Məhkəmə qərarları › İş №2-1(103)-1230/2020

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1230/2020

26.08.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1230/2020 26.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikası Əmək və X13 Nazirliyi yanında Dövlət X16 Xüsusi X9rşı «güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi» tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Xəyalə Adil qızı Cəmilovanın sədrliyi və məruzəsi ilə, Mirzə Nəsib oğlu Tağızadə və Ülvi Arif oğlu Mayılovdan ibarət tərkibdə, X12-Yusiflinin katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili X14, Cavabdehin nümayəndəsi və vəkili X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X13 Nazirliyi yanında Dövlət X16 Xüsusi X9rşı «güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi» tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin qəbul etdiyi 2-1(112)-270/2020 saylı xx xxxx 2020-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə xx xxxxxx 2020-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X13 Nazirliyi yanında Dövlət X16 Xüsusi X9rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının 57 yaşından təyin olunması vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı tərəfindən iddia tələbinin dəqiqiləşdirilməsi barədə ərizə verilərək, ona 57 yaşının tamam olduğu vaxtdan, 2018-ci il iyulun 14-dən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 1961-ci il iyulun 14-də Ermənistan Respublikasının Amasiya rayonunda anadan olmuş, 1979-cu il sentyabrın 01-dən 1980-ci il iyulun 21-dək Bakı şəhəri 12 saylı X17 oxumuş, 1980-ci il noyabrın 21-dən 1982-ci il dekabrın 20-dək Sovet Ordusu sıralarında həqiqi hərbi xidmət keçmiş, 1983-cü il fevralın 07-dən 2008-ci il noyabrın 28- dək “xxxxxxxxxx”-nin İstehsalat-Təmir müəssisəsi Bakı sahəsinin turbin təmiri sexində və “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin X8 və sazlama sexində X8 üzrə çilingər vəzifəsində, 2009-cu il oktyabrın 01-dən 2012-ci il dekabrın 29-dək “xxxxxx” ASC-nin X2 X4 təmiri sexində və X6 X5 Elektrik Stansiyaların mühərriklərinin və digər avadanlıqlarının təmiri sexində çilingər işləmiş, hazırda da həmin təşkilatda işləyir. Ümumi iş stajı 36 il, zərərli istehsal sahəsində isə iş stajı 29 ildən artıqdır. 1979-cu il sentyabrın 01-dən pensiya yaşı çatanadək, yəni 2018-ci il iyulun 14-dək 36 il ümumi, Nazirlər Kabinetinin xx xxxxxx 2007-ci il tarixli 12 nömrəli qərarı üzrə zavodun zərərli istehsal sahəsində isə 29 il əmək stajına malik olmuşdur. Qanunun tələbinə görə iddiaçının güzəştli şərtlərlə pensiya almaq hüququ 57 yaşının tamam olduğu 2018-ci il iyulun 14-dən yarandığı halda, cavabdeh 2006-cı il yanvarın 1-dək onun iş stajının 25 ildən az olması əsası ilə ona pensiya təyin etməkdən imtina etməklə qanunvericiliyin tələbini pozmuşdur. Halbuki, 2006-cı il yanvarın 01-dək onun ümumi iş stajı 25 ildən artıq olmuşdur. Ona 57 yaşda güzəştli şərtlərlə pensiyanın təyin olunması ilə bağlı yazılı surətdə müraciət etmiş, lakin cavabdeh xx xxxxxx 2019-cu il tarixli məktubla əsassız olaraq bundan imtina etməklə onun qanunla qorunan hüquqlarını pozmuşdur. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-270/2020 saylı xx xxxx 2020-ci il tarixli qərarı ilə iddianın təmin edilməsi, İddiaçı 57 yaşdan yəni hüququnun yarandığı xx.xx.2018-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və X13 Nazirliyi yanında Dövlət X16 X15 İdarəsinə həvalə edilməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan cavabdeh Azərbaycan Respublikası Əmək və X13 Nazirliyi yanında Dövlət X16 X15 İdarəsi tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsinə dair yeni qərar qəbil edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən təqdim eilmiş Azərbaycan Respublikası “xxxxxx" ASC tərəfindən xx.xx.2019-cu ildə DSMF-nin Xətai rayon şöbəsinə təqdim etmək məqsədi ilə tərtib edilmiş arayışlarda göstərilmişdir ki, iddiaçının həmin müəssədə işlədiyi X8 üzrə çilingər və sonradan işlədiyi mühərriklərin və digər avadanlıqların təmiri sexində çilingər vəzifələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli qərarının 24-cü fəslinə əsasən bilavasitə zərərli sahə hesab olunu. Atestatdan görünür ki, iddiaçı xx.xx.1979-cu ildən xx xxxx 1980ci ilədək Bakı şəhəri 12 nömrəli X17 kinomexanik peşəsi üzrə təhsil almışdır. “Əmək pensiyaları haqqında” qanunun (bundan sonra - ƏPQ) 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər -60 yaşına çatdıqda (qeyd edilən dəyişiklik xx xxxx 2017-ci il tarixli 543-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə qüvvəyə minməmişdən əvvəl yaş 57), azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Göründüyü kimi, qeyd edilən maddənin iddiaçıya tətbiq edilməsi üçün onun 60 yaşı olmalıdır. Lakin, iddiaçı xx.xx.1961-ci ildə anadan olduğundan hal-hazırda onun 58 yaşı olduğundan ona “Əmək pensiyaları haqqında” qanunun 9.1-ci maddəsi tətbiq edilə bilməz. İddiaçıya güzəştli şərtlərlə yaşa görə pensiya o zaman təyin oluna bilərdi ki, qanunvericiliyə dəyişiklik edilənə, yəni xx.xx.1997-ci il tarixədək həm 12 il 06 ay 2 nömrəli siyahı üzrə güzəştli işlərdə çalışmalı, həmçinin ən azı 25 il ümumi iş stajına malik olardı. Lakin, iddiaçının özünün təqdim etdiyi sənədlərdən göründüyü kimi, xx.xx.1997-ci il tarixədək onun 2 saylı siyahı üzrə 12 il 06 ay is stajı olsa da, 25 illik ümumi iş stajı toplanmamışdır. Tərəflərin izahatları Cavabdehin nümayəndəsi və vəkili X7 apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək onun təmin edilməsini və iş üzrə birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili X18 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı ona güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu tərəfindən verilmiş **********8 saylı xx.xx.2019-cu il tarixli məktubla iddiaçının tələbinin təmin olunmasından imtina olunmuşdur. Belə ki, həmin məktubda göstərilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə incəsənətin xüsusı sahələrində həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minumum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən x xxxxxx 2006-cı il tarixinədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. x xxxx 2007-ci il tarixinədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 №-li siyahı üzrə müəyyən edilmiş 25 il ümumi stajı olan və bu stajın ən azı 12 il 6 ayını güzəştli işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa gərə əmək pensiyası hüququ vardır. Lakin təqdim edilmiş sənədlərdən görünür ki, x xxxxxx 2006-cı il tarixədək iddiaçının ümümu iş stajı 25 ildən az təşkil edir. Bununla bağlı iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı mümkün hesab edilməmişdir. Bundan sonra İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X13 Nazirliyi yanında Dövlət X16 Xüsusi X9rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona 57 yaşdan, yəni xx.xx.2018-ci il tarixdən «güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi» öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşə birinci instansiya qaydasında baxmış məhkəmə iddiaçının iddiasının təmin edilməsi qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası aşağıda göstərilənlərə əsasən iddianın əsaslı olmasına dair birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı” üzrə, həmin Siyahı təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” (Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə bu Siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. Göründüyü kimi, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə o halda təyin oluna bilər ki, həmin şəxslər əvvəllər qüvvədə olmuş qanunvericiliyə əsasən güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün tələb olunan xüsusi və ümumi sığorta stajını Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixə qədər qazanmış olsun. xx.xx.2006-cı il tarixədək qüvvədək olmuş “Vətəndaşların pensiya təminatı haqqında" Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinin “a” və “b” bəndlərinə əsasən axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; qadınlar—45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa. b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər—55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. Azərbaycan Respublikasının xx xxxx 1997-ci il tarixli 321-İQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişikliyə müvafiq olaraq sözügedən Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılır. Göründüyü kimi, hazırkı iddia tələbi üzrə iddiaçıya 57 yaşdan əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün iddiaçının xx.xx.2018-ci il tarixədək azı 25 il sığorta stajına malik olması və bu müddətin azı 12 il 06 ayını əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış olması, eləcə də 57 yaş həddinə çatması tələb olunur ki, qanunla müəyyən edilmiş göstərilən şərtlər hazırki iş üzrə iddiaçıya münasibətdə ödənilir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Təhsil Nazirliyi 12 saylı Bakı Peşə Liseyinin 165/19 saylı xx.xx.2019-cu il tarixli arxiv arayışından görünür ki, İddiaçı xx.xx.1979-cu il tarixində keçmiş Bakı şəhəri 12 saylı texniki məktəbin «Kinomexanik» ixtisasına qəbul olmuşdur. Həmin ixtisasın xx.xx.1980-ci il tarixində tam kursunu bitirmiş və ona 6571 №-li attestat verilmişdir. Keçmiş Bakı şəhəri 12 №-li texniki məktəbi hal-hazırda 12 №-li Bakı Peşə Liseyi adlanır. Arayış 1979-1982-ci illər üzrə «Adlar kitabı»na əsasən verilmişdir. Azərbaycan SSR Dövlət X19 Komitəsinin 6571 saylı xx xxxx 1980-ci il tarixli attestatının surətindən görünür ki, İddiaçı xx.xx.1979-cu il tarixdə Bakı şəhəri 12 №-li texniki məktəbə qəbul olunmuş və xx.xx.1980-ci il tarixdə “Kinomexanik” peşəsi üzrə texniki məktəbin tam kursunu bitirmişdir. NZ seriyalı ******* saylı hərbi biletin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, iddiaçı xx.xx.1980-ci ildən xx.xx.1982-ci ilədək həqiqi hərbi xidmət keçmişdir. Bununla yanaşı, İT-İ saylı ******* saylı əmək kitabçasının notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, iddiaçı 1983-cü il fevralın 07-dən 2008-ci il noyabrın 28dək “xxxxxxxxxx”-nin İstehsalat-Təmir müəssisəsi Bakı sahəsinin turbin təmiri sexində, “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin (“xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC, “xxxxxxxxxxxxxxxxx” MMC, «xxxxxx» ASC) X8 və sazlama sexində X8 üzrə çilingər vəzifəsində, xx.xx.2008-ci ildən xx.xx.2009-cu ilədək «xxxxxxxxxxx» MMC-nin X10 Təmir və sazlama idarəsinin TAT və SS-də 6-cı dərəcəli çilingər, 2009-cu il oktyabrın 01-dən 2012-ci il dekabrın 29-dək “xxxxxx” ASC-nin X2 X4 təmiri sexində və X6 X5 Elektrik Stansiyaların mühərriklərinin və digər avadanlıqlarının təmir-sexində çilingər işləmişdir. “xxxxxx” ASC-nin 01-ZP/391 saylı xx.xx.2019-cu il tarixli arxiv arayışından görünür ki, İddiaçı həqiqətən xx.xx.1983-cü ildən (əmr № 20-ok, xx.xx.1983-cü il) xx.xx.2002-ci ildən (əmr № 10-kş, xx.xx.2002-ci il) xx.xx.2008-ci ilədək (əmr № 04/11-kş, xx.xx.2008-ci il) “Azbaşenerji”nin İstehsalat - Təmir müəssisəsinin Bakı sahəsinin Turbin Təmiri sexində və “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin X8 və Sazlanması sexində X8 üzrə çilingər və xx.xx.2009-cü ildən (əmr № 11/17-kş, xx.xx.2009- cu il) xx.xx.2012-ci ilədək (əmr № 48/6-kş, xx.xx.2012-ci il) “xxxxxx” ASC-nin X3 X4 Təmiri sexində və X6 X5 Elektrik Stansiyların mühərriklərinin və digər avadanlıqlarının təmiri sexində çilingər işləmiş Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə (əmək müqaviləsinin müddətinin qutarması ilə) əsasən əmək müqaviləsinə xitam verilmişdir. Göstərilən peşə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2007- ci il tarixli 12 №-li qərarının 24-cü fəslinə əsasən bilavasitə zərərli sahə hesab edilir. Güzəştli pensiya üçün staj 29 il, 00 ay, 19 gün təşkil edir. “xxxxxxxxxx” ASC-nin 13 saylı xx.xx.2002-ci il tarixli əmrinə əsasən İstehsalat - Təmir müəssisəsi ləğv edilmiş və yeni hüquqi şəxs kimi “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC yaradılmışdır. “xxxxxxxxxx” ASC-nin AÜ 032 saylı xx.xx.2004-cü il tarixli əmrinə əsasən “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC adlandırılmışdır. “xxxxxxxxxx” ASC-nin xx.xx.2005-ci il tarixli AÜ 040 №-li əmrinə əsasən isə “xxxxxxxxxxxxxxxxx” MMC adlandırılıb. Dövlət Əmlaklarının idarə edilməsi üzrə Dövlət Komitəsinin xx.xx.2008-ci il 323 №-li sərəncamına əsasən “xxxxxx” ASC adlandırılıb. Azərbaycan Respublikası Əmək və X13 Nazirliyinin xx.xx.2017-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na 2 nömrəli əlavənin 2.4, 2.4.1-ci bəndlərinə əsasən Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim edilməlidir. Həmçinin ““xxxxxx” ASC-nin 01-ZP/391 saylı xx.xx.2019-cu il tarixli arxiv arayışından görünür ki, İddiaçıxx.xx.1983-cü ildən xx.xx.2002-ci ilədək, xx.xx.2002-ci ildən xx.xx.2008-ci ilədək “xxxxxxxxxx”nin İstehsalat - Təmir müəssisəsinin Bakı sahəsinin Turbin Təmiri sexində və “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin X8 və Sazlanması sexində X8 üzrə çilingər, xx.xx.2008-ci ildən xx.xx.2009-cu ilədək «xxxxxxxxxxx» MMC-nin X10 Təmir və sazlama idarəsinin TAT və SS-də 6-cı dərəcəli çilingər, xx.xx.2009-cü ildən xx.xx.2012-ci ilədək “xxxxxx” ASC-nin X3 X4 Təmiri sexində və X6 X5 Elektrik Stansiyların mühərriklərinin və digər avadanlıqlarının təmiri sexində çilingər işləmişdir. Adı çəkilən vəzifə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 nömrəli xx xxxxxx 2007-ci il tarixli Qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən, istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı»nın 24-cü fəslində göstərilmişdir. "Əmək pensiyaları haqqında" Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”nın 3.1-ci bəndinə görə sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı əhatə etdiyi dövr üzrə 2 hissəyə- Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı dövrlərinə bölünür: Qaydaların 3.1.1-ci bəndinə görə Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. "Əmək pensiyaları haqqında" Qanunun 1.0.2-ci maddəsinə görə sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Həmin Qanunun 21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Hüquq münasibətlərinin yarandığı dövrdə qüvvədə olmuş xx xxxxxxxx 1992-ci il tarixli "Vətəndaşların pensiya təminatı haqqında" Azərbaycan Respublikasının Qanununun 67-ci maddəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinin “v” bəndinə əsasən hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti iş stajına daxil edilən əmək fəaliyyətinin növlərinə daxildir. Həmin Qanunun 67-ci maddəsinin üçüncü bəndinin “ğ” yarımbəndinə əsasən ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, dokturanturada və klinik ortinaturada təhsil müddəti iş stajına daxil edilir. Eyni məzmunlu müddəa xx.xx.1992-ci il tarixədək qüvvədə olmuş “Dövlət pensiyaları haqqında” SSRİ Qanununun 1-ci maddəsinin v) bəndində də öz əksini tapmışdır. Qanunvericiliyin bəhs edilən normalarından görünür ki, “Əmək pensiyaları haqqında” Qanun qüvvəyə mindikdən sonra əldə edilən sosial sığorta stajı müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödənildikdə və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusuna əsasən əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınır. “Vətəndaşların pensiya təminatı haqqında” “Qanunun qüvvədə olduğu dövrdə sığortaolunanların sığorta stajını əhatə etdiyi dövr onun ümumi iş stajı ilə müəyyən edilir. Beləliklə, iş materiallarından görünür ki, iddiaçının xx.xx.2006-cı il tarixədək ümumi stajı 25 ildən, xüsusi stajı isə 12 il 6 aydan çox olmuşdur. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, iddiaçı xx.xx.2006-cı ilədək qanunla tələb olunan güzəştli iş stajını da toplamış və onun 57 yaşdan “Əmək pensiyalara haqqında” Qanunun 9.1 v 9.8-ci maddələrinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmışdır. Odur ki, birinci instansiya məhkəməsinin iddiaçıya 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı gəldiyi nəticə maddi hüquq normalarının tətbiqi baxımından qanuni, işin faktiki halları baxımından əsaslıdır. O ki qaldı cavabdehin apellyasiya şikayətində göstərdiyi “ iddiaçının xx.xx.1997-ci il tarixədək 2 saylı siyahı üzrə 12 il 06 ay is stajı olsa da, 25 illik ümumi iş stajı toplanmamışdır” barədə dəlilinə, bu dəlili də məhkəmə kollegiyası əsassız hesab edir. Belə ki, yuxarıda da qeyd olunduğu kimi, iddiaçının əmək kitabçasına əsasən onun tələb olunan xx.xx.2006-cı il tarixədək topladığı ümumi stajının 25 ildən artıq olduğu müəyyən olunur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apelyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(112)- 270/2020 saylı xx.xx.2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 80, 87, 90, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası Əmək və X13 Nazirliyi yanında Dövlət X16 X15 İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(112)-270/2020 saylı xx.xx.2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Mirzə Tağızadə Ülvi Mayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar