Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1234/2022 08.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Hüseynov Azər Soltan Həmid oğlunun sədrliyi və məruzəsilə, Bəktaşi Səadət İnayət qızı və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, Aslanova Gülnar Faiq qızının katibliyi ilə, İddiaçı “X5 Mərkəzi” MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı qərarın ləğv olunması tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 939/2021 saylı xx.xx.2021-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında (Bakı şəhəri Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında apellyasiya qaydasında baxaraq m ü ə y y ə n e t d i: “X5 Mərkəzi” MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı cavabdehin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi barədə” **********199096 saylı, xx.xx.2020-ci il tarixli qərarının ləğv olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-939/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı ilə iddia qismən təmin edilmiş, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi barədə” **********199096 saylı, xx.xx.2020-ci il tarixli qərarı (bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergisi üzrə 1.98 manat istisna olmaqla) ləğv edilməsi, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 150 (yüz əlli) manat məbləğində pul iddiaçı “X5 Mərkəzi” MMC-dən Məhkəmə Ekspertiza Mərkəzinin xeyrinə tutulması qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-939/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarının ləğv edilməsi, iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 38.2-ci maddəsinə əsasən, səyyar vergi yoxlaması 30 gündən artıq davam edə bilməz. Müstəsna hallarda, yuxarı vergi orqanının qərarına müvafiq olaraq səyyar vergi yoxlamasının keçirilməsi müddəti 90 günə qədər artırıla bilər. Qeyd olunan maddələrin tələbləri qaydasında keçirilən səyyar vergi yoxlamasının keçirilməsi müddəti vergi orqanının xx.xx.2019-cu il tarixli **********192808 nömrəli və xx.xx.2019-cu il tarixli **********194919 nömrəli qərarları ilə hər biri 30 iş günü olmaqla artırılmışdır. məhkəmə qeyd olunan dəlili üzrə hər hansı bir araşdırma aparmadan və hər hansı bir sübut təqdim etmədən yuxarıda qeyd olunan qərarların qəbulu əsaslarını şübhə altına almışdır. Lakin məhkəmənin barəsində şikayət olunan qərarında sözügedən qərarların qəbulu əsasları şərh edilməmişdir. Keçirilən səyyar vergi yoxlamasının keçirilməsi müddəti vergi orqanının xx.xx.2019-cu il tarixli **********192808 nömrəli və xx.xx.2019-cu il tarixli **********194919 nömrəli qərarları ilə hər biri 30 iş günü olmaqla artırılmış, eyni zamanda yoxlama zamanı xüsusi bilik tələb olunduğundan müvafiq rəyin alınması üçün xx.xx.2020-ci il tarixli **********196845 nömrəli qərarla xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək dayandırılmışdır (təxirə salınmışdır). Yoxlama müddətinin artırılması, eləcə də yoxlamanın dayandırılması (təxirə salınması) sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən “Çıxarış"da öz əksini tapmışdır. Məhkəmə işə mahiyyəti üzrə qiymət verərkən sadəcə xx.xx.2021-ci il tarixli 9/647-10/323 saylı ekspert rəyinə istinad etmiş və ekspert rəyində qeyd olunanları əlavə olaraq araşdırmayaraq ekspertin gəldiyi nəticəni təsdiq etmişdir. Ekspert öz rəyində hesablamalarla bağlı qanunvericiliyin normalarına istinad edərək məsələyə hüquqi baxımdan yanaşmışdır. Sadələşdirilmiş verginin məqsədləri üçün binanın sahəsinin müəyyən edilməsi məsələsi ilə bağlı digər bir məhkəmə işi üzrə artıq kassasiya məhkəməsi səviyyəsində müsbət məhkəmə təcrübəsi mövcuddur. “Star-M" MTK-nın cavabdeh BLGBİ-yə olan iddiası üzrə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli qərarında binanın ümumi sahəsinin müəyyən edilməsi zamanı Tikinti və Şəhərsalma Məcəlləsinin 59-cu maddəsinə və Dövlət və Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının xx.xx.2012-ci il tarixli 07 №- li qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları”na istinad edilməsinin yolverilməziliyi öz əksini tapmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq tərəflər (nümayəndəsi) məhkəmə iclasında iştirak etməmiş, habelə gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan cavabdehin (nümayəndəsinin) iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. İlk növbədə qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan: - “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən 19 iyun 2021-ci il tarixli, KY191373373 nömrəli çıxarışa əsasən xx.xx.2016-xx.xx.2019-cu il dövrləri üçün İddiaçı X1 növbədənkənar səyyar vergi yoxlaması təyin edilmiş, yoxlamanın predmeti: Vergi qanunvericiliyinə əməl olunması (operativ vergi nəzarəti istisna olmaqla) olmuşdur. Plandankənar (növbədənkənar) yoxlamanın təyin edilməsi üçün əsas: Vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı məlumat əsasında vergi ödəyicisinin gəlirlərinin və ya vergitutma obyektinin gizlədilməsinin (azaldılmasının) əlamətlərinin müəyyən edilməsi; Vergi Məcəlləsi, maddə 38.3.5; yoxlamanın müddəti xx.xx.2019xx.xx.2020-ci il qeyd olunmuş, yoxlamanın dayandırılması – 0.02.2020 tarixindən xx.xx.2020-ci il tarixinədək (30 gün müddətinə) dayandırılmışdır. Əsası: Vergi orqanının təşəbbüsü ilə mütəxəssis dəvət edilməsi və ya ekspertiza keçirilməsi; yoxlamanın müddətinin artırılması: xx.xx.2019-cu il tarixindən xx.xx.2019-cu il tarixinədək (43 gün müddətinə) artırılmışdır. Əsas: yoxlamanın obyektiv və dolğun keçirilməsi üçün sənədlərin ətraflı öyrənilməsinə, əldə edilmiş məlumatların, eləcə də, bütün qarşılıqlı əməliyyatların, işlərin, xidmətlərin yerinə yetirilməsi və təhvil-təslim aktı ilə bağlı sənədlərin araşdırılmasına əlavə vaxt tələb olunması xx.xx.2019-cu il tarixindən xx.xx.2020-ci il tarixinədək (49 gün müddətinə) artırılmışdır. Əsas: yoxlamanın obyektiv və dolğun keçirilməsi üçün sənədlərin ətraflı öyrənilməsinə, əldə edilmiş məlumatların, eləcə də, bütün qarşılıqlı əməliyyatların, işlərin, xidmətlərin yerinə yetirilməsi və təhviltəslimi ilə bağlı sənədlərin araşdırılmasına əlavə vaxt tələb olunması. - “Səyyar vergi yoxlamasının keçirilməsi müddətinin artırılması haqqında” xx.xx.2019-cu il tarixli, **********192808 nömrəli qərara əsasən, İddiaçı X4 üzrə keçirilən səyyar vergi yoxlamasının müddətinin yoxlamanın obyektiv və dolğun keçirilməsi üçün sənədlərin ətraflı öyrənilməsinə, əldə edilmiş məlumatların, eləcə də, bütün qarşılıqlı əməliyyatların, işlərin, xidmətlərin yerinə yetirilməsi və təhvil-təslimi ilə bağlı sənədlərin araşdırılmasına əlavə vaxt tələb olunduğu üçün artırılması zərurətini nəzərə alaraq, İddiaçı X4 üzrə keçirilən səyyar vergi yoxlamasının müddəti 30 (otuz) iş günü artırılmışdır. - “Səyyar vergi yoxlamasının keçirilməsi müddətinin artırılması haqqında” xx.xx.2019-cu il tarixli, **********194919 nömrəli qərara əsasən, İddiaçı X4 üzrə keçirilən səyyar vergi yoxlamasının müddətinin yoxlamanın obyektiv və dolğun keçirilməsi üçün sənədlərin ətraflı öyrənilməsinə, əldə edilmiş məlumatların, eləcə də, bütün qarşılıqlı əməliyyatların, işlərin, xidmətlərin yerinə yetirilməsi və təhvil-təslimi ilə bağlı sənədlərin araşdırılmasına əlavə vaxt tələb olunduğu üçün artırılması zərurətini nəzərə alaraq, İddiaçı X4 üzrə keçirilən səyyar vergi yoxlamasının müddəti 30 (otuz) iş günü artırılmışdır. -“Səyyar vergi yoxlamasının keçirilməsi müddətinin artırılması haqqında” xx.xx.2019cu il tarixli, **********192808 nömrəli qərara əsasən, İddiaçı X4 üzrə keçirilən səyyar vergi yoxlamasının müddətinin yoxlamanın obyektiv və dolğun keçirilməsi üçün sənədlərin ətraflı öyrənilməsinə, əldə edilmiş məlumatların, eləcə də, bütün qarşılıqlı əməliyyatların, işlərin, xidmətlərin yerinə yetirilməsi və təhvil-təslimi ilə bağlı sənədlərin araşdırılmasına əlavə vaxt tələb olunduğu üçün artırılması zərurətini nəzərə alaraq, İddiaçı X4 üzrə keçirilən səyyar vergi yoxlamasının müddəti 30 (otuz) iş günü artırılmışdır. - “Səyyar vergi yoxlamasının keçirilməsi müddətinin artırılması haqqında” xx.xx.2019-cu il tarixli, **********194919 nömrəli qərara əsasən, İddiaçı X4 üzrə keçirilən səyyar vergi yoxlamasının müddətinin yoxlamanın obyektiv və dolğun keçirilməsi üçün sənədlərin ətraflı öyrənilməsinə, əldə edilmiş məlumatların, eləcə də, bütün qarşılıqlı əməliyyatların, işlərin, xidmətlərin yerinə yetirilməsi və təhvil-təslimi ilə bağlı sənədlərin araşdırılmasına əlavə vaxt tələb olunduğu üçün artırılması zərurətini nəzərə alaraq, İddiaçı X4 üzrə keçirilən səyyar vergi yoxlamasının müddəti 30 (otuz) iş günü artırılmışdır - Azərbaycan Respublikası Ticarət və Sənaye Palatası “Azərekspertiza” Birliyi tərəfindən verilmiş 03 mart 2020-ci il tarixli İddiaçı X2 (VÖEN **********) məxsus Bakı şəhəri, Nəsimi rayonu, Vaqif prospekti, 11 A ünvanında yerləşən daşınmaz əmlakın xx.xx.2016- cı il tarixdən xx.xx.2019-cu il tarixədək olan dövr üzrə icarə haqqının real bazar qiymətinin müəyyənləşdirilməsi barədə” ekspert rəyindən görünür ki, Azərbaycan Respublikası Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin sifarişi əsasında **********3814300 saylı, xx.xx.2019-cu il tarixli məktub, **********192090 saylı, xx.xx.2019cu il tarixli qərar, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən İddiaçı X2 (VÖEN **********) məxsus Bakı şəhəri, Nəsimi rayonu, Vaqif prospekti, 11 A ünvanında yerləşən daşınmaz əmlakın xx.xx.2016-cı il tarixdən xx.xx.2019-cu il tarixədək olan dövr üzrə icarə haqqının real bazar qiymətinin müəyyənləşdirilməsi sualı üzrə, cavab olaraq göstərilmişdir ki, İddiaçı X2 (VÖEN **********) məxsus Bakı şəhəri, Nəsimi rayonu, Vaqif prospekti, 11 A ünvanında yerləşən daşınmaz əmlakın xx.xx.2016-cı il tarixdən xx.xx.2019-cu il tarixədək olan dövr üzrə Hotelin icarə haqqının real bazar qiyməti 20 otaq üçün hər ay ƏDV-siz 7921 (yeddi min doqquz yüz iyirmi dörd) AZN; Ofisin icarə haqqının real bazar qiyməti ƏDV-siz 140 (bir yüz qırx) AZN müəyyən edilmişdir. - Azərbaycan Respublikası Ticarət və Sənaye Palatası “Azərekspertiza” Birliyi tərəfindən verilmiş 03 mart 2020-ci il tarixli İddiaçı X4 (VÖEN **********) tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, Vaqif prospekti, 987-ci məhəllə ünvanda inşa edilən 1 girişli 12 mərtəbəli 20 mənzilli yaşayış binasının yaşayış, qeyri-yaşayış, zirzəmi və s. sahələrinin və müəssisə tərəfindən görülmüş işlərin tərkibində xx.xx.2016-xx.xx.20199-cu il tarixədək olan dövr üzrə əmək tutumunun müəyyənləşdirilməsi barədə” ekspert rəyindən görünür ki, Azərbaycan Respublikası Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin sifarişi əsasında **********834700 saylı, xx.xx.2019-cu il tarixli məktub, **********92087 saylı, xx.xx.2019-cu il tarixli qərar, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən İddiaçı X4 (VÖEN **********) tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, Vaqif prospekti, 987-ci məhəllə ünvanda inşa edilən 1 girişli, 12 mərtəbəli 20 mənzilli yaşayış binasının yaşayış, qeyriyaşayış, zirzəmi və s. sahələrinin və müəssisə tərəfindən görülmüş işlərin tərkibində xx.xx.2016-xx.xx.2019-cu il tarixədək olan dövr üzrə əmək tutumunun müəyyənləşdirilməsi sualı üzrə, cavab olaraq göstərilmişdir ki, İddiaçı X4 (VÖEN **********) tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, Vaqif prospekti, 987-ci məhəllə ünvanda inşa edilən 1 girişli 12 mərtəbəli 20 mənzilli yaşayış binasının ümumi sahəsi – 3731.7 kv.m, zirzəmi sahəsi – 234.36 kv.m; qeyri-yaşayış sahəsi 356.10 kv.m; yaşayış sahəsi (20 mənzil) – 2202.90 kv.m, pilləkən, dəhliz, lift sahəsi – 938,34 kv.m; satışa yayarı sahə: ümumi sahəsi – 2699.6 kv.m, o cümlədən zirzəmi (anbar) – 140.6 kv.m, qeyri-yaşayış (2 mərtəbə) – 356.10 kv.m; yaşayış sahəsi 20 mənzil – 2202.90 kv.m müəyyənləşdirilmişdir. Qeyd olaraq göstərilmişdir ki, İddiaçı İAM tərəfindən görülmüş işlərin tərkibində xx.xx.2016-xx.xx.2019cu il tarixdək, olan dövr üzrə əmək tutumunun müəyyənləşdirilməsi məqsədi ilə mütəxəssisə təqdim edilən xx.xx.2016-cı il tarixli müqaviləyə əsasən binanın tikintisi Subpodratçı "xxxx" Şirkəti tərəfindən icra edildiyi üçün görülmüş işləri tərkibində əmək tutumunun hesablanması zərurəti yaranmamışdır. - xx.xx.2020-ci il tarixli, **********190887 nömrəli “Səyyar Vergi yoxlaması” Aktına əsasən Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi xx.xx.2019-cu il tarixli, **********190887 saylı qərarına əsasən Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Vergi auditi idarəsinin Maliyyə İnstitutları sahəsi üzrə şöbəsinin rəisi kiçik vergi xidməti müşaviri X8, Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Vergi auditi idarəsinin maliyyə İnstitutları sahəsi üzrə şöbəsinin baş dövlət vergi müfəttişi 1-ci dərəcəli müfəttiş X3 tərəfindən İddiaçı X4 (VÖEN **********) üzrə aşağıdakı siyahısı verilən tədiyyə və dövrlərdə - əlavə dəyər vergisi avqust 2016 – iyul 2019, muzdlu işlə əlaqədar ödəmə mənbəyindən tutulan vergi 2016-cı il – 2018-ci il, əmlak vergisi – 2016-cı il – 2018ci il, aksiz vergisi avqust 2016 – iyul 2019, torpaq vergisi 2017-ci il – 2019- cu il, yol vergisi – 2016-cı il – 2018-ci il, mənzil tikintisi ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergisi 3cü rüb 2016 – 2-ci rüb 2019, mədən vergisi avqust 2016 – iyul 2019, mənfəət vergisi 20166- cı il – 2018-ci il, ödəmə mənbəyindən tutulan vergi 3-cü rüb 2016 – 2-ci rüb 2019, sadələşdirilmiş vergi 3-cü rüb 2016 – 2-ci rüb 2019, bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergi bəyannaməsi 3-cü rüb 2016 – 2-ci rüb 2019. Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən, vergilərə və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi (vergilərin və digər icbari ödənişlərin hesablanması, tutulması və ödənilməsi) vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə növbədənkənar səyyar vergi yoxlaması aparılmışdır. Yoxlama xx.xx.2019-cu il tarixdə başlanılmış və xx.xx.2020-ci il tarixdə başa çatdırılmışdır. Yoxlama aşağıdakı qərarlar (lar)a əsasən müvəqqəti uzadılmış və (və ya) müvəqqəti dayandırılmışdır: müdət uzadılması – xx.xx.2019-cu il tarixli, **********92808 nömrəli qərarla 30 gün müddətinə; müddət uzadılması – xx.xx.2019-cu il tarixli, **********194919 nömrəli qərarla 30 gün müddətinə, müvəqqəti dayandırma xx.xx.2020-ci il tarixli, **********96845 nömrəli qərarla 30 gün müddətinə. Yoxlamanın nəticəsinə əsasən 65 104.55 manat büdcəyə hesablanmış, azaldılmış vergi məbləği müəyyən edilmişdir. İşdə olan Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin **********199096 nömrəli, xx.xx.2020-ci il tarixli qərarına əsasən, 2017-ci il əlavə dəyər vergisi üzrə 21.33 manat, 2018-ci il üzrə əlavə dəyər vergisi 119.30 manat, 2019-cu il üzrə əlavə dəyər vergisi 3227.52 manat, 2016-cı il üzrə bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergi bəyannaməsi 61736.40 manat olmaqla, cəmi 65104.55 manat vergi məbləği, 2017-ci il əlavə dəyər vergisi üzrə hesablanmış məbləğə (21.33 manat) 10.67 manat, 2018-ci il üzrə əlavə dəyər vergisi (119.30 manat) üzrə hesablanmış məbləğə 59.65 manat, 2019-cu il üzrə əlavə dəyər vergisi üzrə hesablanmış məbləğə (3227.52 manat) 1613.76 manat olmaqla, cəmi 1684.08 manat maliyyə sanksiyası hesablanmışdır. Məhkəmənin 2-1(112)-4497/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı ilə mübahisəli qərar ilə vergi məbləğinin düzgün hesablanıb-hesablanmamasının müəyyən edilməsi məqsədilə iş üzrə məhkəmə əmtəəşünasılq, tikinti-texniki və mühasibatlıq ekspertizası təyin edilmiş, ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən məhkəmənin sözügedən qərardadının icrası ilə əlaqədar olaraq 9/647-10/323 nömrəli, 05 avqust 2021-ci il tarixli ekspert rəyi təqdim edilərək, rəyin nəticə hissəsində göstərilmişdir ki, birinci sual üzrə: Bakı şəhəri, Nəsimi rayonu, Vaqif prospekti 11 A ünvanında yerləşən hotelin fevral 2019-cu ildə və ofisin oktyabr 2017-ci ildə təşəkkül tapan icarə haqqının real bazar qiymətinin nə qədər təşkil etməsinin müəyyən edilməsi ekspertizanın predmetinə (həll etdiyi məsələlər dairəsinə) aid deyildir. İkinci sual üzrə: Bakı şəhəri, Nəsimi rayonu, Vaqif prospekti 987-ci məhəllədə yerləşən 1 girişli sahədən və 20 mənzildən ibarət yaşayış binasının yaşayış sahəsi və qeyri-yaşayış sahəsinin ümumi sahəsi 3317,2 kv.m, o cümlədən yaşayış sahəsi 2202.9 kv.m, qeyri-yaşayış sahəsinin əsas sahəsi 45.5 kv.m, dəhlizin sahəsi 217.36 kv.m., pilləkən qəfəsinin sahəsi 192.96 kv.m və lift şaxtasının sahəsi 210.48 kv.m təşkil edir. Üçüncü sual üzrə: rəyin tədqiqi hissəsində göstərilən hesablanma ilə bağlı qanunların tələbləri və tikinti-texniki ekspertizası ilə müəyyən olunmuş ölçülər nəzərə alınmaqla 3-cü rüb 2016 – 2-ci rüb 2019 il dövrü üzrə İddiaçı X4 MMC tərəfindən bina tikintisi fəaliyyəti ilə məşğul şəxslərin sadələşdirilmiş vergisi üzrə az hesablanma 1.98 manat (3322xx.xx-332288.55 (bəyan olunmuş)) məbləğində müəyyən olunur. Birinci instansiya məhkəməsi işin müəyyən edilmiş hallarına Azərbaycan Respublikası Vergi Məcəlləsinin 15.1.4, 24.0.10, 85.5, 87.1, 87.4-cü maddələrini, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 fevral 2001-ci il tarixli, 48 nömrəli Qərarı ilə təsdiq edilmiş «Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının vergi ödəyicisinə qaytarılması Qaydaları»nın 1.1, 1.2, 8, 3.1, 3.2, 5.1.3, 5.1.4, 6.1, 6.2-ci bəndlərini, Azərbaycan Respublikasının 30 noyabr 2018-ci il tarixli 1356-VQD nömrəli Qanunu ilə Azərbaycan Respublikası Vergi Məcəlləsinə yeni məzmunda əlavə edilmiş 1.4cü maddəsini tətbiq etməklə belə qərara gəlmişdir ki, iddiaçının şəxsi hesab vərəqəsində artıq ödəmə kimi xx.xx.2015-xx.xx.2020-ci il dövrü üzrə 101.261,07 manat pul vəsaiti göstərilsə də, cavabdeh inzibati orqana müraciəti ərizəsində xx.xx.2015xx.xx.2019-cu illər üzrə cəmi 101109 manat artıq ödəmənin geri qaytarılması barədə rəyin verilməsinı tələb etmişdir. İddiaçı həmin artıq ödəmənin qaytarılması ilə bağlı xx.xx.2020-ci il tarixdə müraciət etdiyindən, ona həmin vəsait üzrə xx.xx.2015; xx.xx.2015; 13.04.201; xx.xx.2015 və xx.xx.2015-ci il tarixlər istisna edilməklə, xx.xx.2015-ci ildən sonraki ödənişlər geri qaytarılmalıdır. Həmin məbləğ isə 96.804 manat müəyyən edilmişdir (101.109-4.305) . Faiz dərəcəsinə münasibətdə məhkəmə bildirir ki, həqiqətən də qanunvericilikdə artıq məbləğin geri qaytarılanadək gecikdirilən hər gün üçün vergi ödəyicisinə müvafiq məbləğlərin 0,1 faizi məbləğində vəsaitin tutulması nəzərdə tutulmuşdur. Belə olan halda, məhkəmə hesab edir ki, iddiaçının müraciət etdiyi tarixdən hər bir gün üçün 96.804 manat vəsaitin 0,1 faizi əlavə olaraq ödənilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri iş materialları və qanunvericiliyin müddəaları baxımından açıq-aşkar əsaslandırılmamışdır. Belə ki, ilk öncə cavabdeh tərəfindən İddiaçı X4 üzrə xx.xx.2019-cu il tarixli, **********1908877 saylı, “səyyar vergi yoxlamasının keçirilməsi haqqında” qərarla əlavə dəyər vergisi avqust 2016 – iyul 2019, muzdlu işlə əlaqədar ödəmə mənbəyindən tutulan vergi 2016- cı il – 2018-ci il, əmlak vergisi – 2016-cı il – 2018-ci il, aksiz vergisi avqust 2016 – iyul 2019, torpaq vergisi 2017-ci il – 2019-cu il, yol vergisi – 2016-cı il – 2018-ci il, mənzil tikintisi ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergisi 3-cü rüb 2016 – 2-ci rüb 2019, mədən vergisi avqust 2016 – iyul 2019, mənfəət vergisi 2016-cı il – 2018-ci il, ödəmə mənbəyindən tutulan vergi 3-cü rüb 2016 – 2-ci rüb 2019, sadələşdirilmiş vergi 3cü rüb 2016 – 2-ci rüb 2019, bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergi bəyannaməsi 3-cü rüb 2016 – 2-ci rüb 2019 vergi dövrü üzrə səyyar vergi yoxlaması təyin edilmiş və yoxlama xx.xx.2020-ci il tarixli səyyar vergi yoxlaması aktı ilə başa çatmışdır. Cavabdeh səyyar vergi yoxlaması aktında səyyar vergi yoxlamasının müddət uzadılması barədə qərarlarının olmasını göstərmiş, həmin qərarların surəti məhkəməyə təqdim edilmiş, lakin, məhkəmə araşdırması zamanı səyyar vergi yoxlamasının müddətinin uzadılması barədə qərarların əsaslı olmasını, həmin müddətlərə əməl olunmasını müəyyən etmək mümkün olmamışdır. Bununla bağlı, cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş iddia ərizəsinə qarşı etiraz ərizəsində də, səyyar vergi yoxlamasının müddətinin uzadılmasına əsas olmuş hallar barədə mötəbər sübutlar təqdim edilməmiş, sadəcə iş materiallarında müvəqqəti dayandırma müddətinə əsas olmuş ekspert rəyi aşkar olunmuşdur. Müddətin uzadılması məsələsində isə qanunvericiliyin normaları sadalanmaqla kifayətlənilmişdir. Halbuki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 38.2-ci maddəsinin tələblərinə əsasən növbəti səyyar vergi yoxlaması təqvim ili ərzində bir dəfədən çox olmayaraq keçirilir. Səyyar vergi yoxlaması 30 gündən artıq davam edə bilməz. Müstəsna hallarda, yuxarı vergi orqanının qərarına müvafiq olaraq səyyar vergi yoxlamasının keçirilməsi müddəti 90 günə qədər artırıla bilər. Aşağıda göstərilən hallarda yuxarı vergi orqanının əsaslandırılmış qərarına əsasən səyyar vergi yoxlamasının nəticələri üzrə aktın tərtibi müddəti 30 gündən çox olmayan müddətə uzadıla bilər: nümunə kimi götürülən əşyaların tədqiqi, səyyar vergi yoxlaması zamanı ekspertizanın keçirilməsi və ya mütəxəssis tərəfindən rəy verilmə üçün müxtəlif bilik sahələrindən istifadə etməklə aparıldıqda; səyyar vergi yoxlaması ilə əlaqədar vergi orqanları tərəfindən göndərilən sorğulara cavabların alınma müddətləri cavab göndərən şəxslər tərəfindən pozulduqda. Həmin Məcəllənin 38.3-cü maddəsinə görə növbədənkənar vergi yoxlaması vergi orqanları tərəfindən aşağıda göstərilən hallarda keçirilə bilər: - (38.3.5) vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı məlumat əsasında vergi ödəyicisinin gəlirlərinin və ya vergitutma obyektinin gizlədilməsinin (azaldılmasının) əlamətləri müəyyən edildikdə. Həmin Məcəllənin 49.2-ci maddəsinə görə vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarda vergi yoxlaması ilə müəyyən olunan vergi qanunvericiliyinin pozulmasının şəraiti, həmin şəraiti təsdiq edən sənədlər və digər məlumatlar, vergi ödəyicisinin özünün müdafiəsi üçün gətirdiyi dəlillər və bu dəlillərin yoxlanılmasının nəticələri, vergi qanunvericiliyinin pozulmasına görə və tətbiq olunan məsuliyyət tədbirlərini nəzərdə tutan müvafiq qanunların maddələri göstərilməklə vergi ödəyicisinin vergi qanunvericiliyinin konkret hansı tələblərinin pozulmasına görə məsuliyyətə cəlb olunması ona izah olunur. Həmin Məcəllənin 49.5-ci maddəsinə görə vergi orqanının vəzifəli şəxsləri tərəfindən bu maddənin tələblərinin gözlənilməməsi vergi orqanının qərarının yuxarı vergi orqanı və məhkəmə tərəfindən ləğv edilməsi üçün əsasdır. Hazırki iş üzrə məhkəmə araşdırması zamanı qanunvericiliyin yuxarıda sadalanan normalarında göstərilən səyyar vergi yoxlaması müddətinin uzadılması ilə bağlı əsaslar müəyyən edilməmişdir. Bundan əlavə, iş materiallarında “İrşad X4” MMC tərəfindən cavabdehə ödənilmiş bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergisi üzrə kənarlaşmanın olub-olmaması, olduğu təqdirdə nə qədər təşkil etməsinin müəyyən edilməsi barədə ekspert rəyi mövcuddur ki, məhkəmə həmin ekspert rəyi ilə razılaşaraq qeyd edir ki, ekspert rəyi məhkəmə tərəfindən qoyulmuş suallara əsaslandırılmış cavablar verilməklə tərtib edilmiş və işdəki digər sənədlərlə öz təsdiqini tapır. Həmin ekspert rəyi ilə müəyyən olunur ki, tikinti-texniki ekspertizası ilə müəyyən olunmuş ölçülər (Bakı şəhəri, Nəsimi rayonu, Vaqif prospekti 987-ci məhəllədə yerləşən 1 girişli sahədən və 20 mənzildən ibarət yaşayış binasının yaşayış sahəsi və qeyri-yaşayış sahəsinin ümumi sahəsi 3317,2 kv.m, o cümlədən yaşayış sahəsi 2202.9 kv.m, qeyriyaşayış sahəsinin əsas sahəsi 45.5 kv.m, dəhlizin sahəsi 217.36 kv.m., pilləkən qəfəsinin sahəsi192.96 kv.m və lift şaxtasının sahəsi 210.48 kv.m təşkil edir) nəzərə alınmaqla 3-cü rüb 2016 – 2-ci rüb 2019 il dövrü üzrə iddiaçı “İrşad X4” MMC tərəfindən bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergisi üzrə az hesablanma 1.98 manat (332290,53-332288,55 (bəyan olunmuş)) məbləğindədir. Göründüyü kimi, mübahisəli qərarla hesablanmış vergi məbləğinin düzgünlüyü də, iş materialları ilə sübuta yetirilmir. Beləliklə, məhkəmə iş üzrə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iş üzrə mübahisəli qərarla vergi məbləğinin hesablanması zamanı cavabdeh tərəfindən işin faktiki və hüquqi halları düzgün araşdırılmayaraq, iddiaçıya münasibətdə qanunvericiliyin normaları düzgün tətbiq edilmədiyindən, mübahisəli qərar mübahisələndirilən hissədə əsassız olmaqla ləğv edilməlidir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 23.1.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək vergi orqanlarının hüquqlarına aid edilmişdir. Həmin Məcəllənin 23.1.2-ci maddəsinə əsasən vergi orqanı vergi ödəyicilərində bütün maliyyə sənədlərini, mühasibat kitablarını, hesabatları, smetaları, nağd vəsaitləri, qiymətli kağızları və başqa qiymətliləri, bəyannamələri və vergilərin hesablanması və ödənilməsi ilə bağlı olan digər sənədləri qanunvericiliklə müəyyən edilmiş qaydada yoxlamaq, yoxlamaların keçirilməsi zamanı yoxlamaya aid olan məsələlərlə bağlı vergi ödəyicilərindən və ya onun vəzifəli şəxslərindən lazımi izahatlar, arayışlar və məlumat almaq, habelə mühasibat uçotu elektron formatda aparıldığı halda elektron auditin məqsədləri üçün vergi ödəyicisinin və onun filiallarının elektron daşıyıcılarındakı məlumatlarının verilməsini, həmin məlumatlara birbaşa və ya məsafədən çıxış imkanının yaradılmasını tələb edə bilər. «Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında» AR Qanununun 3-cü maddəsinə əsasən yoxlamalar yalnız bu Qanunda nəzərdə tutulmuş hallarda və qaydada aparılır. Bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Həmin Qanunun 13.1-ci maddəsinə görə sahibkarlarda yoxlamaların aparılmasının dövriliyi, ardıcıllığı, təkrarlanması və nəticələri haqqında tam və operativ məlumatın əldə olunması məqsədi ilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən yoxlamaların vahid məlumat reyestri aparılır. Həmin Qanunun 13.3-cü maddəsinə əsasən yoxlayıcı orqanlar apardıqları hər bir yoxlama barədə məlumatı bu Qanunun 13.2-ci maddəsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq müvafiq icra hakimiyyəti orqanına verməyə borcludurlar. Sözügedən Qanunun 17.1-ci maddəsinə görə yoxlama yoxlayıcı orqanın rəhbəri və ya onu əvəz edən şəxs tərəfindən imzalanan qərar əsasında aparılır. Həmin Qanunun 17.2.7-ci maddəsinə görə yoxlamanın aparılması haqqında qərarda yoxlamanın müddəti (başlama və başa çatma tarixləri göstərilməklə) göstərilir. Həmin Qanunun 18-ci maddəsinə görə yoxlayıcı orqanın rəhbəri və ya onu əvəz edən şəxs tərəfindən yoxlamanın dayandırılması barədə əsaslandırılmış qərar qəbul edilir və bu barədə məlumat yoxlamaların vahid məlumat reyestrinə daxil edilir. Yoxlamanın dayandırıldığı müddət yoxlamanın ümumi müddətinə daxil edilmir. Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2011-ci il tarixli 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə»nin 1.5-ci bəndinə görə sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnız Reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər. Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Əsasnamənin 3.4-cü bəndinə görə reyestrə yoxlama ilə bağlı aşağıdakı məlumatlar daxil edilir: (3.4.11) yoxlamanın müddəti (başlama və sona çatma tarixləri göstərilməklə), (3.4.16) yoxlamanındayandırılması və ya vergi yoxlamalarının müddətinin artırılması barədə məlumat (tarix, müddət, əsas, qərarı verən şəxsin vəzifəsi, soyadı, adı, atasının adı göstərilməklə). Vergi Məcəlləsinin 24.0.1-ci maddəsinə görə vergi orqanları vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə; vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə borcludurlar. Həmin Məcəllənin 36.2-ci maddəsinə görə vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. Qeyd edilən normalar vergi orqanının üzərinə vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxslərinin düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırması vəzifəsini qoymuş və qanunun bu norması imperativ xarakterə malikdir. “İnzibati icraat haqqında” Qanunun: -24.1-ci maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. -24.2-ci maddəsinə görə inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. -24.3-cü maddəsinə görə inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. -24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. -47.1-ci maddəsinə əsasən inzibati orqan sübutlara iş üçün əhəmiyyət kəsb edən bütün faktiki və hüquqi hallara müvafiq olaraq qiymət verir. -47.2-ci maddəsinə görə maraqlı şəxslərin arzusu ilə inzibati orqan qəbul edəcəyi inzibati aktı əsaslandırmaq istədiyi bütün faktlar, dəlillər və ya sübutlar barədə, habelə inzibati aktın qəbulu üçün təklif etdiyi hüquqi əsas barədə onlara izahat və ya şərh verməyə borcludur. -61.1-ci maddəsinə görə yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. -61.2-ci maddəsinə əsasən əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. Sadalanan normalardan göründüyü kimi, inzibati orqan işin faktiki hallarından və inzibati icraatın gedişində toplanmış sübutlardan çıxış etməli, eləcə də, mübahisəyə inzibati icraat haqqında hüquq normalarını və ya maddi hüquq normalarını tətbiq etməklə aydın şəkildə əsaslandırdığı inzibati akt qəbul etməlidir. Belə ki, məhkəmə inzibati aktın çıxarılmasının zəruriliyini inzibati orqanın əvəzinə əsaslandırmaq vəzifəsi daşımır, əksinə inzibati orqanın gətirdiyi əsasların qanuniliyini və əsaslılığını yoxlayaraq inzibati orqanlar üzərində məhkəmə nəzarətini həyata keçirmək vəzifəsi daşıyır. Eləcə də, məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən mübahisəli qərarla 2019-cu il üzrə hesablanmış 3227.52 manat əlavə dəyər vergisi və həmin məbləğə Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən hesablanmış 1613.76 manat maliyyə sanksiyasının mübahisələndirilməsindən imtina edildiyindən, iddiaya “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi barədə” **********199096 saylı, xx.xx.2020-ci il tarixli qərarına əsasən hesablanmış 2019-cu il əlavə dəyər vergisi üzrə 3227.52 manat və həmin məbləğə Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən hesablanmış 1613.76 manat maliyyə sanksiyasının ləğv edilməsi” hissəsində Bakı İnzibati Məhkəməsinin 2-1(112)-939/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadı ilə xitam verilmişdir. Apellyasiya şikayətinin dəlilləri iş materialları və qanunvericiliyin müddəaları baxımından düzgün əsaslandırılmamışdır. Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinin İİ hissəsinə əsasən heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergilər və başqa dövlət ödənişləri ödəməyə məcbur edilə bilməz. Vergi Məcəlləsinin 3.8-ci maddəsinə əsasən heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. Həmin Məcəllənin 53.3-cü maddəsinə görə bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Həmin Məcəllənin 54.0.2-ci maddəsinə əsasən vergi qanunvericiliyi ilə bağlı hüquq pozuntusunda şəxsin təqsirinin olmaması, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb olunmanı istisna edən hallardan biridir. Həmin Məcəllənin 94.0-cı maddəsinə görə verginin hesablandığının səhv olduğunu sübut etmək vəzifəsi bu Məcəllə ilə müəyyən edilmiş hallarda: 94.0.1. vergi ödəyicisinin hesablamalarının səhv olduğunu vergi orqanının; 94.0.2. vergi orqanının hesablamalarının səhv olduğunu vergi ödəyicisinin üzərinə düşür. Beləliklə, məhkəmə kollegiyası qeyd olunanlara əsasən hesab edir ki, şikayət təmin edilməməli, qərar isə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhər Lokal Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-939/2021 saylı xx.xx.2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qərardan kassasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-1(103)-1234/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1234/2022
08.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver