Məhkəmə qərarları › İş №2-1(103)-1216/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1216/2020

05.08.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1216/2020 05.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nağıyeva Elmira Eyvaz qızı (sədrlik edən və məruzəçi), X2 və X3 ibarət tərkibdə, Həsənzadə Səbuhi Mehdi oğlunun katibliyi ilə, İddiaçı (VÖEN – **********, hüquqi ünvanı – AZ1010, ünvan 1 qanuni təmsilçi - X8, dövlət qeydiyyatına alındığı tarix- xx.xx.1994-cü il) cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X11 üzrə Baş İdarəsinə qarşı iddiaçının müvəqqəti xarakterli müdafiə tədbiri haqqında ərizələrinə dair Bakı İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2-1(112)-1333/2020 nömrəli qərardadından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsində (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı xx.xx.2019-cu il tarixdə cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Kiçik X1rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh tərəfindən İddiaçınə əsassız olaraq əlavə hesablanmış MDSS haqqı üzrə 26393,22 manat borcun silinməsi, 2013-cü ilədək (2013-cü ildə daxil olmaqla) ödənilməmiş MDSS haqqı üzrə 27368,11 manat borca dair öhdəliyə xitam verilməsi, MDSS haqqı üzrə 2014-cü ildən yaranmış və ödənilməmiş qalan 22473,95 manat borcun 5 il müddətinə hissə-hissə ödənilməsi üçün müvafiq şəraitin yaradılması, MDSS haqqının ödənilməsi barədə bank hesablaşma hesabına qoyulan tələbnamənin (sərəncamın) götürülməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. xx.xx.2019-cu il tarixdə iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdeh tərəfindən İddiaçınə əsassız olaraq hesablanmış məcburi dövlət sosial sığorta haqqı üzrə 26393,22 manat borcun silinməsi, məcburi dövlət sosial sığorta haqqı üzrə yaranmış və ödənilməmiş qalan 49841,88 manat borcun ödənilməsi müddətlərinin Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdən daha gec müddətə – 5 il müddətinə dəyişdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. xx.xx.2019-cu il tarixdə cavabdeh iddia tələbinə yazılı etiraz təqdim etmişdir. xx.xx.2019-cu il tarixdə İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək cavabdeh tərəfindən İddiaçı «xxxxxxxxxxx» ASC-də olan ******************** saylı hesablaşma hesabına qoyulmuş icra (ödəniş) sənədi olan sərəncamın icrasının müvəqqəti olaraq dayandırılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. xx.xx.2019-cu il tarixdə iddiaçı yenidən ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən İddiaçı «xxxxxxxxxxx» ASC-də olan ******************** saylı hesablaşma hesabına qoyulmuş icra (ödəniş) sənədi olan xx.xx.2019-cu il tarixli, **********7AZ saylı sərəncamın icrasının müvəqqəti olaraq dayandırılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. xx.xx.2020-ci il tarixdə iddiaçının nümayəndəsi və vəkili məhkəməyə ərizə ilə müraciət edərək, ərizənin nəticəsi ilə bağlı qərardadın surətinin ona təqdim edilməsini xahiş etmişdir. xx.xx.2020-ci il tarixdə iddiaçı yenidən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdeh tərəfindən İddiaçınə əsassız olaraq hesablanmış məcburi dövlət sosial sığorta haqqı üzrə 57928,39 manat borcun silinməsi, məcburi dövlət sosial sığorta haqqı üzrə yaranmış və ödənilməmiş qalan 20656,55 manat borcun ödənilməsi müddətlərinin Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdən daha gec müddətə – 5 il müddətinə dəyişdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. xx.xx.2020-ci il tarixdə iddiaçının nümayəndəsi və vəkili məhkəməyə yenidən ərizə ilə müraciət edərək, məcburi dövlət sosial sığorta haqqı üzrə borcun ödənilməsini təmin etmək üsulu kimi İddiaçı əmlakının siyahıya alınmasının cavabdehə müvəqqəti olaraq qadağan edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. İddiaçı ərizəni onunla əsaslandırmışdır ki, cavabdeh tərəfindən əsassız olaraq müəssisəyə 78584,94 manat məcburi dövlət sosial sığorta haqqı üzrə borc hesablanmış və həmin borcun Şirkətin əmlakı hesabına ödənilməsi üçün əmlakın siyahıya alınacağı barədə xəbərdarlıq edilmişdir. Şirkətin 78584,94 manat məcburi dövlət sosial sığorta haqqı üzrə borcu olmadığı halda onun əmlakı hesabına ondan həmin pul vəsatinin tutulması əsassızdır, həmin məbləğin Şirkətdən tutulması, yəni şirkətin əmlakının siyahıya alınaraq hərraca çıxarılması Şirkətin maliyyə vəziyyətini çıxılmaz hala salacaqdır. Bakı İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2-1(112)-1333/2020 saylı qərardadı ilə (hakim Ş.Həsənova) ərizələr təmin edilmiş, cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyinin Bakı şəhəri X11 üzrə Baş İdarəsi tərəfindən İddiaçı «xxxxxxxxxxx» ASC-də olan ******************** saylı hesablaşma hesabına qoyulmuş icra (ödəniş) sənədi olan xx.xx.2019-cu il tarixli, **********7AZ saylı sərəncamının icrası dayandırılmış, məcburi dövlət sosial sığorta haqqı üzrə borcun ödənilməsini təmin etmək üsulu kimi İddiaçı əmlakının siyahıya alınmasının cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyinin Bakı şəhəri X11 üzrə Baş İdarəsinə müvəqqəti olaraq qadağan edilməsi qərara alınmışdır. xx.xx.2020-ci il tarixdə cavabdeh Bakı İnzibati Məhkəməsinin 11.03. 2020-ci il tarixli, 2-1(112)-1333/2020 saylı qərardadından apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsini və ərizəçinin müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiq edilməsi barədə ərizəsinin təmin edilməməsi haqqında qərardad qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi işin faktiki hallarını araşdırmadan, iddianın uğurluluq ehtimalının mövcud olmadığını nəzərə almadan, ilkin məhkəmə araşdırması aparmaqla ərizəçinin maddi tələbinin mövcud olması ehtimalını müəyyən etmədən yalnız özünün və iddiaçının subyektiv mülahizələri əsasında müvəqqəti xarakterli müdafiə tədbiri barədə qərardad qəbul etmişdir. Məhkəmənin hazırkı qərardadı iddianın gələcəkdə uğurlu olmayacağı təqdirdə iddiaçının dövlət büdcəsinə olan borcların alınması ilə bağlı mühüm çətinliklər yaradacaqdır. Əvvəlki məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi X4 apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini və iddiaçının ərizəsinin təmin edilməməsini xahiş etdi. Əvvəlki məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının direktoru X8 və iddiaçının nümayəndəsi və vəkili Vəkil (Bakı şəhəri 9 saylı Vəkil Bürosu) izahat verərək, apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdilər. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, cavabdehin Bakı İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2-1(112)-1333/2020 saylı qərardadından verdiyi apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, iddiaçının ərizəsi qismən təmin edilməli, işə mahiyyəti üzrə baxılıb qurtaranadək vergi orqanı tərəfindən mübahisələndirilən vergi borcu ilə əlaqədar iddiaçının milli və ya xarici valyutada cari və ya digər hesablarında borc məbləğinin 105 faizi həcmində pul vəsaitinin məxaric əməliyyatları üzrə dondurulması haqqında kredit təşkilatına və ya bank əməliyyatları aparan şəxsə icra sənədi olan sərəncam vermək hüququ istisna olmaqla, bank hesablarında olan pul vəsaiti ilə bağlı digər sərəncamların qoyulması cavabdehə qadağan edilməlidir. İş materiallarında olan 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-399/2018 saylı, xx xxxxxx 2018-ci il tarixli qərarı ilə (hakim T.Əsədova) iddiaçı Azərbaycan Respublikası Əmək və X6 Nazirliyi yanında Dövlət X9 Bakı şəhəri üzrə X17 İdarəsinin iddia tələbi təmin edilmiş, İddiaçı xx.xx.2007-ci il tarixdə 12701,36 manat məcburi dövlət sosial sığorta haqları üzrə yaranmış borcu cavabdehin fəaliyyətinin dayandırılması və əmlakının satılması yolu ilə iddiaçının xeyrinə tutulması qərara alınmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşmayaraq aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Vergi Məcəlləsinin (bundan sonra mətndə - Vergi Məcəlləsi) - 23.1.7-ci maddəsinə əsasən, vergi ödəyicilərinin hesablaşma, valyuta və ya digər hesablarından qanunvericiliyə müvafiq olaraq hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının dövlət büdcəsinə alınması üçün banklara və ya digər kredit təşkilatlarına icra (ödəniş) sənədi olan sərəncam vermək, inzibati cərimələrin alınmasını təşkil etmək vergi orqanının hüququna aid edilmişdir; - 65.2-ci maddəsinə əsasən, (...) vergi orqanının hesabladığı və ya yenidən hesabladığı vergilər, faizlər və ya tətbiq etdiyi maliyyə sanksiyaları üzrə vergi orqanı vergi ödəyicisinin milli və ya xarici valyutada cari və ya digər hesablarında borc məbləğinin 105 faizi həcmində pul vəsaitinin məxaric əməliyyatları üzrə dondurulması haqqında kredit təşkilatına və ya bank əməliyyatları aparan şəxsə icra sənədi olan sərəncam verir; - 65.2.1-ci maddəsinə əsasən isə, vergi orqanı aşağıdakı hallarda vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların vergi ödəyicisinin milli və ya xarici valyutada cari və ya digər hesablarından dövlət büdcəsinə alınması haqqında kredit təşkilatına və ya bank əməliyyatları aparan şəxsə icra (ödəniş) sənədi olan sərəncam verir: - vergi orqanının hesabladığı vergilər, faizlər və tətbiq etdiyi maliyyə sanksiyaları üzrə vergi ödəyicisi tərəfindən bu Məcəllənin 65.1-ci maddəsində göstərilən bildirişin alındığı tarixdən 30 təqvim günü müddətində məhkəməyə şikayət verilmədikdə (65.2.1.2); - məhkəmənin müvafiq qərarı olduqda həmin qərara uyğun olaraq (65.2.1.3); Sadalanmış müddəalardan göründüyü kimi, vergi orqanı tərəfindən bank hesablarına iki növ sərəncamların qoyulması müəyyən edilmişdir: 1) borc məbləğinin 105 faizi həcmində pul vəsaitinin məxaric əməliyyatları üzrə dondurulması; 2) borc məbləğinin dövlət büdcəsinə alınması. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının milli və ya xarici valyutada cari və ya digər hesablarında borc məbləğinin 105 faizi həcmində pul vəsaitinin məxaric əməliyyatları üzrə dondurulması haqqında kredit təşkilatına və ya bank əməliyyatları aparan şəxsə icra sənədi olan sərəncam vermək hüququ cavabdehdə saxlanılmaldır. Məhkəmə tərəfindən vergi qanunvericiliyinin sözügedən göstərişləri və Azərbaycan Respublikası İPM-in 41.2-ci maddəsinin müəyyən etdiyi qayda iş üzrə müvəqqəti xarakterli müdafiə haqqında tədbirin müəyyən şərtlərlə görülməsi üçün əsas verir. Lakin, birinci instansiya məhkəməsi tərəfindən müvəqqəti xarakterli müdafiə tədbiri görülərkən cavabdehin mövqeləri nəzərə alınmadan və yuxarıda istinad edilən normaların göstərişlərinə əməl edilməmişdir. Məhkəmə kollegiyası iddiaçının məcburi dövlət sosial sığorta haqqı üzrə borcun ödənilməsini təmin etmək üsulu kimi İddiaçı əmlakının siyahıya alınmasının cavabdehə müvəqqəti olaraq qadağan edilməsi barədə ərizəsinə münasibətdə qeyd edir ki, əmlakın siyahıya alınması yalnız cavabdeh tərəfindən iddiaçıya göndərilmiş bildirişdə yaranmış borcun vaxtında ödənilməməsinə görə qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərdən biri kimi göstərilərək, Vergi Məcəlləsinin 89-cu maddəsinə əsasən borclu vergi ödəyicisinə məxsus əmlakların (daşınar və ya daşınmaz əmlaklar) siyahıya alına biləcəyi qeyd edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının ərizəsində qeyd etdiyi kimi, ona cavabdeh tərəfindən həmin borcun Şirkətin əmlakı hesabına ödənilməsi üçün əmlakın siyahıya alınacağı barədə yalnız xəbərdarlıq edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh orqan tərəfindən məcburi dövlət sosial sığorta haqqı üzrə borcun ödənilməsini təmin etmə üsulu kimi iddiaçının əmlakının siyahıya alınmasına müvəqqəti olaraq qadağa qoyulması qanunvericilik tərəfindən cavabdehin üzərinə qoyulmuş funksional vəzifələrin icrasının təmin edilməsinə mane törədə bilər. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının məcburi dövlət sosial sığorta haqqı üzrə borcun ödənilməsini təmin etmək üsulu kimi İddiaçı əmlakının siyahıya alınmasının cavabdehə müvəqqəti olaraq qadağan edilməsi barədə ərizəsi təmin edilməməlidir. Ona görə də məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlilləri ilə qismən razılaşır və yekunda belə nəticəyə gəlir ki, cavabdehin apellyasiya şikayəti qismən təmin edilməli, Bakı İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2-1(112)-1333/2020 saylı qərardadı ləğv edilməli, iddiaçının ərizəsi qismən təmin edilməli, işə mahiyyəti üzrə baxılıb qurtaranadək vergi orqanı tərəfindən mübahisələndirilən vergi borcu ilə əlaqədar iddiaçının milli və ya xarici valyutada cari və ya digər hesablarında borc məbləğinin 105 faizi həcmində pul vəsaitinin məxaric əməliyyatları üzrə dondurulması haqqında kredit təşkilatına və ya bank əməliyyatları aparan şəxsə icra sənədi olan sərəncam vermək hüququ istisna olmaqla, bank hesablarında olan pul vəsaiti ilə bağlı digər sərəncamların qoyulması cavabdehə qadağan edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İPM-in 80, 87, 89 - 90, 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X11 üzrə Baş İdarəsinin apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2-1(112)-1333/2020 saylı qərardadı ləğv edilsin. İddiaçının müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizəsi qismən təmin edilsin. İşə mahiyyəti üzrə baxılıb qurtaranadək vergi orqanı tərəfindən mübahisələndirilən vergi borcu ilə əlaqədar İddiaçı firmasının milli və ya xarici valyutada cari və ya digər hesablarında borc məbləğinin 105 faizi həcmində pul vəsaitinin məxaric əməliyyatları üzrə dondurulması haqqında kredit təşkilatına və ya bank əməliyyatları aparan şəxsə icra sənədi olan sərəncam vermək hüququ istisna olmaqla, Azərbaycan Respublikasının bütün banklarında olan hesablarına pul vəsaiti ilə bağlı digər sərəncamların qoyulması cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X11 üzrə Baş İdarəsinə qadağan edilsin. İddiaçının digər - məcburi dövlət sosial sığorta haqqı üzrə borcun ödənilməsini təmin etmək üsulu kimi İddiaçı əmlakının siyahıya alınmasının cavabdehə müvəqqəti olaraq qadağan edilməsi barədə ərizəsi təmin edilməsin. Qərardaddan rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar