Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1223/2023 14.03.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Tağızadə Mirzə Nəsib oğlu və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, Məmmədova Leyla Asəf qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X6 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisasiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X45 üzrə Baş İdarəsinə qarşı qərarın ləğv edilməsi tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-984/2022 saylı, 25 oktyabr 2022-ci il tarixli qərarından iddiaçı və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsində (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ : İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisasiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X45 üzrə Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh tərəfindən qəbul edilmiş **********9329 nömrəli, 16 oktyabr 2020-ci il tarixli qərarın ləğv edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X46 üzrə Baş İdarəsinin 07 oktyabr 2020-ci il tarixli **********8464 nömrəli «Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında» qərarına əsasən vergi ödəyicisi olaraq barəsində operativ vergi nəzarəti təyin edilmiş və iştirakı ilə ünvan 1 ünvanında yerləşən «Plastik» istehsal sexində keçirilən operativ vergi tədbiri zamanı Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontrakt) hüquqi qüvvəyə minmədən 8 (səkkiz) nəfər fiziki şəxsin işlərinə (xidmətlərin) yerin yetirilməsinə cəlb edilməsi faktı aşkar edilərək nəticəsi aktla rəsmiləşdirilmiş və tərtib edilmiş akt tərəfindən imzalanmışdır. Keçirilmiş operativ vergi nəzarətinin nəticələri haqqında İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X46 üzrə Baş İdarəsinin rəisinin 1-ci müavini X39 tərəfindən **********9329 nömrəli, 16 oktyabr 2020-ci il tarixli qərar qəbul edilmiş və həmin qərar əsasında ona ümumilikdə 16000 (on altı min) manat maliyyə sanksiyası tətbiq olunmuşdur. Hesab edir ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X46 üzrə Baş İdarəsinin rəisinin 1-ci müavini X39 tərəfindən qəbul olunmuş **********9329 nömrəli, 16 oktyabr 2020-ci il tarixli qərar əsassızdır və aşağıda göstərilən səbəblərə görə ləğv edilməlidir: Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3cü maddəsinin 3-cü bəndinə əsasən işəgötürən — tam fəaliyyət qabiliyyətli olub işçilərlə əmək müqaviləsi (kontrakt) bağlamaq, ona xitam vermək, yaxud onun şərtlərini dəyişdirmək hüququna malik mülkiyyətçi və ya onun təyin (müvəkkil) etdiyi müəssisənin rəhbəri, səlahiyyətli orqanı, habelə fiziki şəxsdir. O, ********** nömrəli VÖEN üzrə fəaliyyətləri və əməliyyatları 27 dekabr 2015-ci il tarixdən 27 dekabr 2020-ci il tarixədək dayandırmışdır. Həmin müddət ərzində işçilərlə əmək müqaviləsi bağlamaq hüququna malik mülkiyyətçi və ya onun təyin (müvəkkil) etdiyi müəssisənin rəhbəri, səlahiyyətli orqanı, habelə fiziki şəxs olmamışdır. X40 ünvan 2 ünvanında yerləşən "xxxx" ASC-nə məxsus ərazidə «Plastik» istehsal sexi quraraq fəaliyyət göstərmək üçün həmin əraziyə müəyyən avadanlıqlar gətirmişdir. Eyni zamanda fəaliyyət göstərəcək sexdə istehsal prosesi üçün müxtəlif vətəndaşlardan işlənmiş plastik material tədarük olunmağa başlanmış və fəaliyyət göstərəcək sexdə işləmək üçün işçilər cəlb olunmağa başlamışdır. Bunun üçün müxtəlif dost və tanışlar vasitəsi ilə işçilər axtarmağa başlamışlar. Bir neçə gün ərzində işçilər gələrək yalnız görüləcək iş rejimi ilə şifahi tanış olmuş və onlarla əmək müqaviləsinin bağlanması şərtləri, müddətləri müzakirə olunmuşdur. İşçilərin müəssisə fəaliyyətə başladığı gündən əmək müqaviləsi bağlanacağı bildirilmişdir. "xxxx" ASC-nə məxsus ünvan 2 ünvanında yerləşən ərazini icarə götürməmiş və orada plastik sexi fəaliyyətə başlamamış İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X46 üzrə Baş İdarəsinin əməkdaşları gələrək nə işlə məşğul olduqlarını soruşmuşlar. O isə yeni yaradacaqları plastik sexində işləmək üçün işçilərin cəlb olunduğunu və plastik material alındığını bildirmişdir. Həmin vaxt orada səkkiz nəfər şəxs olmuşdur ki, onlardan ikisi sexi üçün satmaq məqsədilə köhnə plastik materiallar gətirmişdilər. Qalan 6 nəfər şəxsdən Əliyeva Mülkücahan bacısı, Bağbanlı Kamil və Əliyeva Səyyarə ona yaxın şəxslər olmuşlar və onları sex fəaliyyətə başlayanda işə qəbul edəcəyini bildirdiyi üçün sexin qurulması ilə bağlı ona köməklik göstərmişlər. Həmin üç nəfər və digər üç nəfər faktiki olaraq sexdə fəaliyyət göstərməmişlər. Belə ki, sex fəaliyyətə başlamamışdır ki, orada kimsə fəaliyyət göstərsin. Vergi əməkdaşları sexin fəaliyyətə başlayacağı vaxt işçilərlə əmək müqaviləsi bağlamağın zəruri olduğunu bildirmişlər və ondan sexin fəaliyyətə başlayacağı ilə bağlı 300 manat da pul almışlar və bəzi sənədlərə imza etdirərək çıxıb getmişlər. X40 "xxxx" MMC-ni yaradaraq həmin direktoru olaraq "xxxx" ASC-nin sədri X32 ilə 10 oktyabr 2020-ci il tarixdə bağlanmış icarə müqaviləsinə əsasən "xxxx" ASC-nə məxsus ünvan 1 ünvanında yerləşən 600 kv.m ərazini aylıq icarə haqqı 1200 manat olmaqla icarəyə götürmüşdür. Bundan sonra Əliyeva Mülkücahan, Bağbanlı Kamil və Əliyeva Səyyarə 27 oktyabr 2020- ci il tarixli, o isə 02 dekabr 2020-ci il tarixli əmək müqaviləsinə əsasən ünvan 2 ünvanında yerləşən "xxxx" MMC-də işə qəbul edilmişdir. Eyni zamanda onlardan sonra müəssisədə işləmək üçün işçilər işə qəbul edilmişlər. 04 aprel 2021-ci il tarixdən 04 aprel 2026-cı il tarixədək ********** nömrəli VÖEN üzrə fəaliyyətləri və əməliyyatları yenidən dayandırmışdır. 08 oktyabr 2020-ci il tarixdə o işəgötürən olmadığı halda onun işəgötürən kimi əmək müqaviləsi (kontrakt) hüquqi qüvvəyə minmədən 8 (səkkiz) nəfər fiziki şəxsi işlərin yerinə yetirilməsinə cəlb edilməsi ilə bağlı barəsində əsassız maliyyə sanksiyası tətbiq olunmuşdur. Bundan başqa əgər həmin şəxslər həmin sexdə fəaliyyət göstərmişdilərsə, onda nə üçün vergi əməkdaşları onlardan izahat alarkən hansı işləri gördüklərini araşdırmamış, eyni zamanda nə üçün vergi əməkdaşları həmin işçiləri işləri yerinə yetirən zaman fotoşəkillərini çəkməmişlər. Çünki faktiki olaraq sex fəaliyyət göstərməmişdir. Cavabdeh işin birinci instansiya icraatı zamanı iddiaya dair yazılı etiraz təqdim edərək, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-984/2022 saylı, 25 oktyabr 2022-ci il tarixli qərarı ilə iddia tələbi qismən təmin edilmiş, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X45 üzrə Baş İdarəsinin xx.xx.2020-ci il tarixli, **********9329 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarı qismən, yəni İddiaçı 2000 (iki min) manat məbləğində maliyyə sanksiyası tətbiq edilərək, vergi məsuliyyətinə cəlb edilməsi hissəsində ləğv edilmiş və iddia qalan hissədə təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-984/2022 saylı, 25 oktyabr 2022-ci il tarixli qərarının ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsi haqqında yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun tərtib edilmişdir. Eyni zamanda cavabdeh qərardan apellyasiya şikayəti verərək, qərarın iddia tələbinin təmin edilməsi hissəsində ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti etiraza uyğun tərtib edilmiş əlavə olaraq qeyd edilmişdir ki, operativ vergi nəzarəti tədbiri zamanı X21 əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən muzdlu işə cəlb olunması halı aşkar olunmuş, Ü.İmanlı şəxsiyyət vəsiqəsinin məlumatlarını təqdim etmiş, lakin izahatlar alınan zaman sonuncu heç bir ciddi səbəb göstərmədən obyekti tərk etmişdir. Fərdi sahibkar İddiaçı işçiyə zəng etsə də, o telefonu söndürmüşdür. İddiaçı özü izahat verərkən işçisinin bu hərəkətinə qeyri-ciddi səbəblər gətirərək onun artıq işdən çıxdığını bildirmişdir. Qeyd olunan hallar xx.xx.2020-ci il tarixində tərtib edilmiş aktda öz əksini tapmışdır. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi cavabdehin apellyasiya şikayətinin təmin edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlilləriini araşdıraraq hesab edir ki, apellyasiya şikayətləri təmin olunmamalı, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-984/2022 saylı, 25 oktyabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarında olan: -Fiziki şəxsin fəaliyyətinin dayandırılmasına dair arayışlardan görünür ki, İddiaçı (VÖEN: **********) xx.xx.2015-ci il tarixdən xx.xx.2020-ci il tarixədək, xx.xx.2021-ci il tarixdən xx.xx.2026-cı il tarixədək fəaliyyətini və əməliyyatlarını dayandırmışdır. -İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X45 üzrə Baş İdarəsinin rəis müavini tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli, **********464 №-li operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında qərarın surətindən görünür ki, İddiaçı (VÖEN: **********) məxsus ünvan 2, X30 Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işə götürən tərəfindən fiziki şəxləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb hallarının aşkar edilməsi üzrə xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək (xx.xx.2020-ci il tarixi daxil olmaqla) yoxlayıcı şəxslər X41, X22, X25, X14 tərəfindən operativ vergi nəzarətinin həyata keçirilməsinə qərar verilmişdir. -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən 07 oktyabr 2020-ci il tarixli, KY201504861 №-li çıxarışın lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı (VÖEN: **********) məxsus ünvan 2, X30 Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işə götürən tərəfindən fiziki şəxləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb hallarının aşkar edilməsi üzrə xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək yoxlayıcı şəxslər X41, X22, X25, X14 tərəfindən plandankənar (növbədənkənar) operativ vergi nəzarətinin həyata keçirilməsi qeydə alınmışdır. -Vergi əməkdaşları X41, X22, X25 və fərdi sahibkar İddiaçı tərəfindən tərtib edilərək imzalanmış “sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında” xx.xx.2020-ci il tarixli, DVX seriyalı, 000181 №-li protokolun lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, vergi orqanının əməkdaşları tərəfindən Azərbaycan Respublikası Vergi Məcəlləsinin 23-cü və 43-cü maddələrinə uyğun olaraq sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında xx.xx.2020ci il tarixli, **********8466 №-li qərara əsasən fiziki şəxs İddiaçı (VÖEN**********) əmək müqavilələrinin təqdim edilməsi təklif olunmuşdur. İddiaçı işçilərlə əmək müqavilələri olmadığı üçün müqavilələri təqdim etməmişdir. -Vergi əməkdaşları X41, X22, X25 tərəfindən tərtib edilərək imzalanmış Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə, habelə Vergi Məcəlləsinin 220.10-cu maddəsinə uyğun olaraq xidmət göstərən fiziki şəxslərin “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz" əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələsi üzrə operativ vergi nəzarətinin nəticəsi haqqında xx.xx.2020-ci il tarixli, DVX seriyalı, 000611 №-li aktdan görünür ki, İddiaçı (VÖEN**********2) iştirakı ilə Sabunçu rayonu, Sabunçu ŞTQ, İlyas Aslanov küçəsi ev 5 ünvanında yerləşən plastik məmulatların istehsalı sexində 08 oktyabr 2020-ci il tarixdə, saat 12:15-də 8 (səkkiz) fiziki şəxs Aərbaycan Respublikası Əmək Məcəlləsinin 49-cu maddəsinin tələbləri pozularaq əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi müəyyən edirlmiş. “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz" əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb etdiyinə görə Vergi Məcəlləsinin 58.10-cu məddəsinə əsasən maliyyə sanksiyasının tətbq edilməsi üçün əlavə tədbirlərin görülməsi təklif olunmuş, vergi ödəyicisinə işçilərlə əmək müqaviləsi bağladıqdan sonra işə cəlb edilməsi tövsiyə olunmuşdur. -Qeyd olunan akta əlavədən və əlavənin davamının lazımi qaydada təsdiq edilmiş surətlərindən görünür ki, xx.xx.2020-ci il tarixdə fərdi sahibkar İddiaçı (VÖEN**********2) məxsus plastik məmulatların istehsalı sexində aparılmış operativ vergi nəzarəti nəticəsində X4 (AZE********), X21 (AA0922384), X15 (AZE********) və Əliyeva Mülkicahan Bəkir qızının (AZE********), X16 (AZE ********), X17 (AZE ********), X8 (AA 0411066), X2 (AZE ********) Azərbaycan Respublikasının Əmək Məcəlləsində nzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmişdir. -Vergi əməkdaşları X41, X22 və X25 tərəfindən tərtib edilərək imzalanmış xx.xx.2020-ci il tarixli aktın lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, xx.xx.2020-ci il tarixdə İqtisasiyyat Nazirliyi yanında DVX-nin Bakı şəhəri KSİBİ-nin xx.xx.2020-ci il tarixli, **********8464 nömrəli qərarına əsasən fiziki şəxs İddiaçı (VÖEN **********) məxsus ünvan 4 ünvanında yerləşən Plastik istehsalı sexində Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hərh hansı işlərin yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi ilə bağlı tərəflətindən operativ nəzarət tədbiri keçirilmişdir. Tədbir zamanı f/ş İddiaçıa məxsus sexdə 8 (səkkiz) nəfər işçisinin əmək müqaviləsi bağlamadan işlərə cəlb edilməsi müəyyə edilmiş və nəticəsi 000611 nömrəli aktla rəsmiləşdirilmişdir. Bildirmək istəyirlər ki, tərəflərindən müəyyən olunmuş 8 işçi şəxsiyyət vəsiqəsi məlumatlarını təqdim etmiş, lakin izahatlar alınan zaman f/ş-in işçsi X42 (AZE/AA09222384, FİN 7J3AX7C) heç bir ciddi səbəb göstərmədən obyekti tərk etmişdir. F/ş İddiaçı işçiyə zəng etsə də o telefonu söndürmüşdür. İddiaçı özü izahat verərək işçinin bu hərəkətinə qeyri-ciddi səbəblər gətirərək onun artıq işdən çıxdığını qeyd etmişdir. -İddiaçı xx.xx.2020-ci il tarixli izahatının lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, ünvan 5 ünvanında yerləşən S.E.İ.M ərazisində 600 kv.m istehsal sahəsi icarəyə götürülməklə plastik tullantıların təkrar emalı ilə məşğul olur. Sexdə hal-hazırda ona aid 8 nəfər işçi aşkar olundu. Onlardan faktiki 6 nəfəri işə gəlib və işçilərin tez-tez dəyişdiyinə görə əmək müqaviləsi bağlamamışdır. Onun işinə peşəkarlar lazım olduğu üçün bir ay onları yoxlamışdır. Həm də iş ağır olduğu üçün işçilər dözə bilmədikdə buraxıb gedirlər. İşçiləri yoxlayandan sonra 5-6 nəfər saxlayıb onlarla müqavilə bağlayacaq. Nəzərə alınmasını xahiş edir. İş vaxtı saat 08:00-dan 18:00- a qədərdir. İzahatı özü yazmış, imzası ilə təsdiq etmişdir. X43 işi bəyənməyib çıxıb getmişdir. -X18 xx.xx.2020-ci il tarixli izahatının lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, o, ünvan 5 ünvanında yerləşən S.E.İ.M ərazisində yerləşən sexdə bir aydır ki, fəhlə qismində çalışır. Onu işə İddiaçı götürüb və aylıq əmək haqqısı 300 – 350 manat arasında. Qısa müddət ərzində əmək müqaviləsinin bağlanması üçün tələb olunan sənədlərin müdriyyətə təqdim edəcəkdir. İş vaxtı həftənin beş günü saat 08:00-dan 18:00-a qədərdir. İzahatı saat 12:15- də özü yazıb imzası ilə təsdiq etmişdir. -X5 xx.xx.2020-ci il tarixli izahatının lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, o, ünvan 5 ünvanında yerləşən S.E.İ.M ərazisində yerləşən sexdə xx.xx.2020-ci il tarixdən fəhlə vəzifəsində çalışır. Onu işə İddiaçı götürüb və əmək haqqısı 300 manat danışılıb. İş vaxtı həftənin beş günü saat 08:00-dan 18:00-dək. Qısa müddət ərzində əmək müqavilə bağlanması üçün sənədləri təqdim edəcəkdir. İzahatı saat 12:55-də özü yazmış və imzası ilə təsdiq etmişdir. -X9 xx.xx.2020-ci il tarixli izahatının lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, o, Sabunçu rayonu, Aslanov İlyas küçəsində S.E.İ.M ASC ərazisində yerləşən sexdə xx.xx.2020-ci il tarixdən fəhlə vəzifəsində işləyir. Onu işə Əliyev Vüqar işə götürmüşdür. Aylıq əmək haqqısı 250 manat danışılıb. İş vaxtı həftənin beş günü saat 08:00-dən 18:00 qədərdir. Qısa müddət zaman ərzində əmək müqaviləsi bağlanması üçün sənədləri təqdim edəcəkdir. İzahatı saat 13:05-də onun sözlərii lə yazıldı və doğruluğunu imzası ilə təsdiq edir. -X10 xx.xx.2020-ci il tarixli izahatının lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, o, Sabunçu rayonu, İ.Aslanov küçəsində S.E.İ.M ASC-də ərazisində yerləşən sexdə 27 sentyabr 2020-ci il tarixindən fəhlə işləyir. Onu işə Əliyev Vüqar götürüb və aylıq əmək haqqısı 350 manatdır. Onunla hələ ki əmək müqaviləsi bağlanmayıb. İş vaxtı həftənin beş günü saat 08:00-dan axşam 18:00-a qədərdir. İzahatı özü yazmışdır və düzgünlüyünü imzası ilə təsdiq etmişdir. -X17 xx.xx.2020-ci il tarixli izahatının lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, o, Sabunçu rayonu, İ.Aslanov küçəsində yerləşən S.E.İ.M ASC-də yerləşən plastik tullantıların təkrar emalı sexində fəhlə vəzifəsində işləyir. Onu isə Əliyev Vüqar aylıq əmək haqqı hələlik təyin olunmadan işə götürmüşdür. İş vaxtı həftənin beş günü olmaqla səhər saat 08-dən axşam saat 18.00-dək təşkil edir. Onunla Gülcahan xanım işləyir. İzahatı saat 12:50-də özü yazmışdır. Doğruluğunu öz imzası ilə təsdiq edir. -X1 xx.xx.2020-ci il tarixli izahatının lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, o, Sabunçu r/n, İ.Aslanov küçəsində S.E.İ.M ASC-a yerləşən sexdə 7/X-2020-ildən fəhlə vəzifəsində işləyir. Onu işə Əlıyev Vüqar götürüb və əmək haqqı 300 m. razılaşdırılıb. Onun ilə hələ ki əmək müqaviləsi bağlanmayıb. Ona görə ki, işlə hələ tanış olmamışdır və işin çətinliyi ilə əlaqədar bəlkə də çıxmalı olacaq. O özü bu izahatı yazaraq imzası ilə təsdiq edir. -X3 xx.xx.2020-ci il tarixli izahatının lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, o, Sabunçu rayonu, İlyas Aslanov ünvanında yerləşən S.E.İ.M ASC ərazisində yerləşən sexdə xx.xx.2020-ci il tarixdən fəhlə vəzifəsində işləyir. Onu işə Əlıyev Vüqar götürüb və əmək haqqı hələ razılaşdırılımayıb, gündəlik 10 AZN nəzərdə tutulub. Onun ilə hələ ki əmək müqaviləsi bağlanmayıb. İş rejimi 5 gün olmaqla saat 08:00-dan 18:00-adəkdir. İzahat onun sözləri ilə yazılmış, ucadan oxunuldu və düzgünlüyünü onun tərəfindən imzası ilə təsdiqləndi. -İddiaçı (VÖEN: **********) xx.xx.2021-ci il tarixə şəxsi hesab vərəqəsindən çıxarışdan görünür ki, çap olunma tarixinə İddiaçı 16.000.00 manat borc hesablanmış, 63.38 manat ödənilmiş, əhatə etdiyi dövrün son tarixinə saldo -15.936,62 manat, çap tarixinə saldo -15.936,62 manat, cəmi ödənilməli borc 15.936,62 manat təşkil etmişdir. -İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı idarəsinin xx.xx.2020-ci il tarixli, **********559000 №-li çıxarışından görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti xx.xx.2020-ci il tarixdə VÖEN ********** nömrə ilə qeydiyyata alınmışdır. MMC-nin hüquqi ünvanı AZ1104, ünvan 6in nizamnamə kapitalı 10.00 manat, qanuni təmsilçisi nizamnamə kapitalında 100 % maya miqdarı ilə X23r. -"xxxx" ASC (icarəyə verən) və "xxxx" MMC (VÖEN- **********) (İcarədar) arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 22/2020 №-li icarə müqaviləsinin surətindən görünür ki, “İcarəyə verən”, müəssisənin Yığma sexinin istifadə olunmayan 600.0 kvm. sahəsini “İcarədara plasmas tullantıların emalı kimi istifadə etmək məqsədi ilə icarəyə verir. Bu müqavilənin müddəti xx.xx.2020ci il tarixdən 2(lki) il müddətinədir. -Vergi ödəyicisinin Təsərrüfat subyektinin (obyektinin) qeydiyyatı vergi ödəyicisi haqqında məlumatdan görünür ki, AZ1034, ünvan 7 ünvanında yerləşən Sabunçu EİB Tasümaşınqayırma və icarə obyekti (icarəyə verilən obyektin kodu: **********-18001) xx.xx.2020-ci il tarixli, 22/2020 №-li icarə müqaviləsinə əsasən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən icarəyə götürülmüşdür. Obyektin fəaliyyət sahəsi kodu:38210, Təhlükəsiz tullantıların emalı və ləğb edilməsi (əsas)dir. -Əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişlərindən görünür ki, xx.xx.2020-ci il tarixdə X26 "xxxx" MMC tərəfindən əsas iş yeri olaraq fəhlə vəzifəsinə xx.xx.2021ci il tarixədək əmək müqaviləsi əsasında işə qəbul edilmiş, əmək bildirişi xx.xx.2020-ci il tarixdə sistemə daxil edilmişdir. xx.xx.2020-ci il tarixdə X7 "xxxx" MMC tərəfindən əsas iş yeri olaraq fəhlə vəzifəsinə müddətsiz əmək müqaviləsi əsasında işə qəbul edilmiş, əmək bildirişi xx.xx.2020-ci il tarixdə sistemə daxil edilmişdir. xx.xx.2020-ci il tarixdə X27 "xxxx" MMC tərəfindən əsas iş yeri olaraq fəhlə vəzifəsinə xx.xx.2021-ci il tarixədək əmək müqaviləsi əsasında işə qəbul edilmiş, əmək bildirişi xx.xx.2020-ci il tarixdə sistemə daxil edilmişdir. xx.xx.2020-ci il tarixdə X40 "xxxx" MMC tərəfindən əlavə iş yeri olaraq direktor vəzifəsinə müddətsiz əmək müqaviləsi əsasında işə qəbul edilmiş, əmək bildirişi xx.xx.2020-ci il tarixdə sistemə daxil edilmişdir. xx.xx.2020-ci il tarixdə İddiaçı "xxxx" MMC tərəfindən əlavə iş yeri olaraq menecer vəzifəsinə müddətsiz əmək müqaviləsi əsasında işə qəbul edilmiş, əmək bildirişi xx.xx.2020-ci il tarixdə sistemə daxil edilmişdir. xx.xx.2020-ci il tarixdə X28 "xxxx" MMC tərəfindən əsas iş yeri olaraq fəhlə vəzifəsinə müddətsiz əmək müqaviləsi əsasında işə qəbul edilmiş, əmək bildirişi xx.xx.2020-ci il tarixdə sistemə daxil edilmişdir. xx.xx.2021-ci il tarixdə X11 "xxxx" MMC tərəfindən əsas iş yeri olaraq fəhlə vəzifəsinə müddətsiz əmək müqaviləsi əsasında işə qəbul edilmiş, əmək bildirişi xx.xx.2021-ci il tarixdə sistemə daxil edilmişdir. xx.xx.2021-ci il tarixdə X19 "xxxx" MMC tərəfindən əsas iş yeri olaraq operator vəzifəsinə müddətsiz əmək müqaviləsi əsasında işə qəbul edilmiş, əmək bildirişi xx.xx.2021-ci il tarixdə sistemə daxil edilmişdir. xx.xx.2021-ci il tarixdə X24 "xxxx" MMC tərəfindən əsas iş yeri olaraq operator vəzifəsinə müddətsiz əmək müqaviləsi əsasında işə qəbul edilmiş, əmək bildirişi xx.xx.2021-ci il tarixdə sistemə daxil edilmişdir. xx.xx.2021-ci il tarixdə X12 "xxxx" MMC tərəfindən əsas iş yeri olaraq fəhlə vəzifəsinə müddətsiz əmək müqaviləsi əsasında işə qəbul edilmiş, əmək bildirişi xx.xx.2021-ci il tarixdə sistemə daxil edilmişdir. xx.xx.2021-ci il tarixdə X29 "xxxx" MMC tərəfindən əsas iş yeri olaraq usta vəzifəsinə müddətsiz əmək müqaviləsi əsasında işə qəbul edilmiş, əmək bildirişi xx.xx.2021-ci il tarixdə sistemə daxil edilmişdir. -İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X45 üzrə Baş İdarəsinin rəisinin 1-ci müavini vergi xidməti müşaviri X39 tərəfindən qəbul edilmiş “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2020-ci il tarixli, **********9329 №-li qərarının lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, həmin qərara əsasən İddiaçı (VÖEN: **********) Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən 8 nəfər fiziki şəxsi işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etdiyinə görə 16000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilərək, vergi məsuliyyətinə cəlb edilməsi, xx.xx.2020 tarixədək 16000 manat məbləğin büdcəyə ödənilməsi təmin edilməsi qərara alınmışdır. -İşin birinci instansiya icraatı zamanı Əliyeva Mülkicahan Bəkir qızı, X41, X22, X25 və X41 şahid qismində dindirilmişdir. Məhkəmə kollegiyası hazırkı iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Əmək Məcəlləsinin: -2-ci maddəsinin 3-cü hissəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin əsaslandığı prinsiplərdən biri də əmək münasibətlərinin mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinin yolverilməzliyi prinsipidir. -3-cü maddəsinin 5-ci hissəsinə əsasən əmək müqaviləsi (kontraktı) (bundan sonra ismin müvafiq halında “əmək müqaviləsi”) – işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir. -3-cü maddəsinin 5-1-ci hissəsinə əsasən əmək müqaviləsi bildirişi - bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılmasının, ona dəyişiklik edilməsinin və ya xitam verilməsinin müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemində (bundan sonra - elektron informasiya sistemi) elektron qaydada qeydiyyata alınması məqsədi ilə işəgötürən tərəfindən həmin elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilən elektron sənəddir. Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətin elektron dövlət qeydiyyatına alınması üçün ərizədə qeyd olunmuş işçilərlə ilk dəfə əmək müqaviləsinin bağlanması elektron informasiya sistemində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən elektron qaydada təqdim olunan məlumatlar əsasında qeydiyyata alınır. -7-ci maddəsinin 2-ci hissəsinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır. -12-ci maddəsinin 1-ci hissəsinin «h» bəndinə əsasən əmək müqaviləsi bildirişini elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil etmək (bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci və 2-2-ci hissələri ilə müəyyən edilmiş hallar istisna olmaqla) əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələrindən biridir. -49-cu maddəsinin 1-ci hissəsinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin: -16.1.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifəsidir. -23.1.1-ci maddəsinə əsasən vergi orqanlarının bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək hüquqları vardır. -24.0.1-ci və 24.0.2-ci maddələrinə əsasən vergi orqanları vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə; vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə; vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə və müdafiə etməyə borcludur. -50.1-ci maddəsinə əsasən operativ vergi nəzarəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti ücün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən və aşağıdakı məsələləri əhatə edən vergi nəzarəti formasıdır: 50.1.7. Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi. -58.10-cu maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi yolu ilə onların gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaradıldığına görə işəgötürənə, habelə bu Məcəllənin 220.10-cu maddəsinə uyğun olaraq aparıcılıq, çalğıçılıq, rəqqaslıq, aşıqlıq, məzhəkəçilik və digər oxşar fəaliyyətlə məşğul olan şəxslərin, foto, audio-video sahəsində məşğul olan şəxslərin və iaşə obyektlərində müştərilərə xidmət göstərən fiziki şəxslərin (ofisiantın) fəaliyyətə başlayanadək, “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsinə görə vergi orqanında uçotda olan sifarişçiyə hər bir belə şəxs üzrə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə 2000 manat, ikinci dəfə yol verdikdə 4000 manat, üç və daha çox dəfə yol verdikdə 6000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir. -77.1-ci maddəsinə əsasən vergi ödəyicisinin bu Məcəllədə göstərilən hallarda və qaydada müəyyən edilən vergini (o cümlədən cari vergi ödəmələrini), hesablanmış faizləri və tətbiq edilmiş maliyyə sanksiyalarını ödəmək vəzifəsi onun vergi öhdəliyi hesab olunur. -77.3-cü maddəsinə əsasən vergi ödəyicisi vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq verginin ödənilməsini nəzərdə tutan şəraitin yarandığı andan vergi öhdəliklərinin yerinə yetirilməsi üçün cavabdehdir. Göründüyü kimi, qanunvericilik əmək münasibətlərinin mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinə yol vermir. Əmək müqaviləsinin bağlanılmasının, ona dəyişiklik edilməsinin və ya xitam verilməsinin müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemində elektron qaydada qeydiyyata alınması məqsədi ilə işəgötürən tərəfindən həmin elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə elektron sənəd, yəni əmək müqaviləsi bildirişi daxil edilir. Əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır. Əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Elektron informasiya sistemində əmək müqaviləsinin qeydiyyatdan keçirilməsi isə işəgötürənin əsas vəzifələrindən biridir. Məhkəmə Kollegiyası qeyd edir ki, elektron informasiya sisteminə müqavilənin daxil edilməməsi işəgötürənlə işçi arasında əmək münasibətlərinin əmək qanunvericiliyinə əsasən həyata keçirilmədiyini təsdiq edir və həmin işçinin gəlirinin gizlədilməsinə səbəb olur. Bu halın müəyyən edilməsi maliyyə sanksiyasının tətbiqi üçün əsasdır. Hazırki iş üzrə xx.xx.2020-ci il tarixdə iddiaçıya məxsus olan obyektdə operativ vergi nəzarəti həyata keçirilərkən fiziki şəxslərin Azərbaycan Respublikasının Əmək Məcəlləsinin tələbləri pozularaq əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən iddiaçı tərəfindən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edildiyi aşkar edilmiş, bununla əlaqədar işçi ilə bağlanmış əmək müqaviləsinin elektron informasiya sisteminə daxil edilib-edilməməsi yoxlanılmış, həmin şəxslər barəsində elektron informasiya sistemində məlumat tapılmamışdır.Bu səbəbdən cavabdeh tərəfindən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 49-cu madəsinin tələblərini pozaraq əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi faktı aşkar olunaraq 08 oktyabr 2020-ci il tarixdə 000611 nömrəli aktla rəsmiləşdirilmiş və həmin işçilərin siyahısı akta əlavə edilmişdir. Habelə İddiaçı də həmin vaxt yazmış olduğu izahatında 8 nəfər şəxsin əmək müqaviləsi bağlamadan ona məxsus obyektdə işləməsini etiraf etmişdir. Operativ vergi nəzarəti zamanı izahatları alınmış 7 nəfər şəxs, X33, X34, X26, X13, X20, X27, Əliyeva Mülkicahan Bəkir qızı əmək müqaviləsi bağlamadan fəhlə işlərinin yerinə yetirilməsinə cəlb edildiklərini etiraf etmişlər. İzahatı alınmamış X44 isə sexi tərk etdiyindən qeyd edilən hal müvafiq aktla rəsmiləşdirilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, Vergi Məcəlləsinin 50.1.7-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi operativ vergi nəzarəti tədbirinin keçirilmə əsaslarından biri kimi nəzərdə tutulmuşdur. Bununla bağlı əsaslı şübhələr olduğundan vergi orqanı tərəfindən operativ vergi nəzarəti tədbiri keçirilmiş və qanunvericiliyin tələblərinə uyğun olaraq vergi ödəyicisi məsuliyyətə cəlb edilmişdir. Cavabdehin qəbul etdiyi qərar üçün əsas olan faktiki şərtlər 7 nəfərə münasibətdə mövcud olmuş, beləliklə də, mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan kimi cavabdeh tərəfindən həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilmişdir. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, həmin sexdə "xxxx" MMC tərəfindən fəaliyyət göstərəcəyindən istehsal prosesi üçün müəyyən işlərin görülməsinə qiymət verərək qeyd edir ki, vergi ödəyicisinin fəaliyyətinin dayandırılması əmək müqaviləsinin bağlanması üçün maneə təşkil etmir və əmək müqaviləsi bağlamaq hüququnu məhdudlaşdırmır. Bundan əlavə təqdim edilmiş sənədlərdən göründüyü kimi "xxxx" MMC operativ vergi nəzarətinin keçirildiyi gündən sonra, yəni xx.xx.2020-ci il tarixdə qeydiyyata alınmışdır. Cavabdehin apellyasiya şikayətinin dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh X21 işə cəlb edilməsini xx.xx.2020-ci il tarixində tərtib edilmiş aktda öz əksini tapdığını bildirsə də, akt həmin şəxs tərəfindən imzalanmamış, həmçinin qeyd edilən şəxsin izahatı da alınmamışdır. Bu səbəbdən apellyasiya şikayətinin bu dəlili qərarın ləğvi üçün əsas təşkil etmir. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-984/2022 saylı, 25 oktyabr 2022-ci il tarixli qərarı əsaslı olduğundan dəyişdirilmədən qüvvədə saxlanılmalı, iddiaçının və cavabdehin apellyasiya şikayətləri isə əsassız olduğundan təmin olunmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ : İddiaçı və cavabdeh Azərbaycan Respublikası İqtisasiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X45 üzrə Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-984/2022 saylı, 25 oktyabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-1223/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1223/2023
14.03.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver