Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1231/2024 21.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X10 Səmədovun sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və X13 ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi və vəkili Vəkil2, Üçüncü şəxs X14 iştirakları ilə, İddiaçı cavabdeh Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinə qarşı (üçüncü şəxslər X19 və qeyriləri işə cəlb edilməklə) “yaşayış yeri üzrə qeydiyyatdan çıxarılma” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2427/2023 nömrəli 19 sentyabr 2023cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinə qarşı xx.xx.1997-ci il təvəllüdlü X19, xx.xx.2012-ci il təvəllüdlü X15, xx.xx.2011-ci il təvəllüdlü X3, xx.xx.2010-cu il təvəllüdlü X16, xx.xx.1958-ci il təvəllüdlü X4, xx.xx.1961-ci il təvəllüdlü X1, xx.xx.1981-ci il təvəllüdlü X22, xx.xx.1954-cü il təvəllüdlü X26, xx.xx.2015-ci il təvəllüdlü X20, xx.xx.1985-ci il təvəllüdlü X5, xx.xx.1972-ci il təvəllüdlü X11, xx.xx.1983-cü il təvəllüdlü X17 və xx.xx.2013-cü il təvəllüdlü X2 ona məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, C.Məmmədquluzadə küçəsi, ev 209 ünvanından qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehə həvalə edilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.2004-cü il tarixdən Bakı şəhəri, Nəsimi rayonu, C.Məmmədquluzadə küçəsi, ev 209 ünvanında yerləşən fərdi yaşayış evinin FM 02075 nömrəli qeydiyyat vəsiqəsinə əsasən mülkiyyətçisidir və ailə üzvləri həmin ünvanda yaşayır. Qeyd etmişdir ki, o, evi oğlu X12 bağışlamaq istəyir. Həmin evin sənədləşmə işləri aparılarkən evin bağışlanmasının icrası üçün evdə qeydiyyatda olan şəxslərin razılığı yığılan zaman evdə tanımadığı 13 nəfər şəxsin qeydiyyatda olduğunu aşkara çıxarmışdır. Buna dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayış təqdim edilmişdir. Həmin şəxslərin siyahısı aşağıdakı kimidir: xx.xx.1997-ci il təvəllüdlü X19, xx.xx.2012-ci il təvəllüdlü X15, xx.xx.2011-ci il təvəllüdlü X3, xx.xx.2010-cu il təvəllüdlü X16, xx.xx.1958-ci il təvəllüdlü X4, xx.xx.1961-ci il təvəllüdlü X1, xx.xx.1981-ci il təvəllüdlü X22, xx.xx.1954-cü il təvəllüdlü X26, xx.xx.2015-ci il təvəllüdlü X20, xx.xx.1985-ci il təvəllüdlü X5, xx.xx.1972-ci il təvəllüdlü X11, xx.xx.1983-cü il təvəllüdlü X17 və xx.xx.2013-cü il təvəllüdlü X6. Həmin şəxslər onun evində yaşamamışlar. Bu şəxslərin onun evində pasport qeydiyyatında olması onun bir mülkiyyətçi kimi hüquqlarını pozur. Digər tərəfdən ona görə hər ay o, artıq kommunal xidmətlər üçün pul ödəyir. Etibarnamə üzrə nümayəndəsi olan oğlu X21 həmin evdən yuxarıda qeyd edilən şəxslərin qeydiyyatdan çıxarılması üçün poçt vasitəsilə cavabdehə xx.xx.2022-ci ildə ərizə ilə müraciət etmişdir. Lakin, cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixli 082-20598/7 nömrəli ərizəsinə cavabda qeyd etmişdir ki, qeydiyyatdan çıxarılma yalnız məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında həyata keçirilir və məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Tərəfindən ünvan təkrarlanmasının araşdırılması məqsədilə cavabdehə müraciət edilmiş, ünvan təkrarlanmasının araşdırılması məqsədilə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə müraciət olunmuş və ünvan təkrarlanmasının aşkar edilmədiyi müəyyən edilmişdir. Bu şəxslərin onun evində qeydiyyatda olması bir mülkiyyətçi kimi onu narahat edir və konstitusion hüququ olan öz xüsusi mülkiyyəti üzərində sərəncam verilməsini məhdudlaşdırır və qeyri-mümkün edir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-12294/2022 saylı 09 sentyabr 2022-ci il tarixli qərardadı ilə xx.xx.1997-ci il təvəllüdlü X19, xx.xx.2012-ci il təvəllüdlü X15, xx.xx.2011-ci il təvəllüdlü X3, xx.xx.2010-cu il təvəllüdlü X16, xx.xx.1958-ci il təvəllüdlü X4, xx.xx.1961-ci il təvəllüdlü X1, xx.xx.1981-ci il təvəllüdlü X22, xx.xx.1954-cü il təvəllüdlü X26, xx.xx.2015-ci il təvəllüdlü X20, xx.xx.1985-ci il təvəllüdlü X5, xx.xx.1972-ci il təvəllüdlü X11, xx.xx.1983-cü il təvəllüdlü X17 və xx.xx.2013-cü il təvəllüdlü X6 üçüncü şəxs qismində cəlb edilmişlər Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2427/2023 nömrəli 19 sentyabr 2023-cü il tarixli qərarı ilə (hakim A.Abdullayeva) iddia təmin edilməmişdir. Həmin qərardan iddiaçı tərəfindən apellyasiya şikayəti verilərək Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2427/2023 nömrəli 19 sentyabr 2023-cü il qərarının ləğv edilməsi, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsi xahiş olunmuşdur. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddia ərizəsinə uyğun əsaslandırılmış və həmçinin qeyd olunmuşdur ki, heç bir hüquqmüəyyənedici sənəd olmadan üçüncü şəxslərin ünvanlarının iddiaçıya məxsus ünvanla eynilik təşkil etməsi qənaətinə gəlmişdir. Həmçinin, məhkəmə iddiaçının konstitusiya ilə qorunan mülkiyyət hüququnun məhdudlaşdırılmasını görməzdən gəlmiş, iddiaçıya ünvanının dəyişdirilməsi üçün müraciət etməsini tövsiyə etmişdir. Tərəflərin iştirakı: Məhkəmə iclasında iştirak edən iddiaçı və onun nümayəndəsi və vəkili apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs X26 apelyasiya şikayətinə etiraz edərək, onun rədd edilməsini və birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qərarın dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş, 10 may 2024-cü il tarixdə məktubla məhkəmə kollegiyasına müraciət edərək işə nümayəndələrinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Həmçinin, məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş digər üçüncü şəxslər məhkəmə iclasında iştirak etməmiş, səbəblərinin üzrlü olması barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin və digər üçüncü şəxslərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası proses iştirakçılarını dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan: - Bakı şəhər İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş FM seriyalı 026075 nömrəli qeydiyyat vəsiqəsinə əsasən Bakı şəhəri, Nəsimi rayonu, C.Məmmədquluzadə küçəsindəki 3 (üç) otaqlı, 50,7 kv.m yaşayış sahəsi, 66.6 kv.m ümumi sahəsi olan 209 saylı fərdi yaşayış evi İddiaçı adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmiş və bu barədə 66 saylı reyestr kitabında 6614-cü səhifə, qeydə alma nömrəsi 30 6614, xx.xx.2004-cü il tarixində qeydiyyat aparılmışdır -Cavabdeh tərəfindən iddiaçının müraciətinə cavab olaraq verilmiş xx.xx.2022- ci il tarixli ***-******* nömrəli imtina məktubuna əsasən “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin tələblərinə əsasən müraciətdə göstərilən şəxslərin Bakı şəhəri, Nəsimi rayonu, C.Məmmədquluzadə küçəsi, ev 209 ünvanından yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi yalnız məhkəmənin qanuni qüvvəyə minmiş qeydiyyatdan çıxarılma barədə qətnaməsi əsasında həyata keçirilir. -3 saylı Bakı “Asan xidmət” Mərkəzi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli ******* nömrəli “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” arayışa əsasən xx.xx.1997ci il təvəllüdlü X19, xx.xx.2012-ci il təvəllüdlü X15, xx.xx.2011-ci il təvəllüdlü X3, xx.xx.2010- cu il təvəllüdlü X16, xx.xx.1958-ci il təvəllüdlü X4, xx.xx.1961-ci il təvəllüdlü X1, xx.xx.1981-ci il təvəllüdlü X22, xx.xx.1954-cü il təvəllüdlü X26, xx.xx.2015-ci il təvəllüdlü X20, xx.xx.1985-ci il təvəllüdlü X5, xx.xx.1972-ci il təvəllüdlü X11, xx.xx.1983-cü il təvəllüdlü X17 və xx.xx.2013-cü il təvəllüdlü X6 yaşayış yeri üzrə Bakı şəhəri, Nəsimi rayonu, C.Məmmədquluzadə küçəsi, ev 209 ünvanında qeydiyyatdadırlar. -Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən iddiaçının nümayəndəsinə ünvanlanmış xx.xx.2022-ci il tarixli **********48 nömrəli məktuba əsasən ünvan 3 ünvan rekvizitlərinin təkrarlanması barədə İdarənin arxivində və elektron bazasında məlumat aşkar edilməmişdir. -59 saylı Mənzil-Kommunal İstismar Sahəsi tərəfindən verilmiş 93 nömrəli 13 oktyabr 2022-ci il tarixli məktuba əsasən, İddiaçı C.Məmmədquluzadə küçəsi, ev 209 saylı ünvanda yerləşən mənzili özbaşına tikili kimi olan özəlləşdirilmiş mənzildir. ünvan 4 ünvan 59 saylı Mənzil Kommunal İstismar Sahəsində olan sənədlərə əsasən bir neçə, yəni dörd ayrı-ayrı mənzillərdir. Əlavə olaraq bildirilmişdir ki, İddiaçı sorğuda göstərilən digər vətəndaşların mənzillərinin bir-birinə heç bir aidiyyəti yoxdur. Belə ki, arayışda adları göstərilən digər vətəndaşlar dörd ayrı-ayrı təsərrüfatlardır. Onların bir-birilərinə heç bir aidiyyəti yoxdur. Sorğuda adları qeyd olunanlar tam özlərinə aid olan, bir-birinə aidiyyəti olmayan fərdi yaşayış evlərində yaşayırlar. -Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli **********59 nömrəli məktuba əsasən X7 Bakı şəhəri, Nəsimi rayonu, C.Məmmədquluzadə küçəsi, ev 209 ünvanına dair istifadə hüququnun qeydiyyata alınması ilə bağlı məlumat İdarənin arxivində aşkar edilməmişdir. Sorğu ilə əlaqədar olaraq arxiv qovluğunda saxlanılan müvafiq sənədlərin təsdiq edilmiş surətləri təqdim edilmişdir. -Bakı şəhəri Nəsimi rayon Polis İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 082- 40917-1222 nömrəli məktuba əsasən bildirişdə adları qeyd olunan şəxslərin qeydiyyata alınması barədə əsas olan sənədlər “DİN-in sistemində istifadə olunan sənədlərin 11559 saxlama yeri və müddətləri haqqında Siyahısının təsdiq edilməsi barədə” DİN-nin xx.xx.2015-ci il tarixli Q36-001-15 nömrəli Qərarına əsasən 5 (beş) il arxivdə saxlanıldıqdan sonra yandırılaraq məhv edilmişdir. -59 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən verilmiş 18 noyabr 2022-ci il tarixli 1612 nömrəli məktuba əsasən X26 həqiqətən C.Məmmədquluzadə küçəsi, ev 209 ünvanında qeydiyyatdadır. Ailə tərkibi arvadı – X1, oğlanları X19 və X8 ibarətdir. Məhkəmə kollegiyası qeyd edir ki, «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Həmin Qanunun 2-ci maddəsinin 1-ci bəndinə əsasən şəxsin yaşayış yeri - tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Həmin Qanunun 9-cu maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə - yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə - məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə - ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə - məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Göründüyü kimi qanunverici şəxsin qeydiyyatdan çıxarılması üçün əsasların siyahısını konkret olaraq müəyyən etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarından, həmçinin tərəflərin izahatından müəyyən edilir ki, iddiaçının mülkiyyətində olan ünvan və üçüncü şəxslərin qeydiyyatda olduqları ünvan hər ikisi ünvan 5 fərdi yaşayış evləridir. Üçüncü şəxslərin qeydiyyatda olduqları ev iddiaçının mülkiyyətində olan ev deyildir. Göründüyü kimi iddiaçı üçüncü şəxslərin həmin ünvandan qeydiyyatdan çıxarılmalarını xahiş etsə də, o, həmin şəxslərə münasibətdə «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Qanunun 9-cu maddəsində göstərilən əsaslardan hər hansı birini məhkəməyə təqdim edə bilməmişdir. Belə olan halda məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq hesab edir ki, üçüncü şəxslərin həmin ünvandan yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün qanunda nəzərdə tutulmuş əsaslardan hər hansı biri mövcud olmadığından cavabdeh inzibati orqanın üçüncü şəxsləri qeydiyyatdan çıxarmaqdan imtinası qanuni və əsaslı olmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ““Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 sentyabr 2020ci il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, qeydiyyat haqqında qanunvericilik fiziki şəxsin məhz daimi yaşadığı yer üzrə qeydiyyata alınmasını zəruri sayır. Qeydiyyatın məqsədi yalnız şəxsin başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin bilavasitə icrası ilə bağlıdır. Qeydiyyat şəxsin daşınmaz əmlaka hər hansı əşya hüququnu ehtiva etmir. Bu mənada üçüncü şəxslərin iddiaçının mülkiyyətində olan əmlakla eyni ünvanda qeydiyyatda qalmaları onların iddiaçıya aid fərdi yaşayış evinə hər hansı əşya hüququnun olması anlamına gəlmir. Eyni zamanda, üçüncü şəxslərin həmin ünvanda qeydiyyatda qalmaları iddiaçının mülkiyyət hüquqlarının, o cümlədən sözügedən əmlaka müstəqil sərəncam vermək imkanlarını da məhdudlaşdırmamalıdır. Belə ki, Azərbaycan Respublikasının Prezidentinin 27 noyabr 2008-ci il tarixli 27 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ünvan reyestrinin aparılması və daşınmaz əmlak obyektlərinə ünvan verilməsi Qaydaları”nın 3.2-ci bəndinə görə daşınmaz əmlak obyektinə ünvan aşağıdakı hallarda verilir və ya dəyişdirilir: 3.2.1. qanunvericiliklə müəyyən edilmiş qaydada torpaq sahəsi ayrıldıqda torpaq sahəsinə; 3.2.2. qanunvericiliyə uyğun olaraq daşınmaz əmlak obyektinin inşası və ya quraşdırılması aparıldıqda və ya obyekt müvafiq qaydada istismara qəbul edildikdə; 3.2.3. Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş hallarda və qaydada daşınmaz əmlak obyekti üzərində mülkiyyət hüququ tanındıqda; 3.2.4. daşınmaz əmlak obyekti üzərində hüquqlar dövlət qeydiyyatına alındıqda; 3.2.5. daşınmaz əmlak obyekti ayrı-ayrı hissələrə bölündükdə; 3.2.6. daşınmaz əmlak obyektlərinin birləşməsi nəticəsində yeni daşınmaz əmlak obyekti yarandıqda. 3.3. Daşınmaz əmlak obyektinə ünvan verilməsi üçün onun mülkiyyətçisi (sahibi) və ya qanunvericiliyə uyğun verilmiş etibarnamə əsasında onu təmsil edən şəxs ərizə ilə Komitəyə müraciət edir. -3.4-cü bəndinə əsasən ərizə daxil olduğu gündən 3 (üç) iş günü müddətində müvafiq məlumatlar ünvan reyestrinə daxil edilməklə daşınmaz əmlak obyektinə ünvan verilir və bu barədə ərizəçiyə və ya qanunvericiliyə uyğun verilmiş etibarnamə əsasında onu təmsil edən şəxsə təsdiqedici sənəd (arayış) təqdim edilir. Ünvanın verilməsi ilə bağlı ərizə hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması haqqında ərizə ilə birlikdə verildikdə və ya ünvanı olmadan həmin daşınmaz əmlak obyekti üzərində hüquqların qeydiyyatı ilə əlaqədar ərizə daxil olduğu halda, ünvanın verilməsi qeydiyyat üçün müvafiq qanunvericiliklə müəyyən edilmiş müddətlər ərzində həyata keçirilir. Bu halda daşınmaz əmlak obyektinin ünvanı üzərində hüquqların qeydiyyata alınmasını təsdiq edən daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda əks etdirilir və əlavə olaraq arayış verilmir. Hüquqların qeydiyyatından imtina edildiyi halda, ərizəçiyə yalnız ünvanın verilməsi ilə əlaqədar sənəd (arayış) verilir. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının mülkiyyətində olan fərdi yaşayış evinə yeni ünvan verilməsi ilə bağlı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı məhkəmədə iddia qaldırmaq hüququ olduğu halda bu imkandan istifadə etməməsi üçüncü şəxslərin yaşadıqları evdən iddiaçının tələbi ilə qeydiyyatdan çıxarılmalarına əsas vermir. Beləliklə, sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi cavabdeh tərəfindən iddiaçının ondan tələb etdiyi inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin yerinə yetirilməməsinə əsas olmuş halların qanuniliyi, yəni cavabdehin yuxarıda sadalanan sənədlərin təqdim olunmaması ilə əsaslandırılan imtinasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir, cavabdehin imtinası mahiyyətcə qanunazidd olmamış və bu səbəbdən iddiaçının hüquqlarını pozmamışdır, imtina mövcud inzibati praktikaya zidd olmamaqla, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur. Beləliklə, məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlilləri formal hesab edir və belə qənaətə gəlir ki, bu dəlillər məhkəmə qərarının ləğvi üçün əsas ola bilməz. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya qərara aldı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2427/2023 nömrəli 19 sentyabr 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Xəyalə Cəmilova Elvin Əliyev
Məhkəmə qərarları › İş №2-1(103)-1231/2024
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1231/2024
21.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver