Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(103)-122/2025 08.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə qarşı iş üzrə (Açar sözlər: çıxarışın və texniki pasportun verilməsi) Hakimlər Abbasova Günel Məhərrəm qızının sədrliyi və məruzəsi ilə, Talışınski Fuad Şəmsəddin oğlu və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, Səmədzadə Günay Sarastən qızının katibliyi ilə, Iddiaçının nümayəndəsi X1 iştirakı ilə, Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə qarşı “dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Inzibati Məhkəməsinin ## ###### 2022-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. IŞIN HALLARI
1. Iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin * saylı Bakı Ərazi Idarəsinin üzərinə Bakı şəhəri, Pirallahı rayonu, Dübəndi bağ massivində yerləşən 0.12 hektar torpaq sahəsi olan 19a/20a - ****a/****a nömrəli bağ ilə əlaqədar daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin qoyulması barədə qərar qəbul edilməsini və 10.000 (on min) manat məbləğində dəymiş mənəvi və maddi zərər cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, məhkəməyə müraciət etmək üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməsini xahiş etmişdir.
2. Iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, “Bakı şəhəri, Pirallahı rayonu, Dübəndi bağ massivində yerləşən **a/**a****a/****a saylı bağ sahəsi üzərində mülkiyyət hüquqlarının İddiaçı adına daşınmaz Əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarış və plan-ölçü sənədinin verilməsi öhdəliyinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin * saylı Bakı Ərazi Idarəsinin üzərinə qoyulması”nı xahiş etmiş və qərardadla ərizə icraata qəbul edilmişdir.
3. Iddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı, ## ###### 2006-cı il tarixdə Azərbaycan Respublikası Bakı Şəhər Icra Hakimiyyəti Başçısı Aparatının Abadlaşdırma və Park-Bağ Təsərrüfatının Inkişafı Departamenti Bağlar Təsərrüfatının Inkişafı və Istismarı Birliyi ilə bağladığım Müqavilə (N *****) əsasında Dübəndi ərazisində yerləşən 19a/20a - ****a/****a nömrəli bağ iddiaçının istifadəsinə verilmişdir. Həmin bağ sahəsinin ümumi ölçüsü 0.12 hektar sahə təşkil edir və 2006-ci ildə onun tərəfindən hasara alınmışdır. Iddiaçının nümayəndəsi X1 ## #### 2021-ci il tarixdə Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin * saylı Bakı Ərazi Idarəsinə iddiaçının və Azərbaycan Respublikası Bakı Şəhər Icra Hakimiyyəti Başçısı Aparatının Abadlaşdırma və ParkBağ Təsərrüfatının Inkişafı Departamenti Bağlar Təsərrüfatının Inkişafı və Istismarı Birliyi arasında bağlanmış ## ###### 2006-cı il tarixli, ***** nömrəli müqavilənin Idarənin arxivində mövcudluğu və həmin Müqavilənin * saylı Bakı Ərazi Idarəsi tərəfindən təsdiq edilmiş sürətinin verilməsi barədə sorğu/ərizə verilmişdir. AR Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin * saylı Bakı Ərazi Idarəsi # ##### 2021-ci il tarixdə nümayəndəyə göndərdiyi cavab məktubunda (№************) iddiaçı ilə Azərbaycan Respublikası Bakı Şəhər Icra Hakimiyyəti Başçısı Aparatının Abadlaşdırma və Park-Bağ Təsərrüfatının Inkişafı Departamenti Bağlar Təsərrüfatının inkişafı və Istismarı Birliyi arasında bağlanan 0.12 hektar torpaq sahəsi olan 19a/20a - ****a/****a nömrəli bağın iddiaçının istifadəsinə verilməsinə dair müqavilənin Idarənin arxivlərində mövcud olduğunu bildirmişdir və həmin müqavilənin təsdiq edilmiş sürətini göndərmişdir. Müqavilənin təsdiq olunmuş sürəti və AR Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin * saylı Bakı Ərazi Idarəsi 0# ##### 2021-ci il tarixli cavabı məhkəməyə iddia ərizəsi ilə birlikdə təqdim olunub. Nümayəndə ## ##### 2021-ci il tarixdə təsdiq olunmuş müqaviləni Mülki Məcəllənin 139-1 və digər normativ-hüquqi aktların normalarını rəhbər tutaraq Bakı şəhəri, Pirallahı rayonu, Dübəndi bağ massivində yerləşən 0.12 hektar torpaq sahəsi olan 19a/20a -****a/****a nömrəli bağ üçün Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən çıxarış və texniki pasportun verilməsi üçün AR Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin * saylı Bakı Ərazi Idarəsinə müraciət etmişdir və 80 manat (30 manat çıxarış, 50 manat texniki pasport üçün) dövlət rüsumu ödəmişdir. Dövlət rüsumunun ödənilməsi haqda qəbz Məhkəməyə iddia ərizəsi ilə birlikdə təqdim olunub. AR Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin * saylı Bakı Ərazi Idarəsi # ### 2021-ci il tarixli №************ bildirişi ilə iddiaçı AR Bakı şəhəri, Pirallahı rayonu, Dübəndi bağ massivində yerləşən 0.12 hektar torpaq sahəsi olan 19a/20a - ****a/****a nömrəli bağa mülkiyyət hüququnu dövlət qeydiyyatına almaqdan qanuni əsası olmadan imtina etmişdir. Həmin bildiriş ## ### 2021-ci il tarixdə iddiaçının nümayəndəsinə təqdim olunmuşdur və məhkəməyə iddia ərizəsi ilə birlikdə təqdim edilmişdir. AR Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin * saylı Bakı Ərazi Idarəsinin nümayəndəsi/işçiləri iddiaçının nümayəndəsinə Pirallahı rayonu, Dübəndi bağ massivində yerləşən bağların koordinatlarını müəyyən etmək mümkün olmadığına istinad edərək onun həmin bağ sahəsinə olan mülkiyyət hüququnu dövlət qeydiyyatına almaqdan imtina edəcəklərini bildirmişdilər. AR Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin * saylı Bakı Ərazi Idarəsi # ### 2021-ci il tarixli bildirişi “Daşınmaz əmlakın dövlət reyestri haqqında” AR qanununun 15- ci maddəsinə heç bir qanuni əsas olmayaraq istinad etmişdir. AR Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin İ saylı Bakı Ərazi Idarəsi # ### 2021-ci il tarixli bildirişində istinad etdiyi Azərbaycan Respublikası “Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanununun 15-ci maddəsinə müəyyən olan hüquqların dövlət qeydiyyatına alınmasından imtina üçün nəzərdə tutulan hallardan heç biri mövcud deyildir. Bundan əlavə həmin bildirişdə Bakı şəhəri, Pirallahı rayonu, Dübəndi bağ massivində yerləşən 0.12 hektar torpaq sahəsi olan 19a/20a - ****a/****a nömrəli bağın koordinatları və bildirişdə istinad edilən “** nömrəli məktəb” bağçılıq-yoldaşlıq ərazisinin koordinatları göstərilməmişdir. Bildirişdə istinad edilən əsaslandırmayla və işin faktiki halları arasında səbəb-nəticə əlaqəsi yoxdur. Iddiaçı iddia tələbində Mülki Məcəllənin 139.1, 139-1.1, 139-1.7-ci maddələrinə və Azərbaycan Respublikası “Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanununa istinad etmişdir.
4. Cavabdeh tərəfindən iddia tələbinə qarşı etiraz təqdim edilmişdir.
5. Bakı Inzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli, ## ###### 2022-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, Bakı şəhəri, Pirallahı rayonu, Dübəndi bağ massivində yerləşən **a/**a****a/****a saylı bağ sahəsi üzərində mülkiyyət hüquqlarının İddiaçı adına daşınmaz Əmlakın dövlət reyestrindən qeydiyyata alınaraq çıxarış və plan-ölçü sənədinin verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin * saylı Bakı Ərazi Idarəsinin üzərinə qoyulması qərara alınmışdır.
6. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini, iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
7. Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının *-*(***)-****/**** nömrəli, ## ####### 2023-cü il tarixli qərarı ilə (hakimlər: Ş.Məmmədova - sədrlik edən və məruzəçi, C.Yusifov və P.Hüseynov) apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin ## ###### 2022-ci il tarixli qərarı ləğv edilmiş, iddia rədd edilmişdir.
8. Iddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
9. Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının ##.##.2024-cü il tarixli, *-*(***)-***/**** saylı qərarı ilə iddiaçının kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının *-*(***)-****/**** nömrəli, ## ####### 2023cü il tarixli qərarı ləğv edilərək, iş təkrar baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.
10. Azərbaycan Respublikası Iqtisadiyyat nazirinin ## #### 2025-ci il tarixli *-**/*-*-F- ***/**** nömrəli əmri ilə Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri (bundan sonra-DƏDKR) publik hüquqi şəxsinin Nizamnaməsi, strukturu və ştat cədvəli yeni redaksiyada təsdiq edilmiş, Nizamnamə yeni redaksiyada qeydiyyata alındıqdan və müvafiq təşkilati xarakterli tədbirlər başa çatdırıldıqdan sonra DƏDKR-in tabeliyindəki ərazi idarələrinin (ixtisaslaşdırılmış hüquqi şəxslərin) fəaliyyətinə xitam verilməsi, onların funksiyalarının və balanslarındakı əmlakların DƏDKR-ə verilməsi qərara alınmışdır. Qeyd edilənlərə əsasən, cavabdeh qismində iştirakçı olan ərazi idarələri müvafiq olaraq DƏDKR ilə əvəz edilmişdir.
APELLYASIYA ŞIKAYƏTININ DƏLILLƏRI:
11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, aparılan araşdırma zamanı məlum olmuşdur ki, göstərilən bağ sahəsi heç bir bağçılıq-yoldaşlığın ərazisinə aid deyildir. Iddia olunan torpaq sahəsi “** nömrəli məktəb” bağçılıq-yoldaşlığın ayrıc aktından təqribən 1200-1300 metr kənarda yerləşir və sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar kateqoriyalı dövlət mülkiyyətində olan torpaq sahəsidir. “20 rmrəli” bağçılıq yoldaşlıq təsərrüfatının bölgü sxemində sözügedən bağ sahəsinin nömrəsi göstərilməmişdir. Həmçinin qeyd olunan əraziyə digər fiziki şəxs - X2 **a/**a-****/**** nömrəli bağ sahəsi kimi müraciəti daxil olmuşdur və imtina məktubu almışdır. Hazırda X2 Bakı şəhəri, Pirallahı rayonu, Dübəndi bağ massivində yerləşən ölçüsü 0,12 ha olan, **a/**a-****/**** saylı bağ sahəsi üzərində mülkiyyət hüququna dair çıxarışın verilməsi öhdəliyinin cavabdeh * saylı Bakı Ərazi Idarəsinə həvalə edilməsi tələbinə dair Bakı Inzibati Məhkəməsinin icraatında *- *(***)-****/**** saylı inzibati iş mövcuddur. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin * saylı Bakı Ərazi Idarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azerbaycan Respublikası qanununun 23-cü maddəsinə əsasən Idarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. Birinci instansiya məhkəməsi tərəfindən müvafiq iş dəqiq və düzgün araşdırılmamış, qeyd olunan hallar və qanunvericiliyin tələbləri məhkəmə tərəfindən nəzərə alınmamış və nəticə qanunsuz olaraq iddiaçinın iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilmişdir. Iş materiallarından görünür ki, Bakı Inzibati Məhkəməsi yuxarıda qeyd olunan halları nəzərə almamış, əsassız olaraq X4 iddia tələbini təmin etmişdir. Bu səbəbdən, həmin Məhkəmə tərəfindən qəbul olunmuş ## ###### 2022-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərar ləğv olunmalı, iddiaçının iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul olunmalıdır. Beləliklə, birinci instansiya məhkəməsi tərəfindən maddi hüquq normalarının tətbiq edilməsində səhvə yol verilmiş, habelə prosessual hüquq normaları kobud surətdə pozulmuşdur.
MƏHKƏMƏ ICRAATI IŞTIRAKÇILARININ IZAHATLARI:
12. Məhkəmə iclaısnda iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi.
13. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə cavabdehə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iş üzrə cavabdeh məhkəmə kollegiyasının iclasında iştiraklarını təmin etməmişlər.
14. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Inzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. MÜBAHISƏNIN HƏLLI ILƏ BAĞLI MƏHKƏMƏ ARAŞDIRMASININ ƏSASINI TƏŞKIL EDƏN SƏNƏDLƏR
15. Azərbaycan Respublikası Bakı Şəhər Icra Hakimiyyəti başçısı Aparatının Abadlaşdırma və Park-Bağ Təsərrüfatının inkişafı Departamenti Bağlar Təsərrüfatının inkişafı və istismarı Birliyi ilə İddiaçı arasında Dübəndi ərazisində 19a/20a ****a/****a nömrəli bağın istifadəyə verilməsi haqqında ***** saylı Müqavilə bağlanılmışdır.
16. ** nömrəli məktəbin Bağçılıq-yoldaşlıq idarə heyətinin yığıncağının ** nömrəli, ##.##.1997-ci il tarixli Protokolundan Çıxarışdan görünür ki, Dübəndi qəsəbəsində 19a/20a ****a/****a nömrəli 1200 kv.m olan bağ sahəsi İddiaçı daimi istifadəsinə verilmişdir.
17. ** saylı Məktəbin Həmkarlar Komitəsinin **a/**a nömrəli üzvlük kitabçasının surətindən müəyyən edilir ki, iddiaçı 1997-ci il tarixindən bağçılıq cəmiyyətinin üzvlüyünə qəbul edilmişdir.
18. Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ##.##.2025-ci il tarixli, *- *(***)-***/**** saylı qərardadı ilə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ## ###### 2025-ci il tarixli, **/**** №-li ekspert rəyi ilə tədqiqatın nəticəsi aşağıdakı kimi müəyyən olunmuşdur. Qərardadın birinci sualı üzrə: Iş materiallarında Bakı şəhər Icra Hakimiyyəti Başçısı Aparatının Abadlaşdırma və Park-Bağ Təsərrüfatının Inkişafı Departamentinin Bağlar Təsərrüfatının Inkişafı və Istismarı Birliyinin ## ###### 2006-cı il tarixli, ***** saylı müqaviləsinə əsasən İddiaçı ayrılmış 0.12ha torpaq sahəsinə dair ayrıca aktı olmadığından həmin torpaq sahəsinin sənəd üzrə harda yerləşməsinin və sənəd üzrə koordinatlarının müəyyən edilməsi üzrə tədqiqat aparılması mümkün olmamışdır. Qərardadın ikinci və üçüncü sualları üzrə: Iş materiallarında olan (İ cild. səh.83) “Dübəndi qəsəbəsində L.İ. “Teatrlayihə” və “** saylı məktəb” bağçılıq yoldaşlığının sahə planı”nda torpaq sahələrinin texniki göstəriciləri (en, uzunluq, döngə nöqtələrinin koordinatları və s.), istinad nöqtələri və istinad nöqtələrindən torpaq sahələrinə qədər olan məsafələr həmçinin, bağ sahələrinin sənəd üzrə nömrələri qeyd olunmadığından naturada təqdim edilən (mübahisə predmeti olan) torpaq sahəsinin “Dübəndi qəsəbəsində L.İ. “Teatrlayihə” və “** saylı məktəb” bağçılıq yoldaşlığının sahə planı”nın hüdudları daxilində yerləşib-yerləşməməsi və həmin torpaq sahəsinin digər torpaq sahələri ilə üst-üstə düşüb-düşməməsi üzrə tədqiqat aparılması mümkün olmamışdır.
19. Apellyasiya baxışı zamanı iddiaçının nümayəndəsi Nümayəndə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, iddia tələbinə 0,12 ha torpaq sözünün əlavə edilməsini məhkəmədən xahiş etmişdir. Dəqiqləşmə barədə ərizə icraata qəbul edilmişdir.
TƏTBIQ EDILƏN HÜQUQ və MƏHKƏMƏNIN MÖVQEYI
20. Azərbaycan Respublikası Inzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.
21. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
22. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki apellyasiya məhkəməsinin icraatında olan araşdırma Ali Məhkəmənin Inzibati Kollegiyasının ##.##.2024-cü il tarixli, *-*(***)- ***/**** saylı qərarında qeyd olunmuş göstərişlər əsasında aparılır.
23. IPM-in 96.11-ci maddəsinə əsasən mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir.
24. «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 10-cu maddəsinə görə, həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Kollektiv bağlar özəlləşdirilərkən torpaq sahəsi bağçılığın hər bir üzvünün mülkiyyətinə verilir. Dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların torpaqları hər bir icarəçinin, kooperativ bağların torpaqları hər bir kooperativ üzvünün mülkiyyətinə verilir. Bağ sahələrinin torpaqları özəlləşdirilərkən onların üzərindəki tikililər, ağaclar və digər obyektlər də əvəzsiz olaraq bağ sahiblərinin xüsusi mülkiyyətinə keçir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir.
25. “Yerli icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin ##.##.2007-ci il tarixli **** nömrəli Sərəncamı ilə yerli icra hakimiyyəti orqanlarının, o cümlədən Bakı Şəhər Icra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilmiş, Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılmışdır ki, ləğv olunan bağ təsərrüfatı idarələrinin arxivlərinin Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə verilməsini təmin etsin və ləğvetmə ilə bağlı digər məsələləri qanunvericiliyə uyğun olaraq həll etsin, bu Sərəncamın qüvvəyə mindiyi tarixədək vətəndaşların qanuni mülkiyyətində olan bağ sahələrinin “Torpaq islahatı haqqında” Qanunun 9-cu maddəsinə müvafiq olaraq əvəzsiz qaydada onların mülkiyyətinə verilməsinin aidiyyəti dövlət orqanları tərəfindən rəsmiləşdirilməsini təmin edən tədbirlər görsün.
26. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» AR Qanununun 8.0.7-ci maddəsinə əsasən, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri də 2007-ci il ###ın ##-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış hesab olunur.
27. Məhkəmə kollegiyası hesab edir ki, torpaq sahəsi üzərində mülkiyyət hüquqların yaranmasının əsaslarından biri kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış, həmçinin 2007-ci il ###ın ##-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqaviləsi hesab olunur. ** nömrəli məktəbin həmkarlar komitəsinin birgə iclas qərarı ilə iddiaçıya 0,12 hektar torpaq sahəsi ayrılmış, həmçinin **a/**a-****a/****a saylı bağın istifadəyə verilməsinə dair Bağlar Təsərrüfatının Inkişafı və Istismarı Birliyi ilə iddiaçı arasında ## ###### 2006-cı il tarixli, ***** nömrəli müqavilə bağlanılmış və iddiaçı həmin torpaq sahəsini əldə edərkən hər-hansı formada qanunsuzluğa yol verməmişdir.
28. Qanunvericiliyin istinad olunan normalarına görə, hazırkı işin halları üzrə Bakı şəhəri, Pirallahı rayonu, Dübəndi bağ massivində yerləşən **a/**a-****a/****a saylı 0,12 hektar torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtina olunması üçün əsaslar mövcud deyil. Cavabdehin imtinası ilə bağlı gətirdiyi dəlillər tutarlı sayıla bilməz. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 15-ci maddəsində mülkiyyət hüquqlarının qeydiyyatından imtina edilməsi halları dəqiq göstərilmişdir.
29. Məhkəmədə aparılan icraat zamanı iddia olunan bağ sahəsinin naturada harada yerləşməsi, yerləşdiyi yerin koordinatlarının müəyyən olunması və “** nömrəli məktəb” bağçılıq yoldaşlığın ayrıc aktından hansı məsafədə kənarda yerləşməsi faktının müəyyən olunması üçün ekspertiza təyin edilmişdir. Məhkəmə tikinti-texniki ekspertizası zamanı aparılmış tədqiqat nəticəsində müəyyən edilmişdir ki (Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş ##.##.2022-ci il tarixli **/**** saylı ekspert rəyi əsasında) iddiaçıya ayrılmış bağ sahəsinin arxiv bölgü sxemində bağ nömrəsi qeyd olunmadığı üçün bağ sahəsinin naturada yerləşməsini müəyyən etmək mümkün olmamış, göstərilən bağ sahəsinin heç bir bağçılıq-yoldaşlığın ərazisi olmadığı və göstərilən sahənin ** nömrəli məktəb bağçılıq yoldaşlığın ayrıc aktından təqribən 1200-1300 metr aralı yerləşməklə sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar kateqoriyalı dövlət mülkiyyəti torpağı olduğu müəyyən olunmuşdur. ** nömrəli məktəb bağçılıq yoldaşlığın bölgü sxemində sözügedən bağ nömrəsi göstərilmədiyinə görə, Bakı şəhəri, Dübəndi bağ massivində yerləşən **a/**a-****a/****a saylı bağ sahəsinin sənəd üzrə döngə nöqtələrinin koordinatlarını təyin etmək mümkün olmadığı göstərilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin * saylı Bakı Ərazi Idarəsi tərəfindən alınmış mütəxəssis rəyinə görə həmin torpaq sahəsi dövlət mülkiyyəti torpağıdır və yüklü deyildir(heç bir fiziki şəxsin adına mülkiyyət hüququ üzrə dövlət qeydiyyatına alınmamışdır). Məhkəmə kollegiyası hesab edir ki, Dübəndi bağ massivində yerləşən 19a/20/a- 30. 2667a/2668a bağ sahəsinin üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtina olunması üçün əsaslar mövcud deyil. Cavabdehin imtinası ilə bağlı gətirdiyi dəlillər, yəni bağ sahəsinin bağçılıqyoldaşlığın
31. ərazisi olmaması tutarlı əsas sayıla bilməz. Belə ki, hətta sxematik xəritə ilə hər hansı uyğunsuzluq varsa belə, cavabdehin vəzifəsi sözügedən uyğunsuzluğu qanunvericiliklə müəyyən edilmiş qaydada aradan qaldırmaqla hüquqların qeydiyyatının aparılmasını təmin etməkdən ibarətdir. Həmçinin cavabdeh iddiaçının istifadəsində olan torpaq sahəsinin 1200-1300 kv.m “** nömrəli “məktəb bağçılıq yoldaşlığın ayrıc aktından kənarda yerləşdiyini bildirsə də, bununla bağlı müvafiq ölçmə işlərinin aparılması və iddiaçıya məxsus bağ sahəsinin sərhədlərinin müəyyən edilməsi cavabdehin vəzifələrinə aiddir.
32. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin fəaliyyətinin təkmilləşdirilməsi tədbirləri və “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il ## #### tarixli *** nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən (Azərbaycan Respublikası Prezidentinin 2015-ci il # ### tarixli *** nömrəli Fərmanı ilə təsdiq edilmişdir) hüquqların dövlət qeydiyyatı haqqında ərizəni və ərizəyə əlavə olunan sənədləri qəbul etmək (3.0.2), təqdim edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunu yoxlamaq; (3.0.3). bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmadığını müəyyən etmək; (3.0.4). dövlət reyestrində hüquqların dövlət qeydiyyatının dəqiq və vaxtında aparılmasını, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasını təmin etmək; (3.0.8) hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarış vermək; (3.0.11) daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı məqsədi ilə torpaq sahəsinin planının və ölçüsünün tərtib edilməsini və verilməsini təmin etmək; (3.0.23). vətəndaşların qanuni istifadəsindəki yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların onların mülkiyyətinə verilməsini yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud olan uyğunsuzluqlar aradan qaldırılmaqla rəsmiləşdirmək; (3.0.29) daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı məqsədi ilə torpaq sahələrində mərzçəkmə işləri aparmaq; (3.0.31) xidmətin vəzifələrinə aid edilmişdir.
33. Xüsusi olaraq qeyd edilməlidir ki, iddiaçı iddia ərizəsinin belə birinci səhifəsinin ilk cümləsində yazır ki, “İddiaçı, ## ###### 2006-cı il tarixdə Azərbaycan Respublikası Bakı şəhər Icra Hakimiyyəti başçısı aparatının Abadlaşdırılma və Park-Bağ Təsərrüfatının Inkişafı Departamenti Bağlar Təsərrüfatının Inkişafı və Istismarı Birliyi ilə bağladığım müqavilə (№*****) əsasında Düdəndi (texniki səhvdir-“Dübəndi” olmalıdır, bunu sonradan məhkəmə qərardadla düzəltmişdir - Qeyd Ali Məhkəmənindir) ərazisində yerləşən **a/**a-****a/****a nömrəli bağ mənim istifadəmə verilmişdir. Həmin bağ sahəsinin ümumi ölçüsü 0,12 hektar sahə təşkil edir və 2006-cı ildə mənim tərəfimdən hasara alınmışdır”.
34. Nəzərə alaraq ki, sözügedən müqavilə, iddiaçının Dübəndi ərazisində ** nömrəli məktəbin bağçılıq cəmiyyətindən ona verilmiş **a/**a nömrəli bağa dair ərizəsi (işin İ cildinin 129-cu səhifəsi) əsasında bağlanmış və həmin ərizənin üstündə “Dübəndi qəsəbəsi bağ № **a/**a-2667a/2668a (sahə 0,12 ha) heç bir qanun pozuntusu olunmayıb. Imza O.Barvalov” yazılmışdır, o zaman belə anlaşılır ki, mübahisəli bağ sahəsi ** nömrəli məktəbə ayrılmış ərazidə yerləşir.
35. Iddiaçı da, məhz həmin bağ sahəsinin üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınaraq çıxarışın və plan-ölçüsünün verilməsini cavabdehdən xahiş edir.
36. Məhkəmə tərkibi qeyd edir ki, mövcud qanunvericilik daşınmaz əmlaka hüquqların müvafiq reyestrdə qeydiyyatına əsasların dairəsini konkret müəyyən edir. Hazırki işin halları üzrə iddiaçıya məxsus, yəni qanunla qanuni istifadəçi kimi onun mülkiyyətinə verilmiş Dübəndi qəsəbəsi bağ № **a/**a-2667a/2668a (sahə 0,12 ha) torpaq sahəsindən ibarət bağ sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtina olunması üçün əsaslar mövcud deyil. Belə ki, həmin bağ sahəsi “Azərbaycan Respublikası Bakı Şəhər Icra Hakimiyyəti başçısı Aparatının Abadlaşdırma və Park-Bağ Təsərrüfatının inkişafı Departamenti Bağlar Təsərrüfatının inkişafı və istismarı Birliyi ilə İddiaçı arasında Dübəndi ərazisində 19a/20a ****a/****a nömrəli bağın istifadəyə verilməsi haqqında ***** saylı müqavilə” əsasında iddiaçıya verilmişdir. Həmin müqavilə səlahiyyətli dövlət orqanı ilə bağlanmış və hal-hazıradək qüvvədədir. Həmin müqavilənin ləğv edilməsi və ya dəyişdirilməsi barədə, yəni onun qüvvədə olmasını şübhə altına alan hər hansı sübut yoxdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun tələbinə əsasən isə həmin müqavilə iddiaçının mübahisəli bağ sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsasdır.
37. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddia tələbinin təmin edilməsi ilə bağlı birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir.
38. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.
39. Beləliklə, məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlilləri formal hesab edir və belə qənaətə gəlir ki, bu dəlillər qanuni məhkəmə qərarının ləğvi üçün əsas ola bilməz.
40. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəqiqləşmə ərizəsinə uyğun olaraq, yəni Bakı şəhəri, Pirallahı rayonu, Dübəndi bağ massivində yerləşən **a/**a****a/****a saylı bağ sahəsi (0,12 ha) üzərində mülkiyyət hüquqlarının İddiaçı adına daşınmaz Əmlakın dövlət reyestrindən qeydiyyata alınaraq çıxarış və plan-ölçü sənədinin verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin üzərinə qoyulması kimi qeyd edilməklə dəyişdirilmədən saxlanılmalıdır.
41. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Inzibati-Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDI: Apellyasiya şikayəti təmin edilməsin. Bakı Inzibati Məhkəməsinin ## ###### 2022-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı dəqiqləşmə ərizəsinə uyğun olaraq, yəni Bakı şəhəri, Pirallahı rayonu, Dübəndi bağ massivində yerləşən **a/**a****a/****a saylı bağ sahəsi (0,12 ha) üzərində mülkiyyət hüquqlarının İddiaçı adına daşınmaz Əmlakın dövlət reyestrindən qeydiyyata alınaraq çıxarış və plan-ölçü sənədinin verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin üzərinə qoyulması kimi qeyd edilməklə dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Inzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Günel Abbasova Hakimlər: Fuad Talışınski Məmməd Məmmədov