Məhkəmə qərarları › İş №2-1(103)-1230/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1230/2022

13.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1230/2022 13.05.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası Sədrlik edən və məruzəçi-hakim Bəktaşi Səadət İnayət qızı, hakimlər Hüseynov Azər Soltanhəmid oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi-vəkili X3 və cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “iddiaçıya xx.xx.2011-ci il tarixdən, 52 yaşının tamam olduğu və güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun yarandığı tarixdən hesablanıb ödənilməklə, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 07 dekabr 2021-ci il tarixli, 2-1(112)-9264/2021 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə 10-13 may 2022-ci il tarixlərdə Bakı Apelyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, güzəştli şərtlərlə pensiya hüququnun yarandığı xx.xx.2011-ci il tarixdən, yəni 52 yaşının tamam olduğu vaxtdan hesablanıb ödənilməklə, ona güzəştli şərtlərlə ömürlük pensiyasının təyin olunması vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1959-cu il tarixdə Dəvəçi rayonunda anadan olmuşdur. 1976-cı ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin fizika fakültəsinin əyani şöbəsinə daxil olmuş, 1981-ci ilin avqust ayında həmin universiteti bitirmişdir. İlk əmək fəaliyyətinə həmin universitetdə təhsil aldığı zaman, universitetin nəzdindəki elmi laboratoriyada başlamaqla, xx.xx.1979-cu il tarixdən xx.xx.1980-ci il tarixədək laborant vəzifəsində işləmiş, xx.xx.1980-ci il tarixdən xx.xx.1980-ci il tarixədək Azərbaycan Neft Elmi-Tədqiqat Layihə İnstitutunda qazma sektorunda fəhlə işləmiş, xx.xx.1981-ci il tarixdən xx.xx.1990-cı il tarixədək X1 Bakı zavodunda nəzarətçimühəndis və digər vəzifələrdə işləmiş, xx.xx.1990-cı il tarixdən, köçürülmə yolu ilə “Şelfneftqazavtomatika Mərkəzi”ndə işə qəbul olunmuş, sazlayıcı-mühəndis və sahə rəisinin müavini kimi xx.xx.2001-ci il tarixədək “Şelfneftqazavtomatika ASC”-də işləmişdir. Güzəştli şərtlərlə pensiya hüququnun yarandığı xx.xx.2011-ci il tarixdən, yəni 52 yaşının tamam olduğu vaxtdan hesablanıb ödənilməklə, iddiaçıya güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi ilə bağlı rəsmi ərizə və müvafiq sənədlərlə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət etmiş, lakin, cavabdehin 16 iyul 2021-ci il tarixli, **********8 saylı məktubu ilə iddiaçının xx.xx.1990-xx.xx.2001-ci il tarixləri arasında “Şelfneftqazavtomatika ASC”-də işlədiyi sazlayıcı-mühəndis və sahə rəisinin müavini vəzifələrinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda nəzərdə tutulmadığı əsas gətirilərək müraciətinə qanunsuz olaraq imtina edilmişdir. Belə ki, iddiaçının ərizəsinə əlavə etdiyi Azərbaycan Respublikası “Şelfneftqazavtomatika ASC”-nin xx.xx.2021-ci il tarixli “X5”-dan göründüyü kimi o, xx.xx.1990-cı il tarixdən xx.xx.2001-ci il tarixdək “Şelfneftqazavtomatika ASC”-də işləmişdir. xx.xx.1990-cı il tarixli 113/K saylı əmrlə "xxxx" mərkəzinə sazlayıcı-mühəndis vəzifəsinə qəbul olunmuş və 1 saylı sahəyə yönəldilmiş, xx.xx.1992-ci il tarixli,01/K saylı əmrlə 3 saylı sahəyə sahə rəisinin müavini vəzifəsinə təyin olunmuş, xx.xx.1997-ci il tarixli, 155 saylı əmrlə struktur dəyişikliyi ilə əlaqədar olaraq DNQÇ İB-nin tərkibinə verilmiş, xx.xx.1999-cu il tarixli 58 saylı əmrlə 10-cu dərəcəli sazlayıcı-mühəndis vəzifəsinə keçirilmiş, xx.xx.2001-ci ildən "xxxx" Mərkəzi Azərbaycan Respublikası Prezidentinin 651 saylı, xx.xx.2001-ci il tarixli sərəncamı ilə "xxxx" Açıq Səhmdar Cəmiyyətinə çevrilmiş və qeydiyyatdan keçmiş, Əsas: Ədliyyə Nazirliyinin D- 3258 saylı xx.xx.2001-ci il tarixli qeydiyyatı. xx.xx.2001-ci il tarixli 24/K saylı əmrlə AR ƏMnin 69-cu maddəsinin 3-cü hissəsinə əsasən işdən azad edilmişdir. Yuxarıda qeyd edilən illərdə İddiaçı “Neft Daşları” adına NQÇİ-nin kompressor stansiyasında NÖÇ və A üzrə xidmət işlərini dəniz şəraitində növbəli iş rejimində yerinə yetirmişdir. Əmək funksiyasına aşağıda sadalananlar daxildir: Birləşdirilmiş qurğuların və telemexanika qurğularının idarəetmə pultlarına xidmət edilməsi, avtomatik keyfiyyət və tərkib tənzimləyicilərinin qoşulması və sazlanması, tərkib analizatoru ilə kaskad tənzimləmə sxeminin sazlanması, cihazların və avtomatika vasitələrinin vaxtaşırı yoxlanılma cədvəlinin yerinə yetirilməsinə nəzarət edilməsi, kaskad tənzimləmə sisteminin, avtomatik keyfiyyət analizatorlarının, aqreqat-unifikasiya sisteminin cihazlarının sazlanması və təmirinin aşağı ixtisaslı işçilər tərəfindən vaxtaşırı yoxlama cədvəli üzrə aparılmasına nəzarət edilməsi, cihazların istismarı üzrə texniki sənədlərin aparılması, kompressorların siqnalizasiya-bloklama, o cümlədən ox boyu dəyişmə və vibrasiya sistemlərinə xidmət edilməsi, texnoloji işə buraxılmasında iştirak edilməsi. İddiaçı yuxarıda göstərilənləri nəzərə alaraq, həmçinin AR Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 saylı qərarı ilə təsdiq edilmiş 1 nömrəli siyahısında kod 110000a- 18494 peşəsinə uyğunluğa əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasına çıxmaq hüququnu məqsədə uyğun hesab etmişdir. Bu müddətə iş stajı 10 il 10 aydır. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2021-ci il tarixli, İş № 2-1(102)-1264/2021 saylı iş üzrə Kassasiya İnstansiyası Məhkəməsinin mövqeyi (43) belə olmuşdur ki; “Belə ki, Ali Məhkəmə xx.xx.2020-ci il tarixli qərarında qeyd etmişdir ki, “Məhkəmə bu prosessual normaların tələblərinə uyğun olaraq, iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə imkan verən, siyahılarda nəzərdə tutulmuş peşə və istehsalatlara “uyğunluğunu müəyyən etmək üçün, həmin peşənin siyahıya uyğun olmasını ətraflı araşdırmalı, onun işlədiyi istehsalatın və peşənin zərərli və ya ağır sahə sayılması üçün zəruri olan göstəricilərin olub-olmamasını müəyyən etmək üçün işlədiyi müəssisələrə sorğu verməklə işin xarakterinə dair əlavə məlumatlar almalı, həmin sübutlara qiymət verməklə yekun qərar çıxartmalı idi”. Həmçinin, həmin iş üzrə Kassasiya İnstansiyası Məhkəməsinin mövqeyi (46.) ondan ibarət olmuşdur ki; “Belə olan halda, yuxarıda qeyd olunan hüquq mövqeyə uyğun olaraq məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən etməli idi. Bu zaman nəzərə alınmalıdır ki, burada, söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyinin müəyyən olunmasından gedir. Funksional vəzifənin (işin) eyniliyi isə iş yerindən və ya səlahiyyətli orqanlardan bu barədə əldə edilmiş vəzifə təlimatlarına əsasən müəyyən edilməlidir”. İddiaçı göstərilənlərə əsasən, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 saylı qərarı ilə təsdiq edilmiş 1 nömrəli siyahısındakı 110000 a-18494 kodlu peşə üzrə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısında 10-cu “neftin qazılması və hasilatı, neft, qaz kondensantı, kömür və şistin emalı” qrafası üzrə 10.1b və 10.2a peşələri üzrə işlədiyindən xx.xx.2011-ci il tarixdən, 52 yaşının tamam olduğu və güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun yarandığı tarixdən hesablanıb ödənilməklə, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 07 dekabr 2021-ci il tarixli, 2-1(112)-9264/2021 nömrəli qərarı ilə iddia təmin edilməmişdir. (hakim: M.Hacıbəyova) Həmin qərardan iddiaçı apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı apelyasiya şikayətində iddia ərizəsində göstərdiyi dəlilləri qeyd etmiş və əlavə olaraq bildirmişdir ki, Azərbaycan Respublikası “Şelfneftqazavtomatika ASC”-nin xx.xx.2021-ci il tarixli “X5”-dan da bəlli olduğu kimi, onun həm Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 saylı qərarı ilə təsdiq edilmiş 1 nömrəli siyahıdakı 110000а-18494 kodlu peşə üzrə, həm də, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərinin siyahısında 10-cu “Neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür və şistin emalı” qrafası üzrə 10.1 b və 10.2 a peşələri üzrə xx.xx.2011-ci il tarixdən, yəni 52 yaşının tamam olduğu vaxtdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmışdır. Lakin işə baxan Bakı İnzibati Məhkəməsi nədənsə işi bu kimi önəmli hallarına ümumiyyətlə heç bir qiymət vermədən, həmin halları qəti olaraq nəzərə belə almadan öz qərarında “onun xx.xx.1990-xx.xx.2001-ci il tarixləri arasında “Şelfneftqazavtomatika ASC”də işlədiyi sazlayıcı-mühəndis və sahə rəisinin müavini peşələrinin Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərinin 1 nömrəli siyahıda 110000a-18494 bölməsində və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısında 10-cu “Neftin qazılmasi və hasilatı, neft, qaz kondensatı, kömür və şistin emalı” qrafası üzrə 10.1 b və 10.2a bölmələrində göstərilən peşələrin mənim işlədiyim peşələrə uyğun gəlmədiyini göstərməklə iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul etmişdir. Apelyasiya baxışı zamanı İddiaçı və iddiaçının nümayəndəsi-vəkili X3 apelyasiya şikayətini müdafiə edərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin edilməsi haqqında qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Apelyasiya baxışı zamanı cavabdehin nümayəndəsi X4 apelyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyası iş üzrə tərəflərin izahatını dinləyərək, iş materiallarını və işdə olan sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli və iddia tələbi qismən təmin edilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İşdən görünür ki, iddiaçı ona xx.xx.2011-ci il tarixdən, 52 yaşının tamam olduğu və güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun yarandığı tarixdən hesablanıb ödənilməklə, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etməmiş və mövqeyini onunla əsaslandırmışdır ki, qanunvericiliyə görə iddiaçıya 52 yaşından güzəştli şərtlərlə əmək pensiyasını təyin edilməsi üçün «Əmək pensiyaları haqqında” qanunun qüvvəyə mindiyi tarixə, yəni xx.xx.2006-ci il tarixinə 20 il ümumi iş stajı, 10 il əmək şəraiti zərərli və ağır olan digər işlərdə işləməsi ilə bağlı staj olmalıdır. İddiaçının “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun qüvvəyə mindiyi günə xx.xx.2006-cı il tarixə qədər ümumi iş stajının 20 (iyirmi) ildən çox olmasına baxmayaraq onun, xx.xx.2006-cı il tarixinədək həmin vaxt qüvvədə olan Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərinin” 1 nömrəli siyahısında nəzərdə tutulan istehsalatlarda və peşələrdə işlədiyi stajı 10 ildən az təşkil edir. Belə ki, iddiaçının işlədiyi sazlayıcı-mühəndis və sahə rəisinin müavini 1 nömrəli Siyahıda göstərilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün hüquqi nəticəyə gəlməmişdir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası vətəndaşının AZE seriyalı, ******** №-li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1959-cu il təvəllüdlüdür. İş materiallarında olan 041521 nömrəli diplomun notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı 1976-cı ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinə daxil olmuş və 1981-ci ildə orada fizika ixtisası üzrə tam kursu bitirmişdir. İş materiallarında olan ИT-İ ******* nömrəli xx.xx.1980-ci il tarixdə açılmış əmək kitabçasına əsasən, iddiaçının S.M.Kirov adına ADU-ya işə qəbul edilməzdən əvvəl iş stajı olmayıb. İddiaçı xx.xx.1979-cu ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universiteti 0,5 ştat laborant vəzifəsinə qəbul edilmiş, xx.xx.1979-cu ildə iş müddətinin başa çatması ilə bağlı işdən azad edilmiş, xx.xx.1979-cu ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universiteti 0,5 ştat laborant vəzifəsinə qəbul edilmiş, xx.xx.1979-cu ildə iş müddətinin başa çatması ilə bağlı işdən azad edilmiş, xx.xx.1980-ci ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universiteti 0,5 ştat laborant vəzifəsinə qəbul edilmiş, xx.xx.1980-ci ildə öz xahişi ilə işdən azad edilmiş, xx.xx.1980-ci ildə dayaq-texnoloji quyuların qazılması və bitlərin işlənməsi (stend qazmaya) sektoruna 2-ci dərəcəli fəhlə qəbul edilmiş, xx.xx.1980-ci ildə öz xahişi ilə işdən azad edilmiş, xx.xx.1981-ci ildə avtomatika tresti Bakı Zavodu Montaj işləri üzrə sahəyə nəzarətçi usta vəzifəsinə qəbul edilmiş, xx.xx.1987-ci ildə yeni tariflərin tətbiqi və vəzifə maaşları ilə əlaqədar olaraq 2-ci dərəcəli iqtisadçı hesab edilmiş, xx.xx.1990-cı ildə tənzimləmə və texniki xidmət vasitələrinin avtomatlaşdırılması və idarəetmə sistemləri Mərkəzinə "xxxx" keçirilməsi ilə əlaqədar işdən azad edilmiş, xx.xx.1990-cı ildə "xxxx" Mərkəzi Mühəndistənzimləyici təyin edilib və 1 nömrəli sahənin sərəncamına göndərilmiş, xx.xx.1992-ci ildə 3 nömrəli sahənin rəis müavini vəzifəsinə keçirilmiş, xx.xx.1997-ci ildə struktur dəyişikliyi ilə əlaqədar olaraq DNÇ ÇİB-nin tərkibinə verilmiş, xx.xx.1999-cu ildə 10-cu dərəcəli sazlayıcımühəndis vəzifəsinə keçirilmiş, xx.xx.2001-ci ildə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü hissəsinə əsasən işdən azad edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası "xxxx" ASC-nin AO 02/35 nömrəli, 23 iyun 2021-ci il tarixli X5na əsasən, xx.xx.1959-cu il təvəllüdlü İddiaçı xx.xx.1990-cı il tarixdən xx.xx.2001-ci il tarixədək aşağıdakı müəssisələrdə işləmişdir: xx.xx.1990-cı il tarixli 113/5 saylı əmrlə "xxxx" mərkəzinə sazlayıcı-mühəndis vəzifəsinə qəbul olunmuş və 1 saylı sahəyə yönəldilmiş, xx.xx.1992-ci il tarixli 01/k saylı əmrlə 3 saylı sahəyə sahə rəisinin müavini vəzifəsinə təyin olunmuş, xx.xx.1997-ci il tarixli 155 saylı əmrlə struktur dəyişikliyi ilə əlaqədar olaraq DNQÇ İB-nin tərkibinə verilmiş, xx.xx.1999-cu il tarixli 58 saylı əmrlə 10cu dərəcəli sazlayıcı-mühəndis vəzifəsinə keçirilmiş, xx.xx.2001-ci ildən "xxxx" Mərkəzi Azərbaycan Respublikası Prezidentinin 651 saylı xx.xx.2001-ci il tarixli Sərəncamı və Dövlət Əmlak Nazirliyinin 249 saylı xx.xx.2001-ci il tarixli Sərəncamı ilə "xxxx" Açıq Səhmdar Cəmiyyətinə çevrilmiş və qeydiyyatdan keçmişdir (əsas Ədliyyə Nazirliyinin D-3258 saylı, xx.xx.2001-ci il tarixli qeydiyyatı). xx.xx.2001-ci il tarixli 24/k – saylı əmrlə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü hissəsinə əsasən işdən azad edilmişdir. Yuxarıdakı illərdə İddiaçı “Aneft İB”-nin “Neft Daşları” adına NQÇİ-nin kompressor stansiyasında NÖC və A üzrə xidmət işləri yerinə yetirmişdir. Göstərilənləri nəzərə alaraq, həmçinin AR Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 saylı qərarı ilə təsdiq edilmiş 1- nömrəli siyahısına əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasına çıxmaq hüququ məqsədə uyğun hesab edilmişdir. Bu müddətə iş stajı 10 il 10 aydır. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat İdarəsinin iddiaçıya ünvanladığı 16 iyul 2021-ci il tarixli, **********8 nömrəli məktubundan görünür ki, iddiaçının müraciətinin icrasından imtina edilmişdir. İmtinanın səbəbi kimi göstərilmişdir ki, mərkəzi filiala təqdim edilən "xxxx" ASC-nin 23 iyun 2021-ci il tarixli AO 02/35 nömrəli iddiaçıya dair X5nda xx.xx.1990-xx.xx.2001-ci il tarixləri arasındakı dövr ərzində adıçəkilən müəssisədə sazlayıcı-mühəndis və sahə rəisinin müavini vəzifələrdində işlədiyi qeyd olunmuşdur. İddiaçının işlədiyi vəzifələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda nəzərdə tutulmadığından iddiaçının güzəştli iş stajı yoxdur. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdirlər. Həmin Qanununun 31-ci maddəsinin 31.1 bəndinə əsasən əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Həmin Qanunun 32-ci maddəsinin 32.1 bəndinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. Həmin Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən, həmin Qanun qüvvəyə mindiyi günədək həmin Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunun 1997-ci il 01 avqust tarixədək qüvvədə olmuş 13-cü maddəsinin redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər - istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər-50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər-55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. 13 iyun 1997-ci il tarixli Qanunla həmin Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılmışdır. Beləliklə, sadalanan hüquq normalarından görünür ki, 1 nömrəli siyahı üzrə kişilərə 52 yaşdan güzəştli şərtlə əmək pensiyası təyin edilməsi üçün 2006-cı ilin yanvarın 1-dək güzəştli iş stajı 10 ildən, ümumi stajı 20 ildən az olmamalıdır. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, iddiaçının 52 yaşı xx.xx.2011-ci il tarixdə tamam olmuşdur və o, 1976-cı ildən 1981-ci ilə kimi S.M.Kirov adına Azərbaycan Dövlət Universitetində təhsil almış (4 il 9 ay 11 gün (xx.xx.1976-xx.xx.1981)), xx.xx.1979-cu il tarixdən xx.xx.1979-cu il tarixədək, xx.xx.1979-cu il tarixdənxx.xx.1979-cu il tarixədək və xx.xx.1980-ci il tarixdən xx.xx.1980-ci il tarixədək S.M.Kirov adına Azərbaycan Dövlət Universiteti 0,5 ştat laborant vəzifəsində, xx.xx.1980-ci il tarixdən xx.xx.1980-ci il tarixədək dayaq-texnoloji quyuların qazılması və bitlərin işlənməsi (stend qazmaya) sektoruna 2-ci dərəcəli fəhlə, xx.xx.1981-ci il tarixdən xx.xx.1990-cı il tarixədək avtomatika tresti Bakı Zavodu Montaj işləri üzrə sahəyə nəzarətçi usta, 2-ci dərəcəli iqtisadçı vəzifəsində (9 il 1 ay 9 gün), xx.xx.1990-cı il tarixdən xx.xx.2001-ci il tarixədək "xxxx" Mərkəzi Mühəndistənzimləyici, 3 nömrəli sahənin rəis müavini və 10-cu dərəcəli sazlayıcı-mühəndis vəzifəsində işləmişdir (10 il 10 ay 3 gün). Hüquq münasibətlərinin yarandığı dövrdə qüvvədə olmuş xx.xx.1992-ci il tarixli “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunun 67-ci maddəsinin 1-ci bəndinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmin Qanununun 67-ci maddəsinin “ğ” bəndinə əsasən ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, həbslə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilməlidir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 22.2-ci maddəsinə görə sığortaolunanın ayrı-ayrı fəaliyyət dövrlərinin hər hansı biri digəri ilə üstüstə düşdükdə, onun seçimi əsasında həmin müddətlərdən biri hesablanır. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının təhsil müddəti nəzərə alınmaqla, onun xx.xx.2006-cı il tarixədək 24 il 08 ay 23 gün ümumi iş stajının mövcud olması işin materialları ilə öz təsdiqini tapmışdır. Həmçinin Azərbaycan Respublikası "xxxx" ASC-nin AO 02/51 nömrəli, 04 noyabr 2021-ci il tarixli X5na əsasən, xx.xx.1959-cu il təvəllüdlü İddiaçı xx.xx.1990-cı il tarixdən xx.xx.2001-ci il tarixədək aşağıdakı müəssisələrdə işləmişdir: xx.xx.1990-cı il tarixli 113/5 saylı əmrlə "xxxx" mərkəzinə sazlayıcı-mühəndis vəzifəsinə qəbul olunmuş və 1 saylı sahəyə yönəldilmiş, xx.xx.1992-ci il tarixli 01/k saylı əmrlə 3 saylı sahəyə sahə rəisinin müavini vəzifəsinə təyin olunmuş, xx.xx.1997-ci il tarixli 155 saylı əmrlə struktur dəyişikliyi ilə əlaqədar olaraq DNQÇ İB-nin tərkibinə verilmiş, xx.xx.1999-cu il tarixli 58 saylı əmrlə 10cu dərəcəli sazlayıcı-mühəndis vəzifəsinə keçirilmiş, xx.xx.2001-ci ildən "xxxx" Mərkəzi Azərbaycan Respublikası Prezidentinin 651 saylı xx.xx.2001-ci il tarixli Sərəncamı və Dövlət Əmlak Nazirliyinin 249 saylı xx.xx.2001-ci il tarixli Sərəncamı ilə "xxxx" Açıq Səhmdar Cəmiyyətinə çevrilmiş və qeydiyyatdan keçmişdir (əsas Ədliyyə Nazirliyinin D-3258 saylı, xx.xx.2001-ci il tarixli qeydiyyatı). xx.xx.2001-ci il tarixli 24/k – saylı əmrlə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü hissəsinə əsasən işdən azad edilmişdir. Yuxarıdakı illərdə İddiaçı “Aneft İB”-nin “Neft Daşları” adına NQÇİ-nin kompressor stansiyasında NÖC və A üzrə xidmət işlərini dəniz şəraitində növbəli iş rejimində yerinə yetirmişdir. Əmək funksiyasına aşağıda sadalananlar daxildir. Birləşdirilmiş qurğuların və telemexanika qurğularının idarəetmə pultlarına xidmət edilməsi. Avtomatik keyfiyyət və tərkib tənzimləyicilərinin qoşulması və sazlanması. Tərkib analizatoru ilə kaskad tənzimləmə sxeminin sazlanması. Cihazların və avtomatika vasitələrinin vaxtaşırı yoxlanılma cədvəlinin yerinə yetirilməsinə nəzarət edilməsi. Kaskad tənzimləmə sisteminin, avtomatik keyfiyyət analizatorlarının, aqreqat-unifikasiya sisteminin cihazlarının sazlanması və təmirinin aşağı ixtisaslı işçilər tərəfindən vaxtaşırı yoxlama cədvəli üzrə aparılmasına nəzarət edilməsi. Cihazların istismarı üzrə texniki sənədlərin aparılması. Kompressorların siqnalizasiya-bloklama, o cümlədən ox boyu dəyişmə və vibrasiya elektron sistemlərinə xidmət edilməsi. Texnoloji işə buraxılmasında iştirak edilməsi. Yuxarıda göstərilənlər nəzərə alınaraq, həmçinin AR Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 saylı qərarı ilə təsdiq edilmiş 1 nömrəli siyahısında kod 110000a-18494 peşəsinə uyğunluğa əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasına çıxmaq hüququnu məqsədə uyğun hesab edilir. Bu müddətə iş stajı 10 il 10 aydır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması və bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları»na, «Əmək pensiyaları təyin olunması üçün zəruri olan sənədlərin Siyahısı» adlanan 2 nömrəli əlavənin 2.4.1-ci bəndinə görə, «Əmək pensiyaları haqqında» Qanunun 9-cu maddəsinə əsasən, yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim olunur. İşə götürən tərəfindən verilmiş arayışdan göründüyü kimi iddiaçının xx.xx.2006-cı il tarixədək 10 il, 10 ay güzəştli iş stajı olmuşdur. İşin sadalanan halları ilə iddiaçının 01 yanvar 2006-cı il tarixə kimi 20 il ümumi əmək stajının olması və onun 10 ildən artıq müddətini 1 nömrəli Siyahı üzrə nəzərdə tutulmuş sahədə (kod-110000a-18494) işləməsi tam sübuta yetirildiyindən onun «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.1 və 9.8-ci maddələrinə əsasən 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmışdır. Lakin cavabdeh göstərilənləri nəzərə almayaraq qanunvericiliyin tələblərini pozmuş, iddiaçının tələbini təmin etməkdən əsassız olaraq imtina etmişdir. Göründüyü kimi, yuxarıda qeyd edilən hər iki şərt - ümumi və xüsusi iş stajı iddiaçıya münasibətdə ödənildiyindən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsi və “Vətəndaşların pensiya təminatı haqqında” AR Qanununun 13-cü maddəsinə əsasən iddiaçıya 52 yaşı tamam olduğu tarixdən, yəni xx.xx.2011-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməli idi. İş materialları ilə müəyyən edilir ki, iddiaçı xx.xx.2021-ci il tarixdə cavabdeh inzibati orqana ərizə ilə müraciət edərək ona güzəştli şərtlərlə pensiya təyin edilməsini xahiş etmişdir. İddiaçı apelyasiya şikayətində pensiya ödənişi məhz onun hüququ yarandığı 2011-ci ildən həyata keçirilməli olmasını bildirir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.7-ci maddəsinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir. Həmin Qanununun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin tətbiqinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 03/2020 №-li, xx.xx.2020-ci il tarixli qərardadına əsasən «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan "müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə" müddəası pensiya hüququ 2017-ci il 01 iyul tarixədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir. Qanunvericiliyin tələblərindən göründüyü kimi əmək pensiyası təyin edildikdən sonra onun yenidən hesablanması zaman yaranmış fərq məbləği müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməlidir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçıya 52 yaşdan, yəni hüququnun yarandığı xx.xx.2011-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilərək, müraciət edildiyi tarixdən 3 il əvvəlki dövr üzrə, yəni xx.xx.2018-ci il tarixdən pensiyanın ödənilməsi öhdəliyi cavabdehə həvalə edilmişdir. İş materiallarından göründüyü kimi, iddiaçı əmək fəaliyyətinin ilk dövründən əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə işləməklə müəyyən edilmiş yaşa çatdıqda gələcəkdə dövlət tərəfindən ona güzəştli şərtlərlə pensiya verilməsinə ümid etmiş, həmçinin həmin işlərdə işləməklə əmək haqqının müəyyən hissəsini məcburi sığorta haqqı kimi ödəməklə əmək pensiyasının ödənilməsinə yönəldilən vəsaitlərin yaradılmasında iştirak etmiş və həmin vəsaitlərin yaradılması üçün iddiaçı tərəfindən ödənilmiş məbləğ onun mülkiyyəti hesab olunur. “Andreyeva Latviyaya qarşı” məhkəmə işi üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin 18 fevral 2009-cu il tarixli qərarında göstərilmişdir ki, dövlət pensiya proqramını tətbiq etməyə başlayanda, ondan irəli gələn şəxsi hüquqlar və maraqlar, pensiya ödənişləri etməsindən və pensiya proqramının maliyyələşmə vasitələrindən asılı olmayaraq, 1 saylı Protokolun 1-ci maddəsi ilə əhatə edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh inzibati orqan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması müddəasını nəzərə almayaraq iddiaçının Azərbaycan Respublikasının Konstitusiyasında nəzərdə tutulmuş sosial təminat hüququnu pozmuşdur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Göründüyü kimi, apelyasiya baxışı zamanı aparılan araşdırmalar onu deməyə əsas verir ki, birinci instansiya məhkəməsi iş materialları ilə kifayətlənərək natamam araşdırma aparmış, xidməti vəzifəsinə görə əlavə zəruri olan araşdırmanı aparmamış, qərar qəbul edərkən isə maddi hüquq normalarını işin hallarına düzgün tətbiq etmədiyi üçün iddiaçı apelyasiya instansiyası qaydasında həmin qərarı mübahisələndirməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatlarını, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Azərbaycan Respublikası İPM-nin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Sadalanan xüsusatlara, istinad olunan hüquq normalarına əsaslanaraq və iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, iddiaçının apelyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməklə, iş üzrə yeni qərar qəbul edilməli və iddia tələbi qismən təmin edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 69, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı apelyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 07 dekabr 2021-ci il tarixli, 2-1(112)-9264/2021 nömrəli qərarı ləğv edilsin, iş üzrə yeni qərar çıxarılsın. İddiaçı 52 yaşdan, yəni hüququnun yarandığı xx.xx.2011-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilsin və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin tələblərinə uyğun olaraq müraciət edildiyi tarixdən 3 il əvvəlki dövr üzrə, yəni xx.xx.2018-ci il tarixdən pensiyanın ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilisin. Məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qüvvəyə minir. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə ondan Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar