Məhkəmə qərarları › İş №2-1(103)-1217/2020

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1217/2020

29.07.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1217/2020 29.07.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Həmidov Həmid Üzeyir oğlu (sədrlik edən və məruzəçi), Nağıyeva Elmira Eyvaz qızı və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Qasımova Nərgiz Emin qızının katibliyi, İddiaçının nümayəndəsi X6, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X5 Nazirliyi yanında Dövlət X9 X7 idarəsinə qarşı pensiyanın yenidən hesablanması tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-239/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X5 Nazirliyi yanında Dövlət X9 X7 idarəsinə (bundan sonra mətndə DSMF X7 idarəsi) qarşı pensiyanın yenidən hesablanması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx xxxxxx 2019-cu il tarixli 12/2578 saylı yeni məlumat vərəqəsi əsasında “Ailə başçısını itirməsinə görə” ona təyin edilən pensiyanın yenidən hesablanması və bütöv məbləğdə ödənilməsinin cavabdehə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Sonradan İddiaçı məhkəməyə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 54-cü maddəsinə əsasən iddianın dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, DSMF X7 idarəsinə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx xxxxx 2019cu il tarixli MN-11873 saylı yeni məlumat vərəqəsi əsasında “Ailə başçısını itirməsinə görə” ona təyin edilən pensiyanın yenidən hesablanaraq 2012-2016-cı illər üzrə ödənilməsinin həvalə edilməsibarədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində göstərmişdir ki, o, uzun illər ərzində Azərbaycan Dövlətinə xidmət etmiş mərhum hərbiçi X2 arvadıdır. Ona xx xxxxxxxx 2012-ci il tarixdə DSMF-nin X7 idarəsi tərəfindən ailə başçısının itirməyə görə əmək pesiyası təyin edilmişdir. Lakin məlum olmuşdur ki, ona düşən pensiya düzgün hesablanmamışdır. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfndən ona təqdim edilən xx xxxxx 2019-cu il tarixli MN-11873 saylı yeni məlumat vərəqəsi ona düşən pensiyanın yenidən hesablanması üçün DSMF-nin X7 idarəsinə təqdim edilmişdir. Sözügedən İdarə ona cavab olaraq qeyd etmişdir ki, məlumat vərəqəsi əsasında pensiya yalnız son üç il üçün yenidən hesablanacaq və hissə-hissə mövcud pensiyaya əlavə olunacaq. Göründüyü kimi DSMFnin X7 idarəsi pensiyanın düzgün hesablanmaması faktını etiraf etmişdir, lakin ona düşən pensiyanın xx xxxxxxxx 2012-ci il tarixindən etibarən hesablanmasıı və bütöv şəkildə ona ödənilməsindən imtina etmişdir. Cavabdeh DSMF-nin X7 idarəsi məhkəməyə təqdim etdiyi iddiaya dair yazılı etirazında göstərmişdir ki, iddiaçı xx xxxxxx 2012-ci il tarixdə ona pensiya təyin edilməsi ilə bağlı ərizə ilə İdarəyə müraciət etmişdir. İdarənin 12/1925 nömrəli, xx xxxxxxxx 2012-ci il tarixli qərarı ilə “Əmək pensiyaları haqqında” Qanunun (bundan sonra - ƏPQ) 20.17.2-ci maddəsinə əsasən iddiaçıya ömürlük ailə başçısını itirməyə görə pensiya təyin edilmişdir. ƏPQ-nin 37.7-ci maddəsinə görə, keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.1.-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir. ƏPQ-nin 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Göründüyü kimi İdarə ƏPQ-nin 37.7 və 32.1-1-ci maddələrini rəhbər tutaraq müraciət tarixindən geriyə ən çoxu 3 il üçün pensiyanı hesablayıb və hissə-hissə ödəyir. İddiaçının 2012-ci ildən 2016-cı il tarixədək olan dövr üçün İdarəyə pensiya ödənilməsini tələb etmək hüququ, İdarənin isə belə bir pensiyanı hesablayıb ödəmək öhdəliyi yoxdur. Odur ki, İdarənin imtinası ƏPQ-nin tələblərinə tam uyğundur. Hesab edirlər ki, 32.1-1 və 37.7-ci maddələr hüququn yaranıb-yaranmaması ilə bağlı halları nizamlamır. Hazırki mübahisə pensiya hüququnun yaranıb-yaranmaması ilə bağlı deyildir. İddiaçının pensiya hüququna malik olduğunu heç kəs mübahisələndirmir. ƏPQ-nin 37.7-ci maddəsi də pensiya hüququnun qazanılıb-qazanılmaması ilə deyil, pensiya hüququnun yaranmasına baxmayaraq alınmamış pensiya məbləğinin zaman baxımından məhdudlaşdırılması ilə bağlıdır. Bakı İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-1(112)-239/2020 saylı qərarı ilə iddia tələbi təmin edilmiş, İddiaçı “Ailə başçısını itirməsinə görə” təyin edilmiş əmək pensiyasının Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx xxxxx 2019-cu il tarixli MN- 11873 saylı yeni məlumat vərəqəsi əsasında 2012-2016-cı illər, yəni xx.xx.2012-ci ildən xx.xx.2016-cı ilədək olan dövr üzrə yenidən hesablanaraq, ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və X5 Nazirliyi yanında Dövlət X11 X7 İdarəsinə həvalə edilmişdir. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək apellyasiya şikayətini iddia tələbinə dair verdiyi etiraza uyğun əsaslandırıb birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsi və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının qüvvədə saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası tərəflərin nümayəndələrinin izahatlarını dinləyərək, apellyasiya şikayətini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin hazırkı iş üzrə qərarı ləğv edilərək iddia təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (subutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. İşin faktiki hallarından görünür ki, İddiaçı xx.xx.1942-ci ildə Bakı şəhərində doğulmuş, xx.xx.1968-ci ildə X3 ilə nikaha daxil olmuş, Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən X2 adına təminat xərcliyi 600,75 manat göstərilməklə xx.xx.2007-ci il tarixli MN seriyalı ZE-40505 №li məlumat vərəqi tərtib edilərək DSMF-yə göndərilmiş, X3 xx.xx.2012-ci ildə ölmüşdür. İddiaçı xx.xx.2012-ci il tarixdə ərizə ilə DSMF Hərbi Qulluqçular və X8 İş Departamentinə müraciət edərək, ona ailə başçısını itirməyə görə pensiya təyin olunmasını xahiş etmiş və ona xx.xx.2012-ci il tarixdə ömürlük 383,60 manat pensiya təyin edilmişdir (DSMF Hərbi Qulluqçular və X8 İş Departamentinin 12/1925 sayı xx.xx.2012-ci il tarixli qərarı və pensiyaçının ZE 40505 №-li uçot vərəqi). Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən X2 adına təminat xərcliyi 1.486 manat göstərilməklə xx.xx.2009-ci il tarixli MN seriyalı 11873 №li məlumat vərəqi tərtib edilərək DSMF-yə göndərilmişdir. DSMF-nin X7 idarəsi tərəfindən İddiaçı əmək pensiyasının yenidən hesablanması haqqında xx.xx.2019-cu il tarixli qərar qəbul edilmişdir. Qeyd olunan qərara əsasən yeni məlumat vərəqi nəzərə alınmaqla sonuncuya təyin olunmuş əmək pensiyasının xx.xx.2016-xx.xx.2019-cu illər arasındakı dövr üçün yenidən hesablanaraq ödənilməsi, xx.xx.2019-cu ildən isə müddətsiz 520,10 manat pensiya təyin olunması qərara alınmışdır. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən İddiaçı ünvanlanmış 12/2578 nömrəli xx.xx.2019-cu il tarixli məktubda göstərilmişdir ki, mərhum həyat yoldaşının hərbi xidmətdən buraxıldığı günə tutduğu sonuncu vəzifəsi üzrə, yəni Bakı Ali Hərbi Komandanlıq Məktəbi rəisinin maddi təchizat üzrə müavininin vəzifə maaşı xx.xx.2011-ci il tarixdən 550.00 manat, xx.xx.2013-cü il tarixdən 605,00 manat, xx.xx.2014-cü il tarixdən 667,00 manat, xx.xx.2016-cı il tarixdən 735,00 manat, xx.xx.2018-ci il tarixdən isə 810,00 manat təşkil edir. İddiaçı yeni məlumat vərəqəsi əsasında “Ailə başçısını itirməsinə görə” ona təyin edilən pensiyanın2012-2016-cı illər üzrə olan dövr üzrə yenidən hesablanaraq ödənilməsinə dair ərizə ilə cavabdeh orqana müraciət etmiş, cavabdeh xx.xx.2019-cu il tarixli **********4 №-li məktubla “Əmək pensiyaları haqqında” AzərbaycanRespublikasıQanununun 32.1-1-ci və 37.7-ci maddələrinə istinad edərək müraciətin təmin olunmasından imtina etmişdir. Birinci instansiya məhkəməsi qərarından görünür ki, məhkəmə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.7-ci maddəsinə istinad edərək cavabdehin imtinasının qanuni olmadığı qənaətinə gəlib iddianı təmin etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hüquqi nəticəsi ilə razılaşmır və öz mövqeyini aşağıdakı kimi əsaslandırır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli 135 nömrəli qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları”nın 3-cü bəndinə əsasən hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatlar qulluq etdiyi orqanların müvafiq qurumları tərəfindən tərtib olunur və əmək pensiyasının təyin edilməsi üçün Azərbaycan Respublikası Dövlət X10 təqdim edilir. Yuxarıda qeyd olunan Qaydaların 4-cü bəndinə əsasən hərbi qulluqçular və xüsusi rütbəli şəxslər sırasından olan əmək pensiyaçılarının pensiyalarının yenidən hesablanması (və ya pensiyalarına əlavə edilməsi) məqsədi ilə bu Qaydaların 1-ci bəndində nəzərdə tutulmuş şəxslərin təminat xərcliyində baş verən artımlar barədə məlumatlar həmin bənddə göstərilən orqanlar tərəfindən 5 gün ərzində Azərbaycan Respublikası Dövlət X10 təqdim edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə Azərbaycan Respublikasının xx xxxxxx 2006-cı il tarixli 184-İİİQD nömrəli Qanununun və həmin Qanunun tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2006-cı il tarixli 499 nömrəli Fərmanının 6-cı bəndinə müvafiq olaraq xx.xx.2007-ci il tarixdən qüvvəyə minmiş və hal-hazırda qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.5-ci maddəsinə əsasən təminat xərcliyi–hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən, artımlardan ibarət olan məbləğdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (iddiaçının pensiya hüququ yarandığı zaman qüvvədə olan redaksiyada)4.1-ci maddəsinə əsasən bu qanuna uyğun olaraq əmək pensiyalarının aşağıdakı növləri müəyyən edilmişdir: 4.1.1. yaşa görə əmək pensiyası; 4.1.2. əlilliyə görə əmək pensiyası; 4.1.3. ailə başçısını itirməyə görə əmək pensiyası. Həmin Qanunun 14.1.2-ci maddəsinə əsasən vəfat etmiş və ya həlak olmuş ailə başçısının öhdəsində olan (vəfat edənin tam təminatında olan və ya ondan özlərinin yaşayışı üçün daimi və əsas vəsait mənbəyi kimi kömək alan) ata, ana, ər, arvad bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmışdırsa, yaxud İ və ya İİ qrup əlildirsə ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 32.3-cü maddəsinə əsasən ailə başçısını itirməyə görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ailə başçısını itirməyə görə əmək pensiyası hüququnun yarandığı gündən bu Qanunun 14-cü maddəsində göstərilmiş şərtlərin mövcud olduğu müddət üçün, bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmış şəxslərə isə ömürlük təyin edilir Həmin Qanunun 37.7-ci maddəsinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği müddətindən asılı olmayaraq ödənilir. Həmin Qanunun 32.1-1-ci maddəsinə görə əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı iddia tələbində onun pensiyasının düzgün hesablanmadığını, pensiya hüququnun 2012-ci ildən yarandığı halda cavabdeh orqan tərəfindən yalnız 2016-ci ildən yenidən hesablandığını göstərsə də, işin araşdırılan hallarından görünür ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən iddiaçının mərhum əri Akif Qasımova aid məlumat vərəqi sonuncu dəfə xx xxxxx 2019-cu il tarixdə cavabdeh inzibati orqana təqdim edilmişdir. Cavabdeh inzibati orqan “Əməkpensiyalarıhaqqında” AzərbaycanRespublikasıQanununun 32.1-1-ci maddəsini rəhbər tutaraq xx.xx.2019-cu il tarixdən əvvəlki üç ilin yenidən hesablanmasını həyata keçirən zaman haqlı olmuşdur. İş materiallarından müəyyən olunur ki, cavabdeh idarə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.7 və 32.1-1-ci maddələrini rəhbər tutaraq müraciət tarixindən geriyə ən çoxu 3 il üçün pensiya hesablamışdır və hissə-hissə ödəyir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının pensiya hüququ 2012-ci ildə yaransa da, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsi pensiya ödənilməsini zaman baxımı ilə məhdudlaşdırdığından cavabdehin imtinası qanunun tələblərinə tam uyğun olmuşdur. Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, iddianın təmin edilməsi üçün qanunauyğun əsaslar mövcud olmamışdır. Apellyasiya şikayətində göstərilən dəlillər birinci instansiya məhkəməsinin qərarının ləğvi üçün əsasdır. Buna görə də cavabdehin apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin hazırkı iş üzrə qərarı ləğv edilməli və iddia tələbi təmin edilməməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilsin. Hazırkı iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-239/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərarıləğv edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X5 Nazirliyi yanında Dövlət X9 X7 idarəsinə qarşı pensiyanın yenidən hesablanması tələbinə dair iddiası təmin edilməsin. Qərardan, təqdim edildiyi gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəh.Yusif Səfərov küç.14, 1193-cü məh. AZ1025) Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar