Məhkəmə qərarları › İş №2-1(103)-1215/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1215/2023

10.08.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1215/2023 10.08.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X10 Aktiv oğlunun sədrliyi və məruzəsilə, Tağızadə Mirzə Nəsib oğlu və Əkbərov Kamran Hüseyn oğlundan ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, iddiaçının vəkili Vəkil3, üçüncü şəxs X1, üçüncü şəxs X7 vəkili X4 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər "xxxx" QSC Bank olmayan Kredit Təşkilatı, X16, X5, Bakı şəhər İcra Hakimiyyəti, Bakı şəhəri Səbail rayon İcra Hakimiyyəti, Bakı şəhəri Səbail Bələdiyyəsi) “mülkiyyət hüququnun qeydiyyata alınması və çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1377/2021 nömrəli 29 sentyabr 2021-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər "xxxx" QSC Bank olmayan Kredit Təşkilatı, X16, X5, Bakı şəhər İcra Hakimiyyəti, Bakı şəhəri Səbail rayon İcra Hakimiyyəti, Bakı şəhəri Səbail Bələdiyyəsi) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Səbail rayon İcra Hakimiyyəti başçısının xx.xx.1997-ci il tarixli, 506 saylı sərəncamı ilə Bakı şəhəri, Bibiheybət qəsəbəsi, Salyan şossesi 32 ünvanında yerləşən 1800.0 kv.m torpaq sahəsinin adına mülkiyyət hüquqlarının Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınması, 1800.0 kv.m. torpaq sahəsinə dair Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1377/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(103)-603/2022 saylı qərarı ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, hazırki iş üzrə Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(112)-1377/2021 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Qərardan narazı qalan iddiaçı kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(102)- 1531/2022 saylı qərarı ilə iddiaçının kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2-1(103)-603/2022 saylı qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, Bakı şəhəri, Bibiheybət qəsəbəsi, Salyan şossesi 32 ünvanında yerləşən “Köhnə bağ sahələri”nin adına rəsmiləşdirilməklə fərdi evin tikintisinə icazə verilməsi üçün Səbail rayon İcra Hakimiyyətinə müraciət etmişdir. Səbail rayon İcra Hakimiyyəti tərəfindən onun müraciətinə baxılmış və nəticədə Səbail rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1997-ci il tarixli, 506 saylı sərəncamı ilə Bakı şəhəri, Bibiheybət qəsəbəsi, Salyan şossesi 32 ünvanında yerləşən “Köhnə bağ sahələri”-nin onun adına rəsmiləşdirilməsinə və orada fərdi evin tikintisinə icazə verilmişdir. Bununla əlaqədar Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi 32 ünvanında yerləşən torpaq sahəsinin onun adına ilkin dövlət qeydiyyatına alınaraq çıxarış verilməsi məqsədi ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə xx.xx.2020-ci il tarixli ərizə ilə müraciət etmişdir. Cavabdeh tərəfindən onun tərəfindən ünvanladığı ərizəyə xx.xx.2020-ci il tarixdə **********67 saylı cavabda bildirilmişdir ki, Səbail rayon İcra Hakimiyyəti başçısının 506 saylı, xx.xx.1997-ci il tarixli sərəncamı ilə ayrılmış torpaq sahəsinin coğrafi mövqeyini göstərən yerləşmə cizgisi oxunmadığından torpaq sahəsinin mövqeyini dəqiqləşdirmək mümkün olmamış və təqdim edilmiş həmin sərəncamda torpaq sahəsinin ümumi sahəsi göstərilməmişdir. Eyni zamanda ünvanda uyğunsuzluq mövcuddur. Həmçinin torpaq sahəsinə digər fiziki şəxs tərəfindən müraciət daxil olmuşdur. Cavabdehin imtinasını qanunsuz və əsassız hesab edir. Belə ki, onun istifadəsinə ayrılmış torpaq sahəsinə dair verilmiş Səbail rayon İcra Hakimiyyətinin xx.xx.2018-ci il tarixli torpaq sahəsinin plan-sxemində torpaq sahəsinin uzunluğu 62 metr, eni isə 29 metr olmaqla 18 sot olaraq qeyd edilmişdir. Cavabdehin imtina məktubunda qeyd etdiyi digər üç hal isə ümumiyyətlə, imtinaya əsas ola bilməz. Səbail rayon İcra Hakimiyyəti Başçısının 506 saylı, xx.xx.1997-ci il tarixli sərəncamı ilə istifadəsinə ayrılmış torpaq sahəsi tərəfindən daş hasara alınmış və onun qanuni istifadəsindədir. Bakı şəhəri, Bibiheybət qəsəbəsi, Salyan şossesi 32 ünvanında yerləşən “Köhnə bağ sahələri” ərazisində 18 sot torpaq sahəsi Səbail rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1997-ci il tarixli, 506 saylı sərəncamı ilə ona ayrılmışdır. Qeyd olunan sərəncamla ona torpaq sahəsinin ayrılması Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialı tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli 3094 nömrəli arxiv sənədi ilə də öz təsdiqini tapmışdır. Həmin torpağa dair Səbail rayon İcra Hakimiyyəti tərəfindən razılaşdırılmış N-55-091 nömrəli xx.xx.2018-ci il tarixli Situasiya Planı və Sxemi verilmişdir. X11 və Sxeminin mövcudluğu Səbail rayon İcra Hakimiyyətinin 3/10-N-55-091 saylı xx.xx.2018-ci il tarixli arxiv məktubu ilə də təsdiqlənmişdir. Səbail rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1997-ci il tarixli, 506 saylı sərəncamına əsasən Bakı şəhəri, Salyan şossesi, Bibiheybət qəsəbəsində yerləşən “Köhnə bağ sahələri” olan ərazidə ona ayrılmış 18 sot torpaq sahəsi hazırki vaxtadək onun qanuni istifadəsindədir. Torpaq sahəsinin uzunluğu 62 metr, eni isə 29 metr təşkil edir. Birinci instansiya məhkəməsi qərarında Sərəncamla ayrılmış torpağın eni və uzunluğunun göstərilmədiyini, torpağın plan-sxeminin isə 20 ildən sonra peyk vasitəsilə çəkilib-hazırlandığını qeyd etmişdir. Lakin ünvanın dəyişdirilməsi iddiaçıdan asılı proses deyildir. Belə ki, xx.xx.2019cu il tarixli N 06 saylı Bakı şəhəri İcra hakimiyyəti Başçısının Aparatı Mənzil Kooperativ Təsərrüfat İdarəsi tərəfindən Əmlak Məsələləri Dövlət Komitəsi və İddiaçıya ünvanlanmış məktubda qeyd edilmişdir ki, Səbail Rayon İcra Hakimiyyətinin xx.xx.1997-ci il tarixli, 506 saylı sərəncamı ilə iddiaçının adına rəsmiləşdirilmiş və fərdi yaşayış evinin tikintisinə icazə verilmiş torpaq sahəsinin yerləşdiyi ərazi sərəncamın verildiyi dövrdə Səbail rayonu, Bibiheybət qəsəbəsi, Salyan şossesi 32 ünvan olmuşdur və bu fakt arxiv sənədlərində də öz əksini tapmışdır. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən iddiaçının vəkili Vəkil3 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya baxışı zamanı əvvəlki məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X8 apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən üçüncü şəxs X5 apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən üçüncü şəxs X7 vəkili X9 apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdeh və digər üçüncü şəxslər məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan şəxsin (nümayəndəsinin) iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Baxılan iş üzrə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatını dinləyərək, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli, iddia təmin edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2020-ci il tarixli imtina məktubunda bildirilmişdir ki, Səbail Rayon İcra Hakimiyyəti başçısınin 11 aprel 1997-ci il tarixli 506 saylı sərəncamı ilə ayrılmış torpaq sahəsinin coğrafi mövqeyini göstərən yerləşmə cizgisi oxunmadığından torpaq sahəsinin mövqeyini dəqiqləşdirmək mümkün olmamışdır və təqdim olunmuş həmin sərəncamda torpaq sahəsinin sahəsi göstərilməmişdir. Eyni zamanda ünvanda uyğunsuzluq mövcuddur. Həmçinin torpaq sahəsinə digər fiziki şəxs tərəfindən müraciət daxil olmuşdur. İş materiallarında olan Səbail Rayon İcra Hakimiyyəti başçısınin 11 aprel 1997-ci il tarixli 506 saylı sərəncamının təsdiq olunmuş surətindən görünür ki, “Bibiheybət” qəsəbəsi Səlyan 32 saylı ünvanda yerləşən Köhnə bağ sahələri İddiaçı adına sənədləşdirilməsinə və orada fərdi evin tikintisinə icazə verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının xx.xx.2018-ci il tarixli 3094 nömrəli arxiv çıxarışının təsdiq olunmuş surətindən görünür ki, Səbail Rayon İcra Hakimiyyətinin başçısının 11 aprel 1997-ci il tarixli 506 nömrəli Sərəncamına əsasən Bibiheybət qəsəbəsi Səlyan şossesi 32 saylı ünvanda yerləşən “Köhnə bağ” sahələri İddiaçı,... adına sənədləşdirilməsinə və orada fərdi evin tikintisinə icazə verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialı tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2020ci il tarixli 749 nömrəli və xx.xx.2020-ci il tarixli 952 nömrəli məktublarla məhkəməyə təqdim edilmiş arxiv çıxarışından görünür ki, Səbail Rayon İcra Hakimiyyətinin başçısının 11 aprel 1997-ci il tarixli 506 nömrəli Sərəncamına əsasən Bibiheybət qəsəbəsi Səlyan şossesi 32 saylı ünvanda yerləşən “Köhnə bağ” sahələri İddiaçı,... adına sənədləşdirilməsinə və orada fərdi evin tikintisinə icazə verilmişdir. İş materiallarında olan Səbail rayon İcra Hakimiyyəti tərəfindən DƏDRX Bakı şəhər Ərazi İdarəsinə ünvanlanmış xx.xx.2018-ci il tarixli məktubdan görünür ki, Səbail Rayon İcra Hakimiyyəti başçısının 11 aprel 1997-ci il tarixli 506 saylı Sərəncamı ilə vətəndaş İddiaçı fərdi yaşayış evinin tikintisi üçün ayrılmış torpaq sahəsinin yerləşmə cizgisi təsdiq olunaraq baxılıb münasibət bildirilməsi üçün Sizə göndərilir. İş materiallarında olan Situasiya planı və sxemin təsdiq edilmiş surətindən görünür ki, Səbail RİHB-nın 11 aprel 1997-ci il tarixli 506 saylı Sərəncamı ilə vətəndaş İddiaçı Salyan şossesi Bibiheybət qəsəbəsində Köhnə bağ sahəsində (mövcud vəziyyətdə 1800 kv.m) fərdi evin tikintisi üçün ayrılmış torpaq sahəsinin Situasiya planı və sxemi Səbail Rayon İcra Hakimiyyəti tərəfindən xx.xx.2018-ci il tarixdə razılaşdırılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2020-ci il tarixli məktubdan görünür ki, Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi, 32 ünvanında yerləşən torpaq sahəsinin İddiaçı adına qeydiyyata alınmasına dair məlumat aşkar edilməmişdir. Həmçinin sözügedən torpaq sahəsi ilə bağlı X7 müraciət olmuşdur. İş materiallarında olan Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyəti tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2021-ci il tarixli 6-49 nömrəli məktubundan görünür ki, Səbail Rayon İcra Hakimiyyəti başçısının 506 saylı, xx.xx.1997-ci il tarixli sərəncamı ilə vətəndaş İddiaçı ayrılmış torpaq sahəsinin yerləşmə cizgisi Rayon İcra Hakimiyyətinin 3/10-N-55-091 saylı, xx.xx.2018-ci il tarixli məktubu ilə təsdiq edilmişdir. İş materiallarında olan Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyəti başçısının Bibiheybət Qəsəbə nümayəndəliyi tərəfindən ünvan 9 ünvanlanmış xx.xx.2020-ci il tarixli 0-14 saylı məktubda qeyd edilmişdir ki, Salyan 12 və 32 ünvanlarında yerləşən torpaq sahələri Səbail rayonu Bibiheybət qəsəbəsi icra nümayəndəliyinin xidməti ərazisinə daxil deyil. Bakı şəhəri, xx.xx.2000-ci il tarixli 910 saylı sərəncamı ilə dəniz kənarından 130 metr məsafədə saxlanması şərti ilə Səbail bələdiyyəsinə təhvil verilib və ümumi torpaq sahəsi 262,7285 ha müəyyən edilmişdir. Bunları nəzərə alaraq hal-hazırda Salyan 12 və 32 ünvanları Səbail bələdiyyəsinin mülkiyyətində və istifadəsindədir. İş materiallarında olan Bakı Şəhər İcra Hakimiyyəti Başçısının Aparatı Mənzil- Kooperativ Təsərrüfatı İdarəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2019-cu il tarixli N-06 nömrəli məktubdan görünür ki, Səbail Rayon İcra Hakimiyyətinin xx.xx.1997-ci il tarixli 506 saylı Sərəncamı ilə adına sənədləşdirilmiş və fərdi yaşayış evinin tikintisinə icazə verilmiş torpaq sahəsinin yerləşdiyi ərazi sərəncamın verildiyi dövrdə ünvan 13 ünvan olmuşdur və bu fakt təqdim etdiyi arxiv sənədlərində də öz əksini tapmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bələdiyyələrlə İş Mərkəzi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2021-ci il tarixli 09/3-38 saylı məktubdan görünür ki, Bakı şəhəri Səbail bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 1441 saylı sərəncamının və xx.xx.2004-cü il tarixli 1441 saylı qərarına əsasən tərtib edilmiş torpaqların alqı-satqısına dair aktın Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində qeydə alınıb-alınmaması barədə məlumatın verilməsinə dair müraciətlə bağlı bildirilmişdir ki, qeyd edilən sənədlər X3 aşkar edilməmişdir. İş materiallarında olan Bakı şəhəri Səbail Bələdiyyəsinin 728 saylı 30 dekabr 2004cü il tarixli sərəncamının surətindən görünür ki, Səbail rayonu, Salyan şossesi 32 ünvanında yerləşən 1200 kv.m torpaq sahəsinin alqı-satqı qaydasında vətəndaş X7 adına sənədləşdirilməsi qeyd edilmişdir. İş materiallarında olan torpaqların alqı-satqısına dair aktın surətindən görünür ki, Bakı şəhəri Səbail Bələdiyyəsinin 728 saylı 30 dekabr 2004-cü il tarixli sərəncamına əsasən X12 bələdiyyə ərazisində 1200 kv.m torpaq sahəsi satılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən Elvin Ağalarova və İlham Məmmədova ünvanlanmış xx.xx.2019-cu il tarixli məktubda bildirilmişdir ki, Bibiheybət qəsəbəsi, Salyan şossesi 32 ünvanında yerləşən “Köhnə bağ” sahəsinin X2 adına sənədləşdirilməsi və orada fərdi evin tikintisinə icazə verilməsi barədə Səbail Rayon İcra Hakimiyyətinin xx.xx.1997-ci il tarixli 506 nömrəli sərəncamı, Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialının xx.xx.2018-ci il tarixli 3094 nömrəli çıxarışı, göstərilən ünvanda mövcud vəziyyətdə olan 1800 kv.m torpaq sahəsinin Səbail Rayon İcra Hakimiyyəti tərəfindən razılaşdırılmış xx.xx.2018-ci il tarixli N-55-091 nömrəli yerləşmə sxemi və Rayon İcra Hakimiyyətinin xx.xx.2019-cu il tarixli N-06 nömrəli məktubuna əsasən həmin ünvandakı torpaq sahəsi qismən hasarlanmışdır. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2021-ci il tarixli **********05 nömrəli məktubdan görünür ki, tədqiqat obyektinə mütəxəssislər tərəfindən texniki baxış keçirilmişdir. İddiaçı X6 tərəfindən göstərilən torpaq sahəsi hasar daxilində 1800,0 kv.m təşkil edir, üzərində Stik.altı=6,0 kv.m 1 mərtəbəli tikili mövcuddur. Təqdim olunmuş Səbail rayon İcra Hakimiyyəti başçısının 506 saylı, xx.xx.1997-ci il tarixli sərəncamı ilə ayrılmış torpaq sahəsinin ölçüsü qeyd edilməyib. Torpaq sahəsinin coğrafi mövqeyini göstərən yerləşmə cizgisi qeyri-müəyyən olmaqla 1800,0 kv.m sahəyə verilib (sxemdə istinad məlumatları oxunmur). Eyni zamanda sahənin ünvanında uyğunsuzluq mövcuddur (sərəncamda ünvan “Səbail rayonu, Bibiheybət qəsəbəsi, Salyan şossesi 32, Köhnə bağ sahələri” kimi qeyd olunmuşdur, faktiki torpaq sahəsi Səbail rayonu, Salyan şossesi 32 ünvanında yerləşir və Köhnə bağ sahələri olan ərazilər deyil. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2021-ci il tarixli **********86 saylı məktubdan görünür ki, Səbail Bələdiyyəsinin adına Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi 32 ünvanında qeydiyyatdan keçmiş daşınmaz əmlak aşkar edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən 23 iyul 2021-ci il tarixli **********78 saylı məktubla məhkəməyə təqdim olunmuş mütəxəssis rəyində qeyd olunur: İddiaçının iddia etdiyi və naturada göstərdiyi mübahisələndirilən əraziyə baxış keçirilib, naturada koordinatları müəyyən edilməklə ölçülmüşdür. Naturada müəyyən edilmiş koordinatlara əsasən “Kadastr və Yerquruluşu Layihə Tədqiqat Mərkəzi“nin elektron bazasında araşdırma aparılmış ölçülmüş ərazinin baza məlumatlarını və sair texniki parametrləri əks etdirən sxemlər hazırlanmışdır (sxemlər əlavə edilir). İddiaçı Səbail Rayon İcra Hakimiyyət başçısının 506 nömrəli 11 aprel 1997-ci il tarixli sərəncamı ilə ayrılmış Bibiheybət qəsəbəsi, Səlyan 32 saylı ünvanda Köhnə bağ sahəsində yerləşən torpaq sahəsinin koordinatlarını qeyd edilən sənəd üzrə müəyyən etmək mümkün olmamışdır, İddiaçı Səbail Rayon İcra Hakimiyyəti başçısının 506 nömrəli 11 aprel 1997-ci il tarixli sərəncamına əsasən iddia və istifadə etdiyi torpaq sahəsinin naturada koordinatları müəyyən edildi. Səbail Rayon İcra Hakimiyyəti başçısının 506 nömrəli 11 aprel 1997-ci il tarixli sərəncamı ilə ayrılmış İddiaçı istifadəsində olan torpaq sahəsi Bakı şəhər İcra Hakimiyyəti ilə "xxxx" MMC arasında bağlanılmış torpaq sahəsinin icarəyə verilməsi haqqında 06 sentyabr 2005-ci il tarixli 0594 nömrəli müqavilə ilə haqqında 06 sentyabr 2005-ci il tarixli 0594 nomrəli müqavilə ilə "xxxx" MMC-yə icarəyə verilmiş torpaq sahələri ilə üst-üstə düşmür. Səbail rayon Bələdiyyəsinin 30 dekabr 2004-cü il tarixli 728 nömrəli sərəncamı ilə X7 istifadəsinə verilmiş torpaq sahəsinin “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması qaydaları” haqqında Əsasnamənin 19-cu bəndində nəzərdə tutulan qaydada planalma aparılaraq ayrılan torpaq sahəsinin ölçüsündən asılı olaraq tələb olunan miqyasda hazırlanmış plan-ölçüsü təqdim edilmədiyindən Səbail Rayon İcra Hakimiyyəti başçısının 506 nömrəli 11 aprel 1997-ci il tarixli sərəncamı ilə ayrılmış İddiaçı istifadəsinə olan torpaq sahəsi ilə Səbail rayon Bələdiyyəsinin 30 dekabr 2004-cü il tarixli 728 nömrəli sərəncamı ilə X7 istifadəsinə verilmiş torpaq sahələrinin üst-üstə düşüb-düşməməsini müəyyən etmək mümkün olmamışdır. İddiaçı istifadəsində olan torpaq sahəsi yaşayış məntəqəsinin hüdudları daxilində yerləşir. Elektron kadastr bazasında mübahisələndirilən, İddiaçı Tarverdı oğlunun istifadəsində olan torpaq sahəsinə hər hansı hüquqi və fiziki şəxsin adına torpaq sahəsinin ayrılması və hər hansı hüquqi və ya texniki sənədin verilməsi barədə məlumat aşkar edilmədi. İddiaçı istifadəsində olan torpaq sahəsinə dair iş materialında olan situasiya planı Səbail Rayon İcra Hakimiyyəti başçısının 506 nömrəli 11 aprel 1997-ci il tarixli sərəncamına əsasən faktiki istifadəsində olan torpaq sahəsinə uyğundur. Səbail Rayon İcra Hakimiyyəti başçısının 506 nömrəli 11 aprel 1997-ci il tarixli sərəncamı ilə ayrılmış İddiaçı istifadəsində olan torpaq sahəsi Sərəncamın verildiyi tarixə Bibiheybət qəsəbə nümayəndəliyinin balansında olmasını qeyd edilən və ya təqdim edilən (sual aydın deyil guman edək ki, qəsəbənin inzibati sərhəddi nəzərdə tutulur) sənədlərlə müəyyən etmək mümkün olmamışdır. Lakin hal-hazırda mübahisələndirilən ərazi Səbail rayonu 2 nömrəli Sahə İnzibati Ərazi Dairəsinin hüdudları daxilində yerləşir. Bakı şəhəri və Bakı ətrafı bələdiyyələrin xəritələri aidiyyəti qurumlar tərəfindən təsdiq olunmaması səbəbindən sözügedən torpaq sahəsi Dövlət mülkiyyətindədir. İş materiallarında olan Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialı tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2023cü il tarixli 3-48-2F/2-01985/2023 nömrəli məktubla məhkəməyə təqdim edilmiş Səbail Rayon İcra Hakimiyyəti başçısının 11 aprel 1997-ci il tarixli 506 nömrəli Sərəncamının təsdiq edilmiş surətindən görünür ki, Bibiheybət qəsəbəsi Səlyan şossesi 32 saylı ünvanda yerləşən “Köhnə bağ” sahələrinin bir neçə şəxsin, o cümlədən İddiaçı adına sənədləşdirilməsinə və orada fərdi evin tikintisinə icazə verilmişdir. İş materiallarında olan Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyəti tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2023-cü il tarixli 5-19/2-2/10-495/2023 nömrəli məktubda bildirilmişdir ki, hal-hazırda sözügedən ünvan Salyan yolu 32 ünvanı kimi qeyd edilir. İş materiallarında olan Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyəti tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2023-cü il tarixli 5-19/2-2/10-489/2023 nömrəli məktubda bildirilmişdir ki, Səbail Rayon İcra Hakimiyyəti başçısının 11 aprel 1997-ci il tarixli 506 nömrəli Sərəncamının qeydiyyata alındığı qeydiyyat kitabı Rayon İcra Hakimiyyətinin arxivində aşkar edilməmişdir. İş materiallarında olan DƏDKR publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubda bildirilmişdir ki, Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi, 32 ünvanının Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi, 32 “Köhnə bağ sahələri” ünvanı ilə eyni olması barədə idarənin arxiv və elektron bazasında məlumat aşkar edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 17 may 2023-cü il tarixli 10/2952 nömrəli ekspert rəyində qeyd olunur: İddiaçı Səbail Rayon İcra Hakimiyyət başçısının 506 nömrəli 11 aprel 1997-ci il tarixli sərəncamı ilə ayrılmış Bibiheybət qəsəbəsi, Səlyan 32 saylı ünvanda Köhnə bağ sahəsində yerləşən torpaq sahəsinin koordinatları qeyd edilən sənəd üzrə müəyyən etmək mümkün olmamışdır, İddiaçı Səbail Rayon İcra Hakimiyyət başçısının 506 nömrəli 11 aprel 1997-ci il tarixli sərəncamına əsasən iddia və istifadə etdiyi torpaq sahəsinin naturada koordinatları müəyyən edildi. İddiaçı istifadəsində olan torpaq sahəsinə dair iş materialında olan situasiya planı Səbail Rayon İcra Hakimiyyət başçısının 506 nömrəli 11 aprel 1997-ci il tarixli sərəncamına əsasən faktiki istifadəsində olan torpaq sahəsinə uyğundur. Səbail rayon Bələdiyyəsinin 30 dekabr 2004-cü il tarixli 728 nömrəli sərəncamı ilə X7 istifadəsinə verilmiş torpaq sahəsinin "Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması qaydaları" haqqında əsasnamənin 19-cu bəndində nəzərdə tutulan qaydada planlama aparılaraq ayrılan torpaq sahəsinin ölçüsündən asılı olaraq tələb olunan miqyasda hazırlanmış plan-ölçüsü təqdim edilmədiyindən Səbail Rayon İcra Hakimiyyəti başçısının 506 nömrəli 11 aprel 1997-cİ il tarixli sərəncamı ilə ayrılmış İddiaçı istifadəsində olan torpaq sahəsi ilə Səbail rayon Bələdiyyəsinin 30 dekabr 2004-cü il tarixli 728 nömrəli sərəncamı ilə X7 istifadəsinə verilmiş torpaq sahələrinin üst-üstə düşübdüşməməsini müəyyən etmək mümkün olmamışdır. Səbail Rayon İcra Hakimiyyət başçısının 506 nömrəli 11 aprel 1997-ci il tarixli sərəncamı ilə ayrılmış X2 istifadəsində olan torpaq sahəsi Sərəncamın verildiyi tarixə Bibiheybət qəsəbə nümayəndəliyinin balansında olmasını qeyd edilən və ya təqdim edilən (sual aydın deyil güman edək ki, qəsəbənin inzibati sərhəddi nəzərdə tutulur) sənədlərlə müəyyən etmək mümkün olmamışdır. Lakin hal-hazırda mübahisələndirilən ərazi Səbail rayonu 2 nömrəli Sahə İnzibati Ərazi Dairəsinin hüdudları daxilində yerləşir. Bakı şəhəri və Bakı ətarfı bələdiyyələrin xəritələri aidiyyəti qurumlar tərəfindən təsdiq olunmaması səbəbindən sözügedən torpaq sahəsi Dövlət mülkiyyətindədir. Bakı şəhəri Səbail rayon İcra Hakimiyyətinin xx.xx.1997-ci il tarixli, 506 saylı sərəncamı ilə İddiaçı ayrılmış torpaq sahəsi digər hüquqi və ya fiziki şəxsə ayrılmış torpaq sahəsi ilə üst-üstə düşmür. Bakı şəhər İcra Hakimiyyəti Başçısının Aparatı Mənzil-Kooperativ Təsərrüfatı İdarəsinin məktubuna əsasən müəyyən edilmişdir ki, Səbail Rayon İcra Hakimiyyəti xx.xx.1997-ci il tarixli 506 saylı Sərəncamı ilə vətəndaş İddiaçı adına sənədləşdirilmiş və fərdi yaşayış evinin tikintisinə icazə verilmiş torpaq sahəsinin yerləşdiyi ərazi sərəncamın verildiyi dövrdə Səbail rayonu, Bibiheybət qəsəbəsi, ünvan 22 ünvan olmuşdur və bu fakt arxiv sənədlərində də öz əksini tapmışdır. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun: 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 20.1-ci maddəsinə əsasən hər bir şəxsin onun hüquq və qanuni maraqlarına bilavasitə aid olan məsələlərlə bağlı inzibati orqana müraciət etmək, vəsatət vermək və ya inzibati orqandan məlumat əldə etmək hüququ vardır. 20.2-ci maddəsinə əsasən qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan onun səlahiyyətlərinə aid olan məsələlər üzrə müraciətlərə baxmağa, həmin müraciətlər üzrə müvafiq qərar qəbul etməyə və ya məlumat verməyə borcludur. 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. 64.1-ci maddəsinə əsasən inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. 64.2-ci maddəsinə əsasən inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. 64.3-cü maddəsinə əsasən inzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur. 64.4-cü maddəsinə əsasən etibarsız inzibati aktın hüquqi qüvvəsi yoxdur. 65.1-ci maddəsinə əsasən aşağıdakı inzibati aktlar etibarsız sayılır: 65.1.1. hansı inzibati orqan tərəfindən qəbul edildiyi məlum olmayan yazılı inzibati akt; 65.1.2. müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt; 65.1.3. qanunvericiliyə əsasən yalnız müəyyən rəsmi sənəd (rəsmi sənədin təqdim edilməsi) formasında qəbul edilə bilən, lakin həmin tələbə cavab verməyən inzibati akt; 65.1.4. maraqlı şəxsdən inzibati və ya cinayət məsuliyyətinə səbəb ola bilən hərəkətlər etməyi tələb edən inzibati akt; 65.1.5. faktiki səbəblər üzündən icrası mümkün olmayan inzibati akt; 65.1.6. kimə ünvanlandığı aydın olmayan inzibati akt. 67.6-cı maddəsinə əsasən maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanununun 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Həmin Qanununun 8.0-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar. Həmin Qanunun 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə görə mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Həmin Məcəllənin 139-1.1-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli Qərarında göstərilir ki, Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər hansı fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.1997-ci il tarixli 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında Əsasnamə»nin 1-ci bəndinə görə vətəndaşların qanuni istifadəsində və ya icarəsində olan (fərdi yaşayış evlərinin, həyatyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2020-ci il tarixli 1017 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsi”nin 3.0.50-ci yarımbəndində və Azərbaycan Respublikası iqtisadiyyat nazirinin 28 oktyabr 2021-ci il tarixli F-144 nömrəli əmri ilə təsdiq edilmiş “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin Nizamnaməsi”nin 3.1.20-ci bəndində isə təsbit edilmişdir ki, Azərbaycan Respublikası vətəndaşlarının qanuni istifadəsindəki yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud uyğunsuzluqlar aradan qaldırılmaqla, onların mülkiyyətinə verilməsini rəsmiləşdirmək cavabdeh inzibati orqanın vəzifəsidir. Göründüyü kimi, Səbail Rayon İcra Hakimiyyəti başçısınin 11 aprel 1997-ci il tarixli 506 saylı sərəncamına əsasən “Bibiheybət” qəsəbəsi, Səlyan 32 saylı ünvanda yerləşən Köhnə bağ sahələrində İddiaçı torpaq sahəsi ayrılaraq adına sənədləşdirilməsinə və orada fərdi evin tikintisinə icazə verilmişdir. Səbail rayon İcra Hakimiyyəti tərəfindən DƏDRX Bakı şəhər Ərazi İdarəsinə ünvanlanmış xx.xx.2018-ci il tarixli məktuba əsasən həmin sərəncamla iddiaçıya fərdi yaşayış evinin tikintisi üçün ayrılmış torpaq sahəsinin yerləşmə cizgisi təsdiq olunaraq baxılıb münasibət bildirilməsi üçün həmin ünvana göndərilmişdir. Həmçinin həmin sərəncamla iddiaçıya Salyan şossesi Bibiheybət qəsəbəsində Köhnə bağ sahəsində (mövcud vəziyyətdə 1800 kv.m) fərdi evin tikintisi üçün ayrılmış torpaq sahəsinin Situasiya planı və sxemi Səbail Rayon İcra Hakimiyyəti tərəfindən xx.xx.2018-ci il tarixdə təsdiq edilmişdir. İddiaçı həmin bağ sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair cavabdehə müraciət etsə də, müraciətinin təmin edilməsindən imtina edilmişdir. Sadalanan normaların təhlilindən göründüyü kimi, qanunverici «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8-ci maddəsində nəzərdə tutulan sənədlərdən hər hansı birinin təqdim olunmasını hüquqların dövlət qeydiyyatı üçün kifayət hesab edir. Həmin normada təsbit olunmuş əsaslardan (sənədlərdən) hər hansı birinin təqdim olunması cavabdeh tərəfindən qeydiyyatın aparılması üçün yetərli sayılmalıdır. Qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti orqanları tərəfindən dövlətə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar qanunvericilikdə daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslardan biri kimi müəyyən edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh tərəfindən qeyd olunan Səbail Rayon İcra Hakimiyyəti başçısınin 11 aprel 1997-ci il tarixli 506 saylı sərəncamın (o cümlədən sərəncamla əlaqədar digər sənədlərin) həqiqətə uyğun olmadığı sübuta yetirilməmişdir. Həmin sərəncamın təsdiq edilmiş arxiv çıxarışı Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialı tərəfindən də məhkəməyə təqdim edilmişdir. Həmin sənədlər ləğv edilməmişdir, etibarsız hesab edilməmişdir, hazırda qüvvədədir və «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri kimi nəzərdə tutulmuşdur. Hazırki iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2- 1(102)-1531/2022 saylı qərarında göstərilənlərə uyğun olaraq ayrı-ayrı orqanlara məhkəmə sorğuları göndərilmiş, habelə məhkəmə mühəndis-texniki ekspertizası keçirilmişdir. Belə ki, Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialı tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2023cü il tarixli 3-48-2F/2-01985/2023 nömrəli məktubla məhkəməyə Səbail Rayon İcra Hakimiyyəti başçısının 11 aprel 1997-ci il tarixli 506 nömrəli Sərəncamının təsdiq edilmiş surəti təqdim edilmişdir. Habelə Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyəti tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2023-cü il tarixli 5-19/2-2/10-495/2023 nömrəli məktubda bildirilmişdir ki, hal-hazırda sözügedən ünvan ünvan 24razi İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubda bildirilmişdir ki, Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi, 32 ünvanının Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi, 32 “Köhnə bağ sahələri” ünvanı ilə eyni olması barədə idarənin arxiv və elektron bazasında məlumat aşkar edilməmişdir. Öz növbəsində Bakı Şəhər İcra Hakimiyyəti Başçısının Aparatı Mənzil- Kooperativ Təsərrüfatı İdarəsinin xx.xx.2019-cu il tarixli məktubuna əsasən Səbail Rayon İcra Hakimiyyətinin xx.xx.1997-ci il tarixli 506 saylı Sərəncamı ilə iddiaçının adına sənədləşdirilmiş və fərdi yaşayış evinin tikintisinə icazə verilmiş torpaq sahəsinin yerləşdiyi ərazi sərəncamın verildiyi dövrdə ünvan 13 ünvan olmuşdur. Həmçinin mübahisələndirilən əraziyə məhkəmə tərəfindən tərəflərin iştirakı ilə yerli baxış keçirilmiş, müəyyən edilmişdir ki, həmin torpaq sahəsi hasara alınmışdır, həmin torpaq sahəsinə qonşu torpaq sahələrində fərdi yaşayış evləri inşa edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, Səbail Rayon İcra Hakimiyyəti başçısınin 11 aprel 1997-ci il tarixli 506 saylı sərəncamına münasibətdə «İnzibati icraat haqqında» Qanunun 67.6-cı maddəsində nəzərdə tutulmuş hallar mövcud olmadığından, habelə həmin Qanunun 65.1-ci maddəsində göstərilən inzibati aktlar sırasına daxil olmadığından, eləcə də başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurulmadığından, iddiaçı etimadın qanunla qorunması hüququna malikdir. Bundan başqa, həmin sərəncam geri çağırılmadığından, ləğv edilmədiyindən, dəyişdirilmədiyindən, qüvvədə olma müddəti qurtardığından və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilmədiyindən hüquqi qüvvədədir və hüquqi cəhətdən etibarlıdır. İPM-in 58-ci maddəsi və «İnzibati icraat haqqında» Qanunun 19-cu maddəsinin tələbləri baxımından həmin sərəncam mötəbər sübut kimi qiymətləndirilməlidir. O da qeyd olunmalıdır ki, torpaq sahəsi iddiaçıya səlahiyyətli dövlət orqanı tərəfindən müvafiq qərar əsasında ayrılmışdır. Şəxsin müraciəti əsasında əlverişli inzibati aktın qəbul edilməsi və həmin aktın qanunauyğunluğunun təmin edilməsi inzibati orqanın məsuliyyət sferasına aiddir. Qeydiyyat aparan orqan həmin aktı məzmun baxımından təftiş etmək və onun qanunauyğunluğuna qiymət vermək səlahiyyəti ilə təchiz olunmamışdır. Həmin hüquqmüəyyənedici sənəd yalnız onu qəbul edən inzibati orqanın deyil, həm də digər inzibati orqanların davranışını müəyyən edir. İnzibati orqanlar inzibati aktın qüvvədə olduğu müddətdə onun məzmununa bağlıdır və ona uyğun davranmağa borcludur. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, həmin torpaq sahəsi Səbail Rayon İcra Hakimiyyəti başçısınin 11 aprel 1997-ci il tarixli 506 saylı sərəncamına əsasən iddiaçıya ayrılmışdır və torpaq sahəsinin Situasiya planı və sxemi Səbail Rayon İcra Hakimiyyəti tərəfindən təsdiq edilmişdir. Torpaq sahəsinin Səbail Rayon İcra Hakimiyyəti tərəfindən təsdiq edilmiş sxemində sahəsi 1800 kv.m göstərilmişdir. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin xx.xx.2019-cu il tarixli məktubundan da görünür ki, qeyd olunan sərəncam, Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialının xx.xx.2018-ci il tarixli 3094 nömrəli çıxarışı, göstərilən ünvanda mövcud vəziyyətdə olan 1800 kv.m torpaq sahəsinin Səbail Rayon İcra Hakimiyyəti tərəfindən razılaşdırılmış xx.xx.2018-ci il tarixli N-55-091 nömrəli yerləşmə sxemi və Rayon İcra Hakimiyyətinin xx.xx.2019-cu il tarixli N-06 nömrəli məktubuna əsasən həmin ünvandakı torpaq sahəsi qismən hasarlanmışdır. Torpaq sahəsinin yerləşmə mövqeyi ilə bağlı uyğunsuzluğun mövcudluğu iddiaçıdan asılı olmayan haldır və bu halın aradan qaldırılması isə cavabdeh inzibati orqanın özünün səlahiyyəti daxilindədir. Hər hansı uyğunsuzluq olsa belə, cavabdehin vəzifəsi sözügedən uyğunsuzluğu qanunvericiliklə müəyyən edilmiş qaydada aradan qaldırmaqla hüquqların qeydiyyatının aparılmasını təmin etməkdən ibarətdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən məhkəməyə təqdim olunmuş mütəxəssis rəyi və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspert rəyi ilə müəyyən edilmişdir ki, Səbail Rayon İcra Hakimiyyəti başçısının 506 nömrəli 11 aprel 1997-ci il tarixli sərəncamı ilə ayrılmış İddiaçı istifadəsində olan torpaq sahəsi yaşayış məntəqəsinin hüdudları daxilində yerləşir, həmin torpaq sahəsinə hər hansı hüquqi və fiziki şəxsin adına torpaq sahəsinin ayrılması və hər hansı hüquqi və ya texniki sənədin verilməsi barədə məlumat aşkar edilməmişdir, həmin torpaq sahəsinə dair iş materialında olan situasiya planı qeyd olunan sərəncama əsasən iddiaçının faktiki istifadəsində olan torpaq sahəsinə uyğundur, həmin torpaq sahəsi Səbail rayonu 2 nömrəli Sahə İnzibati Ərazi Dairəsinin hüdudları daxilində yerləşir, dövlət mülkiyyətindədir, digər hüquqi və ya fiziki şəxsə ayrılmış torpaq sahəsi ilə üst-üstə düşmür, onun yerləşdiyi ərazi sərəncamın verildiyi dövrdə Səbail rayonu, Bibiheybət qəsəbəsi, ünvan 22 ünvan olmuşdur. “"xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 9 fevral 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 4 oktyabr 2016-cı il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə görə, Bakı şəhər X15 İcraiyyə Komitəsinin dövlətə məxsus olan torpaq sahəsinin iddiaçıya ayrılması haqqında qanuni qüvvədə olan qərarı Mülki Məcəllənin 139-1.1.1-ci, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.1 və 10.2.1-ci maddələrinə əsasən, həmin torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatının aparılması üçün əsasdır. Cavabdehin imtinasında istinad etdiyi əsaslarla bağlı məhkəmə kollegiyası, Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda istinad edilən qərarında ifadə olunmuş hüquqi mövqeyə uyğun olaraq qeyd edir ki, hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün müəyyən olunmuş hallar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsində sadalanmışdır. Qanunverici hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsaslarını dəqiq müəyyən etmişdir. Hazırkı mübahisəyə münasibətdə iş üzrə aparılmış araşdırma zamanı həmin hallardan hər hansı birinin mövcudluğu müəyyən edilməmişdir. Göründüyü kimi, hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş əsaslar mövcud deyildir. Bu səbəbdən də cavabdehin imtinası əsassızdır və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı maddi hüquq normalarının pozulması ilə qəbul edildiyindən və məhkəmənin qərarda göstərdiyi nəticə işin hallarına uyğun gəlmədiyindən apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli və iddia təmin edilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1377/2021 nömrəli 29 sentyabr 2021-ci il tarixli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddia təmin edilsin. Səbail rayon İcra Hakimiyyəti başçısınin 11 aprel 1997-ci il tarixli 506 saylı sərəncamına əsasən “Bibiheybət” qəsəbəsi, Səlyan 32 saylı ünvanda yerləşən Köhnə bağ sahələrində İddiaçı ayrılmış 1800 kv.m torpaq sahəsinə İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri olan 50 manat İddiaçı alınaraq dövlət büdcəsinə ödənilsin. Qərardan tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar