Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1219/2022 29.07.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Həmidov Həmid Üzeyir oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, iddiaçı müəssisənin rəhbəri X1 və üçüncü şəxs Cavabdeh4 firmasının nümayəndəsi Vəkil1 iştirakı ilə İddiaçı “Bakıbaştikinti” “Bakışəhərtikinti” Ümumtikinti trestinin əmək kollektivinin cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinə (Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti, Cavabdeh4 firması, Azərbaycan Respublikası Şəhərsalma və Arxitektura Komitəsi) qarşı “sərəncamların ləğv edilməsi tələbinə dair” inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5567/2021 saylı xx.xx.2021-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı “Bakıbaştikinti” “Bakışəhərtikinti” Ümumtikinti trestinin əmək kollektivi cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı məhkəmədə iddia qaldıraraq cavabdehin 13 iyul 2017-ci il tarixli 602 saylı və 20 aprel 2018-ci il tarixli 304 saylı sərəncamlarının ləğv edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir (Dəqiqləşdirilmiş iddia tələbi). Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5567/2021 saylı xx.xx.2021-ci il tarixli qərarı ilə iddia rədd edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsi barədə yeni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İşin apellyasiya baxışı mərhələsində hazırkı məhkəmə iclasında iştirak edən iddiaçı “Bakıbaştikinti” “Bakışəhərtikinti” Ümumtikinti trestnin əmək kollektivinin rəhbəri X2 ərizə ilə məhkəməyə müraciət edərək,iddiadan mtina etdiyini bildirmişdir. Ərizədə, məhkəmənin icraatında olan 2-1(103)-1219/2022 nömrəli iş üzrə iddiaçı ilə Cavabdeh4 firması arasında barışıq əldə olunaraq iddiaçıya 150.000,00 (bir yüz əlli min) manat kompensasiya ödənildiyi nəzərə alınaraq iddiaçının iddiadan və apellyasiya şikayətindən imtina etdiyini bildirilərək işə mahiyyəti üzrə baxılmasına xitam verilməsi məhkəmədən xahiş edilmiş, eyni zamanda, bildirmişdir ki, iddiadan imtina edilməsi eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna etdiyi iddiaçıya məlumdur. Məhkəmə kollegiyasının iclasında iştirk edən iddiaçının nümayəndəsi H.Hacıyev ərizəsinin təmin olunmasını, cavabdehin nümayəndəsi vəkil E.Kərmov isə iddiaçının iddiadan etməsi ilə razılaşdığını və iş üzrə icraata xitam verilməsinə etirazı olmadığını bildirmişdir. Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinin, habelə üçüncü şəxslər Əmlak Məsələləri Dövlət Xidmətinin və Azərbaycan Respublikası Şəhərsalma və Arxitektura Komitəsinin səlahiyyətli nümayəndələri məhkəmə iclasına gəlməmiş, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəllənin (“İPM”) 62.3-cü maddəsinin tələblərini nəzərə alan məhkəmə kollegiyası onların iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, iddiaçının ərizəsini ona əlavə edilmiş sənədləri və iş üzrə digər materialları araşdırıb hesab edir ki, iddiaçının iddiadan imtina barədə ərizəsi təmin edilməlidir. Belə ki, İPM-in 55.1-ci maddəsinə əsasən məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər iddiaçı iddiadan imtina etməyə haqlıdır. Həmin Məcəllənin 55.4-cü maddəsinə əsasən iddiadan imtina edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna edir. İddiaçının iddiadan imtina barədə ərizəsi ilə birlikdə məhkəməyə təqdim edilmiş “Bakıbaştikinti” “Bakışəhərtikinti” Ümumtikinti trestinin əmək kollektivin ilə “Anar-60 firması arasında bağlanmış 28 iyul 2022-ci il tarixli “Barışıq Sazişi”ndən görünür ki, məhkəmədən kənar qaydada mübahisə öz həllini tapmışdır. Bununla əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının ləğv edilməsini tələb etdiyi Bakı şəhər İcra Hakimiyyətinin sərəncamları, üçüncü şəxs Cavabdeh4 firması barəsində olan və onun üçün əlverişli inzibati aktlardır. Cavabdeh4 firmasının iddiaçını razı salması və sonuncunun iddia tələblərindən imtina etməsi, işdə iştirak edən bütün şəxslərin qarşılıqlı mənafeyinə uyğundur və digər şəxslərin maraqlarını pozmur. Məhkəmə kollegiyası tərəfindən iddiaçının nümayəndəsinin diqqətinə bir daha çatdırılmışdır ki, iddiadan imtina edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna edir. Beləliklə də qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası belə qənaətə gəlir ki, iddiaçının iddiadan imtina etməsi, işin hallarına və prosessual qanunvericiliyin tələblərin uyğun hesab edilərək məhkəmə tərəfindən qəbul edilməlidir. İPM-in 55.5-ci maddəsi isə nəzərdə tutur ki, iddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Məhkəmənin həmin qərardadından şikayət verilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və İPM-in 80, 83, 89, 90-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı “Bakıbaştikinti” “Bakışəhərtikinti” Ümumtikinti trestnin əmək kollektivinin rəhbəri X1 iddiadan imtina bardə ərizəsi təmin edilsin. “Bakıbaştikinti” “Bakışəhərtikinti” Ümumtikinti trestnin əmək kollektivinin cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı “13 iyul 2017-ci il tarixli 602 saylı və 20 aprel 2018-ci il tarixli 304 saylı sərəncamlarının ləğv edilməsi haqqında” iddia tələblərindən imtinası qəbul edilsin. İş üzrə icraata xitam verilsin. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Cahangir Yusifov Hakimlər: Həmid Həmidov Vüsalə Baxışova
Məhkəmə qərarları › İş №2-1(103)-1219/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1219/2022
29.07.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver