Məhkəmə qərarları › İş №2-1(103)-1225/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1225/2021

07.07.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1225/2021 07.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər: Nuriyeva Afaq Bayram qızı (sədrlik edən və məruzəçi), Bəktaşi Səadət İnayət qızı və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, Həsənova Səriyyə Hüseyn qızının katibliyi ilə, İddiaçının vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı çıxarışın verilməsi tələbi barədə inzibati mübahisəyə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 10.11.2020-ci il tarixli, 2-1(112)-5435/2020 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası, müəyyən etdi: Bakı İnzibati Məhkəməsinin 10.11.2020-ci il tarixli, 2-1(112)-5435/2020 saylı qərarı ilə iddia tələbi təmin edilərək, iddiaçının “Toxucu” RYB tərəfindən ona ayrılmış Bakı şəhəri, Zirə qəsəbəsindəki 38 saylı bağın yerləşdiyi 0,0531 ha ölçüdə torpaq sahəsinə mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması qərara alınmışdır (hakim R.Kərimli). Həmin qərardan narazı qalan cavabdeh tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə iddiaçının torpaq sahəsinə mülkiyyət hüququı qeydiyyata alınmaqla reyestrdən çıxarışın verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, “Toxucu” X5 Ümumi yığıncağının 30 may 1989-cu il tarixli qərarı (4 №-li protokol) ilə bağ evi və təsərrüfat tikililəri tikmək üçün ona ayrılmış Bakı şəhəri, Xəzər (əvvəlki Əzizbəyov) rayonu, Zirə qəsəbəsində yerləşən 531 kv.m ölçüdə (21 m x 25.3 m) olan 38 saylı bağ torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşmmaz əmakın dövlət reyestrində qeydə alınmasını xahiş etmiş və bütün zəruri sənədləri təqdim etmişdir. Sözügedən bağ torpaq sahəsi 1989- cu ildən etibarən hazırkı dövrədək iddiaçının faktiki istifadəsindədir, həmin torpağın üzərində bağ evi inşa edilmişdir. Cavabdeh məsələnin həllindən 20 oktyabr 2019-cu il tarixli məktubla imtina etmişdir. Məktubda bildirilmişdir ki, arxiv məlumatlarına əsasən İddiaçı adına 8 saylı bağ mövcuddur, lakin həmin bağ sahəsi digər fiziki şəxsin adına qeydiyyata alınmışdır, təqdim edilmiş sənədlər toplusunda qeyd olunan 38 saylı bağ sahəsi isə arxiv siyahısında digər şəxsin adma qeyd olunmuşdur və daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Göstərilən sahənin bir hissəsi digər şəxsin müraciəti ilə üst-üstə düşdüyündən notarial qaydada təsdiq edilmiş bölgü sxeminin təqdim olunması məqsədəuyğundur. Cavabdeh DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinin imtina məktubunda qeyd edilənlərin qeyri-müəyyən olması səbəbindən Bakı şəhəri “Mərkəz” Vəkil Bürosu tərəfindən cavabdehə vəkil sorğusu ünvanlanaraq, mübahisəli Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsində yerləşən 0,0531 ha ölçüdə 38 saylı bağ torpaq sahəsi üzərində hər hansı şəxsin mülkiyyət hüququnun qeydə alınıb-alınmamasın aydınlaşdırılması tələb olunmuşdur. Sorğuya cavab olaraq əvvəlkindən fərqli məzmunda qeyd olunmuşdur ki, mübahisəli “Toxucu” BYB nəzdində Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsində yerləşən 0,0531 ha ölçüdə olan 38 saylı bağ torpaq sahəsinin daşınmaz əmlakın dövət reyestrində qeydə alınmasına dair məlumat aşkar olunmamşdır. Arxiv qovluğunda mövcud olan “Toxucu” BYB-nın 30 may 1989-cu il tarixli, 4 nömrəli protokoluna əlavə edilmiş Zirə qəsəbəsində bağ torpaq sahəsi ayrılmış üzvlərin siyahısında İddiaçı adına 8 nömrəli bağ sahəsi, 38 nömrəli bağ sahəsi isə digər şəxsin (X1) adına göstərilmişdir. Cavabdehin iki cavab məktubu fərqli olduğundan, həmçinin imtinanın əsası kimi göstərilən hallar mülkiyyət hüququndan imtina üçün qanuni əsas vermədiyindən, iddiaçı 10 mart 2020-ci il tarixli ərizə və əlavə olunmuş mübahisəli torpaq sahəsinə aid bütöv sənədlərlə birlikdə cavabdehə yenidən müraciət edərək, imtinanın qanunsuz və əsassız olduğunu, onun (iddiaçının) adına Zirə qəsəbəsində qeyd olunan ünvanda və ölçüdə 38 saylı bağ sahəsinin verilməsinə dair “Toxucu” BYB-nin Ümumi yığıncağının 30 may 1989-cu il tarixli qərarının (4 nömrəli protokoldan çıxarış) olduğunu, iddiaçının “Toxucu” BYB-nin üzvlüyünü təsdiq edən “Bağçının üzvlük kitabçasf’nm olduğunu bildirərək, torpaq sahəsi üzərində hüququnun qeydiyyatını tələb etmişdir. Cavabdehin iddiaçının etibarnaməli nümayəndəsinə ünvanladığı 21 may 2020-ci il tarixl məktubunda qeyd olunmuşdur ki, Bakı şəhəri, Xəzər rayonu, Zirə bağ massivi ünvanında yerləşən 38 saylı bağ sahəsi üzərində hüququn qeydiyyata alınması ilə bağlı iddiaçıya 30 oktyabr 2019-cu il tarixli məktubla cavab verilmiş və həmin cavab məktubunda qeyd olunan iradlar aradan qaldırılmamışdır. Cavabdeh orqanın 21 may 2020-ci il tarixli cavab məktubu Bakıda tətbiq olunan xüsusi karantin rejimi ilə əlaqədar olaraq 19 iyun 2020-ci il tarixdə iddiaçının etibarnaməli nümayəndəsinə imza etdirilməldə təqdim edilmişdir. Cavabdehin iddiaçının 1989-cu ildən faktiki və qanuni istifadəsində olan mübahisəli Bakı şəhəri, Zirə bağ massivi ünvanında yerləşən 38 saylı bağ sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyatından imtinası qanunsuz və əsassızdır, iddiaçının hüququ cavabdeh tərəfindən pozulduğundan aşağıdakı hüquqi əsaslara və sübutlara əsasən iddia tələbi təmin edilməli, iddiaçının bağ torpaq sahəsi üzərində mülkiyyət hüququ qeydiyyata alınmaqla dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmalıdır. Bakı ŞİH Aparatının İdarə arxivinin 8 noyabr 2005-ci il tarixli 36/1125 nömrəli arxiv arayışında qeyd olunur ki, Bakı Şəhər XDS İK-nın arxiv sənədlərindəki 7 avqust 1987-ci il tarixli 17/310 nömrəli “Kollektiv bağ sahələrinin proyektləşdirilməsi üçün torpaq sahələrinin ayrılması barədə” qərarına əsasən Bakı şəhəri, Zirə qəsəbəsində yoldaşlıq bağçılığı yaratmaq üçün Toxuculuq fabrikinə torpaq sahələri ayrılsın. “Toxucu” BYB-nin yığıncağının 4 nömrəli protokolundan çıxarışdan görünür ki, “Toxucu” BYB-nin 84 nəfər üzvünün iştirakı ilə keçirilən 30 may 1989-cu il tarixi yığıncağın qərarı ilə 1-dən 84-dək püşkatma yolu ilə 0,0531 ha ölçüdə bağ torpaq sahəsinin sahiblərinin siyahısı protokola əlavə olunur və 38 nömrəli bağ sahəsi hazırkı iddiaçıya (İddiaçı) ayrılmışdır. “Toxucu” BYB-nin 12 iyul 2005-ci il tarixli 19 nömrəli arayışında qeyd olunur ki, Bakı şəhəri XDS İK-nin qərarını əsas tutaraq № 17/310 7 avqust 1987-ci il tarixdən Bakı şəhəri, Əzizbəyov rayonu, Zirə qəsəbəsinin ərazisində “Toxucu” BYB-yə bağ sahəsi ayrılmışdır. “Toxucu” BYB-nin protokol № 4, 30 may 1989-cu il tarixli qərarını əsas tutaraq gələcəkdə istifadə etmək üçün İddiaçı ayrılan bağ torpaq sahəsi № 38, 5,31 sot, 21 x 25,3 kv.m, bağ evi və təsərrüfat tikintiləri üçündür. “Toxucu” BYB-nin 19 noyabr 2005-ci il tarixli 09 №-li arayışında qeyd olunur ki, iddiaçının müraciəti ilə bağlı arxiv məlumatlarına əsasən müəyyən edilir ki, Bakı Şəhər XDS İK-nın “Bakı şəhəri Zirə qəsəbəsində kollektiv bağçılığın proyektləşməsi üçün torpaq sahələrinin ayrılmasına dair” 7 avqust 1987-ci il tarixli 17/310 №-li qərarına əsasən “Toxucu” BYB-nin yığıncağının 30 may 1989-cu il tarixli Qərarı ilə (4 №-li protokol) İddiaçı bağ evi və təsərrüfat tikintiləri tikmək üçün Bakı şəhəri, Zirə qəsəbəsində yerləşən 5,31 sot (21 m x 25.3 m) ölçüdə 38 №-li bağ torpaq sahəsi ayrılmışdır. “Bağçının üzvlük kitabçası’nın əslindən görünür ki, İddiaçı (Lyuba kimi qeyd olunubdur) Vladimirovna “Toxucu” BYB-nin Bağçılıq cəmiyyətinə üzv qəbul edilmişdir və ona üzvlük kitabçası verilmişdir. İddiaçı 1989-cu ildən onun qanuni və faktiki istifadəsində olan, üzərində bağ evi inşa edilmiş Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsində yerləşən 0,0531 ha (21 m x 25.3 m) ölçüdə olan 38 saylı bağ torpaq sahəsi üzərində mülkiyyət hüququ qeydiyyata alınmaqla dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdeh inzibati orqana həvalə edilməsi tələbində haqlıdır. İşin mübahisəsiz halından görünür ki, Bakı Şəhər XDS İK İcraiyyə Komitəsinin “Kollektiv bağların layihələndirilməsi üçün torpaq sahələrinin ayrılması barədə” 07 avqust 1987-ci il tarixli, 17/310 №-li qərarına əsasən kollektiv bağçılığın təşkili və inkişaf etdirilməsi məqsədilə Azərbaycan SSR Yüngül Sənaye Nazirliyinin Toxucu Fabrikinin yoldaşlıq üzvlərinə bağ torpaq sahəsinin ayrılması və s. qərara alınmışdır. Bakı Şəhər XDS İK-nin həmin qərarı əsasında “Toxucu” BYB-yə ayrılmış torpaq sahələrindən Birliyin üzvlərinə bağ evlərinin və təsərrüfat tikililərinin tikilməsi üçün 30 may 1989-cu il tarixdə keçirilmiş “Toxucu” BYB Yığıncağının qərarına (4 №-li protokoldan çıxarış) əsasən Birliyin üzvü kimi iddiaçıya Bakı şəhəri, Zirə qəsəbəsində yerləşən 5,31 sot (21 m x 25.3 m) ölçüdə 38 №-li bağ torpaq sahəsi ayrılmışdır. Elə həmin vaxtdan iddiaçı qeyd olunan 38 nömrəli bağ sahəsində təsərrüfat aparmış, bağ evi tikmişdir və əmlak hazırki dövrə kimi onun sahibliyi və istifadəsindədir. Cavabdeh iddiaçının qeyd olunan 38 nömrəli bağ sahəsinə mülkiyyət hüququnu dövlət qeydiyyatına almaqdan ona görə imtina etmişdir ki, cavabdeh orqanda olan arxiv qovluğunda “Toxucu” BYB-nin Yığıncağının 30 may 1989-cu il tarixli 4 nömrəli protokoluna əlavə edilmiş Zirə qəsəbəsində bağ torpaq sahəsi ayrılmış üzvlərin siyahısında İddiaçı Vladmirovnanın adına 8 nömrəli bağ sahəsi göstərilmişdir. Cavabdeh inzibati orqan bu əsasa görə hüququn qeydiyyatından imtina etməkdə haqlı olmamışdır. Belə ki, bağçılıq birliyinin üzvünə torpaq sahəsinin ayrılmasını təsdiq edən hüquqmüəyənedici sənəd siyahı deyil, “Toxucu” BYB-nin Yığıncağının qərarıdır. Yığıncağın 30 may 1989-cu il tarixli qərarından, həmçinin iddia ərizəsinə əsli əlavə edilmiş “Bağçının üzvlük kitabçası’ndan müəyyən olunur ki, Bakı şəhəri, Zirə qəsəbəsinin ərazisində Bağçılıq Birliyi bağ sahəsi: 5,31 sot, 21 x 25 m. olan 38 №-li bağ sahəsi Bakı Şəhər XDS İK-nın qərarını əsas tutaraq № 17/310, 07 avqust 1987-ci il tarixdə qeydə alınmış qərarına əsasən Lyubov Məliovanın daimi istifadəsinə verilmişdir. Qanunvericilikdə protokola əlavə olunan siyahı hüquqların əmələ gəlməsi üçün əsas hesab olunmur və ümumiyyətlə siyahı barədə qeyd olunmur, bundan başqa siyahıda qeyd olunanlarla kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin yığıncağının iclas protokolunda qeyd olunanlar arasında uyğunsuzuq yarandıqda, sözsüz ki, hüquqların dövlət qeydiyyatı üçün əsas hesab olunan kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış əsas götürülməlidir. Bir məsələ də qeyd olunmalıdır ki, protokol əlavə olunan siyahıda İddiaçı bağ sahəsinin nömrəsi ilə deyil, siyahıda üzvlərin sıra nömrəsində 8-ci sırada qeyd olunmuşdur. Bu nömrə bağ sahəsinn nömrəsi demək deyil, sadəcə üzvlərin sıra nömrəsidir. İş üzrə Bakı İnzibat Məhkəməsi yuxarıda göstərilən qərarı qəbul etmişdir. Apellyasiya şikayətinin dəlilləri və işdə iştirak edən şəxslərin izahatları: İlkin məhkəmə iclasında izhat vermiş cavabdehin nümayəndəsi X4 apellyasiya şikayətini müdafiə edərək, bildirmişdir ki, İddiaçı müvafiq ünvanda yerləşən bağ sahəsinə dair çıxarış almaq məqsədilə 10.03.2020-ci il tarixdə müraciət etmişdir. Aparılmış araşdırmalar nəticəsində və arxiv məlumatlarına əsasən məlum olmuşdur ki, arxiv qovluğunda mövcud olan “Toxucu” X5 yığıncağının 30.05.1989-cu il tarixli 4 nömrəli protokoluna əlavə edilmiş Zirə qəsəbəsində bağ sahəsi ayrılmış üzvlərin siyahısında İddiaçı adına 8 nömrəli bağ sahəsi qeyd edilmişdir. Lakin həmin bağ sahəsi digər fiziki şəxsin (X11) adına qeydiyyata alınmışdır. Belə ki, müvafiq bağ sahəsi “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.7-ci maddəsində qeyd olunan hüquqmüəyyənedici sənədlər əsasında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 oktyabr 2015-ci il tarixli, 319 nömrəli qərarı ilə təsdiq edilmiş “Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün sənədlərin qəbulu, yoxlanılması və verilməsinin prosedur Qaydaları”na 2 nömrəli Əlavə olan “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında” Təlimatın 7-ci bəndinə uyğun olaraq X6 adına daşınmaz əmlakın dövlət reyestrində ilkin hüquqi qeydiyyata alınmışdır. 28.04.2016-cı il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnaməyə əsasən müvafiq bağ sahəsi X2 adına dövlət reyestrində qeydiyyata alınmışdır. 09.06.2016-cı il tarixli Daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında X9 adına dövlət reyestrində qeydiyyata alınmış və hal-hazırda onun mülkiyyətindədir. Bundan əlavə, təqdim edilmiş sənədlərdə qeyd olunan 38 saylı bağ sahəsi isə arxiv siyahısında digər şəxsin (X3) adına qeyd olunmuşdur. Həmçinin, göstərilən sahənin bir hissəsi digər şəxsin müraciəti (39 saylı bağ sahəsi) ilə üst-üstə düşür. Lakin notarial qaydada təsdiq edilmiş bölgü sxemi təqdim edilməmişdir. Göründüyü kimi, birinci instansiya məhkəməsi tərəfindən müvafiq iş dəqiq və düzgün araşdırılmamış, qeyd olunan hallar və qanunvericiliyin tələbləri qanunsuz və əsassız olaraq məhkəmə tərəfindən nəzərə alınmamış, aidiyyəti dövlət qurumları üçüncü şəxs qismində məhkəmə tərəfindən cəlb edilməmiş, müvafiq ünvanda ekspertiza keçirilməmiş və nəticə qanunsuz olaraq iddiaçının iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilmişdir. Müvafiq işin düzgün və ədalətli araşdırılması məqsədilə Bakı Şəhər İcra Hakimiyyəti, Bakı şəhəri Xəzər Rayon İcra Hakimiyyəti, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti, X3 və X11 məhkəmə tərəfindən müvafiq inzibati iş üzrə üçüncü şəxs qismində tərəf kimi cəlb edilməli və müvafiq ünvanda ekspertiza təyin edilməmişdir. Nümayəndə apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi, iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının vəkili və nümayəndəsi Vəkil apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək, onun təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirmədən saxnılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsə də, onun nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq qərarın qəbul edilməsini mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.7-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və işdə iştirak edən şəxslərin izahatını dinləyərək, iş materiallarını araşdıraraq, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, apellyasiya şikayətinin təmin edilməməsi nəticəsinə gəlir. İşin məhkəmə araşdırılması ilə məlum olur ki, Bakı Şəhər XDS İK-nın “Kollektiv bağların layihələndirilməsi üçün torpaq sahələrinin ayrılması barədə” 7 avqust 1987-ci il tarixli, 17/310 №-li qərarı ilə kollektiv bağçılığın təşkili və inkişaf etdirilməsi məqsədilə Azərbaycan SSR Yüngül Sənaye Nazirliyinin Toxucu Fabrikinin yoldaşlıq üzvlərinə bağ torpaq sahəsinin ayrılması qərara alınmışdır. “Toxucu” BYB yəğıncağının 30 may 1989-cu il tarixdə keçirilmiş iclasının qərarına (4 №-li protokoldan çıxarış) əsasən Birliyin üzvü kimi hazırkı İddiaçı Bakı şəhəri, Zirə qəsəbəsində yerləşən 0,0531 ha (21 m x 25.3 m) ölçüdə 38 nömrəli bağ sahəsi ayrılmışdır. Ona verilmiş bağçılığın üzvlük biletində də həmin 38 nömrəli bağ sahəsinin ayrılması əks olunmuşdur. İddiaçı sözügedən bağ sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmi, lakin cavabdeh məsələnin həllindən imtina etmişdir. İmtina onunla əsaslandırılır ki, arxiv sənədlərinə əsasən iddiaçının adına 8 saylı bağ sahəsinin ayrılması müəyyən edilmişdir və həmin ərazidəki 38 nömrəlii bağla bağlı digər şəxsin ərizəsi İdarəyə daxil olmuşdur. İddiaçı hazırda cavabdehin imtinasını mübahisələndirir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» AR Qanununun 8-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: - (8.0.7) 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış. Həmin Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. «Torpaq islahatı haqqında» AR Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 10-cu maddəsinə görə həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Həmin maddənin dördüncü hissəsinə görə fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanmış sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Azərbaycan Respublikası Prezidentinin 4 may 2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə»yə (3.0.2-ci bənd) görə hüquqların dövlət qeydiyyatı haqqında ərizəni və ərizəyə əlavə olunan sənədləri qəbul etmək, (3.0.3-cü bənd) təqdim edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunu yoxlamaq, (3.0.4-cü bənd) bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmadığını müəyyən etmək, (3.0.5-ci bənd) hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatının dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlər yazmaq və dövlət reyestrinə müvafiq məlumatlar daxil etmək, (3.0.7-ci bənd) hüquqların dövlət qeydiyyatını dayandırmaq və ya dövlət qeydiyyatına alınmasından imtina etmək, (3.0.11-ci bənd) hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarış vermək Xidmətin vəzifələri sırasına daxildir. Göründüyü kimi, mövcud qanunvericilik («Daşınmaz əmlakın dövlət reyestri haqqında» ARı Qanununun 8-ci maddəsi) daşınmaz əmlaka hüquqların müvafiq reyestrdə qeydiyyatına əsasların dairəsini konkret müəyyən edir və 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış bu əsaslardan biri kimi nəzərdə tutulmuşdur. İş materiallarına əlavə edilmiş “Toxucu” BYB-yə Bakı şəhəri, Zirə qəsəbəsində ərazisində ayrılmış bağ sahələri sahiblərinin siyahısında hazırkı İddiaçı adının qarşısında “8” rəqəminin yazılması birmənalı şəkildə ona məhz həmin nömrəli bağ sahəsinin ayrılmasını əks etdirən göstərici kimi qiymətləndirilə bilməz. Bu məsələ üzrə birinci instansiya məhkəmə cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin mövqeyi ilə razılaşmamış. Həmçinin, məhkəmə nəzərə almışdır ki, iddiaçının ona Zirə qəsəbəsindəki 38 saylı bağ sahəsinin ayrılması barədə təqdim etdiyi protokoldan çıxarış və üzvlük bileti, həmin sənədlərdəki məlumatların həqiqətə uyğun olmadığı sübuta yetirilmədiyindən, mötəbər sübut kimi qiymətləndirilməlidir. Belə olan halda İddiaçı Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsində yerləşən ümumi sahəsi 531 kv.m torpaq sahəsi olan 38 saylı bağ sahəsinin qanuni istifadəçisi kimi «Torpaq islahatı haqqında» AR Qanununun 9-cu maddəsinə əsasən həmin bağın yerləşdiyi 531 kv.m torpaq sahəsinə mülkiyyət hüququ əldə etmişdir. Torpaq sahəsinin onun qanuni istifadəsinə verilməsi isə, BYB-nin üzvlük bileti və 30 may 1989-cu il tarixli iclas protokolundan çıxarışla təsdiq olunur. Cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin imtina üçün gətirdiyi digər dəlillə bağlı isə birinci instansiya məhkəməsi qeyd etmişdir ki, müvafiq torpaq shaəsi ilə bağlı hər hansı şəxsin qeydiyyat orqanına ərizə verməsi (nə qədər ki, həmin şəxsin hüququ qeydiyyata alınmamışdır) iddiaçının həmin bağ sahəsinə hüquqlarının qeydiyyatından imtina və ya qeydiyyatın dayandırılmasına əsas kimi çıxış edə bilməz. Bu səbəbdən cavabdehin imtina üçün dəlili əsaslı deyil. Odur ki, məhkəmənin qənaətinə görə iddiaçının Bakı şəhəri, Zirə qəsəbəsindəki 38 saylı bağın yerləşdiyi 0,0531 ha ölçüdə torpaq sahəsinə mülkiyyət hüququnun qeydiyyata alınmasından cavabdeh tərəfindən imtina olunması qanuna ziddir və həmin imtina iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Məhkəmə kollegiyası apelyasiya şikayətində göstərilən dəlilləri qəbul etmir və belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi iddianı təmin edərək düzgün nəticəyə gəlmişdir, ona görə də apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İPM-nin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.2, 69, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, qərara aldı: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 10.11.2020-ci il tarixli, 2-1(112)-5435/2020 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Afaq Nuriyeva Hakimlər: Səadət Bəktaşi Aida Hüseyn

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar