Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1233/2023 22.06.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: X7 Oruczadənin sədrliyi və məruzəsi ilə, X5 və X3 ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “torpaq sahəsinə dair plan sxemin çəkilməsi və təsdiqlənməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 6166/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İddiaçı10 fevral 2022-ci il tarixdə iddia ərizəsi ilə müraciət edərək Azərbaycan Respublikası NK-nın 7 may 1991-ci il tarixli, 123 № li və 2 sentyabr 1991-ci il tarixli, 293 saylı qərarı ilə Sabunçu RİH Maştağa qəsəbəsi üzrə nümayəndəliyi aparatının 26 avqust 1995-ci il tarixli, 11 saylı çıxarışı ilə fərdi yaşayış evinin tikintisi üçün İddiaçı adına ayrılmış Maştağa qəsəbəsi, “Savalan” yaşayış massivi, İİİ kvartal, sahə 5 “A” ünvanında yerləşən 0,12 ha həyətyanı torpaq sahəsinin plan sxeminin çəkilməsi və çəkilmiş plan sxemin təsdiqlənməsinin cavabdehə həvalə olunmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, “Vətəndaşlara fərdi yaşayış evi tikintisi üçün həyətyanı torpaq sahəsi ayrılması haqqında” çıxarışa əsasən Azərbaycan Respublikası NK-nın 7 may 1991-ci il tarixli, 123 № li və 2 sentyabr 1991- ci il tarixli, 293 saylı qərarı ilə Maştağa qəsəbəsi, Savalan yaşayış massivində fərdi yaşayış evi tikintisi üçün həyətyanı torpaq fondunun ayrılması qərara alınmışdır. Sabunçu RİH Maştağa qəsəbəsi üzrə nümayəndəliyi aparatının 26 avqust 1995-ci il tarixli, 11 saylı çıxarışı ilə fərdi yaşayış evinin tikintisi üçün İddiaçı adına Maştağa qəsəbəsi, «Savalan» yaşayış massivi, İİİ kvartal, sahə 5 “A” ünvanında 0,12 ha həyətyanı torpaq sahəsi ayrılmışdır və həmin inzibati akt halhazırda da qüvvədədir. İddiaçı xx.xx.2021-ci il tarixdə cavabdehə ərizə ilə müraciət edərək Maştağa qəsəbəsi, «Savalan» yaşayış massivi, İİİ kvartal, sahə 5 “A” ünvanında yerləşən 0,12 ha həyətyanı torpaq sahəsinin sxeminin tərtib edərək iddiaçıya təqdim edilməsi xahiş olunmuşdur. Cavabdeh 10.01 2022-ci il tarixli, Z-49/2- 091/2-t/1 saylı məktubu ilə torpaq sahəsinin sxeminin tərtib edərək iddiaçıya verilməsindən imtina etmişdir. İmtinaya səbəb kimi Maştağa qəsəbəsi, «Savalan» yaşayış massivində vətəndaşlara verilən torpaq sahəsinə aid qəsəbə nümayəndəliyində və Rayon İcra Hakimiyyətində heç bir arxiv sənəd olmadığından həmin sahələrin qanuna uyğun olubolmamasını araşdırmağın mümkün olmaması qeyd edilmişdir. Bakı İnzibati Məhkəməsinin 20 aprel 2022-ci il tarixli, 2-1(112)-6166/2022 nömrəli qərardadı (hakim: X4) ilə iddia mümkün sayılmamışdır. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddia ərizəsinin məzmunundan aydın olmuşdur ki, iş üzrə iddiaçının hüquqi marağı iddiaçıya ayrılmış torpaq sahəsinin plan və ölçü sxeminin hazırlanmasına nail olmaqdan ibarətdir. Torpaq sahəsi seçildikdən sonra onun sərhədləri yerdə (naturada) və xəritədə müəyyən edilir, torpaq sahəsinin ayrılması barədə qərar qəbul edilir, lakin həmin torpaq sahəsinin plan və ölçüsünün hazırlanması vəzifəsi müvafiq icra hakimiyyəti orqanının səlahiyyətinə aid edilməmişdir. Qanunun tələbinə görə belə sənədin təsdiq olunması əvvəllər Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi, hazırda isə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən həyata keçirilir. İddiaçının qaldırdığı məsələ, torpaq sahəsinin plan-cizgisinin verilməsi cavabdeh inzibati orqanın hər hansı inzibati icraat, yaxud inzibati orqanın fəaliyyət dairəsi üzrə hərəkətlərlə əlaqədar olmamaqla, Cavabdeh hazırkı iddiaya cavab verməli olan orqan deyil. İddiaçı həmin qərardaddan apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin sərəncamında cavabdehin əsl cavabdehlə əvəz olunması barədə iddiaçıya dəqiqləşdirmə barədə təklif olunmamışdır. Eyni iddia tələbi ilə 2021-ci il tarixdə X11 tərəfindən verilmiş onun adına yaşayış evinin tikintisi üçün ayrılmış 1200 kv.m torpaq sahəsinin plan-sxeminin çəkilməsi və təsdiqlənməsi cavabdeh Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinə həvalə olunmasına dair məcburetmə haqqında iddiası Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-4674/2021 saylı qərardadı ilə (hakim Aygün Abdullayeva) təmin edilməmiş və cavabdehin əsl cavabdehlə, yəni müvafiq rayon icra hakimiyyəti ilə əvəz edilməsi qeyd edilmişdir. Apellyasiya və kassasiya instansiyası məhkəmələrində əvvəlki icraat: Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21 iyul 2022-ci il tarixli, 2- 1(103)-2206/2022 nömrəli qərardadı (hakimlər: X6 (sədrlik edən və məruzəçi), X8 və Cəmilova Xəyalə Adil qızı) ilə Bakı İnzibati Məhkəməsinin 20 aprel 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, istinad olunan çıxarışın kserosurət olması, həm də mətnində tamlığın pozulması onun mötəbər sənəd kimi qiymətləndirilməsi, bu baxımdan da iddiaçının iddia etdiyi torpaq sahəsinin qanuni sahibi olmasını demək mümkün deyil. İddia olunan torpaq sahəsinə iddiaçının subyektiv hüquqa malik olması onun tərəfindən sübuta yetirilmir. Belə olan halda İPM-in 35.1-ci maddəsinin tələbi baxımından onun həmin torpaq sahəsinə dair plan və ölçünün tərtib edilməsi tələbinə dair iddiası əsaslandırılmış iddia kimi qiymətləndirilə bilməz və iddianın məhkəmə icraatının mümkünlüyü istisna edilir. Həmin qərardaddan narazı qalan iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxmış Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2- 1(102)-2043/2022 saylı, 15 noyabr 2022-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2206/2022 saylı, 21 iyul 2022-ci il tarixli qərardadının ləğv edilərək, işin təkrar baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. Tərəflərin izahatları: Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş tərəflər məhkəmə iclasına gəlməmiş, iddiaçı məhkəməyə teleqram ünvanlayaraq işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra İPM) 82ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İPM-in 96.11-ci maddəsinə əsasən, mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair» xx.xx.2012-ci il tarixli Qərarına əsasən, MPM-in 420-ci maddəsində təsbit edilmiş kassasiya instansiyası məhkəməsinin göstərişləri bu Məcəllənin 416, habelə 407.1.4, 407.2 və 408.1.5-ci maddələrində nəzərdə tutulmuş qanuni hədlər daxilində olduqda və həmin Məcəllənin 419.2.9-cu maddəsinin tələbinə uyğun əsaslandırıldıqda, işə yenidən baxan apellyasiya instansiyası məhkəməsi üçün məcburidir. Kassasiya instansiyası məhkəməsinin göstərişləri: - Cavabdeh Maştağa qəsəbəsi üzrə Nümayəndəliyi Aparatının 11 nömrəli, 26 avqust 1995-ci il tarixli “Vətəndaşlara fərdi yaşayış evi tikintisi üçün həyətyanı sahənin ayrılması haqqında” qərarından çıxarışın əslinin mövcudluğunu müəyyən etmək. -Həmin qərardan çıxarışın mötəbər olub-olmamasını müəyyən etmək. İşin müəyyən edilmiş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından hüquqi qiymət verən Məhkəmə kollegiyası Ali Məhkəmənin qərarında əks olunan hüquqi mövqeləri nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə göndərilməlidir. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini əsaslı hesab edir və aşağıdakıları qeyd edir: Kassasiya instansiya məhkəməsinin qərarındakı göstərişlərə uyğun istiqamətdə araşdırma aparan məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. Birinci göstəriş üzrə apellyasiya instansiya məhkəməsində icraat zamanı iddiaçının nümayəndəsi tərəfindən Cavabdeh Maştağa qəsəbəsi üzrə Nümayəndəliyi Aparatının 11 nömrəli, 26 avqust 1995-ci il tarixli “Vətəndaşlara fərdi yaşayış evi tikintisi üçün həyətyanı sahənin ayrılması haqqında” qərarından çıxarışın əsli məhkəməyə təqdim edilmiş, beləliklə, qərardan çıxarışın əslinin mövcudluğu müəyyən edilmişdir. İkinci göstəriş üzrə, mübahisənin ədalətli həlli baxımından Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-1233/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə Cavabdeh Maştağa qəsəbəsi üzrə Nümayəndəliyi Aparatının 11 nömrəli, 26 avqust 1995-ci il tarixli “Vətəndaşlara fərdi yaşayış evi tikintisi üçün həyətyanı sahənin ayrılması haqqında” qərarından çıxarışın mötəbərliyinə şübhələrin aradan qaldırılması məqsədilə aidiyyəti qurumun mütəxəssisləri cəlb olunmaqla iş üzrə sənədlərin texniki ekspertizası təyin edilmişdir. Ekspertiza qarşısında aşağıdakı suallar qoyulmuşdur: -İddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinın 7 may 1991-ci il tarixli, 123 № li və 2 sentyabr 1991-ci il tarixli 293 saylı qərarları ilə Maştağa qəsəbəsində fərdi yaşayış evi tikintisi üçün 1200 kv.m. həyətyanı torpaq sahəsinin ayrılmasına dair Bakı şəhəri Cavabdeh Maştağa qəsəbəsi üzrə nümayəndəliyi Aparatının 11 No-li 26 avqust 1995-ci il “Vətəndaşlara fərdi yaşayış evi tikintisi üçün həyətyanı sahəsi ayrılması haqqında” qərarından çıxarış hansı üsul ilə (mətbəə üsulu ilə, makinada yazılmaqla ofset çap üsulu ilə və ya printerdən, surətçıxarandan çapetmə üsulu ilə) hazırlanmışdır? Möhür hansı qaydada vurulmuşdur? - Bakı şəhəri Cavabdeh Maştağa qəsəbəsi üzrə nümayəndəliyi Aparatının 11 No-li 26 avqust 1995-ci il “Vətəndaşlara fərdi yaşayış evi tikintisi üçün həyəyanı sahəsi ayrılması haqqında” qərarından çıxarış tərtib olunma tarixinə uyğundurmu, onda olan əlyazma, qərarın 7-ci bəndində əlyazma ilə düzəliş, imza, imzanın qarşısında “Ибраhимов С.С.” düzəlişi və möhür 26 avqust 1995-ci il tarixinə aiddirmi? - Bakı şəhəri Cavabdeh Maştağa qəsəbəsi üzrə nümayəndəliyi Aparatının 11 No-li 26 avqust 1995-ci il “Vətəndaşlara fərdi yaşayış evi tikintisi üçün həyəyanı sahəsi ayrılması haqqında” qərarından çıxarışın 2-ci bəndindəki əlyazma, 7-ci bəndində əlyazma ilə düzəliş və imzanın qarşısında “Ибраhимов С.С.” düzəlişi eyni şəxs tərəfindən eyni vaxtda icra edilmişdirmi? AR ƏN Məhkəmə Ekspertiza Mərkəzinin 23 may 2023-cü il tarixli, 5/588-5/589- 4/772 nömrəli rəyində qərardadın birinci sualı üzrə müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş 26 avqust 1995-ci il tarixli, 11 nömrəli “Vətəndaşların fərdi yaşayış evi tikintisi üçün həyətyanı sahənin ayrılması haqqında” qərardan çıxarışın blankı ofset çap üsulu ilə hazırlanmış, çıxarışın üzərində olan möhür əksi relyef klişedən sənədlərin üzərlərinə bir başa vurulmuş, çıxarışın üzərində olan əl yazı və imza hər hansı bir texniki vasitənin köməyi ilə deyil, birbaşa qələm vasitəsilə icra edilmişdir. AR ƏN Məhkəmə Ekspertiza Mərkəzinin 23 may 2023-cü il tarixli, 5/588-5/589- 4/772 nömrəli rəyində qərardadın ikinci sualı üzrə qeyd edilmişdir ki, rəqəmsal çap qurğusu vasitəsilə hazırlanmış sənədlərin tərtib olunma tarixini, ştempel boya ilə icra olunmuş möhür əksinin və diyircəkli qələmlə icra olunmuş əlyazıların və imzaların icra vaxtının müəyyən edilməsi üçün elmi cəhətdən işlənib hazırlanmış metodika olmadığına görə ikinci sual üzrə tədqiqat aparmaq mümkün olmamışdır. Qərardadın üçüncü sualı üzrə ekspert rəyindən müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş 26 avqust 1995-ci il tarixli, 11 nömrəli “Vətəndaşların fərdi yaşayış evi tikintisi üçün həyətyanı sahənin ayrılması haqqında” qərardan çıxarışın 2-ci bəndindəki əlyazmalar, 7-ci bəndində “Зеjналов Н.h” əlyazmaları və “haчыjeв Ə.A” yazıları üstündəki “Ибраhимов C.C.” əlyazmaları eyni şəxs tərəfindən icra olunmuşdur. Həmçinin Ali Məhkəmənin 2-ci göstərişinin araşdırılması məqsədilə, Cavabdeh Maştağa qəsəbəsi üzrə Nümayəndəliyinin 1995-ci il tarixdə Vətəndaşlara fərdi yaşayış evi tikintisi üçün həyətyanı torpaq sahəsinin ayrılması haqqında qərar vermək səlahiyyətinin olub-olmaması, həmçinin Maştağa qəsəbəsi üzrə SRİHİ-nin müavini Zeynalov N.H və Maştağa qəsəbəsi üzrə SRİHİ-nin nümayəndəsi İbrahimov S.S adlı şəxslərin 1995-ci ildə işləyib-işləməməsi, səlahiyyətli şəxslər olub-olmaması barədə məlumat əldə edilməsi üçün Cavabdeh Maştağa qəsəbəsi üzrə Nümayəndəliyinə və Bakı şəhəri Cavabdehnə sorğular ünvanlanmışdır. Cavabdeh Maştağa qəsəbəsi üzrə Nümayəndəliyinin sorğuya cavab məktubunda qeyd edilmişdir ki, qəsəbə nümayəndəliyində olan məlumata əsasən, X9 xx.xx.1972-ci il tarixində Maştağa qəsəbə nümayəndəliyinin sədr müavini vəzifəsinə təyin olunub, lakin xx.xx.1996-cı il tarixdən vəzifədən azad olunub. X1 xx.xx.1993-cü il tarixində Maştağa qəsəbəsi nümayəndəliyinin sədr vəzifəsinə təyin olunub, xx.xx.1995-ci il tarixində vəzifəsindən azad olunub. Göründüyü kimi, qərardan çıxarışda olan düzəlişlər və imza Cavabdeh Maştağa qəsəbəsi üzrə Nümayəndəliyinin səlahiyyətli vəzifəli şəxsləri tərəfindən edilmişdir. Beləliklə, araşdırma nəticəsində 26 avqust 1995-ci il tarixli, 11 nömrəli “Vətəndaşların fərdi yaşayış evi tikintisi üçün həyətyanı sahənin ayrılması haqqında” qərardan çıxarışın əslinin mövcudluğu, həmin çıxarışın isə mötəbərliyi sübuta yetirildi. Kollegiya həmçinin birinci instansiya məhkəməsinin iddianı mümkünsüz hesab edərkən istinad etdiyi iddia tələbinin iddiaya cavab verməli olmayan orqana qarşı qaldırılması ilə bağlı mövqeyi ilə əlaqədar isə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 4.16.6-cı maddəsinə əsasən torpaq və daşınmaz əmlak mülkiyyətçilərinin və istifadəçilərinin hüquqlarının müdafiəsinə kömək göstərmək dövlət əmlakının idarə edilməsi, dövlət torpaq kadastrı və torpaqların monitorinqi sahələrində yerli icra hakimiyyətinin səlahiyyətlərinə aid edilmişdir. Azərbaycan Respublikasının rayonlarında, şəhərlərində, şəhər rayonlarında, kəndlərində və qəsəbələrində dövlət hakimiyyət və idarəetmə orqanlarının strukturunu və fəaliyyətini təkmilləşdirmək haqqında Azərbaycan Respublikası Prezidentinin 18 oktyabr 1991-ci il № 372 fərmanına əsasən "Azərbaycan Respublikasının rayonlarında, şəhərlərində dövlət hakimiyyət və idarəetmə orqanları haqqında Əsasnamə" təsdiq edilmişdir (16 iyun 1999-cu il tarixli, 138 nömrəli Fərmana əsasən qüvvədən düşmüşdür). Həmin Əsasnamənin 13-cü maddəsinin (İcra hakimiyyəti başçısının əsas səlahiyyətləri) “q)” bəndinə əsasən (torpaqdan istifadə, təbiəti mühafizə və təbii ehtiyatlardan istifadə sahəsində) icra hakimiyyətinin başçısının səlahiyyətləri torpaq sahibliyi və torpaqdan istifadə məsələlərini həll edir. Azərbaycan Respublikasinin 25 iyun 1999-cu il tarixli, 695-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş və hazırda qüvvədə olan Azərbaycan Respublikası Torpaq Məcəlləsinin: - 65.5-ci maddəsinə əsasən, torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. - 65.8-ci maddəsinə əsasən, torpaq sahəsinin planının əsası kadastr işində saxlanılır, surəti isə torpaq mülkiyyətçisinə, istifadəçisinə və ya icarəçisinə verilir. - 68-ci maddəsinə əsasən, torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. - 84.1-ci maddəsinə əsasən, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Sadalanan normaların birgə təhlilindən görünür ki, müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilə bilən torpaq sahələri yalnız dövlət ehtiyat fondu torpaqlarına aid ola bilər və qəbul edilmiş qərarla rəsmiləşdirilməlidir. Torpaq sahəsi ayrılarkən yerquruluşu qaydalarına uyğun olaraq əvvəl onun sərhədləri yerdə (naturada) və xəritədə, yəni həmin torpaq sahəsinin digər torpaq sahələrinə münasibətdə yerləşməsi və döngə nöqtələri müəyyən edilməlidir. Torpağın ayrılması barədə qərar qəbul edildikdən sonra isə həmin sahənin sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi onu ehtiva edir ki, torpaq sahəsi ayrılan şəxsə onun ölçüləri göstərilməklə təqdim edilir. Bu prosedurun nəticəsi olaraq torpaq sahəsinin planı və təsviri hazırlanmalıdır. Qeyd olunanlara əsasən, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası işin müzakirə edilən hallarına məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə göndərilməlidir. NƏTİCƏVİ HİSSƏ: Göstərilənlərə əsasən və İPM-in 35, 80, 85-ci maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6166/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadı ləğv edilsin. İnzibati iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə göndərilsin. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Pərviz Hüseynov Rəşid Səmədov
Məhkəmə qərarları › İş №2-1(103)-1233/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1233/2023
22.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver