Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1223/2020 14.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Nuriyeva Afaq Bayram qızı (sədrlik edən və məruzəçi), Ağayev Valeh Məmməd oğlu və Nağıyeva Elmira Eyvaz qızından ibarət tərkibdə, X8 oğlunun katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi və vəkili X6 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X9 Nazirliyi tabeliyində Dövlət X12 X10 üzrə Mərkəzi filialına qarşı güzəştli şərtlərlə pensiyanın təyin edilməsi tələbinə dair inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2-1(112)- 995/2020 saylı qərarından cavabdehin nümayəndəsi və vəkili C.Əhmədov tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası, müəyyən etdi: Bakı İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2-1(112)-995/2020 saylı qərarı ilə iddia tələbi təmin edilərək, iddiaçının xx.xx.1983-cü ildən xx.xx.1996-cı ilədək “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” X18 Cəmiyyətinin “Qafqazenerjiquraşdırma” Trestində quraşdırıcı-çilingər (çilngər-boruçəkən) peşəsində işlədiyi müddət Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2007-ci il tarixli 12 saylı Qərarı ilə təsdiq olunmuş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”na əsasən güzəştli şərtlərlə iş stajına daxil edilməklə, ona 57 yaşdan, yəni xx.xx.2009-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və hüququnun yarandığı vaxtdan ödənilməmiş pensiyasının ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması qərara alınmışdır (hakim N.Abıyev). Həmin qərardan narazı qalan cavabdehin nümayəndəsi və vəkili C.Əhmədov tərəfindən apellyasiya şikayəti verilmişdir. Məhkəmə kollegiyasının xx.xx.2020-ci il tarixli qərardadı ilə cavabdeh - Azərbaycan Respublikası Əmək və X9 Nazirliyi yanında Dövlət X16 X10 İdarəsi Azərbaycan Respublikası Əmək və X9 Nazirliyi tabeliyində Dövlət X12 X10 üzrə Mərkəzi filialı əvəz edilmişdir. İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X9 Nazirliyi yanında Dövlət X16 X1rşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.1983-cü ildən xx.xx.1996-cı ilədək “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ATSCnin “Qafqazenerjiquraşdırma” Trestində quraşdırıcı-çilingər peşəsində Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2007-ci il tarixli 12 saylı qərarı ilə təsdiq edilmiş siyahıya əsasən güzəştli şərtlərlə işlədiyi müddət kimi iş stajına daxil edilməklə, ona 57 yaşdan, yəni xx.xx.2009-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi və hüququnun yarandığı vaxtdan hazırki vaxtadək ödənilməmiş pensiyasının birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.1952-ci il təvəllüdlü olmaqla, əmək fəaliyyətinə xx.xx.1971-ci ildə Bakı şəhərində zavodda takelajçı kimi başlamışdır. xx.xx.1973-cü ildə hərbi xidmətə çağırıldığına görə işdən azad olunmuşdur. xx.xx.1973- cü ildən xx.xx.1975-ci ilə kimi hərbi xidmətdə olmuşdur. Hərbi xidmətdən qayıtdıqdan sonra xx.xx.1975-ci ildə 4-cü dərəcəli takelajçı kimi daşınma sexində işə qəbul olunmuşdur. xx.xx.1975-ci ildə daşınma sexində 3-cü dərəcəli ikinci peşə inşaatçı peşəsi, 3-cü dərəcəli yükqoşan peşəsi verilmiş və xx.xx.1978-ci ildə işdən azad olunmuşdur. xx.xx.1980-ci ildə Mingəçevir Montaj idarəsinə işə qəbul olunmuşdur. 1981-ci ildə Mingəçevir Montaj idarəsinin adı “Qafqazenerji montaj” Tresti olaraq dəyişdirilmişdir. Həmin idarədə çilingər kimi xx.xx.1996-cı ilə kimi işləmişdir. xx.xx.2006-cı ildə “xxxxxxxxxx” ASC və “xxxxxxxxxxxxxxxxx” MMC-nin EAQ və T İdarəsinin qazan qaynaq və boru əymə sahəsinə 6-cı dərəcəli çilingər peşəsinə qəbul edilmişdir. İşlədiyi “xxxxxxxxxx” ASC və “xxxxxxxxxxxxxxxxx” MMC sonradan “xxxxxx” ASC adlandırılmışdır. Qeyd edilən idarədə quraşdırıcı çilingər kimi xx.xx.2016-cı ilə kimi işləmişdir. xx.xx.2016-cı ildə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən (ştatların ixtisarı) əmək müqaviləsinə xitam verilmişdir. İşlədiyi iş yeri və vəzifələr güzəştli şərtlərlə ona 2009-cu ildən pensiya təyin edilməsinə əsas verir. xx.xx.2019-cu il tarixdə güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün ərizə ilə cavabdeh DSMF X10 idarəsinə müraciət etmiş, lakin xx.xx.2019-cu il tarixli ərizəsinə verilmiş güzəştli şərtlərlə pensiya təyinatından imtina haqqında xx xxxxxxxx 2019-cu il tarixli məktuba əsasən xx.xx.1983-cü ildən xx.xx.1996-cı illər arasındakı dövr ərzində “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ATSC-nin “Qafqazenerjiquraşdırma” Trestində işlədiyi quraşdırıcı çilingər vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2007-ci il tarixli 12 saylı qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısında” nəzərdə tutulmamışdır. Qeyd edilənlərə görə ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı mümkün hesab edilməmişdir. İşlədiyi peşələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2007-ci il tarixli 12 saylı qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısında” nəzərdə tutulmuşdur. Belə ki, “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ATSC tərəfindən təqdim edilmiş xx xxxxxxxx 2019-cu il tarixli 11 saylı “Güzəştli arayış”da qeyd edilir ki, İddiaçı “Qafqazenerjiquraşdırma” Trestində xx.xx.1980-ci ildə işə qəbul edilmiş, xx.xx.1983-cü il tarixdən xx.xx.1996-cı il tarixə kimi 5-ci dərəcəli quraşdırıcı çilingər kimi işləmişdir. İşlədiyi 8 saatlıq iş günü ərzində həmin trestin hündür mərtəbəli binaların və yüksəkliklərlə əlaqədar qurğuların və qapalı çənlərin, rezervuarların, aşağılegirli polad boruların, buxar qazanlarının daxilində legirli polad borularının quraşdırılmasında bilavasitə iştirak etmişdir. İşlədiyi müddətdə iş qrafikinə uyğun olaraq növbəli iş rejimi ilə xüsusi iş şəraitində məşğul olmuş, südlə və xüsusi geyimlə təmin olunmuşdur. Güzəştli şərtlərlə pensiya hüququ 2009-cu ildən yarandığı halda hüququnu bilmədiyi üçün 2015-ci ildən əmək pensiyasına çıxmışdır. İş üzrə Bakı İnzibati Məhkəməsi yuxarıda göstərilən qərarı qəbul etmişdir. Apellyasiya şikayətinin dəlilləri və işdə iştirak edən şəxslərin izahatları: Cavabdehin nümayəndəsi və vəkili X11 apellyasiya şikayətini müdafiə edərək, çıxışında göstərmişdir ki, göründüyü kimi, “Vətəndaşların pensiya təminatı haqqında” qanunun İddiaçıya şamil edilə bilməsi üçün İddiaçının x xxxxxx 2006-ci il tarixinədək (yəni ƏPQ-nin qüvvəyə minməsinə qədər) güzəştli şərtlərlə pensiya almaq hüququ yaranmış olmalıdır. Bu hüquq isə 3 şərtə riayət edilməklə yaranır: İddiaçının qanunla tələb edilən pensiya yaşma çatması; iddiaçının qanunla tələb edilən zəruri staja (ümumi və güzəştli) sahib olması; və iddiaçının işlədiyi peşənin Azərbaycan Respublikasının Nazirlər Kabinetinin "Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında" 1993-cü il 21 iyun tarixli 320 nömrəli qərarında göstərilməsi.Hazırki iş üzrə 2 və 3-cü şərtlərinə əməl edilməmişdir.Belə ki, iddiaçının xx.xx.1983-xx.xx.1994 və 1 5.04.1994-xx.xx.1996-cı illərdə (ƏPQ qüvvəyə minən günədək) işlədiyi “quraşdırıcı-çilingər" və "boruçəkən-çilingər" peşələri yuxarıda qeyd edilən Qərardakı peşələr ilə üst-üstə düşmür.Belə olan halda, iddiaçının qeyd edilən peşələrdə işlədiyi müddətlər güzəştli iş stajına hesablanmamalıdır.Göründüyü kimi, “Vətəndaşların pensiya təminatı haqqında” qanunun qüvvədə olduğu dövrdə iddiaçı güzəştli şərtlərlə yaşa görə pensiya almaq hüququna malik olmamışdır. Başqa sözlə, tələb edilən güzəştli iş stajı olan 12 il 6 ayı tamamlamamışdır. Bu mənada, ƏPQ-nin 9.8-ci maddəsinə əsasən “Vətəndaşların pensiya təminatı haqqında” qanunun müddəalarının iddiaçıya münasibətdə tətbiqi mümkün deyildir. Ona görə də nümayəndə və vəkil apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi, iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək, onun təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.7-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və işdə iştirak edən şəxsin izahatını dinləyərək, iş materiallarını araşdıraraq, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, apellyasiya şikayətinin təmin edilməməsi nəticəsinə gəlir. İş materiallarında olan; İddiaçıya məxsus AZE seriyalı 0******* №li şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, İddiaçı xx.xx.1952-ci ildə Qax rayonu, Tasmalı kəndində doğulmuşdur. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Mingəçevir şəhər şöbəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli 328 №li arayışdan və NZ seriyalı ******* nömrəli hərbi biletin notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, xx.xx.1952-ci il təvəllüdlü İddiaçı xx.xx.1973-cü il tarixdən xx.xx.1975-ci il tarixədək həqiqi hərbi xidmət keçmiş və xx.xx.1975-ci ildə Bakı şəhəri Nəsimi RHK-da qeydiyyata alınmışdır. Notarial qaydada təsdiq və tərcümə edilmiş xx.xx.1971-ci il tarixli Əmək kitabçasında qeyd olunmuş məlumatlara əsasən İddiaçı xx.xx.1971- ci il tarixdə “Azenerjiinşaat” tresti Təsərüfat hesablı təchizat kontorunda takelajçı vəzifəsinə qəbul edilmiş, xx.xx.1973-cü ildən Sovet ordusuna xidməti ilə bağlı işdən çıxarılmışdır. Sovet ordusu sıralarında xx.xx.1973-cü ildən xx.xx.1975-ci il tarixədək qulluq etmişdir. xx.xx.1975-ci ildə “İstilikenerjiavadanlıqları” Trestinin Qazan-mexaniki zavodunda daşınma (nəqliyyat) sexinə 4-cü dərəcəli takelajçı kimi qəbul edilmişdir. xx.xx.1975-ci ildə daşınma (nəqliyyat) sexində 3-cü dərəcəli ikinci peşə inşaatçı peşəsi verilmişdir. xx.xx.1975-ci ildə daşınma (nəqliyyat) sexində üçüncü dərəcəli yük boşaldan müəyyən edilmişdir. xx.xx.1978-ci ildə Bakı şəhərindən getməsi ilə bağlı olaraq işdən azad edilmişdir. xx.xx.1978-ci ildə “Kursk” atom elektrik stansiyasında avadanlıq şöbəsinə 4-cü dərəcəli yükləriilməkləyən vəzifəsinə qəbul edilmişdir. xx.xx.1979-cu ildə öz istəyi ilə vəzifəsindən azad edilmişdir. xx.xx.1980-ci ildə “Qafqazenerjiquraşdırma” Tresti Mingəçevir kiçik mexanikləşdirmə sahəsinə 4-cü dərəcəli yükləriilməkləyən (takelajçı) vəzifəsinə qəbul edilmişdir. xx.xx.1981-ci ildə Mingəçevir kiçik mexanikləşdirmə sahəsinin adı dəyişdirilərək, Mingəçevir “Qafqazenerjiquraşdırma” kiçik idarəetmə Tresti olmuşdur. xx.xx.1981-ci ildə beşinci dərəcəli takelajçı, xx.xx.1983-cü ildə beşinci dərəçəli quraşdırıcı-çilingər, xx.xx.1988-ci ildə dördüncü dərəcəli quraşdırıcı-çilingər vəzifələrinə təyin edilmiş, xx.xx.1991-ci ildə beşinci dərəcəli quraşdırıcı-çilingər ixtisası bərpa edilmiş, xx.xx.1994-cü ildə altıncı dərəcəli çilngər-boruçəkən təyin edilmiş, xx.xx.1996-cı il tarixdə öz istəyinə əsasən işdən azad edilmişdir. xx.xx.2006-cı il tarixdə “xxxxxxxxxx” ASC “xxxxxxxxxxxxxxxxx” MMC EAQ və T İdarəsinin Qazan qaynaq və Boru əymə sahəsinə 6-cı dərəcəli çilingər peşəsinə qəbul edilmişdir. xx.xx.2007-ci ildə MAQ X14 Quraşdırma sexinə 1 №li (Sənqəçal) sahəsinə keçirilmişdir. xx.xx.2008-ci ildə “xxxxxxxxxx” ASC “xxxxxxxxxxxxxxxxx” MMC “xxxxxx” ASC adlandırılmış, xx.xx.2009-cu ildə əmək müqaviləsinə xitam verilmişdir. “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ATSC tərəfindən verilmiş 11 №li xx xxxxxxxx 2019cu il tarixli “Güzəştli arayış”dan müəyyən olunur ki, İddiaçı “Qafqazenerjiquraşdırma” trestində xx.xx.1980-ci il tarixdə (əmr 09k, xx.xx.1980-cı il) işə qəbul olunmuş, xx.xx.1983cü il tarixdən (əmr 15k, xx.xx.1983-cü il), xx.xx.1996-cı il tarixə (əmr 14k, xx.xx.1996-cı il) kimi 5-ci dərəcəli quraşdırıcı-çilingər kimi işləmişdir. İşlədiyi 8 saatlıq iş günü ərzində həmin trestin hündür mərtəbəli binaların və yüksəkliklərlə əlaqədar qurğuların və qapalı çənlərin, rezervuarların, aşağılegirli polad boruların, buxar qazanlarının daxilində legirli polad borularının quraşdırılmasında bilavasitə iştirak etmişdir. İşlədiyi müddətdə iş qrafikinə uyğun olaraq növbəti iş rejimi ilə xüsusi zərərli iş şəraitində məşğul olmuş, südlə və xüsusi geyimlə təmin olunmuşdur. “Qafqazenerjiquraşdırma” Tresti əsasən enerji müəssisələrinin tikilməsi, inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri sahəsində fəaliyyət göstərmişdir. Trest sənaye obyektlərində polad və dəmir-beton konstruksiyalarının quraşdırılması, sənaye dəmir-beton borularının quraşdırılması və təmiri və digər işləri aparmışdır. İddiaçı tam iş günü ərzində icra etdiyi quraşdırıcı-çilingər vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısının 29. “Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri bölməsində və dəmir-beton konstruksiyaların quraşdırılması üzrə quraşdırıcılar və sənaye dəmir-beton boruların boruçəkənləri” kimi nəzərdə tutulmuşdur. “Qafqazenerjiquraşdırma” X3 İdarəsi Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsinin 450 saylı sərəncamına əsasən xx xxxx 1999-cu il tarixdə “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC olmuşdur. Güzəştli arayış “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ATSC-nin arxivində saxlanılan T-2 kartlarına (şəxsi vərəqəsi) və əmək kitabçasına əsasən verilmişdir. Birinci instansiya məhkəməsi tərəfində işin araşdırılmış halları ilə müyyən edilir ki, DSMF Mingəçevir şəhər şöbəsi tərəfindən İddiaçı xx.xx.2015-ci il tarixdən (63 yaşdan) yaşa görə pensiya təyin olunmuşdur. İddiaçının hazırkı tələblə cavabdeh orqana etdiyi müraciətə cavab olaraq, DSMF X13 İdarəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli **********1 №li imtina məktubunda göstərilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun qeyd olunan maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusi ilə ağır olan işlər Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan siyahı üzrə müəyyən edilir. Təqdim edilmiş sənədlərdə qeyd olunan xx.xx.1983-xx.xx.1996-cı il tarixləri arasındakı dövr ərzində “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ATSC-nin “Qafqazenerjiquraşdırma” Trestində işlədiyi quraşdırıcı çilingər vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2007ci il tarixli 12 saylı Qərarı ilə təsdiq olunmuş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda nəzərdə tutulmamışdır. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, cavabdehin imtinası əsassızdır və iddiaçının qanunvericilikdə nəzərdə tutulan hüquqlarını pozur. Azərbaycan Respublikası “Əmək pensiyaları haqqında” Qanununun (xx xxxx 2017ci ilədək olan redaksiyası) 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların; kişilər-57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar- 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə müəyyən edilir. Göründüyü kimi iddiaçıya 57 yaşından pensiya təyin olunması üçün əsas şərt iddiaçının 25 il sosial sığorta stajına malik olması və bu müddətin azı 12 il 6 ayını Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda göstərilən işlərdə işləməsidir. Hazırki iddia ilə bağlı iddiaçının ümumi iş stajı işin mübahisələndirilməyən hallarındadır. Cavabdeh orqan iddiaya dair imtina məktubunda və yazılı etirazında bildirmişdir ki, iddiaçının xx.xx.1983-xx.xx.1996-cı il tarixləri arasındakı dövr ərzində “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ATSC-nin “Qafqazenerjiquraşdırma” Trestində işlədiyi quraşdırıcı çilingər və boruçəkən çilingər vəzifələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2007-ci il tarixli 12 saylı Qərarı ilə təsdiq olunmuş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda nəzərdə tutulmamışdır. Bununla bağlı birinci instansiya məhkəməsi qeyd etmişdir edir ki, işçinin əmək kitabçasının doldurulması, o cümlədən işin adı, peşəsi yaxud vəzifəsinin qeyd edilməsi işəgötürən tərəfindən həyata keçirildiyindən, ona güzəştli şərtlərlə əmək pensiyasının təyin olunmasını tələb edən iddiaçının əmək kitabçasında qeyd edilmiş peşə adının Siyahı ilə müəyyən edilmiş peşə adlarına uyğun gəlib-gəlməməsinin müəyyən edilməsi üçün işəgötürən tərəfindən verilmiş müvafiq arayışlarda (“Güzəştli arayış”) qeyd olunmuş məlumatlar əsas götürülməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2007-ci il tarixli 12 saylı Qərarı ilə təsdiq olunmuş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda iddiaçının işlədiyi peşələr “Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri bölməsi” adlanan 29-cu bölməsində nəzərdə tutulmuşdur: polad və dəmir-beton konstruksiyalarının quraşdırılması üzrə quraşdırıcılar; sənaye dəmir-beton borularının boruçəkənləri. Azərbaycan Respublikası “Əmək pensiyaları haqqında” Qanununun 31.1-ci maddəsinə görə əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Həmin Qanunun 32.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 1.3-cü maddəsində qeyd olunmuşdur ki, 2017-ci ilin iyulun 1-dək pensiya hüququ əldə etmiş, lakin pensiya təyinatı üçün 2017-ci ilin 1 iyulundan sonra müraciət etmiş şəxslərə pensiya Qanunun həmin tarixədək qüvvədə olmuş normaları əsasında təyin edilir. Beləliklə, məhkəmə araşdırması ilə sübut olmuşdur ki, ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçının ona güzəştli şərtlərlə pensiya təyin edilməsi ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu iş materialları ilə təsdiq olunmur (AR İPM 14.3); “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu ilə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmamış, cavabdehin imtinası qanunauyğun olmamış və iddiaçının qanunla qorunan hüquqlarını pozmuşdur (AR İPM-73.1), imtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır (“İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsi). Birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə görə İddiaçı xx.xx.2009-cu il tarixədək 25 ildən artıq ümumi iş stajına, o cümlədən 12 il 6 aydan artıq güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən iş stajına malik olduğundan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə müvafiq olaraq ona 57 (əlli yeddi) yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hesablanmalıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşır, cavabdehin apellyasiya şikayətində göstərilən iddiaçının xx.xx.1983-xx.xx.1994 və xx.xx.1994-xx.xx.1996-cı illərdə (ƏPQ qüvvəyə minən günədək) işlədiyi “quraşdırıcıçilingər" və "boruçəkən-çilingər" peşələri yuxarıda qeyd edilən Qərardakı peşələr ilə üstüstə düşmədiyini vəbelə olan halda, iddiaçının qeyd edilən peşələrdə işlədiyi müddətlərin güzəştli iş stajına hesablanmaması dəlillərini qəbul etmir. Belə ki, “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ATSC tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli,11 saylı güzəştli arayışda "Qafqazenerjiquraşdırma” Trestinin enerji müəssisələrinin tikilməsi, inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri sahəsində fəaliyyətin göstərməsi; Trestin sənaye obyektlərində polad və dəmir-beton konstruksiyalarının quraşdırılması, sənaye dəmir-beton borularının quraşdırılması, təmiri və digər işlərin aparması barədə məlumat verilmişdir. Həmçinin, həmin arayışda Ə.Darçınovun işlədiyi 8 saatlıq iş günü ərzində həmin trestin hündür mərtəbəli binaların və yüksəkliklərlə əlaqədar qurğuların və qapalı çənlərin, rezervuarların, aşağılegirli polad boruların, buxar qazanlarının daxilində legirli polad borularının quraşdırılmasında bilavasitə iştirak etdiyi göstərilmişdir. İddiaçının işlədiyi peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısının
29. “Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri bölməsində “polad və dəmir-beton konstruksiyaların quraşdırılması üzrə quraşdırıcılar” və “sənaye dəmir-beton boruların boruçəkənləri” kimi nəzərdə tutulmuşdur. Eyni zamanda, qeyd etmək lazımdır ki, iddiaçının əmək kitabçasında olan məlumatlardan onun xx.xx.1978-xx.xx.1979-cu illərdə (01 il 08 ay 25 gün) X4 avadanlıq şöbəsində 4 dərəcəli stropalşik (krana yük keçirdən) vəzifəsində işlədiyi müəyyən olunur və işlədiyi vəzifə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısının 23.6. “Sənayə atom reaktorlarında, atom-elektrik stansiyalarda və istiliklə təchiz edən atom stansiyalarda iş” bölməsində “texnoloji avadanlığın, ventilyasiyanın, idarəetmə sisteminin, texnoloji və radiasiya nəzarəti cihazlarının istismarı, təmiri və sazlanması, radiasiya zərərliliyi şəraitində müxtəlif təyinatlı atom reaktorlarının və atom stansiyalarının istismardan çıxarılması işlərində daim məşğul olan fəhlələr, mütəxəssislər və rəhbərlər” nəzərdə tutulmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, “Vətəndaşların pensiya təminatı haqqında” qanunun qüvvədə olduğu dövrdə iddiaçı güzəştli şərtlərlə yaşa görə pensiya almaq hüququna malik olmuşdur. İddiaçının xx.xx.2006-cı ilə kimi X4 avadanlıq şöbəsində işlədiyi dövr nəzərə alınmaqla - 14 il 10 ay 18 gün (13 il 02 ay 09 gün+01 il 08 ay 09 gün) güzəştli iş stajı var və tələb edilən güzəştli iş stajı olan 12 il 6 ayı tamamlandığından “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə əsasən “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun müddəalarının iddiaçıya münasibətdə tətbiq olunmalıdır. "Əmək pensiyaları haqqında" Qanunun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. "Vətəndaşların pensiya təminatı haqqında" Qanunun 13-cü maddəsinin "b" bəndinə görə istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahı üzrə əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan kişilər- 57 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin az 12 il 06 ayının həmin işlərdə çalışarsa, güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. Birinci instansiya məhkəməsi qərarın əsaslandırıcı hissəsində qeyd etmişdir ki, hazırkı qərar əsasında hesablanmalı olan məbləğ iddiaçıya ödənilməlidir və bu zaman həmin ödənişin hissə-hissə aparılması mümkünlüyü yalnız tərəflərin qarşılıqlı razılığı və ya məhkəmənin müvafiq qərarına əsasən müəyyən edilə və həyata keçirilə bilər və məhkəmə ödənilməmiş fərqin birdəfəlik ödənilməli olmasının xüsusi göstərilməsini məqsədəuyğun hesab etməmiş. Lakin qərarın nəticə hissəsində məhkəmənin gəldiyi nəticə - iddia tələbinin həmin hissədə təmin edilməməsi öz əksini tapmamışdır. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, qərarın nəticə hissəsində iddia tələbi - ödənilməmiş pensiyanın birdəfəlik ödənilməsi hissəsində təmin edilməməsi göstərilməlidir. Həmçinin, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qərarında iddia tələbinin – iddiaçının hüququnun yarandığı vaxtdan ödənilməmiş pensiyanın ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması hissəsini təmin edərək haqlı olmamışdır. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun xx.xx.2017-ci il tarixdən qüvvədə olan 32.1-1-ci maddəsinin birinci cümləsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərdə təyin edilir. İşin halları ilə müəyyən edilir ki, iddiaçının pensiya hüququ xx.xx.2017-ci ilə kimi yaranmışdır. Güzəştli şərtlərlə pensiyanın təyin edilməsi üçün iddiaçı inzibati orqana xx.xx.2019-cu il tarixdə, yəni xx.xx.2017-ci il tarixdən sonra müraciət etmişdir. Ona görə məhkəmə kollegiyası hesab edir ki, qərar bu hissədə dəyişdirilməli iddiaçının müraciət etdiyi tarixdən əvvəlki ən çoxu üç il üçün pensiyanın ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. İPM-nin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.2, 69, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, qərara aldı:
Cavabdehin nümayəndəsi və vəkili C.Əhmədov tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2-1(112)-995/2020 saylı qərarı dəyişdirilsin. İddia tələbi qismən təmin edilsin. X2 xx.xx.1983-cü ildən xx.xx.1996-cı ilədək “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” X18 Cəmiyyətinin “Qafqazenerjiquraşdırma” Trestində quraşdırıcı-çilingər (çilingər-boruçəkən) peşəsində işlədiyi müddət Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2007ci il tarixli 12 saylı Qərarı ilə təsdiq olunmuş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”na əsasən güzəştli şərtlərlə iş stajına daxil edilməklə, ona 57 yaşdan, yəni xx.xx.2009-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və iddiaçının müraciət etdiyi tarixdən əvvəlki ən çoxu üç il üçün pensiyasının ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulsun. İddia tələbi - ödənilməmiş pensiyanın birdəfəlik ödənilməsi hissəsində təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Afaq Nuriyeva Hakimlər: Valeh Ağayev Elmira Nağıyeva