Məhkəmə qərarları › İş №2-1(103)-1223/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1223/2024

16.01.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1223/2024 16.01.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X19 Məmmədova (sədrlik edən və məruzəçi), Mirzə Nəsib oğlu Tağızadədən və X9 ibarət tərkibdə, Aytən Nadir qızı Kərimovanın katibliyi ilə, Cavabdehin nümayəndəsi X7, Üçüncü şəxs X8, X2 iştirakları ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(82)-13/2017 saylı, xx.xx.2023-cü il tarixli qərardadından (üçüncü şəxsin cəlb edilməsinin təmin edilməməsi barədə) X20 tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə (hazırkı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə) qarşı Binə bələdiyyəsinin 121 nömrəli 14 noyabr 2006-cı il tarixli qərarı ilə fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 0,78 ha torpaq sahəsinə iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsi tələbini irəli sürərək iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. İnzibati mübahisəyə 7 mart 2014-cü il tarixdə mahiyyəti üzrə baxılmış və məhkəmənin həmin tarixli (2-1 (82)-1336/2014 saylı) qərarı ilə iddia təmin edilərək, İddiaçı Binə bələdiyyəsinin 121 nömrəli, 14 noyabr 2006-cı il tarixli qərarı ilə fərdi yaşayış evinin tikintisi üçün ona ayrılmış 7800,0 kv.m (0,78 ha) torpaq sahəsinə mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin üzərinə qoyulmuşdur. İPM-in 75.4-cü maddəsinə əsasən bu Məcəllənin 85.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Tərəflərin şikayətin geri götürülməsi haqqında bəyanatı yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin iş üzrə 7 mart 2014-cü il tarixli qərarı, ondan qanunla müəyyən edilmiş müddət ərzində şikayət verilmədiyindən, qanuni qüvvəyə minmişdir. İPM-in 79.1-ci maddəsinə əsasən məhkəmə qərarı qanuni qüvvəyə mindikdən sonra icra olunur. Bundan sonra 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə ərizəçilər X17, X11 və X5 onların həmin iş üzrə məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilməsi və işə yenidən mahiyyəti üzrə baxılması barədə birgə ərizəsi daxil olmuşdur. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 15 sentyabr 2014-cü il tarixli qərardadı ilə iş üzrə 7 mart 2014-cü il tarixli məhkəmə qərarı ləğv edilmiş, iş üzrə icraat təzələnmiş və ərizəçilər X17, X11 və X6 inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmuşlar. İPM-in 55.3-cü maddəsinə əsasən məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Belə hallarda məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin iş üzrə (2-1(82)-13/2017 saylı) 18 avqust 2017-ci il tarixli qərardadı ilə İPM-in 55.3, 55.5-ci maddələrinə əsaslanaraq iddia geri götürülmüş sayılmış və iş üzrə icraata xitam verilmişdir. Azərbaycan Respublikası Prezidentinin 19 iyul 2019-cu il tarixli 1325 nömrəli Fərmanının 1-ci və 2-ci bəndlərinə əsasən 2020-ci il yanvarın 1-dən Bakı şəhərində Bakı İnzibati Məhkəməsi və Bakı Kommersiya Məhkəməsi təşkil edilmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi və 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi ləğv edilmişdir. 5 noyabr 2021-ci il tarixdə üçüncü şəxs X17 ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmiş və ərizəsində 2 saylı Bakı İnzibati-iqtisadi Məhkəməsinin 2-1 (82)-1336/2014 saylı iş üzrə 27 mart 2014-cü il tarixli qərarının ləğv olunduğunu bildirərək onun icrasına dönüşün təmin olunmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(82)-13/2017 saylı 25 noyabr 2021-ci il tarixli qərardadı ilə üçüncü şəxsin “məhkəmə qərarının icrasına dönüş edilməsi batedə” ərizəsi təmin edilmiş və 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1 (82)-1336/2014 saylı iş üzrə 7 mart 2014-cü il tarixli qərarının icrasına dönüş edilərək, daşınmaz əmlakın dövlət reyestrində İddiaçı Binə bələdiyyəsinin 121 nömrəli 14 noyabr 2006-cı il tarixli qərarı ilə fərdi yaşayış evinin tikintisi üçün ona ayrılmış 7.800 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydiyyatı ləğv edilmişdir. Bakı İnzibati Məhkəməsinin 25 noyabr 2021-ci il tarixli qərardadından narazı qalan iddiaçı və cavabdeh ayrı-ayrılıqda apellyasiya şikayətləri vermişlər. Bakı Apellyasiya Məhkəməsinin 2-1 (103)-1199/2022 saylı 3 mart 2022-cı il tarixli qərardadı ilə apellyasiya şikayətləri qismən təmin edilərək, Bakı İnzibati Məhkəməsinin 2-1 (82)-13/2017 saylı 25 noyabr 2021-ci il tarixli qərardadı ləğv edilmiş və iş məhkəmə icraatının davam etdirilməsi üçün həmin məhkəməyə göndərilmişdir. Apellyasiya instansiyası məhkəməsinin qərardadında məhkəmə Kollegiyası vurğulamışdır ki, birinci instansiya məhkəməsi 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1 (82)- 1336/2014 saylı iş üzrə 7 mart 2014-cü il tarixli qərarın icrasında dönüş edərkən ətraflı araşdırma aparmamış, həmin dönüşün icrasını əngəlləyən halların mövcud olubolmamasını aydınlaşdırmamışdır. İş materialları, o cümlədən cavabdehin apellyasiya şikayəti ilə müəyyən olunur ki, məhkəmənin qeyd olunan qərarı əsasında iddiaçı X21 0,7722 kv.m torpaq sahəsinə mülkiyyət hüquqları 26 aprel 2014-cü il tarixdə reyestrdə qeydiyyata alındıqdan sonra o, 30 iyun 2014-cü il tarixli alqısatqı müqaviləsi ilə torpaq sahəsinin 0,20 ha hissəsini X3, 18 iyul 2014-cü il tarixdə torpaq sahəsinin həmin 0,20 hissəsi sonuncunun adına mülkiyyət hüququ ilə qeydiyyata alınmışdır. Eyni zamanda, 18 iyul 2014-cü il tarixdə də, qalan 0,5722 ha torpaq sahəsinə İddiaçı adlna reyestrdə qeydiyyat aparılmışdır. Bundan sonra, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin icraatında olan 8(005)-1306/2018 saylı mülki iş üzrə məhkəmənin 31 oktyabr 2018-ci il tarixli qərardadı ilə İddiaçı qalan 0,5722 ha torpaq sahəsi üzərinə həbs qoyulmuşdur.Göründüyü kimi, ən azından Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin sözügedən qərardadı ilə mübahisəli torpaq sahəsinin 0,5722 ha ölçüdə olan hissəsinin üzərinə həbs qoyulması 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2- 1(82)-1336/2014 saylı iş üzrə 27 mart 2014-cü il tarixli qərarının icrasına dönüş olunmasını imkansız edir.Çünki, həmin torpaq üzərində mövcud olan həbs qeydi, reyestrdə hər hansı bir əməliyyatın, o cümlədən icrada dönüş qeydinin aparılmasının qarşısını alır.Torpağın satıldığı digər 0,20 ha hissəsinə gəldikdə isə, həmin hissədə xeyrinə qeydiyyat aparılan şəxs (X20) hazırkı işin iştirakçısı olmayan kənar bir şəxsdir. Birinci instansiya məhkəməsi tərəfindən isə, icrada dönüş barədə ərizəyə baxılarkən həmin sənədlər məhkəmə tədqiqatının predmetini təşkil etməmiş, işdə iştirak edən bütün şəxslərin iştirakı təmin olunmaqla hərtərəfli araşdırma aparılmamış, torpaq sahəsinə dair reyestrdə məhdudiyyətlərin olub-olmamasına aydınlıq gətirilməmişdir. İPM-in 87.9-cu maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin Bakı İnzibati Məhkəməsinin 25 noyabr 2021-ci il tarixli qərardadından verdiyi apellyasiya şikayəti və ona əlavə olunmuş sənədlərdən məlum olur ki, X21 0,7722 kv.m torpaq sahəsinə mülkiyyət hüquqları 26 aprel 2014-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. 30 iyun 2014-cü il tarixdə İddiaçı ilə X20 arasında bağlanmış alqı-satqı müqaviləsi əsasında İddiaçı mülkiyyətində olan 0,7722 ha torpaq sahəsinin 0,20 ha hissəsini X1. 18 iyul 2014-cü il tarixdə torpaq sahəsinin həmin 0,20 hissəsi X12 mülkiyyəti kimi daşınmaz əmlakın əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. 18 iyul 2014-cü il tarixdə müvafiq torpaq sahəsinin qalan 0,5722 ha torpaq sahəsinə İddiaçı adlna daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat aparılmışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(82)-13/2017 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə X10 “üçüncü şəxsin cəlb edilməsi barədə” ərizəsinin təmin edilməməsi qərara alınmışdır. Qərardaddan narazı qalan X20 apellyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin 2-1(82)-13/2017 saylı, xx.xx.2023-cü il tarixli qərardadının ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti işin yuxarıda sadalanan hallarına istinad etməklə onunla onunla əsaslandırılmışdır ki, məhkəmə nəzərə almamışdır ki, mübahisələndirilibmübahisələndirilməməsindən asılı olmayaraq 30 iyun 2014-cü il tarixli müqavilənin bağlanmasına əsas olmuş Çıxarış etibarsız hesab olunmuş və bunun hüquqi nəticəsi olaraq onun əsasında aparılmış 18 iyul 2014-cü il tarixli qeydiyyat da etibarsızdır.(Hazırda qüvvədə olsa da istənilən an məhkəmə və digər orqan tərəfindən ləğv oluna bilər.) Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X4 Xəqani Salman oğlunun üçüncü şəxs qismində icraata cəlbi məsələsinin həllini məhkəmənin mülhizəsinə buraxmışdır. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs X17 üçüncü şəxsin cəlbi barədə ərizənin və şikayətin təmin olunmamasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən ərizəçi X20 üçüncü şəxs qismində icraata cəlb edilməsi ilə bağlı ərizəni və şikayəti müdafiə etdiyini bildirmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iddiaçı və digər 3-cü şəxslər məhkəmə iclasında iştirak etməmişdir və səbəbi barədə heç bir məlumat verməmişdirlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan iddiaçının iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə kollegiyası tərəfləri dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 28-ci maddəsinin şərh edilməsinə dair” 12 aprel 2017-ci il tarixli Qərarında göstərilmişdir ki: - İnzibati məhkəmə icraatına cəlb olunmamış, qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə maraqlarına toxunan şəxsin Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsindən və “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsindən irəli gələn məhkəməyə müraciət etmək hüququnun tənzimlənməsi Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə edilsin. - Məsələ qanunvericilik qaydasında həll edilənədək Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsində və “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsində nəzərdə tutulan məhkəməyə müraciət etmək hüququnun təmin edilməsi məqsədilə inzibati məhkəmə icraatına cəlb olunmamış, qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə maraqlarına toxunan şəxs, hüquqları və qanunla qorunan maraqları əhəmiyyətli dərəcədə pozulduğu hallarda inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilə bilər. Belə cəlbetmə bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelər nəzərə alınmaqla, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 28.1-ci maddəsinə uyğun həll edilməlidir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Resöublikası Qanununun 2.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.2-ci maddəsinə görə Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. İPM-in 28.1-ci maddəsinə əsasən iş üzrə məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər və ya iş yuxarı instansiya məhkəməsinin icraatında olduğu müddətdə, məhkəmə qərarının digər şəxslərin qanunla qorunan maraqlarına toxunacağı hallarda, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq öz təşəbbüsü ilə və ya həmin şəxslərin vəsatəti əsasında onları üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edə bilər. Məhkəmə qərarının qəbul edildiyi, lakin qanuni qüvvəyə minmədiyi dövrdə məhkəmə üçüncü şəxslərin icraata cəlb edilməli olduğu qənaətinə gəldikdə, həmin məhkəmə qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edir. İPM-in 28.2-ci maddəsinə görə mübahisə edilən hüquq münasibətində üçüncü şəxsin iştirakının xarakteri inzibati məhkəmə icraatının tərəfləri və həmin üçüncü şəxs barəsində vahid qərarın qəbul olunmasını şərtləndirdiyi hallarda, həmin şəxs iştirakçı kimi inzibati məhkəmə icraatına mütləq cəlb edilməlidir (zəruri cəlbetmə). İPM-in 55.5-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Məhkəmənin həmin qərardadından şikayət verilə bilməz. Məhkəmə qeyd edir ki, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)- 1336/2014 saylı iş üzrə 7 mart 2014-cü il tarixli qərarı ləğv olunması həmin qərarın icrasına dönüş olunmaqla daşınmaz əmlakın dövlət reyestrində İddiaçı Binə bələdiyyəsinin 121 nömrəli 14 noyabr 2006-cı il tarixli qərarı ilə fərdi yaşayış evinin tikintisi üçün ona ayrılmış 7.722 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydiyyatının ləğvini şərtləndirir. İşdə olan sənədlərdən məlum olur ki, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 7 mart 2014-cü il tarixli qərarı ilə İddiaçınün mülkiyyəti kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış torpaq sahəsinə dair reyestrdən çıxarış alındıqdan sonra 30 iyun 2014cü il tarixli müvafiq alqı-satqı müqaviləsi əsasında həmin torpaq sahəsinin 0,20 ha hissəsi X10 adına 18 iyul 2014-cü il tarixdə qeydiyyata alınmışdır. Sözügedən 30 iyun 2014-cü il tarixli müqavilə və onun əsasında aparılmış 18 iyul 2014-cü il tarixli qeydiyyat qüvvədədir. 0,20 ha torpaq sahəsi ilə bağlı adına qeydiyyat aparılmış X20 hazırkı iş üzrə ilkin icraata (iş üzrə icraata xitam verilənədək) cəlb olunmamışdır. Qərardadla hüquqları və qanunla qorunan maraqları əhəmiyyətli dərəcədə pozulsa da, X10 cəlbi və məhkəmə aktı ləğv olunmaqla icraatın təzələnməsi İPM-də nəzərdə tutulduğu kimi həmin aktın yekun məhkəmə qərarı kimi çıxş etdiyi halda mümkün ola bilərdi. Lakin məlumdur ki, iş üzrə qərar qəbul edilmiş qərar üçüncü şəxslə cəlb olunmaqla ləğv edilmiş və icraat təzələnmiş və bundan sonra İPM-in 55-ci maddəsi rəhbər tutularaq sonradan iş üzrə icraata xitam verilməsi barədə qərardad qəbul olunmuşdur. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanlara əsasən bu qənaətə gəlir ki, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə qarşı «iddiaçının torpaq sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsi» tələbinə dair iddiası üzrə 7 mart 2014-cü il tarixli (2-1 (82)-1336/2014 saylı) məhkəmə qərarı ləğv olunduğundan və icraat təzələndikdən sonra iddianın geri götürülmüş sayılması və iş ürzə icraata xitam verilməsi barədə qərardad çıxarıldığından, müvafiq məhkəmə aktı ləğv olunmaqla X20 icraata üçüncü şəxs qismində cəlb oluna bilməz. İPM-in 28.4-cü maddsinə əsasən inzibati məhkəmə icraatına cəlbetmə barədə məhkəmə qərardadından şikayət verilə bilməz. Beləliklə, məhkəmə Kollegiyası nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri mübahisələndirilən qərardadın ləğvi və ya dəyişdirilməsi üçün əsas təşkil etmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə əsasən: Maddə 81.1. İnzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və ya qərardadlardan, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, şikayət verilə bilər.Şikayətə apellyasiya qaydasında apellyasiya instansiyası inzibati kollegiyaları (bundan sonra - apellyasiya instansiyası məhkəmələri) tərəfindən baxılır. Maddə 81.3. Bu fəsildə başqa qaydanın müəyyən edilmədiyi hallarda, şikayət üzrə inzibati məhkəmə icraatında birinci instansiya məhkəməsində icraatla bağlı bu Məcəllədə nəzərdə tutulmuş müvafiq prosessual qaydalar, o cümlədən iddia ərizəsinin formasına və məzmununa dair tələblər və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiyası məhkəməsində icraatla bağlı müvafiq müddəaları tətbiq olunur. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(82)-13/2017 saylı, xx.xx.2023cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(82)-13/2017 saylı, xx.xx.2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar