Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1233/2020 23.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Nuriyeva Afaq Bayram qızı (sədrlik edən və məruzəçi), Ağayev Valeh Məmməd oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, X5 oğlunun katibliyi ilə, cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Sabunçu rayon şöbəsinə qarşı yaşa görə əmək pensiyanın təyin edlməsi tələbinə dair inzibati mübahisə üzrə 2 saylı Bakı İnzibati-İqdisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(82)-3880/2019 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası, müəyyən etdi: 2 saylı Bakı İnzibati-İqdisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(82)- 3880/2019 saylı qərarı ilə iddia tələbi təmin edilərək, iddiaçının əmək kitabçasında qeyd edilən 1993-cü ildən 2013-cü ilədək işlədiyi illər sosial sığorta stajına daxil edilməklə ona yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi qərara alınmışdır (hakim E.Mustafayev). Həmin qərardan narazı qalan cavabdeh tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Sabunçu rayon şöbəsinə qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, təqaüdün alınması barədə qərar qəbul edilməsini xahiş etmişdir İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı – 1955-ci il təvəllüdlüdür. O 1978-ci ildən Kənd Təsərrüfatı Nazirliyinin Təmir Tikinti idarəsində sürücü kimi əmək fəaliyyətinə başlamışdır. Sonra, ardıcıl olaraq 1978-ci ildən 1980-ci ilə qədər qeyd etdiyi tikinti idarəsində sürücü, 1980-ci ildən 1983-cü ilə qədər “Sovet Qazaxıstanı” sovxozunda sürücü, 1983-cü ildən 1988-ci ilə qədər Bakı PATO-nun qarajında sürücü, 1988-ci ildən 2013-cü ilə qədər Azərnəqliyyat yoltikinti ASC-nin mexanikləşdirmə idarəsində sürücü vəzifəsində işləmişdir. xx xxx 2019- cu ildə lazımı sənədlərini toplayaraq təqaüdə çıxmağı ilə əlaqədar Asan xidmətə təqdim etmişdir və ona bildirilmişdir ki, 1993-cü il tarixdən 2013cü il tarixədək işlədiyi müəssisələrdə onun şəxsi büdcəsinə sosial-sığorta ödənişi ödənilmədiyinə görə o təqaüd ala bilməz. İş üzrə 2 saylı Bakı İnzibat-İqtisadi Məhkəməsi yuxarıda göstərilən qərarı qəbul etmişdir. Apellyasiya şikayətinin dəlilləri və işdə iştirak edən nümayəndənin izahatı: Cavabdehin nümayəndəsi X4 apellyasiya şikayətini müdafiə edərək, izahatında göstərmişdir ki, iddiaçının işlədiyi müəssisənin məcburi dövlət sosial sığorta haqlarının ödənilməsini təsdiq edən 1-DSMF icmal hesabatı və xx.xx.2006-cı il tarixdən sonra fərdi hesabının sığorta hissəsində pensiya sığorta kapitalı olmadığına görə 1993-2013-cü illər sığorta stajına daxil edilməmişdir. Bu səbəbdən də Qanunun 7-ci maddəsinin tələblərinə uyğun sığorta stajı və pensiya kapitalı yığılmadığına görə yaşa görə əmək pensiyası hüququ yaranmır. Bundan başqa, cavabdeh əlavə apelyasiya şikayətində Milli Arxiv İdarəsinin 5/1238 saylı,xx.xx.2020-ci il tarixli məktubuna əsasən iddiaçının əmək kitabçasında işlədiyi müəssisəyə dair heç bir sənəd aşkar edilmədiyini, əmək kitabçasında 1993-2006-cı illərin qeydlərin şübhə doğurduğunu göstərmişdir. Nümayəndə apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi, iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsə də, o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan iddiaçının iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq qərarın qəbul edilməsini mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.7-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və işdə iştirak edən şəxslərin izahatını dinləyərək, iş materiallarını araşdıraraq, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, apellyasiya şikayətinin təmin edilməməsi nəticəsinə gəlir. Belə ki, iş materiallarına əlavə edilmiş AZE seriyalı, 13575203 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1955-ci ildə Gədəbəy rayonunda anadan olmuş, ünvan 1 ünvanında yaşayır. İş materiallarına əlavə edilmiş ИТ-İ seriyalı, ******* nömrəli əmək kitabçasının təsdiq edilmiş surətindən görünür ki, İddiaçı 1978-ci ildən Kənd Təsərrüfatı Nazirliyinin Təmir Tikinti idarəsində sürücü kimi əmək fəaliyyətinə başlamış, 1978-ci ildən 1980-ci ilə qədər Kənd Təsərrüfatı Nazirliyinin Təmir Tikinti idarəsində sürücü, 1980-ci ildən 1983-cü ilə qədər “Sovet Qazaxıstanı” sovxozunda sürücü, 1983-cü ildən 1988-ci ilə qədər Bakı PATO-nun qarajında sürücü, 1988-ci ildən 2013-cü ilə qədər Azərnəqliyyat yoltikinti ASCnin mexanikləşdirmə idarəsində sürücü vəzifəsində işləmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sabunçu rayon şöbəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2019-cu il tarixli, **********3 nömrəli məktubda bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 7-ci maddəsinə əsasən xx.xx.2019-cu il tarixdən kişilər 64 yaşı tamam olduqda fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az pensiya təminatına imkan verdikdə sığorta stajından aslı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda yaşa görə əmək pensiyası hüququ qazanırlar, təqdim edilən əmək kitabçasında qeyd olunan xx.xx.1988-ci il tarixdən xx.xx.2013-cu il tarixədək olan iş stajı yoxlandıqdan sonra iddiaçının pensiya hüququna baxılacaqdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sabunçu rayon şöbəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2019-cu il tarixli, **********5 nömrəli məktubda “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanunun 7-ci maddəsinə istinad edilərək bildirilmişdir ki, iddiaçının işlədiyi müəssisənin məcburi dövlət sosial sığorta haqqlarının ödənilməsini təsdiq edən 1-DSMF icmal hesabatı və xx.xx.2006-cı il tarixdən sonra iddiaçının fərdi hesabının sığorta hissəsində pensiya sığorta kapitalı olmadığına görə 1993-2013-cü illər sığorta stajına daxil edilməmişdir, bu səbəbdən də Qanunun 7-ci maddəsinin tələblərinə uyğun iddiaçının sığorta stajı və pensiya sığorta kapitalı yığılmadığına görə yaşa görə əmək pensiyası hüququ yaranmır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sabunçu rayon şöbəsi tərəfindən İddiaçı ünvanlanmış digər xx.xx.2019-cu il tarixli, **********4 nömrəli məktubda “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə istinad edilmişdir. İşin faktiki hallarından görünür ki, İddiaçı cavabdeh orqana yaşa görə əmək pensiyası təyin edilməsi üçün müraciət etmişdir, lakin cavabdeh orqan isə işlədiyi müəssisənin məcburi dövlət sosial sığorta haqqlarının ödənilməsini təsdiq edən 1-DSMF icmal hesabatı və xx.xx.2006-cı iı tarixdən sonra fərdi hesabında sığorta hissəsində pensiya sığorta kapitalı olmadığına görə 1993-2013-cü illər sığorta staja daxil edilməmişdir. Bu səbəbdən də Qanunun 7-ci maddəsinin tələblərinə uyğun sığorta stajı və pensiya sığorta kapitalı yığılmadığı səbəbindən ona yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina etmişdir və iddiaçı cavabdehin imtinasını mübahisələndirir. Birinci instansiya məhkəməsi aşağıdakı normaları qeyd etməyi zəruri saymışdır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası – bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əmək haqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Həmin Qanunun 1.0.2-ci maddəsinə görə sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Həmin Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Həmin Qanunun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Qeyd olunan Qanunun 37.7-ci maddəsinə görə keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir. Birinci instansiya məhkəməsi cavabdehin imtinası ilə bağlı qeyd etmişdir ki, həm iddiaçının sığorta stajını əhatə edən dövrdə qüvvədə olan, həm də hazırkı qanunvericiliyə əsasən iş stajını müəyyən edən edən əsas sənəd əmək kitabçası hesab olunur. İş üzrə təqdim olunmuş əmək kitabçası ilə İddiaçı 1993-cü ildən 2013-cü ilədək işləməsi təsdiq edildiyindən birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçıya qeyd olanan illər də nəzərə alınmaqla ona yaşa görə əmək pensiyası təyin edilməsi üçün əsasdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır, cavabdehin apelyasiya şikayətində göstərilən iddiaçının sığorta stajının yığılmadığı dəlilləri qəbul etmir. Yuxarıda qeyd edildiyi kimi, "Əmək pensiyaları haqqında" Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 22-1.1.-ci maddəsinə əsasən 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən,onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 01 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2006-cı il yanvarın 1-dək olan sığorta stajı bu Qanunun 22-1-2-ci maddəsinə uyğun olaraq hesablanır. Qanunun 22-1.2-ci maddəsinə əsasən 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın 2006-cı il yanvarın 1-dək olan sığorta stajı, bu Qanunun 22-1.1-ci və 22- 1.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla, aşağıdakı qaydada hesablanır: 22-1.2.1. 2019-2020-ci illərdə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana yaşa görə əmək pensiyası təyin edilərkən onun 2006-cı ilin yanvarın 1-dək olan sığorta stajı 25 il, 2021-ci ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır. Qanunun 22-1.3-cü maddəsinə əsasən əmək pensyası hüququ olan şəxslərin 2006cı ilin yanvarın 1-dək sığorta stajı bu Qanunun 22-1.2.1 - 22-1.2.3-cü maddələrində göstərilən sığorta stajından çox olduqda onların arzusuna əsasən pensiya hüququ təyin edilərkən faktiki sığorta stajı nəzərə alınır. Göründüyü kimi, yaş həddinə çatmış sığortaolunana yaşa görə əmək pensiyası təyin edilərkən onun 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il nəzərə alınmaqla hesablanması nəzərdə tutulmuşdur. İddiaçının əmək kitabçasından görünür ki, xx.xx.1978-xx.xx.1980-ci illərdə (02 il 08 ay 05 gün) Azərbaycan SSR Kənd təsərrüfatı Nazirliyinin Təmir tikinti idarəsində; xx.xx.1980-xx.xx.1983 illərdə (2 il 11 ay) "Sovet Qazaxıstanı" sovxozunda; xx.xx.1983- 15.6.1988-ci illərdə (04 il 11 ay 18 gün) Azərbaycan SSR "Kəndtəsərrüfatıtexnika" X1 Bakı Baş nəqliyyat müəssisəsində; xx.xx.1988-xx.xx.2003--cü illərdə (14 il 06 ay 30 gün) "Azərbaycannəqliyyattikinti" X2; xx.xx.2004-xx.xx.2013-cü illərdə ( xx.xx.2006-cı il tarixə kimi 01 il 09 ay) "Azərnəqliyyatyoltikinti" ATSC-də, cəmi iddiaçının xx.xx.2006-cı il yanvarın 1-dək 26 il 10 ay 23 gün sığorta stajı var. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli, 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının 3.2.1-ci bəndinə əsasən, 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir.. Qanunvericiliyin qeyd olunan tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, iddiaçının 25 ildən çox sığorta stajı mövcud olduğu halda onun fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının hesablanmasına zərurət yoxdur. İddiaçının 2006-cı ilin yanvarın 1-dək qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması "Əmək pensiyaları haqqında " Qanunun 27-ci maddəsində öz əksini tapmışdır. Həmin maddənin birinci cümləsinə görə sığortaolunanların (əmək pensiyası təyin olunmuş şəxslər istisna olmaqla) 2006-cı il yanvarın 1-dək qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi hesablarında nəzərə alınır. Bu zaman həmin dövrə aid olan ümumi iş stajının hər ili üçün 306 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi hesablarının sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixinə qeydə alınır. Bundan başqa, cavabdeh əlavə apelyasiya şikayətində Milli Arxiv İdarəsinin 5/1238 saylı,xx.xx.2020-ci il tarixli məktubuna əsasən iddiaçının əmək kitabçasında işlədiyi müəssisəyə dair heç bir sənəd aşkar edilmədiyini, əmək kitabçasında 1993-2006-cı illərin qeydlərin şübhə doğurduğunu göstərmişdir. Məhkəmə kollegiyası göstərilən dəlilləri qəbul etmir Birincisi, cavabdehin istinad etdiyi AR Milli Arxiv İdarəsinin xx.xx.2020-ci il tarixli, 5/1238 saylı məktubda "X6" ASC-nin Mexanikləşdirmə İdarəsinin arxiv sənədlərin AR Dövlət Arxivinə və Dövlət Arxivinin Bakı filialına heç bir sənədin aşkar edilməməsi deyil, təhvil verilməməsindən bəhs edilirdi. İkincisi, əmək kitabçasına əsasən iddiaçı xx.xx.1988-ci ildən “Azərbaycannəqliyyattikinti” X2 işləyirdi; xx.xx.1993-cü il tarixdə Trestin ləğv edilməsi ilə bağlı Mexanizasiya İdarəsinin adı dəyişərək “Aznəqliyyatyoltikinti” NK Mexanizasiya İdarəsi olmuşdur; xx.xx.1999-cu ildə “Aznəqliyyatyoltikinti” NK Mexanizasiya İdarəsi ləğv edilərək onun bazasında “Azərnəqliyyattikinti” ATSC yaradılmışdır; xx.xx.2003-cü il tarixdə İddiaçı işdən azad edilib; xx.xx.2004-cü ildən xx.xx.2013-cü ilə kimi iddiaçı “Azərnəqliyyatyoltikinti” ATSC-nin Mexanikləşdirmə İdarəsində işləyirdi. Göründüyü kimi, iddiaçı xx.xx.1988-ci xx.xx.2013-cü ilə kimi bir müəssisədə - dövlət, sonradan səhmdar cəmiyyətinə çevrilmiş müəssisədə işləmişdir və cavabdeh tərəfindən müəssisənin sənədlərin AR Dövlət Arxivində və Dövlət Arxivinin Bakı filialında axtarılması əsassızdır. Müəssisənin mövcudluğu vergi ödəyicilərinin məlumatında öz əksini tapmışdır. Həmin məlumata görə “X6” ASC-nin Mexanikləşdirmə İdarəsi (VÖEN **********) hüquqi şəxs kimi xx.xx.2004-cü ildə qeydiyyata alınmışdır. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının əmək kitabçasındakı məlumatların həqiqətə uyğun olmadığı cavabdeh inzibati orqan tərəfindən sübuta yetirilmədiyindən, mötəbər hesab olunur və həmin məlumatlar iş stajı kimi nəzərə alınmalıdır. Beləliklə də qeyd olunanlara əsasən təsdiq olunur ki, cavabdeh tərəfindən iddiaçıya əmək pensiyası təyin edilməsindən imtina olunması qanunsuzdur və onun hüquqlarını pozur. Belə olan halda, onun işdə olan şəxsiyyət vəsiqəsinə (seriya AZE, № 13575203, Asan 4, xx.xx.2014 ) əsasən xx.xx.1955-ci ildə doğulduğu nəzərə alınsa, onun «Əmək pensiyaları haqqında» Qanunun qeyd olunan 7-ci maddəsinin tələbləri baxımından 63 yaş 6 ayının tamamında əmək pensiyası hüququ yaranmış olur (həmin maddənin x xxxx 2017ci il tarixdən olan redaksiyasına əsasən həmin tarixdən xx.xx.2018-ci ilə qədər pensiya yaş həddi 63 yaş 6 ay təşkil edir). Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi qərarında iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsini cavabdehin üzərinə qoyasa da, iddiaçının pensiya hüququn yarandığı vaxtı qeyd etməmişdir. Məhkəmə kollegiyası “Əmək pensiyaları haqqında” AR Qanunun 7-ci maddəsinin tələblərini nəzərə alaraq hesab edir ki, 63 yaşına çatmış xx.xx.1955-ci il təvəllüdlü İddiaçı yaşa görə əmək pensiya hüququ 63 il 06 ay tamam olduğu gündən, yəni 10.12. 2018-cu il tarixdən yaranmışdır. İPM-in 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarında "işlədiyi illər sosial sığorta stajına daxil edilməklə ona” sözlərindən sonra “63 il 06 ay tamam olduğu gündən, yəni xx.xx.2018-cu il tarixdən” sözləri əlavə edilərək, dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İPM-nin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.2, 69, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, qərara aldı: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. 2 saylı Bakı İnzibati-İqdisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(82)- 3880/2019 saylı qərarı "işlədiyi illər sosial sığorta stajına daxil edilməklə ona” sözlərindən sonra “63 il 06 ay tamam olduğu gündən, yəni xx.xx.2018-cu il tarixdən” sözləri əlavə edilərək dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Afaq Nuriyeva Hakimlər: Valeh Ağayev Aida Hüseyn
Məhkəmə qərarları › İş №2-1(103)-1233/2020
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1233/2020
23.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver