Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1238/2020 25.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakimlər Aida Əli qızı Hüseynin sədrliyi və məruzəsi ilə, X6 və X4 ibarət tərkibdə, Nərminə Sahib qızı Murğuzovanın katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X7 Nazirliyinin tabeliyində Dövlət X14 publik hüquqi şəxsinin X10 üzrə Mərkəz Filialına qarşı “pensiyanın yenidən hesablanması” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-622/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən inzibati işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizələrlə Azərbaycan Respublikası Əmək və X7 Nazirliyi yanında Dövlət X12 Xüsusi X3rşı məhkəməyə müraciət edərək, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə əsasən onun əmək pensiyasının yenidən hesablanması və xx.xx.2006-cı il tarixdən xx.xx.2008-ci il tarixədək, yəni iki illik pensiya haqqının indeksasiya etməklə yenidən hesablanıb ona ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1951-ci ildə Lənkəran rayonunda doğulmuşdur. Əmək fəaliyyətinə 1973-cü ildən X11 başlamış, 2013-cü ilə kimi dənizdə ağır şəraitli işlərdə çalışmış və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 saylı siyahısı üzrə güzəştli şərtlərlə əmək pensiyasına çıxmaq hüququ qazanmış, yəni 55 yaşında əmək pensiyası hüququna malik olmuşdur. Onun 55 yaşı xx.xx.2006-cı ildə tamam olmuş, həmin tarixdə əmək pensiyasına çıxmalı olduğu halda o, əmək pensiyasının təyin edilməsi üçün DSMF-nin Nizami rayon şöbəsinə 57 yaşında müraciət etmiş və ona əmək pensiyası həmin tarixdən təyin olunmuş və hesablanmışdır. Halbuki, əmək pensiyası buna hüququ yarandığı tarixdən etibarən, yəni yaşı tamam olduğu xx.xx.2006-cı il tarixdən etibarən hesablanmalı idi. Yaşadığı ünvanı dəyişdiyi üçün aidiyyatı üzrə DSMF-nin Nəsimi rayon şöbəsinə müraciət edərək, iki illik pensiya haqqının ödənilməsini xahiş etmişdir. Cavabdeh orqan bundan imtina edərək, imtinanın səbəbləri kimi onun xx.xx.2008-ci ildə pensiya üçün müraciət etdiyini, həmin tarixdə qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən Nazirlər Kabinetinin 2 №-li siyahısı üzrə güzəştli şərtlərlə pensiyaya çıxmaq üçün kişilər üçün yaş həddi 57 yaş müəyyən edildiyindən, ona 57 yaşı tamam olduğu tarixdən pensiya təyin edildiyini göstərmişdir. Halbuki 25 illik ümumi əmək stajını 1998-ci ildə qazanmışdır və həmin stajın hamısı ağır şəraitli işlərdə fəaliyyət göstərməyi ilə bağlıdır. Bakı İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2-1(112)-622/2020 saylı qərarı ilə iddia təmin edilmiş, İddiaçı əmək pensiyasının “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə əsasən yenidən hesablanaraq, xx.xx.2006-cı il tarixdən xx.xx.2008-ci il tarixədək olan dövr üçün ona ödənilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və X7 Nazirliyi yanında Dövlət X14 X10 idarəsinə həvalə edilməsi qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh ondan apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Apelyasiya şikayətinin dəlilləri: Apelyasiya şikayətinin dəlillərinə görə, “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsindəki “əvvəllər qüvvədə olmuş” ifadəsində məqsəd “xx xxxxxx 2006-cı ilədək qüvvədə olma”dır. “Vətəndaşların pensiya təminatı haqqında” qanunun xx.xx.2006-cı ilədək qüvvədə olan redaksiyasında müvafiq pensiya yaşı artıq 57 yaş idi. Dolayısı ilə, ƏPQ-nin 9.8-ci maddəsinin tətbiqi halında, “Vətəndaşların pensiya təminatı haqqında” qanunun xx xxxxxx 2006-cı ilədək olan redaksiyası əsas götürülə bilər. Başqa sözlə, ƏPQ-nin 9.8-ci maddəsi özündən əvvəlki qanunvericiliyin müvafiq dəyişikliklərinin də diqqətə alınmalı olmasını nəzərdə tutmur. Məhkəmə mümkünlüklə bağlı məsələyə hüquqi qiymət verməyib. İddiaçı əslində pensiyanın yenidən hesablanmasını deyil xx.xx.2006-cı ildən təyin edilməsini tələb edir. Yəni qaldırılan iddia, öhdəliyin icrası deyil, məcburetmə haqqındadır. Lakin nəzərə alınmalıdır ki, pensiyanın təyin edilməsi haqqında qərar inzibati aktdır. Əgər iddiaçı ona pensiya təyin edilməsi haqqında inzibati orqanın 2008-ci il tarixli qərarı ilə razı deyildisə, onda bu halı mübahisələndirə bilərdi. Həmin qərar qəbul edilən tarixdə bu məsələlər MPM-in 27-ci fəsli ilə tənzimlənirdi. MPM-in 298-ci maddəsində hüququ pozulduğunu iddia edən şəxsə bu barədə məhkəmədə iddia qaldırmaq üçün 1 aylıq müddət tanınmışdı. İddiaçının bu müddətdə iddia qaldırmadığında tərəddüt yoxdur. Göründüyü kimi, qüvvəyə münmiş və mübahisələndirilməmiş inzibati aktın/iddiaçıya pensiya təyin edilməsi haqda qərarın mövcudluğuna baxmayaraq, inzibati orqanın üzərinə təkrarən yeni inzibati aktın qəbulu vəzifəsi qoyula bilməz. Hazırkı iddia qaldırılan tarixə qədər iddiaçı pensiya təyin edilməsi haqqında 2008-ci il tarixli qərarı mübahisələndirilmədiyindən, həmin inzibati akt qüvvədə olduğundan və onun mübahisələndirilməsi üçün müddət bitdiyindən iddia bu tələbə münasibətdə mümkün sayılmamalıdır. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apelyasiya şikayətinə etiraz edib məhkəmə kollegiyasına iddianın dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək ona xx.xx.2006-cı il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və xx.xx.2006-cı il tarixdən xx.xx.2008-ci il tarixədək olan dövr üçün yaranacaq məbləğ fərqinin birdəfəyə ona ödənilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və X7 Nazirliyinin tabeliyində Dövlət X14 publik hüquqi şəxsinin X10 üzrə Mərkəz Filialına həvalə olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, apelyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, iddianın dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilməklə birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İİİ hissəsinin tələbinə görə hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası qanunun: - 3.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər; - 4.1-ci maddəsinə əsasən, “Əmək pensiyaları haqqında” Qanuna uyğun olaraq əmək pensiyasının yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası və ailə başçısını itirməyə görə əmək pensiyası növləri müəyyən edilir. Hazırkı işin hallarından görünür ki, tərəflər arasında yaranmış mübahisə, iddiaçıya 55 yaşının tamam olduğu xx.xx.2006-cı il tarixdən əmək pensiyasının təyin edilməsi və həmin tarixdən xx.xx.2008-ci il tarixədək yaranacaq məbləğ fərqinin ona birdəfəlik ödənilməsi barədədir. Cavabdehin mövqeyi apelyasiya şikayətində göstərilənlərdən ibarətdir. İş materiallarından müəyyən edilir ki, İddiaçı xx.xx.1951-ci ildə Lənkəran rayonunda anadan olmuşdur. 1969-cu ildə SSRİ Dəniz donanması Nazirliyinin Bakı Dənizçilik Məktəbinə qəbul olunmuş və 1973-cü ildə həmin məktəbin “Gəmi güc qurğuları və onların istismarı ixtisası üzrə tam kursunu bitirmişdir. xx.xx.1973-cü il tarixli Əmək kitabçasında qeyd olunmuş məlumatlara əsasən İddiaçı X8: xx.xx.1973-cü ildə Bakı Dənizçilik Məktəbini bitirdikdən sonra Kaspara işə göndərilən üzən heyətə motorçu qəbul edilmişdir. xx.xx.1974cü ildə biliklərin yoxlamasından keçdikdən sonra kom. heyətə keçirilmişdir və təmir mexaniki təyin edilmişdir. xx.xx.1976-cı ildə Nəqliyyat donanması gəmilərində 4-cü mexanik, xx.xx.1979-cu ildə Nəqliyyat donanması gəmilərində 3-cü mexanik təyin olunmuş, xx.xx.1980-ci ildə öz xahişi ilə işdən azad edilmişdir. xx.xx.1980-ci ildə X9 Cənub rayon idarəsi 736 saylı gəmiyə növbə mexaniki vəzifəsinə, xx.xx.1986-cı ildə SLV 363 baş mexanik vəzifəsinə qəbul edilmişdir. Neft-Sənaye Nazirliyinin xx.xx.1988-ci il tarixli 220 saylı əmrinə əsasən X9 Cənub rayon İdarəsi Xəzər neft donanması İdarəsinin sualtı texniki işlər və dəniz nəqliyyatı Cənub istismar dəstəsinə dəyişdirilmişdir. xx.xx.1993-cü ildə Dəniz nəqliyyatı və sualtı texniki işlər üzrə cənub ekspedisiya dəstəsi-X15 Cənub idarəsi adlandırılmışdır. xx.xx.1998-ci il tarixdə “Qaradağ-5” gəmisinə böyük mexanik təyin olunmuş, xx.xx.2003-cü ildə PSK 43-də 2-ci mexanik, xx.xx.2003-cü ildə PSK-43-də böyük mexanik, xx.xx.2005-ci ildə DİLŞ-sinə 12-ci dərəcəli mexanik, xx.xx.2011-ci ildə DTİŞ-nə 13 dərəcəli hamiyəçi-mexanik təyin olunmuşdur. xx.xx.2012-ci ildə əmək müqaviləsinə xitam verilmişdir. xx.xx.2012-ci ildə Abşeron rayon X17 İdarəsinin Texniki istismar şöbəsinə 13-cü dərəcəli hamiyəçi-mexanik vəzifəsinə işə qəbul edilmişdir. xx.xx.2013-cü ildə əmək müqaviləsinə xitam verilmişdir. İddiaçıya xx.xx.2008-ci il tarixdən (57 yaşdan) yaşa görə ömürlük pensiya təyin olunmuş və xx.xx.2020-ci ildən o, ayda 648,89 manat məbləğində pensiya alır. Cavabdeh xx.xx.2019-cu il tarixli imtinasını onunla əsaslandırmışdır ki, “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun xx xxxxxx 1997-ci il tarixə qüvvədə olmuş müvafiq maddəsinə əsasən kişilər 25 il ümumi və bu stajın ən azı 12 il 6 ayı olan hissəsi ağır və zərərli şəraitdə işlədiyi halda 55 yaşı tamam olduğu tarixdən güzəştli şərtlə 2 №-li siyahı ilə pensiyaya çıxmaq hüququna malik idilər. Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanına uyğun olaraq xx xxxxxx 1997ci il tarixdən vətəndaşların istər yaşa görə istərsə də güzəştli şərtlə pensiya yaşları ildə 6 ay olmaqa 2 il uzadılmışdır. Müraciətçi xx.xx.2008-ci il tarixdə pensiyaya çıxmaq üçün müraciət etdiyindən həmin tarixdə qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən 2 №-li siyahı ilə kişilərin yaş həddi 57 yaş qeyd olunduğundan düzgün olaraq 57 yaşı tamam olduğu tarixdən ona 2 №-li siyahı ilə əmək pensiyası təyin edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. xx xxxxxx 2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 1-ci abzasının “b” yarımbəndinə əsasən, əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər - 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. Qeyd olunan Qanuna Azərbaycan Respublikasının xx.xx.1997-ci il tarixli 321-İQD nömrəli Qanunu ilə edilmiş dəyişikliyə əsasən həmin maddədə (13-cü maddədə) nəzərdə tutulan yaş hədləri 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılır. Yuxarıda qeyd olunan normaların məzmununa uyğun olaraq, iddiaçıya 55 yaşdan güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi üçün iddiaçının 1997-ci ilin avqustun 1-dək 25 il ümumi iş stajı, 12 il 06 ay xüsusi iş stajı olmalıdır. Hüquq münasibətlərinin yarandığı dövrdə qüvvədə olmuş xx.xx.1992-ci il tarixli “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinin 1-ci bəndinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmin Qanunun 67-ci maddəsinə əsasən ....g) ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoruntada və klinik ordinaturada təhsil müddəti ümumi iş stajına daxil edilir. Göründüyü kimi, iddiaçının təhsil dövrü (1969-1973-cü illər) də nəzərə alınmaqla xx.xx.1997-ci il tarixədək (xx.xx.1973-ci ildən xx.xx.1980-cı ilədək və xx.xx.1980-cı ildən xx.xx.1997-ci ilədək, cəmi 23 il 6 ay 19 gün) 25 ildən artıq ümumi iş stajının mövcud olması iş materialları ilə öz təsdiqini tapmışdır. Bundan əlavə, iddiaçının qeyd olunan dövrlərdə işlədiyi vəzifələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərinin” 2 nömrəli siyahısında- XXVİİİ Nəqliyyat (kod 23000000) fəslinin, Dəniz və çay donanması (kod 23003000) adlanan 3-cü bəndində 23003020—23484 (mexaniklər, onların köməkçiləri, baş və böyük mexaniklər) kodu ilə nəzərdə tutulmuşdur. xx.xx.1951-ci il təvəllüdlü iddiaçının 55 yaşı xx.xx.2006-cı il tarixdə tamam olmuşdur. Hazırkı iş üzrə cavabdeh inzibati orqan iddiaçıya həmin staj əsasında əmək pensiyası təyin etmiş (57 yaşdan), lakin onun 55 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun olmamasını bildirərək, xx.xx.2006-cı il tarixdən qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinin tələblərini nəzərə almamışdır. Eyni zamanda işdən görünür ki, iddiaçının tələbində qeyri-dəqiqliyə yol verilmişdir. Belə ki, iş materiallarından da görünür ki, iddiaçı cavabdeh tərəfindən ona təyin edilən pensiya məbləğini mübahisələndirməmişdir. İddiaçının tələbi ona xx.xx.2006-cı il tarixdən xx.xx.2008-ci il tarixə qədər olan dövrdə ödənilməmiş pensiya məbləğinin ödənilməsidir. İddiaçıya xx.xx.2006-cı il tarixdən pensiya təyin edilməli olduğu və xx.xx.2006-cı il tarixdən xx.xx.2008-ci il tarixədək yaranacaq məbləğ fərqinin ödənilməli olduğu, həmçinin cavabdeh inzibati orqanın adında dəyişiklik olduğu nəzərə alınaraq məhkəmə kollegiyasının iclasında iddiaçıya hüquqi yardım edilərək, iddia tələblərini dəqiqləşdirmək təklif edilmiş və iddiaçı məhkəmə kollegiyasına iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, ona xx.xx.2006-cı il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini və xx.xx.2006-cı il tarixdən xx.xx.2008-ci il tarixədək olan dövr üçün yaranacaq məbləğ fərqinin birdəfəyə ona ödənilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və X7 Nazirliyinin tabeliyində Dövlət X14 publik hüquqi şəxsinin X10 üzrə Mərkəz Filialına həvalə olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Ərizənin icraata qəbulu ilə əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, AR İPM-in 13-cü maddəsinə əsasən, məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. “Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxxxx 2014-cü il tarixli qərarına əsasən, Konstitusiya Məhkəməsinin Plenumu inzibati icraatın spesifik xüsusiyyətlərinə əsaslanaraq, İPM-in 13-cü maddəsində nəzərdə tutulan məhkəmənin qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılması, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsi, natamam faktiki məlumatların tamamlanması, işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunması ilə bağlı proses iştirakçılarına yardım etməsini müəyyən edən müddəaların inzibati apelyasiya icraatında tətbiqini istisna etmir. Lakin həmin maddənin “yanlış iddia növlərinin münasibləri ilə əvəz olunması” müddəasının inzibati apelyasiya icraatında tətbiq edilməsi isə yol verilməzdir. Məhkəmə kollegiyası ərizədə edilən dəyişikliyin iddianın növünə təsir etmədiyini nəzərə alaraq, ərizəni məhkəmənin icraatına qəbul etmişdir. Cavabdehin apelyasiya şikayətinin dəlillərinə münasibətdə kollegiya qeyd edir ki, xx.xx.2006-cı il tarixədək qüvvədə olan “Vətəndaşların pensiya təminatı haqqında” qanunun 13-cü maddəsində nəzərdə tutulan yaş hədləri Azərbaycan Respublikasının xx.xx.1997-ci il tarixli 321-İQD nömrəli Qanunu ilə edilmiş dəyişikliyə əsasən həmin maddədə (13-cü maddədə) nəzərdə tutulan yaş hədləri 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılması nəzərdə tutulmuşdur. İddiaçının isə həmin tarixədək artıq 25 il iş stajı olmuş, onun 12 il 6 ay əmək şəraiti zərərli və ağır olan işlərlə bağlı olmuşdur. Apelyasiya şikayətinin digər dəlilinə münasibətdə isə kollegiya qeyd edir ki, “Əmək pensiyaları haqqında” qanunun: - 31.1-ci maddəsinə əsasən, əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən heç bir müddət məhdudiyyəti olmadan istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər; -32.1-ci maddəsinə əsasən, yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında əmək pensiyası hüququnun yarandığı gündən ömürlük təyin edilir. Maddələrin tələblərinə görə, yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında hüququnun yarandığı gündən təyin edilməli və əmək pensiyası müddətdən asılı olmayaraq həmin gündən hesablanıb ödənilməlidir. Yəni cavabdeh inzibati orqanın qanunun tələblərinə uyğun olmadan iddiaçıya xx.xx.2008-ci il tarixdən pensiya təyin etməsinin iddiaçının istəyindən asılı olmadığı üçün həmin tarixdən pensiyanın təyin edilməsi barədə aktın mübahisələndirib-mübahisələndirməməsi də heç bir əhəmiyyətə malik deyil. Sadalanan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməli, iddia tələbi təmin edilməli, İddiaçı xx.xx.2006-cı il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməli və xx.xx.2006-cı il tarixdən xx.xx.2008-ci il tarixədək olan dövr üçün yaranacaq məbləğ fərqinin birdəfəyə ona ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və X7 Nazirliyinin tabeliyində Dövlət X14 publik hüquqi şəxsinin X10 üzrə Mərkəz Filialına həvalə olunmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdehin apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2-1(112)-622/2020 saylı qərarı dəyişdirilsin. İddia təmin edilsin. İddiaçı xx.xx.2006-cı il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi, xx.xx.2006-cı il tarixdən xx.xx.2008-ci il tarixədək olan dövr üçün yaranacaq məbləğ fərqinin birdəfəyə ona ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və X7 Nazirliyinin tabeliyində Dövlət X14 publik hüquqi şəxsinin X10 üzrə Mərkəz Filialına həvalə olunsun. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına Bakı Apelyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər. Hakim: Aida Hüseyn
Məhkəmə qərarları › İş №2-1(103)-1238/2020
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1238/2020
25.08.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver