Məhkəmə qərarları › İş №2-1(103)-1236/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1236/2021

10.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1236/2021 10.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nağıyeva Elmira Eyvaz qızından (sədrlik edən və məruzəçi), Həmidov Həmid Üzeyir oğlundan və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, Şükürova Ləman Ceyhun qızının katibliyi , İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı (xx.xx.1969-cu il tarixində Bakı şəhərində anadan olmuş, Abşeron rayonu, Xırdalan şəhəri, Koroğlu küçəsi ünvanında qeydiyyatdadır) cavabdeh ünvan 1sına qarşı “ölüm haqqında tibbi şəhadətnamənin verilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 12 yanvar 2021-ci il tarixli, 2-1(112)-1216/2021 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı 08.07.2020-ci il tarixdə cavabdehlər Bakı şəhəri Baş səhiyyə idarəsi 3 nömrəli şəhər poliklinikasına və Bakı şəhəri Baş Səhiyyə İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, X5 06 dekabr 2018-ci il tarixdə vəfat etməsi ilə əlaqədar ölüm haqqında tibbi şəhadətnamənin verilməsi vəzifəsinin cavabdehlərin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının uzun müddət xəstə olmuş anası ünvan 2 ünvanında yaşayış yeri üzrə qeydiyyatda olmuş, 12.03.1934-cü il təvəllüdlü X10 06 dekabr 2018-ci il tarixdə, ev şəraitində (Xırdalan, ünvan 3 ünvanında), özünü pis hiss etmişdir. Çağırılmış təcili tibbi yardım briqadası bildirmişdir ki, onun nəbzi vurmur, təzyiqi ölçülmür, tənəffüsü kəsilmişdir və o, vəfat etmişdir. Ölüm haqqında şəhadətnamənin alınması üçün ölüm haqqında tibbi şəhadətnamənin alınması zəruridir. Buna görə də, 24.06.2020-ci il tarixdə mərhum X3 qeydiyyatda olduğu Bakı şəhəri Baş səhiyyə idarəsi 3 nömrəli şəhər poliklinikasına ölüm haqqında tibbi şəhadətnamənin alınması üçün müraciət edilmişdir. Lakin 3 nömrəli şəhər poliklinikasının 29.06.2020-ci il tarixli, 151 saylı cavab məktubu ilə X3 ölümü haqqında tibbi şəhadətnamənin verilməsindən imtina edilmişdir. Hal-hazırda yuxarıda göstərilən tibbi şəhadətnamənin alınmaması səbəbindən qeydiyyat şöbəsindən ölüm haqqında şəhadətnamənin alınması qeyri-mümkündür. Bakı İnzibati Məhkəməsinin 07 oktyabr 2020-ci il tarixli, 2-1(112)-5363/2020 nömrəli qərardadı ilə İddiaçı cavabdehlər Bakı şəhəri Baş Səhiyyə İdarəsinə və Bakı şəhəri 3 nömrəli şəhər poliklinikasına qarşı “ölüm haqqında tibbi şəhadətnamənin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə” iddia ərizəsinə dair iş üzrə Bakı şəhəri Baş Səhiyyə İdarəsinin cavabdeh kimi prosessual iştirakına xitam verilmişdir. Bakı İnzibati Məhkəməsinin 12 yanvar 2021-ci il tarixli, 2-1(112)-1216/2021 nömrəli qərarı ilə (hakim M.Qarayeva) iddia təmin edilmiş, Abşeron Rayon X1 və X4 stansiyasının verdiyi xəbərdarlıq vərəqəsinə əsasən 06 dekabr 2018-ci il tarixdə ünvan 4 ünvanında 12.03.1934-cü il təvəllüdlü X5 ölümü hadisəsinin baş verməsi ilə əlaqədar ölüm haqqında tibbi şəhadətnamənin Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının 31 yanvar 2018-ci il tarixli, 05 nömrəli Qərarı ilə təsdiq edilmiş “İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası”nın tələblərinə uyğun olaraq tərtib edilməsi və mərhumun oğlu, İddiaçı təqdim edilməsi vəzifəsi Bakı şəhəri Baş səhiyyə idarəsi M.Hüseynov adına 3 nömrəli Şəhər Poliklinikasının üzərinə qoyulması qərara alınmışdır. 22.02.2021-ci il tarixdə cavabdeh (möhürün əksində M.Hüseynov adına) qərardan apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 12 yanvar 2021-ci il tarixli, 2- 1(112)-1216/2021 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, X5 ölümünə görə şəhadətnamənin verilməsi üçün faktiki yaşadığı ərazi üzrə tibb müəssisəsinə müraciət olunmamış və qeydiyyatda olduğu poliklinikaya da ölüm haqqında tibbi şəhadətnamənin verilməsi üçün 2 il müddət keçdikdən sonra müraciət olunmuşdur.X11 3 nömrəli şəhər Poliklinikasında qeydiyyatda olmasına baxmayaraq faktiki olaraq Abşeron rayon ərazisində yaşadığından ora müraciət olunmalı idi. Onun hansı səbəbdən ölməsi məlum deyildir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətini etiraz edərək, onun təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, Azərbaycan Respublikası İPM-in 62.3-cü maddəsinə əsasən məhkəmə kollegiyası onun nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatını dinləyib, apellyasiya şikayətini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməklə, iş yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. İş materiallarında olan: - AZE seriyalı, 01114450 saylı şəxsiyyət vəsiqəsinin surətindən müəyyən edilir ki, 12.03.1934-cü il təvəllüdlü X10 yaşayış yeri üzrə ünvan 5 ünvanında yaşayış yeri üzrə qeydiyyatda olmuşdur. - AЗ seriyalı, ******* saylı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən məlum olur ki, xx.xx.1969-cu il təvəllüdlü İddiaçı anası X6r. - Abşeron rayon X1 və X4 stansiyasının 06.12.2018-ci il tarixli xəbərdarlıq vərəqəsindən müəyyən edilir ki, 06.12.2018-ci il tarixdə 12.03.1934-cü il təvəllüdlü X5 həkiməqədər ölümü hadisəsi baş vermişdir. - Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə X12 Ərazi Bölmələrini İdarəetmə Birliyi “Abşeron Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsinin 30.11.2020-ci il tarixli, 1915 saylı məktubunda bildirilmişdir ki, 06.12.2018-ci il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri, H.B.Zərdabi küçəsi, dalan 6, ev 55 ünvanında yaşayan X10 üçün saat 17:55-də çağırış qəbul olunmuşdur. X16 çağırışa gedərək “Həkimə qədər ölüm. Qadın cinsində meyit” diaqnozu qoyaraq mərhumun yaxınlarına 1 nüsxədən ibarət ölüm haqqında xəbərdarlıq vərəqəsi verilmişdir. “Ölüm haqqında xəbərdarlıq vərəqəsinin” ikinci surəti Abşeron Rayon X1 və X4 şöbəsinin müdiri vəzifəsinin müvəqqəti icraçısı Aygün Məmmədova tərəfindən 32901 saylı, 06.12.2018-ci il tarixli vərəqə əsasən yazılmışdır. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Abşeron MRX təcili və X4 şöbəsinin 06.12.2018-ci il tarixli, 32901 saylı təcili tibbi yardım vərəqəsinin surətinə əsasən qeyd edilmişdir ki, qəbul-17:55, verilmə-30, getmə-18:25 və qayıtma-18:50, xəstənin ünvanı-H.B.Zərdabi küçəsi, dalan 6, döngə 2, ev 55, X10, diaqnozhəkiməqədər ölüm. Qadın cinsində meyit, şikayətləri, anamnez-həkiməqədər ölüm, qasın cinsində meyit, üzərində zorakı əlamətlər yoxdur, nəbzi əllənmir, təzyiqi ölçülmür, bəbəklər genəlmişdir, işığa qarşı reaksiya yoxdur, tənəffüs kəsilmişdir, mərkəzi arteriyalarda puls yoxdur, həkim-Xəlilov Ramin, orta tibb bacısı-E.Səmədov, sürücü-S.Ağayev. - 2074880007273 nömrəli, 09.10.2020-ci il tarixli X2 ərizəsinə (Bakı şəhəri 29 saylı notariat ofisinin xüsusi notariusu X7 tərəfindən təsdiq edilmişdir, reyestrdə 8İ- 7273 nömrəsi ilə qeyd edilmişdir) əsasən qeyd edilmişdir ki, 06.12.2018-ci il tarixində, Abşeron rayonu, Xırdalan şəhəri, Koroğlu küçəsi, ev 148 A ünvanında əri İddiaçı evində anası 12.03.1934-cü il təvəllüdlü X9 onun gözləri qarşısında ürək tutmasından vəfat etmişdir, Səlyan şəhər qəbirstanlığında dəfn edilmişdir. - 2074880007272 nömrəli, 09.10.2020-ci il tarixli X8 ərizəsinə (Bakı şəhəri 29 saylı notariat ofisinin xüsusi notariusu X7 tərəfindən təsdiq edilmişdir, reyestrdə 8İ- 7272 nömrəsi ilə qeyd edilmişdir) əsasən qeyd edilmişdir ki, 06.12.2018-ci il tarixində, Abşeron rayonu, Xırdalan şəhəri, Koroğlu küçəsi, ev 148 A ünvanında qayını İddiaçı evində anası 12.03.1934-cü il təvəllüdlü X9 onun gözləri qarşısında ürək tutmasından vəfat etmişdir, Səlyan şəhər qəbirstanlığında dəfn edilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır. Belə ki, iş materiallarında olan Abşeron rayon X1 və X4 Stansiyasının Xəbərdarlıq vərəqəsində “Çağırışın tarixi – 06 dekabr 2018-ci il, xəstənin yanına gəlmə vaxtı – 17:55, ünvan – ünvan 7 Məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarında olan X5 şəxsiyyət vəsiqəsinin surətindən onun ünvan 5 ünvanında yaşayış yeri üzrə qeydiyyatda olduğu müəyyən edilsə də, Təcili və X4 Abşeron rayonu, Xırdalan şəhəri, H.B.Zərdabi küçəsi, dalan 6, ev 55 ünvanına gəlmişdir. Həmçinin, Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə X12 Ərazi Bölmələrini İdarəetmə Birliyi “Abşeron Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsinin 30.11.2020-ci il tarixli, 1915 saylı məktubunda bildirilmişdir ki, 06.12.2018-ci il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri, H.B.Zərdabi küçəsi, dalan 6, ev 55 ünvanında yaşayan X10 üçün saat 17:55-də çağırış qəbul olunduğu qeyd edilsə də, Abşeron rayon X1 və X4 Stansiyasının Xəbərdarlıq vərəqəsində “xəstənin yanına gəlmə vaxtı – 17:55” göstərilmişdir. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, iddiaçının iddia ərizəsində, iddiaçının şəxsiyyət vəsiqəsindəki qeydiyyat ünvanında, şəxslərin verdikləri ərizələrdə Məmmədova Turanın vəfat etməsi ilə bağlı ünvan ünvan 8 rayon X1 və X4 Stansiyasının Xəbərdarlıq vərəqəsində ünvan – ünvan 9yni zamanda Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə X12 Ərazi Bölmələrini İdarəetmə Birliyi “Abşeron Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsinin 30.11.2020-ci il tarixli, 1915 saylı məktubunda bildirilmişdir ki, 06.12.2018-ci il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri, H.B.Zərdabi küçəsi, dalan 6, ev 55 ünvanında yaşayan X10 üçün saat 17:55-də çağırış qəbul olunduğu qeyd edilsə də, Abşeron rayon X1 və X4 Stansiyasının Xəbərdarlıq vərəqəsində “xəstənin yanına gəlmə vaxtı – 17:55” göstərilmişdir. Yuxarıda göstərilən ziddiyyətlərin aradan qaldırılması ilə bağlı iş materiallarında hər hansı sənəd mövcud deyildir. Bu halların araşdırılması, əlavə sənədlərin və izahatların alınması üçün iş yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının şəxsiyyət vəsiqəsində göstərilmiş qeydiyyat ünvanı ilə “Abşeron Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsinin 30.11.2020-ci il tarixli, 1915 saylı məktubunda göstərilmiş ünvan, X2 və X8 ərizələrində göstərilmiş ünvan arasında ziddiyyətlərin olması, həmçinin Xəbərdarlıq vərəqəsində “xəstənin yanına gəlmə vaxtı ilə “Abşeron Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsinin 30.11.2020-ci il tarixli, 1915 saylı məktubunda göstərilmiş çağırış vaxtının eynilik təşkil etməsi birinci instansiya məhkəməsi tərəfindən araşdırmamış və düzgün olmayan nəticəyə gəlmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.7-ci maddəsinə əsasən inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda, inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə, apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər. 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Həmin Məcəllənin 87.9-cu maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. Yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsaslı olduğundan, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 12 yanvar 2021-ci il tarixli, 2-1(112)-1216/2021 nömrəli qərarı ləğv edilərək, iş yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Şərh olunanlara və Azərbaycan Respublikası İPM-in 82, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qərara aldı: Cavabdeh ünvan 1sının apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 12 yanvar 2021-ci il tarixli, 2-1(112)-1216/2021 nömrəli qərarı ləğv edilsin. İddiaçı cavabdeh ünvan 1sına qarşı “X5 06 dekabr 2018-ci il tarixdə vəfat etməsi ilə əlaqədar ölüm haqqında tibbi şəhadətnamənin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş yenidən baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi verildiyi gündən 10 gün müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin (AZ 1025, Bakı şəhəri, Y.Səfərov küçəsi, 14, 1193-cü məhəllə) İnzibati Kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar