Məhkəmə qərarları › İş №2-1(103)-1226/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1226/2022

23.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1226/2022 23.11.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Tanrıverdiyev Anar Vəzir oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, cavabdehin nümayəndəsi X1 və iddiaçının iştirakı ilə, İddiаçı İddiaçı cаvаbdеh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi tələbinə dair” inzibati mübahisəyə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7124/2021 saylı xx.xx.2022-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı cаvаbdеh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı məcburetmə haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, sosial sığorta stajı nərəzə alınmaqla, ona yaşa görə əmək pensiyanın təyin edilməsi barədə öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. (İPM 33.1) İşin faktiki hallarına görə iddiaçı 1978-ci ildən başlayaraq, 2005-ci ilədək əmək müqaviləsi əsasında "Azərelektrterm" İB-də çalışmışdır. 14 oktyabr 2005- ci ildə əmək müqaviləsinə xitam verilməsi ilə işdən azad edilmişdir. Onun ümumi sosila sığorta stajı 25 ildən çoxdur. Ona görə də ona yaşa görə əmək pensiyası təyin edilməsi üçün ərizə ilə cavabdeh quruma müraciət etmişdir. Cavabdeh qurum tərəfindən verilən imtina cavabında göstərilmişdir ki, iddiaçıya əmək pensiyası təyin edilməsi üçün sığorta stajı yetərli deyildir. Verilən cavabda göstərilir ki, o, "Azərelektrterm" İB-də işlədiyi zaman xx.xx.1991-ci il tarixdən xx.xx.1994-cü il tarixədək və 1995-ci il tarixdən 2002-ci il tarixədək öz hesabına ödənişsiz məzuniyyətdə olmuş, ona görə də həmin dövrlərin sığorta stajına əlavə edilməsi mümkün deyildir. Cavabdeh qurumun bu imtinası əsassızdır. Cavabdeh məhkəməyə ünvanladığı iddia ərizəsinə etirazında iddianı qəbul etməmiş, rədd olunmasını məhkəmədən xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, 27 avqust 2021 -ci il tarixində **********2 nömrəli məktubumuza verilmiş 27 avqust 2021-ci il tarixli cavabda İddiaçı 25 avqust 1978-ci il tarixində 320 saylı əmrlə Bakı Neft texnikumunun əyani şöbəsinə qəbul olunduğu 14 may 1981 -ci il tarixində “Alətlər istehsalı” ixtisası üzrə tam kursu bitirdiyinə görə ona “texnikitexnoloq” ixtisas dərəcəsi və BT №041598 diplom verilmişdir. Qeyd olunan illər iddiaçının sığorta stajının 2 il 8 ay 19 gününü təşkil edir. xx.xx.2021-ci il tarixli **********9 nömrəli məktubumuza "xxxx" ASC tərəfindən 10 avqust 2021-ci il tarixli cavabda qeyd olunmuşdur ki, İddiaçı xx.xx.1981- ci il tarixdən xx.xx.2004-cü il tarixədək qeyd olunan müəssisədə müxtəlif vəzifələrdə işləmişdir. Lakin qeyd olunan müddət aralığında iddiaçı xx.xx.1985-ci il tarixdən xx.xx.1986-cı il tarixədək; xx.xx.1987-ci il tarixdən xx.xx.1988-ci il tarixədək; 24.01,1993-cü il tarixdən xx.xx.1994-cü il tarixdən öz hesabına ödənişsiz məzuniyyətdə olmuşdur. Göründüyü kimi iddiaçının iş yerindən verilən arayışda onun xx.xx.1985-ci il tarixdən xx.xx.1986-cı il tarixədək (5 ay 29 gün); xx.xx.1987-ci il tarixdən xx.xx.1988-ci il tarixədək ( 5 ay 29 gün); xx.xx.1993-cü il tarixdən xx.xx.1994-cü il tarixədək (1 il 11 ay 7 gün) ödənişsiz məzuniyyətdə olduğu qeyd edilmişdir. Həmçinin iddiaçı 1978-ci ildən-2005ci ilədək işlədiyini iddia etsə də verilmiş arayışda onun xx.xx.2004-cü ilədək əmək fəaliyyəti ilə məşğul olduğu qeyd olunmuşdur. İddiaçının təqdim etdiyi əmək kitabçasında əyani təhsil aldığı müddət də daxil olmaqla mübahisəli və mübahisəsiz 26 il sığorta stajı mövcuddur. Qeyd olunan sığorta stajının 2 il 11 ay 5 günü iddiaçının ödənişsiz məzuniyyətdə olduğu dövrləri əhatə edir. Həmin dövrlər iddaçının sığorta stajına daxil edilmədikdə tələb olunan 25 il qarşılığında 23 il 1 ay sığorta stajı mövcud olur. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7124/2021 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə iddia rədd edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayəti İPM-in 85-ci maddəsinin tələblərinə uyğun verilmiş, apellyasiya icraatı mümkündür. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə qərar qəbul edərkən mühüm əhəmiyyətli hallar obyektiv şəkildə araşdırılmamış, mübahisəyə düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, o, 1978-ci ildən 2005-ci ilədək əmək müqaviləsi əsasında "Azərelektrterm" İB-də çalışmışdır. 14 oktyabr 2005- ci ildə əmək müqaviləsinə xitam verilməsi ilə işdən azad edilmişdir. Əmək kitabçası üzrü tam 25 il sığorta stajı var. Cavabdehin məhkəməyə təqdim etdiyi xx.xx.2021-ci il tarixli məktubda onun "Azərelektrterm" İB-də işlədyi dövrdə xx.xx.1985-xx.xx.1986, xx.xx.1987-xx.xx.1988, xx.xx.1993-xx.xx.1994-cü illərdə ödənişsiz məzuniyyətdə olduğu qeyd olunmuşdur. Burada mübahisəli məqam onun ödənişsiz məzuniyətdə olduğu həmin dövrün onun ümumi əmək stajına hesablanıb-hesablanmamasından ibarətdir. Həmin dövr üçün qanunvericilik nəzərdən keçirilməli, müvafiq tələblərinə uyğun tənzimləmə aparılmalıdır İddiaçı həmin dövrdə qüvvədə olan Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67 və 69-cu, “Məzuniyyətlər haqqında“ Qanunun 2-ci, Azərbaycan Respublikasının Əmək Qanunları Məcəlləsinin 185, qüvvədə olan Əmək Məcəlləsinin 138.1-ci maddələrinə istinadən hesab edir ki, iddia tələbi əsassıldır. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin olunmasını, cavabdehin nümayəndəsi T.Əfəndiyev isə iddia ərizəsinə etirazında göstərilənlərə uyğun izahat verərək, birinci instansiya məhkəməsinin qərarını qüvvəsində saxlanılmasını məhkəmədən xahiş etmişdir. ІІ. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, aşağıdakı əsaslara görə iddiaçının apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli və iddia təmin olunmalıdır. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. İddiaçının işə əlavə olunmuş şəxsiyyət vəsiqəsinin (№:0*******, Nizami RPİ) surətinə əsasən müəyyən olunur ki, xx.xx.1959-cu il tarixində doğulmuşdur. Belə olan halda, xx.xx.2019-cu il tarixində 60 yaşı tamam olur. Həmin tarixdə isə Qanunun qeyd olunan 7-ci maddəsində nəzərdə tutulan pensiya yaş həddi qadınlar üçün 61 yaş təşkil edirdi. Onun 61 yaşının tamamında isə pensiya yaş həddi artıq 61 yaş yarım olmuş, bu yaşının tamamında isə yaş həddi 62-yə yüksəlmişdir. 62 yaşı isə xx.xx.2021-ci il tarixində tamamlanmış, həmin tarixdən onun yaşa görə pensiyası hüququ yaranmışdır. İş materiallarına əsasən iddiaçının 62 yaşının tamam olduğu həmin tarixinə qanunvericiliyin tələblərinə müvafiq olaraq, 25 ildən də çox sığorta stajının mövcudluğu müəyyən olunur. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. İddiaçının cavabdeh orqana müraciət etdiyi vaxt qüvvədə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11 dekabr 2017-ci il tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları” nın 3.1-ci bəndinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: 3.1.1. Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; 3.1.2. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. 3.2. 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası; 3.2.2. əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı. Bundan əlavə, hazırda qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel 175 saylı qərarı ilə təsdiq olunmuş Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1.1-ci bəndinə əsasən 2006-cı il yanvarın 1-dək olan dövr üzrə əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən müəyyən edilir. İddiaçının işə əlavə olunmuş, Bakı Neft Texnikumu tərəfindən verilmiş 04.1598 nömrəli xx.xx.1981-ci il tarixli diplomun surətinə (i.v.90) və Bakı Neft-Enrgetika Kollecinin 27 avqust 2021-ci il tarixli 35 N-li arayışına (məktubuna), eləcə də xx.xx.1977-ci il tarixdən doldurulmasına başlanılmış əmək kitabçasının surətinə əsasən aşağıdakı kimi iş stajı müəyyən olunur: -xx.xx.1977-xx.xx.1978: Sünik quşçuluq zavodunda kəsimxana işçisi 11 ay 16 gün; -xx.xx.1978-xx.xx.1981: Bakı Neft Texnikumunda təhsil – 1 il 7 ay 27 gün; -xx.xx.1981 - xx.xx.2004: Bakı Təcrübə Eksperimental zavodunda (zavodun adı xx.xx.1982-ci ildə "xxxx" adına dəyişdirilmiş, xx.xx.2002-ci ildən "xxxx" ASC-yə çevrilmidir) texnik , mühəndis texnik, mühasib –22 il 9 ay 23 gün. Beləliklə də iddiaçının qeyd olunan əmək fəaliyyəti ümumiləşdirildikdə, onun 25 il 5 ay 6 gün ümumi iş stajı toplanır. Lakin "xxxx" ASC-nin işə əlavə olunmuş 10 avqust 2021-ci il tarixli 30 nömrəli arayışında ( məktubunda) cavabdeh Filialın xx.xx.2021-ci il tarixli sorğusuna cavab olaraq aşağıdakılar bildirilmişdir: “İddiaçı "xxxx" ASC-də xx.xx.1981-ci il tarixindən (işə qəbul olunma əmri №425/kş, 05.06.81) müxtəlif vəzifələrdə işləmişdir. xx.xx.2004-cü il tarixindən işdən azad edilmişdir. xx.xx.2002-ci il tarixdən işdən azad olunan tarixədək əmək haqqı hesablanması cədvəllərində onun adı tapılmadı. xx.xx.1985-ci il tarixdən xx.xx.1985-ci il tarixədək, xx.xx.1987-ci il tarixdən xx.xx.1987-ci il tarixədək, xx.xx.1991-ci il tarixdən xx.xx.1993-cü il tarixədək qismən ödənişli məzuniyyətdə olmuşdur. xx.xx.1985-ci il tarixdən xx.xx.1986-cı il tarixədək, xx.xx.1987-ci il tarixdən xx.xx.1988-ci il tarixədək, xx.xx.1993-cü il tarixdən xx.xx.1994-cü il tarixədək öz hesabına ödənişsiz məzuniyyətdə olmuşdur. 1986-1987; 1987-1988; 1992-1993; 19931994; 1994-1995-ci illərin növbəti məzuniyyətləri istisna olmaqla, xx.xx.2002-ci ilə kimi məzuniyyətləri istifadə edilmişdir.” Bundan əlavə, iş materiallarnın 28-ci vərəqində olan "xxxx" ASC-nin 22 mart 2004-cü il tarixd verilmiş 30/k nömrəli əmrində təsbit olunan əmrlərin siyahısından görünür ki, həmin əmrlə həmçinin mühasbat şöbəsinin mühasibi İddiaçı da işdən azad edilmişdir. İşlədiyi müəssisənin qeyd olunan məlumatlarından, habelə, barəsində olan şəxsi kartasından (forma T-2) görünür ki, iddiaçının xx.xx.1981 - xx.xx.2004-cü illərdə ilkin adı Bakı Təcrübə Eksperimental zavodu, sonradan isə "xxxx" adına dəyişdirilən, daha sonra isə "xxxx" ASC-yə çevrilmiş istehsalat sahəsində müxtəliff vəzifələrdə işlədiyi və həmin illərdə onun məzuniyyətlərdən istifadə etdiyi öz təsdiqini tapır. Lakin cavabdehin işə əlavə olunmuş 30 aprel 2021-ci il tarixli imtina məktubundan və iddia ərizəsinə etirazından görünür ki, iddiaçının ümumi sığorta stajının 23 il 1 ay olduğunu qəbul etsə də, onun qismən ödənişli və ödənişsiz məzuniyyət dövrləri üzrə 2 il 11 ay 5 gününü sığorta stajına daxil etməkdən imtina edir. Halbuki, həmin vaxt qüvvədə olan Əmək Qanunları Məcəlləsinin 70-ci maddəsi nəzərədə tuturdu ki, məzuniyyət hüququ verən iş stajına aşağıdakılar daxil edilir: 1) İşə əslində sərf olunan vaxt; 2) İşçinin əslində işləmədiyi, lakin iş yeriin 9vəzifəsini) və əmk haqqnının tamamilə və ya qismən onun üçün saxlandığı vaxt (o cümlədən işdən düzgün çıxarılmadıqda, yaxud başqa işə keçirilmədikdə və sonra işə bərpa edildikdə, haqqı ödənilmiş, çarəsizlikdən işə çıxmamamq vaxtı); 3) İşçinin əslində işləmədiyi, lakin iş yerini (vəzifəsini) saxladığı v dövlət ictimai sığortası üzrə müavinət aldığı vaxt:uşaq bir yaşına çatanadək ona qulluq etmək üçün verilən qismən ödənilən məzuniyyət istisna olmaqla; 4) Qanunvericilikdə nəzərədə tutulmuş başqa vaxtlar. Həmin Məcələnin 74-cü maddəsi nəzərədə tuturdu ki, ailə vəziyyətinə və digər üzrlü səbəblərə görə işçiyə onun ərizəsi üzrə, müəssisənin, idarənin, təşkilatın, rəhbərinin, yaxud istehsalat vahidi rəhbərinin icazəsi ilə əmək haqqı saxlanılmadan qısamüddətli sməzuniyət verilə bilər. Lazımi hallarda tərəflərin razılığı ilə bu məzuniyyətin əvəzində işçi istehsalın şərait və imkanları əsas götürülməklə, sonrakı dövrdə işləyə bilər. Həmin Qanunun 185-ci maddəsinə əsasən, uşaq bir yaşına çatanadək uşağa qulluq etmək üçün qismən ödənilən məzuniyyət və uşaq bir yaş yarıma çatanadək ona qulluq etmək üçün əmək haqqı ödənilmədən verilən əlavə məzuniyyət müddəti ümumi və fasiləsiz iş stajına, habelə ixtisas üzrə iş stajına daxil edilir. Əmək qanunvericilyinin qeyd olunan müddəalarının mahiyyətindən göründüyü kimi, ibarətdir ki, işçinin müəssisə, idarə və təşkilatda işə sərf etdiyi, istirah et etdiyi, o cümlədən məzuniyyət (istər ödənişli, istərsə qismən ödənişli, istərsə də ödənişsiz) məzuniyyət müddətləri onun bütölükdə onun əmək fəaliyytinə aiddir. Bundan əlavə, həmin vaxt qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67.1-ci maddəsi isə nəzərdə tutur ki, mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmin Qanunun 69.1-ci maddəsinə əsasən iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Həmin Qannunu 67-ci maddəsinin 5-ci hissəsi nəzərdə tuturdu ki, “ Əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır.” Bundan əlavə, xx.xx.2018-ci il tarixdən qüvvədə olan “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Qanunun Sığortaedənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2006-cı ilin 1 yanvar tarixinə yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borcları tam məbləğdə silinir. Beləliklə də qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, iddiaçının əmək kitabçası üzrə 1981-2004-cü illər üzrə onun əmək fəaliyyəti onun fasiləsiz olaraq ümumi iş stajı kimi nəzərə alınmalıdır. Ən azından, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Beləliklə də iddiaçının “Əmək pensiyaları haqqında“ Qanunun 7-ci maddəsində nəzərdə tutulan azı 25 il ümumi sığorta stajının mövcud olduğu sübuta yetirilir. Belə olan halda, onun 62 yaşından, yəni, xx.xx.2021-ci il tarixindən onun yaşa görə əmək pensiyası hüququ yaranmış olur. «Əmək pensiyaları haqqında» Qanunun əmək pensiyasının ödənilməsinin mövcud qaydasını müəyyənləşdirən 32.1-ci və 32.1-1-ci maddələrindən sə görünür ki, əmək pensiyaları onu almaq hüququ yarandığı gündən ömürlük təyin edilir. Göründüyü kimi, cavabdeh tərəfindən iddiaçıya, onun xeyrinə olan halların nəzərə alınmasından imtina edərək ərizəsinin icrasından imtina etməklə, qanunla qorunan hüquqlarını pozmuşdur. İPM-in 73.1-ci maddəsi də nəzərdə tutur ki, inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Lakin birinci instansiya məhkəməsinin qərarından görünür ki, işdə olan sübutlara qanunvericilyin tələblərinə müvafiq olan hüquqi qiymət verilməmiş, iddianın rədd olunması barədə işin hallarına, maddi və prosessual hüquq normalarının tələblərinə uyğun olmayan nəticəyə gəlinmişdir. Ona görə də məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin həmin qərarın əsassız olduğunu maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarıldığını mübahisələndirən dəlilləri ilə razılaşır və yekunda belə qənaətə gəlir ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7124/2021 saylı xx.xx.2022-ci il tarixli qərarı ləğv edilməli, iddianın təmin edilməsi və iddiaçıya xx.xx.2021-ci il tarixdən (62 yaşından) yaşa görə əmək pensyası təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə yeni qərar qəbul edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və İPM-in 14, 69, 82, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçının apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7124/2021 saylı xx.xx.2022-ci il tarixli qərarı ləğv edilsin. İş üzrə yeni qərar çıxarılsın. İddia təmin edilsin. İddiaçı xx.xx.2021-ci il tarixdən (62 yaşından) yaşa görə əmək pensyası təyin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 1(bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Cahangir Yusifov Hakimlər: Anar Tanrıverdiyev İkram Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar