Məhkəmə qərarları › İş №2-1(103)-1219/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1219/2023

07.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1219/2023 07.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X4 Məmmədova (sədirlik edən və məruzəçi), Cahangir Afər oğlu Yusifovdan və X2 ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi ilə İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, Bakı İnzibati Məhkəməsinin 08 dekabr 2022-ci il tarixli, 2-1(112)-12416/2022 saylı qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 07 fevral 2022-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq müəyyən etdi: İddiaçı X3 cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Xətai rayonu, Ceyhun Səfərov (keçmiş Sadıqcan) küçəsi, məhəllə 2929-2930, ev 1K, 67 saylı mənzilin üzərinə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “1/12m” nömrəli, xx.xx.2015-ci il tarixli məktubu əsasında qoyulmuş məhdudiyyətin götürülməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 08 dekabr 2022-ci il tarixli, 2-1(112)-12416/2022 saylı qərardadı ilə iddia mümkün sayılmamışdır. İddiaçı apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsini və işə mahiyyəti üzrə baxılması üçün həmin məhkəməyə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qərardad qəbul edilərkən maddi və prosessual hüquq normalarının tətbiqində yainışiığa yol verilmişdir. Qərardad ləğv edilməli və iddia ərizəsi mümkün sayılaraq icraata qəbul edilməlidir. Belə kı, Bakı şəhəri, Xətai rayonu, Ceyhun Səfərov (keçmiş Sadıqcan) küçəsi, məhəllə 2929-2930 ev 1K, mənzil 67 xx.xx.2012-ci il tarixdən onun xüsusi mülkiyyətindədir. Mənzili bağışlamaq üçün notariat orqanında müqavilə bağlanılmış və çıxarış verilməsi üçün daşınmaz əmlaka göndərilmişdir. Daşınmaz əmlakdan verilən cavabda mənzil üzərində məhdudiyyət olması səbəbindən hüququn qeydə alınmasının mümkün olmadığı göstərilmişdir Yenidən cavabdeh quruma müraciət edərək məhdudiyyin səbəbinin izah olunmasını və məhdudiyyətin götürülməsini xahiş etmişəm Cavabdeh qurumdan verilən tarixli cavab məktubunda mənzil üzərinə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 1/12m nömrəli, xx.xx.2015-ci ıl tarixil məktubu əsasında məhdudiyyət qoyulduğu, qeyd olunan məhdudiyyətin götürülməsi ilə bağlı hər hansı bir məlumatın idarədə aşkar edilmədiyi qeyd olunmuşdur Sözügedən Daxili işlər Nazirliyinin 1/12m nömrəli, xx.xx.2015-ci ıl tarixil məktubu iş materiallarında vardır. Cavabdeh qurumun imtina cavabı qanunsuzdur, məhdudiyyətin qoyulması və ya saxlanılması üçün qanuni əsaslar yoxdur, həmin məhdudiyyətin götürülməsi vəzifəsi cavabdeh quruma həvalə edilməlidir. “Daşınmaz Əmlakın Dövlət reyestri haqqında” qanunun 14-cü maddəsində hüquqların dövlət qeydiyyatının dayandırılmasının əsasları müəyyən edilmişdir. Həmin Qanunun 14.1-ci maddəsinə görə qeydiyyat orqanın,sənədlərin həqiqiliyinə ciddi şübhəsi varsa, qeydiyyat bir ay müddətinə dayandırıla bilər. Həmin Qanunun 14.2-ci maddəsinə görə qeydiyyatın dayandırılması əsaslandırılmalı və 48 saat ərzində ərizəçiyə yazılı şəkildə bildirilməlidir. Bu halda vəzifəli şəxs şübhə doğuran sənədlərə dair müvafiq dövlət orqanlarına sorğular göndərməli və həmin sorğulara cavab 7 gün müddətində verilməlidir. Bu cür sorğulara vaxtında cavab verməyən vəzifəli şəxslər inzibati məsuliyyətə cəlb edilirlər.Sorğuların forması müvafiq icra hakimiyyət: orqam tərəfindən müəyyən edilir. Həmin Qanunun 14.3cü maddəsinə, görə hüquqlann döviət qeydiyyatına əldə edənin, əqdin tərəfinin və ya onların vəkil etdikləri şəxsin ərizəsi əsasında bır aydan artıq olmayan müddətə dayandırıla bilər.Ərizədə hüquqların dövlət qeydiyyatın dayandırılmasının səbəbləri göstərilməlidir.Belə ərizənin verilməsi hüquqların dövlət qeydiyyatı üçün nəzərdə tutulmuş müddətin axınını dayandırır. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.Həmin Qanunun 14.4-cü maddəsinə görə qeydiyyata təqdim olunmuş sənədlərin saxta olması təsdiqlənərsə, qeydiyyat orqanı hüquqların dövlət qeydiyyatına alınmasından imtina barədə ərizəçiyə bildirməli və ərizə jurnalında müvafiq qeydlər etməlidir.Həmin Qanunun 14.5-ci maddəsinə görə bu qanunun 14.3-cü maddəsində nəzərdə tutulmuş müddət ərzində daşınmaz əmlakın həbs edilməsi, barəsində əqdlərin bağlanmasına qadağan qovulması və ya qeydiyyata alınmalı olan hüquq barəsində mübahisə edən digər maraqlı şəxsdən şikayətin verilməsi haqqında məhkəmədən məlumat daxil olduqda qeydiyyat məhkəmədə iş həll olunanadək dayandırılır.Yuxarıda göstərilən hallardan və normaların mahiyyətindən aydın olur ki, cavabdeh qurum ərizəmi təmin etməkdən əsassız olaraq imtina edir və bu da onun mülkiyyət hüququnu onu həyata keçirməyinə maneəçılık yaradır, imtina cavabında göstərilən səbəb və əsas qanunvericilik normalarında öz əksini tapmamışdır Məhkəmə belə qənaətə gəlmişdir kı, hazırkı iş üzrə əmlak üzərimdə olan məhdudiyyətin götürülməsi üçün məktubu göndərən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin hərəkətini məhkəmə nəzarəti qaydasında məhkəməyə verməklə mübahisələndirməlidir. Hesab edir ki, məhkəmənin bu qənaəti yalnışdır. Çünki, işin hallarından görünür ki, cavabdeh qurum Azərbaycan Respublikası Daxili işlər Nazirliyinin məktubu ilə əmlak üzərində məhdudiyyət qoymuşdur. Həmin məktub qanunla əmlak üzərinə məhdudiyyətin əsasları sırasında nəzərdə tutulmamışdır Azərbaycan Respublikası Daxili işlər Nazirliyinin həmin məktubu onun üçün inzibatı akt olmamaqla yanaşı onun üçün heç bir qanuni maneə yaratmır kı. mən onu mübahısələndirım. Məhkəmə işin halları üzrə yalnış nəticəyə gəlməklə və qanunverqilık normalarını yalnış tətbiq etməklə iddianı heç bir əsas olmadan mümkün saymamışdır.Məhkəmənin qərardadında qeyd olunmuşdur ki, “Məhkəmənin hazırlıq iclasında iddiaçının nümayəndəsinə hüquqi yardım göstərilərək müvafiq səlahiyyətli məhkəməyə şikayətlə müraciət etmək hüququ izah edilmiş, iddiaçının nümayəndəsi tərəfindən işə mahiyyəti üzrə baxılması təkid edildiyindən iclasda iddianın mümkünlüyü məsələsinə baxılmışdır".Azərbaycan Respublikası İPM-ın 13-cü maddəsinə görə məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdırilməsində, yalnış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur.Maddənin mahiyyətindən anlaşıldığı kimi məhkəmənin proses iştirakçılarına yardım etmək vəzifəsi vardır, amma, bu düzgün və qanuni istiqamətdə olmalıdır. Daxili işlər Nazirliyinin hər hansı bir araşdırması, bir məktubla cavabdeh quruma müraciət edərək mənzilin özgəninkiləşdirilməsinin qadağan edilməsinin istənilməsi mülkiyyət hüququna müdaxilə üçün qanuni əsas yaratmır. Bu zaman cavabdeh qurum Daxılı işlər Nazirliyinə məktub əsasında özgəninkiləşdirilməyə qadağa qoyulmasının qanunilik baxımından mümkün olmaması barədə cavab verilməli olduğu halda bunu etməmiş, qanunzaidd davranış həyata keçirərək mülkiyyət hüququnu məhdudlaşdırmışdır.Buradan məhkəmənin gəldiyi nəticənin və göstəridiyi hüquqi yardımın yalnış olduğu açıq aşkar görünür.İşin faktiki hallarından da müəyyən edilir kı, mənzilin üzərinə Azərbaycan Respublikası Daxili işlər Nazirliyinin məktubunu əsas tutaraq cavabdeh qurum tərəfindən məhdudiyyət qoyulmuşdur ki. bu halda da cinayət işi və ya cinayət təqibi ilə bağlı təhqiqat, istintaq, prokurorluq orqanları tərəfindən qəbul edilən qərarlar olmalıdır. Azərbaycan Respublikası Daxili işlər Nazirliyi tərəfindən qanunla nəzərdə tutulmuş hüquq və qanuni maraqlarına toxunan hərəkət və ya qəbul edilmiş qərar mövcud deyildin Məktub mənzil üzərinə qadağa qoyulmasına əsas olan sənəd olmadığı kimi məktubun yazılması və göndərilməsi də onun üçün də hüquq və qanuni maraqlarına toxunan hal hesab olunmur. Cavabdeh qurum yuxarıda sadaladığı qeydiyyatın aparılmasından imtina və qeydiyyat hərəkətlərinin dayandırılması üçün əsasların sırasında elə bır məktubun nəzərdə tutulmadığını rəhbər tutaraq Daxili işlər Nazirliyinin məktubu ilə mənzilinin üzərinə məhdudiyyət qoymamalı idi. Bu da onu deməyə əsas verir ki, iddia tələbi düzgün cavabdehə qarşı yönəlmişdir, cavabdehin qanunsuz hərəkəti ilə mənim hüquq və qanuni maraqları pozulmuşdur. Məhkəmə qeyd olunanaları araşdrımadan və qeyd olunanalrla bağlı düzgün hüquqi dəyərləndirmə aparmadan yalnış nəticəyə gəlmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili apellyasiya şikayətlərini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətlərini etiraz edərək şikayıtin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maaddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Hazırkı iddiasında iddiaçı xüsusi mülkiyyətində olan mənzili üzərinə cavabdeh tərəfindən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin məktubu əsasında qoyulmuş məhdudiyyətin götürülməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş edir. İş materiallarında olan çıxarışdan görünür ki, Bakı şəhəri, Xətai rayonu, Sadıqcan küçəsi, 2929-2930 məhəllə, 67saylı mənzil xx.xx.2012-ci il tarixdən iddiaçının xüsusi mülkiyyətindədir. Məhkəmə sorgusuna əsasən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin təqdim etdiyi Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinə ünvanlanmış 1/124m saylı, xx.xx.2015-ci il tarixli məktubundan görünür ki, Azərbaycan Beynəlxalq Bankının müraciəti əsasında istintaq edilən cinayət işi üzrə xx.xx.2015-cı il tarixli, 1/99m nömrəli məktuba əlavə olaraq təqdim edilən siyahıda adları qeyd olunan şəxslərə məxsus daşınmaz əmlakların özgəninkiləşdirilməsinin dayandırılması xahiş edilmiş, həmçinin Azərbaycan Beynəlxalq Bankına girov qoyulmuş əmlakların bankın mülkiyyətinə keçirilməsinə etiraz etmədikləri bildirilmişdir. Məktuba əlavə edilmiş həmin siyahıda iddiaçının adı 140-cı sırada göstərilmişdir. Beləliklə hazırkı işin faktiki hallarından məlum olur ki, iddiaçının xüsusi mülkiyyətində olan mənzilə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin 1/124m saylı, xx.xx.2015-ci il tarixli məktubu ilə cinayət işi üzrə məhdudiyyət qoyulmuşdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 449.1-ci maddəsinə əsasən məhkəmə nəzarətini həyata keçirən məhkəməyə cinayət prosesini həyata keçirən orqanın aşağıdakı şəxslərinin prosessual hərəkətlərindən və ya qərarlarından şikayət verilə bilər: 449.1.1. təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin); 449.1.2. tutulmanı və ya tutulan şəxsin həbs yerlərində saxlanılmasını həyata keçirən şəxsin; 449.1.3. əməliyyat-axtarış fəaliyyətini həyata keçirən şəxsin; 449.1.4. müstəntiqin; 449.1.5. ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun. Həmin Məcəllənin 449.2-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi, zərər çəkmiş şəxs və onun qanuni nümayəndəsi və qərarın qəbul edilməsi və ya hərəkətin aparılması nəticəsində hüquq və azadlıqları pozulan digər şəxslər şikayət vermək hüququna malikdirlər. Həmin Məcəllənin 449.3.6-cı maddəsinə əsasən bu Məcəllənin 449.2-ci maddəsində göstərilən şəxslər məhkəmənin qərarı olmadan istintaq hərəkətinin məcburi aparılması, prosessual məcburiyyət tədbirinin tətbiq edilməsi və ya əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi ilə bağlı cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından məhkəməyə şikayət vermək hüququna malikdirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 449.2.3-cü maddəsinin şərh edilməsinə dair“ 5 avqust 2009-cu il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 449.2.3-cü maddəsinin «qərarın qəbul edilməsi və ya hərəkətin aparılması nəticəsində hüquq və azadlıqları pozulan digər şəxslər» müddəası cinayət prosesinin digər iştirakçılarına aid olduğuna görə cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından şahidin də şikayət vermək hüququnu istisna etmir. Lakin cinayət prosesinin digər iştirakçıları, o cümlədən şahidlər cinayət təqibini həyata keçirən orqanın vəzifəli şəxslərinin qərarlarından və hərəkətlərindən (hərəkətsizliyindən) şikayət vermək hüququna o halda malikdirlər ki, həyata keçirilmiş hərəkətlər və qəbul olunmuş qərarlar onların hüquq və qanuni maraqlarına toxunmuş olsun, Azərbaycan Respublikasının Konstitusiyası ilə təsbit olunmuş hüquqlarına və azadlıqlarına zərər yetirə və yaxud ədalət mühakiməsinə müraciətini (əlçatanlığını) çətinləşdirə bilsin. İşin faktiki hallarından da müəyyən edilir ki, iddiaçının mənzili üzərinə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin məktubu ilə cinayət işi üzrə məhdudiyyət qoyulmuşdur ki, bu halda da cinayət işi və ya cinayət təqibi ilə bağlı təhqiqat, istintaq, prokurorluq orqanları tərəfindən qəbul edilən qərarlar və hərəkətlər inzibati hüquq sahəsinə aid məsələlərin tənzimlənməsinə yönəlmədiyindən, onların inzibati iddia və ya şikayət qaydasında ayrıca iddia (şikayət) verməklə inzibati məhkəmə icraatında mübahisələndirilməsi mümkün deyildir Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qonunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 5 saylı, 10 aprel 2015-ci il tarixli Qərarının 6.1, 6.2 və 7-ci bəndlərində bununla bağlı olaraq göstərilmişdir ki, iddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olubolmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edibetmədiyi yoxlanılmalıdır. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. Həmin Qərarda həmçinin qeyd edilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. İnzibati məhkəmə icraatı inzibati hüquq münasibətləri ilə bağlı mübahisələr üzrə aparılır. İnzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri təşkil edir. Məhkəmə hesab edir ki, iddiaçının hazırki tələbi üzrə iddianın mümkünlük şərtləri ödənilmir. Ona görə iddia mümkün sayılmamalıdır. Qeyd edilməlidir ki, iddiaçı Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 449.1-ci maddəsinə əsasən məhkəmə nəzarətini həyata keçirən məhkəməyə cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından şikayət verilə bilər. İddiaçının apellyasiya şikayətində ““Daşınmaz Əmlakın Dövlət reyestri haqqında” qanunun 14-cü maddəsində hüquqların dövlət qeydiyyatının dayandırılmasının əsasları müəyyən edilmişdir. Həmin Qanunun 14.1-ci maddəsinə görə qeydiyyat orqanın,sənədlərin həqiqiliyinə ciddi şübhəsi varsa, qeydiyyat bir ay müddətinə dayandırıla bilər” kimi dəlilinə münasibətdə isə məhkəmə Kollegiyası qeyd edir ki, hazrkı iş üzrə mübahisə cavabdeh inzibati orqanın hüquqların dövlət qeydiyyatının aparılmasından imtina edilməsi ilə bağlı deyil, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin məktubu ilə cinayət işi üzrə qoyulmuş məhdudiyyətin götürülməsi barədədir. Beləliklə, məhkəmə kollegiyası göstərilənlərə əsasən qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddianın mümkün sayılmamasına dair düzgün nəticəyə gəldiyindən iddiaçının apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 08 dekabr 2022-ci il tarixli, 2-1(112)-12416/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar