaviləsinə əsasən xx.xx.2006-cı il tarixdə X4 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Buna görə də birinci instansiya məhkəməsi hesab etmişdir ki, həmin işə ümumi məhkəmədə baxılmalıdır. İşin mahiyyətini və iddiaçı Heydər Əliyev adına X15 hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək məqsədini nəzərə alıb hesab edir ki, məhkəmənin gəldiyi nəticə düzgün deyildir. Belə ki, iddia ərizəsinin məzmunundan da göründüyü kimi, mübahisəli torpaq sahəsində hər hansı tikinti işlərinin aparılmasının qarşısını almaqdan və ümumiyyətlə torpaq sahəsinə dair mövcud olan hüquq müəyyənedici sənədlərin verilməməli olmasından gedir. Mübahisəli torpaq sahəsi neft məhsulu nəql olunan boru kəmərinin təqribən 15-20 metr aralı məsafədə mühafizə zonasında yerləşməklə, həm 3-cü şəxs, həm də digər şəxslər üçün potensial təhlükə mənbəyidir. Tərəflərin izahatları İddiaçının nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətinin dəllilərinə uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi X5 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Üçüncü şəxs X11 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Hazırki iş üzrə iddiaçı Heydər Əliyev adına X15 cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı tələbi “SOCAR X17 məxsus olan neft məhsulu nəql olunan boru kəmərinin təqribən 15-20 metr aralı məsafədə, Bakı şəhəri, Nizami rayonu, 2433-cü məhəllədə yerləşən 0.04 ha torpaq sahəsinə dair verilmiş MH seriyalı ******* saylı çıxarışın (hüquq sahibi X7) və çıxarışın verilməsinə əsas olmuş sənədlərin ləğv edilməsi barədə qərar qəbul edilməsi” barədədir. İşə birinci instansiya qaydasında baxmış məhkəmə iddianın mümkün sayılmaması qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddianın mümkün sayılmaması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Əvvəla qeyd olunmalıdır ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə səlahiyyətli məhkəməyə müraciət olunması, doğru iddia növünün və cavabdehin seçilməsi və s. bu kimi formal şərtləri araşdırdığı halda, iddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə əvvəlcə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr də, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin maddənin təfsirinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri - iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» 10 aprel 2015-ci il tarixli 5 №-li qərarında göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (qərarın 1.1, 1.3, 1.4 və 2.1-ci bəndləri). İddianın mümkünlük şərtlərindən biri də iddianın qanunla müəyyən olunmuş müddətdə verilməsidir. İş materiallarında olan MH seriyalı ******* saylı xx.xx.2006-cı il tarixli çıxarışdan götrünür ki, Bakı şəhəri, Nizami rayonu, Zığ qəsəbəsi, 2433-cü məhəllə ünvanında yerləşən 0.04 ha torpaq sahəsinə mülkiyyət hüquqları AN-0079818 nömrəli alqı-satqı müqaviləsinə əsasən xx.xx.2006-cı il tarixdə X4 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Sonradan həmin torpaq sahəsi alqı-satqı müqaviləsi əsasında X1 və sonuncunun adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq xx.xx.2023-cü il qeydiyyat tarixli **********5 nömrəli çıxarış verilmişdir. Göründüyü kimi, iddiaçının hazırkı iddia tələbi ilə mübahisələndirdiyi Bakı şəhəri, Əzizbəyov rayonu, Bakı şəhəri, Nizami rayonu, Zığ qəsəbəsi, 2433-cü məhəllə ünvanında yerləşən 0.04 ha torpaq sahəsinə dövlət reyestrindən çıxarış üçüncü şəxsin adına müvafiq alqı-satqı müqaviləsi nəticəsində keçmişdir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Həmin Qanunun 9.2-ci maddəsinə əsasən qeydiyyat orqanı bu qanunun 14.1-ci və 15.1-ci maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, ərizənin və ona əlavə edilən sənədlərin təqdim edildiyi gündən 10 iş günü müddətində daşınmaz əmlak üzərində hüquqları dövlət qeydiyyatına alır və elektron qaydada dövlət reyestrindən çıxarış tərtib edir. Həmin Qanunun 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 2.1ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair Qərarında aşağıdakılar göstərilmişdir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.3-cü və 178.1-ci maddələrində qeyd edilmişdir ki, dövlət qeydiyyatına alınmalı olan hüquqlar, qanunla digər qayda nəzərdə tutulmadığı halda, qeydiyyata alındığı andan yaranır. Şəxsin mülkiyyət hüququ faktiki olaraq onun adına əmlakın daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındığı andan yaranır. Daşınmaz əmlakın dövlət reyestrindən çıxarış isə, həmin qeydiyyatı əks etdirən sənəddir və hər bir halda inzibati akt kimi qiymətləndirilə bilməz. Daşınmaz əmlakın alqı-satqısı nəticəsində daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat inzibati orqanın fəaliyyətinin ümumi (publik) hüquqa aid olan hərəkəti hesab edilsə də, təbiətinə görə daha çox mülki xarakterli münasibətlərin nəticəsi kimi ifadə olunur. Əmlak hüquqları ilə bağlı mübahisələrdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri tərəfindən verilən Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə müvafiq olaraq daşınmaz əmlaka hüquqların təsdiq edilməsi barədə hüquqi akt hesab edildiyindən, həmin işlərə mülki məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx.xx.2015-ci il tarixli 5 nömrəli Qərarının 17-ci bəndində qeyd olunmuşdur ki, “Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. Bu qəbildən olan mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli qaldırılmış iddianın hüquqi təbiətindən, onun mülki-hüquqi və ya inzibati-hüquqi tələb olmasından asılıdır. İddia tələblərinin hüquqi təbiətini müəyyənləşdirərkən isə mübahisənin mahiyyəti təhlil edilərək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlərə və (və ya) inzibati orqanın hərəkətlərinə qiymət verilməlidir. Əgər qeydiyyat mülki-hüquqi əqdlərin (alqı-satqı, bağışlama, vərəsəlik şəhadətnaməsi və s.) əsasında aparılmışdırsa, bu halda, daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyat onun aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlər mübahisələndirilməklə həyata keçirilməli və belə işlərə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Odur ki, iddiaçının mübahisələndirdiyi çıxarış və texniki pasport digər hüquqmüəyyənedici sənədlər əsasında verildiyindən və həmin sənədlər mülki məhkəmə icraatı qaydasında mübahisələndirilməli olduğundan, hazırki vəziyyətdə isə həmin hüquqmüəyyənedici sənədlər qüvvədə olub, ləğv edilmədiyindən iddiaçının bu işdəki tələbinə inzibati məhkəmə icraatı qaydasında baxıla bilməz. Beləliklə, məhkəmə kollegiyası işin yuxarıda qeyd edilən hallarına Azərbaycan Respublikası İPM-nin 35-ci maddəsinin tələblərinə müvafiq qiymət verərək belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddianın mümkün sayılmaması barədə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə qeyd edilməlidir ki, həmin dəlillər qərardadın ləğv edilib, iddianın inzibati məhkəmə icraatı qaydasında mahiyyəti üzrə baxılması üçün əsas vermir. Bununla bağlı iddiaçının apellyasiya şikayəti təmin olunmamalı, Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-14507/2023 saylı 14 noyabr 2023-cü il tarixli qərardadı qanuni və əsaslı olduğu üçün dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəllənin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 80, 87, 90, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı Heydər Əliyev adına X18 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-14507/2023 saylı 14 noyabr 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Aytən Oruczadə Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar