Məhkəmə qərarları › İş №2-1(103)-1227/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1227/2021

19.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1227/2021 19.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər: Nuriyeva Afaq Bayram qızı (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, Həsənova Səriyyə Hüseyn qızının katibliyi ilə, İddiaçı, Cavabdehin vəkili X3 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat İdarəsinə (hazırki Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı) qarşı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və keçmiş müddət üzrə ödənilməmiş məbləğin ödənilməsi tələbi barədə inzibati mübahisəyə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 11.11.2020-ci il tarixli, 2-1(112)-4394/2020 saylı qərarından cavabdehin nümayəndəsi və vəkili C.Əhmədov tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası, müəyyən etdi: Bakı İnzibati Məhkəməsinin 11.11.2020-ci il tarixli, 2-1(112)-4394/2020 saylı qərarı ilə iddia tələbi təmin edilərək, iddiaçıya 57 yaşı tamam olduğu 13 avqust 2018-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması və keçmiş 3 illik müddət üçün ödənilməmiş pensiya məbləğinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması qərara alınmışdır (hakim R.Kərimli). Həmin qərardan narazı qalan cavabdehin nümayəndəsi və vəkili C.Əhmədov tərəfindən apellyasiya şikayəti verilmişdir. Məhkəmə kollegiyasının 28.12.2020-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat İdarəsi hüquqi varisi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Məhkəzi Filialı ilə əvəz edilmişdir. İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona 50 yaşı tamam olduğuna görə 13.08.2011-ci il tarixindən güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi və məhkəmə qərarı qüvvəyə minənə qədər yığılan pensiya ödənişinin orta aylıq əmək haqqı ilə hesablanaraq birdəfəlik qaydada ödənilməsi üçün lazım olan hərəkətlərin icra edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəməyə ərizə təqdim edərək ilkin iddiasındakı “50 yaşdan əmək pensiyasının təyin edilməsi” ifadəsinin “50 yaş yarımdan əmək pensiyasının təyin edilməsi” kimi qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iddianın dəyişdirilməsini qəbul etmişdir. Bundan sonra iddiaçı məhkəməyə yenidən iddianın dəyişdirilməsi barədə ərizə təqdim etmiş və iddianın «iddiaçıya 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və yığılan pensiya ödənişini orta aylıq əmək haqqı ilə hesablanaraq birdəfəlik qaydada ödənilməsi üçün lazım olan hərəkətlərin icra edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» kimi qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iddianın dəyişdirilməsini qismən, yəni «iddiaçıya 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və yığılan pensiya ödənişinin müraciət olunduğu vaxtdan son üç illik dövr üzrə ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» kimi qəbul etmiş, iddianın dəyişdirilməsinin qalan hissədə qəbulundan imtina etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı 13 avqust 1961-ci il tarixdə doğulmuşdur. O, güzəştli şərtlərlə pensiyasının təyin olunması ilə əlaqədar DSMF Xüsusi Şərtlərlə Təyinat İdarəsinə müraciət etmiş və qanunvericiliyə əsasən onun sığorta iş stajı və sağlamlıq üçün təhlükəli olan zərərli işdə çalışmağı ilə əlaqədər güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsini xahiş etmişdir. DSMF Xüsusi Şətlərlə Təyinat İdarəsi 17 mart 2020-cu il tarixli məktubu ilə məsələnin həllindən imtina etmişdir. İmtina qanunsuz və əsassızdır. DSMF Xüsusi Şətlərlə Təyinat İdarəsinin həmin məktubunda qeyd olunur ki, təqdim edilən sənədlərə əsasən 1 yanvar 2006-cı il tarixədək onun (iddiaçının) ümümi iş stajı 25 ildən az təşkil etdiyindən, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasını təyin edilməsi mümkün deyil. DSMF Xüsusi Şətlərlə Təyinat İdarəsinə ümümi iş stajını və zərərli işdə iş stajını təsdiq edən sənədlər təqdim edilmişdir. Belə ki, onun işlədiyi X6 Limited şirkətinin Azərbaycan Respublikasındakı filialının 36 nömrəli 23 oktyabr 2019-cu il tarixli arayışında onun tutuduğu vəzifələr, çalışdığı peşə və gün göstərilən tarixlərdən onun ümümi və zərərli işdə çalışdığı iş stajı göstərilib. Həmin arayışda qeyd olunub ki, onun (iddiaçının) 1 yanvar 2006-cı il tarixədək 22 il, 6 ay 16 gün ümümi iş stajım vardır, əlavə olaraq iş stajı kimi hesablanan 2 il 1 ay 11 gün hərbi xidmətdə olmuşdur və 10 ay 15 gün işlədiyi peşə üzrə təhsil almiş, ümümilikdə 25 il 6 ay 12 gün ümümi iş stajı vardır. Həmin arayışa və əmək kitabçasına əsasən 1 yanvar 2006-cı il tarixədək onun AR Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli qərar ilə təsdiq edilmiş 1 nömrəli siyahıda qeyd olunan “XXİİİ. Ümumi peşələr” bölməsində "12100000 – 19905” və “12100000 – 19906” nömrəli (kodla) peşələrə uyğun olaraq ağır və zərərli işdə işlədiyinə görə “elektrik qaynaqçı” kimi onun 21 il, 10 ay, 1 gün iş stajı vardır. Yuxarıda qeyd olunan sənədlər DSMF Xüsusi Şətlərlə Təyinat İdarəsinə təqdim olunsa da, öz imtina məktubunda əsassız olaraq «Vətəndaşların pensiya təminatı haqqında» AR Qanununun 13-cü maddəsinin “b” bəndinə istinad edilərək və AR Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli qərarının 2 nömrəli siyahısı əsas tutularaq qeyd olunur ki, onun (iddiaçının) 1 yanvar 2006-cı tarixədək 25 il ümümi iş stajı yoxdur. Görünür ki, DSMF Xüsusi Şətlərlə Təyinat İdarəsinin əmədaşları ümumiyyətlə onun sənədlərinə baxmayıblar. «Vətəndaşların pensiya təminatı haqqında» AR Qanununun 13-cü maddəsinin “a” bəndinə əsasən yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər – istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə kişilər 50 yaşma çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa güzəştli şərtlərlə pensiya təyin olunmalıdır. Bundan əlavə olaraq, AR Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli «Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında» qərarında onun çalışdığı vəzifə 1 nömrəli siyahıda “XXİİİ. Ümumi peşələr” bəndində “12100000 – 19905” və “12100000 – 19906” nömrə ilə qeyd olunmuşdur və çalışdığı peşə vəzifəsinə uyğun olaraq 50 yaşına çatdığı halda azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışdığına görə pensiya təyin olunmalıdır. Onun 25 il 6 ay 12 gün ümümi iş stajı vardır, ondan 21 il, 10 ay, 1 gün“elektrik qaynaqçı” olaraq çalışmışdır. İş üzrə Bakı İnzibati Məhkəməsi yuxarıda göstərilən qərarı qəbul etmişdir. Apellyasiya şikayətinin dəlilləri və işdə iştirak edən şəxslərin izahatları: Cavabdehin vəkili X5 apellyasiya şikayətini müdafiə edərək, çıxışında göstərmişdir ki, “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun iddiaçıya şamil edilməsi üçün iddiaçının 01.01.2006-cı il tarixədək (yəni ƏPQ-nun qüvvəyə minməsinə qədər) güzəştli şərtlərlə pensiya almaq hüququ yaranmış olmalıdır. Bu hüquq isə 3 şərtə riayət edilməklə yaranır: 1. İddiaçının qanunla tələb edilən yaş həddinə çatması; 2. İddiaçının qanunla tələb edilən zəruri staja (ümumi və güzəştli) sahib olması; 3. İddiaçının işlədiyi peşənin Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” 21.06.1993-cü il tarixli 320 nömrəli qərarında göstərilməsi. Hazırki iş üzrə 2 və 3-çü şərtlərə əməl edilməmişdir. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin (b) bəndinə görə istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan kişilər - 57 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa, güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. Lakin iş materiallarından da göründüyü kimi 01.01.2006-cı il tarixədək iddiaçının topladığı ümimi iş stajı da 25 ildən azdır. Belə olan halda iddiaçıya münasibətdə “Vətəndaşların pensiya təminatı haqqında” Qanun tətbiq edilə bilməz. Bu səbəbdən də qüvvədə olan qanunvericiliyə əsasən iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ yoxdur. Vəkil apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək, onun təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirmədən saxnılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.7-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini dinləyərək, iş materiallarını araşdıraraq, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, apellyasiya şikayətinin təmin edilməsi nəticəsinə gəlir. Belə ki, «Əmək pensiyaları haqqında» AR Qanununun 4.1-ci maddəsinə əsasən bu Qanuna uyğun olaraq əmək pensiyasının aşağıdakı növləri müəyyən edilir: yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası, ailə başçısını itirməyə görə əmək pensiyası. Həmin Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Həmin Qanunun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Həmin Qanunun 37.7-ci maddəsinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir. «Vətəndaşların pensiya təminatı haqqında» AR Qanununun 13-cü maddəsinin “b” bəndinə əsasən əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər – istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə kişilər 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdir. Qeyd olunan Qanuna Azərbaycan Respublikasının 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Qanunu ilə edilmiş dəyişikliyə əsasən həmin maddədə (13-cü maddədə) nəzərdə tutulan yaş hədləri 1997-ci ilin avqust ayının 1-dən başlayaraq 2000-ci ilin avqust ayının 1dək hər il 6 ay artırılır. Həmin Qanunun 67-ci maddəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. İş stajına bunlardan başqa aşağıdakılar daxil edilir: “v” hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti, “ğ” ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 87-ci maddəsinə görə işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında – işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. İşəgötürən 5 gündən artıq işləyən bütün işçilərin əmək kitabçasında onların işə qəbul edilməsi, başqa daimi işə keçirilməsi, əmək müqaviləsinə xitam verilməsi barədə müvafiq qeydləri yazmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 Qərarı ilə “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” təsdiq edilmiş və müəyyən edilmişdir ki, «Vətəndaşların pensiya təminatı haqqında» AR Qanununa uyğun olaraq, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli, xüsusilə ağır olan və eləcə də zərərli və ağır işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahıları iş yerlərinin attestasiyası nəzərə alınmaqla tətbiq olunur. Qərarla təsdiqlənmiş 2 nömrəli Siyahının “XXXİİİ. Ümumi peşələr” bölməsinə 23200000 – 19906 kodu ilə müəyyən edilən “əl ilə qaynaq aparan elektrik qaynaqçıları” peşəsi daxil edilmişdir. İş materiallarında olan “X7 Limited” Şirkətinin Azərbaycan Respublikasındakı filialının 36 nömrəli arayışında aşağıdakıllar bildirilmişdir: - İddiaçı (13 avqust 1961-ci il təvəllüdlü) həqiqətən halhazırda “X6 Limited” Şirkətinin Təmir-tikinti sexində 5-ci dərəcəli elektrik-qaz qaynaqçısı peşəsində işləyir. İddiaçı 1 yanvar 2006-cı il tarixinə ümumi əmək stajı 22 il, 06 ay, 16 gündür. AR Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il 12 saylı Qərarının 35-ci bölməsinə əsasən (Ümumi peşələr) İddiaçı güzəştli şərtlərlə 1 yanvar 2006-cı il tarixinə 21 il, 10 ay, 01 gün iş ştajı vardır. Belə ki, 1 avqust 1977-ci il tarixli 52k nömrəli əmrlə 1 avqust 1977-ci i tarixdən 7 sentyabr 1979-cu il tarixədək X1 3-cü dərəcəli elektrik qaynaqçısı peşəsində işləmişdir, 17 dekabr 1979-cu il tarixli 143/k nömrəli əmrlə 17 dekabr 1979-cu i tarixdən 14 aprel 1980-ci il tarixədək SMU- 2 Aznefttikintidə 3-cü dərəcəli elektrik qaynaqçısı peşəsində işləmişdir, 5 iyul 1982-ci il tarixli 78k nömrəli əmrlə 6 iyul 1982-ci i tarixdən 6 mart 1984-cü il tarixədək Əli-Bayramlı Sənaye Təmir Müəssisəsində 3-cü dərəcəli elektrik qaynaqçısı peşəsində işləmişdir, 16 mart 1984-cü il tarixli 24k nömrəli əmrlə 12 mart 1984-cü il tarixdən 1 iyul 1984-cü il tarixədək “Elektromexanika” Xüsusi Hazırlıq Emalatxanasında 3-cü dərəcəli qaynaqçı peşəsində işləmişdir, 14 may 1985-ci il tarixli 34k nömrəli əmrlə 14 may 1985-ci il tarixdən 1 iyul 1986-cı il tarixədək “Elektromexanika” Xüsusi Hazırlıq Emalatxanasında 2-ci, 3-cü dərəcəli qaynaqçı peşələrində işləmişdir, 1 dekabr 1986-cı il tarixli 100/k nömrəli əmrlə 1 dekabr 1986-cı il tarixdən 1 avqust 1987-ci il tarixədək “Hidrosantexmontaj” AQİ-də 4-cü dərəcəli elektrik qaynaqçısı peşəsində işləmişdir, 1 avqust 1987-ci il tarixli 1/k nömrəli əmrlə 1 avqust 1987-ci il tarixdən 2 noyabr 1987-ci il tarixədək “BETQ” TQİ-də 4-cü dərəcəli elektrik qaynaqçısı peşəsində işləmişdir, 1 mart 1988-ci il tarixli 34-k nömrəli əmrlə 1 mart 1988-ci il tarixdən 8 noyabr 1993-cü il tarixədək “Soyuzneftenerjimontajavtomatika” Qİ-nin Əlibayramlı sahəsində 4-cü dərəcəli elektrik-qaz qaynaqçısı peşəsində işləmişdir, 1 dekabr 1993-cü il tarixli 46/k nömrəli əmrlə 1 dekabr 1993-cü il tarixdən 1 dekabr 1994-cü il tarixədək “Azərsutikinti” Trestində 4-cü dərəcəli elektrik qaynaqçısı peşəsində işləmişdir, 12 may 1995-ci il tarixli 33/k nömrəli əmrlə 12 may 1995-ci il tarixdən 5 iyun 2000-ci il tarixədək “Azərneftenerjimontaj avtomatika” İdarəsinin Əlibayramlı sahəsində 4-cü dərəcəli elektrik qaynaqçısı peşəsində işləmişdir, 1 aprel 2002-ci il tarixli 50/k-A nömrəli əmrlə 2 aprel 2002-ci il tarixdən 1 noyabr 2004-cü il tarixədək “xxxx” BMMM-nin İstehsalatın avtomatlaşdırılması sexində 4-cü dərəcəli elektrikqaz qaynaqçısı peşəsində işləmişdir, 10 may 2005-ci il tarixli 69/k-b nömrəli əmrlə 11 may 2005-ci il tarixdən 5 oktyabr 2009-cu il tarixədək “xxxx” BMMM-nin Tikinti-Təmir sexində 4cü, 5-ci dərəcəli elektrik-qaz qayn peşəsində işləmişdir, 5 oktyabr 2009-cu il tarixədək “xxxx” Şirkətinin Azərbaycan Respublikasındakı Filialında Tikinti Tımir sexində 5-ci dərəcəli elektrik-qaz qaynaqçısı peşəsində işləyir. Arayış DSMF Xüsusi Şərtlərlə Təyinat İdarəsinə təq; edilmək üçün verilir. Qeyd: Nazirlər Kabinetinin 23.01.2007-ci il 12 saylı Qərarının 35-ci böməsi, 128-ci səhifədə “qaz qaynaqçıları”, 131-ci səhifədə əl ilə qaynaq aparan elektrik qaynaqçıları. İş materiallarından görünür ki, İddiaçı adına ИТ-İ ******* nömrəli əmək kitabçası açılmış və sənəddə onun 1977 – 2009-cu illərdə fəaliyyəti ilə bağlı müvafiq qeydlər aparılmışdır. İş materiallarında olan НЗ ******* nömrəli hərbi biletin surətindən görünür ki, İddiaçı 1980 – 1982-ci illərdə hərbi xidmətdə olmuşdur. İş materiallarında olan 12179-3 nömrəli attestanın surətindən görünür ki, İddiaçı 1976 – 1977-ci illərdə Əlibayramlı şəhər texniki peşə məktəbində təhsil almışdır. İş materiallarında olan ARDNŞ Baş ofisinin Mərkəzi Arxivi tərəfindən İddiaçı verilmiş 21 noyabr 2019-cu il tarixli məktubda (arayışda) aşağıdakılar bildirilmişdir: - SOCAR-ın Baş ofisinin Mərkəzi Arxivində saxlanılan sənədlərə əsasən 1961-ci il təvəllüdlü İddiaçı həqiqətən 17 dekabr 1979-cu ildə (əmr № 143/k, 17.12.1979-cu il) “Aznefttikinti” Trestinin 2 №-li Tikinti-Quraşdırma İdarəsinin 2-ci sahəsinə 3-cü dərəcəli elektrik qaynaqçısı peşəsinə işə qəbul edilmişdir. 14 aprel 1980-cı ildə (əmr № 37/k, 14.04.1980-cı il) Sovet Ordu sıralarına çağırılması ilə əlaqədar işdən azad olunmuşdur. 1 mart 1988-ci ildə (əmr № 34-k, 01.03.1988-ci il) “İttifaqneftenerjiquraşdırmaavtomatika” İBnin Bakı Quraşdırma-Sazlama İdarəsinin ƏliBayramlı sahəsinə 4-cü dərəcəli elektrik qaz qaynaqçısı peşəsinə işə qəbul edilmişdir. AR Nazirlər Kabinetinin 1 sentyabr 1992-ci il tarixli 481 nömrəli qərarına əsasən “İttifaqneftenerjiquraşdırmaavtomatika” İB-nin Bakı Quraşdırma-Sazlama İdarəsi “Azərneftenerjiquraşdırmaavtomatika” İdarəsi adlandırılmışdır. 8 noyabr 1993-cü ildə (əmr № 100/k, 08.11.1993-cü il) Azərbaycan Respublikası ƏQM-nin 37-ci maddəsinə əsasən öz xahişi ilə işdən azad olunmuşdur. 12 may 1995-ci ildə (əmr № 33/k, 12.05.1995-ci il) “Azərneftenerjiquraşdırmaavtomatika” İdarəsinin Əli-Bayramlı sahəsinə 4-cü dərəcəli elektrik qaynaqçısı peşəsinə işə qəbul edilmişdir. 5 iyun 2000-ci ildə (əmr № 11/k, 05.06.2000-ci il) Azərbaycan Respublikası ƏMnin 70-ci maddəsinin “b” bəndinə əsasən işçilərin sayının ixtisarı/ işdən azad olunmuşdur. 2 aprel 2002-ci ildə (əmr № 50/k-A, 01.04.2002-ci il) “xxxx” BMMM-nin İAS-nə 1 illik müqavilə ilə 4-cü dərəcəli elektrik qaz qaynaqçısı peşəsinə işə qəbul edilmişdir. 1 noyabr 2004-cü ildə (əmr № 171/k-e, 29.10.2004-cü il) Azərbaycan Respublikası ƏM-nin 73-cü maddəsinin 1-ci bəndinə əsasən müddətli əmək müqaviləsinin müddəti bitdiyi üçün işdən azad olunmuşdur. 11 may 2005-ci ildə (əmr № 69/k-b, 10.05.2005-ci il) “xxxx” BMMM-nin TTS-yə 2 ay müddətinə müddətli əmək müqaviləsi ilə 4-cü dərəcəli elektrik qaz qaynaqçısı peşəsinə işə qəbul edilmişdir. 1 avqust 2007-ci ildə (əmr № 240, 03.08.2007-ci il) 5-ci dərəcəli elektrik qaz qaynaqçısı peşəsim keçirilmişdir. 5 oktyabr 2009-cu ildə (əmr № 280, 05.10.2009-cü il) Azərbaycan Respublikası ƏM-nin 69-c. maddəsinə uyğun olaraq öz ərizəsinə əsasən işdən azad olunmuşdur. Birinci instansiya məhkəməsinin qənaətinə görə İddiaçı 1 yanvar 2006- cı il tarixədək 12 il 6 aydan çox işlədiyi “elektrik qaynaqçısı” peşəsi AR Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiq edilmiş 2 nömrəli Siyahıda 23200000–19906 kodu ilə nəzərdə tutulmuşdur. Həmçinin, birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının əmək kitabçasındakı qeydlərin, habelə hərbi bilet və diplomdakı qeydlərin həqiqətə uyğun olmadığı inzibati orqan tərəfindən sübuta yetirilmədiyindən, onlar mötəbər hesab olunur. Həmin iş illərinin ümumi sığorta stajına daxil olunmasına əsas verir. Belə olan halda, birinci instansiya məhkəməsi cavabdehin iddiaçının 2006-cı ilin yanvar ayının 1-dək AR Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiq edilmiş 2 nömrəli Siyahıda göstərilən vəzifədə azı 12 il 6 ay iş stajının olmaması mövqeyi ilə razılaşmamış və hesab etmişdir ki, İddiaçı 1 yanvar 2006-cı il tarixədək güzəştli şərtlərlə pensiya hüququ verən 25 ildən artıq ümumi, o cümlədən 11 6 aydan artıq əmək şəraiti zərərli və ağır olan işlərdə iş stajına malik olduğundan, onun «Əmək pensiyaları haqqında» AR Qanununun 9.8-ci maddəsinə və «Vətəndaşların pensiya təminatı haqqında» AR Qanununun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq 57 yaşı tamam olduğu vaxt güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranır. Birinci instansiya məhkəməsi həmçinin qeyd etmişdir ki, iddianın ikinci hissəsində “hazırkı dövrədək yaranmış fərq məbləğinin ödənilməsi” tələb olunur. Bu tələbə münasibətdə məhkəmənin qənaəti belədir ki, İddiaçı əmək pensiyası təyin olunarkən ödənilməmiş məbləğinin ödənilməsi üzrə ona münasibətdə «Əmək pensiyaları haqqında» AR Qanununun 32.1-1, 37.7-ci maddələrinin tələbləri tətbiq olunmalıdır. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Məhkəmə kollegiyası cavabdehin apelyasiya şikayətində 01.01.2006-cı il tarixədək iddiaçının topladığı ümimi iş stajı da 25 ildən az olduğu dəlilləri ilə razılaşır. Belə ki, işdə olan sənədlərdən və iddiaçının əmək kitabçasından görünür ki, o, 09.1976-07.1977-ci illərdə (10 ay) Əli Bayramlı şəhər texniki peşə məktəbində təhsil almış; 01.08.1977-07.09.1979-cu illərdə (02 il 01 ay 06 gün) X4 zavodunda elektrik qaynaqçı; 17.12.1979-14.04.1980-ci illərdə (03 ay 27 gün) Aznefttikint trestinin 2 nömrəli Tikinti Quraşdırma İdarəsində elektrik qaynaqçısı; 14.04.1980-05.06.1982-ci illərdə (02 il 01 ay 21 gün) hərbi xidmətdə olmuş; 06.07.1982-06.03.1984-cü illərdə (01 il 08 ay) Azbaşenerji İstehsal Təmir müəssisəsinin Əli Bayramlı bölməsində elektrik qaynaqçısı; 12.03.1984- 01.07.1984-cü illərdə (03 ay 19 gün) “Elektromexanizasiya” Trestinin Xüsusi satınalma emalatxanasında qaynaqçısı; 20.07.1984-05.04.1985-ci illərdə (08 ay 15 gün) Az.SSR Dövlət kəndtəsərrüfatı Komitəsinin Əli Bayramlı komplektləşdirmə Bazasında fəhlə; 14.05.1985-01.07.1986-cı illərdə (01 il 01 ay 17 gün) “Elektromexanizasiya” Trestinin Xüsusi satınalma emalatxanasında qaynaqçısı; 01.07.1986-25.11.1986-cı illərdə (04 ay 24 gün) “Elektromexanizasiya” X9 Xüsusi satınalma emalatxanasında elektrik qaynaqçısı; 01.12.1986-01.08.1987-ci illərdə (08 ay) “Hidrosantexmontaj” Azərbaycan Quraşdırma İdarəsinin Trestində elektrik qaynaqçısı; 01.08.1987-02.11.1987-ci illərdə (03 ay 01 gün) “Azenerjitikinti” Tikinti Quraşdırma İdarəsinin “Bakıenerjitikintiquraşdırma” Tikinti quraşdırma İdarəsində elektrik qaynaqçısı; 01.03.1988-08.01.1993-cü illərdə (04 il 10 ay 07 gün) “İttifaqneftenerjiquraşdırmaavtomat” İstehsalat Birliyinin Bakı İdarəsində elektrikqazqaynaqçısı; 01.12.1993-01.12.1994-cü illərdə (01 il) “Azərsutikinti” Konsernin Sənayə müəssisələrin Tikintitəmirquraşdırma İstehsalat Birliyində elektrik qaynaqçısı; 12.05.1995-15.05.2000-ci illərdə (05 il 03 gün) “Azərneftenerjiquraşdırmaavtomatika” İdarəsinin Əli Bayramlı sahəsində elektrik qaynaqçısı; 02.04.2002-01.11.2004-cü illərdə (02 il 06 ay 29 gün) “xxxx” BMMM-nin İstehsalatın avtomatlaşdırılmış sexində elektrik qaynaqçısı; 11.05.2005-01.01.2006-cı illərdə (07 ay 20 gün) “xxxx” BMMM-nin tikinti təmir sexində elektrikqaz qaynaqçısı işləmişdir. Beləliklə, iddiaçının 01.01.2006-cı il tarixə cəmi 24 il 07 ay 09 gün stajı olduğu müəyyən edilir, belə olan halda iddiaçıya münasibətdə “Vətəndaşların pensiya təminatı haqqında” Qanun tətbiq edilə bilməz. Bu səbəbdən də qüvvədə olan qanunvericiliyə əsasən iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ yaranmır. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsi və vəkili C.Əhmədovun apellyasiya şikayətinin birinci instansiya məhkəməsinin qərarının qanunsuz və əsassız olmasına istinad olunan dəlilləri ilə razılaşır və yekunda belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 11.11.2020-ci il tarixli, 2-1(112)-4394/2020 saylı qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli, iddia təmin edilməməlidir. İPM-in 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Məhkəmə kollegiyası şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90, 94, 99-cu maddələrini rəhbər tutaraq qərara aldı: Cavabdehin nümayəndəsi və vəkili C.Əhmədov tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 11.11.2020-ci il tarixli, 2-1(112)-4394/2020 saylı qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat İdarəsinə (hazırki Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı) qarşı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və keçmiş müddət üzrə ödənilməmiş məbləğin ödənilməsi barədə iddia tələbi rədd edilsin. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Afaq Nuriyeva Hakimlər: Xumar Mərdanova Aida Hüseyn

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar