Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1219/2020 10.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Aida Əli qızı Hüseynin sədrliyi və məruzəsi ilə, X12 və X5 ibarət tərkibdə, Nərminə Sahib qızı Murğuzovanın katibliyi ilə, İddiaçı və cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X11 Nazirliyi yanında Dövlət X15 X1rşı “pensiyanın təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-840/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən inzibati işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X11 Nazirliyi yanında Dövlət X15 X1rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun xx.xx.1979-cu ildən xx.xx.1980-ci ilədək İstehsalat-Təmir müəssisəsinin Qazan Avadanlıqları üzrə xüsusi sexdə elektrik qaynaqçısı peşəsində, xx.xx.1980-ci ildən xx.xx.1982-ci ilə qədər keçmiş Sovet Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdə olduğu dövrün, xx.xx.1982-ci ildən xx.xx.1996-cı ilədək İstehsalat-Təmir müəssisəsinin Qazan Avadanlıqları üzrə xüsusi sexdə 3-cü, 4-cü, 5-ci və 6-cı dərəcəli qaz qaynaqçısı, əl ilə elektrik qaz qaynaqçısı peşələrində, xx.xx.1996-cı ildən xx.xx.2004-cü ilədək 1 saylı X2 5-ci və 6-cı dərəcəli elektrik qaynaqçısı peşəsində müddətin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” ilə güzəştli iş stajı kimi nəzərə alınmaqla xx.xx.2018-ci il tarixdən (57 yaşdan) güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi və ödənilməmiş pensiya məbləğinin hesablanaraq ona verilməsi öhdəliyinin cavabdehin üzərinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, əmək fəaliyyətinə xx.xx.1979-cu il tarixdən başlamışdır. xx.xx.1980-ci ildən xx.xx.1982-ci ilə qədər keçmiş Sovet ordu sıralarında həqiqi hərbi xidmətdə olmuşdur. xx.xx.1979-cu ildən xx.xx.1980-ci ilədək İstehsalat-Təmir müəssisəsinin Qazan Avadanlıqları üzrə xüsusi sexdə eletkrik qaynaqçısı peşəsində, xx.xx.1982-ci ildən xx.xx.1996-cı ilədək İstehsalat-Təmir müəssisəsinin Qazan Avadanlıqları üzrə xüsusi sexdə 3-cü, 4-cü, 5-ci və 6-cı dərəcəli qaz qaynaqçısı, əl ilə elektrik qaz qaynaqçısı peşələrində, xx.xx.1996-cı ildən xx.xx.2004-cü ilədək 1 saylı X2 5ci və 6-cı dərəcəli elektrik qaynaqçısı peşəsində işləmişdir. Göstərilən peşələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 №-li Qərarının 35-ci fəslinə əsasən bilavasitə zərərli sahə hesab edilir. 57 yaşı tamam olan tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması ilə bağlı cavabdeh inzibati orqana ərizə ilə müraciət etmişdir. Lakin, DSMF-nin X13 İdarəsi imtina məktubu ilə ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasından imtina etmişdir. Hesab edir ki, cavabdeh inzibati orqanın imtinası əsaslı olmamışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-840/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilmişdir. Həmin qərardan cavabdeh apelyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsi xahiş edilmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən x xxxxxx 2006-cı il tarixinədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. x xxxx 2007-ci il tarixinədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiqlənmiş 2 №-li siyahıya görə 25 il ümumi stajı olan və bu stajın ən azı 12 il 6 ayını güzəştli işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır.Həmin Qanunun 1.0.8-ci maddəsinə uyğun olaraq fərdi hesabın sığorta hissəsi əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır. Təqdim olunan sənədlərdən göründüyü kimi İddiaçı fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X7 apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi və əlavə olaraq bildirdi ki, kod düzgündür. Stajda problem yoxdur. Məhkəmə iclasında iştirak edən İddiaçı apelyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini dinləyib, tərəflərin dinlənilmə hüququnu təmin edib, iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti təmin edilməməli, hazırkı iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-840/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (subutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. İş materiallarında olan: İddiaçı məxsus NZ ******* №-li hərbi biletin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Sədi Bayramov xx.xx.1980-ci ildən xx.xx.1982-ci ilə qədər Sovet ordu sıralarında hərbi xidmət keçmişdir. İddiaçı məxsus əmək kitabçasının notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.1976-cı ildən xx.xx.1979-cu ilə qədər təhsil almış, xx.xx.1979-cu ildən xx.xx.1980-cı ilədək İstehsalat Təmir müəssisəsinin Qazan Avadanlıqları üzrə xüsusi sexdə elektrik qaynaqçısı, xx.xx.1982-ci ildən xx.xx.1996-cı ilədək İstehsalat-Təmir müəssisəsinin Qazan Avadanlıqları üzrə xüsusi sexdə 3-cü, 4-cü, 5-ci və 6-cı dərəcəli qaz qaynaqçısı, əl ilə elektrik qaz qaynaqçısı, xx.xx.1996-cı ildən xx.xx.2004-cü ilədək 1 saylı X2 5-ci və 6-cı dərəcəli elektrik qaynaqçısı peşəsində işləmişdir. Azərbaycan Respublikası Sumqayıt şəhəri “Mənzilsənayetikintitəmir” Birliyi 1 saylı X4 tərəfindən verilmiş 48 saylı, xx.xx.2010-cu il tarixli arayışdan görünür ki, X14 xx.xx.1996-cı ildən xx.xx.2004-cü ilə kimi 1 saylı X2 elektrik qaynaqçısı işində işləmişdir. “xxxxxx” ASC tərəfindən verilmiş 01-ZP/312 №-li, xx.xx.2019-cu il tarixli güzəştli arayışda qeyd edilmişdir ki, İddiaçı xx.xx.1979-cu ildən xx.xx.1980-ci ilədək İstehsalat- Təmir müəssisəsinin Qazan Avadanlıqları üzrə xüsusi sexdə eletkrik qaynaqçısı, xx.xx.1982-ci ildən xx.xx.1996-cı ilədək İstehsalat-Təmir müəssisəsinin Qazan Avadanlıqları üzrə xüsusi sexdə qaz qaynaqçısı, elektrik qaynaqçısı, əl ilə elektrik qaz qaynaqçısı işləmiş və Azərbaycan Respublikası Əmək Məcəlləsinin 37-ci maddəsinə (öz xahişi ilə) əsasən işdən azad edilmişdir. “xxxxxx” ASC-nin ATÜ/442 №-li, xx.xx.2015-ci il tarixli Əmri ilə Cəmiyyətdə elektrik qaynaqçısı işləmiş işçilər “əl ilə qaynaq aparan elektrik qaynaqçıları” hesab edilir. Göstərilən peşə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 №-li Qərarının 35-ci fəslinə əsasən bilavasitə zərərli sahə hesab edilir. Onun güzəştli pensiya üçün stajı 14 il 07 ay 17 gün təşkil edir. “xxxxxxxxxx” ASC-nin xx.xx.2002-ci il tarixli, 13 №-li əmrinə əsasən İstehsalat Təmir müəssisəsi ləğv edilmiş və yeni hüquqi şəxs kimi “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC yaradılmışdır. “xxxxxxxxxx” ASC-nin xx.xx.2004-cü il tarixli, AÜ/032 №- li əmrinə əsasən “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC adlandırılmışdır. “xxxxxxxxxx” ASC-nin xx.xx.2005- ci il tarixli, AÜ/040 №-li əmrinə əsasən isə “xxxxxxxxxxxxxxxxx” MMC adlandırılıb. Dövlət Əmlaklarının İdarə edilməsi üzrə Dövlət Komitəsinin xx.xx.2008-ci il 323 №-li Sərəncamına əsasən “xxxxxx” ASC adlandırılıb. Azərbaycan Respublikası Əmək və X11 Nazirliyi yanında Dövlət X15 X13 İdarəsinin iddiaçının xx.xx.2019-cu il tarixli ərizəsinə cavab olaraq verdiyi xx.xx.2019-cu il tarixli, **********9 №-li məktubdan görünür ki, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan verməməsi əsas gətirilməklə mümkün hesab edilməmişdir. “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsində deyilir ki, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Qeyd olunan hüquq normasında “əvvəllər qüvvədə olmuş qanunvericiliklə” müddəası ilə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun qəbul edildiyi vaxta qədər qüvvədə olmuş vətəndaşların pensiya təminatını tənzimləyən normativ aktları, o cümlədən 2006-cı ilin yanvar ayının 1-dək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunu nəzərdə tutulmuşdur. xx.xx.1997-ci il tarixədək qüvvədə olan “Vətəndaşların pensiya təminatı haqqında” AR Qanunun 13-cü maddəsinin “b” bəndinə əsasən əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər—55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; Qeyd olunan Qanuna Azərbaycan Respublikasının xx.xx.1997-ci il tarixli 321-İQD nömrəli Qanunu ilə edilmiş dəyişikliyə əsasən həmin maddədə (13-cü maddədə) nəzərdə tutulan yaş hədləri 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılır. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 3cü maddəsinin “E” bəndinə əsasən qanunda nəzərdə tutulmuş başqa şərtlərə əməl etməklə ictimai faydalı əməklə məşğul olan ali məktəblərdə və orta ixtisas peşə məktəblərində, kadrlar hazırlayan kurslarda təhsil alanlar, aspirantlar, klinika ordinatorları, doktorantların əmək pensiyası almaq hüququ vardır. Həmin Qanunun 67-ci maddəsinin İİİ hissəsinin “Ğ” bəndinə əsasən ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, həbslə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” təsdiq edilmiş və müəyyən edilmişdir ki, “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli, xüsusilə ağır olan və eləcə də zərərli və ağır işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahıları iş yerlərinin attestasiyası nəzərə alınmaqla tətbiq olunur. 2 nömrəli siyahı üzrə iddiaçının işlədiyi peşələr 33-cü bölmənin “qaz qaynaqçıları” (23200000—11620) və “əl ilə qaynaq aparan elektrik qaynaqçıları” (23200000—19906) peşələrinə uyğundur. Cavabdehin İddiaçı fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan verməməsi ilə bağlı apelyasiya şikayətinin dəlilinə münasibətdə isə kollegiya qeyd edir ki, iddiaçıya münasibətdə xx.xx.2006-cı il tarixə qədər qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” qanun tətbiq edilir. Həmin qanuna əsasən isə ümumiyyətlə pensiya kapitalı və ya pensiya kapitalının minimum məbləği nəzərdə tutulmamışdır. Beləliklə kollegiya qeyd edir ki, İddiaçı təhsil və hərbi xidmət dövrü də nəzərə alınmaqla 2006-cı ilin yanvar ayının 1-dək 25 ildən çox ümumi iş stajına, o cümlədən 12 il 6 aydan çox “əmək şəraiti zərərli və ağır olan” iş stajına malik olduğundan və onun işlədiyi vəzifə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 320 nömrəli xx xxxx 1993-cü il tarixli qərarı ilə təsdiq edilmiş 2 saylı Siyahıda nəzərdə tutulduğundan və iş yerindən iddiaçının işlədiyi vəziflərə uyğun arayış təqdim edildiyindən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə və “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə əsasən onun 57 yaşdan (xx.xx.2018-ci il tarixdən) güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmışdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı xx.xx.2018-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququna malik olduğundan hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuş və işə baxan məhkəmə cavabdehin imtinasının qanunsuz olması və iddianın təmin edilməsi barədə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Sadalanan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-840/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, apelyasiya şikayəti təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Əmək və X11 Nazirliyi yanında Dövlət X15 X13 İdarəsi tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-840/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Hakim: Aida Hüseyn
Məhkəmə qərarları › İş №2-1(103)-1219/2020
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1219/2020
10.08.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver