Məhkəmə qərarları › İş №2-1(103)-1233/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1233/2022

23.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1233/2022 23.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Həmidov Həmid Üzeyir oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, iddiaçınun nümayəndəsi Vəkil və cavabdehin nümayəndəsi X3 iştirakı ilə İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi tələbinə dair” inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3824/2021 saylı xx.xx.2021-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540cı məhəllə) açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı MMC iddia ərizəsi və sonradan dəqiqləşdirilmiş iddia ərizəsi ilə cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı məhkəmədə iddia qaldıraraq, xx.xx.2020-ci il tarixli, **********8499 saylı qərarının qanunsuz əlverişsiz inzibati akt kimi ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia aşaığdakılarla əsaslandırmışdır: «...Cavabdehin xx.xx.2020-ci il tarixli **********812 nömrəli “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” Qərarına əsasən xx.xx.2020-ci il tarixdə operativ vergi nəzarətinin keçirilmiş və 617.717,0 manat məbləğində malların elektron qaimə-faktura əsasında təqdim edilməməsinə görə xx.xx.2020-ci il tarixli, DVX seriyalı, 001095 nömrəli aktın tərtib edillərək həmin edilmiş akt əsasında “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2020-ci il tarixli **********8499 nömrəli qərarı əsasında cəmiyyət barəsində Vergi Məcəlləsinin 58.13-cü maddəsinə əsasən 61.771,7 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Narazı qalan iddaçı 13 oktyabr 2020-ci il tarixdə Dövlət Vergi Xidmətinə inzibati şikayət təqdim etmişdir, lakin Xidmətin 06 yanvar 2021-ci il tarixli, **********202800 saylı qərarı ilə Bakı Lokal Baş İdarəsinin xx.xx.2020-ci il tarixli qərarı dəyişlik etmədən qüvvədə saxlanmışdır. Lakin şikayət instansiyası təqdim edilmiş sübutlara qiymət verməmişdir. Mübahisəli inzibati aktda yalnız Vergi Məcəlləsinin 58.13-cü maddəsinə istinad edilmiş və opartiv vergi yoxlamasın nəticəsində yoxlayıcının qərar qəbul ediməsi üçün sübutlar barədə Lokal Gəlirlər Baş İdarəsinin qərarında da, Vergi Məcəlləsinin 58.13-cü maddəsinin tələbinin pozulması barədə hər-hansı sübutun mövcud olması göstərilməmişdir. Həmçinin vergi orqanın tələbi ilə malların maxadil, satış və qalığı hərəkətini göstərən sübut vergi orqanına təqdim edilmiş və vergi orqanı həmin sübuta qiymət verməmişdir. İddiaçının yanız bir təsərrüfat sübyekti mövcuddur. Göstərilən təsərrüfat subyekti anbar kimi xx.xx.2020-ci il tarixdə vergi orqanında qeydiyyatdan keçmiş və vergi orqanı tərəfindən **********-10001 saylı kod verilmişdir. Malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməklə digər təsərrüfat subyektinə verilməsi üçün digər təsərufat sübyekti mövcud olmalıdır. Vergi orqanı göstərilən faktı araşdırmadan həmin haldan istifadə etmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 13.2.62-cı maddəsinə əsasən malların alıcıya satışının (təqdim edilməsinin) son istehlak məqsədi ilə və yalnız-bu Məcəllədə müəyyən edilmiş qaydada qəbz və ya nəzarət-kassa aparatının çeki (sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi və fiziki şəxslərin tələbi ilə qaimə-faktura və ya elektron-qaimə faktura) təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət fəaliyyəti pərakəndə satışdır. Göstərilən obyektdə pərəkəndə satış keçirilməsi barədə vergi orqanının razılığı mövcuddur. Belə ki obyekt pərəkəndə satış məqsədi ilə vergi orqanında qeydiyata alınmış və həmin obyektdə qoyulmuş kassa aparatı vergi orqanında qeydiyyata alınmışdır. Mallar pərəkəndə satış qaydasında təqdim edilmişvə elektron qaimə təqdim edilməsi üçün sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi və fiziki şəxslərin tələbi ilə elektron qaiməfaktura təqdim edilməmiş, həmçinin vergi orqanı göstərilən halı aşkar etməmişdir. Oparativ vergi nəticəsində çeki sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi və fiziki şəxslərin tələbi ilə elektron-qaimə faktura təqdim edilməməsi faktı aşkar etməmişdir. Elektron-qaimə faktura təqdim etməli olduğu vergi ödəyicilərini müəyyən etməmişdir. Həmçinin, iddaçının yalnız bir ədəd təsərufat subyekti mövcuddur, nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturası tərtib edilməsi o halda tətbiq etmək münküıı olan hal hesab etmək olardı vergi ödəyicisinin bir necə təsərrüfat subyekti mövcud olsun, mal istehlakçıya çatdırmaq üçün digər təsərrüfat sübyektinə nəqliyyat vasitəsinə çatdırıma zərurəti mövcud olun. Halbuki, "İctimai iaşə fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası”nın və “Parakəndə ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydasının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Presdentinin 19 aprel 2017-ci il tarixli 1341 saylı Fərmanının 3.5-ci maddəsinə əsasən Parakəndə ticarət fəaliyyəti göstərən vergi ödəyicisinə məxsus malların təsərrüfatdaxili hərəkəti (bir anbardan digər anbara, bir ticarət obyektindən digər ticarət obyektinə) "Malların təsərrüfatdaxili yerdəyişməsi qaiməfakturası" ilə sənədləşdirilməklə elektron və ya kağız daşıyıcıda uçota alınır. Parakəndə ticarət fəaliyyəti göstərən vergi ödəyicisinin bu fəaliyyətlə yanaşı, istehsal (o cümlədən kənd təsərrüfatı məhsullarının istehsalı) və topdansatış fəaliyyəti üzrə təsərrüfat subyektləri (obyektləri) mövcud olduqda, həmin təsərrüfat subyektlərindən (obyektlərdən) malların pərakəndə satış fəaliyyətində istifadə üçün götürülməsi və ya qaytarılması“Malların təsərrüfatdaxili yerdəyişməsi qaimə-fakturası" ilə sənədləşdirilməklə elektron və ya kağız daşıyıcıda uçota alınır. Göstərlən hal operativ vergi nəticısində sübut olunmamışdır...” Cavabdeh iddia ərizəsinə etirazında iddinı qəbul etməmiş, rədd edilməsini məhkəmədən xahiş etmişdir. Etiraz aşağıdakılarla əsaslandırılmışdır: “...xx.xx.2020-ci il tarixli, **********8499 nömrəli qərar malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməklə digər təsərrüfat subyektinə verilməsi üçün təsərrüfa daxili yerdəyişmə qaimə-fakturasının təqdim edilməməsinə görə deyil, malların elektron qaimə-faktura verilmədən təqdim edilməsinə görə qəbul edilmişdir. İddiaçının əsas fəaliyyət növü ixtisaslaşdırılmış topdansatışdır. İnzibati araşdırma zamanı iddiaçının 2020-ci il ərzində 3.117.390,0 manat gömrük dəyəri ilə meyvə idxal etdiyi, həmin dövr ərzində elektron qaimə-faktura əsasında mal təqdim etmədiyi və mal satışının nəzarət-kassa aparatı vasitəsilə həyata keçirdiyi müəyyən edilmişdir. Elektron qaimə-faktura verilmədən təqdim edilmiş malların ümumi dəyəri nəzarət kassa aparatına vurulmuş məbləğlər əsasında müəyyən edilmişdir. Həmin siyahıya nəzər yetirdikdə iddiaçı tərəfindən pərakəndə qaydada satılmış malların dəyərinin nə dərəcədə yüksək olduğu aydın görünür. Bu isə öz növbəsində həmin malların satışının (təqdim edilməsinin) məhz alıcının (alıcıların) sahibkarlıq fəaliyyəti məqsədləri üçün həyata keçirildiyinin göstəricisidir. Bundan əlavə, iddiaçı dəqiqləşdirilmiş iddia ərizəsində də, (2-ci səhifə, sonuncu abzas) malların sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi və fiziki şəxslərə təqdim etdiyini etiraf edir. mübahisələndirilən qərar iddiaçının bildirdiyi kimi qanunun analogiyasının tətbiq edilməsi yolu ilə deyil, məhz Vergi Məcəlləsinin 58.13-cü maddəsinə istinad edərək, qəbul edilmişdir. Cavabdeh tərəfindən qəbul edilmiş qərar qüvvədə olan qanunvericiliyə tam uyğundur. Əlavə olaraq iddiaçı dəqiqləşdirilmiş iddia ərizəsində qərarın qanunsuz hesab edilməsinin əsası kimi yalnız mövcud olmayan prosessual pozuntulara istinad edərək, işin mahiyyəti ilə bağlı hər hansı dəlil və sübut irəli sürmür. Bu da, öz növbəsində mübahisələndirilən qərarın tam qanuni və əsaslı olduğunu bir daha təsdiq edir. Vergi Məcəlləsinin 70.3-cü maddəsinə görə, vergi qanunvericiliyinə əsasən tərtib edilən hər hansı sənəd öz mahiyyətinə və məzmununa görə vergi qanunvericiliyinə uyğun gəlirsə, eləcə də vergi hesablanılan və ya bu sənədlərin aid olduğu şəxs hamı üçün aydın şəkildə göstərilmişdirsə həmin sənəd etibarsız və ya prosessual pozuntularla tərtib edilmiş sayıla bilməz. Həmin Məcəllənin 94.0.2-ci maddəsinə əsasən vergi orqanının hesablamalarının səhv olduğunu sübut etmək vəzifəsi vergi ödəyicisinin üzərinə düşür....” Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3824/2021 saylı xx.xx.2021-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, cavabdeh Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 08 oktyabr 2020-ci il tarixli, **********8499 nömrəli qərarı ləğv edilmişdir. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin rədd olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti İPM-in 85-ci maddəsinin tələblərinə uyğun verilmişdir, apellyasiya icraatı mümkündür. Apellyasiya şikayəti aşağıdakılarla əsaslandırılmışdır. «…Qərar maddi və prosessual hüquq normalarının pozuliması ilə qəbul olunmuşdur və əsassızdır. Belə ki, iddiaçı tərəfindən cavabdehin xx.xx.2020-ci il tarixli qərarının mübahisələndirilməsi üçün İPM-in 38.1-ci madəsiilə müəyyən olunan prosessual müddət ötürülmüş, birinci instansiya məhkəməsi isə bu faktı nəzərə almamışdır. İşin mahiyyətinə gəldikdə isə iddiaçının əsas fəaliyyəti ixtisaslaşdırılmış topdansatışdır. Məhkəmə bunu da nəzərə almamışdır. Məhkəmə yalnız pərakəndə və topdanatış ticarət fəaliyyətn üzrə əməliyyatların məbləğ həddinin qanunvericilikdə nəzərdə tutulmadığına istinad edərək, maliyə sanksiyasının tətbiq edilməsinə səbəb olmuş əməliyyatların pərakəndə ticarət faliyyiyyəti çərçivəsində həyata keçirildiyi qənaətinə gəlmişdir. Lakin iş materiallarında buna dair hər hansı mötəbər sübut mövcud deyil. Əksinə, təqdm edilmiş malların həcmi, iddianın əsas fəaliyyət növünün topdansatış olması, satışın topdansatış məqsədləri üçünistifadə edilən obyektdən həyata keçirilməsihəmin əməliyyatların məhz topdansatış ticarət fəaliyyəti sahəsinə aid olduğunu göstərir. Həmçinin 2020-ci ilin ilk 8 ayı ərzində 1.814.374,96 manat gömrük dəyəri ilə mal idxal etdiyi, həmin dövr ərzində elektron-qaimə əsasında mal təqdim etmədiyi və böyük həcmdə mal satışının nəzarət-kassa aparatı vasitəsilə həyata keçirdiyi müəyyən edilmişdir. Əsas fəaliyyyət növü topdansatış olan müəsssə tərəfindən idxal edilmiş malları topdan satış qaydada təqdim etməməsi mümkün deyil, qeyd edilən fakt isə birinci instansiya məhkəməsi tərəfindən araşdırılmamışdır. Məhkəmə qərarda iddiaçının pərakəndə satış növü ilə məşğul olduğunu bildirir. Vergi ödəyicisinin isə vergi orqanında olan yalnız Bakı şəhəri Binəqədi rayonu Binəqədi STQ Mədən 1-ci 72N ünvanında yerləşən və topdansatış məqsədləri üçün istifadə edilən anbarı mövcuddur. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2014-cü il tarixli 94 N-li qərarı ilə təsdiq olunmuş Azərbaycan Respublikasında ticarət, ictimai iaşə, məişət və digər növ xidmət” qaydalarının 5.1-ci bəndinə əsasən topdansatış ticarət obyektlərindən mallar hüquqi şəxslərə və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərə müqavilələr əsasında satılır. Topdansatış ticarəti ilə məşğul olan ticarət obyektlərində maların satışı qadağandır. Vergi ödəyicisi vergi orqanında qeydiyyata alınarkən topdansatış fəaliyyəti ilə məşğul olan və malların todansatış məqsədləri üçün nəzərdə tutulmuş obyektdən həyata keçirən müəsssisə tərəfindən malların satışını topdansatış məqsədləri üçün nəzərdə tutulmuş obyektdən həyata keçirən müəssisə tərəfindən malların təqdim edilməsi topdansatış kimi nəzərə alınmalıdır. Məhkəmə bu xüsusatlrı nəzərə almamışdır...” Məhkəmə kollegiyasının iclaslarında iştirak edən cavabdehin nümayəndəsi Ə.Camalov apellyasiya şikayətini dəlillərinə uyğun müdafiə edərək təmin olunmasını, iddiaçının nümayəndəsi Vəkil isə onunla razılaşmamış, oxşar işlər üzrə məhkəmə praktikasına dair Ali Məhkəmənin qərarlarını da məhkəməyə təqdim edərək, birinci instansiya məhkəməsinin qərarını qüvvəsində saxlanılmasını məhkəmədən xahiş etmişdir. İİ. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb belə hesab edir ki, aşağıdakı əsaslara görə cavabdehin apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Cavabdeh apellyasiya şikayətində ilk öncə mübahisələndirir ki, iddiaçı tərəfindən xx.xx.2020-ci il tarixli, **********8499 saylı qərardan şikayət vermək üçün nəzərdə tutulan iddia müddəti buraxılmışdır. Məhkəmə kollegiyası aşağıdakılara görə cavabdehin qeyd olunan dəlilləri ilə razılaşmır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (“İPM”) 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. İş materiallarından görünür ki, cavabdehin xx.xx.2020-ci il tarixli qərarına əsasən iddiaçıya məxsus Binəqədi raoynu Binəqədi STQ Mədən -1-ci (Binəqədi) 72N ünvanında yerləşən obyektdə (anbar) operativ vergi nəzarəti keçirilmiş, nəticələrinə dair xx.xx.2020-ci il tarixində akt tərtib olunmuş və həmin akt əsasında Vergi Məcəlləsinin 58.13-cü maddəsinə əsasən “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında xx.xx.2020-ci il tarixdə qərar qəbul olunmuşdur. Cavabdehin həmin qərarından narazı qalan iddiaçı ilk öncə Dövlət Vergi Xidmətinə xx.xx.2020-ci il tarixli inzibati şikayətlə müraciət edərək cavabdehin xx.xx.2020-ci il tarixli qərarının ləğv edilməsini xahiş etsə də həmin şikayət instansiyasının (Xidmətin) xx.xx.2021-ci il tarixli **********202800 qərarı ilə onun müraciəti təmin edilməmişdir. İddiaçı xx.xx.2021-ci il tarixdə X2rşı məhkəmədə iddia qaldıraraq Xidmətin həmin xx.xx.2021-ci il tarixli qərarının qanunsuz əlverişsiz inzibati akt kimi ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra işə bxılma ərəfəsində isə xx.xx.2021-ci il tarixində Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı tərtib olunmuş dəqiqləşdrilmiş iddia ərizəsini məhkəməyə təqdim edərək,idarənin xx.xx.2020-ci il tarixli, **********8499 saylı qərarının qanunsuz əlverişsiz inzibati akt kimi ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşin qeyd olunan hallarından göründüyü kimi, iddiaçı cavabdehin xx.xx.2020-ci il ilkin qərarından 5 gün sonra xx.xx.2020-ci il tarixində şikayət instansiyasına müraciət edərək həmin qərarın ləğv edilməsini xahiş etmiş, sonuncunun şikayətin təmin olunmaması barədə xx.xx.2021-ci il tarixli qərarından 19 gün sonra xx.xx.2021-ci il tarixində isə məhkəmədə şikayət instansiyasının qərarının ləğvi tələbinə dair iddia qaldırsa da, sonradan xx.xx.2021-ci il tarixində isə iddia tələbini dəqiqləşdirərək, artıq cavabdehin ilkin inzibati aktı olan xx.xx.2020-ci il tarixli qərarının ləğv edilməsini məhkəmədən tələb etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, qeyd olunan hallar baxımından iddiaçı tərəfindən xx.xx.2021-ci il tarixində iddia qaldırarkən İPM-in 38.1-ci maddəsi ilə müəyən olunan iddia müddəti ötürülmüş hesab oluna bilməz. Çünki, iddiaçı şikayət instansiyasına müraciətində onun üçün əlverişsiz olan cavabdehin xx.xx.2021-ci il tarixli ilkin inzibati aktının (qərarının) ləğv edilməsini, xx.xx.2021-ci il tarixində isə məhkəmədə şikayət instansiyasının xx.xx.2021-ci il tarixli qərarının ləğvi tələbinə dair iddia qaldırarkən, əslində dolayısı ilə həmin iddianı qaldırmada məqsədi məhz onun hüquqlarını pozan, ilkin inzibati aktla barəsində tətbiq edilən hakmiyyət xarakterli tədbirin nəticələrinin aradan qaldırılması təşkil etmiş və sonradan da iddia tələbinin dəqiqləşdirməsi barədə iddia ərizəsini təqdim etməklə, tələbini İPM-in 32.2.1-ci maddəsinə müvafiq olaraq uyğunlaşdırımışdır. İPM-in 54.1-ci maddəsi də məhz nəzərədə tutur ki, inzibati məhkəmə icraatının başqa iştirakçılarının razılığı olduqda və ya məhkəmə iddianın dəyişdirilməsini məqsədəuyğun hesab etdikdə, iddiaçı iddianı dəyişdirməyə (iddianın əsasını və ya predmetini dəyişdirməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa) haqlıdır. Ona görə də, qeyd olunan əsaslar baxımından, məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən cavabdehin xx.xx.2021-ci il tarixli qərarını mübahisələndirmək üçün qanunla müəyyən edilən iddia müddəti ötürülməmiş, iddia ərizəsi İPM-in 35.1-ci maddəsinin tələbinə uyğun verilmişdir, iddianın məhkəmə icraatı mümkündür. İşin mahiyyətinə gəldikdə, iş materiallarından görünür ki, cavabdeh tərəfindən İddiaçı MMC-yə məxsus ünvan 2 ünvanında yerləşən anbara direktor X1 iştirakı ilə operativ vergi nəzarəti tədbiri keçirilmiş, nəticədə operativ vergi nəzarətinin keçirilməsi zamanı Binəqədi rayonu, Binəqədi ŞTQ, 1-ci mədən, 72 N ünvanında yerləşən, İddiaçı MMC-yə məxsus obyektdə (anbarda) xx.xx.2020 - xx.xx.2020-ci il tarixlərdə NKA-na 61771.70 manat vurulması müəyyən edilmiş və cavabdeh operativ vergi nəzarətinin nəticələrinə dair xx.xx.2021-ci il tarixdə qəbul etdiyi qərarı ilə iddiaçı Vergi Məcəlləsinin 58.13-cü maddəsinin tələbi qaydasında, elektron qaimə-faktura təqdim edilməli olduğu halda, malların elektron qaimə-faktura verilmədən təqdim edilməsinə görə Azərbaycan Respublikası Vergi Məcəlləsini 16.1.3-cü, 71-ci və 130-cu maddələrinin tələblərini pozduğuna görə, iddiaçı barəsində Vergi Məcəlləsini 58.13-cü maddəsinin tələbi nəzərə alınmaqla, 61.771.70 manat məbləğində maliyyə sanksiyasının tətbiq edilmişdir. Cavabdeh apellyasiya şikayətinin işin mahiyyəti ilə bağlı dəlillərində belə hesab edir ki, əsas fəaliyyətinin “ixtisaslaşdırılmış topdansatış” olan iddiaçının yalnız “Bakı şəhəri Binəqədi rayonu Binəqədi STQ Mədən 1-ci 72N” ünvanında yerləşən anbardan istifadə etdiyi halda, həmin anbardan böyük həcmdə malları elektron-qaimə təqdim edilmədən satışını nəzarət-kassa aparatı vasitəsilə həyata keçirməsi vergi qanunvericiliyinə ziddir. Məhkəmə kollegiyası aşağıdakılara görə cavabdehin həmin dəlilləri ilə də razılaşmır. Birincisi, iddiaçıya məxsus həmin anbardan malların satışı operativ vergi nəzarəti anında yox, həmin vergi nəzarəti həyata keçirilənə qədər olan dövrdə təqdim edilən mallara görə ona maliyyə sanksiyası tətbiq olunmuşdur. Halbuki, Vergi Məcəlləsinin 50.1-ci maddəsinə görə opearativ vergi nəzarəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şxəslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti üçün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən və aşağıdakı məsələləri əhatə edən vergi nəzarəti formasıdır: (50.1.1 - 50.1.14); “...50.1.13-cü maddəsinə əsasən malların bu Məcəllənin 58.8-ci maddəsində göstərilən sənədlər əsasında alınmasına, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, topdansatış ticarət və istehsal obyektlərindən, habelə anbarlardan malların pərakəndə satış qaydasında rəsmiləşdirməklə təqdim edilməsinə, habelə malların vergi ödəyicisinin bir təsərrüfat subyektindən (obyektindən) digər təsərrüfat subyektinə (obyektinə) göndərilməsi zamanı bu Məcəllənin 71-1.5.10-cu maddəsində nəzərdə tutulan növdə elektron qaimə-fakturanın tərtib edilməsinə nəzarət edilməsi...” 50.2. Operativ vergi nəzarətinin həyata kecirilməsi ücün əsaslar aşağıdakılardır: 50.2.1. vergi orqanı tərəfindən kecirilən səyyar vergi yoxlaması zamanı aşkar edilmiş faktlar; 50.2.2. vergi orqanları tərəfindən mənbəyi bəlli mənbələrdən əldə etdikləri məlumatlar; 50.2.3. vergi ödəyicisi tərəfindən vergi qanunvericiliyinin pozulması hallarının aradan qaldırılması barədə vergi orqanlarının tələblərini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə; 50.2.4. vergi orqanlarının bu Məcəllənin 50.1-ci maddədə göstərilən məsələlər barədə qanunvericiliyin sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər tərəfindən pozulması barədə kifayət qədər əsası olduqda; 50.2.5. vergi ödəyicisi riskli vergi ödəyicisi olduğu halda. 50.3. Operativ vergi nəzarəti vergi orqanının əsaslandırılmış qərarına əsasən həyata keçirilir. Həmin qərarda vergi ödəyicilərinin yerləşdiyi ərazi, habelə operativ vergi nəzarəti ilə əhatə olunmalı olan məsələ (məsələlər), operativ vergi nəzarətinin müddəti və operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi (şəxsləri) göstərilir 50.6. Operativ vergi nəzarətinin nəticələri üzrə vergi orqanının vəzifəli şəxsləri tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada akt tərtib edilir. Operativ vergi nəzarəti tədbirlərinin keçirilməsi zamanı bu Məcəllənin 39-43-cü və 46-49-cu maddələrinin müddəaları tətbiq edilir. Vergi Məcəlləsinin qeyd olunan normalarının təhlili onu deməyə əsas verir ki, operativ vergi nəzarəti - Məcəllənin 50.1.1-50.1.14-cü maddələrində əks olunmuş hallara vergi ödəyicisi tərəfindən təbbir anında riayət edilib-edilməməsini yoxlamaq məqsədilə həyata keçirlən bir nəzarət tədbiridir. Başqa sözlə, bu nə kameral nə də səyyar vergi yoxlaması deyildir ki, vergi ödəyicisinin əvvəlki fəaliyyət dövrü yoxlanılmış olsun. Vergi nəzarəti cari, yəni, bu tədbirin faktiki olaraq həyata keçirildiyi dövrə münasibətdə vergi ödəyicisinin fəaliyyətinə nəzarət edilməsidir. Digər tərəfdən, hazırkı mərhələdə məhkəməyə təqdim olunmuş “ vergi ödəyicisi haqqında məlumat (ümumi) vərərəqi”ndən görünür ki, iddiaçının əsas fəaliyyət növü “ixtisaslaşdırılmış topdansatış” fəaliyəti ilə yanaşı, həm də “meyvə və tərəvəzlərin “pərakəndə satışı” fəaliyyəti növü də vergi orqanında qeydiyyata alınmışdır. İddiaçı tərəfindən mallar ona məxsus anbarda quraşdırılan vergi orqanında uçotda olan nəzarət-kassa aparatı vasitəsilə alıcılara təqdim edilmiş, deməli, vergi orqanı mübahisələndirilən dövrdə, yəni nəzarət tədbiri keçirilənə qədər xeyli əvvəl iddiaçının həmin kassa aparatı vasitəsilə malların pərakəndə satışını həyata keçirdiyini bilirdi və ya, ən azından bilməli idi. Ümumiyyətlə, mübahisələndirilən dövrdə vergi qanunvericiliyi ilə malların bir təsərrüfat subyektindən, o cümlədən anbardan, topdansatışı ilə yanaşı pərakəndə satışını qadağanedici norma da mövcud deyil. Mübahisələndirən dövrə münasibətdə vergi qanunvericiliyi malların “topdansatış” və “pərakəndə satış” konkret həcmlərini bir-birindən fərqləndirən (ayıran) normaları da mövcud olmamışdır. Vergi Məcəlləsinin 13.2.62-ci və 13.2.63-cü maddələrində nəzərdə tutulan fərqləndirci əlamətlərə gəldikdə isə, qanunverici burada pərakəndə satış ilə topdansağtış fəaliyyətinin fərqləndirici əlaməti olaraq malların alıcı tərəfindən hansı məqsədlə alınmasını müəyyən etmişdir. Belə ki, Məcəllənin : 13.2.63-cü maddəsinə əsasən “pərakəndə satış” – malların alıcıya satışının (təqdim edilməsinin) son istehlak məqsədi ilə və yalnız bu Məcəllədə müəyyən edilmiş qaydada qəbz və ya nəzarət-kassa aparatının çeki təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət fəaliyyətidir; 13.2.63-cü maddəsinə əsasən isə “topdansatış” – malların alıcıya satışının (təqdim edilməsinin) onun sahibkarlıq fəaliyyəti məqsədləri üçün və yalnız bu Məcəllədə müəyyən edilmiş qaydada elektron-qaimə faktura təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət fəaliyyətdir. Göründüyü kimi, ikincini birincidən fərqləndirələn əlamət satışın hansı məqsədlə həyata keçirilməsi ilə əlaqəlidir. Daha konkret, ikinci halda malların satışı sahibkarlıq məqsədlərini ehtiva edir. Konkret halda isə cavabdeh orqan tərəfindən bu istiqamətdə araşdırma aparılmamış, mübahisələndirilən dövrdə təqdim edilən malların sahibkarlıq məqsədi ilə alınmasını və realizə olunub-olunmasına aydınlıq gətirilməmişdir. İstinad olunan nəzarət-kassa aparatı çekləri ilə isə malların hansı məqsədlə alındığı müəyyən olunmur. Vergi Məcəlləsinin 53.3-cü maddəsinə iəsasən bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur...” Beləliklə də qeyd olunalar onu deməyə əsas verir ki, vergi orqanının mübahisələnldirilən qərarı ilə iddiaçı barəsində 58.13-cü maddəsinə əsasən maliyyə sanksiyasınn tətbiq olunması əsassızdır. Qeyd olunmalıdır ki, oxşar hallara dair baxılın işlər üzrə artıq formalaşmış məhkəmə təcrübəsinə görə vergi ödəyicisinə tətbiq olunan maliyyə sanksiyaları əssassız hesab olunmuşdur (Məhkəmə qərarlar işə əlavə olunur). Beləliklə də cavabdehin xx.xx.2020-ci il tarixli, **********8499 saylı qərarının qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilir (14.1). Belə olan halda həmin qərar iddiaçının hüquqlarını pozmuş olur. İPM-in 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. Birinci instansiya məhkəməsinin qərarından da görünür ki, məhkəmə tərəfindən işdə olan sübutlara düzgün hüquqi qiymət verilmiş və iddianın təmin olunması barədə maddi və prosessual hüquq normalarına uyğun olan nəticəyə gəlinmişdlir Ona görə də məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin, məhkəmə tərəfindən maddi və prosessual hüquq normalarının pozulması ilə əsassız qərar qəbul edildiyini mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin olunmadan, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3824/2021 saylı xx.xx.2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İPM-in 69, 82, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3824/2021 saylı xx.xx.2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Hazırkı qərardan təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Cahangir Yusifov Hakimlər: Həmid Həmidov Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar