Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1222/2023 28.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filiala qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iş üzrə QƏRARİ İş № 2-1(103)-1222/2023 (Açar sözlər: “yaşa görə əmək pensiyasının təyin edilməsi”) Bakı şəhəri 28 fevral 2023-cü il Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Şərafət Asif qızı Məmmədova (sədrlik edən və məruzəçi), Cahangir Afər oğlu Yusifovdan və X5 ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi, İddiaçı və vəkili X4 iştirakı ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7754/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 28 fevral 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçıya məxsus AZE seriyalı, 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən aydın olur ki, İddiaçı xx.xx.1955-ci il tarixdə doğulmuşdur.
2. Cavabdehin iddiaçıya ünvanlanmış xx.xx.2021-ci il tarixli **********7 saylı imtina məktubunda bildirilmişdir ki, “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində 2 saylı “ASAN” Xidmət Mərkəzindən daxil olmuş xx.xx.2021-ci il tarixli ərizənizə və ona əlavə olunmuş sənədlərə aidiyyəti üzrə Mərkəzi Filialda baxılmışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Hazırda kişilərin pensiya yaşı 65 yaş müəyyən olunmuşdur. Sözügedən Qanunun 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Təqdim etdiyiniz xx.xx.1971-ci il tarixində tərtib edilmiş əmək kitabçanıza əsasən xx.xx.2006-cı il tarixinədək 23 il 11 ay sığorta stajınız olmaqla tələb olunan müddətdən (25 il) azdır. Eyni zamanda xx.xx.2006cı il tarixindən pensiya hüququnuz yararan tarixədək fərdi hesabınızın sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Əlavə olaraq bildiririk ki, Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə X6 və araşdırmalar şöbəsinin xidməti məruzəsinə əsasən xx.xx.1998-ci il tarixindən xx.xx.2007-ci il tarixinədək işlədiyiniz “X7”-ın faktiki və arxiv sənədlərinin saxlanıldığı ünvan məlum olmadığı üçün həmin dövrlərin sosial sığorta stajının araşdırılması imkan xaricindədir. Bu səbəblə həmin dövrlərin sığorta stajına əlavə edilməsi qanunauyğun hesab edilmir. Eyni zamanda Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə X6 və araşdırmalar şöbəsinin xx.xx.2021ci il tarixli aktlarına əsasən xx.xx.1998-ci il tarixindən xx.xx.2007-ci il tarixinədək “Sərnişinservis” Avtobus parkı arxiv sənədlərini təhvil vermədiyi üçün həmin dövrlərin araşdırılması mümkün olmamış, 7 nömrəli Sərnişinnəqliyyat müəssisəsinin natamam arxiv sənədlərində və 2 nömrəli avtobus parkının arxiv sənədlərində sizin adınıza rast gəlinməmişdir. Bu səbəblə həmin dövrlərin sığorta stajına əlavə edilməsi qanunauyğun hesab edilmir. Qeyd olunanlara əsasən bildiririk ki, sizə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından düzgün hesab edilmir. Eyni zamanda bildiririk ki, “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 7.0.2-ci maddəsinə əsasən sizə xx.xx.2020-ci il tarixindən yaşa görə sosial müavinət təyin edilmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 72.1-ci və 73-cü maddələrinə əsasən müraciət barəsində qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və (və ya ) məhkəmə qaydasında şikayət vermək hüququnuz vardır.”
3. Emal Sənayesi üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin xx.xx.2020-ci il tarixli 282/20 saylı məktubundan görünür ki, iddiaçı xx.xx.1969-cu il tarixində keçmiş ÜİLKGİnin 50 illiyi adına 74 №-li X16 Məktəbinə “Avtoçilingər” ixtisasına qəbul olmuşdur. Həmin ixtisasın xx.xx.1971-ci il tarixdə tam kursunu bitirmiş və ona ixtisası üzrə 3539 №-li attestat verilmişdir. Keçmiş ÜİLKGİ-nin 50 illiyi adına 74 №-li X16 Məktəbi 12 №-li Bakı Peşə Liseyi adlandırılıb. Qeyd: Azərbaycan Respublikası Təhsil Nazirinin xx.xx.2020-ci il tarixli F-202 nömrəli əmrinə əsasən 1 № li Bakı Peşə Liseyi, 12 № li Bakı Peşə Liseyi, 17 № li Bakı Peşə Liseyi və 10 № li Bakı Peşə Məktəbinin bazasında “Emal Sənayesi üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi” publik hüquqi şəxs yaradılmışdır.
4. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Bakı Şəhəri Xətai Rayon İdarəsinin xx.xx.2020-ci il tarixli 525 saylı arayışından görünür ki, iddiaçı xx.xx.1974-cü il tarixdən xx.xx.1976-cı il tarixədək keçmiş SSR-i Silahlı Qüvvələrində həqiqi hərbi xidmət keçmişdir.
5. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinin xx.xx.2022ci il tarixli **********133700 saylı məktubu ilə məhkəmənin sorğusuna cavab olaraq bildirilmişdir ki, “Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinə “X10” barədə məlumatın verilməsinə dair daxil olmuş müraciətinizə qanunvericiliyə uyğun olaraq baxılmışdır. Bununla əlaqədar bildiririk ki, İdarədə olan reyestrdə “X10" adlı kommersiya qurumu aşkar edilməmişdir. Bu səbəbdən müvafiq hüquqi şəxsə dair daha dəqiq və dolğun məlumat (dövlət qeydiyyat nömrəsi və ya VÖEN) verməyinizi xahiş edirik.”
6. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xx.xx.2022-ci il tarixli **********664500 saylı məktubu ilə cavabdehin sorğusuna cavab olaraq bildirilmişdir ki, ““Sərnişinservis” Avtobus Parkının qeydiyyatı barədə müraciətinizə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində baxılmışdır. Bildiririk ki, dövlət reyestrində “Sərnişinservis” Avtobus Parkının xx.xx.1997-ci ildə D- 103 nömrə ilə dövlət qeydiyyatından keçməsi barədə məlumat mövcuddur. Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyinin xx.xx.2007-ci il tarixli 13/Ü nömrəli əmrinə əsasən “Sərnişinservis” Avtobus Parkının “Bakı X8” Məhdud Məsuliyyətli Cəmiyyətinə çevrilməsi faktı dövlət reyestrində qeydə alınmışdır. Bakı Nəqliyyat Agentliyinin İdarə Heyətinin xx.xx.2019-cu il tarixli 02 nömrəli qərarına əsasən “Bakı X8” Məhdud Məsuliyyətli Cəmiyyətinin adının dəyişdirilərək Bakı Nəqliyyat Agentliyi "X14 Məsuliyyətli Cəmiyyəti (VÖEN: **********) olması ilə bağlı dövlət reyestrində xx.xx.2019-cu il tarixdə qeyd aparılmışdır.”
7. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2022-ci il tarixli **********13 saylı məktubu ilə cavabdehin sorğusuna cavab olaraq bildirilmişdir ki, ““Bakı X8” MMC-nin emissiya protokollarında İddiaçı haqqında qeydin olub-olmaması barədə müraciətə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətində baxılmışdır. Bununla əlaqədar bildiririk ki, qeyd edilən məsələnin araşdırılması üçün Bakı Nəqliyyat Agentliyinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə (keçmiş “Bakı X8” MMC) müraciət etməyinizi tövsiyə edirik.”
8. İddiaçıya məxsus xx.xx.1971-ci ildə tərtib edilmiş əmək kitabçasından və onun Azərbayacan dilinə tərcümə edilərək notariat qaydada təsdiq edilmiş hissəsindən görünür ki, iddiaçı xx.xx.1971-ci il tarixdən xx.xx.1973-cü il tarixədək Etminpromstroyun Mərkəzi avtonəqliyyat kontorunda çilingər (əmr № 59-k 20/Vİİ-7-ci il), xx.xx.1973-cü il tarixdən xx.xx.1974-cü il tarixədək Sovet Azərbaycanının 50 illiyi adına Bakı maşın tikintisi zavodunun 22 saylı avto-nəqliyyat sexinə yük avtomobilinin sürücüsü (əmr № 670/k 21/Xİ-73-cü il), xx.xx.1976-ci il tarixdən xx.xx.1977-ci il tarixədək a/k zavoduna 3-cü dərəcəli sürücü (Əmr № 53 11.08.76-cı il), xx.xx.1977-ci il tarixdən xx.xx.1978-ci il tarixədək Nəqliyyat ekspedisiya bazasında sürücü (Əmr № 372 12.X/77-ci il), xx.xx.1978ci il tarixdən xx.xx.1978-ci il tarixədək Bakı Şərab Zavodu №1-də Ekspedisiya sexində bələdçi (Əmr № 75/k 3/V-78-ci il), xx.xx.1978-ci il tarixdən xx.xx.1979-cü il tarixədək Az.SSR qoskomselxoztexnikanın məlumathesablama mərkəzində sürücü (Əmr №19 7.Xİİ-78-ci il), xx.xx.1979-cu il tarixdən xx.xx.1984-cü il tarixədək 3 saylı a/k zavodunda sürücü (Əmr № 40 25/İV-79-cu il), xx.xx.1984-cü il tarixdən xx.xx.1984-cü il tarixədək Bakı növbətçi avtomobillər və taksi (taksomotor) parkı Avtomobil Nəqliyyatı Nazirliyində sürücü (Əmr 701s 1.06.84-cü il), xx.xx.1984-cü il tarixdən xx.xx.1985-ci il tarixədək BakıSabunçu Azərbaycan dəmir yolunun yol distansiyasında yol montyoru (Əmr № 249/k 15.X-84-cü il), xx.xx.1985-ci il tarixdən xx.xx.1986-cı il tarixədək X11 İdarəsi Az.SSR Su Təsərrüfatları Nazirliyinin Abşeron MSİ-də sürücü (Əmr 115 Ol/Vİİİ-85-ci il), xx.xx.1986-cı il tarixdən xx.xx.1986cı il tarixədək Azərbaycan ElmiX2 sürücü (Əmr № 84-L xx.xx.1986-cı il), xx.xx.1986-cı il tarixdən xx.xx.1996-cı il tarixədək Bakı Sənaye Yük Avto müəssisəsində sürücü (Əmr № 110/LS 20.10.80-ci il), xx.xx.1996-cı il tarixdən xx.xx.1997-ci il tarixədək 7-№li AAHM-də sürücü (əmr 82, xx.xx.1996-cı il), xx.xx.1997-ci il tarixdən xx.xx.1998-ci il tarixədək 2 №-li avtobus parkında sürücü (əmr 46, xx.xx.1997-ci il), xx.xx.1998-ci il tarixdən xx.xx.2007-ci il tarixədək “X7”nda sürücü işləmişdir.
9. Bakı Nəqliyyat Agentliyinin xx.xx.2022-ci il tarixli 09-xx-xx/00737 saylı məktubu ilə cavabdehə bildirilmişdir ki, “Sizin "xxxx" MMC-nin arxiv sənədlərindən İddiaçı aid əmək münasibətləri ilə bağlı sənədlərin təqdim edilməsinə dair müraciətinizə Bakı Nəqliyyat Agentliyində baxılmışdır. İlk növbədə bildiririk ki, müraciətinizdə qeyd olunan “Bakı X8” MMC (hazırki "xxxx" MMC) Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 2 aprel tarixli 1902 nömrəli Fərmanına əsasən Agentliyin tabeliyinə verilmişdir. Həmçinin qeyd edirik ki, adıçəkilən müəssisənin Agentliyin tabeliyinə verilməsi ilə əlaqədar təhvil-təslim aparılarkən daha əvvəl orada işləmiş işçilərin şəxsi işləri təqdim edilmədiyindən müraciətinizdə göstərilən sənədlər müəssisənin arxivində aşkar edilməmişdir. Bu səbəbdən müraciətinizin icrası mümkün olmamışdır.”
10. Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin xx.xx.2022-ci il tarixli 1-9-118/6057-22 saylı məktubu ilə cavabdehə bildirilmişdir ki, “İddiaçı əmək fəaliyyəti ilə bağlı arxiv arayışının verilməsi barədə xx.xx.2022-ci il tarixli **********3 nömrəli məktuba Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyində baxılmışdır. Bildiririk ki, İddiaçı işlədiyi “Sərnişinservis” Avtobus Parkının sənədləri nazirliyin Mərkəzi Arxivinə təhvil verilməmişdir. Bu səbəbdən tələb olunan arxiv arayışının tərəfimizdən verilməsi mümkün olmamışdır.”
İş üzrə qəbuledilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
11. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeleyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əmək kitabçasında qeyd edilən, lakin cavabdeh orqan tərəfindən nəzərə alınmayan xx.xx.1998-ci il tarixdən xx.xx.2007-ci il tarixə kimi olan sığorta stajları da nəzərə alınmaqla, xx.xx.2019-cu il tarixdən 64 yaş 6 ayı tamam olduğuna görə həmin tarixdən əmək pensiyasının təyin edilməsi və həmin tarixdən indiyə kimi yığılan pensiya ödənişlərinin hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
12. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, ona 64 yaş 6 ay yaşının tamam olduğu xx.xx.2019-cu il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, ərizə icraata qəbul edilmişdir.
13. İddia ərizəsində göstərilmişdir ki, iddiaçı ona yaşa görə əmək pensiyasının təyin olunması üçün müraciət etmiş, lakin cavabdeh orqanın iddiaçıya ünvanladığı xx.xx.2021ci il tarixli məktubu ilə ona imtina edilərək sığorta stajının ümumilikdə 23 il 11 ay təşkil etdiyindən qanunvericilikdə tələb olunan 25 il müddətdən az oldugu, əlavə olaraq Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə X6 və araşdırmalar şöbəsinin xidməti məruzəsinə əsasən xx.xx.1998-ci il tarixdən xx.xx.2007-ci il tarixinədək işlədiyi “X7”ın faktiki və arxiv sənədlərinin saxlanıldığı ünvanın məlum olmadığından həmin dövrlərin sosial sığorta stajının araşdırılmasının imkan xaricində oldugu səbəbindən sığorta stajına əlavə edilməsinin qanunauyğun hesab edilmədiyi, həmçinin həmin şöbənin xx.xx.2021-d il tarixli aktına əsasən xx.xx.1998-ci il tarixdən xx.xx.2007-ci il tarixinədək “Sərnişinservis” Avtobus parkı arxiv sənədlərini təhvil vermədiyi üçün həmin dövrlərin araşdırılmasının mümkün olmadıgı bildirilmişdir. Hesab edir ki, cavabdehin imtinası əsassızdır. Çünki arxiv sənədlərinin saxlanıldığı ünvanın məlum olmamasına və yaxud da təhvil verməməsinə görə iddiaçı məsuliyyət daşımır, bu hallar onun səhvi yaxud nöqsanı ucbatından baş verməmişdir. İddiaçının iş stajını təsdiq edən sənəd olan əmək kitabçası var, orada işlədiyi iş yerləri və müddətləri tam, dəqiq və ətraflı şəkildə qeyd olunmuşdur.
14. İş üzrə keçirilmiş şifahi məhkəmə baxışı iclasında iddiaçı iddia tələbini müdafiə edərək iddia ərizəsində yazılanlara uyğun olaraq izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir.
15. Cavabdehin nümayəndəsi iddiaya dair yazılı etirazda qeyd edilənlərə uyğun məzmunda izahat vermiş və iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin yazılı etirazında göstərilmişdir ki, iddia tələbi üzrə iş materiallarından aydın olur ki, iddiaçının müraciəti ilə əlaqədar aparılmış inzibati icraatın nəticəsi olaraq iddiaçıya göndərilmiş xx.xx.2021-ci il tarixli **********7 nömrəli imtina məktubunda təqdim etdiyi xx.xx.1971-ci il tarixində tərtib edilmiş əmək kitabçasına əsasən xx.xx.2006-cı il tarixinədək 23 il 11 ay sığorta stajı olmaqla tələb olunan müddətdən (25 il) az olduğu və eyni zamanda xx.xx.2006-cı il tarixindən pensiya hüququ yararan tarixədək fərdi hesabın sığorta hissəsində pensiya kapitalı qeydə alınmadığı qeyd olunmuşdur. Əlavə olaraq bildirilmişdir ki, Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə X6 və araşdırmalar şöbəsinin xidməti məruzəsinə əsasən 01,07.1998-ci il tarixindən xx.xx.2007-ci il tarixinədək iddiaçının işlədiyi “X8”nın faktiki və arxiv sənədlərinin saxlanıldığı ünvan məlum olmadığı üçün həmin dövrlərin sosial sığorta stajının araşdırılması imkan xaricində olmuş, bu səbəblə həmin dövrlərin sığorta stajına əlavə edilməsi qanunauyğun hesab edilməmişdir. Eyni zamanda Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə X6 və araşdırmalar şöbəsinin xx.xx.2021-ci il tarixli aktlarına əsasən xx.xx.1998-ci il tarixindən xx.xx.2007ci il tarixinədək “Sərnişinservis” Avtobus parkı arxiv sənədlərini təhvil vermədiyi üçün həmin dövrlərin araşdırılması mümkün olmamış, 7 nömrəli Sərnişinnəqliyyat müəssisəsinin natamam arxiv sənədlərində və 2 nömrəli avtobus parkının arxiv sənədlərində adına rast gəlinməmişdir. Bu səbəblə həmin dövrlərin sığorta stajına əlavə edilməsi qanunauyğun hesab edilməmişdir. Hesab edir ki, cavabdeh inzibati orqanın iddiaçı barədə qəbul etdiyi əlverişsiz inzibati akt əsaslıdır və iddiaçının sözügedən iş üzrə iddiası əsassızdır və təmin edilməməlidir. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə görə, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Sözügedən maddənin qeyd hissəsində müəyyən olunur ki, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Maddənin mətnindən aydın olur ki, yaşa görə əmək pensiyasının təyin edilməsi üçün, 2 əsas eyni anda mövcud olmalıdır: 1) Vətəndaşın yaşı bu qanunda göstərilən yaş həddinə çatmalıdır; 2) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməlidir yaxud azı 25 il sığorta stajı olmalıdır. İddiaçı pensiya hüququnun yaranması üçün qanunla müəyyən edilmiş yaş həddinə xx.xx.2019-cu ildə çatmışdır. Belə ki, iş materiallarına əlavə edilmiş AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin təsdiq edilmiş surətindən görünür ki, iddiaçı xx.xx.1955-ci ildə anadan olmuşdur. İş üzrə icraat materiallarına əlavə edilmiş: iddiaçının təqdim etdiyi xx.xx.1971-ci il tarixində tərtib edilmiş əmək kitabçasına əsasən iddiaçı xx.xx.1971-ci il tarixdən əmək fəaliyyətinə başlamış, Azərbaycan Respublikası Təhsil Nazirliyi Peşə Təhsili üzrə X12 Sənayesi üzrə Bakı Dövlət Peşə Məktəbinin xx.xx.2020-ci il tarixli №282/20 nömrəli arxiv arayışına əsasən xx.xx.1969cu il tarixdən xx.xx.1971-ci il tarixədək (1 il 9 ay 13 gün) tam ixtisas kursu keçmiş, Azərbaycan Respublikası Səfərbərlik və Hırbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin xx.xx.2020-ci il tarixli №525 nömrəli arayışına əsasən xx.xx.1974-cü il tarixdən xx.xx.1976-cı il tarixədək (2 il 1 ay 2 gün) keçmiş SSRİ Silahlı Qüvvələrində həqiqi hərbi xidmət keçmişdir. İddiaçının mübahisələndirilən sığorta stajı xx.xx.1998-ci il tarixdən xx.xx.2007-ci il tarixədək olan dövrlərdə (9 il 4 ay 16 gün) “X8”nda sürücü vəzifəsində işlədiyi illərdir. Belə ki, Əmək Məcəlləsinin 87-ci maddəsində qeyd olunmuşdur ki, işçinin əmək fəaliyyəti haqqında sənədi əmək kitabçası hesab edilir. Beləliklə iddiaçının təqdim etdiyi iş stajını təsdiq edən sənədlər (əmək kitabçası, arxiv arayışı, is verindən arayış, məhkəmə aktı) mötəbər olmalıdır. X3 xx.xx.1998-ci il tarixdən xx.xx.2007-ci il tarixədək olan dövr barədə işləmə faktının yoxlanılmasının qeyri-mümkünlüyü ona yasa görə əmək pensiyasının təyin edilməsini qeyri-mümkün edir.
16. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7754/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə iddianın təmin edilməsi, İddiaçı 64 yaş 6 ay yaşının tamam olduğu xx.xx.2019-cu il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilməsi qərara alınmışdır.
17. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, ümumilikdə 27 il 6 ay 7 gün stajını toplamışdır. Buna görə də, cavabdeh tərəfindən iddiaçının iş stajının 25 ildən az olması barədə mülahizəsi əsassızdır. Bundan başqa cavabdehin iddiaçının xx.xx.1998-ci il tarixdən xx.xx.2007-ci il tarixinədək “X7”ın faktiki və arxiv sənədlərinin saxlanıldığı ünvan məlum olmadığı üçün həmin dövrlərin sosial sığorta stajının araşdırılmasının mümkün olmaması barədə mülahizəsi də əsassızdır. Belə ki, cavabdeh inzibati orqan tərəfindən “X7”ın faktiki və arxiv sənədlərinin saxlanıldığı ünvanı müəyyən etməyin mümkün olmaması iddiaçının təqsiri deyil. İddiaçıya aid əmək kitabçasında iddiaçının həmin müəssisədə işləməsi barədə qeydlər qanunvercilidə nəzərdə tutulmuş qaydada aparılmışdır. Bundan başqa, yuxarıdakı hesablamadan göründüyü kimi həmin dövr belə nəzərə alınmasa da, iddiaçı 2017-ci ilin iyulun 1-dək tələb olunan 25 ildən artıq iş stajı olduğu üçün cavabdehin imtinası qanunsuzdur. Belə ki, cavabdeh tərəfindən imtina məktubunda iddiaçının iş stajının 23 il 11 ay olması göstərilsə də, məhkəmə araşdırması zamanı is stajının düzgün hesablanmadığı müəyyən edilmişdir. Beləliklə, məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın imtina üçün gətirdiyi dəlili əsassızdır. Göründüyü kimi, iddiaçının hərbi xidmət dövrü və təhsil dövrü, həmçinin əmək kitabçasında göstərilən iş müddəti nəzərə alınmaqla 25 ildən artıq ümumi iş stajının mövcud olması məhkəmə araşdırması ilə öz təsdiqini tapmışdır.
18. Birinci instansiya məhkəməsi «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanunununa, “Əmək pensiyaları haqqında” Qanununa, “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında Azərbaycan Respublikasının Qanunu”nuna, Azərbaycan Respublikası Nazirlər Kabinetinin «İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları» haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186 saylı Qərarına istinad etmişdir.
b) Apellyasiya instansiya məhkəməsində icraat
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
19. Qərardan cavabdeh apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-7754/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarının ləğv edilməsi və iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. c) Apellyasiya şikayətinin dəlilləri
20. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı İnzibati Məhkəməsinin 03.11 2022-ci il tarixli 2-1(112)-7754/2022 nömrəli qərarı maddi və prosessual hüquq normalarının pozulması nəticəsində qəbul olunmuşdur. Bu səbəbdən iş üzrə qəbul edilmiş qərar apellyasiya instansiya qaydasında ləğv edilməli və iş üzrə iddia tələbinin təmin edilməməsinə dair yeni qərar qəbul edilməlidir. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə görə, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Sözügedən maddənin qeyd hissəsində müəyyən olunur ki, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021 -ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027ci il iyulun 1- dək hər il 6 ay artırılır. Maddənin mətnindən aydın olur ki, yaşa görə əmək pensiyasının təyin edilməsi üçün, 2 əsas eyni anda mövcud olmalıdır: 1) Vətəndaşın yaşı bu qanunda göstərilən yaş həddinə çatmalıdır; 2) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməlidir yaxud azı 25 il sığorta stajı olmalıdır. İddiaçı pensiya hüququnun yaranması üçün qanunla müəyyən edilmiş yaş həddinə xx.xx.2019-cu il tarixdə çatmışdır. Belə ki, iş materiallarına əlavə edilmiş AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.1955-ci ildə anadan olmuşdur. İş üzrə icraat materiallarına əlavə edilmiş İddiaçı təqdim etdiyi xx.xx.1971-ci il tarixdə tərtib edilmiş əmək kitabçasına əsasən iddiaçı xx.xx.1971-ci il tarixdən əmək fəaliyyətinə başlamışdır. İş üzrə icraat materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Təhsil Nazirliyi Peşə Təhsili üzrə X12 Sənayesi üzrə Bakı Dövlət Peşə Məktəbinin xx.xx.2020-ci il tarixli №282/20 nömrəli arxiv arayışına əsasən iddiaaçı İddiaçı 01,09.1969-cu il tarixdən xx.xx.1971-ci il tarixədək (1 il 9 ay 13 gün) tam ixtisas kursu keçmişdir. iş üzrə icraat materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səfərbərlik və Hırbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin xx.xx.2020-ci il tarixli №525 nömrəli arayışına əsasən İddiaçı 21,05.1974-cü il tarixdən xx.xx.1976-cı il tarixədək (2 il 1 ay 2 gün) keçmiş SSRİ Silahlı Qüvvələrində həqiqi hərbi xidmət keçmişdir. İddiaçı mübahisələndirilən sığorta stajı xx.xx.1998-ci il tarixdən xx.xx.2007-ci il tarixədək olan dövrlərdə (9 il 4 ay 16 gün) “X8”nda sürücü vəzifəsində işlədiyi illərdir. İnzibati iş üzrə araşdırılma aparılan zaman tərəflərindən Azərbaycan Respublikası Milli Arxiv İdarəsinə və Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialına və Bakı Nəqliyyat Agentliyinə ,həmçinin Azərbaycan Respublikasının Rəqəmsal inkişaf və Nəqliyyat Nazirliyinə sorğular verilmiş və həmin sorğular üzrə müvafiq cavablar alınmışdır. Həmçinin məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikasinin Milli Arxiv idarəsinin xx.xx.2022ci il tarixli, 4/1129 nömrəli məktubunda bildirilmişdir ki, sorğuda qeyd olunan “Sərnişinservis" Avtobus parkının arxiv sənədləri Azərbaycan Respublikasının Dövlət Arxivinə və Dövlət Arxivinin Bakı filialina mühafizə üçün təhvil verilməmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin **********664500 №-li 11 05.2022-ci il tarixli məktubuna əsasən, “Sərnişinservis” Avtobus Parkı Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin xx.xx.2007-ci il tarixli 13/Ü nömrəli əmrinə əsasən “Bakı X8” MMC-yə çevrilmişdir. Bakı Nəqliyyat Agentliyinin İdarə Heyətinin 22.01 2019-cu il tarixli 02 nömrəli qərarına əsasən “Bakı X8” MMC-nin adı dəyişdirilərək Bakı Nəqliyyat Agentliyi "xxxx" MMC olaraq xx.xx.2019-cu il tarixdə dövlət reyestrində qeydə alınmışdır. Qeyd olunanlar əsasında tərəfimizdən Bakı Nəqliyyat Agentliyinə xx.xx.2022-ci il tarixli 09-xx-xx/00737 nömrəli cavab məktubunda müəssisənin Agentliyin tabeliyinə verilməsi ilə əlaqədar təhviltəslim aparılarkən daha əvvəl orada işləmiş işçilərin şəxsi işləri təqdim edilmədiyindən, sənədlər müəssisənin arxivində aşkar olunmamışdır. Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən göndərilmiş xx.xx.2022-ci il tarixli 1-9-118/6057-22 nömrəli məktubda “Sərnişinservis” Avtobus Parkının sənədlərinin nazirliyin Mərkəzi Arxivinə təhvil verilmədiyi qeyd olunmuşdur. Beləliklə, iddiaçının təqdim etdiyi iş stajını təsdiq edən sənədlər mötəbər olmalıdır. Lakin İddiaçı xx.xx.1998-ci il tarixdən xx.xx.2007-ci il tarixədək olan fəaliyyətini təsdiq edəcək sənədlər yalnız əmək kitabçasında qeyd edildiyindən və yazılan sorğular əsasında təsdiqlənmədiyindən həmin dövrlərin sığorta stajına daxil edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Həmçinin xx.xx.2006-cı il tarixdən pensiya hüququ yararan tarixədək fərdi hesabın sığorta hissəsində pensiya kapitalının qeydə alınmaması təşkil edir.. Qeyd olunanlardan bir daha aydın olduğu kimi iddia tələbi əsassızdır, cavabdeh orqanın müvafiq qərarı qanunauyğun olmuşdur.
b)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
21. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır.
c) Prosses iştirakçılarının izahatları
22. Məhkəmə kollegiyasının iclasında iddiaçı və onun vəkili apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir.
23. Məhkəmə iclası barədə lazımı qaydada xəbərdar edilmiş cavabdeh nümayəndəsinin iclasda iştirakını təmin etməmişdir.Məhkəmə Kollegiyası Azərbaycan Respublikası İPM-in 62.3-cü maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir.
24. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası: Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İ hissəsində göstərilmişdir ki, hər kəsin sosial təminat hüququ vardır.Həmin maddənin İİİ hissəsində göstərilmişdir ki, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir.
25. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun preambulasında göstərilmişdir ki, bu qanunun məqsədi inzibati orqanlar tərəfindən insan hüquq və azadlıqlarına əməl olunmasını təmin etməkdən və qanunun aliliyinə nail olmaqdan ibarətdir.
26. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 11 dekabr 2017-ci il tarixli, 17 saylı qərarı ilə təsdiq edilmiş, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündə başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının” 3-cü bəndində aşağıdakılar nəzərdə tutulmuşdur: sığorta olunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. Sonuncu müddəadan göründüyü kimi, cavabdehin qəbul etdiyi normativ aktda stajın iki hissədən ibarət olduğu müəyyən edilmişdir: 01 yanvar 2006-ci il tarixinə qədər ümumi iş stajı, həmin tarixdən sonra isə - sosial sığorta stajı. “Ümumi iş stajı” anlayışı ilə bağlı 01 yanvar 2006-cı il tarixədək qüvvədə olmuş xx.xx.1992-ci il tarixli “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununda aşağıdakılar müəyyən olunmuşdur: “Ümumi iş stajı” anlayışı ilə bağlı 01 yanvar 2006-cı il tarixədək qüvvədə olmuş xx.xx.1992-ci il tarixli “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununda aşağıdakılar müəyyən olunmuşdur:
27. 67-ci maddəsinə əsasən, mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir.
28. 67-ci maddəsinin 3-cü bəndinin “v” yarımbəndinə əsasən iş stajına bunlardan başqa hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidentin mühafizə orqanlarında xidmət müddəti də daxil edilir. -....g) ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoruntada və klinik ordinaturada təhsil müddəti ümumi iş stajına daxil edilir.
29. 69-cu maddəsinə əsasən, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir.
30. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 87.1-ci maddəsinə əsasən işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında-işə girdiyi gün, ay, il, işçinin peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü ayı və ili barədə qeydlər göstərilir.
31. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş (qərar hazırda qüvvədən düşmüşdür) "Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə"nin 1-ci bəndinə görə əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir.
32. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlər, çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır.
33. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra mətndə - Qanun) : - 1.0.2-ci maddəsinə əsasən, sosial sığorta stajı (bundan sonra - sığorta stajı) - əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərti ilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur.
34. 21.1-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir.
35. 31.2-1-ci maddəsinə əsasən sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda bu Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir.
36. “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır.
37. Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Kollegiyasının 21 noyabr 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”na görə sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı əhatə etdiyi dövr üzrə 2 hissəyə-Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı dövrlərinə bölünür (3.1-ci bənd); Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir (3.1.1-ci bənd); Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı sığortaolunanın fərdi uçot məlumatları əsasında müəyyən olunur və “Sığortaolunanın fərdi uçot məlumatları əsasında sosial sığorta stajı və pensiya kapitalı barədə arayış” müvafiq formada təsdiq olunur (3.1.2-ci bənd).
38. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi
39. Maddə 68.1 məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir.
40. Maddə 68.2 məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
41. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır.
42. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
43. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər:
44. Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda;
45. Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə;
46. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.
47. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.
Apellyasiya baxışının hədləri
48. Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
49. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
50. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.
51. Məhkəmə kollegiyası daha sonra qeyd edir ki, aşağıdakı səbəblərə əsasən apellyasiya şikayəti əsassızdır, odur ki, təmin edilməməlidir.
52. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisəyə maddi hüquq normaları düzgün tətbiq edilmiş, iddia tələbi əsaslı olaraq təmin edilmişdir.
53. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, hazırkı iş üzrə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün, 2 əsas eyni anda mövcud olmalıdır: 1) Vətəndaşın yaşı bu qanunda göstərilən yaş həddinə çatmalıdır; 2) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməlidir yaxud azı 25 il sığorta stajı olmalıdır. İddiaçı pensiya hüququnun yaranması üçün qanunla müəyyən edilmiş yaş həddinə xx.xx.2019-cu il tarixdə çatmışdır. Belə ki, iş materiallarına əlavə edilmiş AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.1955-ci ildə anadan olmuşdur. İş üzrə icraat materiallarına əlavə edilmiş İddiaçı təqdim etdiyi xx.xx.1971-ci il tarixdə tərtib edilmiş əmək kitabçasına əsasən iddiaçı xx.xx.1971-ci il tarixdən əmək fəaliyyətinə başlamışdır. İş üzrə icraat materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Təhsil Nazirliyi Peşə Təhsili üzrə X12 Sənayesi üzrə Bakı Dövlət Peşə Məktəbinin xx.xx.2020-ci il tarixli №282/20 nömrəli arxiv arayışına əsasən iddiaaçı İddiaçı 01,09.1969-cu il tarixdən xx.xx.1971-ci il tarixədək (1 il 9 ay 13 gün) tam ixtisas kursu keçmişdir. iş üzrə icraat materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səfərbərlik və Hırbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin xx.xx.2020-ci il tarixli №525 nömrəli arayışına əsasən İddiaçı 21,05.1974-cü il tarixdən xx.xx.1976-cı il tarixədək (2 il 1 ay 2 gün) keçmiş SSRİ Silahlı Qüvvələrində həqiqi hərbi xidmət keçmişdir. İddiaçı mübahisələndirilən sığorta stajı xx.xx.1998-ci il tarixdən xx.xx.2007-ci il tarixədək olan dövrlərdə (9 il 4 ay 16 gün) “X8”nda sürücü vəzifəsində işlədiyi illərdir.
54. Kollegiya gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır:
55. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı əmək pensiyası hüququnun muəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərti ilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur.
56. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır.
57. “Əmək pensiyaları haqqında” Qanunun 21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir.
58. 21.2.3. maddəsinə əsasən müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət müddəti.
59. Göründüyü kimi qanunverici orqan 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixə qədər kişilərin ən azı 65 yaşına çatmasını, eyni zamanda, fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsini və yaxud 25 il sığorta stajı olmasını pensiya təyin edilməsi əsas hesab edir.
60. Həmin Qanunun 22-1.2-ci maddəsinə əsasən 2019-cu il yanvarın 1-dən etibarən sağortaolunanın 2006-cı il yanvarın 1-dək olan sığorta stajı, bu Qanunun 22-1.1-ci və 221.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla, aşağıdakı qaydada hesablanır:
61. 22-1.2.1. 2019-2022-ci illərdə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana yaşa görə əmək pensiyası təyin edilərkən onun 2006cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2023-cü ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır.
62. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 67ci maddəsinin “v” bəndinə əsasən hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, dövlət sərhədini mühafizə və prezidenti mühafizə orqanlarında xidmət müddəti, ğ) bəndinə əsasən isə ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir.
63. İşin araşdırılan hallarından məlum olur ki, iddiaçı ona yaşa görə əmək pensiyasının təyin edilməsi barədə ərizə ilə cavabdeh orqana müraciət etmiş, sonuncu tərəfindən onun müraciətinə imtina edilmişdir.
64. Məhkəmə hesab edir ki, cavabdehin imtinası qanunsuz və əsasız olmuşdur. Belə ki, iş materiallarında olan sənədlərə əsasən iddiaçının tələb olunan 25 il iş stajı toplanır: xx.xx.1969-xx.xx.1971-ci illərdə 1 il 9 ay 13 gün təhsil dövrü, xx.xx.1974-xx.xx.1976-cı illərdə 2 il 1 ay 3 gün həqiqi hərbi xidmət dövrü, xx.xx.1971-xx.xx.1973-cü illərdə Etminpromstroyun Mərkəzi avtonəqliyyat kontorunda çilingər - 2 il 2 ay 16 gün, xx.xx.1973-xx.xx.1974-cü illərdə Sovet Azərbaycanının 50 illiyi adına Bakı maşın tikintisi zavodunun 22 saylı avto-nəqliyyat sexində yük avtomobilinin sürücüsü – 05 ay 13 gün, xx.xx.1976-xx.xx.1977-ci illərdə a/k zavodunda 3-cü dərəcəli sürücü – 1 il 17 gün, xx.xx.1977-xx.xx.1978-ci illərdə Nəqliyyat ekspedisiya bazasında sürücü – 5 ay 1 gün, xx.xx.1978-xx.xx.1978-ci illərdə Bakı Şərab Zavodu №1 Ekspedisiya sexində bələdçi – 5 ay 12 gün, xx.xx.1978-xx.xx.1979-cü illərdə Az.SSR qoskomselxoztexnikanın məlumat hesablama mərkəzində sürücü – 3 ay 29 gün, xx.xx.1979-xx.xx.1984-cü illərdə 3 saylı a/k zavodunda sürücü – 5 il 29 gün, xx.xx.1984-xx.xx.1984-cü illərdə Bakı növbətçi avtomobillər və taksi (taksomotor) parkı Avtomobil nəqliyyatı nazirliyində sürücü – 3 ay 16 gün, xx.xx.1984-xx.xx.1985-ci illərdə Bakı-Sabunçu Azərbaycan dəmir yolunun yol distansiyasında yol montyoru – 8 ay 9 gün, xx.xx.1985-xx.xx.1986-cı illərdə X11 İdarəsi Az. SSR Su Təsərrüfatları Nazirliyinin Abşeron MSİ-də sürücü – 10 ay 25 gün, xx.xx.1986-xx.xx.1986-cı illərdə Azərbaycan X1 sürücü – 2 ay 27 gün, xx.xx.1986-xx.xx.1996-cı illərdə Bakı Sənaye Yük Avto müəssisəsində sürücü –9 il 8 ay 29 gün, xx.xx.1996-xx.xx.1997-ci illərdə 7-№-li AAHM-də sürücü – 6 ay 29 gün, xx.xx.1997-xx.xx.1998-ci illərdə 2 №-li avtobus parkında sürücü – 1 il 2 ay 9 gün işləməklə ümumilikdə 27 il 6 ay 7 gün stajını toplamışdır.
65. Beləliklə, cavabdeh tərəfindən iddiaçının xx.xx.1998-ci il tarixdən-xx.xx.2007-ci il tarixədək “X7”nda işləməsi dövrləri sosial sığorta stajına aid edilməsə də belə, iddiaçının iş stajının 25 ildən artıq, yəni 27 il 6 ay 7 gün olması müəyyən edildiyindən cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassızdır.
66. Bundan başqa cavabdehin guya iddiaçının xx.xx.1998-ci il tarixdən xx.xx.2007-ci il tarixinədək “X7”ın faktiki və arxiv sənədlərinin saxlanıldığı ünvan məlum olmadığı üçün həmin dövrlərin sosial sığorta stajının araşdırılmasının mümkün olmaması barədə mülahizəsi də əsassızdır.
67. Belə ki, cavabdeh inzibati orqan tərəfindən “X7”ın faktiki və arxiv sənədlərinin saxlanıldığı ünvanı müəyyən etməyin mümkün olmaması iddiaçının təqsiri deyil. İddiaçıya aid əmək kitabçasında iddiaçının həmin müəssisədə işləməsi barədə qeydlər qanunvercilidə nəzərdə tutulmuş qaydada aparılmışdır. 68.Bundan başqa, yuxarıdakı hesablamadan göründüyü kimi həmin dövr belə nəzərə alınmasa da, iddiaçı 2017-ci ilin iyulun 1-dək tələb olunan 25 ildən artıq iş stajı olduğu üçün cavabdehin imtinası qanunsuzdur. Belə ki, cavabdeh tərəfindən imtina məktubunda iddiaçının iş stajının 23 il 11 ay olması göstərilsə də, məhkəmə araşdırması zamanı is stajının düzgün hesablanmadığı müəyyən edilmişdir.
69. Beləliklə, məhkəmə Kollegiyası hesab edir ki, cavabdeh inzibati orqanın iddiaçının müraciətini təmin etməkdən imtina üçün gətirdiyi dəlillər əsassızdır. 70.Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondunun xx.xx.2011-ci il tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması” Qaydalarının 3.1-ci bəndinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı əhatə etdiyi dövr üzrə 2 hissəyə - Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı dövrlərinə bölünür: 3.1.1. Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir.
71. Bundan başqa, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 87-ci maddəsinin 1-ci hissəsinə əsasən, işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir.
72. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında - işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. «İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları» haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186 saylı qərarının 1.1-ci maddəsinə əsasən əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir. 73.İddiaçının işlədiyi peşələr ona məxsus əmək kitabçasında qeyd olunmuş, həmin qeydlər işlədiyi müəssisələrin səlahiyyətli şəxsləri tərəfindən imza və möhür ilə təsdiq edilmişdir. 74.Beləliklə, məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(112)-7754/2022 saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. 75.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2-ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
qərara aldı:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(112)-7754/2022 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.