Məhkəmə qərarları › İş №2-1(103)-1225/2020

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1225/2020

03.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1225/2020 03.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Nuriyeva Afaq Bayram qızı (sədrlik edən və məruzəçi), Ağayev Valeh Məmməd oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, X4 oğlunun katibliyi ilə, Tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X5 Nazirliyi yanında Dövlət X9 X1rşı pensiyanın yenidən hesablanması tələbinə dair inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2-1(112)-533/2020 saylı qərarından cavabdehin nümayəndəsi və vəkili C.Əhmədov tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası, müəyyən etdi: Bakı İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2-1(112)-533/2020 saylı qərarı ilə iddia tələbinin təmin edilərək, iddiaçıya 50 yaşdan, yəni xx.xx.2001-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi, təyin edilmiş pensiya məbləğinin pensiya hüququ yarandığı zaman qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunun 17-ci maddəsinin 5-ci bəndinə əsasən hesablanması və pensiya hüququnun yarandığı xx.xx.2001-ci il tarixdən yaranmış fərqin hesablanaraq, ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi qərara alınmışdır (hakim N.Abiyev). Həmin qərardan narazı qalan cavabdehin nümayəndəsi və vəkili C.Əhmədov tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X5 Nazirliyi yanında Dövlət X8 Sumqayıt şəhər şöbəsinə qarşı “pensiyanın yenidən hesablanması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona 50 yaşdan, yəni xx.xx.2001-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi, təyin edilmiş pensiya məbləğinin pensiya hüququ yarandığı zaman qüvvədə olan “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 17-ci maddəsinin 5-ci bəndinə əsasən əmək haqqı ilə hesablanması və pensiya hüququnun yaranan xx.xx.2001-ci il tarixdən hal-hazırki tarixədək yaranmış fərqin hesablanaraq, birdəfəlik ödənilməsi barədə cavabdehin üzərinə öhdəlik qoyulması barədə qərarın çıxarılmasını xahiş etmişdir. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərardadı ilə iş üzrə cavabdeh Azərbaycan Respublikası Əmək və X5 Nazirliyi yanında Dövlət X8 Sumqayıt şəhər şöbəsinin əsl cavabdeh Azərbaycan Respublikası Əmək və X5 Nazirliyi yanında Dövlət X8 X6 idarəsi ilə əvəz edilməsi qərara alınmış və məhkəmənin həmin tarixli qərardadı ilə hazırki inzibati iş baxılması üçün 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə göndərilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1951-ci ildə doğulmuşdur. DSMF Sumqayıt şəhər şöbəsi tərəfindən ona xx.xx.2005-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Halbuki ona pensiya hüququ yarandığı vaxtdan, yəni 50 yaşından təyin edilməli idi. Əmək kitabçasından və inzibati orqanın xx.xx.2019-cu il tarixi məktubundan da göründüyü kimi o, xx.xx.1997-ci il tarixədək Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş 1 nömrəli siyahısı üzrə 10 il güzəştli və azı 20 il iş stajına malik olmuşdur, sadəcə həmin vaxt 50 yaşının olmaması səbəbindən pensiya hüququ olmamışdır. İş üzrə Bakı İnzibati Məhkəməsi yuxarıda göstərilən qərarı qəbul etmişdir. Apellyasiya şikayətinin dəlilləri və işdə iştirak edən şəxslərin izahatları: Məhkəmə kollegiyasının ilkin iclasında çıxış etmiş cavabdehin nümayəndəsi və vəkili-X7 bildirmişdir ki, iddiaçı xx.xx.2005-ci il tarixli ərizə ilə ona pensiya təyin edilməsi üçün müvafiq orqana müraciət etmişdir. DSMF-nun Sumqayıt şəhər Şöbəsi tərəfindən həmin dövrdə qüvvədə olan “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 98-ci maddəsinin tələblərinə uyğun olaraq pensiya təyin edilmişdir. “Əmək pensiyaları haqqında” Qanun isə x xxxxxx 2006-cı ildə qüvvəyə minmişdir. Bu səbəbdən də hazırki iddia tələbi üzrə iddiaçı tərəfindən ərizə ilə müraciət edilən tarixdə qüvvədə olmayan qanuna istinad edilə bilməz. Nümayəndə və vəkil apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi, iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının ilkin iclasında izahat vermiş İddiaçı apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək, onun təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirmədən saxnılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı və cavabdeh Azərbaycan Respublikası Əmək və X5 Nazirliyi yanında Dövlət X9 X6 İdarəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də, onların nümayəndələri məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan şəxslərin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq qərarın qəbul edilməsini mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.7-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini dinləyərək, iş materiallarını araşdıraraq, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, apellyasiya şikayətinin təmin edilməməsi nəticəsinə gəlir. İş materiallarında olan: - iddiaçıya məxsus AA seriyalı ******* №li şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, İddiaçı xx.xx.1951-ci ildə doğulmuşdur. Notarial qaydada təsdiq edilmiş ******* №li Əmək kitabçasında qeyd olunmuş məlumatlara əsasən İddiaçı xx.xx.1969-cu ildə verdiyi ərizəsi ilə sovxoza sıravi fəhlə qəbul edilmişdir. xx.xx.1970-ci ildən xx.xx.1972-ci ilədək hərbi xidmətdə olmuşdur. xx.xx.1974-cü ildə verdiyi ərizəsinə əsasən fəhləlikdən azad edilmişdir. xx.xx.1975-ci ildə M.Əzizbəyov adına “Kimyasənaye” X2 xlorid istehsalı sexinə 4-cü dərəcəli növbətçi elektrik montyoru qəbul edilmişdir. xx.xx.1975-ci ildə həmin sexdə daş kömürün doğranması və qurudulması aparatçısı keçirilmişdir. xx.xx.1975-ci ildə tarif dəyişkənliyi ilə əlaqədar olaraq alüminium xlorid istehsalı sexinə 3-cü dərəcəli qazgenerator aparatçısı keçirilmişdir. xx.xx.1976-cı ildə həmin sexdə 3-cü dərəcəli xlorlaşdırma apartaçısı keçirilmişdir. xx.xx.1976-cı ildə 3-cü dərəcəli xlorlaşdırma apartçısına 4-cü dərəcə verilmişdir. xx.xx.1984-cü ildə 4-cü dərəcəli xlorlaşdırma aparatçısına 5-ci dərəcə verilmişdir. xx.xx.1983-cü ildə həmin sexdə 5-ci dərəcəli təmirçi-çilingər keçirilmişdir.xx.xx.1985-ci ildə kadrlar şöbəsinə şöbə rəisi vəzifəsini icra edən keçirilmişdir. xx.xx.1985-ci ildə şöbə rəisi vəzifəsinə təsdiq edilmişdir. xx.xx.1987-ci ildə Maddi-texniki təchizat şöbəsinə 1-ci kateqoriyalı mühəndis keçirilmişdir. xx.xx.1989-cu ildə hüquq şöbəsinə hüquq məsləhətçisi keçirilmişdir. xx.xx.1998-ci ildə həmin şöbədə 1-ci dərəcəli hüquq məsləhətçisi keçirilmişdir. xx.xx.2004-cü ildə həmin şöbədə hüquq məsləhətçisi keçirilmişdir. xx.xx.2007-ci ildə həmin şöbədə aparıcı hüquq məsləhətçisi keçirilmişdir. xx.xx.2010-cu ildə rəhbərlik yanında aparata hüquq məsləhətçisi keçirilmişdir. xx.xx.2012-ci ildə bağlanmış əmək müqaviləsi ləğv edilmişdir. xx.xx.2017-ci ildə “xxxxxxxxxx” MMC-yə əmək müqaviləsi əsasında hüquq məsləhətçisi vəzifəsinə qəbul edilmişdir və xx.xx.2019-cu ildə işdən azad edilmişdir. Azərbaycan Respublikası Əmək və X5 Nazirliyi yanında Dövlət X9 tərəfindən xx.xx.2019-cu il tarixli, **********2 №li məktubla məhkəməyə təqdim olunmuş pensiyaçı- İddiaçı Fondun mərkəzi arxivində saxlanılan sənədlərinin təsdiq olunmuş surətlərindən müəyyən olunur ki, İddiaçı xx.xx.2005-ci il tarixdə pensiya təyin olunması barədə ərizə ilə DSMF-nin Sumqayıt şəhər şöbəsinə müraciət etmiş və şöbənin xx.xx.2006-cı il tarixli 247 №li qərarı ilə ona xx.xx.2005-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə ömürlük pensiya təyin olunmuşdur. Hazırda iddiaçı 50 yaşının tamam olduğu xx.xx.2001-ci il tarixdən ona yaşa görə pensiya təyin edilməsini istəyir. İş materiallarından görünür ki, iddiaçı bununla bağlı cavabdehə (DSMF Sumqayıt şəhər şöbəsinə) ərizə ilə müraciət etmişdir. Cavabdeh (DSMF Sumqayıt şəhər şöbəsi) xx.xx.2019-cu il tarixli, **********0 №-li məktubla imtina etmişdir. Cavabdeh imtinanı məhkəməyə ünvanladığı iddiaya dair etirazda göstərdiyi eyni dəlillərlə əsaslandırmışdır. Aşağıda qeyd olunan əsaslara görə birinci instansiya məhkəməsi cavabdeh inzibati orqanın imtinasını əsassız hesab etmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın (xx.xx.2017-ci il tarixədək qüvvədə olan redaksiyada) 2.1.8-ci bəndinə əsasən Qanunun 9.8-ci maddəsinə əsasən Qanunun qüvvəyə mindiyi günədək 9-cu maddədə göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. xx xxxxxx 2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin xx xxxxxx 1997-ci il tarixədək qüvvədə olmuş 13-cü maddəsinin “a” bəndinə əsasən yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçiləristehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə kişilər - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdir. Həmin Qanunun 17-ci maddəsinin 5-ci bəndində göstərilmişdir ki, həmin maddə üzrə yaşa görə hesablanmış pensiyanın məbləği tələb olunan iş stajından artıq hər tam ilə görə minimum pensiyanın üzərinə hesablanmış əlavə istisna olmaqla, orta əmək haqqının 85 faizindən, 13-cü maddənin “a” bəndində nəzərdə tutulan işçilərin pensiyası orta aylıq əmək haqqının 100 faizindən, “b” bəndində nəzərdə tutulan işçilərin pensiyası isə orta aylıq əmək haqqının 90 faizindən artıq ola bilməz. Göründüyü kimi, kişilər 50 yaşdan əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun yaranması üçün 3 şərtə birlikdə əməl olunmalıdır: 1) 1 nömrəli Siyahıda nəzərdə tutulan peşələrdə işləməli; 2) 1 nömrəli Siyahıda nəzərdə tutulan peşələrdə iş stajı minimum 10 il, ümumi iş stajı minimum 20 il olmalı; 3) 10 il xüsusi və 20 il ümumi iş stajı xx.xx.1997-cı il tarixədək mövcud olmalıdır. Hüquq münasibətlərinin yarandığı dövrdə qüvvədə olmuş xx.xx.1992-ci il tarixli “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunun 67-ci maddəsinin 1-ci bəndinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmin Qanunun 67-ci maddəsinin 3-cü bəndinin “v” yarımbəndinə əsasən iş stajına bunlardan başqa hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidentin mühafizə orqanlarında xidmət müddəti də daxil edilir. Göründüyü kimi, iddiaçının hərbi xidmət dövrü də nəzərə alınmaqla xx.xx.1997-ci il tarixədək 28 (iyirmi səkkiz) il 10 (on) gün ümumi iş stajının mövcud olması iş materialları ilə öz təsdiqini tapmışdır. Bundan əlavə, Azərbaycan Respublikası Əmək və X5 Nazirliyi yanında Dövlət X9 tərəfindən xx.xx.2019-cu il tarixli **********2 №li məktubla məhkəməyə təqdim olunmuş pensiyaçı-İddiaçı Fondun mərkəzi arxivində saxlanılan sənədlərinə əlavə olunmuş X10 Maddələr zavodu tərəfindən verilmiş 05/263 №li xx xxxxxx 2005-ci il tarixli güzəştli iş stajına dair arayışa və DSMF-nun xx.xx.2006-cı il tarixli yoxlama aktına əsasən iddiaçının xx.xx.1975-ci ildən xx.xx.1985-ci ilədək (10 il 4 ay 25 gün) olan dövrlərdə işlədiyi vəzifələr (aliminium xlorid istehsalı sexində növbətçi elektrik montyoru, həmin sexdə daş kömürün doğranması və qurudulması aparatçısı, alüminium xlorid istehsalı sexində qazagenerator aparatçısı, həmin sexdə xlorlaşdırma aparatçısı, həmin sexdə təmirçi-çilingər) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərinin” 1 nömrəli siyasıhında-Vİİİ Kimya sənayesi (kod 10800000) fəslinin, 1080A00 kodu ilə nəzərdə tutulmuşdur. Bundan əlavə, xx.xx.1951-ci il təvəllüdlü iddiaçının 50 yaşı xx.xx.2001-ci il tarixdə tamam olur. İş materiallarından görünür ki, cavabdeh inzibati orqan iddiaya dair imtina məktubunda bildirmişdir ki, iddiaçı pensiya üçün xx.xx.2005-ci ildə müraciət etdiyi üçün ona həmin tarixdən pensiya təyin olunmuşdur. Azərbaycan Respublikası “Əmək pensiyaları haqqında” Qanununun (xx xxxx 2017-ci ilədək olan redaksiyası) 31.1-ci maddəsinə görə əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən heç bir müddət məhdudiyyəti olmadan istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Həmin Qanunun 37.7-ci maddəsinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği müddətindən asılı olmayaraq ödənilir. Həmçinin birinci instansiya məhkəməsi qeyd etmişdir ki, hazırkı qərar əsasında hesablanmalı olan məbləğ iddiaçıya ödənilməlidir və bu zaman həmin ödənişin hissəhissə aparılması mümkünlüyü yalnız tərəflərin qarşılıqlı razılığı və ya məhkəmənin müvafiq qərarına əsasən müəyyən edilə və həyata keçirilə bilər. Odur ki, məhkəmə ödənilməmiş fərqin birdəfəlik ödənilməli olmasının xüsusi göstərilməsini məqsədəuyğun hesab etməmişdir. Beləliklə, məhkəmə araşdırması ilə məlum olmuşdur ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu ilə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmamış, cavabdehin imtinası qanunauyğun olmamış və iddiaçının qanunla qorunan hüquqlarını pozmuşdur (AR İPM 73.1), imtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır (“İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsi). Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır, apelyasiya şikayətində göstərilən dəlilləri qəbul etmir. İşdə olan pensiya işində olan təsdiq edilmiş sənədlərin surətlərindən görünür ki,iddiaçı pensiyanın təyin edilməsi üçün xx.xx.2005-ci il tarixdə, onun 54 yaşı tamam olqudan sonra müraciət edib. AR DSMF-nun Sumqayıt şəhər pensiya və pensiyalara əlavə olunan müavinət təyin edən komissiyasının xx.xx.2006-cı il tarixli, 247 saylı qərarından görünür ki, İddiaçı “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasl Qanununun 13”a” maddəsinə əsasən yaşa görə 1 nömrəli siyahı üzrə xx.xx.2005-ci il tarixdən pensiya təyin edilmişdir. xx xxxxxx 2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 98-ci maddəsinə əsasən yaşa və əlilliyə görə, pensiya yaşının çatdığı və ya əlilliyin müəyyən olunduğu qündən ən geci 3 ay müddətində pensiya üçün müraciət edildikdə pensiya yaşının çatdığı gündən və ya müvafiq surətdə həkim əmək ekspert komissiyası tərəfindən əlilliyin müəyyən olunduğu gündən təyin edilir. Göründüyü kimi, qeyd edilən maddənin müddəası yaşa görə pensiya yaşının çatdığı gündən pensiyanın təyin edilməsini nəzərdə tutur. İddiaçının pensiya yaşı çatdığı gün xx.xx.2001-ci ildir və birinci instansiya məhkəməsi həmin tarixdən ona güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi vəzifəsini cavabdehin üzərinə həvalə edərək haqlı olmuşdur. Məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi iddianı təmin edərək düzgün nəticəyə gəlmişdir, ona görə də apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İPM-nin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.2, 69, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, qərara aldı: Cavabdehin nümayəndəsi və vəkili C.Əhmədov tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2-1(112)-533/2020 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Afaq Nuriyeva Hakimlər: Valeh Ağayev Aida Hüseyn

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar