Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1215/2020 13.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Aida Əli qızı Hüseynin sədrliyi və məruzəsi ilə, X8 və X4 ibarət tərkibdə, Nərminə Sahib qızı Murğuzovanın katibliyi ilə, İddiaçılar İddiaçı1, İddiaçı2 və cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdehnə qarşı “əlavə kompensasiyanın verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2399/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərardadından iddiaçılar tərəfindən verilmiş apelyasiya şikayətinə xx xxxxxx 2020-ci il tarixdə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq müəyyən etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdehnə qarşı Cavabdeh ünvan 1 (34/36) ünvanında yerləşən evinin dövlət ehtiyacları üçün alınması ilə əlaqədar mülkün 2/3 hisəsinə Ali Məhkəmə tərəfindən pay hüquqları müəyyən olunduğu üçün ona əlavə kompensasiya ödənilməsindən imtina edilməsinin qanunsuz və əsassız hesab edilməsi, Bakı şəhəri, Səid Rüstəmov (keçmiş Muxtadir) küçəsi, ev 34-36 (34/36) saylı evin dövlət ehtiyacları üçün alınması məqsədi ilə ona 150000 AZN məbləğində əlavə kompensasiyanın, daşınmaz əmlakın qanunvericiliyə uyğun olaraq hesablanmış bazar qiymətinin 20 %-i miqdarında satınalma qiymətinə əlavə haqqın və alınmanın təsirinə məruz qalmış şəxs kimi yaşayış sahəsində 10 ildən artıq yaşamasını nəzərə alaraq ona ödəniləcək əlavə və öncə alınmış məbləğ nəzərə alınmaqla ümumi məbləğin 10 %-i miqdarında çətinliklə bağlı ödənişin, cəmi 248000 manat məbləğində əlavə kompensasiyanın ona verilməsi vəzifəsinin Cavabdehnə həvalə edilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh Bakı şəhəri, S.Rüstəmov küç, ev 34-36 (34/36) saylı yaşayış evinin dövlət ehtiyacları üçün alınması məqsədi ilə köçürülməsi ilə əlaqədar kompensasiyanın ona tam ödənilməməsi, yəni ümumi mülkün 2/3 hissəsi əvəzinə, ancaq onun yaşadığı hissənin (S.Rüstəmov küç. ev 34 mənzil 2-3) kompensasiyası ona ödənildiyi üçün o, məhkəməyə iddia ərizəsi ilə müraciət etmişdir. Məhkəmənin xx.xx.2014-cü il tarixli, 2(004)-7787/14 saylı qətnaməsinə əsasən İddiaçı1 mirası qəbul etmə faktının tanınması tələbinə dair ərizəsi təmin edilərək Bakı şəhəri, Yasamal rayonu, Səid Rüstəmov (keçmiş Muxtadir) küçəsi, ev 34-36 (34/36) saylı evin İddiaçı1 tərəfindən miras əmlak kimi qəbul edilməsi faktı müəyyən edilmişdir. Bakı Apelyasiya Məhkəməsi xx.xx.2015-ci il tarixli 2(103)-28/2015 saylı qətnaməsi ilə Yasamal Rayon Məhkəməsinin xx.xx.2014-cu il tarixli qətnaməsini qismən ləğv edərək, S.Rüstəmov küçəsi, ev 34-36 evə miras əmlakın 2/3 hissəsinə İddiaçı1, 1/3 hissəsinə isə Tağıyeva Solmazın pay hüquqları müəyyən edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜK-nin xx.xx.2015-ci il tarixli 2(102)-2445/2015 saylı qərarı ilə Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2015-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. ünvan 8 (34/36) saylı ünvanı dövlət ehtiyacları üçün alınması məqsədi ilə onunla İcra Hakimiyyəti nümayəndələri ilə aparılan danışıqlar zamanı onlara təqdim etdiyi sənədlər (çıxarışlar) rəhmətliklərin adlarına olduğundan, onun mülkün 2/3 hissəsinə yalnız sahiblik və istifadə etmək hüququ var idi, ancaq sərəncam vermək hüququ isə yox idi. DƏDRX-nin Bakı şəhər Ərazi idarəsi ona məlum olmayan səbəblərdən onların adına çıxarış verməkdən imtina etmişdir. Bu səbəbdən, xx.xx.2018-ci il tarixində İcra Hakimiyyəti ilə o, məcburi qaydada (işığı, suyu, qazı kəsilmişdir, evin yarı hissəsi dağıdılmışdır) özünün yaşadığı və qeydiyyatda olduğu Səid Rüstəmov küçəsi, ev 34 mənzil 2-3 ünvanının (özünə aid hissəsinin) alqı-satqı müqaviləsini xüsusi mülkiyyət kimi deyil, dövlət mülkiyyəti kimi, yəni forma 2 ilə müqavilə bağlayaraq, müvafiq kompensasiya almışdır. S.Rüstəmov küçəsi, ev 34-36 (34/36) ünvanının ümumi torpaq sahəsi 450 kv.metr, əlavə tikililərlə birlikdə yaşayış sahəsi 350-360 kv.metr-dən ibarət idi, bu da DƏDRX-nin 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə ünvanladığı cavab məktubu ilə təsdiqlənir. Onun aldığı kompensasiya Azərbaycan Respublikasının Ali Məhkəməsinin qərarı ilə S.Rüstəmov küçəsi, ev 34/36 (34-36) saylı mülkün 2/3 hissəsinə müəyyən olunmuş, pay hüquqlarından az idi. Yəni 123 kv.metr olmaqla mülkdən ona çatacaq payın 1/3 hissəsini ancaq təşkil edirdi. xx.xx.2019-cu il tarixli, RX seriyalı, ******* №-li ********** qeydiyyat nömrəli Çıxarış DƏDRX tərəfindən ona verildikdən sonra ona çatası əlavə kompensasiyanın dəyərinin ona ödənilməsi üçün Cavabdehnə müraciət etmişdir. Onlar, ona xx.xx.2019-cu il tarixli E- 7-152 saylı məktub ilə rədd cavabı verərək məhkəməyə müraciət etməyini tövsiyə etmişlər. Cavabdehin nümayəndəsi birinci instansiya məhkəməsinə iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçının məhkəməyə təqdim etdiyi Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş Çıxarışa əsasən ünvan 3 34/36 saylı ünvanında yerləşən əmlakın 2/3 hissəsi İddiaçı1 mülkiyyətindədir. Müstəqil qiymətləndirici “xxxxxxxxxxx” MMC tərəfindən ünvan 3 34/36 saylı ünvanında yerləşən əmlaka yerində baxış keçirilən zaman həmin əmlakın faktiki yaşayış və köməkçi sahəsi 112.74 kv.metr, digər sahəsi 6.97 kv.metr müəyyən edilmişdir. Müstəqil qiymətləndirici “xxxxxxxxxxx” MMC tərəfindən müqayisə metodu ilə aparılmış araşdırma nəticəsində müəyyən edilən mövcud bazar qiyməti və “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu və Azərbaycan Respublikasının Prezidentinin xx xxxxxx 2007-ci il tarixli 689 nömrəli Fərmanı ilə nəzərdə tutulan bütün əlavələrlə, habelə köçmə ilə əlaqədar digər xərclərin ödənilməsi üçün verilən 1000 (bir min) manatla və dəmir darvaza üçün 500 manatla birlikdə 177250 (yüz yetmiş yeddi min iki yüz əlli) manat məbləğində qiymətləndirilmişdir. Həmçinin İş materiallarından məlum olur ki, iddiaçı mübahisəli sahəni xx.xx.2018-ci il tarixində alğı-satqı müqaviləsi əsasında Cavabdeh xeyrinə özgəninkiləşdirmişdir. Tərəflər arasında əqd, yəni müqavilə münasibətləri yaranmış və bu münasibətlər alğı-satqının baş tutduğu və həmin müqavilə üzrə tərəflər öhdəliklərini yerinə yetirdiyi anda başa çatmışdır. Məbləğindən asılı olmayaraq əqdi imzalamış tərəf özünün iradəsini ifadə etmiş və bununla da onu mübahisələndirmək hüququnu itirmişdir. Digər tərəfdən əgər müqavilə (əqd) üzrə narazılığını ifadə edən şəxs həmin əqdin etibarsızlığını əvvəlcə mübahisələndirməli və həmin əqd məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında etibarsız hesab edildikdən sonra və bəzi hüquqi prosedurlardan sonra şəxs (iddiaçı) məsələni mübahisələndirə bilər. İddiaçı ilə Cavabdeh arasında mübahisə predmeti olan evə dair alğı-satqı müqaviləsi bağlanan zaman həmin evə dair iddiaçının mülkiyyət hüququ dövlət qeydiyyatına alınmamışdır. Mübahisə predmeti olan əmlak 43 saylı MKİS-i tərəfindən 34 saylı ünvan kimi qeydiyyata alınmışdır və bu səbəbdən də sözügedən orqanın təqdim etdiyi arayışda İddiaçı1 və İddiaçı2 34 saylı evdə qeydiyyatda olduqları qeyd olunmuşdur. Nəticə etibarı ilə, alğı-satqı müqaviləsi Mənzil Kommunal İstismar Sahəsi tərəfindən təqdim etdiyi arayışa əsasən tərtib edilmişdir. Bundan sonra isə, iddiaçının Bakı şəhəri, Yasamal rayonu, Muxtadir (S.Rüstəmov) küçəsi, dalan 34/36 saylı evə dair mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır. Bildirirlər ki, ünvan 4 34/36 saylı ünvanında yerləşən bütöv əmlaka görə yalnız İddiaçı1 kompensasiya almışdır. ünvan 4 36 saylı ünvanında yerləşən əmlaka görə isə Daşınmaz Əmlakın Dövlət Reyestrin RX seriyalı ******* nömrəli Çıxarışa əsasən mülkiyyətçisi olan X5 ilə Cavabdeh arasında xx xxxxxx 2019-cu il tarixində alqı-satqı müqaviləsi bağlanmışdır. Daşınmaz Əmlakın Dövlət Reyestrindən MA seriyalı ******* nömrəli Çıxarışa əsasən mülkiyyətçi X3 ilə Cavabdeh arasında ünvan 4 36 saylı ünvanında yerləşən əmlaka görə xx xxxx 2018-ci il tarixində alğı-satqı müqaviləsi bağlanmışdır. İş materiallarında olan ünvan 6 34/36 saylı ünvana dair tərtib edilmiş “Qiymətləndirilmə Cədvəli”ndən də görünür ki, xx.xx.2018-ci il tarixli alğı-satqı müqaviləsində göstərilən kompensasiya məbləği “Qiymətləndirilmə Cədvəli”ndə qeyd edilmiş kompensasiya məbləği ilə eynidir (177250 manat). Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2399/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. Qərardaddan narazı qalan iddiaçılar apelyasiya şikayəti verərək, qərardadın ləğv edilməsini və işə mahiyyəti üzrə baxılması üçün birinci instansiya məhkəməsinə qaytarılmasını xahiş etmişlər. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddia tələbi qərardadda göstərildiyi kimi dövlət ehtiyacları üçün həyata keçirilən satınalmalarda əlavə güzəştlərlə bağlı olmamışdır. İddia tələbi alqı-satqı müqaviləsi ilə mülkün 34 ünvanda yerləşən hissəsinə ödənən 177250 manatdan əlavə güzəşt ödənməsinə görə yox, ümumilikdə 34-36 ünvandakı mülkün 34 ünvan çıxıldıqdan sonra qalan hissəsinə, başqa sözlə 34 və 36 ünvanlara aiddir. Məhz bu səbəbdən müqavilənin etibarsızlığını qoymamışlar və cavabdeh imtinasında bu hissənin ödənməməsi səbəbinə aydınlıq gətirilməmişdir. İşdə olan xx.xx.2018-ci il tarixdə 41 saylı Notariat Kontorunda təsdiq edilmiş müqaviləyə əsasən ünvan 7 ünvanda yerləşən fərdi yaşayış evi 177250 manata Cavabdeh tərəfindən İddiaçı1 alınıb. Bu müqavilədə 35 və 36 saylı, mülkiyyəti hüquqları tanınmış mənzillərin 2/3-nin alınması nəzərdə tutulmamışdır. Məhkəmə iddia tələbinin dəqiqləşdirilməsinə yardım etmək əvəzinə cavabdehin başdan sovdu, şikayətin fərqinə varmadan verdiyi əsassız cavabı əldə rəhbər tutub iddianı mümkün hesab etməmişdir. Halbuki həm iddia ərizəsində, həm də məhkəməyə verdikləri izahatda birmənalı olaraq göstərmişlər ki, onlara hüquqları tanınmış 34-36 saylı mənzilin 2/3 hissəsinə görə yox, ancaq 34 ünvanda yaşadıqları hissəyə görə ödəniş edilmişdir. Bu, məhkəmə qərardadında öz əksini tapmışdır. ünvan 7/36 saylı fərdi yaşayış mülkünün 450 kv.m torpaq sahəsində olması RX Bakı şəhər Ərazi İdarəsinin 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə xx xxxx 2017-ci il tarixli, **********285 saylı məktubla ünvanladığı sözügedən əmlakın qeydiyyatı aparılmış 166 reyestr nömrəli kitabının 6827 saylı vərəqinin surəti ilə də təsdiq olunur. Plan ölçü ilə də təsdiq olunur ki, sözügedən mülk bir yox, 8 yaşayış otağından və 10 qeyri-yaşayış sahəsindən (cəmi 18) ibarətdir. İcra Hakimiyyəti heç də 450 kv. metrlik torpaq sahəsi və 335 kv. metrlik mülkün 2/3 hissəsinin yox, yalnız 34 saylı evin ona aid hissəsinə müqavilə bağlayıb onlara ödəniş etmiş, onların mülkiyyət hüquqlarını pozmuş, məhz bu səbəbdən hazırkı iddia gündəmə gəlmişdir. Məhkəmə iclasında iddiaçılar apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X6 apelyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi və əlavə olaraq bildirdi ki, iddiaçıların mülkiyyətində olmuş ərazi ilə bağlı alqı-satqı olmuşdur. Payları vərəsəlik qaydasında müəyyən edilmişdir. Qətnamə qüvvəsini aldıqdan sonra icra mərhələsində yubanmışdı və çıxarış gec verilmişdi. Ona görə də alqı-satqı Forma 2 əsasında olmuşdu. 34/36 və 34 eyni ünvandır. Nənələrinin adına çıxarış var. Çıxarışda ünvan 34/36 qeyd olunub. X1 evi məhz 34 olub. Necəsə olub, hansısa arxiv sənədinə əsasən qətnamə qəbul edilərkən 34/36 olub. Məhkəmə kollegiyası iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq, işdə iştirak edən şəxslərin izahatını dinləyərək və işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apelyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2-1(112)-2399/2020 saylı qərardadı ləğv edilməli, iş baxılması üçün həmin məhkəməyə göndərilməlidir. İş materiallarından görünür ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 onlara məxsus olmuş ünvan 8 (34/36) ünvanında yerləşən yaşayış evinin sökülməsi ilə əlaqədar əlavə olaraq kompensasiyanın ödənilməsini tələb etmişlər. Cavabdeh A-E-7-152 nömrəli, xx.xx.2019cu il tarixli imtina məktubu ilə iddiaçıya bildirmişdir ki, Bakı şəhəri, Yasamal rayonu, S.Rüstəmov küçəsi, 34/36 ünvanında yerləşən yaşayış sahəsi ilə bağlı onunla alğı-satqı müqaviləsi bağlanmış və müvafiq kompensasiya ödənilmişdir. Dövlət ehtiyacları üçün həyata keçirilən satınalmalarda əlavə güzəştlər nəzərdə tutulmadığından xahişin yerinə yetirilməsi mümkün deyildir. Əlavə tələblər barədə müvafiq məhkəməyə müraciət etmək hüquqları vardır. Birinci instansiya məhkəməsi iddianın mümkünlüyü haqqında məsələyə baxsa da, konkret olaraq hansı əsaslarla iddianı mümkün hesab etmədiyini göstərməmişdir. Halbuki iddianı mümkün saymayan məhkəmə iddianı mümkün hesab etməməsinin əsaslarını dəqiq göstərməlidir. Bu səbəbdən də məhkəmə kollegiyası ümumiyyətlə iddianın mümkünlük şərtlərinin yoxlanılmasını zəruri hesab edir. Hazırda iddiaçıların iddia tələbi əlavə kompensasiyanın verilməsi barədədir. Yuxarıda da qeyd edildiyi kimi cavabdeh inzibati orqanla iddiaçı arasında ona məxsus əmlakın alqı-satqısına dair müqavilə bağlanmış, həmin müqaviləyə əsasən iddiaçıya müəyyən məbləğ ödənmişdir. Lakin iddiaçı hazırda müqaviləyə əsasən ödənilən məbləği deyil, ona ödənilən məbləğin yalnız əmlakın bir hissəsinə aid olması səbəbindən qalan hissəyə dair də kompensasiyanın, həmçinin bazar qiymətinə 20 faiz miqdarında satınalma qiymətinə əlavə haqqın və 10 faiz miqdarında çətinliklə bağlı ödənişin ödənilməsini tələb edir. Azərbaycan Respublikası İPM-nin: - 2.2.7-ci maddəsinə əsasən, inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır; - 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Müddəaların sadalanması onunla bağlıdır ki, iddia onun verilməsi üçün nəzərdə tutulmuş şərtlərə cavab verdiyi halda inzibati məhkəmə icraatı qaydasında baxıla bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2015-ci il tarixli 5 saylı qərarında qeyd edilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrıayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Həmin qərarın 2.3-cü bəndinə əsasən, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdır. Həmin qərarın 4.1, 4.2, 5.1, 5.2 və 5.3-cü bəndlərində göstərilmişdir ki, İPM-in 35.1ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. Bu zaman məhkəmələr müdafiə edilmək istənilən hüququn təbiətini, həmin subyektiv hüququn tanıdığı imkanları, qanunvericilikdə təsbit edilmiş onun qoruma sferası ilə bağlı hədləri nəzərə almalıdırlar. İddia qaldırmış şəxsin hüquqlarının qorunmasının bilavasitə qanundan irəli gəldiyi hallarda, bir qayda olaraq iddia mümkün sayılmalıdır. Kollegiya qeyd edir ki, tərəflər arasında kompensasiyanın ödənilməsi barədə müqavilə bağlanmasına və iddiaçıya kompensasiya ödənilməsinə baxmayaraq, hazırkı iddia tələbi müqavilə münasibətlərindən irəli gəlmir. İddiaçının irəli sürdüyü məsələ iddiaçının mülkiyyəti olmuş əmlakının əvəzinin tam ödənilməməsi, müqavilədə göstərilmiş mənzildən əlavə digər mənzillərin dəyərinin və digər ödənişlərin ödənilməsi barədədir. İddiaçıların mənzillərinin sökülməsinə görə əlavə kompensasiya tələb etmələri qanundan irəli gəldiyi üçün subyektiv hüquqları vardır. İddiaçının cavabdeh inzibati orqana müraciəti və müvafiq olaraq imtina cavabı vardır. Bu səbəbdən də hazırkı tələbə inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.7.2-ci bəndinə əsasən inzibati-iqtisadi məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati-iqtisadi məhkəməyə göndərə bilər. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apelyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, iş baxılması üçün həmin məhkəməyə göndərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apelyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2-1(112)-2399/2020 saylı qərardadı ləğv edilsin. İş baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilsin. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verə bilər. Hakim: Aida Hüseyn
Məhkəmə qərarları › İş №2-1(103)-1215/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1215/2020
13.08.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver