Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-123/2025 23.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Tağızadə Mirzə Nəsib oğlu və Nəbizadə Nigar Xeyrulla qızından ibarət tərkibdə, X3 Asəf qızının katibliyi iştirakı ilə, İddiaçı cаvаbdеh “Azərbaycan Avtomobil X4” publik hüquqi şəxsinə qarşı “kompensasiya ödənilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2738/2024 saylı, 01 fevral 2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D I : İddiаçı İddiaçı Bаkı İnzibаti Məhkəməsində cavabdeh “Azərbaycan Avtomobil X4” publik hüquqi şəxsinə qarşı iddia qaldıraraq İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Novxanı bağ massivində yerləşən sahəsi 0,12 ha olan 1101 e nömrəli bağ torpaq sahəsinin 0,167 ha hissəsi “2017-2018-ci illərdə Novxanı Pirşağı-Sahil yolu avtomobil yolunun yenidən qurulması” layihəsi həyata keçirilən zaman həmin layihə altına düşdüyünə görə 17.000 manat kompensasiya ödənilməsi vəzifəsinin cavabdeh “Azərbaycan Avtomobil X4” publik hüquqi şəxsinin üzərinə qoyulması barədə qərar qəbul еdilməsini хаhiş еtmişdir. İddia ərizəsində qeyd edilmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu, Novxanı bağ massivində yerləşən, qanuni istifadə və sahibliyində olan 0,12 ha torpaq sahəsi (1101E saylı bağ sahəsi) Bakı şəhər X2 14 aprel 1989-cu il tarixli, 3/100 saylı qərarı ilə 66 saylı ВТК nəzdində 12 saylı order əsasında iddiaçıya ayrılmışdır.Qeyd olunan bağ sahəsi (0.1033 ha) üzərində iddiaçının hüquqları qeydə alınaraq dövlət reyestrindən ********** qeydiyyat nömrəli Çıxarış verilmişdir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən bildirilmişdir ki, bağ sahəsinin bir hissəsi Novxanı-Pirşağı magistral yolunda yerləşir. Qeyd olunanlarla yanaşı, torpaq sahəsi hüquqmüəyyənedici sənəd üzrə 1200 kv.m olsa da, faktiki olaraq 1033 kv.m təşkil edir. 0.167 ha torpaq sahəsi müvafiq layihəyə uyğun olaraq ümumi yola daxil edilmişdir.Cavabdeh Azərbaycan Avtomobil X4 tərəfindən həyata keçirilən “Novxanı-Pirşağı (Sahil yolu) avtomobil yolunun yenidən qurulması” layihəsinin icrası ilə əlaqədar olaraq iddiaçının mülkiyyətində olan 1200 kv.m torpaq sahəsinin 0,167 kv.m hissəsi yol tikintisi sahəsinə düşmüşdür.İddiaçı qeyd olunan tikinti layihəsinin icrasına başlanmasından ötən müddət ərzində mülkiyyətində olan və tikinti altına düşmüş 0,0167 ha torpaq sahəsinə görə ədalətli şəkildə kompensasiya ödənilməsi barədə ərizə ilə xx.xx.2022-ci il tarixdə cavabdeh inzibati orqana müraciət etmişdir.Cavabdeh inzibati orqan imtina məktubunda bildirilmişdir ki, sözügedən layihə çərçivəsində iddiaçıya kompensasiya ödənilməsi nəzərdə tutulmamışdır. İşin birinci instansiya icraatı zamanı cavabdeh iddiaya dair yazılı etiraz təqdim etmişdir. Etirazda qeyd edilmişdir ki, iddiaçının iddia tələbi üzrə Azərbaycan Avtomobil X4 cavabdeh qismində olmamalıdır.Belə ki, iddiaçıya məxsus torpaq sahəsinin yolun tikintisi altına düşməsi barədə Agentlikdə heç bir məlumat olmamış və bununla bağlı Agentliyə dövlət büdcəsindən heç bir vəsait ayrılmamış, həmin söküntü işlərinin sifarişçisi və təşkilatçısı olmamışdır. Buna görə də İddiaçı aid torpaq sahəsi dövlət ehtiyacları üçün alınmadığından Agentliyin heç bir məsuliyyəti yaranmır və aidiyyəti üzrə iddiaçı ona dəymiş ziyanı Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətindən tələb etməlidir.Belə ki, iddiaçıya məxsus torpaq sahəsinin alınması Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinin səlahiyyətinə aid olmuşdur.Cavabdeh qeyd edilənlərə əsasən iddiaçıya məxsus torpaq sahəsinin alınması nəticəsində iddia tələbinin Agentliyə münasibətdə cavabdeh qismində icraatına xitam verilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2738/2024 saylı, 01 fevral 2024-cü il tarixli qərarı ilə iddia tələbi təmin edilmiş və İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Novxanı bağ massivində yerləşən sahəsi 0,12 ha olan 1101 e nömrəli bağ torpaq sahəsinin 0,167 ha hissəsinə görə 17.000 (on yeddi min) manat kompensasiya ödənilməsi vəzifəsi cavabdeh “Azərbaycan Avtomobil X4” publik hüquqi şəxsinin üzərinə qoyulması qərara alınmışdır. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın ləğv olunmasını və iddianın rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinə yazılı etiraza uyğun tərtib edilmişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq nümayəndələri məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2738/2024 saylı, 01 fevral 2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarında olan: - Cavabdehin imtina məktubuna əsasən iddiaçının müraciətinin təmin edilməsindən “Novxanı-Pirşağı (Sahil yolu) avtomobil yolunun layihələndirilməsi və tikintisi" layihəsi başa çatdığından hal-hazırda həmin layihə üzrə hər-hansı sənədləşmənin qeyri-mümkün olması əsası ilə imtina edilmişdir; - Daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndi, 1101e saylı bağ sahəsi (0,1033 ha) xüsusi mülkiyyət hüququ ilə İddiaçı mülkiyyəti kimi qeydiyyatdan keçmişdir; - Bakı İnzibati Məhkəməsinin 2-1(112)-14209/2022 nömrəli, xx.xx.2023-cü il tarixli qərarına əsasən X1 iddiası təmin edilmiş, X1 mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Novxanı bağ massivində yerləşən sahəsi 0,12 ha olan 1101 e nömrəli bağ torpaq sahəsinin 0,167 kv.m. hissəsi 2017-2018-ci illərdə “Novxanı-Pirşağı-Sahil yolu avtomobil yolunun yenidən qurulması” layihəsi həyata keçirilən zaman həmin layihə altına düşdüyünə görə 17.000 manat kompensasiya ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Avtomobil X4nin üzərinə qoyulmuşdur, həmin məhkəmə icraatı zamanı təqdim edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin İddiaçı ünvanlanmış xx.xx.2022-ci il tarixli **********06 saylı məktubu ilə bildirilmişdir ki, bağ sahəsinin bır hissəsi Novxanı-Pirşağı magistral yolunda yerləşir, “X5 və Ekspertiza Mərkəzi” MMC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 220 saylı mütəxəssis rəyi ilə isə bildirilmişdir ki, Azərbaycan Avtomobil X4 tərəfindən həyata keçirilən “Novxanı-Pirşağı (Sahil yolu) avtomobil yolunun yenidən qurulması” layihəsinin icrası ilə əlaqədar olaraq iddiaçının mülkiyyətində olan Bakı şəhəri Binəqədi rayonu, Novxanı bağ massivində yerləşən 1200,0 kv.m torpaq sahəsinin 170,0 kv.metr hissəsi yol tikintisi sahəsinə düşür, Azərbaycan Avtomobil X4 tərəfindən həyata keçirilən "NovxanıPirşağı" (Sahil yolu) avtomobil yolunun layihələndirilməsi və tikintisi” layihəsinin icrası ilə əlaqədar olaraq iddiaçının mülkiyyətində olan Bakı şəhəri Binəqədi rayonu, Novxanı bağ massivində yerləşən 1200,0 kv.m torpaq sahəsinin layihə altına düşən 170,0 kv.m hissəsinin dəyəri təqribən 17000,0 (on yeddi min) manat məbləğində müəyyən edilir; - Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1973/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarına əsasən həmin qərar ilə Bakı İnzibati Məhkəməsinin 2- 1(112)- 14209/2022 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı ləğv edilmişdir, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1973/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı ilə müəyyən edilmişdir ki, Azərbaycan Avtomobil X4 tərəfindən həyata keçirilən Novxanı-Pirşağı (Sahil yolu) avtomobil tikintisi layihəsi çərçivəsində aparılan tikinti Novxanı bağlar sahəsində yerləşən, İddiaçı verilmiş ümumi sahəsi 0,12 ha olan (1101E saylı bağ sahəsi) torpaq sahəsinin üzərinə düşmüşdür. Məhkəmə kollegiyası hazırkı iş üzrə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1115-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə isin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfivvətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 157.9-cu maddəsinə əsasən dövlət ehtiyacları tələb etdikdə, dövlət tərəfindən mülkiyyət yalnız “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi və quraşdırılması, sərhədboyu zolaqda dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, müdafiə və təhlükəsizlik əhəmiyyətli obyektlərin tikilməsi, dövlət əhəmiyyətli dağ-mədən sənayesi obyektlərinin tikilməsi məqsədi ilə alınır. Həmin Məcəllənin 246.1-ci maddəsinə əsasən bu Məcəllənin 157.9-cu maddəsinə uyğun olaraq, torpaqların dövlət ehtiyacları üçün alınması haqqında qərar müvafiq icra hakimiyyəti orqanı tərəfindən “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada qəbul edilir. Həmin Məcəllənin 246.5-ci maddəsinə əsasən bu Məcəllənin 246-249-cu maddələrinin müddəaları dövlət ehtiyacları üçün alınan torpaqla yanaşı həmin torpaqda yerləşən və ya yerləşməyən, eyni məqsədlərlə alınan torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) əşyalara da şamil edilir Həmin Məcəllənin 248.1-ci maddəsinə əsasən alınmanın təsirinə məruz qalan şəxsdən alınan torpaqla bağlı sahibliyin əldə edilməsi yalnız məhkəmə tərəfindən müvafiq qərar qəbul edildikdən sonra həyata keçirilə bilər. Həmin Məcəllənin 248.2-ci maddəsinə əsasən alınan torpağın yerləşdiyi ərazi vahidi üzrə məhkəməyə müraciət alan orqan tərəfindən aşağıdakıların təsdiq olunması üçün edilir:248.2.1. torpağın alınmasının “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olmasının;248.2.2. alınan torpağa sahibliyin “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq əldə olunmasının;248.2.3. alınmanın təsirinə məruz qalan şəxslərə ödəniləcək kompensasiyanın növünün və məbləğinin. Həmin Məcəllənin 249.2-ci maddəsinə əsasən torpağın alınması barədə qərarın qəbul edildiyi tarixdən sonra həmin tarixədək mülkiyyətində alınan torpaq olan şəxslərin sahiblik və istifadə hüquqları istisna olmaqla, həmin torpaqla bağlı bütün hüquqları kompensasiya almaq hüququna çevrilir. «Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında» Azərbaycan Respublikasının Qanununun 1.1-ci maddəsinə əsasən bu Qanunun məqsədləri üçün aşağıdakı anlayışlardan istifadə olunur: 1.1.1. alınma — dövlət ehtiyacları üçün bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaq (onun müəyyən hissəsi) üzərində mülkiyyət, istifadə və icarə hüquqlarına, bu torpaqdan istifadəyə dair müəyyən edilmiş yüklülüklər (məhdudiyyətlər) də daxil olmaqla xitam verilməsi yolu ilə həmin torpağın (onun müəyyən hissəsinin) mülkiyyətçidən könüllü və ya məcburi qaydada əvəzi ödənilməklə dövlət tərəfindən satın alınması, həmçinin istifadədə və (və ya) icarədə olan dövlət torpaqlarının müvafiq kompensasiya ödənilməklə istifadəçidən və ya icarəçidən geri alınması; 1.1.2. torpaq — mülkiyyətdə olan, üzərində istifadə və icarə kimi hüquqların, habelə torpaq sahəsindən istifadəyə dair yüklülüklərin (məhdudiyyətlərin) mövcud olduğu və ya olmadığı torpaq sahələri, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlər;1.1.3. tikili — torpaqla möhkəm bağlı olub təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan bütün əmlak, o cümlədən binalar (yaşayış və qeyri-yaşayış sahələri), qurğular, bağ evləri, divar, hasar, yarımçıq (inşası başa çatdırılmamış) tikili və bu kimi digər obyektlər;.. 1.1.6. kompensasiya — bu Qanuna əsasən torpaqların alınması və ya torpağa dair hüquqları ilə bağlı alınmanın təsirinə məruz qalan şəxslərə verilən, pul, əmlak və ya digər formada ifadə olunan əvəzdir; Həmin Qanunun 52-ci maddəsi alınmanın təsirinə məruz qalan şəxsdən alınan torpaqla bağlı sahibliyin əldə edilməsinin yalnız məhkəmə tərəfindən müvafıq qərar qəbul edildikdən sonra həyata keçirilə bilmək imkanını nəzərdə tutmuşdur. Hazırkı işin hallarından müəyyən edilir ki, iddiaçı Bakı şəhəri, Binəqədi rayonunun ərazisində torpaq sahəsinin mülkiyyətçisidir və həmin torpaq sahəsinin 0,167 ha hissəsi Azərbaycan Respublikası Prezidentinin 2014-cü il tarixli 232 nömrəli Sərəncamına əsasən “2014- 2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial inkişafına dair Dövlət Proqramına əsasən “Novxanı-Pirşağı (Sahil yolu) avtomobil yolunun layihələndirilməsi və tikintisi” layihəsi çərçivəsində Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin aidiyyəti təşkilatı tərəfindən hazırlanmış kadastr planına əsasən yolun tikintisi altına düşmüşdür, iddiaçı tərəfindən cavabdehə müraciət edilərək tikinti sahəsinə düşən torpaq sahəsinə görə kompensasiyanın ödənilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh iddiaçının ərizəsi əsasında inzibati icraat başlamaq əvəzinə heç bir araşdırma aparmadan ərizəni təmin etməmiş, bununla da cavabdeh tərəfindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının qanununun tələbləri, habelə iddiaçının mülkiyyətində olan torpaq sahəsinə görə kompensasiya almaq hüququ pozulmuşdur. Avtomobil yolunun tikintisi altına düşən 0,167 ha torpaq sahəsinin naturada iddiaçıya qaytarılması ictimai maraqlara zidd olduğu üçün iddiaçının həmin əmlaka görə kompensasiya ödənilməsini tələb etmək hüququ mövcuddur. X5 və Ekspertiza Mərkəzi” MMC-nin xx.xx.2022-ci il tarixli, 220 saylı mütəxəssis rəyindən görünür ki, 1200,0 kv.m torpaq sahəsinin 170,0 kv.metr hissəsi yol tikintisi sahəsinə düşür və dəyəri təqribən 17000,0 (on yeddi min) manat məbləğində müəyyən edilir Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin avtomobil yolunun tikintisi altına düşən 0,167 ha torpaq sahəsinə görə cavabdeh tərəfindən iddiaçıya 17000 manat məbləğində kompensasiyanın ödənilməsi barədə qənaəti düzgün olmuşdur. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 2738/2024 saylı, 01 fevral 2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Məhkəmə kollegiyası şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2738/2024 saylı, 01 fevral 2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193cü məhəllə) İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-123/2025
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-123/2025
23.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver