Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1231/2025 26.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh AR Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinə qarşı iş üzrə (Açar sözlər: hərəkətsizliyin qanunsuz hesab ediməsi) Hakimlər Abbasova Günel Məhərrəm qızının sədrliyi və məruzəsi ilə, Oruczadə Aytən Pənah qızı və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, Məmmədli Aytac Mahir qızının katibliyi ilə, İddiaçı, iddiaçının nümayəndəsi-vəkili Vəkil və cavabdehin nümayəndələri X9 və X3 iştirakları ilə, İddiaçı cavabdeh AR Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinə qarşı “hərəkətsizliyin qanunsuz hesab ediməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-1(112)-12965/2024 saylı qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xahiş etmişdir: 1) Türkiyə Cümhuriyyətindən Azərbaycan Respublikasına 078 nömrəli İstanbul-Bakı aviareysi ilə xx.xx.2024-cü il tarixdə gələndə Bakı şəhəri Heydər Əliyev adına X8 üzərinə yük gömrük baxışı keçirilən zaman “Malların “Bakı Karqo Terminalı” (BKT) anbarına göndərilməsinə dair” xx.xx.2024-cü il tarixli 807№ 08414 akta əsasən götürdükləri 750 əyarlı 0,075 qram çəkili, faktura dəyəri 4500 ABŞ dolları olan 2 ədəd boyunbağından və 3 ədəd bilərzikdən ibarət qızıl-zinət əşyalarının (eyniləşdirmə vasitələrinin nömrələri ST AA 1038147) özü ilə Türkiyə Cümhuriyyətinə aparmasından ötrü ona verilməsinə dair xx.xx.2024-cü il tarixli ərizəsinə baxılmaması ilə bağlı cavabdeh inzibati orqan Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin vəzifəli şəxsinin hərəkətsizliyinin qanunsuz hesab edilməsi, 2) “Malların “Bakı Karqo Terminalı” (BKT) anbarına göndərilməsinə dair” xx.xx.2024cü il tarixli 807№08414 akta əsasən üzərinə yük gömrük baxışı zamanı götürdükləri adıçəkilən qızıl-zinət əşyalarının öz şəxsi istifadəsi və ailə üzvləri üçün hədiyyə gətirdiyi nəzərə alınaraq, hüquqlarını müdafiə etdiyi İddiaçı güzəştli qaydada (gömrük ödənişlərini ödəmədən) gömrük sərhədindən keçirilməsinə icazə verilməsi öhdəlliyinin cavabdeh inzibati orqan HNBGİ-nin üzərinə qoyulması və ya 3) “Malların “Bakı Karqo Terminalı” (BKT) anbarına göndərilməsinə dair” xx.xx.2024cü il tarixli 807№08414 akta əsasən üzərinə yük gömrük baxışı zamanı götürdükləri adı çəkilən qızıl-zinət əşyalarının öz şəxsi istifadəsi və ailə üzvləri üçün hədiyyə gətirdiyi nəzərə alınmazsa, bu halda onların növbəti aviareyslə özü ilə Türkiyə Cümhuriyyətinə aparılmasından ötrü İddiaçı təhvil verilməsi öhdəlliyinin cavabdeh inzibati orqan HNBGİnin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Türkiyə Cümhuriyyətindən Azərbaycan Respublikasına 078 nömrəli İstanbul-Bakı aviareysi ilə xx.xx.2024-cü il tarixdə gəlmiş İddiaçı Bakı şəhəri Heydər Əliyev adına X8 üzərinə gömrük işçiləri tərəfindən yük gömrük baxışı keçirilərək, “Malların “Bakı Karqo Terminalı” (BKT) anbarına göndərilməsinə dair” xx.xx.2024-cü il tarixli 807 № 08414 akta əsasən götürülmüş 750 əyarlı 0,075 qram çəkili, faktura dəyəri 4500 ABŞ dolları olan 2 ədəd boyunbağı və 3 ədəd bilərzikdən ibarət qızıl əşyalarının (eyniləşdirmə vasitələrinin nömrələri ST AA 1038147) özü ilə Türkiyə Cümhuriyyətinə aparılmasından ötrü xx.xx.2024-cü il tarixdə ona verilməsinə dair ərizəsinin təmin edilməməsinin qanunsuz hesab edilməsi, həmin qızıl-zinət əşyalarının öz şəxsi istifadəsi və ailə üzvləri üçün hədiyyə gətirdiyini nəzərə alıb, güzəştli qaydada (gömrük ödənişlərini ödəmədən) gömrük sərhədindən keçirilməsinə icazə verilməsi və ya, həmin qızıl-zinət əşyalarının öz şəxsi istifadəsi və ailə üzvləri üçün hədiyyə gətirdiyi nəzərə alınmazsa, onda onların 29 iyul 2024- cü il tarixdə saat 19:45-də j077 nömrəli Bakı-İstanbul aviareysi ilə öz baqajında Türkiyə Cümhuriyyətinə aparılmasından ötrü ona qaytarılmasına göstəriş verilməsi barədə qərar qəbul etməsi xahiş edilmişdir. Cavabdeh inzibati orqanın xx.xx.2024-cü il tarixli 3-33¬3100/2-6-001045/1-42/2074 nömrəli cavab məktubu ilə inzibati şikayətin təmin edilməsindən imtina edilmişdir. Cavabdeh inzibati orqanın rəhbərliyi gəldiyi qənaəti onunla əsaslandırmışdır ki, gömrük orqanının vəzifəli şəxsi vətəndaşın gömrük nəzarətinə təqdim etdiyi mallara münasibətdə kommersiya təyinatlı olması qənaətinə gələrək, qızıl zərgərlik məmulatlarının sadələşdirilmiş və güzəştli qaydada rəsmiləşdirilməsini məqsədə müvafiq hesab etməmiş, Bakı Loqistika Mərkəzi Gömrük Postuna gömrük nəzarəti altında göndərilməsini təmin etmişdir. Malların X13 əsasında ölkədən geri aparılması zamanı “X16 Airlines” LLC tərəfindən tətbiq edilən müvafiq tariflərin (anbar, saxlanc xərcləri və s.) gömrük ödənişləri siyahısına aid edilmədiyi nəzərə alınmaqla, malları bəyan edən şəxsin seçimi əsasında malların sərbəst dövriyyə gömrük proseduru altında yerləşdirilməsi və ya X13 əsasında geri qaytarılması mümkündür. Lakin cavabdeh inzibati orqanın rəhbərliyi cavab məktubunda İddiaçı tərəfindən qızıl-zinət əşyalarının ölkədən geri aparacağı halda, gömrük ödənişləri siyahısına aid edilməyən anbar, saxlanc və s. xərclərin, o cümlədən, gömrük ödənişlərinin nədən ibarət olmasına heç bir münasibət bildirməmiş, yaranmış qeyri-müəyyən vəziyyətə aydınlıq gətirilməmişdir. İddiaçı inzibati şikayətin təmin edilməsindən imtinaya dair cavabdeh inzibati orqanın rəhbərliyinin məktubunun dəlilləri ilə razılaşmayaraq, aşağıdakıları qeyd etməyi vacib hesab edir. İşin faktiki halları ilə bağlı bildirilir ki, iddiaçı 078 nömrəli İstanbul-Bakı aviareysi ilə xx.xx.2024-cü il tarixdə Türkiyə Cümhuriyyətindən Azərbaycan Respublikasına gəlib Bakı şəhəri Heydər Əliyev adına X10 enəndən sonra onun üzərində şəxsi yoxlama həyata keçirərək, üstündə olan öz şəxsi istifadəsi və ailə üzvləri üçün hədiyyə gətirdiyi 2 ədəd boyunbağı və 3 ədəd bilərzik olmaqla, cəmi çəkisi 0,105 qram 750 əyar (0,075 qram) qızıl-zinət əşyaları götürülmüşdür. Şəxsi yoxlama və götürmə zamanı nə onun hüquq, vəzifə və məsuliyyəti izah edilməmiş, nə videoçəkilişdən istifadə olunmamış, nə də 2 (iki) hal şahidinin iştirakı təmin edilməmiş, həmçinin gömrük nəzarətinin həyata keçirilməsi üzrə hərəkətlərin yerinə yetirilməsinə dair müvafiq qaydada protokol tərtib edilməmişdir. Bununla da cavabdeh inzibati orqanın işçisi tərəfindən Azərbaycan Respublikası Gömrük Məcəlləsinin “Gömrük nəzarətinin həyata keçirilməsi üzrə hərəkətlərin icraatı zamanı tərtib edilən protokola dair ümumi tələblər” adlanan 99-cu maddəsinin tələbləri pozulmuşdur. Belə ki, Gömrük Məcəlləsinin 99.1-ci maddəsinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda gömrük nəzarətinin həyata keçirilməsi üzrə hərəkətlərin yerinə yetirilməsi zamanı protokollar tərtib olunur. Gömrük Məcəlləsinin 99.2ci maddəsində protokola aid tələblər göstərilmişdir. Bu normanın tələbinə əsasən, protokolda həm də barəsində müvafiq hərəkət aparılan şəxsə, hal şahidlərinə (yalnız hal şahidlərinin iştirak etdiyi halda) və hərəkətin həyata keçirilməsində iştirak edən digər şəxslərə onların hüquq, vəzifə və məsuliyyətinin izah edilməsi haqqında qeyd əksini tapmalıdır. Gömrük Məcəlləsinin 99.4-cü və 99.8-ci maddələrinin tələbinə görə isə şəxsi yoxlama həyata keçirilərkən, həmçinin mallar və ya sənədlər götürülərkən videoçəkilişdən istifadə edilmədikdə, işin nəticəsində maraqlı olmayan və yetkinlik yaşına çatmış azı 2 (iki) hal şahidinin iştirakı məcburidir. Barəsində müvafiq hərəkət aparılan şəxsə protokolun surəti verilir. İddiaçı üzərində şəxsi yoxlama və götürmə zamanı qanunla müəyyən edilmiş qaydada protokolun tərtib edilməməsi onun hüquqlarının pozulması halı sayılmalıdır. İddiaçı 078 nömrəli İstanbul-Bakı aviareysi ilə xx.xx.2024-cü il tarixdə Türkiyə Cümhuriyyətindən Azərbaycan Respublikasına gəlib Bakı şəhəri Heydər Əliyev adına X10 enəndən sonra onun üzərində şəxsi yoxlama həyata keçirilərək, öz şəxsi istifadəsi və ailə üzvləri üçün hədiyyə gətirdiyi 2 ədəd boyunbağı və 3 ədəd bilərzik olmaqla, cəmi çəkisi 0,105 qram 750 əyar (0,075 qram) qızıl əşyaları (eyniləşdirmə vasitələrinin nömrələri ST AA 1038147) cavabdeh inzibati orqanın işçiləri tərəfindən saat 05:50-də götürülərkən bu barədə qanunla müəyyən edilmiş qaydada protokol tərtib edilməsə də, götürülmüş qızılzinət əşyaları cavabdeh inzibati orqanın işçisi tərəfindən “Bakı Karqo Terminalı”nın anbarına təhvil verilmişdir. Bu barədə “Malların “Bakı Karqo Terminalı” (BKT) anbarına göndərilməsinə dair” xx.xx.2024-cü il tarixli 807№08414 akt tərtib edilmişdir. Adıçəkilən qızıl-zinət əşyaları cavabdeh inzibati orqanın işçiləri tərəfindən götürülüb “Bakı Karqo Terminalı”nın anbarına təhvil veriləndə də iddiaçıya bu gömrük rəsmiləşdirilməsinin hüquqi nəticələri, onun özünün malik olduğu olduğu hüquq və vəzifələri izah edilməmişdir. Halbuki, Gömrük Məcəlləsindən əlavə “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsinin tələbində də aydın göstərilir ki, bu gömrük işçisinin birbaşa vəzifəsinə aiddir. Lakin işdə belə bir sübut aşkar edilməmişdir. “İnzibati icraat haqqında” Qanunun 23.1-ci maddəsində bildirilir ki, inzibati orqan ərizə, şikayət və ya vəsatətlərin verilməsində, ərizə, şikayət və ya vəsatətlərdə buraxılmış səhvlərin aşkar edilməsində və onların aradan qaldırılmasında maraqlı şəxsə yardım etməyə, inzibati icraatda iştirak edən şəxsin malik olduğu hüquq və vəzifələri ona izah etməyə borcludur. Məlum olduğu kimi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 31 oktyabr tarixli 252 nömrəli Qərarı ilə təsdiq edilmiş “Malların təkrar ixrac gömrük proseduru altında yerləşdirilməsi Qaydaları ”nın 2.1-ci bəndinə görə Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilmiş xarici mallar Azərbaycan Respublikasının Gömrük Məcəlləsi (bundan sonra - Gömrük Məcəlləsi) ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının ərazisindən kənara aparıldıqda təkrar ixrac proseduru altında yerləşdirilir. Yenə “Malların təkrar ixrac Qaydalan”nın 3.1-ci bəndində göstərilir ki, təkrar ixrac olunan mallar aparılarkən onların gömrük rəsmiləşdirilməsi zamanı mallara dair səlahiyyətli şəxs və ya onun nümayəndəsi tərəfindən gömrük rəsmiləşdirilməsini həyata keçirən gömrük orqanına bu Qaydaların əlavəsi ilə müəyyən olunmuş formada ərizə ilə müraciət edilir. Bu normativ hüquqi aktın müddəalarına istinadən bildirilir ki, cavabdeh inzibati orqanın işçisi tərəfindən xx.xx.2024cü il tarixli 807№ 08414 akt tərtib ediləndən sonrakı gün yəni, xx.xx.2024-cü il tarixdə İddiaçı (nəqliyyat qaiməsinin nömrəsi ********) “Malların təkrar ixrac gömrük proseduru altında yerləşdirilməsi Qaydalan”na əlavə ərizə ilə cavabdeh inzibati orqana müraciət edərək, Türkiyə Cümhuriyyətindən gətirdiyi 750 əyarlı 0,075 qram çəkisi, faktura dəyəri 4500 ABŞ dolları olan qızıl-zinət əşyalarının təkrar ixrac gömrük proseduru altında yerləşdirilməsini xahiş etmiş, ərizə iki gündən sonra yəni, xx.xx.2024-cü il tarixdə 3-33- 3100/1-M-00/608 2- 42/2021 113 daxil olma nömrəsi ilə qeydiyyata alınmışdir. Ərizənin qeydiyyata alındığı xx.xx.2024-cü il tarixdə İddiaçı yenə ərizə ilə cavabdeh inzibati orqana müraciət edərək, tələb edilən məbləğdə rüsumu ödəmək imkanının olmadığını, ona görə də Türkiyə Cümhuriyyətindən gətirdiyi göstərilən qızıl-zinət əşyalarının özü ilə əl baqajında geri qaytarılmasına icazə verməsini xahiş etmiş, həmin ərizədə xx.xx.2024-cü il tarixdə saat 08:30-da 275 nömrəli Bakı-İstanbul aviareysi ilə geri qayıdacağını bildirmişdir. Qəribə görünsə də, Türkiyə Cümhuriyyətindən gətirdiyi 750 əyarlı 0,075 qram çəkisi, faktura dəyəri 4500 ABŞ dolları olan qızıl-zinət əşyalarının təkrar ixrac gömrük proseduru altında yerləşdirilməsinin xahiş edilməsi barədə cavabdeh inzibati orqanın işçiləri eyni gündə yəni, xx.xx.2024-cü il tarixdə İddiaçı cavabdeh inzibati orqanın rəhbərliyinə ünvanlanmış təkrar ərizə yazdırmışlar. Lakin cavabdeh inzibati orqan tərəfindən ərizəyə heç bir münasibət bildirilməmiş, yuxarıda göstərilən qızıl-zinət əşyaları özü ilə Türkiyə Cümhuriyyətinə aparmasından ötrü iddiaçıya xx.xx.2024-cü il tarixdə əsassız olaraq qaytarılmamışdır. “Malların təkrar ixrac Qaydalan”nın 3.3-cü bəndinə müvafiq olaraq, şəxs tərəfindən səlahiyyətli gömrük orqanına X13 verilir. Rəsmiləşdirməni həyata keçirən gömrük orqanında təqdim olunmuş sənədlərdə göstərilən məlumatların düzgünlüyü yoxlanılır, malların eyniləşdirilməsi aparılır və onların ixrac rəsmiləşdirilməsi həyata keçirilərək, sərhəd gömrük orqanına məlumat ötürülür. İddiaçı X13 yuxarıda adıçəkilən aktın tərib edildiyi nə xx.xx.2024- cü il tarixdə, nə də təkrar ixrac gömrük proseduru ilə bağlı ərizənin yazıldığı xx.xx.2024-cü il tarixdə verilməmiş, yalnız xx.xx.2024-cü il tarixdə "xxxx" MMC tərəfindən **********0193 qeydiyyat nömrəli X13 verilmişdir. Elə həmin gün də onun tərəfindən gömrük ödənişləri qismində ayrı-ayrılıqda 5,40 manat, 30,40 manat və 60,40 manat olmaqla, cəmi 96,20 manat ödəniş edilmişdir. Aydındır ki, təkrar ixrac üçün nəzərdə tutulmuş xarici malların müvəqqəti idxal proseduru ilə bağlı münasibətlər Gömrük Məcəlləsinin 192-194-cü maddələri ilə tənzimlənir. Belə ki, Gömrük Məcəlləsinin 192.1-ci maddəsində müəyyən edilmişdir ki, təkrar ixrac üçün nəzərdə tutulmuş xarici mallar müvəqqəti idxal proseduru altında yerləşdirilir. Bu mallardan bu Məcəllənin 194-cü maddəsində nəzərdə tutulmuş qaydalara uyğun olaraq gömrük rüsumlarından və vergilərdən tamamilə, yaxud qismən azad olunmaqla, habelə ticarət siyasəti tədbirləri tətbiq edilmədən gömrük ərazisində istifadə olunur. Gömrük Məcəlləsinin 193.1-ci maddəsinə görə müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirilmiş malların təkrar ixracının və ya növbəti gömrük proseduru altında yerləşdirilməsinin müddətini gömrük orqanları müəyyənləşdirirlər. Bu müddət müvəqqəti idxal xüsusi gömrük prosedurunun məqsədi üçün kifayət qədər olmalıdır. Gömrük Məcəlləsinin 194.1-ci maddəsinə əsassən, gömrük rüsumlarından və vergilərdən qismən azad edilməklə müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirilmiş mallara tətbiq olunan gömrük rüsumları və vergilər üzrə aylıq ödənişlərin məbləği, onların müvəqqəti idxal proseduru altında yerləşdirildiyi tarixdə sərbəst dövriyyəyə buraxılışı üçün ödənilməli olan gömrük rüsumlarının və vergilərin məbləğinin 3 (üç) faizi miqdarında müəyyən edilir. Həmin Məcəllənin 194.2-ci maddəsinin tələbinə əsasən, gömrük rüsumlarından, vergilərdən qismən azad edilməklə müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirilmiş mallara görə alınan gömrük rüsumlarının və vergilərin ümumi məbləği, onların müvəqqəti idxal proseduru altında yerləşdirildiyi tarixdə sərbəst dövriyyəyə buraxılışı üçün ödənilməli olan gömrük rüsumlarının, vergilərin məbləğindən artıq olmamalıdır. Yuxarıda göstərilən hallarla təsdiq edilir ki, qeyd edilən qızıl-zinət əşyaları İddiaçı tərəfindən təkrar ixrac gömrük prosedura altında yerləşdirilmişdir. Ona görə də cavabdeh inzibati orqanın rəhbərliyinin bu məsələ ilə bağlı fərqli yanaşması əsaslı sayıla bilməz. “Malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları”nın müddəlarına əsaslanaraq bildirilir ki, İddiaçı cavabdeh inzibati orqanın işçilərinin sorğu-sualına cavabında Türkiyədən xx.xx.2024-cü il tarixdə aviareyslə 750 əyarlı 0,075 qram çəkidə, faktura dəyəri 4500 ABŞ dolları olan 2 ədəd boyunbağını və 3 ədəd bilərziyi özü və ailə üzvlərinin şəxsi istifadəsi üçün gətirdiyini dəfələrlə izah etmişdir. Cavabdeh inzibati orqanın vəzifəli şəxsləri İddiaçı tərəfindən gömrük sərhədindən keçirilən bu qızıl zinət əşyalarının özü və ailə üzvlərinin şəxsi istifadəsi üçün gətirdiyininin yəqinləşdirilməsindən ötrü heç bir araşdırma aparmamış, o cümlədən, qızıl-zinət əşyalarının miqdarını, gömrük sərhəddindən ilk dəfə keçirilməsini, onların təyinatını nəzərə almamış, məsələni yerindəcə qanuni həll etmək əvəzinə, gömrük qanunveriliyindən xəbərsiz olan İddiaçı gömrük, anbar, saxlanca və s. pul ödəməsinə zəmin yaratmaqdan ötrü bu qızıl-zinət əşyalarını təkrar ixrac gömrük proseduru altında yerləşdirilməsinə dair ərizə almışlar. Halbuki, İddiaçı gömrük sərhədindən keçirdiyi bu qızıl zinət əşyalarını özü və ailə üzvlərinin şəxsi istifadəsi üçün aldığına görə həmin vaxt güzəştli qaydada (gömrük ödənişlərini ödəmədən) gömrük sərhədindən keçirməsi üçün maneə mövcud deyildi. Lakin İddiaçı yuxarıda adıçəkilən Qaydalarda nəzərdə tutulmuş güzəştdən istifadə etməsinə imkan verilməmiş, onun bu hüququ əsassız olaraq məhdudlaşdırılmış, gömrük qanunvericiliyində “təkrar ixrac”, “gömrük prosedura” və s. gömrük qanunvericiliyində istifadə edilən anlayışların hüquqi təbiətindən məlumatsız olması nəzərə alınmamışdır. Belə vəziyyətlə bağlı ’’İnzibati icraat haqqında” Qanunun “Hüququn tətbiqindən imtinanın qadağan olunması” adlanan 16.1-ci maddəsində bildirilir ki, fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. İddiaçı xüsusilə qeyd edir ki, konkret şəraitdə və vəziyyətdə cavabdeh inzibati orqanın vəzifəli şəxsinin İddiaçı tərəfindən gömrük nəzarətinə təqdim edilən qızıl zinət əşyalarının özü və ailə üzvlərinin şəxsi istifadəsi üçün deyil, kommersiya təyinatlı olması qənaətinə gəlməsininə dair heç bir sənəd, sübut və ya dəlil aşkar edilməmişdir. Ona görə də cavabdeh inzibati orqanın rəhbərliyinin məktubunda gömrük orqanının vəzifəli şəxsinin vətəndaşın gömrük nəzarətinə təqdim etdiyi mallara münasibətdə onların kommersiya təyinatlı olması qənaətinə gəldiyini bildirəndə, bu səlahiyyətin hansı normativ hüququ aktda əksini tapdığını və bununla bağlı hansı inzibati aktın qəbul edildiyini qeyd etməmişdir.
3. Cavabdeh iddia ərizəsinə qarşı yazılı etiraz təqdim edərək, göstərmişdir ki, İddiaçı hüquqi marağına uyğun olmayan əlverişsiz iddia növündən istifadə etdiyindən, başqa sözlə, konkret halda hüquqi müdafiəyə ehtiyacının yaranması məlum olmadığından və işin hallarının araşdırılması zamanı cavabdeh tərəfindən iddiaçının hansı hüquqlarının pozulduğu və ya onun hüquqlarının pozulması ilə nəticələnən hansı vəzifənin yerinə yetirilmədiyi təsdiqini tapmadığından, işin subyektiv halları ilə uyğun gəlməməsi və iddia tələbdə müfaviq normalara düzgün mövqedən istinad olunmaması səbəbilə mümkün sayılmamalıdır. İddianın mümkünlüyü haqqında müddəaların tələblərinə əsasən, iddiaçı hüquqları pozuldugu halda məhkəməyə şikayət edərək iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya inzibatı orqanın faktiki xarakterli digər fəaliyyəti ilə hüquq və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandıra bilsin. İnzibati Prosessual Məcəllənin 46cı maddəsinin 2-ci bəndinin 1-ci yarımbəndinə əsasən, iddia ərizəsində qeyd olunan məlumatlardan biri də iddiaçının öz tələbini əsaslandırdığı faktlar və digər sübutetmə vasitələridir. Lakin iddiaçı öz tələbində bütün faktları tam və düzgün ifadə etməmişdir. Vətəndaşların şikayətlərinə dövlət orqanları tərəfindən ümumi və xüsusi əsaslarla baxılmasının qaydaları müxtəlif normativ hüquqi aktlarla tənzimlənir. Vətəndaşların şikayətlərinə ümumi əsaslarla baxılma qaydalarını tənzimləyən Azərbaycən Respublikasının 2015-ci il 30 sentyabr tarixli 1308-İVQ nömrəli “Vətəndaşların müraciətləri haqqında” Qanununun 3.0.2-ci yarımbəndinə əsasən müraciət - müraciətə baxan subyektə və ya onun vəzifəli şəxsinə şəxsən və ya nümayəndə vasitəsilə yazılı (o cümlədən elektron) formada göndərilən (təqdim edilən) və ya şifahi formada edilən fərdi və ya kollektiv təklif, ərizə, şikayətdir. Həmin Qanunun 3.0.5-ci yarımbəndinə əsasən şikayət – pozulmuş hüquq və azadlıqların bərpası və müdafiəsi ilə bağlı tələbləri nəzərdə tutan müraciətdir. Hər bir vətəndaşın onun şikayətinə inzibati orqan tərəfindən mahiyyəti üzrə baxılmadıqda və ya təqdim edilən cavab məktubu ilə razılaşmadıqda aidiyyatı orqanın, idarənin, təşkilatın müəssisənin və ya vəzifəli şəxsin bilavasitə tabe olduqları yuxarı inzibati orqana (şikayət instansiyasına) və ya vəzifəli şəxsinə inzibati qaydada şikayət etmək hüququ yaranır. İnzibati şikayət ona mahiyyəti üzrə baxılmasının xüsusi qaydasının və şikayət verənin xüsusi əsaslarının mövcudluğu verilən şikayətlərin hüquqi nəticələrinin olması, barəsində şikayət olunan inzibati orqana həmin müraciətə baxılması səlahiyyətinin həvalə edilməsinin istisna edilməsi və s. kimi xüsusiyyətləri ilə səciyyələnir. Azərbaycan Respublikasının 2005-ci il 21 oktyabr 1036-İİQ nömrəli “İnzibati icraat haqqında” Qanununun 2.0.5-ci yarımbəndinə əsasən inzibati şikayət - hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədilə maraqlı şəxsin inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan və yaxud inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən subordinasiya baxımından yuxarı inzibati orqana yazılı müraciətidir. Vəkil subordinasiya baxımından yuxarı inzibati orqanan yazılı qaydada müraciət etmədiyi halda, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinə ünvanladığı şikayəti düzgün hüquqi mövqedən tövsif etməyərək onu “inzibati şikayət” adlandırır, inzibati orqanın qanunla müəyyəb edilmiş baxılma müddəti ərzində təqdim etdiyi xx.xx.2024-cü il tarixli 3-33- 3100/2-B-001045/1-42/2024 nömrəli cavab məktubunu etibarsız inzibati aktlarla bağlı müvafiq qanunvericiliyin müddəaları ilə müqayisə edərək mübahisələndirilən hallara qeyripeşəkar şəkildə yanaşma nümayiş etdirir. Vəkil tərəfindən xx.xx.2024-cü il tarixdə İddiaçı hüquqlarını gömrük orqanlarında müdafiə etməyə qanuni əsas verən düzgün qaydada tərtib edilmiş etibarnamə sənədi mövcud olmadan cavabdeh orqana müraciət edilmiş, düzəldilməsi mümkün olmayan formal tələblərə lazımı qaydada əməl olunmamasına baxmayaraq əsaslandırılmış cavab məktubu şəxsə təqdim edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 04 iyun 2012-ci il tarixli 646 saylı Fərmanı ilə təsdiq olunmuş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi haqqında Əsasnamənin 1.2-ci bəndinə əsasən Komitə öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin Fərman və Sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri və bu Əsasnaməni rəhbər tutur. “Azərbaycan Respublikası Gömrük Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 15 sentyabr 2011-ci il tarixli 499 nömrəli Fərmanının 1.1.27-ci yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır: 2013-cü il 14 oktyabr tarixli 305 saylı “Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları” təsdiq edilsin. Bu Qaydaların məqsədlərinin əhatə dairəsinə fiziki şəxslərin və onun ailə üzvlərinin şəxsi istifadəsi və istehlakı məqsədləri üçün müəyyən edilmiş hədlər çərçivəsində gömrük sərhədindən keçirdikləri mallar şamil edilir. Qaydaların 1.5-ci bəndinin tələblərinə əsasən, gömrük orqanı fiziki şəxsin səfərinin bütün hallarını nəzərə almaqla, malların xassələri, miqdarı, habelə sərhəddən keçirilməsinin mütəmadiliyi əsasında kommersiya və ya şəxsi istifadəsi məqsədləri üçün gömrük sərhədindən keçirilməsini, başqa sözlə, malların təyinatını öz səlahiyyətləri çərçivəsində müəyyən edir. Sözügedən normativ aktla diskresion səlahiyyətlər müəyyən edilmiş, qanunla inzibati orqana və ya vəzifəli şəxsə mümkün qanunauyğun qərarlardan birini seçmək hüququnun verilməsi imkanı yaradılmışdır. Malların gömrük sərhədindən keçirilməsinin güzəştli qaydası, malların gömrük ödənişlərindən azad olmasını, malların sadələşdirilmiş qaydada gömrük sərhədindən keçirilməsi isə gömrük ödənişləri alınmaqla malların sadələşdirilmiş bəyannamə əsasında rəsmiləşdirilməsini nəzərdə tutur. Həmin Qərarın 2.1.10-cu yarımbəndinə əsasən, güzəştli qaydada gömrük sərhədindən keçirilməsi mümkün olan hallar sırasına Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 188.1.1-ci maddəsi ilə müəyyən olunmuş aksiz vergisindən azadolmalar nəzərə alınmaqla, 18 yaşına çatmış hər bir fiziki şəxs tərəfindən şəxsi istifadə üçün gömrük ərazisinə gətirilən 1,5 litr alkoqollu içki, 200 ədəd siqaret və 20 qram qızıl, ondan hazırlanmış zərgərlik və digər məişət məmulatları, emal olunmuş, çeşidlənmiş, çərçivəyə salınmış və bərkidilmiş 0,5 karat almaz şamil edilmişdir. Qərarın 2 1-2-ci yarımbəndi yuxarıda qeyd edilən normaya istinad edərək gömrük ərazisinə gətirilməsi üçün sözügedən malların ümumi gömrük dəyərini 800 ABŞ dolları ekvivalenti məbləği həddində müəyyən edir. Əks təqdirdə, həmin Qərarın 2.2-ci bəndinə əsasən fiziki şəxslər tərəfindən gömrük ərazisinə gətirilən istehsal və kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların ümumi gömrük dəyərindən müvafiq məbləğlər çıxılmaqla, bu malların gömrük rəsmiləşdirilməsi xarici-iqtisadi fəaliyyətin tarif və qeyrı-tarif tənzimlənməsinə uyğun gömrük ödənişləri alınmaqla sadələşdirilmiş qaydada həyata keçirilir. Gömrük Məcəlləsinin 299-cu maddəsinin 3-cü bəndinə əsasən fiziki şəxslər gömrük sərhədindən malları istehsal, yaxud kommersiya məqsədləri üçün keçirərkən, gömrük rəsmiləşdirilməsinin bu Məcəllə ilə müəyyən olunmuş ümumi qaydaları tətbiq olunur. Qərarın heç bir müddəası gömrük sərhədindən keçirilməsinin konkret hədləri qanunla müəyyən edilmiş malların həmin hədlərdən artıq olan hissəsini güzəştli qaydada yəni, malların təyinatından asılı olaraq gömrük ödənişləri ödəmədən buraxılışının həyata keçirilməsi mümkünlüyü kimi tövsif edilə bilməz. Başqa sözlə, siqaret, alkoqollu içki, qızıl zərgərlik məmulatları və qanunla dairəsi müəyyən edilən digər mallara münasibətdə konkret şəxsi istifadə hədləri nəzərdə tutulmuşdur. İddia tələbində İddiaçı barəsində onun gömrük qanunvericiliyinin hüquqi təbiətindən, gömrük orqanı əməkdaşlarının xidməti vəzifələrinin icrası ilə bağlı gözlənilən davranışlarından xəbərsiz olduğunu və barəsində şəxsi yoxlama protokolu tərtib edilmədən hüquqlarının pozulduğunu vurğulamış, cavabdeh orqana münasibətdə işlədilən “məsələni yerindəcə qanuni həll etmək” mövqeyinə aydınlıq gətirməmişdir. Gömrük Məcəlləsinin 92.2-ci maddəsinə əsasən gömrük orqanlarının vəzifəli şəxsləri gömrük nəzarətini aşağıdakı formalarda həyata keçirirlər: 92.2.1. malların və nəqliyyat vasitələrinin yoxlanılması; 92.2.2. şəxsi yoxlama; 92.2.3. gömrük məqsədləri üçün lazım olan məlumatların, elektron və ya kağız üzərində yazılı formalarda sənədlərin, o cümlədən Azərbaycan Respublikasının dövlət sərhədinin buraxılış məntəqələrindən keçirilən malların baytarlıq, fitosanitar, gigiyenik və digər sertifikatlarla (şəhadətnamələrlə), “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən tərtib edilən idxal zamanı elektron bildiriş, Qida Təhlükəsizliyi Reyestrindən çıxarış, sağlamlıq sertifikatı, qida və yem məhsullarının təhlükəsizliyini təsdiq edən sənədlərlə və “Tütün və tütün məmulatı haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən tütün məmulatının idxalını və istehsalını həyata keçirən sahibkarlıq subyektlərinin Reyestrindən çıxarışla müşayiət olunmasının yoxlanılması; 92.2.4. gömrük auditi; 92.2.5. şəxslərin sorğu-sual edilməsi; 92.2.6. gömrük nəzarətindən keçməli olan mallara və nəqliyyat vasitələrinə, onların yerləşdiyi ərazilərə və binalara, müvəqqəti saxlanc və gömrük anbarlarında, sərbəst zonalarda yerləşən ərazilərə və binalara, həmçinin icrasına nəzarət gömrük orqanına həvalə edilmiş fəaliyyətin həyata keçirildiyi digər yerlərə gömrük baxışının keçirilməsi; 92.2.7. keşik çəkmənin (patrulluğun) və gömrük müşahidəsinin aparılması. Gömrük Məcəlləsinin 64.1-ci maddəsinə əsasən ilkin yoxlamadan sonra fiziki şəxsin aparılması və ya gətirilməsi qanunvericiliklə qadağan edilmiş, yaxud məhdulaşdırılmış, habelə barəsində gömrük ödənişləri ödənilməmiş malları, bu Məcəllənin və gömrük işi üzrə digər qanunvericilik aktlarının müddəalarının pozulması faktını təsdiq edən əşyaları üzərində gizlətməsi və daşıması barədə əsaslı şübhə yarandıqda, gömrük orqanlarının vəzifəli şəxsləri onu saxlayır və gömrük nəzarətinin müstəsna forması kimi, bu Məcəllənin 92.2.-ci maddəsinə müvafiq olaraq üzərində şəxsi yoxlama aparırlar. Məcəllənin 99.1-cı maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda (gömrük nəzarərtinin yalnız şəxsi yoxlama formasına münasibətdə) gömrük nəzarətinin həyata keçirilməsi üzrə hərəkətlərin yerinə yetirilməsi zamanı prorokollar tərtib olunur. İddiaçı cavabdeh orqana olan xx.xx.2024-cü il tarixli müraciətinin məzmunundan da aydın olur ki, gömrük əməkdaşları şəxsin bədən üzvlərinə hər hansı fiziki müdaxilə etmədən gömrük orqanına bəyan etməli olduğu və üzərində gizlətmədiyi şəxsi istifadə miqdarından artıq malları gömrük nəzarətinin digər formasını həyata keçirən gömrük orqanı əməkdaşının tələbi əsasında könüllü şəkildə təqdim etmişdir. Məhkəmə icraatının gedişində gömrük orqanı əməkdaşlarının fəaliyyətinin fiziki şəxslər barəsində onların hüquq, azadlıq və qanuni maraqlarının təmin olunmasına yönələn etik davranış qaydalarına münasibətdə fərqli fikir formalaşdırmaması baxımından, İddiaçı İstanbul səfərindən öncə dəfələrlə gömrük sərhədindən keçirdiyi malların gömrük əməliyyatlarına cəlb olunmasını, inzibati orqanın icazəsi əsasında ona məxsus malların gömrük ərazisindən dəfələrlə geri qaytarılması hallarını, müxtəlif vaxtlarda onun tərəfindən sadələşdirilmiş qaydada ödənilmiş gömrük rüsumlarını təsdiq edən sənədləri iş materiallarına əlavə etməyi məqsədə müfaviq hesab edir və əvvəllər aparılmış əməliyyatların bir neçəsinin qısa izahını təqdim edirik. İddiaçı xx.xx.2022-ci il tarixində gömrük ərazisinə gətirdiyi, ümumi dəyəri 3733 ABŞ dolları təşkil edən media avadanlıqları barəsində idxal gömrük rüsumlarını ödəmək imkanı olmadığından, malların şəxsi istifadə məqsədləri üçün gətirildiyi yəqinləşdirilməklə **********00047 sorğu nömrəli akt əsasında gömrük orqanının müvəqqəti saxlanc anbarına yerləşdirilmiş və xx.xx.2022-ci tarixli Hava Nəqliyyatında Baş Gömrük İdarəsinə ünvanladığı müraciəti əsasında, gömrük orqanının icazəsi ilə geri qaytarmışdır. İddiaçı tərəfindən xx.xx.2023-cü il tarixində gömrük ərazisinə gətirilən 5 ədəd planşet növündə elektronik mallarına münasibətdə, gömrük orqanının göstərişi ilə Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Logistika Mərkəzi gömrük postuna gömrük nəzarəti altında göndərilməsi təmin edilərək vətəndaşın müraciəti əsasında gömrük orqanının icazəsi ilə xx.xx.2023-cü il tarixində sərhəddə sahibinə geri qaytarılmışdır. İddiaçı tərəfindən xx.xx.2024-cü il tarixində gömrük ərazisinə gətirilən, faktura dəyəri 1341 ABŞ dolları dəyərində olan dərman vasitəsi daha əvvəllərdə olduğu kimi gömrük orqanının müvəqqəti saxlanc anbarına yerləşdirilərək, həmin dərman vasitəsinin onkoloji məqsədlərlə gətirildiyini sübut edən epiqriz təqdim etməklə cavabdeh orqan tərəfindən sərbəst dövriyyəyə buraxılışı təmin edilmişdir. Nəticə etibarilə, iddiaçı gömrük orqanları tərəfindən gömrük rəsmiləşdirilməsi üzrə əməliyyatların həyata keçirilməsi, sənədləşmə proseslərinin yaradacağı hüquqi nəticələri, konkret hədləri qanunla müəyyən edilmiş malların dairəsi barədə kifayət qədər məlumatlıdır. X12 Komitəsinin rəsmi internet saytında yerləşdirilmiş “səyahətçilər üçün ümumi məlumat” altbölümündə də güzəştli qaydada (gömrük ödənişlərini ödəmədən) gömrük sərhədindən keçirilməsi mümkün ola bilən şəxsi istifadə miqdarında müəyyən edilmiş hədlərin dairəsinə düşən malların siyahısı gömrük sərhəd zonasında analoji halların təkrar baş verməsi ehtimalının qarşısını almaq məqsədilə ictimaiyyətin diqqətinə çatdırılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin müfaviq Qərarı ilə verilmiş səlahiyyəti üzrə iddiaçının gömrük sərhədindən gediş-gəliş mütəmadiliyini və müəyyən edilmiş hədlərlə bağlı məlumatlılığını nəzərə alaraq 75 qram 4500 ABŞ dolları dəyərində olan qızıl zərgərlik məmulatları həm şəxsi istifadə miqdarı, həm də ümumi gömrük dəyəri baxımından qanunvericiliyin tələblərinə uyğun gəlmədiyindən gömrük orqanı əməkdaşı malların təyinatını haqlı olaraq istehlak məqsədləri üçün real hesab etməmiş, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Logistika Mərkəzi gömrük postunda rəsmiləşdirilməsi üçün Bakı Karqo Terminalının yük anbarına şəxsin razılığı əsasında xx.xx.2024-cü il tarixli 80708414 qaimə nömrəli akt üzrə təhvil vermişdir. Gömrük Məcəlləsinin 128.1-ci maddəsinə əsasən xarici mallar gömrük ərazisindən aparıldıqda, malların ixrac rəsmiləşdirilməsini həyata keçirmək üçün şəxs tərəfindən səlahiyyətli gömrük orqanına X13 verilir. İddiaçı izah edilmişdir ki, Bakı Karqo Terminalında yerləşən yük anbarına göndərilən qızıl zərgərlik məmulatlarının gömrük rüsumlarından azad olmaqla gömrük sərhədindən geri qaytarılması üçün əsas gömrük orqanının icazəsi ilə həmin mallara dair X13nin gömrük orqanına təqdim edilməsi ilə yaranır. İddiaçı Şəmsəddin oğlu xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixli malların gömrük ərazisindən geri qaytarılması ilə bağlı oxşar məzmunlu ərizələrini inzibati orqana xx.xx.2024-cü il tarixində təqdim etmiş, həmin tarixdə cavabdeh orqan tərəfindən eyni qeydiyyat nömrəsi verilmiş, icrasına müfaviq qaydada baxılması tapşırığı verilərək imzalanmışdır. Vətəndaş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 22 iyul tarixli 263 nömrəli Qərarı ilə təsdiq olunmuş “Gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin bəyan edilməsi Qaydaları”na 4 nömrəli Əlavədə göstərilən təkrar ixrac bildiriş sənədi təqdim etmədiyindən bir daha izah olunmuşdur ki, təxrar ixrac bildirişinin təqdim edilməsi malları bəyan edən vətəndaşa münasibətdə gömrük orqanlarının üzərinə qoyulan öhdəlik deyildir və Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən, gömrük nəzarəti altında yerləşdirilən mallar və nəqliyyat vasitələri barədə məlumatlar gömrük orqanına şifahi, kağız üzərində yazılı və ya elektron formalarda bəyan edilməlidir. Gömrük Məcəlləsinin 82.3-cü maddəsinə əsasən həmin Məcəllədə nəzərdə tutulan hallar istisna olmaqla, gömrük ərazisinə gətirilən və bu ərazidən aparılan bütün mallar və nəqliyyat vasitələri, gömrük rüsumları və vergilərin tutulma obyektləri olubolmadığından asılı olmayaraq gömrük nəzarətindən keçməlidir. 13 aprel 2024-cü tarixli 104/2024 nömrəli xidmət göstərilməsi haqqında müqaviləyə əsasən İddiaçı elektron gömrük bəyannaməsinin (X13nin) doldurulması və gömrük orqanına təqdim edilməsi öhdəliyini "Great Broker” MMC-yə həvalə etmişdir. Gömrük təmsilçisi tərəfindən 750 əyar, 75 qram qızıl zərgərlik məmulatlarının geri qaytarılması üçün gömrük orqanına təxminən 10 (on) gün sonra xx.xx.2024-cü il tarixində UJ**********93 sorğu nömrəli X13 təqdim edilmişdir. Eyni zamanda xx.xx.2024-cü il tarixində etibarnamə əsasında İddiaçı adından X4 tərəfindən cavabdeh orqana gömrük qanunvericiliyinin tələblərini bir daha pozmayacağını ifadə edən öhdəlik məzmunlu ərizə təqdim edilmişdir. Dövlət Gömrük Komitəsinin X2 Sistemi üzərindən əldə edən gömrük bəyannaməsinin rəsmiləşdirilməsi barədə elektron çıxarışdan və **********0193 sorğu nömrəli X13nə gömrük orqanının səlahiyyətli vəzifəli şəxsi tərəfindən vurulan "BURAXİLSİN” təsvirli möhüründən aydın olur ki, xx.xx.2024-cü il tarixindən etibarən İddiaçı mənsub olan 750 əyar, 75 qram qızıl zərgərlik məmulatlar üzərində gömrük nəzarəti başa çatdırılmışdır. İddia tələbinin üçüncü hissəsində iddiaçının məhkəmədən icrasını inzibati orqanın üzərinə qoymağı xahiş etdiyi öhdəlikliyin məğzini Bakı Kargo Terminalının anbarında saxlanmış yükün emalına dair “X16 Airlines’’ LLC (Limited Liability Company) tərəfındən tətbiq edilən müfaviq tariflər (anbar, saxlanc xərcləri və s.) təşkil edir. “Bakı Karqo Terminalı” (BKT) Heydər Əliyev adına X8 Avıatıon Services Group” Ground Handling şirkətinin nəzdində yaradılmış 3 dərəcəli yük terminal komplekslərindən biridir. Terminalın ərazisində müxtəlif struktur vahidlərinə mənsub olan postlar, “X16 Airlines" Məhdud Məsuliyyətli Cəmiyyətinin sərəncamında olan yük anbarı və digər bölmələr yerləşir. xx.xx.2024-cü il tarixində gömrük orqanının əməkdaşı tərəfindən tərtib edilmiş 80708414 qaimə nömrəli aktın "BİLDİRİŞ” hissəsində malların saxlancına dair anbar ödənişlərinin Bakı Karqo Terminalı tərəfindən hesablanması və gömrük ödənişlərinə daxil olmaması barədə qeyd aparılmış və iddiaçı tərəfindən imzalanmışdır. Aktın müfaviq xanasını yükü təhvil verən gömrük əməkdaşı və yükü təhvil alan BKT anbardan imzalamış, ASG-nin idxal anbardan tərəfindən malların yük anbarına qəbul edildiyi tarixi təsdiq edən möhür vurulmuşdur. Gömrük Məcəlləsinin 1.0.17ci yarımbəndinə əsasən gömrük ödənişləri - bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda gömrük orqanları tərəfindən alınan gömrük rüsumları, vergilər, gömrük yığımları, dövlət rüsumu və haqqdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 26 aprel tarixli 168 nömrəli Qərarı ilə təsdiq edilmiş “Gömrük yığımlarının məbləğləri” haqqında qaydaların 6.1 -ci bəndində gömrük orqanlarının sərəncamında olan anbarlarda malların saxlancına görə gömrük yığımlarının məbləğləri müəyyən edildiyindən və BKT yük anbarı Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin sərəncamında olmadığından cavabdeh orqan İddiaçı gömrük sərhədindən geri qaytarılması nəzərdə tutulan mallarına münasibətdə saxlancına dair gömrük ödənişləri tətbiq etməkdə səlahiyyətli deyildir. İddiaçının xx.xx.2024-cü il tarixli 078 nömrəli İstanbul reysi üzrə səfərindən dönərkən Azərbaycan Respublikasının gömrük sərhədindən müəyyən edilmiş hədlərdən artıq keçirilən qızıl zərgərlik məmulatlarının gömrük orqanının vəzifəli şəxsi tərəfindən qanunvericiliyin tələblərinə uyğun şəkildə Bakı Karqo Terminalında yerləşən Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Logistika Mərkəzi gömrük postunda rəsmiləşdirilməsi məqsədilə 80708414 qaimə nömrəli akt əsasında göndərilməsini, malların gömrük rüsumları ödəmədən geri qaytarılmasına dair müraciətə cavabdeh orqan tərəfindən icazə verilməsini və xx.xx.2024-cü il tarixindən etibarən X13nin təsdiq edilərək yükün buraxılmasını, “X16 Airlines” Məhdud Məsuliyyətli Cəmiyyətinin sərəncamında olan yük anbarında malların saxlancına görə hesablanmış xərclərin vətəndaşın öz seçimi əsasında ödəniş edə bilməsi imkanını, iddiaçının hüquqi marağının məhkəmədə qaldırılan tələbin uğurlu nəticəsi ilə bağlı olduğunu rəhbər tutaraq cavabdeh inzibati orqanın hərəkətlərinin (hərəkətsizliyinin) nəticəsində hüquqa müdaxilə aşkar şəkildə baş vermədiyindən, başqa sözlə məhkəmədən xahiş olunan öhdəliklərin icrası Hava Nəqliyyatında Baş Gömrük İdarəsi tərəfindən qanunvericilik tənzimləmələri nəzərə alınmaq təmin olunduğundan iddianın mümkün sayılmaması barədə qərardad qəbul edilməsi xahiş edilmişdir.
4. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-1(112)-12965/2024 saylı qərardadı ilə iddia tələbinin mümkün hesab edilməməsi qərara alınmışdır.
5. Qərardaddan iddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin mümkün hesab edilərək baxılması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ:
6. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Türkiyə Cümhuriyyətindən gətirdiyi 750 əyarlı 0,075 qram çəkisi, faktura dəyəri 4500 ABŞ dolları olan qızıl zinət əşyalarının təkrar ixrac gömrük proseduru altında yerləşdirilməsinin xahiş edilməsi barədə cavabdeh inzibati orqanın işçiləri eyni gündə yəni, xx.xx.2024-cü il tarixdə İddiaçı cavabdeh inzibati orqanın rəhbərliyinə ünvanlanmış təkrar ərizə yazdırmışlar. Lakin cavabdeh inzibati orqan tərəfindən ərizəyə heç bir münasibət bildirilməmiş, yuxarıda göstərilən qızıl-zinət əşyaları özü ilə Türkiyə Cümhuriyyətinə aparmasından ötrü İddiaçı xx.xx.2024-cü il tarixdə əsassız olaraq qaytarılmamışdır. Eyni zamanda bildiririlir ki, “Malların təkrar ixrac Qaydaları”nın 3.3-cü bəndinə müvafiq olaraq, şəxs tərəfindən səlahiyyətli gömrük orqanına X13 verilir. Rəsmiləşdirməni həyata keçirən gömrük orqanında təqdim olunmuş sənədlərdə göstərilən məlumatların düzgünlüyü yoxlanılır, malların eyniləşdirilməsi aparılır və onların ixrac rəsmiləşdirilməsi həyata keçirilərək, sərhəd gömrük orqanına məlumat ötürülür. Qeyd edilir ki, İddiaçı X13 yuxarıda adıçəkilən aktın tərib edildiyi nə xx.xx.2024-cü il tarixdə, nə də təkrar ixrac gömrük proseduru ilə bağlı ərizənin yazıldığı xx.xx.2024-cü il tarixdə verilməmiş, yalnız xx.xx.2024-cü il tarixdə "xxxx" MMC tərəfindən **********0193 qeydiyyat nömrəli X13 verilmişdir. Elə həmin gün də onun tərəfindən gömrük ödənişləri qismində ayrı-ayrılıqda 5,40 manat, 30,40 manat və 60,40 manat olmaqla, cəmi 96,20 manat ödəniş edilmişdir. “Malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları”nın qeyd edilən müddəlarına əsaslanaraq bildiririlir ki, İddiaçı cavabdeh inzibati orqanın işçilərinin sorğu-sualına cavabında Türkiyədən xx.xx.2024-cü il tarixdə aviareyslə 750 əyarlı 0,075 qram çəkidə, faktura dəyəri 4500 ABŞ dolları olan 2 ədəd boyunbağını və 3 ədəd bilərziyi özü və ailə üzvlərinin şəxsi istifadəsi üçün gətirdiyini dəfələrlə izah etmişdir. Cavabdeh inzibati orqanın vəzifəli şəxsləri İddiaçı tərəfindən gömrük sərhədindən keçirilən bu qızıl-zinət əşyalarının özü və ailə üzvlərinin şəxsi istifadəsi üçün gətirdiyininin yəqinləşdirilməsindən ötrü heç bir araşdırma aparmamış, o cümlədən, qızıl-zinət əşylarının miqdarını, gömrük sərhəddindən ilk dəfə keçirilməsini, onların təyinatını nəzərə almamış, məsələni yerindəcə qanuni həll etmək əvəzinə, gömrük qanunveriliyindən xəbərsiz olan İddiaçı gömrük, anbar, saxlanca və s. pul ödəməsinə zəmin yaratmaqdan ötrü bu qızıl zinət əşyalarını təkrar ixrac gömrük proseduru altında yerləşdirilməsinə dair ərizə almışlar. Halbuki, İddiaçı gömrük sərhədindən keçirdiyi bu qızıl-zinət əşyalarını özü və ailə üzvlərinin şəxsi istifadəsi üçün aldığına görə həmin vaxt güzəştli qaydada (gömrük ödənişlərini ödəmədən) gömrük sərhədindən keçirməsi üçün maneə mövcud deyildi.
MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ:
7. Məhkəmə iclasında iştirak edən İddiaçı və iddiaçının nümayəndəsi-vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdilər.
8. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndələri L.Həsənova və E.Abduləlimova apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdilər.
MÜBAHİSƏNİN HƏLLİ İLƏ BAĞLİ MƏHKƏMƏ ARAŞDİRMASİNİN ƏSASİNİ TƏŞKİL EDƏN SƏNƏDLƏR
9. İş materiallarında olan malların “Bakı Karqo Terminalı” (BKT) Anbarına Göndərilməsinə dair xx.xx.2024-cü il tarixli 807 nömrəli Akta əsasən İddiaçı məxsus qızıl zinət əşyaları 750 əyar (0,075 qram) Azərbaycan Respublikası Gömrük Məcəlləsinə və Nazirlər Kabinetinin müvafiq Qərarlarına əsasən “Bakı Karqo Terminalı” (BKT) anbarına göndərilmişdir. Malların saxlancına dair ödənişlər BKT tərəfindən hesablanır və gömrük ödənişlərinə daxil deyil.
10. Qızıl zinət əşyalarına (750 əyar boyunbağı – 2 ədəd, qolbaq – 3 ədəd; investisiya dəyəri – 4500.00) dair tərtib olunmuş xx.xx.2024-cü il tarixli **********0193 sorğu nömrəli X13 iş materiallarına əlavə olunmuşdur (Göndərən – İddiaçı; Bəyannaməçi/Təmsilçi – "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti).
11. Gömrük bəyannaməsi üzrə elektron Çıxarışa əsasən: GB-nin qeydiyyat (sorğu) nömrəsi: İX **********0193 GB-ni təqdim şəxs: X1 attestatın №-si: 0339 Bəyannaməçi/Təmsilçi: "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Göndərən/Alan təşkilat: İddiaçı GB-nin rəsmiləşdirilməsi barədə elektron jurnalı Mərhələ Gömrük Əməliyyat Əməliyyatın Əməliyyatın əməkdaşı nəticəsi tarixi - İsmayıl Sorğu nömrəsi **********0193 xx.xx.2024 Eyvazlı (Qr.7) yazıldı 14:13:52 İsmayıl Rəsmiləşdirmək 00800 xx.xx.2024 Eyvazlı üçün göndərildi 14:14:38 Rəsmiləşdirmə Sistem SM:8370 SAHİL İcraçı təyin xx.xx.2024 (Avtomatik) ƏSGƏROV olundu 14:55:58 (00800) Rəsmiləşdirmə Emil SM:7211 icraçı teyin xx.xx.2024 Abdullayev ŞƏFƏQ olundu 14:58:50 MİRZƏLİ Qeydiyyat Şəfəq Mirzəli GB təsdiqləndi xx.xx.2024 (GM Maddə 16:47:47 152) Rəsmiləşdirmə Şəfəq Mirzəli Qəbul edildi, xx.xx.2024 ödəniş 16:47'55 tamamlanmayıb. Maliyyə Şəfəq Mirzəli GB təsdiq xx.xx.2024 olundu 17:02:06 - Şəfəq Mirzəli Fiziki xx.xx.2024 yoxlanılması 17:02:23 üçün göndərildi Rəsmiləşdirmə Vüsal YM:2153 ARAZ İcraçı təyin xx.xx.2024 09 Məcidov MƏMMƏDOV olundu 14 36 Araz Yoxlama nəticəsi xx.xx.2024 Məmmədov barədə 09:24:48 akt/protokol tərtib olundu Maliyyə Şəfəq Mirzəli GB təsdiq xx.xx.2024 olundu 09:29:46 Buraxılış Şəfəq Mirzəli Yük buraxıldı xx.xx.202430:05
TƏTBİQ EDİLƏN HÜQUQ və MƏHKƏMƏNİN MÖVQEYİ
25.Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-1(112)-12965/2024 saylı qərardadı ləğv edilməli, iş sonrakı zəruri prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə göndərilməlidir. 26.Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərinin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Belə ki, İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 27.Azərbaycan Respublikası Ali Məhkəməsinin “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarından: 1.1 Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2 İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3 Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4 Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.3-cü maddəsinə əsasən, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdır. 4.2. Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar. 5.1. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. 5.2. Bu zaman məhkəmələr müdafiə edilmək istənilən hüququn təbiətini, həmin subyektiv hüququn tanıdığı imkanları, qanunvericilikdə təsbit edilmiş onun qoruma sferası ilə bağlı hədləri nəzərə almalıdırlar. 5.3. İddia qaldırmış şəxsin hüquqlarının qorunmasının bilavasitə qanundan irəli gəldiyi hallarda, bir qayda olaraq iddia mümkün sayılmalıdır. 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun.
7. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. 8.1. İddia mümkün sayılmadıqda məhkəmə İPM-in 35.3-cü maddəsinə əsasən qərardad qəbul edir. 8.2. Bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. 8.3. Buna görə də, iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir. 8.4. Bunun əksinə olaraq mahiyyəti üzrə çıxarılmış qərarın hüquqi qüvvəsi iddiaçıya eyni predmet üzrə yenidən tələblə çıxış etmək imkanı vermir.
28. Birinci instansiya məhkəməsi qərardadını belə əsaslandırmışdır ki, iddia tələbinin predmeti olan mallar (750 əyarlı 0,075 qram çəkili, faktura dəyəri 4500 ABŞ dolları olan 2 ədəd boyunbağından və 3 ədəd bilərzikdən ibarət qızıl zinət əşyaları) üzərində cavabdeh gömrük orqanı tərəfindən qoyulmuş hər hansı məhdudiyyət mövcud deyil. Malların Bakı Kargo Terminalının anbarında saxlanılmasına münasibətdə məhkəmə qeyd edir ki, müvafiq mallar gömrük orqanı tərəfindən buraxılmışdır və hazırda Bakı Kargo Terminalının anbarında saxlanılır (eləcə də saxlanca görə BKT tərəfindən günlük ödəniş hesablanır), malların saxlancına dair ödənişlər BKT tərəfindən hesablanır və gömrük ödənişlərinə daxil deyil. Bakı Kargo Terminalının anbarında saxlanmış yükün emalına dair “X16 Airlines’’ LLC (Limited Liability Company) tərəfındən tətbiq edilən müfaviq tariflər (anbar, saxlanc xərcləri və s.) təşkil edir. “Bakı Karqo Terminalı” (BKT) Heydər Əliyev adına X8 Aviation Services Group” Ground Handling şirkətinin nəzdində yaradılmış 3 dərəcəli yük terminal komplekslərindən biridir. Terminalın ərazisində müxtəlif struktur vahidlərinə mənsub olan postlar, “X16 Airlines" Məhdud Məsuliyyətli Cəmiyyətinin sərəncamında olan yük anbarı və digər bölmələr yerləşir. Nəticə etibarilə müəyyən olunur ki, Bakı Kargo Terminalına məxsus anbar gömrük orqanlarının tabeliyində deyil, inzibati orqan olmayan “X16 Airlines’’ LLC tabeliyində fəaliyyət göstərir və müvafiq malların anbardan azad edilməsi üçün ödənişlər məhz Bakı Kargo Terminalına ödənilməlidir. Həmçinin qeyd olunmuşdur ki, hazırki iş üzrə “real və ciddi” mübahisə mövcud deyildir və hazırkı münasibətlər işığında hazırkı “mübahisə”nin nəticəsi fərdi hüquq və vəzifələrin müəyyən edilməsi baxımından həlledici deyil. Belə ki, hazırda iddiaçının qanunla qorunan hüquqlarının həyata keçirilməsinə hər hansı (faktiki) müdaxilə və ya cavabdeh orqanın hərəkətləri (hərəkətsiliyi) nəticəsində iddiaçıya dəymiş faktiki real zərər mövcud deyil. Odur ki, iddiaçı hüquqi marağına uyğun həmin məqsədə daha tez, daha münasib və daha sadə yolla nail olmaq üçün səmərəli hüquqi müdafiə vasitəsi olaraq qeyd edilən malların (750 əyarlı 0,075 qram çəkili, faktura dəyəri 4500 ABŞ dolları olan 2 ədəd boyunbağından və 3 ədəd bilərzikdən ibarət qızıl zinət əşyaları) saxlancına görə müvafiq ödənişi Bakı Kargo Terminalına ödəməli və yalnız bundan sonra gömrük orqanı tərəfindən malların saxlanca verilməsi ilə bağlı hərəkətlərin qanunsuz olduğunu hesab etdiyi təqdirdə dəymiş zərərin (Bakı Kargo Terminalına ödənilmiş məbləğin) kompensasiya edilməsini tələb edə bilər. Odur ki, iddia mümkün sayılmamalıdır. İddiaçıya səmərəli hüquq müdafiə vasitəsi izah olunduğundan iddianın mümkun sayılmaması iddiaçıya münasibətdə məhkəməyə çatımlılıq və ədalət mühakiməsi hüququn pozulması hesab edilə bilməz. 29.Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası İPM-nin 12, 13 və 48-ci maddələrində müəyyən edilmiş “İşin hallarının araşdırılması prinsipi”, “Məhkəmənin yardım etmək vəzifəsi” ilə bağlı tələblər pozulmuşdur. 30.Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin: - 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. - 12.2-ci maddəsinə əsasən məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. - 48.1-ci maddəsinə əsasən sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir.
31. Məhkəmə kollegiyası İPM-nin 13-cü maddəsini nəzərə alaraq qeyd edir ki, həmin maddə məhkəmənin açıqlama və göstəriş vermək vəzifəsini müəyyənləşdirir. Məhkəmə proses iştirakçılarına formal çatışmazlıqların aradan qaldırılmasında köməklik göstərməlidir. Tərəflərin bu və ya digər hüquqi vasitələri seçdikləri halda, hansı hüquqi nəticələrin baş verəcəyi ehtimalını məhkəmə onlara açıqlamalıdır. Bunun üçün ilk növbədə məhkəmə iddia tələblərinin düzgün yasılmasında, ərizələrin, vəsatətlərin düzgün tərtib edilməsində yardımçı olmalıdır. Məhkəmə bu vəzifəni tək bir tərəfə münasibətdə deyil, prosesin bütün iştirakçılarına münasibətdə həyata keçirməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarında qeyd edilmişdir: “Eyni zamanda, inzibati məhkəmə icraatını mülki məhkəmə icraatından fərqləndirən digər xüsusiyyət də İPM-in 13-cü maddəsində nəzərdə tutulan məhkəmənin yardım etmək vəzifəsidir. Həmin maddəyə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur”.
32. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarının 14-cü bəndində qeyd olunan hala münasibətdə qeyd edir ki, xx.xx.2024-cü il tarixli məhkəmə iclasının audiovideo yazısına baxış keçirilən zaman müəyyən edilmişdir ki, məhkəmə iddiaçıya səthi olaraq iddia tələbini dəqiqləşdirmək hüququnun olduğunu qeyd etsə də, lakin onun iddia tələbini dəqiqləşdirmədiyi halda hansı hüquqi nəticələrin baş verəcəyi ehtimalını iddiaçıya açıqlamamışdır. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının tələbinin dəqiqləşdirilməsi istiqamətində göstərilən yardım onun hüquqi marağına uyğun olmalıdır. İddiaçının hüquqi marağı baxımından aparılan qiymətləndirmə isə onu tələb edir ki, məhkəmə tərəfindən xidməti vəzifəsinə uyğun olaraq tərəflərin bu barədə bildirməsindən asılı olmayaraq şəxsin arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən və əlverişli iddia növlərindən istifadə edib-etmədiyi yoxlanılmalıdır.
33. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan birinci instansiya məhkəməsi tərəfindən iddia tələbinin mümkünlük şərtlərinə qiymət verilərkən işin hallarının hərtərəfli araşdırılması prinsipi pozulmuşdur.
34. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarının 24-cü bəndində qeyd olunan hala münasibətdə qeyd edir ki, hazırki iş üzrə “real və ciddi” mübahisə və hüququn pozulması mövcuddur, həmçinin hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Əbilovun şikayəti üzrə” 13 iyun 2008-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə görə, məhkəmələr tərəfindən qəbul edilmiş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusion məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalara yol verilməməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Brumaresku Rumıniyaya qarşı” iş üzrə 28 oktyabr 1999-cu il tarixli Qərarında göstərilmişdir ki, hüququn aliliyinin əsas aspektlərindən biri olan hüquqi müəyyənlik prinsipi digərləri ilə yanaşı tələb edir ki, məhkəmələr tərəfindən tamamilə həll edilmiş iş üzrə qəbul olunan yekun qərar şübhə doğurmamalıdır. 35.Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. 36.Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.7.2-ci bəndinə əsasən inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər. 37.Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, İş sonrakı zəruri prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə göndərilməlidir.
QƏRARA ALDİ:
Apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(112)-12965/2024 saylı qərardadı ləğv edilsin. İş sonrakı zəruri prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə göndərilsin. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Sədrlik edən: Günel Abbasova Hakimlər: Aytən Oruczadə Cahangir Yusifov