Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-122/2022 23.11.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı “Azərbaycan Ovçular və Balıqçılar Cəmiyyəti” İctimai Birliyinin Cavabdeh Bakı şəhər İca Hakimiyyətinə qarşı “cavabdehin hərəkətinin qanunsuz hesab edilməsi, bunun nəticəsində dəymiş ziyanın ödənilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X6 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Mirzə Nəsib oğlu Tağızadədən və Aytən Pənah qızı Oruczadədən ibarət tərkibdə, Əliyeva Ayşəm Lehsan qızının katibliyi ilə, İddiaçının nümayəndəsi Səfərov Fikrət oğlunun, Cavabdehin nümayəndəsi X7 iştirakı ilə, İddiaçı “Azərbaycan Ovçular və Balıqçılar Cəmiyyəti” İctimai Birliyinin cavabdeh Bakı şəhər İca Hakimiyyətinə qarşı “ona məxsus 0,64 ha. torpaq sahəsində mövcud 3 mərtəbəli inzibati ofis binası və yardımçı tikililərdən ibarət əmlak kompleksinin sökülməsi ilə bağlı cavabdehin hərəkətinin qanunsuz hesab edilməsi, bunun nəticəsində dəymiş ziyanın ona ödənilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 36/2021 saylı 16 fevral 2021-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 23 noyabr 2022-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Qeyri-Kommersiya Qurumlarının və Təhsil Müəssisələrinin Dövlət Reyestrindən Çıxarışdan görünür ki, “Azərbaycan Ovçular və Balıqçılar Cəmiyyəti” İctimai Birliyi xx.xx.1991-ci il tarixdə 97 nömrə ilə Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınmış, hüquqi ünvanı Bakı şəhəri, Mətbuat prospekti, 29 ünvanıdır. Azərbaycan Respublikası Vergilər Nazirliyi vergi ödəyicisinin uçota alınması haqqında Şəhadətnamədən görünür ki, “Azərbaycan Ovçular və Balıqçılar Cəmiyyəti” İctimai Birliyi xx.xx.2004-cü il tarixdə vergi ödəyicisi olaraq qeydiyyata alınmışdır. xx.xx.2005-ci il tarixdə Ədliyyə Nazirliyində yenidən dövlət qeydiyyatına alınmış Birliyin nizamnaməsinin 1.2-ci bəndinə dəyişklik edilərək qeyd edilmişdir ki, “Azərbaycan Ovçular və Balıqçılar Cəmiyyəti” İctimai Birliyi 1960-cı ildə təsis edilmiş, Azərbaycan Respblikası Nazirlər Sovetinin 14 noyabr 1983-cü il tarixli, 453 nömrəli qərarı ilə Nizamnaməsi təsdiq edilmiş Azərbaycan Ovçular və X3 İctimai Birliyinin və 01 noyabr 1991-ci il tarixdə 97 nömrə ilə Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınmış “Azərbaycan Ovçular və Balıqçılar Cəmiyyəti” İttifaqının hüquqi varisidir. Bakı şəhər X4 İcraiyyə Komitəsinin 40/1986 saylı 03 iyun 1966-cı il tarixli qərarından çıxarışdan görünür ki, Azərbaycan Respublikası Ovçular və Balıqçılar Cəmiyyəti “Azovçubirlik”in müraciəti əsasında indiki Bakı şəhəri, Yasamal rayonu, (əvvəlki B.Avakən küçəsi) 3141-ci məhəllə, Mətbuat prospekti 29 ünvanda yerləşən torpaq sahəsindən 0,14 ha “Ovçular evi”nə ayrılmışdır. Bakı şəhər X4 İcraiyyə Komitəsinin 956 saylı 10 dekabr 1965-ci il tarixli protokoldan çıxarışdan görünür ki, Azərbaycan Respublikası Ovçular və Balıqçılar Cəmiyyəti “Azovçubirlik”in müraciəti təmin olunaraq Bakı şəhər İcraiyyə Komitəsinin xx.xx.1964-cü il tarixli, 21/1132 nömrəli qərarı əsasında Qubkin adına yaşıllaşdırma institutuna ayrılmış indiki Bakı şəhəri, Yasamal rayonu (Oktyabr), 3141-ci məhəllə, Mətbuat prospekti (əvvəlki B.Avakən küçəsi) 29 ünvanda yerləşən torpaq sahəsindən 0,5 ha torpaq sahəsi “Ovçular evi”nə ayrılmışdır. ünvan 107 mart 2015-ci il tarixli “Azərbaycan Respublikası Milli Məclisinin əməkdaşları üçün yaşayış binasının tikintisinin layihələşdirilməsi məqsədilə ayrılmış torpaq sahəsinin əvəzləşdirilməsi haqqında” sərəncamına əsasən Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2014-cü il tarixli, 01- 1-78 saylı müraciətini və Azərbaycan Ovçular və Balıqçılar Cəmiyyəti İctimai Birliyinin xx.xx.2015-ci il tarixli, 22 saylı razılığını nəzərə alaraq, Nəsimi rayonu, A.Qurbanov küçəsi, 636-cı məhəllədə Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.2005-ci il tarixli, 71 saylı sərəncamı ilə Milli Məclisə əməkdaşların mənzil şəraitinin yaxşılaşdırılması məqsədilə yaşayış binasının layihələndirilməsi və tikintisi üçün ayrılmış torpaq sahəsi Bakı şəhər X9 İcraiyyə Komitəsinin xx.xx.1965-ci il tarixli, 22/956 saylı və xx.xx.1966-cı il tarixli 40/1986 saylı saylı qərarları ilə Azərbaycan Ovçular və Balıqçılar Cəmiyyəti İctimai Birliyinə Yasamal rayonu, 3141-ci məhəllə, Mətbuat prospekti 29 saylı ünvanda ayrılmış torpaq sahəsi ilə əvəzləndirilmiş və həmin ərazidə yaşayış binasının tikintisinin layihələndirilməsi üçün Milli Məclisə icazə verilməsi, Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.2005-ci il tarixli, 71 saylı sərəncamı qüvvədən düşmüş hesab edilmişdir. Bundan sonra ərazidə yuxarıda adı çəkilən sərəncamın icrası ilə bağlı yeni bina inşa edilənədək və ya İctimai Birlik üçün torpaq sahəsi ayrılıb, yeni ofis binasının inşası tamamlana kimi Birliyin ofisinin yerləşdirilməsi məsələlərin həlli gedişatında xəbərdarlıq edilmədən, müvafiq icazə sənədləri alınmadan və inşaat norma və qaydalarının tələblərinə riayət olunmadan cavabdeh Bakı şəhər İcra Hakimiyyəti tərəfindən İctimai Birliyə məxsus əmlak dağıdılmiş, ərazidə aparılan söküntü və qazıntı işləri, habelə mövcud yaşıllığın qanunsuz kəsilərək məhv edilməsi yaxınlıqda yaşayan sakinlərin çoxsaylı şikayətlərinə səbəb olmuşdur. Bununla bağlı Bakı şəhər İcra Hakimiyyəti Başçısı tərəfindən 164 saylı 19 aprel 2017-ci il tarixli Sərəncam qəbul edilmiş, həmin Sərəncamın 1-ci bəndinə əsasən ünvan 7 ünvanda Azərbayan Respublikası Milli Məclisinin əməkdaşları üçün yaşayış binasının tikintisinin layihələşdirilməsinə dair ünvan 107 mart 2015-ci il tarixli sərəncamının ləğv edilməsi, 2-ci bəndinə əsasən həmin ərazidə yeni park kompleksinin salınması qeyd edilmişdir. İddiaçı ona kompensasiyanın ödənilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu tərəfindən tələbinin təmin olunmasından imtina edilmişdir. Belə ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçıya ünvanlanmış 7-5944/17 saylı xx.xx.2018-ci il tarixli imtina məktubunda qeyd edilmişdir ki, Bakı şəhəri, Mətbuat prospekti, 29 ünvanında yerləşən inzibati bina və ona bitişik yardımçı tikililər Bakı şəhər İcra Hakimiyyəti tərəfindən sökülmədiyi üçün onun kompensassiya ilə bağlı xahişinin yerinə yetirilməsi mümkün deyildir. Hazırda iddiaçı “Azərbaycan Ovçular və Balıqçılar Cəmiyyəti” İctimai Birliyi cavabdeh Bakı şəhər İca Hakimiyyətinə qarşı hazırki iddia ilə məhkəməyə müraciət edərək, “ona məxsus 0,64 ha. torpaq sahəsində mövcud 3 mərtəbəli inzibati ofis binası və yardımçı tikililərdən ibarət əmlak kompleksinin sökülməsi ilə bağlı cavabdehin hərəkətinin qanunsuz hesab edilməsi, bunun nəticəsində dəymiş ziyanın əvəzi olaraq 13.200.000 manat məbləğin cavabdehdən onun xeyrinə tutulması” barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, “Azərbaycan Ovçular və Balıqçılar Cəmiyyəti” İctimai Birliyi 1960-cı ildə təsis edilmiş, “Azərbaycan Ovçular və Balıq Tutanlar Cəmiyyəti” ictimai birliyinin və xx.xx.1991-ci il tarixdə 97 nömrə ilə Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınmış “Azərbaycan Respublikası Ovçular və Balıqçılar Cəmiyyətləri İttifaqının” hüquqi varisidir. Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti 29 ünvanda yerləşən 3 mərtəbəli qeyri - yaşayış sahəsi və ətrafındakı tikililər iddiaçı “Azərbaycan Ovçular və Balıqçılar Cəmiyyəti” İctimai Birliyə məxsusdur. Həmin tikililərin yerləşdiyi 0,64 ha. torpaq sahəsi qanunu əsaslarla bundan 50 il əvvəl ayrılmışdır və bu müddət ərzində iddiaçı həmin əmlaklara iradsız sahiblik etmişdir. Qeyd olunan ünvanda İctimai Birliyin ofis inzibati binası, mağazası, anbarları, yeməkxana və kafesi, istirahət güşəsi, avtomobil qarajları və s. xidməti otaqları yerləşmişdi. 2015-ci ilin əvvəllərində Bakı İcra Hakimiyyəti tərəfindən Birliyə bildirilmişdir ki, Birliyə məxsus adı çəkilən ərazidə Milli Məclisin işçiləri üçün yaşayış binası tikilməsi nəzərdə tutulur və iddiaçıya məxsus əmlak əvəzində Birliyin istəyinə uyğun tikilən binadan ya da başqa ərazidə eyni oxşar yerin verilməsi təmin ediləcəkdir. İctimai Birlik də bu əsasdan razılığını bildirmişdir. Bununla bağlı cavabdehin 17 mart 2015-ci il tarixli 110 saylı sərəncamı da olmuş və qeyd olunan sərəncamın icrası ilə bağlı olaraq, həmin ərazidə yeni bina inşa edilənədək və ya İctimai Birlik üçün torpaq sahəsi ayrılıb, yeni ofis binasının inşası tamamlana kimi Birliyin ofisinin yerləşdirilməsi məsələlərin həlli gedişatında xəbərdarlıq edilmədən cavabdeh Bakı İcra Hakimiyyəti tərəfindən İctimai Birliyə məxsus əmlak bir günün içində dağıdılmiş, hətta ofis ləvazimatlarının və arxivin daşınmasına belə imkan verilməmişdir. Tikililərin yerləşdiyi ərazi isə dövlət ehtiyacları üçün götürülərək yerində park salınmışdır. Cavabdeh tərəfindən dağıdılmış inzibati ofis binası və yardımçı tikililərin hazırkı bazar qiyməti və ya eyni tikilinin yenidən inşası İctimai Birliyə başa gələcək xərclərin dəyəri minimum 13.200.000 manat məbləğindədir. Göründüyü kimi, cavabdeh Bakı şəhər İcra Hakimiyyəti tərəfindən, bina və qurğular mülkiyyətçi olaraq Birliyin iradəsinə zidd sökülüb, viran edilmiş, tikililərin yerləşdiyi 0,64 ha torpaq sahəsi isə dövlət ehtiyatları üçün götürülmüşdür. Mülkiyyət hüququnun qonunmasına dövlət tərəfindən təminat verilir. Məhkəmənin qanuni qüvvəsinə minmiş qərarı olmadan heç bir halda mülkiyyətçinin iradəsinə zidd, onun mülkiyyətində olan əmlakına müdaxilə edilə bilməz. Dövlət ehtiyacları üçün alınması mütləq olan əmlaklar isə əvəzi tam şəkildə ödənilməklə götürülə bilər. Lakin bununla bağlı dəfələrlə Bakı şəhər İcra Hakimiyyətində, onun vəzifəli şəxslərinin qəbulunda olsa da, Birliyin əlindən alınmış əmlakın əvəzinin ödənilməsi barədə müraciətlər, hər dəfə bir bəhanə gətirilməklə, ödənilməsi üçün heç bir qanuni tədbir görülməmişdir. Dəymiş ziyanın məbləğinin minimum həcmində, yəni sökülən əmlakların dəyəri 13.200.000 manat və 0,64 ha. torpaq sahəsinin dəyəri olan 6.800.000 manat və ya əvəzində Bakı şəhər İcra Hakimiyyətinin sərəncamında olan Bakı şəhərində bərabər ərazidə torpaq sahəsi və ya qeyri-yaşayış sahəsinin verilməsi cavabdehə təklif edilmişdir. Bu barədə yazılı müraciətə cavabdeh tərəfindən xx.xx.2018-ci il tarixdə imtina məktubu verildiyindən, nəticəsi olmamışdır. Cavabdehin etirazları: İş üzrə cavabdeh inzibati orqan tərəfindən iddiaya dair yazılı etiraz verilərək bildirilmişdir ki, Azərbaycan Respublikası Milli Məclisinin sədri Oktay Əsədovun 01-1-78 saylı xx.xx.2014-cü il tarixli müraciəti ilə və Azərbaycan Ovçular və Balıqçılar Cəmiyyəti İctimai Birliyinin 22 saylı xx.xx.2015-ci il tarixli razılıq məktubu nəzərə alınaraq, ünvan 9 ünvanda yalnız layihələndirmə üçün əsas olan Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 110 saylı xx.xx.2015-ci il tarixli sərəncamı ilə Milli Məclisin əməkdaşlarının mənzil şəraitinin yaxşılaşdırılması məqsədilə yaşayış binasının tikintisinin layihələndirilməsinə icazə verilmiş və həmin sərəncamın layihələndirmə işləri tam başa çatdıqdan sonra sözügedən obyektin tikintisinə icazənin və tikinti işləri başlanması üçün əsas olan xüsusi nişanın alınması məqsədilə Bakı Şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsinə təqdim edilməsi sifarişçiyə tapşırılmışdır. Lakin buna baxmayaraq, müvafiq icazə sənədləri alınmadan və inşaat norma və qaydalarının tələblərinə riayət etmədən Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti 29 ünvanda yerləşən 3 mərtəbəli qeyri-yaşayış sahəsi və ətrafındakı tikililərin sökülməsi və qazıntı işləri, habelə mövcud yaşıllığın qanunsuz kəsilərək məhv edilməsi yaxınlıqda yaşayan sakinlərin çoxsaylı şikayətlərinə səbəb olduğundan, Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2015-ci il tarixli, 110 saylı sərəncamı xx.xx.2017-ci il tarixli, 164 saylı sərəncamla ləğv edilərək, həmin ərazidə yeni park kompleksinin salınmasına icazə verilmişdir. Eyni zamanda hesab edilir ki, iddia tələbinə bilavasitə aidiyyəti olan Milli Məclisin işlər idarəsi cavabdeh kimi işə cəlb olunmalıdır. Ona görə ki, həmin ərazidə iddiaçıya məxsus qeyri-yaşayış sahəsi və ətrafındakı tikililərin sökülməsi Milli Məclisin işlər İdarəsinin göstərişinə əsasən aparılmışdır. Qeyd edilən ünvan üzrə Bakı şəhər İcra Hakimiyyəti hər hansı inzibati akt qəbul etməmişdir. Yuxarıda qeyd olunanları nəzərə alaraq, cavabdeh “Azərbaycan Ovçular və Balıqçılar Cəmiyyəti” İctimai Birliyinin Bakı şəhəri, Mətbuat prospekti 29 ünvanda yerləşən inzibati binasının və ona bitişik yardımçı tikililərin sökülməsi Bakı Şəhər icra Hakimiyyəti tərəfindən aparılmadığından iddianın rədd olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-36/2021 saylı 16 fevral 2021-ci il tarixli qərarı ilə iddianın rədd edilməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan iddiaçı “Azərbaycan Ovçular və Balıqçılar Cəmiyyəti” İctimai Birliyi tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddia ərizəsinə uyğun əsaslandırılmış, əlavə olaraq göstərilmişdir ki, məhkəmə iddianın təmin edilməməsi qənaətinə gəlməsini söküldüyü iddia edilən əmlakın “Azərovçu” İB-nə aid olduğuna, qeyd olunan ünvanda yerləşən torpaq sahəsinin iddiaçıya ayrılmasına dair hüquqmüəyyənedici sənədlərin olmasının müəyyən edilməməsi və həmin əmlakın məhz cavabdeh Bakı şəhər İcra hakimiyyəti tərəfindən sökülməsi sübutunun təsdiqini tapmaması ilə əsaslandırmışdır. Məhkəmənin iş üzrə müəyyən etdiyi hallar iş üzrə gəldiyi nəticəyə tam ziddir. Ərazidə yeni park kompleksinin salınmasını qeyd etməklə də, əmlakın Bakı şəhər İcra Hakimiyyəti tərəfindən söküldüyünü məhkəmə özü müəyyən etmişdir. Çünki Bakı şəhərində park salınması fəaliyyəti Bakı şəhər İcra Hakimiyyətinə məxsusdur. Sökülmüş əmlakın 60-70-ci illərdə təsdiqlənmiş layihəsi, smetası məhkəməyə təqdim edilmişdir (bununla bağlı məhkəməyə ərizə ilə 110 səhifədən ibarət tikintinin titul, inventar listəsi, layihə və digər texniki sənədlər) və bu sənədlər məhkəmə iclaslarında geniş təhqiq olunmuşdur. Məhkəmə qərardadı ilə təyin edilmiş ekspertizanı həyata keçirmiş “Azərekspertiza” Birliyi tərəfindən əmlakla bağlı mövcud layihə üzrə rəyində tikintinin detallar üzrə açıqlamasını vermiş, smeta xərcləri müəyyən edilmişdir. Lakin məhkəmə bu barədə ümumiyyətlə qərarda qeyd etməmişdir. Sökülmüş əmlakların yerləşdiyi 0,64 ha. torpaq sahəsinin iddiaçıya qanuni əsaslarla ayrıldığına dair hüquqmüəyyənedici sənədləri isə, yuxanda göstərildiyi kimi məhkəmə özü müəyyən edərək, qərarda qeyd etmişdir. Məhkəmənin qeyd etdiyi “Torpaq sahəsi dövlət mülkiyyəti olduğundan, iddiaçının ona sərəncam vermə hüququnun olmaması”na gəlincə, bu hazırkı iddia üçün heç bir əhəmiyyət kəsb etmir. Çünki mübahisə iddiaçının torpaq sahəsinə sərəncam verməsi ilə bağlı deyil, cavabdehin iddiaçının əmlakına, sahibinin iradəsinə zidd sərəncam verməsi ilə bağlıdır. Bununla da görünür ki, məhkəmə işi tam aydınlaşdırmamışdır. Apellyasiya şikayətinə yazılı etirazın dəlilləri: Apellyasiya şikayətinə yazılı etiraz iddiaya dair yazılı etiraza uyğun əsaslandırılmış, əlavə olaraq göstərilmişdir ki, hazırki mübahisəyə baxılan zaman müəyyən edilmişdir ki, müvafiq icazə sənədləri alınmadan və inşaat norma və qaydalarının tələblərinə riayət etmədən qeyd edilən Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 29 ünvanında yerləşən 3 mərtəbəli qeyri-yaşayış sahəsi və ətrafındakı tikililərin sökülməsi, qazıntı işləri, habelə movcud yaşıllığın qanunsuz kəsilərək məhv edilməsi yaxınlıqda yaşayan sakinlərin çoxsaylı şikayətlərinə səbəb olduğundan, Bakı şəhər İcra Hakimiyyəti Başçısının 110 saylı xx.xx.2015-ci il tarixli Sərəncamı İcra Hakimiyyətinin 164 saylı xx.xx.2017-ci il tarixli sərəncamı ilə ləğv edilərək həmin ərazidə yeni park kompleksinin salınmasına icazə verilmişdir. Bakı şəhər İcra Hakimiyyəti dövlət büdcəsindən maliyyəşən dövlət orqanı olduğundan, onun tərəfindən hər hansı söküntü işləri aparılmadığı təqdirdə üzərinə hər hansı kompensasiya ödənilməsi öhdəliyi qoyulacağı təqdirdə dövlət büdcəsi əlavə yüklü edilmiş olacaqdır. İddiaçının Bakı şəhəri Yasamal rayonu, Mətbuat prospekti, 29 ünvanında yerləşən inzibati binasının və ona bitişik yardımçı tikililərin sökülməsi İcra hakimiyyəti tərəfindən aparılmamış və həmin tikililərin kim tərəfindən sökülməsi İcra Hakimiyyətinə məlum olmadığından hesab edilir ki, birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə qanuni və əsaslı olduğundan qüvvədə saxlanılmalıdır. Tərəflərin izahatları: İddiaçının nümayəndəsi X2 iddia ərizəsini və apellyasiya şikayətini müdafiə edərək və onların məzmununa uyğun izahat verərək, eyni zamanda "xxxx" MMC-nin qiymətləndirmə rəyinə etiraz etməyərək, apellyasiya şikayətinin təmin olunmasını, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdehin nümayəndəsi X11 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmiş, həmçinin "xxxx" MMC-nin qiymətləndirmə rəyinin qəbuluna etiraz etmişdir. Bakı Apellyasiya Məhkəməsinin 18 may 2022-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikası Maliyyə Nazirliyinin və “A3 X5 Korporasiyası” MMC-nin hazırki iş üzrə 3-cü şəxs qismində statuslarının ləğv olunması qərara alınmışdır. Həmçinin məhkəmənin 23 noyabr 2022-ci il tarixli qərardadı ilə iddiaçı “Azərbaycan Ovçular və Balıqçılar Cəmiyyəti” İctimai Birliyinin iddia tələbinin “Yasamal rayonu ərazisində 0.64 ha torpaq sahəsi ilə təmin edilmək vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” ilə bağlı hissəsində iş üzrə icraata həmin tələbdən imtina olunduğu üçün xitam verilmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, iddiaçının hazırki iş üzrə tələbinin təmin olunmasından imtina edən cavabdeh inzibati orqanın imtina məktubunun tarixi xx.xx.2018-ci il tarixdir. İddiaçı isə hazırki iddia ilə məhkəməyə xx.xx.2018-ci il tarixdə müraciət etmişdir. Məhkəmə kollegiyası inzibati prosessual qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edir ki, iddia qanunla müəyyən edilmiş müddət daxilində verildiyi üçün mümkündür. İşin mahiyyətinə gəldikdə isə hazırki işdən müəyyən olunur ki, iddiaçı “Azərbaycan Ovçular və Balıqçılar Cəmiyyəti” İctimai Birliyinin cavabdeh Bakı şəhər İca Hakimiyyətinə qarşı tələbi “ona məxsus 0,64 ha. torpaq sahəsində mövcud 3 mərtəbəli inzibati ofis binası və yardımçı tikililərdən ibarət əmlak kompleksinin sökülməsi ilə bağlı cavabdehin hərəkətinin qanunsuz hesab edilməsi, bunun nəticəsində dəymiş ziyanın əvəzi olaraq 13.200.000 manat məbləğin cavabdehdən onun xeyrinə tutulması vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədədir. Bununla bağlı o, cavabdeh inzibati orqana müraciət etsə də, sonuncu tərəfindən tələbinin təmin olunmasından imtina edilmişdir. Bundan sonra o, hazırki iddia ilə məhkəməyə müraciət etmiş, lakin iddiası birinci instansiya məhkəməsi tərəfindən rədd edilmişdir. İşə birinci instansiya qaydasında baxmış məhkəmə iddiaçı tərəfindən təqdim edilmiş sənədlər əsasında sözügedən mübahisə predmeti olan 3 mərtəbəli qeyri-yaşayış sahəsi və ətrafındakı tikililərin, o cümlədən ofis inzibati binasının, mağaza, anbarların, yeməkxana və kafenin, istirahət güşəsinin, avtomobil qarajlarının və s. xidməti otaqlarının yerləşdiyi torpaq sahəsinə dair iddiaçının müvafiq hüquqmüəyyənedici sənədinin olmasının müəyyən edilməməsinə, qeyd olunan tikililərin məhz Bakı şəhər İcra Hakimiyyəti tərəfindən sökülməsinin işin araşdırılan halları ilə müəyyən edilməməsinə, iddiaçı tərəfindən qeyd olunan əmlakların Bakı şəhər İcra Hakimiyyəti tərəfindən və ya onun səlahiyyətli şəxslərinin tapşırığı əsasında dağıdılmasını təsdiq edən sübutun məhkəməyə təqdim etməməsinə, işdə olan sənədlər, beləliklə, söküntü işlərinin məhz Bakı şəhəri Bakı şəhər İca Hakimiyyəti tərəfindən aparılmasının müəyyən edilməməsinə istinad edərək iddianın rədd edilməsi qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianın rədd edilməsi ilə bağlı gəldiyi nəticə ilə razılaşmayaraq aşağıdakıların qeyd olunmasını zəruri hesab edir. Əvvəla Bakı şəhər X4 İcraiyyə Komitəsinin 40/1986 saylı 03 iyun 1966-cı il tarixli və 956 saylı 10 dekabr 1965-ci il tarixli protokol qərarları ilə Azərbaycan Respublikası Ovçular və Balıqçılar Cəmiyyəti “Azovçubirlik”in müraciəti ilə əlaqədar Bakı şəhər İcraiyyə Komitəsinin xx.xx.1964-cü il tarixli, 21/1132 nömrəli qərarı əsasında Qubkin adına yaşıllaşdırma institutuna ayrılmış indiki Bakı şəhəri, Yasamal rayonu (Oktyabr), 3141-ci məhəllə, Mətbuat prospekti (əvvəlki B.Avakən küçəsi) 29 ünvanda yerləşən torpaq sahəsindən 0,14 ha və 0,5 ha torpaq sahələri “Ovçular evi”nə ayrılmışdır. Həmin torpaq sahələri ünvan 107 mart 2015-ci il tarixli “Azərbaycan Respublikası Milli Məclisinin əməkdaşları üçün yaşayış binasının tikintisinin layihələşdirilməsi məqsədilə ayrılmış torpaq sahəsinin əvəzləşdirilməsi haqqında” sərəncamına əsasən Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2014-cü il tarixli 01- 1-78 saylı müraciəti və Azərbaycan Ovçular və Balıqçılar Cəmiyyəti İctimai Birliyinin xx.xx.2015-ci il tarixli 22 saylı razılığı nəzərə alınaraq, Nəsimi rayonu, A.Qurbanov küçəsi, 636-cı məhəllədə Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.2005-ci il tarixli 71 saylı sərəncamı ilə Milli Məclisə əməkdaşların mənzil şəraitinin yaxşılaşdırılması məqsədilə yaşayış binasının layihələndirilməsi və tikintisi üçün ayrılmış torpaq sahəsi ilə əvəzləndirilmiş və həmin ərazidə yaşayış binasının tikintisinin layihələndirilməsi üçün Milli Məclisə icazə verilərək, Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.2005-ci il tarixli 71 saylı sərəncamı qüvvədən düşmüş hesab edilmişdir. Bundan sonra ərazidə yuxarıda adı çəkilən sərəncamın icrası ilə bağlı yeni bina inşa edilənədək və ya İctimai Birlik üçün torpaq sahəsi ayrılıb, yeni ofis binasının inşası tamamlana kimi Birliyin ofisinin yerləşdirilməsi məsələlərin həlli gedişatında xəbərdarlıq edilmədən, müvafiq icazə sənədləri alınmadan və inşaat norma və qaydalarının tələblərinə riayət olunmadan İctimai Birliyə məxsus əmlak dağıdılmiş, ərazidə aparılan söküntü və qazıntı işləri, habelə mövcud yaşıllığın qanunsuz kəsilərək məhv edilməsi yaxınlıqda yaşayan sakinlərin çoxsaylı şikayətlərinə səbəb olmuşdur. Bununla bağlı Bakı şəhər İcra Hakimiyyəti Başçısı tərəfindən 164 saylı 19 aprel 2017-ci il tarixli Sərəncam qəbul edilmiş, həmin Sərəncamın 1-ci bəndinə əsasən ünvan 7 ünvanda Azərbayan Respublikası Milli Məclisinin əməkdaşları üçün yaşayış binasının tikintisinin layihələşdirilməsinə dair ünvan 107 mart 2015-ci il tarixli sərəncamının ləğv edilməsi, 2-ci bəndinə əsasən həmin ərazidə yeni park kompleksinin salınması qeyd edilmişdir. Göründüyü kimi, iddiaçıya məxsus torpaq sahəsi üzərində ona məxsus əmlak kompleksinin dağıdılması və söküntü işləri məhz Bakı şəhər İcra Hakimiyyətinin 110 saylı 17 mart 2015-ci il tarixli “Azərbaycan Respublikası Milli Məclisinin əməkdaşları üçün yaşayış binasının tikintisinin layihələşdirilməsi məqsədilə ayrılmış torpaq sahəsinin əvəzləşdirilməsi haqqında” sərəncamının icrası ilə bağlı aparılmışdır, hansı ki, həmin sərəncam da sonradan Bakı şəhər İcra Hakimiyyətinin 164 saylı 19 aprel 2017-ci il tarixli Sərəncamı ilə ləğv edilmişdir. Bakı şəhər İcra Hakimiyyəti Başçısı tərəfindən Azərbaycan Ovçular və Balıqçılar Cəmiyyəti İctimai Birliyinin sədrinə ünvanlanan 7-4122/17 saylı 22 avqust 2017-ci il tarixli məktubunun məzmunundan müəyyən olunur ki, Azərbaycan Ovçular və Balıqçılar Cəmiyyəti İctimai Birliyinin müvafiq yerlə təmin edilməsi barədə Azərbayan Respublikası Nazirlər Kabinetindən və Milli Məclisdən daxil olmuş növbəti məktublara Bakı şəhər İcra Hakimiyyətində baxılaraq bildirilmişdir ki, Milli Məclisin xx.xx.2014-cü il tarixl, 01-1-78 saylı müraciəti və Azərbaycan Ovçular və Balıqçılar Cəmiyyəti İctimai Birliyinin 0203.2015-ci il tarixli, 22 saylı razılıq məktubu nəzərə alınaraq, Yasamal rayonu, 3141-ci məhəllə, Mətbuat prospekti, 29 ünvanda yalnız layihələndirmə üçün əsas olan Bakı şəhər İcra Hakimiyəti Başçısının xx.xx.2015-ci il tarixli 110 saylı Sərəncamı ilə Milli Məclisin əməkdaşlarının məzil şəraitinin yaxşılaşdırılması məqsədilə yaşayış binasının tikintisinin layihələndirilməsinə icazə verilmiş və həmin Sərəncamın 2.5-ci bəndi ilə mövcud qanunvericilikdə nəzərdə tutulmuş qaydada layihələndirmə işləri tam başa çatdıqdan sonra sözügedən obyektin tikintisinə icazənin və tikinti işlərinin başlanması üçün əsas olan xüsusi nişanın alınması məqsədilə tikinti layihəsinin (ekspertiza edilmiş) Bakı şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma baş İdarəsinə təqdim edilməsi sifarişçiyə tapşırılmışdır. Buna baxmayaraq, müvafiq icazə sənədləri alınmadan və inşaat norma və qaydalarının tələblərinə riayət olunmadan ərazidə aparılan söküntü və qazıntı işləri, habelə mövcud yaşıllığın qanunsuz kəsilərək məhv edilməsi yaxınlıqda yaşayan sakinlərin çoxsaylı şikayətlərinə səbəb olmuş və nəticədə Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2015-ci il tarixli, 110 saylı sərəncamı xx.xx.2017-ci il tarixli, 164 saylı sərəncamla ləğv edilərək, həmin ərazidə yeni park kompleksinin salınmasına icazə verildiyi, Bakı şəhər İcra Hakimiyyətinin balansında boş və istifadəsiz daşınmaz əmlak və torpaq sahəsi olmadığından, Azərbaycan Ovçular və Balıqçılar Cəmiyyəti İctimai Birliyinin müvafiq yerlə təmin edilməsinin imkan xaricində olması bildirilmişdir. Azərbaycan Respublikası Milli Məclisinin İşlər müdiri, “A3 X1” MM və Azərbaycan Respublikası Ovçuluq və Balıqçılıq Cəmiyyətləri Birliyi “Azərovçu” Birliyi arasında bağlanmış 06 avqust 2014-cü il tarixli podrat müqaviləsinin 1.1- ci bəndinə əsasən “Birinci tərəf’ üçüncü tərəflə razılaşma əsasında ona ayrılmış AZ1100, Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 29 ünvanda yerləşən 0.70 ha torpaq sahəsini və onun üzərində tikinti işləri aparılması hüquqlarını ondan alaraq bu müqavilə ilə müəyyən olunan şərtlərlə və qaydada sifarişlərini yerinə yetirmək məqsədi ilə "İkinci tərəfin istifadəsinə və sahibliyinə verməyi; 1.2-ci bəndinə əsasən “İkinci tərəf’ həmin müqavilənin 1.1 bəndində göstərilən torpaq sahəsini və tikinti işlərinin aparılması üçün müvafiq dövlət orqanları tərəfindən verilmiş bütün hüquqları bu müqavilə ilə müəyyən olunan qaydada və şərtlərlə “Birinci tərəfdən qəbul etməyi və hündürmərtəbəli yaşayış binasının layihələndirilməsi və tikintisini həyata keçirməyi və həmin torpaq sahəsinin müqabilində həmin müqavilə əsasında inşa edilən yaşayış binasının 1-ci və ya 2-ci mərtəbəsindən 2500 (iki min beş yüz) kv.metrlik qeyri-yaşayış sahəsini əlavə dəyər ödənilmədən “Üçüncü tərəfə təhvil verməyi öhdəsinə götürmüşdür. Tikintinin davam etdiyi 2 (iki) ildən artıq olmayan müddət ərzində "Üçüncü tərəfi öz vəsaiti hesabına münasib icarə sahəsi ilə təmin etməyi və hər ay "Üçüncü tərəfə ən azı 5000 (beş min), ən çoxu isə 8000 (səkkiz min) manat kompensasiya ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 1.3-cü bəndinə əsasən “Birinci tərəf’ bu müqavilə ilə müəyyən olunan qaydada 1.1 bəndində göstərilən torpaq sahəsini “Üçüncü tərəfdən almağı və “İkinci tərəfə təhvil verilməsini təşkil edir, həmçinin yaşayış binasının tikintisi üçün tikintiyə icazə sənədlərinin alınmasına, layihənin birgə təsdiqinə, həmin müqavilənin 1.1 bəndində qeyd olunan ərazidə məskunlaşan məcburi köçkün ailələrinin köçürülməsinə (başqa ərazidə yerləşdirilməsinə) hər cür təşkilati hüquqi köməkliklər göstərməyi, eləcə də həmin müqavilə əsasında inşa edilən yaşayış binasının 2 (iki) və 3 (üç) otaqlı 70 (yetmiş) ədəd mənzilinin hər 1 (bir) metr 2 sahəsinin dəyərinin 650 (altı yüz əlli) manat müəyyən edilməklə özünün təqdim etdiyi siyahıda göstərilən vətəndaşlar tərəfindən satın alınmasını və dəyərinin "İkinci tərəfə” ödənilməsini təmin etməyi üzərinə götürmüşdür. Bununla yanaşı, işə birinci instansiya qaydasında baxılarkən 3-cü şəxs qismində işə cəlb olunmuş "xxxx" iddiaya münasibət bildirərək ərizəsini onunla əsaslandırmışdır ki, iddiaçı iddianın əsası kimi ona istinad edilmişdir ki, ona məxsus əmlak cavabdeh tərəfindən qanunsuz sökülmüş, lakin əvəzində hər hansı kompensasiya verilməmişdir. İddia ilə bağlı iş üzrə üçüncü şəxs qismində cəlb edilən olaraq “A3 X8 Korporasiyası” MMC iddia ərizəsində qeyd olunan sökülmüş əmlak sərəncamlar və bununla bağlı baş vermiş hərəklərə dair ona aid və məlum olan aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Milli Məclisinin əməkdaşlarının mənzil şəraitini yaxşılaşdırılması məqsədilə yaşayış binasının tikintisinin layihələndirilməsi üçün Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2015-ci il tarixli, 110 saylı sərəncamı ilə Bal şəhəri, Yasamal rayonu, 3141-ci məhəllə, Mətbuat prospekti 29 ünvanda yerləşə ümumilikdə 70 ha. torpaq sahəsi ayrılmışdır və adı çəkilən binanın layihələndirilməsi, inşası podradçı olaraq "xxxx" MMC-yə həvalə edilmişdir. Qeyd olunan 70 ha. torpaq sahəsinin 0,64 ha. hissəsi və onun üzərində yerləşən mərtəbəli qeyri yaşayış binası Azərbaycan Ovçular və Balıqçılar Cəmiyyəti” İctimai Birliyinə məxsus olmuşdur. Ona görə də sərəncama qədər həmin torpaq sahəsi və orada yerləşən binanı əvəzinin ödənilməsi şərtləri qabaqcadan Milli Məclis, “A3 Sənaye Tikinti İnvestisi) Korporasiyası” MMC ilə Azərbaycan Respublikası Ovçular və Balıqçılar Cəmiyyəti İctimai Birliyi arasında razılaşdırılmış və bu barədə tərəflər arasında üç tərəfli müqavilə bağlanmışdır. Azərbaycan Respublikası Milli Məclisi, "xxxx" MMC ilə Azərbaycan Respublikası Ovçular və Balıqçılar Cəmiyyəti” İctimai Birliyi arasında 06 avqust 2014-cü il tarixdə bağlanmış Podrad Müqaviləsinin 1.2-ci bəndinə əsasən - podraçı olaraq "xxxx" MMC həmin torpaq sahəsinin müqabilində adı keçən torpaq sahəsində inşa ediləcək yaşayış binasının 1-ci və 2-ci mərtəbəsindən 2500 kv.m. qeyri-yaşayış sahəsini əlavə dəyər ödənilmədən Azərbaycan Respublikası Ovçular və Balıqçılar Cəmiyyəti” İctimai Birliyinə təhvil verməli, bundan başqa tikintinin davam etdiyi 2 ildən artıq olmayan müddət ərzində İctimai Birlik öz vəsaiti hesabına münasib icarə sahəsi ilə təmin edir və hər ay ona ən azı 5.000 manat kompensaiya ödəyir. Tərəflər arasında qeyd olunan razılaşmadan sonra Bakı Şəhər İcra Hakimiyyətinə təqdim edilməsi üçün “Azərbaycan Respublikası Ovçular və Balıqçılar Cəmiyyəti” İctimai Birliyi ona məxsus ərazidə Milli Məclis üçün tikiləcək yaşayış binasının layihələndirilməsi və tikintisinə razılıq məktubu alınmışdır. Bundan sonra Bakı Şəhər İcra Hakimiyyəti Başçısı xx.xx.2015-ci il tarixli, 110 saylı sərəncamı vermişdir. Sərəncamdan sonra "xxxx" MMC həmin ərazidə inşaat və layihələndirmə işlərinin aparılmasına hazırlıq işlərinin həyata keçirilməsinə başlamışdır. İlk növbədə “Azərbaycan Respublikası Ovçular və Balıqçılar Cəmiyyəti” İctimai Birliyinin əməkdaşlarının yerləşdirilməsi üçün münasib ofis sahəsini tapmış və təmirə başlamışlar. Eyni zamanda ərazidə mövcud kommunikasiya xətlərinin yerini tikintinin aparıldığı ərazidən kənara çıxarılması üçün digər şəxslə subpodrat müqaviləsi bağlanıldı. Subpodrat ərazidə işə başlanmasının 3-cü günü Bakı İcra Hakimiyyətindən işin dayandırılması tələb edilmiş, səbəbi də ərazidə ağac kəsilməsindən Ekologiya İdarəsinin şikayətiçi olduğu bildirilmişdir. Təmin tələblə bağlı da ərazidə tikintiyə hazırlıq işləri dayandırılmışdır. İki gündən sonra da subpodratçı AR CM-nin 259-cu maddəsi ilə təqsirli bilinib həbs edilmiş, eyni zamanda Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2017-ci il tarixli, 164 saylı sərəncamı ilə tikintiyə dair adı çəkilən xx.xx.2015-ci il tarixli, 110 saylı sərəncamı ləğv edilmişdir. Tikintiyə hazırlıq işləri qısa müddət davam etdiyindən, “Azərovçu” İctimai Birliyi üçün yeni ofis sahəsinin hazırlanması başa çatmadığından, həmin sahədə özlərinə məxsus 2 mərtəbəli binada qalmışdılar. Milli Məclisin İşlər İdarəsi ilə məsələni yoluna qoymağa çalışmış və bu tərəfdən də cinayət işinin istintaqı ilə əlaqədar məşğul olmuşlar. Bakı şəhər İcra Hakimiyyəti həmin əraziyə texnika tökərək, “Azərovçu” İctimai Birliyinə məxsus binanı dağıtmışlar. Əraziyə gələndə artıq binanın 2-ci mərtəbəsi dağıdılmışdır. Birinci mərtəbəsi də dağıntıların altında qalmışdı. Məlum olmuşdur ki, söküntü işinə axşamdan başlanmış, səhər tezdən də işə gəlmiş “Azərovçu” İctimai Birliyinin işçiləri binaya daxil ola bilməmişlər. İşçilər dağıntının qarşısını almaq istədikdə, mübahisə baş vermişdir. Mübahisə yerinə polislər, daha sonra da Bakı İHB-sı gəlmiş və sökülmüş binaya görə kompensasiyanın verilməsi üçün də lazımlı tədbirlər görüləcəyini bildirmişdir. Həqiqətən də həmin ərazidə sonradan park salındı, lakin sökülmüş binaya görə “Azərovçu” İctimai Birliyinə vəd edilmiş kompensasiyanın verilməsi təmin edilməmişdir. Qeyd edirlər ki, Bakı İH tərəfindən sökülmüş binanın əvəzində "xxxx" MMC tərəfindən tikiləcək binanın 1-ci və 2-ci qeyri-yaşayış mərtəbələrindən “Azərovçu” İctimai Birliyinə verilməsi şərtləşdirilmiş, 2.500 kv.m. qeyri-yaşayış (ofis) sahəsinin hazırda bazar dəyəri (təmirsiz vəziyyətdə) minimum 12.500.000 manat məbləğindədir. Halbuki, həmin sahənin onlara təmirli və istismara tam şəkildə hazır vəziyyətdə verilməsi razılaşdırılmışdır. Bundan başqa tikintinin aparıldığı 2 il müddətində, "xxxx" MMC-nin vəsaiti hesabına onların uyğun ofis sahəsi ilə təmin edilməsi, eyni zamanda biznesdən (mağaza, kafe, anbar və s.) əldən çıxmış gəlirin əvəzi olaraq ayda minimum 5000 manat hesabı ilə 120.000 manat verilməsi təmin ediləcəkdir. Göründüyü kimi, cavabdeh Bakı şəhər İcra Hakimiyyət Başçısının sərəncamın ləğv edilməsi, özgəsinə məxsus əmlakın dağıdılması ilə bağlı hərəkətlərinin “Azərovçu” İB-nə hansı ziyanlar vurduğu ilə nəticələndiyi göz qabağındadır. Bu baxımdan da müqavilə tərəfi olaraq "xxxx" MMC hesab edir ki, “Azərovçu” İctimai Birliyinin cavabdeh Bakı şəhər İHB-na qarşı iddiasında haqlıdır. Hazırki vəziyyətdə iddiaçı Birliyə məxsus 50 il qanuni istifadəsində olan Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti 29 ünvanda 0,64 ha torpaq sahəsində mövcud 3 mərtəbəli inzibati ofis binası və yardımçı tikililərdən ibarət əmlak kompleksinin Bakı şəhər İcra Hakimiyyətinin müvafiq sərəncamının icrası ilə bağlı sökülməsinə istinad edərək cavabdehin bu hərəkətlərinin qanunsuz hesab edilməsini və bu qanunsuz hərəkətləri nəticəsində Birliyə dəymiş ziyanın əvəzi olaraq 13.200.000 manat məbləğin onun xeyrinə cavabdehdən tutulmasını tələb edir. Cavabdeh tərəf isə iddiaçıya məxsus tikililərin məhz İcra Hakimiyyəti tərəfindən sökülmədiyinə istinad edərək kompensasiya ödənişindən imtina edir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının qanuni istifadəsində olan 0,64 ha torpaq sahəsində 3 mərtəbəli qeyri-yaşayış sahəsindən ibarət əmlak kompleksi üzərində mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasa da, həmin əmlakın o dövrdə (söküntünün aparıldığı dövrdə) mövcudluğu və iddiaçının da həmin əmlaka sahiblik, istifadə hüqununun olduğu, bununla bağlı sözügedən əmlakın onun adına rəsmiləşdirilməsi ilə əlaqədar müvafiq “qanuni gözlənti” hüququnun olduğu mübahisəsizdir və bu hallar iş materialları ilə də tam təsdiq olunur. Qeyd olunan əmlak kompleksinin cavabdeh inzibati orqanın qanunsuz hərəkətləri nəticəsində söküldüyünü deməyə əsas verən hal isə onunla bağlıdır ki, həmin söküntünün aparılması məhz Bakı şəhər İcra Hakimiyyətinin qəbul etdiyi 110 saylı 17 mart 2015-ci il tarixli “Azərbaycan Respublikası Milli Məclisinin əməkdaşları üçün yaşayış binasının tikintisinin layihələşdirilməsi məqsədilə ayrılmış torpaq sahəsinin əvəzləşdirilməsi haqqında” sərəncamının icrası, daha sonra isə adı çəkilən sərəncamın Bakı şəhər İcra Hakimiyyətinin özü tərəfindən qəbul edilmiş 164 saylı 19 aprel 2017-ci il tarixli Sərəncamla ləğv edilməsi ilə bağlı olmuşdur. Nəzərə almaq lazımdır ki, Bakı şəhər İcra Hakimiyyəti tərəfindən vaxtilə verilmiş 110 saylı 17 mart 2015-ci il tarixli sərəncam sonradan inzibati orqanın qəbul etdiyi digər 164 saylı 19 aprel 2017-ci il tarixli Sərəncamı ilə ləğv olunsa da, nəticədə iddiaçıya məxsus əmlak kompleksi məhv edilmiş, iddiaçının həm əmlakı, həm də torpaq sahəsi ilə bağlı hüquqları qeyri-müəyyən qalmış, keçən müddət ərzində isə o, nə torpaq sahəsi, nə də əmlakı ilə bağlı hüquqlarından istifadə edə, fəaliyyətini isə realizə edə bilməmişdir. Beləliklə, aparılan məhkəmə araşdırmaları nəticəsində məlum oldu ki, iddiaçı ona məxsus əmlak kompleksindən cavabdeh Bakı şəhər İcra Hakimiyyətinin müvafiq sərəncamının icrası nəticəsində, başqa sözlə, cavabdehin qanunsuz hərəkətləri nəticəsində məhrum olmuşdur ki, bununla da iddiaçıya ziyan dəymiş və sonuncu da haqlı olaraq ona dəymiş ziyanın ödənilməsi ilə bağlı cavabdehdən kompensasiya tələb edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.7-ci maddəsində inzibati məhkəmə icraatı qaydasında baxılan iddia növləri sırasında “inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialar” da yer almışdır. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları və ya ictimai ehtiyaclar üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Akimovanın Azərbaycana qarşı” 27 sentyabr 2007-ci il tarixli qərarında qeyd etmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsindəki “mülkiyyət” anlayışı müstəqil mənaya malikdir, o, təkcə fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmır və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: əmlak təşkil edən bəzi digər hüquqlar və maraqlar da mülkiyyət hüququ sayıla və bu maddənin məqsədləri üçün “mülkiyyət” kimi qəbul edilə bilər. Qeyd edilən işdə Avropa Məhkəməsi xatırlatmışdır ki, 1 saylı Protokolun 1-ci maddəsinin birinci və ən mühüm tələbi ondan ibarətdir ki, mülkiyyət hüququndan maneəsiz istifadəyə dövlət orqanının hər hansı müdaxiləsi qanunsuz sayılmalıdır. Bundan başqa, demokratik cəmiyyətin təməl prinsiplərindən biri olan qanunun aliliyi Konvensiyanın bütün maddələrinə xas olan prinsipdir. Buradan belə nəticə çıxır ki, cəmiyyətin ümumi maraqlarının tələbləri ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında ədalətli balansa riayət edilib-edilməməsi məsələsi yalnız o halda müsbət həll olunur ki, sözügedən müdaxilə qanunilik tələbinə cavab versin və əsassız olmasın. Konvensiyadakı “qanun” və “qanuni” anlayışları mahiyyətcə daxili qanunvericiliyə istinad edir, qanunun keyfiyyətini bildirir və daxili qanunvericiliyin qanunun aliliyi prinsipinə uyğun olmasını tələb edir. Cəmiyyətin maraqları və mülkiyyətçinin hüquqları arasında ədalətli tarazlığa riayət etmək tələbi ümumilikdə Konvensiyaya 1 saylı Protokolun 1-ci maddəsinin strukturunda öz əksini tapıb və onun birinci cümləsində ifadə olunmuş ümumi prinsip nəzərə alınmaqla şərh olunmalıdır. Xüsusən, istifadə olunan vasitələrlə insanı əmlakından məhrum edən və ya ondan istifadəni məhdudlaşdıran tədbirlərin güddüyü məqsəd arasında ağlabatan balans olmalıdır. Müvafiq hüquqi aktlarla nəzərdə tutulmuş kompensasiyanın ödənilməsi şərtləri mübahisələndirilən tədbirlərin görülməsi zamanı zəruri ədalətli tarazlığa riayət olunub-olunmadığı və xüsusi olaraq, onların ərizəçinin üzərinə qeyri-mütənasib yük qoyubqoymadığının müəyyən edilməsi üçün əhəmiyyət kəsb edirlər. Bu baxımdan əmlakın, onun dəyərinə ağlabatan dərəcədə uyğun gələn məbləğ ödənilmədən alınması adi şəraitdə Konvensiyaya 1 saylı Protokolun 1-ci maddəsi baxımından haqq qazandırıla bilməyən qeyri-mütənasib müdaxilə deməkdir. Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin tələbləri baxımından mübahisəyə hüququ qiymət verilərkən ilk növbədə sözügedən müxtəlif maraqlar bütünlüklə aydınlaşdırılmalıdır. Nəzərə alınmalıdır ki, Konvensiyanın məqsədi “praktiki və səmərəli” hüquqları təmin və müdafiə etməkdən ibarətdir. Ədalətsizliyə yol verilməməsi üçün ilk növbədə mübahisənin mahiyyətinə diqqət yetirilməli, şikayət edilən məsələnin reallıqları və sair hallar tam, hərtərəfli və obyektiv araşdırılmalıdır. Belə yanaşma yalnız mülkiyyətə müvafiq kompensasiyanın ödənilməsi ilə məhdudlaşdırılmamalıdır. Əgər söhbət mülkiyyətin geri alınması, özgəninkiləşdirilməsindən gedirsə, həm də tərəflərin özlərinin davranışları, dövlətin tətbiq etdiyi vasitələrin real, adekvat, ədalətli olubolmaması, əmlakdan məhrum olan mülkiyyətçinin sonrakı məhrumiyyətləri və sair hallar nəzərə alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.9-cu maddəsinə əsasən dövlət ehtiyacları tələb etdikdə, dövlət tərəfindən mülkiyyət yalnız “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi və quraşdırılması, sərhədboyu zolaqda dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, müdafiə və təhlükəsizlik əhəmiyyətli obyektlərin tikilməsi, dövlət əhəmiyyətli dağmədən sənayesi obyektlərinin tikilməsi məqsədi ilə alınır. Həmin Məcəllənin 211-ci maddəsinə əsasən mülkiyyət hüququna xitam verildikdə əmlak onun bazar qiymətinə əsasən qiymətləndirilir. Həmin Məcəllənin 1115-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Hazırki iş üzrə 1 saylı Bakı İnzibati Məhkəməsi tərəfindən “Azərbaycan Ovçular və Balıqçılar Cəmiyyəti” İctimai Birliyinin balansında olmuş və sökülmüş Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti 29 ünvanda 0.64 ha torpaq sahəsindəki 3 mərtəbəli inzibati ofis binası və yardımçı tikililərdən ibarət əmlak kompleksinin sahəsinin izahedici məktub və çertyojlara, həmçinin smeta materiallarına əsasən neçə kvadrat metr təşkil etməsinin, həmçinin sahəsi müəyyən olunan əmlak kompleksinin hal-hazırki bazar qiymətinin nə qədər olmasının müəyyən edilməsi məqsədilə 2-1(81)-1297/2018 saylı xx.xx.2018-ci il tarixli qərardadla iş üzə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ticarət və Sənaye Palatası “Azərekspertiza” Birliyinin 190 saylı xx.xx.2019-cu il tarixli mütəxəssis rəyindən görünür ki, əmlak kompleksinə çəkilən xərc 4865012.12 manat müəyyən edilmişdir. Sonradan 1 saylı Bakı İnzibati Məhkəməsi tərəfindən “Azərbaycan Ovçular və Balıqçılar Cəmiyyəti” İctimai Birliyinin balansında olmuş və sökülmüş Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti 29 ünvanda 0.64 ha torpaq sahəsindəki 3 mərtəbəli inzibati ofis binası və yardımçı tikililərdən ibarət əmlak kompleksinin sahəsinin İzahedici məktub və çertyojlara, həmçinin smeta materiallarına əsasən neçə kvadrat metr təşkil etməsinin, həmçinin sahəsi müəyyən olunan əmlak kompleksinin hal-hazırki bazar qiymətinin nə qədər olmasıın müəyyən edilməsi məqsədilə 2-1(81)-1297/2018 saylı xx.xx.2019-cu il tarixli qərardadla iş üzə təkrar məhkəmə-əmtəəşünaslıq ekspertizasının təyin edilməsi edilmişdir. Azərbaycan Respublikası Ticarət və Sənaye Palatası “Azərekspertiza” Birliyinin 009 saylı xx.xx.2020-ci il tarixli məktubu ilə hazırki iş üzrə ekspert rəyinin olmasına istinad olunaraq təkrar rəyin verilməsinə ehtiyac olmadığı bildirilmişdir. Hazırki işə apallyasiya qaydasında baxılarkən məhkəmənin 03 noyabr 2021-ci il tarixli qərardadı ilə “Azərbaycan Ovçular və Balıqçılar Cəmiyyəti” İctimai Birliyinin balansında olmuş və sökülmüş Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti 29 ünvanda 0.64 ha torpaq sahəsindəki 3 mərtəbəli inzibati ofis binası və yardımçı tikililərdən ibarət əmlak kompleksinin sahəsinin işdə olan izahedici məktub və çertyojlara, həmçinin smeta materiallarına, eləcə də apellyasiya baxışı zamanı təqdim edilmiş fotoşəkillərə əsasən neçə kvadrat metr təşkil etməsi, həmçinin sahəsi müəyyən olunan əmlak kompleksinin hazırki dövrə bazar qiymətinin müəyyən edilməsi məqsədilə iş üzrə təkrar məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş və ekspertizanın keçirilməsi "xxxx" Consulting MMC-yə həvalə edilmişdir. 03 dekabr 2021-ci il tarixdə məhkəməyə daxil olmuş "xxxx" MMC-nin qiymətləndirmə rəyindən görünür ki, ümumi sahəsi 2000 kv.m. olan əmlak kompleksinin 03 dekabr 2021-ci il tarixə olan bazar qiymətinin 4.960.000 manat olması müəyyən edilmişdir. Sözügedən rəy nəzərdən keçirilərkən müəyyən olunmuşdu ki, rəy verilərkən qiymətləndirmə məhkəmə qərardadında qeyd olunan meyarlar nəzərə alınmaqla aparılmamış və nəticədə qoyulmuş suala tam cavab verilməmişdir. Buna görə də məhkəmənin 19 yanvar 2022-ci il tarixli qərardadı ilə “Azərbaycan Ovçular və Balıqçılar Cəmiyyəti” İctimai Birliyinin balansında olmuş və sökülmüş Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti 29 ünvanda 0.64 ha torpaq sahəsindəki 3 mərtəbəli inzibati ofis binası və yardımçı tikililərdən ibarət sahəsi 2000 kv.m. olan əmlak kompleksinin hazırki bazar qiymətinin və likvid dəyərinin müəyyən edilməsi məqsədilə iş üzrə təkrar məhkəməəmtəəşünaslıq ekspertizası təyin edilmiş və ekspertizanın aparılması "xxxx" MMC-nin ekspertinə həvalə edilmişdir. 04 aprel 2022-ci il tarixdə məhkəməyə daxil olmuş "xxxx" MMC-nin qiymətləndirmə rəyindən görünür ki, ümumi sahəsi 2000 kv.m. olan əmlak kompleksinin 29 mart 2022-ci il tarixə bazar qiymətinin 4.960.000 manat və likvid dəyərinin 4.700.000 manat məbləğində olması müəyyən edilmişdir. Məhkəmə tərəfindən eyni zamanda Bakı şəhər X4 İcraiyyə Komitəsinin xx.xx.1964cü il tarixli, 21/1132 nömrəli və xx.xx.1966-cı il tarixli, 40/1986 nömrəli qərarları əsasında iddiaçı «Azərbaycan Ovçular və Balıqçılar Cəmiyyəti» İctimai Birliyinə ayrılmış Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti 29 ünvanda yerləşən torpaq sahəsi üzərində inşa edilən inzibati bina və yardımçı tikililərdən ibarət əmlak kompleksinin həmin Birliyin adına Bakı şəhər Texnika İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsində qeydiyyatdan keçib-keçməməsi barədə məhkəməyə məlumat verilməsi, qeydiyyatdan keçdiyi təqdirdə həmin sənədlərin (texniki sənədlərin) təsdiq olunmuş surətlərinin məhkəməyə təqdim edilməsi ilə bağlı müvafiq olaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsininin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə məhkəmə sorğusu göndərilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsininin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə daxil olmuş sorğuya cavab məktubunda “Azərbaycan Ovçular və Balıqçılar Cəmiyyəti” İctimai Birliyinin balansında olmuş və sökülmüş Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti 29 ünvanın həmin Birliyin adına qeydiyyatdan keçməsi ilə bağlı məlumatın aşkar edilmədiyi qeyd edilmişdir. Həmçinin məhkəmə kollegiyası tərəfindən 2017-ci ildə Bakı şəhəri Mətbuat prospekti ünvanında yerləşən qeyri-yaşayış sahələrinə dair bağlanan alqı-satqı müqavilələrinin təsdiq olunmuş surətlərinin məhkəməyə təqdim edilməsi ilə bağlı 53 saylı Notariat Ofisinə, 12 saylı Notariat Ofisinə, 5 saylı Notariat Ofisinə, 23 saylı Notariat Ofisinə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Dövlət Notariat Arxivinə məhkəmə sorğuları göndərilmişdir. Həmin sorğularla bağlı xx.xx.2022-ci il tarixdə 53 saylı Notariat Ofisindən məhkəməyə daxil olmuş cavab məktubundan görünür ki, alqı-satqı müqavilələri barədə məlumat reyestr kitablarında və arxiv işlərində aşkar edilməmişdir. xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Dövlət Notariat Arxivindən məhkəməyə daxil olmuş sorğuya cavab məktubunda qeyd edilmişdir ki, xx.xx.2007-ci ildən fəaliyyətə başlamış “Elektron notariat” İnformasiya sistemində əmlakın ünvanı üzrə axtarış nəzərdə tutulmamış, bu səbəbdən də xahişin təmin edilməsi imkan xaricindədir. 12, 5 və 23 saylı Notariat Ofislərinin sorğulara cavab məktublarında 2017-ci ilin dövrünə dair Bakı şəhəri, Mətbuat prospekti ünvanında yerləşən qeyri-yaşayış sahələrinə dair alqı-satqı müqavilələrinin rəsmişləşdirilmədiyi qeyd edilmişdir. Bundan əlavə, məhkəmə kollegiyası tərəfindən 2017-ci ildə Bakı şəhəri, Mətbuat prospekti 29 ünvanında və yaxud da dəqiq olaraq həmin ünvanda olmasa da, onun yaxınlığındakı ünvanlarda, 500 metr yaxud da 1000 metr məsafədə (digər rayonun ərazisinə düzşsə belə) yerləşən qeyri-yaşayış sahələrinə dair bağlanan alq-satqı müqavilələrinin (təxminən 5-6 sayda) təsdiq edilmiş surətlərinin məhkəməyə təqdim edilməsi ilə bağlı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş İdarəsinə məhkəmə sorğusu göndərilmişdir. Həmin sorğuya cavab olaraq 26 oktyabr 2022-ci il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən verilmiş məktubda qeyd edilmişdi ki, “Elektron notariat” infomasiya sisteminin köməyi ilə axtarış edilərək konkret şəxsə məxsus əmlakın özgəninkiləşdirilməsi barədə məlumat almaq mümkündür, bu zaman axtarış əmlak ilə deyil, satıcı və ya alıcının adı, ata adı və soyadı (daşınmaz əmlaka dair məlumatların verilməli olduğu konkret şəxsin adı, ata adı və soyadı) ilə aparılır. Beləliklə, məhkəmə kollegiyası qiymətləndirici şirkət- "xxxx" MMC tərəfindən 04 aprel 2022-ci il tarixdə məhkəməyə daxil olmuş qiymətləndirmə rəyindəki- ümumi sahəsi 2000 kv.m. olan əmlak kompleksinin 29 mart 2022-ci il tarixə bazar qiymətinin 4.960.000 manat və likvid dəyərinin 4.700.000 manat məbləğində müəyyən olunmasını həddən artıq yüksək qiymət kimi qəbul edir və bu zaman nəzərə alır ki, iddiaçıya məxsus əmlak kompleksinə görə kompensasiya hesablanan zaman məhkəmə təcrübəsində təşəkkül tapan və geniş tətbiq edilən əsas və köməkçi sahələrin hər kv.m.-nin 1500 manatdan hesablanması üsulu tətbiq edilir. Oxşar işlər üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının bir sıra qərarlarında da hüquqi mövqe belə əsaslandırılmışdı ( məsələn: 2-1(102)- 2348/2019 saylı xx.xx.2019-cu il tarixli və s. qərarlarda kompensasiya hesablanması məsələsinə münasibət bildirilmişdir). Odur ki, məhkəmə kollegiyası mövcud inzibati praktikaya əsasən iddiaçıya məxsus olmuş və sökülmüş əmlak kompleksinin (2000 kv.m.) hər kv.m.-ə görə 1500 manatla bütün kompensasiya növlərinin ehtiva olunduğunu nəzərə alaraq hesab edir ki, Bakı şəhəri, Yasamal rayonu, 3141-ci məhəllə, Mətbuat prospekti 29 ünvanda yerləşən 0,64 ha torpaq sahəsində yerləşən 3 mərtəbəli 2000 kv.m. sahəsi olan əmlak kompleksinə görə hər kv.m. 1500 manatdan olmaqla 3.000.000 manat (2000 x 1500 = 3.000.000 manat) kompensasiyanın ödənilməsi daha ədalətli və məqsədəmüvafiqdir. “İnzibati icraat haqqında” Qanunun 89.1-ci maddəsinə əsasən inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. Həmin Qanunun 89.2-ci maddəsinin tələbinə görə maraqlı şəxs kompensasiyanın ödənilməsindən imtina olunması haqqında inzibati orqanın qərarından müvafiq məhkəməyə şikayət verə bilər. Qeyd olunanlarla bağlı məhkəmə kollegiyası hesab edir ki, iddiaçıya ödəniləcək kompensasiyanın məbləği 3.000.000 manat (2000 kv.metr x 1500 manat = 3.000.000 manat) müəyyən edilməlidir. Kollegiya onu da qeyd edir ki, Bakı Apellyasiya Məhkəməsinin 2-1(1-3)-122/2022 saylı 23 noyabr 2022-ci il tarixli qərardadı ilə iddiaçının iddia tələbinin “Yasamal rayonu ərazisində 0.64 ha torpaq sahəsi ilə təmin edilmək vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” ilə bağlı hissəsindən imtinası qəbul edilmiş və iddiaçının iddiadan hissəvi imtinası ilə bağlı həmin hissədə iş üzrə icraata xitam verilmişdir. Yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, iddiaçı “Azərbaycan Ovçular və Balıqçılar Cəmiyyəti” İctimai Birliyi tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-36/2021 saylı 16 fevral 2021-ci il tarixli qərarı ləğv edilməli, iddia qismən təmin edilərək, “Azərbaycan Ovçular və Balıqçılar Cəmiyyəti” İctimai Birliyinə məxsus 3 mərtəbəli inzibati ofis binasının və yardımçı tikililərdən ibarət əmlak kompleksinin sökülməsi ilə bağlı cavabdeh inzibati orqanın hərəkətləri qanunsuz sayılmalı və bu qanunsuz hərəkətlər nəticəsində dəymiş ziyanın əvəzi olaraq 3.000.000 manat məbləğində kompensasiya cavabdeh Bakı şəhər İca Hakimiyyətindən tutularaq iddiaçı “Azərbaycan Ovçular və Balıqçılar Cəmiyyəti” İctimai Birliyinin xeyrinə ödənilməli, iddia qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 87, 90 və 94cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı “Azərbaycan Ovçular və Balıqçılar Cəmiyyəti” İctimai Birliyi tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-36/2021 saylı 16 fevral 2021-ci il tarixli qərarı ləğv edilsin. Yeni qərar qəbul edilsin. İddia qismən təmin edilsin. İddiaçı “Azərbaycan Ovçular və Balıqçılar Cəmiyyəti” İctimai Birliyinə məxsus 3 mərtəbəli inzibati ofis binasının və yardımçı tikililərdən ibarət əmlak kompleksinin sökülməsi ilə bağlı Bakı şəhər İcra Hakimiyyətinin hərəkətləri qanunsuz sayılsın və həmin qanunsuz hərəkətlər nəticəsində dəymiş ziyanın əvəzi olaraq 3.000.000 manat məbləğində kompensasiya cavabdeh Bakı şəhər İca Hakimiyyətindən tutularaq iddiaçı “Azərbaycan Ovçular və Balıqçılar Cəmiyyəti” İctimai Birliyinin xeyrinə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Xəyalə Cəmilova Hakimlər: Mirzə Tağızadə Aytən Oruczadə
Məhkəmə qərarları › İş №2-1(103)-122/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-122/2022
23.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver