Məhkəmə qərarları › İş №2-1(103)-1234/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1234/2023

02.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1234/2023 02.06.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Yusifov Cahangir Afər oğlu və X1 ibarət tərkibdə, Məmmədova Leyla Asəf qızının katibliyi, İddiaçılar İddiaçı4, İddiaçı3, İddiaçı1 və cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçılar 59 saylı Mənzil-Tikinti Kooperativinin təsisçiləri adından İddiaçı1, İddiaçı3, İddiaçı4 və İddiaçı5 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı “qeyri-yaşayış sahəsinə dair aparılmış qeydiyyatın ləğv edilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-505/2021 saylı 05 mart 2021-ci il tarixli qərarından iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D I : İddiaçılar 59 saylı Mənzil-Tikinti Kooperativinin təsisçiləri adından İddiaçı1, İddiaçı3, İddiaçı4 və İddiaçı5 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı iddia ilə məhkəməyə müraciət edərək, “Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Komitəsi tərəfindən ünvan 1 ünvanında yerləşən 9 mərtəbəli kooperativ binanın 1-ci mərtəbəsində yerləşən sahəsi 192 kv.m. olan kooperativin üzvlərinin şərikli mülkü olan xeyir-şər zalının dövlət mülkiyyətində olan əmlak kimi registrdə qeydiyyata alınmasının ləğv edilməsi” barədə qərar çıxarılmasını xahiş etmişlər . İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Komitəsi tərəfindən onlara verilmiş 16 avgust 2018-cı il tarixli **********65 saylı məktubla Azərbaycan Respublikasının Prezidentinin 2000-ci il 23 dekabr tarixli, 432 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyəti orqanlarının sərəncamında olan, habelə yaşayış binalarında yerləşib dövlət vəsaiti hesabına inşa edilmiş qeyri-yaşayış sahələrinin özəlləşdirilməsi” qaydalarına əsasən ünvan 2 ünvanında yerləşən 59 saylı MTK-ya məxsus yaşayış binasının 1-ci mərtəbəsində olan qeyri-yaşayış sahəsi dövlət mülkiyyətinə olan əmlak hesab edilir. Göstərilənləri nəzərə alaraq sahəsi 192.0 kv.m. təşkil edən həmin qeyri-yaşayış sahəsi dövlət mülkiyyətində olan əmlak kimi dövlət əmlakının Registrində qeydiyyata alınmış və bu barədə məktub verilmişdir. Bu məktub qeyri-qanuni, əsassızdır və registr qeydiyyatı ləğv olunmalıdır. Belə ki, ünvan 1 ünvanında (keçmiş 3-cü Zavodskaya 2) 1969-cu ildə 99 nəfərdən ibarət 59 saylı (keçmiş JCK BQİ №59) kooperativin keçmiş Sovetin nümunəvi nizamnamə əsasında yaranması, təsis olunması və fəaliyyətinə başlanması barədə ümumi iclas keçirilmişdir. 9 mərtəbəli 2 bloklu kooperativ binanın ümumi smeta dəyəri (mənzillər, zirzəmi, bloklar, 1-ci mərtəbədə xeyirşər zalı, həyatyanı ərazinin yaşıllaşdırılması, su nasosların və gözətçi otaqlarının, yanğın hovuzunun, 2 ədəd liftin quraşdırılması və elektrik yarımstansiya daxil olmaqla) 99 nəfər təsisçilərin arasında bölünmüşdir. 1974-ci ildə 99 payçılardan ibarət 9 mərtəbəli 2 bloklu yaşayış binası tam şəkildə tikilmiş, istismara verilmiş və hal-hazırda şərikli mülkiyyət hüququ əsasında fəaliyyət göstərir. Heç bir dövlət qurumu 59 saylı Mənzil-Tikinti Kooperativinin 9 mərtəbəli binasının inşaatında iştirak etməmiş, binanın və birinci mərtəbəsində yerləşən xeyir-şər zalının tikintisində heç bir pul vəsaiti dövlət tərəfindən xərclənməmişdir. Bundan əlavə, 59 saylı Mənzil-Tikinti Kooperativinin Yerli İcra Hakimiyyəti orqanlarının sərəncamına heç bir aidiyyəti yoxdur. Onların binasında yerləşən qeyri-yaşayış sahələri dövlət vəsaiti hesabına inşa edilməmişdir. Bakı şəhər İcra Hakimiyyəti Başçısının Aparatı yanında Mənzil Kommunal Təsərrüfatı Departamentinin 365 saylı xx.xx.2011-ci il tarixli cavab məktubunda bildirilmişdir ki, «araşdırma zamanı müəyyən edilmişdir ki, göstərilən bina rəhbəri olduğunuz Kooperativin balansındadır. Mənzil-tikinti kooperativləri evlərin istismarı və təmir-abadlıq xərcləri kooperativlərin vəsaiti hesabına maliyyələşdirilir. Dövlət vəsaiti hesabına isə yalnız dövlət mənzil fondunda olan binalarda bu və ya digər təmir-abadlıq işləri aparılır. Yuxarıda qeyd edilənlərlə əlaqədar bildirilir ki, bina kooperativ üzvlərinin mülkiyyətidir». Eyni məzmunda Bakı şəhər Xətai rayon İcra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfatı Birliyi tərəfindən onlara verilmiş 181 saylı xx.xx.2018-ci il tarixli cavab məktubunda bildirilmişdir ki, həmin ünvanda 9 mərtəbəli çoxmənzilli bina 1974-cü ildə payçıların şəxsi maliyyə vəsaiti hesabına inşa olunmuş kooperativ binadır və dövlət mənzil fondunun balansına daxil deyil. Azərbaycan SSR Nazirlər Sovetinin xx.xx.1965-ci il tarixli 5 saylı Qərarında deyilir: “Azərbaycan SSRdə mənzil-tikinti kooperativinin Nümunəvi Nizamnaməsinə əsasən mənzil-tikinti kooperativi evlərinin içində və yanında inşa edilmiş tikililərdə həmin kooperativlərin razılığı ilə ticarət, ictimai-iaşə və əhaliyə mədəni-məişət xidməti müəssisə və idarələri yerləşdirilə, habelə ictimai təyinatlı yerlər düzəldilə bilər. Həmin sahələrin tikintisi üçün xərclər müvafiq dövlət və ya ictimai təşkilatlar tərəfindən ayrılan büdcə vəsaiti hesabına ödənilir. Binanın inşası başa çatdıqdan sonra qeyd edilən işlərin dəyəri bu tikililərin istismarını həyata keçirən müəssisələrin balanslarına aid edilir.” Daşınmaz Əmlakın Dövlət Komitəsi nə onların 59 saylı Mənzil-Tikinti Kooperativinin razılıq ərizəsini, nə həmin qeyri-yaşayış sahəsinin dövlət hesabına tikilməsini təsdiq edən sənədlərin, nə də binanın 1-ci mərtəbəsində 192 kv.m. kooperativin üzvlərinin şərikli mülkü olan xeyir-şər zalının hansı ticarət, ictimai-iaşə və əhaliyə mədəni-məişət xidməti müəssisinin və idarələrinin balansında olunması və həmin qeyri-yaşayış sahəsinin 1974-ci ildən bu günə kimi tikilməsi üçün aparılmış dövlət ödənişlərinin bank qəbzlərinin və kimin hesabına köçürülməsi barədə sənədləri təqdim edə bilməmişdir. Belə olan halda Daşınmaz Əmlakın Dövlət Komitəsi tərəfindən binanın 1- ci mərtəbəsində 192 kv.m. kooperativin üzvlərinin şərikli mülkü olan xeyir-şər zalını dövlət mülkiyyətində olan əmlak kimi dövlət əmlakının Registrində qeydiyyata alınması qeyriqanunidir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-342/2019 saylı xx.xx.2019-cu il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır (iddiaçılar hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək hüququna malik olmadıqlarına görə). Bakı Apelyasiya Məhkəməsinin 2-1(103)-1018/2019 saylı xx.xx.2019-cu il tarixli qərardadı ilə İddiaçı2 apelyasiya şikayəti təmin edilmiş, 2 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinin 2-1(82)-342/2019 saylı xx.xx.2019-cu il tarixli qərardadının ləğv edilməsi və işin yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-2238/19 saylı xx.xx.2019-cu il tarixli qərardadı ilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 23 aprel 2019-cu il tarixli, 2-1(103)-1018/2019 saylı qərardadından cavabdeh Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən verilmiş kassasiya şikayəti mümkün sayılmamış və kassasiya şikayətinin qəbulundan imtina edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-505/2021 saylı 05 mart 2021-ci il tarixli qərardadı ilə iddiaçılar 59 saylı Mənzil-Tikinti Kooperativinin təsisçiləri adından İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı “qeyriyaşayış sahəsinə dair aparılmış qeydiyyatın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə icraata İddiaçı2 aid hissədə xitam verilməsi qərara alınmışdır (şəxs vəfat etdiyinə görə). Bakı İnzibati Məhkəməsinin 2-1(112)-505/2021 saylı 05 mart 2021-ci il tarixli qərarı ilə İddiaçılar 59 saylı Mənzil-Tikinti Kooperativinin təsisçiləri adından İddiaçı1, İddiaçı3, İddiaçı4 və İddiaçı5 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı “qeyri-yaşayış sahəsinə dair aparılmış qeydiyyatın ləğv edilməsi” tələbinə dair iddiası təmin edilməmişdir. Həmin qərardan narazı qalan iddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı4 və İddiaçı5 tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-505/2021 saylı 05 mart 2021-ci il tarixli qərarı ilə iddiaçılar 59 saylı Mənzil-Tikinti Kooperativinin təsisçiləri adından İddiaçı1, İddiaçı3, İddiaçı4 və İddiaçı5 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-505/2021 saylı 05 mart 2021-ci il tarixli qərarı ləğv edilmiş, iddia təmin edilərək, ünvan 1 ünvanında yerləşən 9 mərtəbəli kooperativ binanın 1-ci mərtəbəsində yerləşən sahəsi 192 kv.m olan koperativin üzvlərinin şərikli mülki olan xeyir-şər zalının dövlət mülkiyyətində olan əmlak kimi dövlət əmlakın registrindəki qeydiyyatının (Kod 825, registr nömrəsi ***-*******1) ləğv edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin üzərinə qoyulmuşdur. Qərardan cavabdeh tərəfindən kassasiya şikayəti verilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-1702/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə Cavabdehin kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(103)-138/2022 saylı, 27 aprel 2022-ci il tarixli qərarı ləğv edilmiş və iş təkrar baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşin hazırkı apellyasiya icraatı zamanı məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçılar apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməklə, iddia tələbi mümkün sayılmamalıdır. Belə ki, Ali Məhkəmənin hazırkı iş üzrə hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, “iddiaçıların səlahiyyətlərinin araşdırılmalı olması ilə əlaqədar qeyd edilməlidir ki, hazırkı işdə iddiaçılar öz adlarından deyil, 59 saylı MTK-nın təsisçiləri adından iddia qaldırdıqlarını bəyan edirlər. İddiaçılar belə bir səlahiyyətə malik olduqlarını təsdiq edən sübut kimi 59 saylı MTK-nın 16 sentyabr 2018-ci il tarixli ümumi iclasın protokolunu təqdim etsələr də, həmin protokolun tərtib edilməsinə olan səlahiyyət, protokolun təsdiq edilməsi üçün istifadə edilmiş möhürün necə əldə edilməsi, protokolda təsisçilərin kim olmalarının qeyd edilməməsi, protokola şübhə ilə yanaşmağa və əlavə araşdırma aparılmasına əsas verdiyi halda, şübhələrin aradan qaldırılması istiqamətində prosessual hərəkətsizlik edilməsi qənaətinə gəlmək üçün əsasdır. Bu isə öz növbəsində həm sübutların qiymətləndirilməsi, həm də xidməti vəzifəsinə uyğun olaraq məhkəmənin araşdırma aparmalı olması barədə vəzifəsinin icrasız qaldığına dəlalət edir” Azərbaycan Respublikası İPM-nin 96.11-ci maddəsinə əsasən mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Hazırkı iş üzrə iddiaçılar mübahisəli qeyri-yaşayış sahəsinə şərikli mülkiyyət hüquqlarının olduqlarını iddia edirək, bunu keçmiş sovet dövründə onların təsis etdikləri kooperativ vasitəsilə öz vəsaitləri hesabına inşa edildiyinə istinad edirlər. Məhkəmə kollegiyası qeyd edir ki, iddia ərizəsinə əlavə edilmiş “59 saylı MTK-nın 16 sentyabr 2018-ci il tarixli ümumi iclasın protokolu”nun iddiaçıları iddia qalrımağa səlahiyyətləndirə biləcək sənəd olmadığı prosessual qanunvericiliyin tələblərindən də aydındır. Belə ki, prosessual qanunvericiliyə görə nümayəndənin səlahiyyətini təsdiq edən sənəd etibarnamədir. Hüquqi şəxs etibarnaməni öz möhürü ilə təsdiq etdiyi halda, fiziki şəxs notariat qaydasında təsdiq edilmiş etibarnamə verir. Etibarnamənin veriləcəyi şəxslərin dairəsi də qanunvericiliklə müəyyən edilmiş, hüquqi şəxs isə işçisinə və vəkilə etbarnamə verə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 43.1-ci maddəsinə əsasən hüquqi şəxs qanunla müəyyənləşdirilən qaydada dövlət qeydiyyatından keçmiş, xüsusi yaradılmış elə bir qurumdur ki, mülkiyyətində ayrıca əmlakı vardır, öz öhdəlikləri üçün bu əmlakla cavabdehdir, öz adından əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək, vəzifələr daşımaq, məhkəmədə iddiaçı və ya cavabdeh olmaq hüququna malikdir. Hüquqi şəxsin müstəqil balansı olmalıdır. Həmin Məcəllənin 44.1-ci maddəsinə əsasən hüquqi şəxs dövlət qeydiyyatına alındığı andan mülki hüquqlara malikdir və mülki vəzifələr daşıyır. Hüquqi şəxsin hüquq qabiliyyətinə onun ləğvinin başa çatdığı an xitam verilir. Azərbaycan Respublikası İPM-nin 26.2-ci maddəsinə əsasən dövlətin, bələdiyyələrin və ya hüquqi şəxslərin adından prosessual hərəkətləri onların qanunlarla, digər hüquqi aktlarla və ya dövlət (bələdiyyə) orqanlarının və ya hüquqi şəxsin nizamnaməsi (əsasnaməsi) ilə müəyyən edilmiş səlahiyyətli şəxsləri və ya dövlət və bələdiyyə orqanları, yaxud hüquqi şəxslər tərəfindən xüsusi səlahiyyət verilmiş, əsas iş yeri həmin dövlət və bələdiyyə orqanları və ya hüquqi şəxslər olan işçiləri həyata keçirirlər. Rəhbəri ilə və ya həmin rəhbər tərəfindən səlahiyyət verilmiş işçisi ilə təmsil olunmuş inzibati orqan da dövlətin adından prosessual hərəkətləri həyata keçirə bilər. Azərbaycan Respublikası MPM-nin 69.2-ci maddəsinə əsasən hüquqi şəxsi məhkəmədə qanunlarla, digər hüquqi aktlarla və ya hüquqi şəxsin təsis sənədləri ilə müəyyən edilmiş səlahiyyətli şəxsləri, yaxud müvafiq qaydada səlahiyyət verilmiş və əsas iş yeri həmin hüquqi şəxs olan işçiləri və ya vəkillər təmsil edir. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iş üzrə iddiaçılar kimi adları qeyd edilən şəxslərin hazırda hansı səlahiyyətlə, kimi və kimləri təmsil etdikləri aydın deyildir. İiddiaçılar kooperativ təsisçilərinin və ya kooperativin nümayəndələri olaraq iddia qaldırdıqlarını bildirsələr də, qanunvericiliyə uyğun etibarnamə təqdim etməmişdirlər. Digər tərəfdən qeyd edilməlidir ki, iddiaçılar iddia irəli sürmək səlahiyyətinə malik olduqlarının əsası kimi 59 saylı MTK-nın 16 sentyabr 2018-ci il tarixli ümumi iclasın protokolunu göstərsələr də, həmin protokolda ziddiyyətli məqamlar mövcuddur. Belə ki, həmin protokolda kimlərin təsisçi olması qeyd edilməmiş, möhürün necə və haradan əldə edilməsi, möhürün mövcudluğu halında ondan istifadə edilməsinin qanuni olubolmaması, neçə nəfər üzvün olması, üzvlərdən neçəsinin iştirak etməsi, neçəsinin iştirak etməməsi, müzakirəyə çıxarılan məsələ ilə əlaqədar üzvlərin münasibətləri müəyyən edilmir. Həmçinin iş materiallarına əlavə edilmiş Bakı Şəhər İcra Hakimiyyəti Başçısının Aparatı yanında Mənzil Kommunal Təsərrüfatı Departamentinin 365 saylı xx.xx.2011-ci il tarixli, Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Birliyinin xx.xx.2018-ci il tarixli 181 saylı və Əmlak Məsələləri Dövlət Komitəsinin (hazıkı cavabdeh) 16 avqust 2018-ci il tarixli **********65 saylı məktubunda 59 saylı MTK-nın müxtəlif məzmunlu müraciətlərinə cavab verildiyi müəyyən edilsə də, həmin müraciətlər edilərkən MTK-nın səlahiyyətini təsdiq edən sənədlərin əlavə edilib təqdim edildiyi, İnzibati icraat haqqında Qanunun tələblərinə inzibati orqan tərəfindən riayət edilibedilmədiyi araşdırılmamışdır. Bu araşdırmaya zərurət vergi orqanı tərəfindən 59 saylı MTK-nın qeydiyyatdan keçməməsinə dair məhkəmənin sorğusuna verdiyi cavab əsas yaratmışdır. Cavab məktubları o halda MTK-nın mövcudluğunu təsdiq edən sübut kimi qəbul edilə bilər ki, iş materiallarında kooperativin hüquqmüəyyənedici sənədləri mövcud olsun. İş materiallarında belə bir sənədlər mövcud olmadığından məhkəmə MTK-nın mövcudluğuna şübhə ilə yanaşmağa haqlıdır. Məhkəmə kollegiyası eyni zamanda qeyd etməyi zəruri hesab edir ki, hazırkı iş üzrə MTKnın mövcudluğu da şübhəli məqamdır. Belə ki, iddiaçılar 59 saylı Mənzil-Tikinti Kooperativinin 1974-cü ildən mövcud olmasını bildirsələr də, Dövlət Vergi Xidmətinin xx.xx.2020-ci il tarixli **********346300 saylı məktubu ilə həmin adlı hüquqi şəxsin qeydiyyatdan keçməsi barədə məlumatın mövcud olmadığı qeyd edilmişdir (cild 1, i.v. 225) İddianın mümkünlüyü ilə bağlı olaraq qeyd edilməlidir ki, Azərbaycan SSR Nazirlər Sovetinin 4 yanvar 1968- ci il tarixli 3 saylı qərarı ilə təsdiq edilmiş “Azərbaycan SSR-in ərazisində yaşayış evi (evləri) tikən mənzil-tikinti kooperativinin Nümunəvi Nizamnaməsi”ndən göründüyü kimi kooperativ üzvlərinin məhkəmədə ayrıca iddia qaldırmaq hüququ müəyyən edilməmişdir. Həmin Qərara əsasən X2 vəzifəsi kimi məhkəmədə, dövlət arbitrajında, dövlət və ictimai idarə və təşkilatlarda kooperativin təmsil edilməsi göstərilmişdir. Azərbaycan Respublikasının İPM-nin 35.1-ci maddəsinə əsasən Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» xx.xx.2015-ci il tarixli 5 nömrəli Qərarının 2.3, 8.5 və 9-cu bəndləri ilə məhkəmələrin diqqətinə çatdırılmışdır ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar (2.3). İddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyildirlər və bu cür hallarda iddia mümkün sayılmamalıdır (8.5). İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrıayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9). Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı qismində çıxış edən şəxslər qanunvericiliklə müəyyən edilmiş qaydada səlahiyyətlərini təsdiq edən etibarnamələrini məhkəməyə təqdim etmədiklərindən, iddiaçıların adından çıxış etdiyini bildirdikləri 59 saylı Mənzil-Tikinti Kooperativinin mövcudluğu işin şübhəli halı olduğundan, eyni zamanda hazırkı iş üzrə iddiaçıların 59 saylı Mənzil- Tikinti Kooperativinin üzvləri olması halı öz təsdiqini tapsa belə kooperativ üzvlərinin məhkəmədə ayrıca iddia qaldırmaq hüququ Azərbaycan SSR Nazirlər Sovetinin 4 yanvar 1968- ci il tarixli 3 saylı qərarı ilə təsdiq edilmiş “Azərbaycan SSR-in ərazisində yaşayış evi (evləri) tikən mənzil-tikinti kooperativinin Nümunəvi Nizamnaməsi”ndə müəyyən edilmədiyindən hazırkı iddiaya inzibati məhkəmə icraatı qaydasında baxılması mümkün hesab edilə bilməz. Yuxarıda qeyd edilən hal hazırkı işin birinci instansiya icraatı zamanı nəzərə alınmamış, məhkəmə tərəfindən iddia tələbi mümkün sayılaraq, maddi və prosessual normaların pozulması şəraitində qanunsuz və əsassız olaraq qərar qəbul edilmiş iddiaçının iddia tələbi rədd edilmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İPM-in 82,87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D I : İddiaçılar 59 saylı Mənzil-Tikinti Kooperativinin təsisçiləri adından İddiaçı1, İddiaçı3, İddiaçı4 və İddiaçı5 apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-505/2021 saylı 05 mart 2021-ci il tarixli qərarı ləğv edilsin. İddiaçılar 59 saylı Mənzil-Tikinti Kooperativinin təsisçiləri adından İddiaçı1, İddiaçı3, İddiaçı4 və İddiaçı5 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı “Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Komitəsi tərəfindən ünvan 1 ünvanında yerləşən 9 mərtəbəli kooperativ binanın 1-ci mərtəbəsində yerləşən sahəsi 192 kv.m. olan kooperativin üzvlərinin şərikli mülkü olan xeyir-şər zalının dövlət mülkiyyətində olan əmlak kimi registrdə qeydiyyata alınmasının ləğv edilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin inzibati kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küç, 14) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar