Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-123/2024 01.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X4 Oruczadənin sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və X3 ibarət tərkibdə, İsmayılzadə Mənsurə Ənvər qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı «güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi» tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-771/2023 saylı, 31 yanvar 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, 01 iyul 2017-ci il tarixindən qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğun olaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının 60 yaşı tamam olduğu 10 avqust 2019-cu il tarixindən təyin olunması vəzifəsinin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 10 avqust 1959-cu il tarixdə doğulmuşdur. Əmək kitabçasının surətindən görünür ki, 03 sentyabr 1977-ci il tarixdən 09 sentyabr 1979-cu il tarixinə kimi Sovet Ordusu sıralarında həqiqi hərbi xidmət keçmiş (2 il 6 gün), 21 dekabr 1979-cu il tarixdən 10 aprel 1980-ci il tarixinədək (3 ay 19 gün)“Xəzərqazmaneftqazsənaye” İB-nin Tamponaj idarəsində quyuların sementləşdirilməsi üzrə operator vəzifəsində, 28 may 1980-ci il tarixdən 06 may 1986-cı il tarixinədək (5 il 11 ay 8 gün) “İttifaqqazmaştəmir” İB-nin Bakı TTİ-də rəngsaz və formaçı vəzifəsində(siyahı üzrə 35-ci paraqraf), 15 may 1986-cı il tarixdən 28 aprel 1989-cu il tarixinədək (2 il 11 ay 13 gün) “Aztransqaz” İB- də formaçı vəzifəsində, 03 may 1989-cu il tarixdən 01 fevral 1991-ci il tyarixinədək (1 il 8 ay 28 gün) “Aztransqaz” İB-nin “Betonçu kooperativində formaçı vəzifəsində, 01 yanvar 2002-ci il tarixdən 31 avqust 2010-cu il (8 il 8 ay)və 29 oktyabr 2010-cu il tarixdən 23 iyun 2014-cü il tarixinədək (3 il 7 ay 24 gün) “Rigblast Energy Service Ltd” şirkətində rəngsaz vəzifəsində(siyahı üzrə 35-ci paraqraf), 24 iyun 2014-cü il tarixdən 18 sentyabr 2014-cü il tarixinədək (2 ay 24 gün) “X6 SƏDƏF” MMC-də rəngsaz vəzifəsində(siyatıı üzrə 35-ci paraqraf), 17 sentyabr 2014-cü il tarixindən 10 iyun 2020-ci il tarixinədək (5 il 8 ay 23 gün) "xxxx" MMC-də rəngsaz vəzifəsində(siyahı üzrə 35-ci paraqraf) işləmişdir. Beləliklə, 60 yaşı tamam olduğu 10 avqust 2019-cu il tarixinə kimi ümumi iş stajı 28 il 8 ay 3 gün təşkil etmiş, həmin staj illərinin 20 il 11 ay 21 gün (12 il 6 aydan artıq) müddətini 01 iyul 2017-ci il tarixindən qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1 maddəsinə əsasən, yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti (Nazirlər Kabinetinin 12 Ne-li 23 yanvar 2007-ci il tarixli qərarı) tərəfindən təsdiq olunan siyahısına daxil olan işlərdə çalışmışdır. Bununla da O, həmin Qanunun tələblərinə cavab verən iş stajı toplamış, bu səbəbdən də 60 yaşına çatdığı 10 avqust 2019-cu il tarixdən yaşa görə əmək pensiyası almaq hüququ qazanmışdır. 01 iyul 2017-ci il tarixindən qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1 maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər- 60 yaşına çatdıqda və azı 25 il sığorta stajına malik olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışdıqda əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Pensiya almaq hüququ yarandığı 10 avqust 2019-cu il tarixdən etibarən qanunvericiliyin tələblərinə uyğun mənə pensiya təyin edilməsi və həmin tarixdən bu günədək ödənilməmiş pensiya haqqının hesablanaraq ödənilməsi barədə müraciətinə cavabdeh tərəfindən 22 oktyabr 2021-ci il tarixli **********6 saylı məktubla imtina cavabı verilmişdir. İmtina onunla əsaslandırılmışdır ki, təqdim etdiyi arayışlarda rəngsaz vəzifəsində əmək fəaliyyəti ilə məşğul olduğu zaman tətbiq etdiyi maddələrin təhlükəlilik sinifi və həmin sinifin hansı sənədlərə əsasən müəyyən edildiyi qeyd olunmamışdır. Bildirmişdir ki, həm “Rigblast Energy Service Ltd” (sonradan adı dəyişdirilərək “X6” edilmişdir), həm də "xxxx" MMC şirkətləri üzən qazma qurğularına xidmətlə məşğul olmuş və o, hər iki şirkətdə eyni vəzifəni, rəngsaz vəzifəsini yerinə yetirərək eyni maddələrlə işləmişdir. Rəngsaz vəzifəsində işlədiyi zaman tətbiq etdiyi maddələrin təhlükəlilik sinifi barədə sənədləri ərizəsinə əlavə edərək cavabdehə yenidən müraciət etmiş və müraciətinə **********4 saylı 12 yanvar 2022-ci il tarixli məktubla imtina cavabı verilmişdir. Odur ki, mübahisənin inzibati qaydada məcburetmə yolu ilə məhkəmədə həll edilməsinə zərurət yaranmışdır. Cavabdeh orqanın iddiaya yazılı etirazı onunla əsaslandırılmışdır ki, İddiaçı inzibati orqana təqdim etdiyi müraciət ərizəsində ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasını xahiş etmiş, lakin inzibati orqan tərəfindən verilmiş imtinada müəssisə tərəfindən iddiaçıya verilmiş arayışda iddiaçının rəngsaz vəzifəsində əmək fəaliyyəti ilə məşğul olduğu zaman tətbiq etdiyi maddələrin təhlükəlilik sinifi və həmin sinifin hansı sənədlərə əsasən müəyyən edildiyi qeyd olunmadığı üçün güzəştli staj kimi nəzərə alnmadığı qeyd edilmişdir. Belə ki, “Stork Technical Limited” şirkətinin Azərbaycan nümayəndəliyi tərəfindən iddiaçıya verilmiş 29 noyabr 2017-ci il tarixli HR-LT-2017-013 nömrəli və eyni tarixdə verilmiş HR-LT-001-2017 nömrəli arayışlarda İddiaçı xx.xx.2002-ci il tarixdən xx.xx.2010-cu il tarixədək, xx.xx.2010-cu il tarixdən xx.xx.2014- cü il tarixədək, xx.xx.2014-cü il tarixdən xx.xx.2014-cü il tarixədək həmin müəssisədə rəngsaz vəzifəsində işlədiyi qeyd edilsə də, müəssisənin arayışında iddiaçının rəngsaz vəzifəsində əmək fəaliyyəti ilə məşğul olduğu zaman tətbiq etdiyi maddələrin təhlükəlilik sinifi və həmin sinifin hansı sənədlərə əsasən müəyyən edildiyi qeyd olunmamışdır. Bildiririk ki, “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. İddiaçı N İddiaçı xx.xx.2002-ci il tarixdən xx.xx.2010-cu il tarixədək, xx.xx.2010-cu il tarixdən xx.xx.2014- cü il tarixədək, xx.xx.2014-cü il tarixdən xx.xx.2014-cü il tarixədək olan əmək fəaliyyətinin güzəştli staja aid edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün olmadığı üçün həmin illər güzəştli staj kimi nəzərə alınmamışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-771/2023 saylı, 31 yanvar 2023-cü il tarixli qərarı ilə (hakim E.Əliyev) iddia təmin edilmişdir. Qərardan narazı qalan cavabdeh qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti etiraza uyğun əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, “Stork Technical Limited” şirkətinin Azərbaycan nümayəndəliyi tərəfindən iddiaçıya verilmiş 29 noyabr 2017-ci il tarixli HR-LT-2017-013 nömrəli və eyni tarixdə verilmiş HR-LT-001- 2017 nömrəli arayışlarda İddiaçı xx.xx.2002-ci il tarixdən xx.xx.2010-cu il tarixədək, xx.xx.2010-cu il tarixdən xx.xx.2014- cü il tarixədək, xx.xx.2014-cü il tarixdən xx.xx.2014cü il tarixədək həmin müəssisədə rəngsaz vəzifəsində işlədiyi qeyd edilsə də, müəssisənin arayışında iddiaçının rəngsaz vəzifəsində əmək fəaliyyəti ilə məşğul olduğu zaman tətbiq etdiyi maddələrin təhlükəlilik sinifi və həmin sinifin hansı sənədlərə əsasən müəyyən edildiyi qeyd olunmamışdır. Ona görə də iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının hesablanması qanunvericiliyin tələbləri baxımından mümkün olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə uyğun izahat verərək, şikayətin təmin olunması, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək, təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əlavə olaraq izahatında bildirdi ki, o, 2002-ci ildən “Rigblast Energy Services Ltd” Kompaniyasının Bakı şəhəri nümayəndəliyində ("xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyində, "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyində) "xxxx" MMC-də neft borularının renglənməsi üzrə rəngsaz peşəsində işləmiş, məhz bu sahədə boyama işlərində daim eyni növ xüsusi təhlükəli boyalardan istifadə etmişdir. İşlədiyi şirkətlər Socarla əlaqədar şirkətlər olmuşdur.Həmin şirkətlərin fəaliyyət dairəsinə neft və qaz sahəsində xidmətlər daxil olmuşdur. Tətbiq etdiyi boyalar Sigmacover-280, Sigmasheild-880, Sigmadur boyaları olmuşdur. Əmək fəaliyyəti dövründə təhlükəliliyi 3-cü sinifdən aşağı olmayan zərərli maddələri tətbiq etməklə işləmişdir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk öncə iddianın mümkünlüyü ilə bağlı aşağıdakıları qeyd edir: Məhkəmə kollegiyası işə iddianın mahiyyəti üzrə baxılmasına imkan verən mümkünlük şərtlərinə (iddiaçının subyektiv hüququ, cavabdehin seçilməsi və s.) qiymət verərək belə nəticəyə gəlir ki, iddia mümkün sayılır. Belə ki, baxılan işdə iddianın ümumi və xüsusi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 1.1, 2.1, 3.1 və 8.1.4-cü maddələri). İddiaçı İPM-in 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı (öhdəliyin icrası) qaldırmışdır. İddiaçı cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. Cavabdeh tərəfindən iddiaçının müvafiq müraciətinə baxılaraq qaldırılan məsələnin həllindən imtina olunduğundan, tərəflər arasında inzibati mübahisə mövcuddur. İddiaçı əvvəlcə inzibati orqana müraciət etmiş, cavabdeh tərəfindən iddiaçının müraciətinə imtina edilmişdir. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, iddia mümkün iddia olmaqla yanaşı həm də mahiyyəti üzrə əsaslı olması nəticəsinə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, iddia tələbinin qanuni əsasını “Əmək pensiyaları haqqında” AR Qanununun 9.1-ci maddəsi təşkil edir. - 9.1-ci maddəyə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. - 21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11 dekabr 2017-ci il tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın: - 3.1-ci bəndinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: 3.1.1. Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; 3.1.2. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. - 3.2-ci bəndinə görə 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası; 3.2.2. əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı. “Əmək pensiyaları haqqında” Qanunun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş , hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Həmin Qanunun 21.2-ci maddəsinə əsasən Sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, aşağıdakı müddətlər daxil edilir: 21.2.11. hərbi xidmət müddəti (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində hərbi xidmət dövrü daxil olmaqla). Sadalanan qanunvericilik müddəalarının mübahisəyə tətbiqi göstərir ki, iddiaçının 60 yaşdan əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun yaranması üçün aşağıdakı şərtlərə birlikdə əməl olunmalıdır: 1) müəyyən olunmuş yaş həddinə çatmalı; 2) 25 il ümumi iş stajı; 3) azı 12 il 6 ay xüsusi iş stajı mövcud olmalıdır. 4) fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməlidir. İddiaçının müəyyən olunmuş yaş həddinə çatması işin mübahisəsiz halıdır. İş materiallarında olan iddiaçıya məxsus AZE seriyalı 0******* №li şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, iddiaçı xx.xx.1959-cu il təvəllüdlü olmaqla 60 yaşı xx.xx.2019-cu ildə tamamlanmışdır. İddiaçının ümumi stajının 25 ildən çox olması işin mübahisəsiz halıdır. Belə ki, iş materiallarına əlavə edilmiş H3 № ******* nömrəli hərbi biletin surətinə əsasən İddiaçı 03 sentyabr 1977-ci il tarixdən 09 sentyabr 1979-cu il tarixinə kimi Sovet Ordusu sıralarında həqiqi hərbi xidmət keçmişdir. İş materiallarına əlavə olunmuş iddiaçıya məxsus ИТ-İ № ******* nömrəli, xx.xx.1979ci il tarixli əmək kitabçasının surətinə əsasən İddiaçı 21 dekabr 1979-cu il tarixdən 10 aprel 1980-ci il tarixinədək“Xəzərqazmaneftqazsənaye” İB-nin Tamponaj idarəsində quyuların sementləşdirilməsi üzrə operator vəzifəsində, 28 may 1980-ci il tarixdən 06 may 1986-cı il tarixinədək “İttifaqqazmaştəmir” İB-nin Bakı TTİ-də rəngsaz və formaçı vəzifəsində, 15 may 1986-cı il tarixdən 28 aprel 1989-cu il tarixinədək “Aztransqaz” İB- də formaçı vəzifəsində, 03 may 1989-cu il tarixdən 01 fevral 1991-ci il tarixinədək “Aztransqaz” İB-nin “Betonçu kooperativində formaçı vəzifəsində, 01 yanvar 2002-ci il tarixdən 31 avqust 2010-cu il və 29 oktyabr 2010-cu il tarixdən 23 iyun 2014-cü il tarixinədək “Rigblast Energy Service Ltd” şirkətində rəngsaz vəzifəsində, 24 iyun 2014-cü il tarixdən 18 sentyabr 2014cü il tarixinədək “X6 SƏDƏF” MMC-də rəngsaz vəzifəsində, 17 sentyabr 2014-cü il tarixindən 10 iyun 2020-ci il tarixinədək "xxxx" MMC-də rəngsaz vəzifəsində işləmişdir. Göründüyü kimi, iddiaçının 60 yaşının tamam olduğu xx.xx.2019-cu il tarixədək olan ümumi iş stajının 25 ildən çox təşkil etdiyi müəyyən olunur. İddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi mübahisəsizdir. Belə ki, iş materiallarında olan cavabdeh inzibati orqan tərəfindən məhkəməyə ünvanlanmış 09 dekabr 2022-ci il tarixli, **********7 nömrəli məktubda iddiaçının pensiya kapitalının 88667,50 manat olduğu qeyd edilmişdir. Həmçinin, məhkəmə araşdırmaları zamanı cavabdeh inzibati orqanın səlahiyyətli nümayəndəsi iddiaçının pensiya kapitalının pensiya təyin etməyə imkan verdiyini və tələb olunan pensiya kapitalının mövcud olduğunu bildirmiş və kapital məsələsinin mübahisəli olmadığını qeyd etmişdir. İddiaçının güzəştli iş stajının minimum 12 il 6 aydan az olması işin mübahisəli halıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir. İş materiallarına əlavə olunmuş: - Stork Technical Services Sədəf MMC tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli güzəştli arayışda qeyd edilmişdir: İddiaçı həqiqətən xx.xx.2014 tarixindən (S-064 Nə-li xx.xx.2014 tarixli əmək müqaviləsi) xx.xx.2014 tarixinə kimi (0**-SO-***4 N2-İİ xx.xx.2014 tarixli əmr) "Stork Technical Services Sədəf' MMC-də rəngsaz vəzifəsində işləyib. İş stajı: 2 ay 26 gün MMC-nin fəaliyyət dairəsinə neft və qaz sahəsində xidmətlər, o cümlədən quraşdırma, izolyasiya, rəngləmə, habelə digər qanuni kommersiya fəaliyyətləri daxildir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı"nda 35-ci hissədə (Ümumi peşələr), öz əksini tapmış "Rəngsazlar" bəndinə əsasən İddiaçı güzəştli şərtlərlə xidmət illərinə görə təqaüd hüququ verən iş stajı yaranmışdır. Onun "Stork Technical Services” MMC-də güzəştli əmək şəraitində iş stajı 2 ay 26 gün təşkil edir. - “Stork Technical Services (RBG) Limited” tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli HR-LT-2017-013 nömrəli güzəştli arayışda qeyd edilmişdir ki, İddiaçı həqiqətən xx.xx.2002-ci il tarixindən (xx.xx.2002 tarixli 50037 N-li əmək müqaviləsi) xx.xx.2010-cu il tarixinə kimi "Rigblast Energy Services Ltd" Kompaniyasının Bakı şəhəri nümayəndəliyində (sonradan adı dəyişdirilmişdir) rəngsaz vəzifəsində işləyib. İş stajı: 8 il 8 aydır. xx.xx.2010-cu il tarixindən xx.xx.2014-cü il tarixinə kimi (xx.xx.2014 tarixli STSHR- 2014-012/4 Ns-li əmr) "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyində (sonradan adı dəyişdirilmişdir) rəngsaz vəzifəsində işləyib. İş stajı: 3 il 7 ay 26 gün. Nümayəndəliyin fəaliyyət dairəsinə neft və qaz sahəsində xidmətlər, o cümlədən quraşdırma, izolyasiya, rəngləmə; istilik, havalandırma və soyutma sistemləri üzrə texniki xidmət və təmir, habelə digər qanuni kommersiya fəaliyyətləri daxildir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı" nda 35-ci hissədə (Ümumi peşələr), öz əksini tapmış '"Rəngsazlar" bəndinə əsasən İddiaçı güzəştli şərtlərlə xidmət illərinə görə təqaüd hüququ verən iş stajı yaranmışdır. Onun "Stork Technical Services (RBG) Limited" Şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyində güzəştli əmək şəraitində iş stajı 12 il 3 ay 26 gün təşkil edir. -"xxxx" şirkətinin Azərbaycan nümayəndəliyi tərəfindən xx.xx.2018-ci il tarixli, HR-LT- 2018-003 nömrəli arayışda İddiaçı təhlükəliliyi 3-cü sinifdən aşağı olmayan zərərli maddələri tətbiq etməklə işlərdə məşğul olan rəngsaz vəzifəsində işlədiyi qeyd edilmişdir. - "xxxx" LLG-nin xx.xx.2021-ci il tarixli arayışında qeyd edilmişdir ki, İddiaçı 17 sentyabr 2014-cü il tarixdən 10 iyun 2020-ci il tarixinə kimi rəngsaz vəzifəsində işləmişdir və onun şirkətdə 6 il 02 ay 23 gün stajı vardır. İddiaçı işlədiyi Rəngsaz vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007- ci il tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda 35-ci hissədə (Ümumi peşələr) öz əksini tapmış “Rəngsazlar” bəndinə uyğundur. - xx.xx.2022-ci il tarixli "xxxx" LLG-nin məhkəmənin sorğusuna cavab məktubunda İddiaçı 17 sentyabr 2014-cü il tarixdən 10 iyun 2020-ci il tarixinə kimi rəngsaz vəzifəsində işlədiyi və onun müəssisədə 5 il 09 ay iş stajı olduğu qeyd edilmişdir. - ИТ-İ seriyalı ******* nömrəli əmək kitabçasının surətindən müəyyən edilir ki, iddiaçı xx.xx.1980-ci il tarixdən xx.xx.1986-cı il tarixədək, xx.xx.2002-ci il tarixdən xx.xx.2010-cü il tarixədək, xx.xx.2010-cu il tarixdən xx.xx.2014-cü il tarixədək, xx.xx.2014-cü il tarixdən xx.xx.2014-cü il tarixədək və xx.xx.2017-ci il tarixdən -xx.xx.2020-ci il tarixədək müxtəlif müəssisələrdə rəngsaz peşəsində işləmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1-ci bəndinin 4.1.20- yarımbəndinə əsasən əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti – bu Qaydanın 4.1.1-ci yarımbəndində nəzərdə tutulmuş sənədlərə və şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürənin forması bu Qaydaya 2 nömrəli Əlavə ilə müəyyən edilmiş arayışına əsasən müəyyən edilir. Apellyasiya instansiya məhkəməsində icraat zamanı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə sorğu ünvanlanaraq iddiaçı tərəfindən rəngsaz vəzifəsi üzrə tətbiq edilən maddələrin təhlükəlilik sinifi və həmin vəzifənin “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 saylı qərarında və “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 saylı qərarında olub-olmaması, olduğu təqdirdə, peşələrin kodları göstərilməklə güzəştli arayışın məhkəməyə təqdim edilməsi xahiş olunmuşdur. Belə ki, Azərbaycan Respublikası Ali məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-703/20 nömrəli “əmək pensiyalarının təyin edilməsi və ya yenidən hesablanması ilə bağlı işlər üzrə” icmal məktubunda göstərilmişdir ki, müəssisənin məhkəmə araşdırmasının aparıldığı dövrdə fəaliyyət göstərməyən müəssisə olduğu müəyyən edildikdə, güzəştli işlə bağlı arayış onun hüquqi varisindən, hüquqi varisi olmadıqda isə müəssisənin sənədlərinin saxlanıldığı qurumdan əldə edilə bilər. Hər hansı səbəbdən müəssisənin sənədləri qorunub saxlanılmamışsa, oxşar sahədə fəaliyyət göstərən müəssisə ona təqdim edilmiş iş stajına dair sübutlar əsasında lazımi qaydada əsaslandırma aparmaqla iddiaçının işlədiyi sahələrin, peşələrin və vəzifələrin siyahıdakı kodlara uyğunluğuna dair arayış verə bilər. Sorğuya cavab məktubunda qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 №-li qərarının 2 №-li əlavəsi ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 Ne-li siyahısı”na və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısf'na əsasən güzəştli şərtlərlə əmək pensiyası aşağıda qeyd olunan sahələrdə çalışan rəngsazlara təyin oluna bilər:
1. Metal emalı sahəsində - rezervuarlarda, gəmilərin bölmələrində, qapalı kameralarda məşğul olan rəngsazlar;
2. Nəqliyyat (Dəniz və çay donanması) sahəsində - doklarda gəmilərin rənglənməsi və sıyrılması ilə məşğul olan rəngsazlar;
3. Metropoliten, yer qurğularının tikintisi və təmiri üzrə yeraltı işlərdə çalışan rəngsazlar;
4. Təhlükəliliyi 3-cü sinifdən aşağı olmayan zərərli maddələri tətbiq etməklə işlərdə məşğul olan rəngsazlar. İddiaçı “Rigblast Energy Services LTD” Kompaniyasının Bakı şəhər nümayəndəliyində (sonralar adı dəyişdirilərək "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi və "Stork Technical Services (RBG) Limited" Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi olmuşdur) işlədiyi müddətdə əmək şəraiti, əmək funksiyaları, eləcə də çalışdığı müəssisənin fəaliyyət sahəsi barədə məlumat olmadığı üçün iddiaçının işlədiyi peşənin güzəştli şərtlərlə pensiya hüququ olan peşə olubolmaması barədə rəy verilməsi mümkün deyildir. Həmçinin, işin obyektiv araşdırılması məqsədi ilə iddiaçı ilə eyni müəssisədə işləyən X1 pensiya işi məhkəmənin sorğusu əsasında cavabdeh inzibati orqanın nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilmişdir. Pensiya işinin materiallarından aydın olur ki, həmin vətəndaş da hazırki iddiaçı kimi əvvəllər “Stork Technical Limited” şirkətinin Azərbaycan nümayəndəliyində daha sonra Socarda işləmişdir. Pensiya işi materiallarına hər iki şirkət tərəfindən verilmiş güzəştli arayış əlavə edilmişdir. Beləliklə, işin araşdırılmış hallarından göründüyü kimi, iddiaçı əmək fəaliyyətinin əsas hissəsini müxtəlif müəssisələrdə rəngsaz peşəsində işlədiyi işəgötürən tərəfindən məhkəməyə təqdim edilmiş arayışlar və əmək kitabçası ilə öz təsdiqini tapır. Həmçinin, işin araşdırılmış hallarından aydın olur ki, iddiaçı qeyd edilən peşə üzrə eyni sahədə eyni işləri görmüş, həm “Rigblast Energy Services Ltd” Kompaniyasının Bakı şəhəri nümayəndəliyi ("xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi, "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyin) həm də "xxxx" MMC-nin fəaliyyət dairəsinə məhz neft və qaz sahəsində xidmətlər daxil olmuşdur. Məhkəmə kollegiyasının mövqeyi ondan ibarətdir ki, iddiaçının əvvəllər eyni sahədə, eyni peşə üzrə işlədiyi müəssisənin hazırda fəaliyyət göstərməməsi onun sosial təminat hüquqlarının pozulmasına səbəb ola bilməz. Aydın olduğu kimi, iddiaçı neft və qaz sahəsində boruların rənglənməsi ilə məşğul olmuş və bu zaman tətbiq edilən boyaların təhlükəlilik sinfinin fərqli olması ağlabatan deyildir. Bundan əlavə həmçinin cavabdeh inzibati orqan da əks mövqe irəli sürə bilmir. Beləliklə, Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nda XXXİİİ. Ümumi peşələr bölməsində 23200000-13450 şifrəsi ilə qeyd edilmiş təhlükəliliyi 3-cü sinifdən aşağı olmayan zərərli maddələri tətbiq etməklə işlərdə məşğul olan rəngsazlar peşəsi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli Qərarı ilə “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” təsdiq edilmiş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli Qərarı qüvvədən düşmüş hesab edilmişdir. Siyahının (xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarla təsdiq edilmiş) “35. Ümumi peşələr” bölməsində “təhlükəliliyi 3-cü sinifdən aşağı olmayan zərərli maddələri tətbiq etməklə işlərdə məşğul olan rəngsazlar” nəzərdə tutulmuşdur. Yuxarıda qeyd edilənlərdən də aydın olur ki, iddiaçı N.N. Şuqverovun 10 avqust 2019-cu ilədək, yəni pensiya hüququ yarandığı tarixədək rəngsaz peşəsində 12 il 6 aydan artıq iş stajı mövcud olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Beləliklə, Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri əsassızdır və qanuni qərarın ləğvinə əsas vermir, bu səbəbdən təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-771/2023 saylı, 31 yanvar 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır.
Nəticəvi hissə:
Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-771/2023 saylı, 31 yanvar 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Xəyalə Cəmilova Rəşid Səmədov