Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-123/2023 22.06.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X8 Hüseynin sədrliyi və məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışova və Raqib Əliddin oğlu Qurbanovdan ibarət tərkibdə, Şükriyyə Vüqar qızı Aydınlının katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı (Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə X7 Ərazi Bölmələrini İdarəetmə Birliyi Bakı şəhər 7 saylı şəhər poliklinikası inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmaqla) “əlillik dərəcəsinin təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 15 fevral 2022-ci il tarixli, 2-1(112)-2339/2022 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı iddia ərizə ilə məhkəməyə müraciət edərək, sağlamlıq imkanlarının məhdud olması səbəbindən ona əlillik dərəcəsinin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 1992-ci ildə Azərbaycan Respublikası Silahlı Qüvvələrində hərbi xidmətdə olmuşdur. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak etmişdir. Döyüş zonasında hərbi xidmət keçərkən qəlpə yarası almışdır. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin, Mərkəzi Hərbi Həkim Komissiyasın 18 dekabr 2012-ci il tarixli, 690 saylı Qərarı ilə, ona “Hərbi Travmadır, Azərbaycan Respublikasının Müdafiəsi zamanı almışdır” rəyi verilmişdir. İİ qrup əlildir. Uzun müddətdir ki, xəstədir. Hal-hazırda 60 yaşı var. X4 və Ortopediya İnstitunda və digər xəstəxanalarda müalicə kursu keçmişdir. Ona “Hərbi əməliyyatlar nəticəsində odlu silahla və digər adi silah növləri ilə törədilmiş zədələnmələr. Sağ aşağı ətrafın, sağ bazu oynağının diz nahiyyəsinin odlu silah zədələnməsi” diaqnozu qoyulmuşdur. Bundan əlavə ağırlaşma formasında “Qamış sümüyünün distal şöbəsinin sınığı, sağ baldır sümüklərinin aşağı 1/3-nin oynaqdaxili qeyri-düzgün bitmiş sınığı”, “Bazu sümüyünün yuxarı ucunun sınığı, Sağ bazu sümüyünün boynunun qeyri-düzgün bitişmiş sınığı, artrozu, funksiyasının pozulması”, “Hərəkətin və yerişin digər və dəqiqləşdirilməmiş pozulmaları, sol aşağı ətrafın funksiya pozulması”, “Oynaqların kontrakturası, Sağ aşıq-baldır oynağının deformasiya edici artrozu, kontraksiyası, funksiyasının pozulması ilə”, “Əlin və pəncənin sallanması (qazanılma), Sağ yuxarı ətrafın odlu silah zədəsindən sonrakı sinir kələfinin zədələnməsi” və sairə xəstəlikləri vardır. Bədəninin aşağı hissəsi yaxşı işləmir və mütəmadi müalicə kursu keçirə. İİ qrup əlildir. Ona pensiya təyin edilmişdir. Lakin əsassız olaraq 2021-ci ilin iyun ayından etibarən pensiyası dayandırılıb. Ağır xəstədir. Özünü idarə edə bilmir. Müddət ötdükcə xəstəliyi ağırlaşır. Maddi vəziyyəti çox ağırdır. O, 07 yanvar 2013-cü ildə, 09 fevral 2021-ci ildə və 06 may 2021-ci ildə X4 və Ortopediya İnstitunda stasionar müalicə kursları keçmişdir. Ümumiyyətlə 1992-ci ildən bu günə kimi mütəmadi olaraq müalicə alır. Səhhəti günü-gündən ağırlaşır və artıq müalicəyə tabe olmur. Səhhətində heç bir irəliləyiş yoxdur. Tibb müəssisəsi tərəfindən (7 nömrəli şəhər Poliklinikası tərəfindən) 02 iyun 2021-ci ildə Tibbi Sosial Ekspert Komissiyasına göndəriş verilmişdir. Lakin Tibbi- Sosial Ekspertiza və Komissiyasının həkimləri tərəfindən qərəzli olaraq ona əlillik dərəcəsi verilmir. “Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi” elektron xidmətindən məlum olur ki, əlillik vəziyyəti səhiyyə müəssisəsinin 0170003AAEB5 saylı göndərişi əsasında TSERAS üzərindən qiymətləndirilmiş və diaqnozun əlillik əlamətinin təyin etməməsi səbəbindən imtina qərarı verilmişdir. Cavabdeh inzibati orqanın məhkəməyə təqdim olunmmuş iddiaya dair yazılı etirazında göstərilmişdir ki, İddiaçı əlillik vəziyyəti Bakı 38 nömrəli şəhər Poliklinikasının xx.xx.2015-ci il tarixli 4118003AABHJ saylı göndərişi əsasında baxılmış və “Səbəbi Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik; X1: XİX Sinif - Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => S80-S89 - Diz və baldırın travmaları => S82 - Baldır sümüklərinin sınığı, aşıq-baldır oynağı da daxil olm...; Diaqnozun mətni: Güllə yaralanmasından s/sağ baldırın sümüklərinin a-1/3-nin oynaqdaxili q/düzgün bitişmiş sınığı. Aşıq baldır oynağının deformasiya ediciartrozu. kontrakturası.funksiya pozğunluğu ilə; Meyar: 2.3. Üçüncü dərəcə əlillik => DİGƏR: Güllə yaralanmasından s/sağ baldırın sümüklərinin a-1/3-nin oynaqdaxili q/düzgün bitişmiş sınığı” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. Elektron təyinatla xx.xx.2016-cı il tarixli göndəriş əsasında baxılmış və “Səbəbi:Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik; X1: XİX Sinif - Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => S80-S89 - Diz və baldırın travmaları => S82 - Baldır sümüklərinin sınığı, aşıq-baldır oynağı da daxil olm...; Diaqnozun mətni: Güllə yaralanmasından s/sağ baldırın sümüklərinin a-1/3-nin oynaqdaxili q/düzgün bitişmiş sınığı. Aşıq baldır oynağının deformasiya ediciartrozu, kontrakturası funksiya pozğunluğu ilə; Meyar: 2.3. Üçüncü dərəcə əlillik => DİGƏR: Güllə yaralanmasından s/sağ baldırın sümüklərinin a-1/3-nin oynaqdaxili q/düzgün bitişmiş sınığı” səbəbi ilə beş il müddətinə əlillik dərəcəsi verilmişdir. Bakı 38 nömrəli şəhər poliklinikasının xx.xx.2016-cı il tarixli 4118003AACCA saylı göndərişi əsasında baxılmış və “Səbəbi:Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik; X1: XİX Sinif Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => S80-S89 Diz və baldırın travmaları => S82 - Baldır sümüklərinin sınığı, aşıqbaldır oynağı da daxil olm...; Diaqnozun mətni: Güllə yarasından sonra sağ baldır sümüklərinin bitişmiş sınığı. Bazunun sınığından sonra qeyri düzgün bitişmiş sınığı, bazu oynağının artrozu, əzələlərin atrofiyası.Aşıq-baldır oynağının deformasiya edici artrozu kontrakturası, funksiya pozğunluğu; Meyar: 2.2 İkinci dərəcə əlillik => 2.2.8. etiologiyasından asılı olmayaraq, aşağı ətrafların parezi, çanaq orqanlarının funksiyalarının pozulması (G30- G32.9,G80- G80.9)” səbəbi ilə beş il müddətinə əlillik dərəcəsi verilmişdir. Bakı 7 nömrəli şəhər poliklinikasının xx.xx.2021-ci il tarixli 0170003AAEB5 saylı göndərişi əsasında baxılmış və “X1: XX Sinif - Xəstələnmənin və ölümün xarici səbəbləri => Y35-Y36 - Qanunla nəzərdə tutulmuş hərəkətlər və hərbi əməliyyatlar =>Y36 - Hərbi əməliyyatlar => Y36.4 - Hərbi əməliyyatlar nəticəsində odlu ...; Diaqnozun mətni: Hərbi əməliyyatlar nəticəsində odlu silahla və digər adi silah növləri ilə törədilmiş zədələnmələr, Sağ aşağı ətrafın, sağ bazu oynağının sağrı, diz nahiyyəsinin odlu silah zədələnməsi. Sağ baldır sümüklərinin aşağı 1/3-nin oynaqdaxili qeyri-düzgün bitişmiş sınığı. Sağ bazu sümüyünün boynunun qeyri düzgün bitişmiş sınığı, artrozu, funksiyasının pozulması. Hərəkət funksiyasının pozulması. Sağ aşıq-baldır oynağının deformasiyaedici artrozu, kontrakturası, funksiyasının pozğunluğu ilə. Sağ yuxarı ətraf əzələlərinin atrofiyası. Sağ aşağı ətraf əzələlərinin atrofiyası, funksiyasının pozğunluğu ilə. Hər iki bud çanaq oynağının koksoartrozu, hərəkətin pozulması, ağrı sindromu ilə. Sağ yuxarı ətrafın odlu silah zədəsindən sonrakı sinir kələfinin zədələnməsi; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: Diaqnoz əlillik əlaməti təyin etmir” səbəbi ilə imtina verilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası"nın və 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkimməsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra göndəriş) əsasında aparılır. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 (altı ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbisosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısi ilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Bakı İnzibati Məhkəməsinin 15 fevral 2022-ci il tarixli, 2-1(112)-2339/2022 saylı qərarı ilə iddia rədd edilmişdir. Qərardan narazı qalan iddiaçı iddia ərizəsinin məzmununa uyğun apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya baxışı zamanı İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, qiymətləndirildiyi 11 iyun 2021-ci il tarixdən İİİ (üçüncü) dərəcə əlilliyin təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Ərizə icraata qəbul edilmişdir. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin ediməli, Bakı İnzibati Məhkəməsinin 15 fevral 2022-ci il tarixli, 2-1(112)-2339/2022 saylı qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli, iddia təmin edilməlidir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2012-ci il tarixli 725 nömrəli Qərarının surətindən müəyyən olunur ki, Qubadlı RHK tərəfindən 1992-ci ildə hərbi xidmətə çağırılmış, vətəndaş İddiaçı döyüş zonasında hərbi xidmət keçərkən 1992-ci ilin sentyabr ayında aldığı və xx.xx.2012- ci ildə Xətai Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli qərardadına əsasən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və X3 məhkəmə-tibbi müayinəsi zamanı təyin edilmiş yaralanmanın nəticələri -diaqnoz: “Qəlpə yaralanmalarından sonra sağ ayaq pəncəsinin iç topuq nahiyəsində, sol dizin ön səthinin və sol sağrının üst-tış kvadratında çapıq toxumaları” (Xətai rayon idarəsinin xx.xx.2012-ci il tarixli 3/119 nömrəli arayışı, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və X2 verilmiş xx.xx.2012-ci il tarixli 152 nömrəli canlı şəxsin məhkəmə-tibbi müayinəsi aktı, Bakı şəhəri Xətai rayon məhkəməsinin xx.xx.2012-ci il tarixli qətnaməsi, 2 nəfər şahid ifadələri, MN MHHK-nm həkim mütəxəssisi-cərrahın və hüquq məsləhətçisinin rəyləri ilə təsdiq edilir), “Hərbi travmadır, Azərbaycan Respublikasının Müdafiəsi Zamanı almışdır”. Əsas: Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi həkim ekspertizası haqqında Əsasnamənin 7.2. maddəsinin a) bəndi. İddiaçının əlillik vəziyyətinin müəyyən olunması üçün Bakı 7 nömrəli şəhər poliklinikası tərəfindən göndərilmiş xx.xx.2021-ci il tarixli 0170003AAEB5 saylı göndərişində xəstəliyin gedişixroniki; X1 XX sinif-xəstələnmənin və ölümün xarici səbəbləri => Y35-Y36- Qanunla nəzərdə tutulmuş hərəkətlər və hərbi əməliyyatlar => Y36-Hərbi əməliyyatlar=>Y364-Hərbi əməliyyatlar nəticəsində odlu----; əsas diaqnoz; Y36.4- Hərbi əməliyyatlar nəticəsində odlu silahla və digər adi silah növləri ilə törədilmiş zədələnmələr, Sağ aşağı ətrafın, sağ bazu oynağının sağrı, diz nahiyyəsinin odlu silah zədələnməsi. Ağırlaşma S.82.3 Qamış sümüyünün distal şöbəsinin sınığı, Sağ baldır sümüklərinin aşağı 1/3-nin oynaqdaxili qeyri-düzgün bitişmiş sınığı. S42.2 Bazu Sümüyünün boyunun qeyri düzgün bitişmiş sınığı, artrozu, funksiyasının pozulması; R26.8- Hərəkətin və yerişin digər və dəqiqləşdirilməmiş pozulmaları, Hərəkət funksiyasının pozulması; M24.5- Oynaqların kontakturası, Sağ aşıq-baldır oynağının deformasiyaedici artrozu, kontrakturası, funksiyasının pozğunluğu ilə; N62.5-Əzələnin başqa rubrikalarda təsnif olunmayan artofiyası və üzülməsi, Sağ yuxarı ətraf əzələlərinin atrofiyası Sağ aşağı ətraf əzələlərinin atrofiyası, funksiyasının pozğunluğu ilə; 44.7 Yuxarı ətraf qurşağı və bazu səviyyəsində bir neçə sinirin travması, Sağ bazu kələfinin zədələnməsi ilə sağ yuxarı ətrafın monoparezi; M16-Koksartroz (bud-çanaq oynağının artrozu), hər iki bud çanaq oynağının koksoartrozu, hərəkətin pozulması, ağrı sindromu ilə 4 M21.3- Əlin və pəncənin sallanması (qazannılma), Sağ yuxarı ətrafın odlu silah zədəsindən sonrakı sinir kələfinin zədələnməsi; 120.8 Stenokardiiyanın digər formaları, ÜİX gərginlik stenokardiyası İİ f/s; Yanaşı xəstəliklər İ11.0 (Durğunluq) ürək çatmamazlığı ilə müşayiət olunan, əsas ürəyin zədələnməsi ilə hipertenziv (hipertoniya) xəstəlik (-yi), Arterial hipertenziya İİ mərhələ; yanaşı xəstəlik H52- presbiopiya, OU-presbiopiya. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair elektron məlumatın surətindən müəyyən olunur ki, xx.xx.1961-ci il təvəllüdlü İddiaçı 0170003AAEB5 saylı xx.xx.2021-ci il tarixli göndərişlə əlillik əlaməti təyin olunmadığı əsası (diaqnoz əlillik əlaməti təyin etmir) ilə əlillik dərəcəsinin təyin olunmasından imtina edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X5 Publik Hüquqi şəxsi tərəfindən verilmiş T 342/2021 saylı (ekspertizanın başlanma tarixi 30 noyabr 2021-ci il, başa çatma tarixi 22 dekabr 2021-ci il) rəydən görünür ki, ekspertlər belə nəticəyə gəlmişlər ki, Vətəndaş İddiaçı tibbi sənədlərində qeyd edilən əsas diaqnoz və onun ağırlaşmaları “Hərbi əməliyyatlar nəticəsində odlu silahla və digər adi silah növləri ilə törədilmiş zədələnmələr, sağ aşağı ətrafın, sağ bazu oynağının, sağrı, diz nahiyəsinin odlu silah zədələnməsi, sağ baldır sümüklərinin aşağı 1/3 oynaqdaxili qeyri-düzğün bitişmiş sınığı, sağ bazu sümüyünün boynunun qeyri-düzğün bitişmiş sınığı, artrozu, funksiyasının pozlması, hərəkət funksiyasının pozlması, sağ aşıq-baldır oynağının deformasiyaedici artrozu, kontrakturası, funksiyasının pozğunluğu ilə, sağ yuxarı ətraf əzələlərinin atrofıyası, sağ aşağı ətraf əzələlərinin atrofıyası, funksiyasının pozğunluğu ilə, hər iki bud-çanaq oynağının koksartrozu, hərəkətin pozulması, ağrı sindromu ilə, sağ yuxarı ətrafın odlu silah zədəsindən sonrakı sinir kələfinin zədələnməsi” hazırda Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli 413 saylı qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamədə müəyyən olunmadığı üçün əlilliyin təyininə əsas vermir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın: 1.2-ci bəndinə görə Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra - Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra - TSEK) tərəfindən həyata keçirilir. 1.3-cü bəndinə görə TSEK-də əlilliyin müəyyən olunması barədə qərar sadə səs çoxluğu ilə qəbul edilir. 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. 1.6-cü bəndinə görə əlilliyin səbəbinin, dərəcəsinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. 1.7-ci bəndinə əsasən şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1-dək əlilliyi olan şəxs hesab edilir. 2.1-ci bəndinə görə şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən “Tibbisosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra - göndəriş) əsasında aparılır. 2.2-ci bəndinə əsasən göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. 2.3-cü bəndinə görə göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. 2.4-cü bəndinə əsasən TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 2.5-ci bəndinə əsasən TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. 2.6-cı bəndinə görə qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. 2.9-cu bəndinə əsasən göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin 2.3. Üçüncü dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (ünsiyyət, sosial uyğunlaşma, hərəkət, əmək fəaliyyəti) məhdudlaşması hallarında təyin edilir. Əmək fəaliyyətinin məhdudlaşması məfhumunda görüləcək işin həcmi ilə bərabər, ixtisasın enməsi, anatomik qüsur nəticəsində professional əməyin çətinləşməsi də nəzərdə tutulur. Üçüncü dərəcə əlillik aşağıdakı hallarda təyin edilir: 2.5.6. hər iki topuğun ankilozu və ya kəskin kontrakturası (M24.5-M24.6); Bakı 7 nömrəli şəhər poliklinikası tərəfindən göndərilmiş xx.xx.2021-ci il tarixli 0170003AAEB5 saylı göndərişində xəstəliyin gedişixroniki; X1 XX sinif-xəstələnmənin və ölümün xarici səbəbləri => Y35-Y36- Qanunla nəzərdə tutulmuş hərəkətlər və hərbi əməliyyatlar => Y36-Hərbi əməliyyatlar=>Y364-Hərbi əməliyyatlar nəticəsində odlu----; əsas diaqnoz; Y36.4- Hərbi əməliyyatlar nəticəsində odlu silahla və digər adi silah növləri ilə törədilmiş zədələnmələr, Sağ aşağı ətrafın , sağ bazu oynağının sağrı, diz nahiyyəsinin odlu silah zədələnməsi. Ağırlaşma S.82.3 Qamış sümüyünün distal şöbəsinin sınığı, Sağ baldır sümüklərinin aşağı 1/3-nin oynaqdaxili qeyri-düzgün bitişmiş sınığı. S42.2 Bazu Sümüyünün boyunun qeyri düzgün bitişmiş sınığı, artrozu, funksiyasının pozulması; R26.8- Hərəkətin və yerişin digər və dəqiqləşdirilməmiş pozulmaları, Hərəkət funksiyasının pozulması; M24.5-Oynaqların kontakturası, Sağ aşıq-baldır oynağının deformasiyaedici artrozu, kontrakturası, funksiyasının pozğunluğu ilə; N62.5-Əzələnin başqa rubrikalarda təsnif olunmayan artofiyası və üzülməsi, Sağ yuxarı ətraf əzələlərinin atrofiyası Sağ aşağı ətraf əzələlərinin atrofiyası, funksiyasının pozğunluğu ilə; 44.7 Yuxarı ətraf qurşağı və bazu səviyyəsində bir neçə sinirin travması, Sağ bazu kələfinin zədələnməsi ilə sağ yuxarı ətrafın monoparezi; M16-Koksartroz (bud-çanaq oynağının artrozu), hər iki bud çanaq oynağının koksoartrozu, hərəkətin pozulması, ağrı sindromu ilə4 M21.3-Əlin və pəncənin sallanması (qazannılma), Sağ yuxarı ətrafın odlu silah zədəsindən sonrakı sinir kələfinin zədələnməsi; 120.8 Stenokardiiyanın digər formaları, ÜİX gərginlik stenokardiyası İİ f/s; Yanaşı xəstəliklər İ11.0 (Durğunluq) ürək çatmamazlığı ilə müşayiət olunan, əsas ürəyin zədələnməsi ilə hipertenziv (hipertoniya) xəstəlik (-yi), Arterial hipertenziya İİ mərhələ; yanaşı xəstəlik H52- presbiopiya, OU-presbiopiya. Apellyasiya baxışı zamanı Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2- 1(103)-123/2023 saylı, 02 mart 2023-cü il tarixli qərardadı ilə iş üzrə təkrar məhkəmə tibbi ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi-Ekspertiza və X5 tərəfindən verilmiş T 257/2023 nömrəli ekspert rəyinin nəticə hissəsində qeyd olunmuşdur ki, Vətəndaş İddiaçı tibbi sənədlərinin təhlilinə əsasən iş materiallarında əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilməsi üçün tibb müəssisəsində tərtib edilmiş göndərişdə qeyd edilmiş exX Sinif — Xəstələnmənin və ölümün xarici səbəbləri x Y35-Y36 — Qanunla nəzərdə tutulmuş hərəkətlər və hərbi əməliyyatlar Y36 — Hərbi əməliyyatlar 36.4-Hərbi əməliyyatlar nəticəsində odlu... Hərbi əməliyyatlar nəticəsində odlu silahla və digər adi silah növləri ilə törədilmiş zədələnmələr, sağ aşağı ətrafın, sağ, bazu oynağının, sağrı, diz nahiyəsinin odlu silah zədələnməsi, sağ baldır sümüklərinin aşağı 14-nin oynaqdaxili qeyri-düzğün bitişmiş sınığı, sağ bazu sümüyünün boynunun qeyri-düzgün bitişmiş sınığı, artrozu, funksiyasının pozulması, hərəkət funksiyasının pozulması, sağ aşıq-baldır oynağının deformasiyaedici artrozu, kontrakturası, funksiyasının pozğunluğu ilə, oynağının koksartrozu, hərəkətin pozulması, ağrı sindromu ilə, sağ yuxarı ətrafın odlu silah zədə-sindən sonrakı sinir kələfinin zədələnməsi”. İmtina edilib. Səbəb: Diaqnoz əlillik əlaməti təyin etmir. MƏHKƏMƏ-TİBBİ MÜAYİNƏ: 21 dekabr 2021-ci il tarixdə Kərimov X6 Təkrari ekspertizalar şöbəsində TSEKin ekspertləri tərəfindən müayinədən keçirildi. Deməsinə görə 1993-cü ildə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğurunda gedən döyüşlərdə yaralanmışdır. Bununla əlaqədar MN-nin BKH-da müalicə aldığını deyir. Bundan sonra HHK tərəfindən şəhadətləndirilmiş və TSEK-in ekspertləri tərəfindən İİ qrup əlillik verilmişir. Əlillik müvinəti kəsildiyi üçün məhkəməyə müraciət etmişdir. Hal-hazırda şikayətləri sağ qolunu qaldıra bilməməsindəndir. Müayinə olunan orta boylu, düzgün bədən quruluşlu, kafi köklükdədir. Beləliklə, İddiaçı tibbi sənədlərinin təhlilinə əsasən iş materiallarında olan sənədlərdə qeyd edilən əsas diaqnoz və onun ağırlaşmaları hazırda Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli 413 saylı qərarı ilə təsdiqedilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamədə müəyyən olunmadığı üçün əlilliyin təyininə əsas vermir. Ekspert komissiyası nəticəyə gəlmişdir: 1. Vətəndaş İddiaçı tibbi sənədlərində qeyd edilən əsas diaqnoz və onun ağırlaşmaları “Hərbi əməliyyatlar nəticəsində odlu silahla və digər adi silah növləri ilə törədilmiş zədələnmələr, sağ aşağı ətrafın, sağ bazu oynağının, sağrı, diz nahiyəsinin odlu silah zədələnməsi, sağ baldır sümüklərinin aşağı 12-nin oynaqdaxili qeyri-düzğün bitişmiş sınığı, sağ bazu sümüyünün boynunun qeyri-düzgün bitişmiş sınığı, ATirozu, funksiyasının pozlması, hərəkət funksiyasının pozlması, sağ aşıq-baldır oynağının deformasiyaedici artrozu, kontrakturası, funksiyasının pozğunluğu ilə, sağ yuxarı ətraf əzələlərinin atrofiyası, sağ aşağı ətraf əzələlərinin atrofiyası, funksiyasının pozğunluğu ilə, hər iki bud-çanaq oynağının koksartrozu, hərəkətin pozulması, ağrı sindromu ilə, sağ yuxarı ətrafın odlu silah zədə-sindən sonrakı sinir kələfinin zədələnməsi” hazırda Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli 413 saylı qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamədə müəyyən olunmadığı üçün əlilliyin təyininə əsas vermir. Kollegiya qeyd edir ki, səhiyyə müəssisəsi tərəfindən təqdim edilən Forma 88 arayışına XBT 10-a əsasən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin 2.5.6-cı bəndinə əsasən, üçüncü dərəcə əlilliyin təyin edilməsinə tibbi göstəriş olan xəstəliklər (M24.5- Oynaqların kontakturası, Sağ aşıq-baldır oynağının deformasiyaedici artrozu, kontrakturası, funksiyasının pozğunluğu ilə) göstərilməsinə və həmin xəstəliklərlə bağlı uzun müddət stasinar müalicədə olmasına və Forma 88 arayışına əsasən həmin xəstəliklərin diaqnozu diaqnostik müayinələrlə təsdiq olunmasına baxmayaraq İddiaçı üçüncü qrup əlilliyin təyin edilməsindən imtina edilmişdir. Belə ki, iddiaçı barəsində tərtib edilmiş 0170003AAEB5 nömrəli göndərişə əsasən o, ixtisaslaşmış müəssisədə qoyulan diaqnoz üzrə “X4 və Ortopediya İnstitutu”nda ümumi cərrah tərəfindən əyani müayinə ilə yanaşı (xx.xx.2021-ci il tarixdə), diaqnostik müayinələrdən də keçmiş (xx.xx.2021-ci il tarixdə sümük rentgenoqrofiyası), sümük rentgenoqrofiyasının nəticəsinə əsasən sol baldır sümüklərinin aşağı 1/3-nin oynaqdaxili qeyri-düzgün bitişmiş sınığı. Artroz. Sağ-bazu sümüyünün yuxarı 1/3-nin düzgüb bitişmiş sınığı, artroz. Hər iki bud-çanaq oynağının koksoartrozu müəyyən edilmişdir. Beləliklə, tibbi sənədlərə əsasən iddiaçıda Y36.4 hərbi əməliyyatlar nəticəsində odlu silahla və və digər adi silah növləri ilə törədilmiş zədələnmələr, sağ aşağı ətrafın, sağ bazu oynağının sağrı, diz nahiyyəsinin odlu silahlı zədələnməsi əsas diaqnozunun ağırlaşması əlillik təyin edən xəstəliyə (M24.5 - oynaqların kontrakturası, sağ aşıq-baldır oynağının deformasiyedici artrozu, kontrakturası, funksiyaların pozğunluğu ilə) səbəb olmuşdur. Məhkəmə iş üzrə təqdim edilmiş ekspert rəylərinə tənqidi yanaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş ekspertiza zamanı cavabdeh qurumun nümayəndəsinin iştirakı ilə keçirildiyindən mötəbər deyil. Bakı Apellyasiya Məhkəməsi tərəfindən təyin edilmiş təkrar ekspertiza zamanı isə rəydə hər hansı əsaslandırma, təhlil aparılmadan, göndərişə əsasən əsas diaqnozun ağırlaşması əllillik təyin edilən diaqnoz olsa belə (M24.5 - oynaqların kontrakturası, sağ aşıq-baldır oynağının deformasiyedici artrozu, kontrakturası, funksiyaların pozğunluğu ilə), şəxsdə həmin diaqnozun əlamətlərini təkzib edən dəlillərə və ya diaqnostik və ya instrumental müayinənin nəticələrinə istinad etmədən ümumi ifadələrlə şəxsin xəstəliyinin əlillik təyin etmədiyi bildirilmişdir. Odur ki, məhkəmə hesab edir ki, ekspert rəyi əsaslandırılmamışdır. Məhkəmənin qeyd edilən qənaəti həm də onunla əsaslandırılır ki, iddiaçı müxtəlif vaxtlarda “X4 və Ortopediya İnstitutu”nda stasionar müalicə kursları keçmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır və cavabdehin üçüncü qrup təyin edilməsindən imtinası qanunsuz olmuşdur. Odur ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Sadalanan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 15 fevral 2022-ci il tarixli, 2-1(112)-2339/2022 saylı qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli, iddia tələbi təmin edilməli, İddiaçı qiymətləndirildiyi 11 iyun 2021-ci il tarixdən İİİ (üçüncü) dərəcə əlilliyin təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya qərara aldı: Apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 15 fevral 2022-ci il tarixli, 2-1(112)-2339/2022 saylı qərarı ləğv edilsin, iş üzrə yeni qərar qəbul edilsin. İddia təmin edilsin. İddiaçı qiymətləndirildiyi 11 iyun 2021-ci il tarixdən İİİ (üçüncü) dərəcə əlilliyin təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulsun. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Aida Hüseyn Hakimlər Vüsalə Baxışova Raqib Qurbanov
Məhkəmə qərarları › İş №2-1(103)-123/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-123/2023
22.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver