Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1239/2020 09.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nuriyeva Afaq Bayram qızı (sədrlik edən və məruzəçi), Ağayev Valeh Məmməd oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, X5 oğlunun katibliyi ilə, üçüncü şəxs “Bolluq” İstehlak Kooperativinin nümayəndəsi və vəkili X3 iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinə, üçüncü şəxslər “Bolluq” İstehlak Kooperativinə və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə qarşı sərəncamın və ayrıc aktının iddiaçıya məxsus əmlakın yerləşdiyi torpaq sahəsinə aid hissədə ləğv edilməsi tələbinə dair inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2-1(112)-157/2020 saylı qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı MMC cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinə, üçüncü şəxslər “Bolluq” İstehlak Kooperativinə və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhər İcra hakimiyyəti başçısının xx.xx.2014-cü il tarixli, 627 saylı sərəncamının və onunla bağlı Bakı şəhər İcra hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş idarəsinin (bundan sonra mətndə BŞİH-in Memarlıq və Şəhərsalma Baş idarəsi) xx.xx.2015-ci il tarixli, 15/73 saylı ayrıc aktının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. xx.xx.2019-cu il tarixdə iddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 54-cü maddəsinə sasən məhkəməyə iddia ərizəsinə əlavə təqdim edərək, Bakı şəhər İcra hakimiyyəti başçısının xx.xx.2014-cü il tarixli, 627 saylı sərəncamı və onunla bağlı BŞİH-in Memarlıq və Şəhərsalma Baş idarəsinin xx.xx.2015-ci il tarixli, 15/73 saylı ayrıc aktının “xxxxxxx” MMC-yə məxsus əmlakın yerləşdiyi torpaq sahəsinə aid hissədə ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsin 2-1(81)-3103/2019 aylı iş üzrə qəbul etdiyi xx xxxxxxxx 2019-cu il tarixli qərardadı ilə İddiaçı MMC-nin iddiasının iddia müddətinin ötürülməsi əsası ilə mümkün sayılmaması qərara alınmışdır. Qərardaddan iddiaçı apelyasiya şikayəti vermiş və Bakı Apelyasiya Məhkəməsinin 2- 1(103)-2599/2019 saylı xx xxxxxxx 2019-cu il tarixli qərardadı ilə İddiaçı MMC-nin apellyasiya şikayəti təmin edilərək, 1 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 2-1(81)-3103/2019 nömrəli qərardadının ləğv edilməsi, işin müvafiq prosessual hərəkətlərin edilməsi üçün 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Bakı İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2-1(112)-157/2020 saylı qərardadı ilə iddia tələbinin mümkün sayılmaması qərara alınmışdır (hakim N.Abiyev). Həmin qərardaddan narazı qalan iddiaçı apellyasiya şikayəti vermişdir. İddiaçı MMC verdiyi apellyasiya şikayətində göstərmişdir ki, Binəqədi Rayon İcra Hakimiyyətinin başçısının xx.xx.1995-ci il tarixli, 109 saylı sərancamı ilə torpaq sahəsi "İddiaçı" MMC-nin istifadəsinə verilmişdir. Binəqədi Rayon İcra Hakimiyyətinin başçısının sərəncamında firmanın adı texniki səhv nəticəsində "Lamiyə” firması kimi qeyd edilmişdir. Əgər "Lamiyə” və "İddiaçı" MMC ayrı-ayrı hüquqi şəxslər olsaydı bu məsələ ortaya çıxardı və bu məsələ ilə bağlı başqa bir şəxs tərəfindən iddia qaldırılardı. Lakin belə bir hal olmayıb və 1997-ci ildə Bakı şəhər İcra Hakimiyyətinin Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən (keçmiş "BTİ", hazırkı DƏDRX) həmin tikiliyə aid texniki pasportda və bütün sonrakı sənədləşmələrdə də Şirkətin adı "İddiaçı” MMC kimi qeyd edilmişdir. 1997-ci ildə məlum əmlakla bağlı "İddiaçı" MMC-nin adma verilmiş texniki pasport "İddiaçı” MMC-nin əmlak hüququnu təsdiq edən sənəd kimi qəbul edilməlidir. Əvvəla qanunvericiliyə əsasən texniki pasport texniki məzmundan əlavə hüquqi bir status da daşıyır. Belə ki, "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Qanunun 6.1.1-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı ilə bağlı hərəkətlərə daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə çıxarışın təqdim olunması ilə yanaşı həm də daşınmaz əmlaka dair texniki sənədlərin (pasport və plan ölçü) verilməsi daxildir. Yəni texniki pasport da əmlak hüquqlarının dövlət qeydiyyatının hüquqi bir parçasıdır. Hazırkı qanunvericilikdə 1997-ci ildə verilmiş texniki pasportun hüquqi sənəd kimi qəbul edilməsi təcrübəsi mövcuddur. Belə ki, Azərbaycan Respublikası Prezidentinin "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı"nın təsdiq edilməsi barədə” xx.xx.2015-ci il tarixli fərmanının 2.4-cü bəndinə əsasən üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış yaşayış evinin torpaq sahəsinə münasibətdə texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1- dək tərtib olunmuş texniki pasport mülkiyyət hüququnun qeydiyyatı üçün əsas hesab olunur. Qeyd olunan norma analogiya üzrə bu hala da aid edilə bilər. Bundan başqa təqdim edilən sənədlərdən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mkr. 1260-cı keçid, 3123-cü məhəllədə yerləşən obyektin inşası vəistismarı bütün dövlət orqanları, o cümlədən Fövqəladə Hallar Nazirliyi, Səhiyyə Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi? Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və digər orqanlarla rəsmən razılaşdırılmışdır. Həmin sənədlərdə də şirkətin adı "İddiaçı" MMC kimi qeyd edilmişdir.Qeyd edilənlərə müqayisəli şəkildə nəzər saldıqda 1995-ci il tarixli sərəncamda firmanın adının "Lamiyə” kimi qeyd edilməsinin texniki səhv olması öz təsdiqini tapır və bunun mübahisə predmətinə çevirilməsi mümkünsüzdür. Bütün digər sənədlərdə şirkətin adı düzgün şəkildə "İddiaçı” MMC kimi göstərilmişdir.Hazırda "İddiaçı" MMC 1995-ci il sərəncamındakı texniki səhvin düzəldilməsi üçün Binəqədi Rayon İcra Hakimiyyətinə müraciət etmişdir. İH-dən düzəliş ediləcəyini bildirmişlər.Ona görə də hesab edir ki, bu iddianın mümkünsüz hesab edilməsi əsassız və qanunsuzdur. İddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini, iddia tələbinin mümkün sayılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında çıxış edən üçüncü şəxs “Bolluq” İstehlak Kooperativinin nümayəndəsi və vəkili X6 apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək, onun təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı MMC, cavabdeh Bakı Şəhər İcra Hakimiyyəti və üçüncü şəxs Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də, onların nümayəndələri məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan tərəflərin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq qərarın qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, işdə iştirak edən üçüncü şəxsin nümayəndəsi və vəkilinin çıxışını dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, iş materiallarını araşdıraraq, apellyasiya şikayətinin təmin edilməsi nəticəsinə gəlir. İş materiallarından görünür ki; hüquqi ünvanı ünvan 1 olan İddiaçı istehsalat kommersiya firması xx xxxxxxxx 1993cü ildə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən hüquqi şəxs kimi dövlət qeydiyyatına alınmışdır (xx.xx.1997-ci il tarixdə dublikatı verilmiş Hüquqi şəxsin dövlət qeydiyyatı haqqında 3053 №li şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surəti). xx xxx 2012-ci ildə Azərbaycan Respublikası Vergilər Nazirliyi Bakı şəhər X1 Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsi tərəfindən ********** №li qeydiyyat nömrəsi ilə qeydiyyata alınmış İddiaçı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən xx xxxxxxxx 1993-cü il tarixində qeydiyyata alınmış və 3053 nömrəli qeydiyyat şəhadətnaməsi verilmiş İddiaçı İKF-nin hüquqi varisidir. Cəmiyyətin hüquqi ünvanı ünvan 1-dur (İddiaçı MMC-nin xx xxx 2012-ci il tarixli nizamnaməsinin (yeni redaksiyada) notarial qaydada təsdiq olunmuş surəti). Binəqədi rayon xalq deputatları soveti icraiyyə komitəsinin xx xxxxxx 1991-ci il tarixli 21/544 №li qərarı ilə “Bakı-İnvest” birgə müəssisəsinə Bakı şəhəri, 7-ci mikrorayon, S.S.Axundov küçəsi ilə Xarici dairəvi küçələrinin kəsişməsində iaşə obyektinin (pavilyon) quraşdırılmasına icazə verilmişdir (Binəqədi rayon XDS İK-nin xx.xx.1991-ci il tarixli 21/544 saylı qərarının notarial qaydada təsdiq olunmuş surəti). “Lamiyə” firması xx.xx.1995-ci il tarixli 05 saylı məktubla Binəqədi rayon İcra hakimiyyətinə müraciət edərək, “Bakı-İnvest” birgə müəssisəsinin nəzdində olan 7-ci mkirorayon, S.S.Axundov küçəsi ilə Xarici-dairəvi küçəsinin kəsişdiyi yerdə yerləşən, istifadəsiz qalmış tikilinin onların istifadəsinə verilməsini xahiş etmişdir. “Bakı-İnvest” birgə müəssisəsi bu barədə “Lamiyə”xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx xx“Müəssisələr haqqında” Qanunun 9-cu maddəsi nəzərə alınmaqla “Bakı-İnvest” birgə müəssisəsinə məxsus 7-ci mikrorayon, S.S.Axundov küçəsi ilə Xarici-dairəvi küçəsinin kəsişdiyi yerdə yerləşən tikilinin “Lamiyə” firmasının istifadəsinə verilməsi qərara alınmışdır (“Bakı-İnvest” birgə müəssisəsinə məxsus tikilinin “Lamiyə” firmasının istifadəsinə verilməsi haqqında Binəqədi rayon İcra hakimiyyəti başçısının 109 №li xx.xx.1995-ci il tarixli sərənamının notarial qaydada təsdiq olunmuş surəti). Azərbaycan Respublikası Bakı şəhər İcra hakimiyyəti başçısının X2 və mülkiyyət hüquqlarının qeydiyyatı idarəsi tərəfindən İddiaçı firmasının adına Binəqədi rayon İcra hakimiyyətinin xx.xx.1995-ci il tarixli 109 saylı sərəncamına əsasən Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, S.S.Axundov və Xarici dairəvi küçələrinin kəsişməsində yerləşən ümumi sahəsi 90,7 kv.metr olan qeyri-yaşayış sahəsinə dair texniki pasport tərtib olunmuşdur (xx.xx.1997-ci il tarixdə tərtib edilmiş texniki pasport). İddiaçı MMC-nin adına Bakı şəhərində qeydiyyatdan keçmiş daşınmaz əmlak aşkar edilməmişdir. İddiaçı MMC-nin adına xx.xx.1997-ci il tarixdə tərtib edilmiş texniki pasport idarənin arxivində mövcuddur (Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi idarəsinin **********64 №li xx.xx.2019-cu il tarixli məktubu). “Bolluq” istehlak kooperativinin xx.xx.2014-cü il tarixli 01 saylı müraciəti nəzərə alınaraq, Bakı şəhər İcra hakimiyyətinin xx.xx.1997-ci il tarixli 354 saylı sərəncamı ilə Binəqədi rayonu, 7-ci mikrorayon, 3123-cü məhəllədə bazar tikintisi üçün ayrılmış 0,82 ha və ona bitişik 0,18 ha, ümumilikdə 1,0 ha torpaq sahəsinin icarə əsasında yaşayış binalarının layihələndirilməsi üçün həmin Kooperativin istifadəsinə verilməsi; ərazidə yerləşən qeyri-yaşayış tikililərinin sökülməsi və vəsaitin ödənilməsinin mövcud qanunvericiliyə uyğun olaraq “Bolluq” İK tərəfindən həll edilməsi qərara alınmışdır (Bakı şəhər İcra hakimiyyəti başçısının ““Bolluq” İK-yə ayrılmış torpaq sahəsinin təyinatının dəyişdirilməsi haqqında” 627 №li xx.xx.2014-cü il tarixli sərəncamı). Bakı şəhər İcra hakimiyyəti başçısının xx.xx.2014-cü il tarixli, 627 saylı sərəncamının və onunla bağlı Bakı ŞİH Memarlıq və və Şəhərsalma Baş İdarəsinin xx.xx.2015-ci il tarixli 15/73 saylı ayrıc aktının İddiaçı MMC-yə rəsmi qaydada təqdim olunub-olunmaması, təqdim olunduğu təqdirdə hansı tarixdə təqdim olunması barədə məhkəmənin müvafiq sorğusuna cavab olaraq, Bakı şəhər İcra hakimiyyəti tərəfindən verilmiş 7-572/17 №li xx xxxx 2020-ci il tarixli məktubla xx.xx.2014-cü il tarixli, 627 saylı sərəncamın təsdiq olunmuş surəti məhkəməyə göndərilməklə, qeyd olunan məktubda göstərilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı bəzi məsələlər haqqında” 2019-cu il 19 mart tarixli 597 saylı Fərmanı ilə Bakı şəhər Memarlıq və Şəhərsalma Baş idarəsi Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin tabeliyinə verilmişdir. Binəqədi rayon xalq deputatları soveti icraiyyə komitəsinin “Bakı-İnvest” birgə müəssisəsinə Bakı şəhəri, 7-ci mikrorayon, S.S.Axundov küçəsi ilə Xarici dairəvi küçələrinin kəsişməsində iaşə obyektinin (pavilyon) quraşdırılmasına icazə verilməsinə dair xx xxxxxx 1991-ci il tarixli 21/544 №li qərarının və “Bakı-İnvest” birgə müəssisəsinə məxsus 7-ci mikrorayon, S.S.Axundov küçəsi ilə Xarici-dairəvi küçəsinin kəsişdiyi yerdə yerləşən tikilinin “Lamiyə” firmasının istifadəsinə verilməsi haqqında Binəqədi rayon İcra hakimiyyəti başçısının 109 №li xx.xx.1995-ci il tarixli sərəncamının qüvvədə olubolmaması barədə məlumatın və sərəncamlarla (qərarla) bağlı torpaqayırma sənədlərinin məhkəməyə təqdim olunması barədə məhkəmənin müvafiq sorğusuna cavab olaraq, Bakı şəhər Binəqədi rayon İcra hakimiyyəti tərəfindən surəti məhkəməyə ünvanlanmış 02/09- 11-31/376 №li xx xxxxxx 2020-ci il tarixli məktubla Azərbaycan Respublikası Milli Arxiv İdarəsinə müraciət olunaraq, qeyd olunan sənədlərin məhkəməyə təqdim olunmasının təmin edilməsi xahiş olunmuşdur. Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin Dövlət Arxivinin Bakı filialı tərəfindən məhkəməyə ünvanlanmış 138 №li xx.xx.2020-ci il tarixli məktubda göstərilmişdir ki, keçmiş Kirov rayon XDS İK-nin (indiki Binəqədi RİH) arxiv fondu üzrə xx.xx.1991-ci il tarixli 21/544 saylı qərarı Dövlət Arxivinin Bakı filialında mövcuddur. Dövlət Arxivinin Bakı filialı tərəfindən qeyd olunan məktubla surəti məhkəməyə göndərilmiş xx.xx.1991-ci il tarixli 21/544 saylı qərarın qeyd hissəsində göstərilmişdir ki, qərara sxem, eskiz-layihə əlavə edilməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə əsasən, şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfındən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, hazırki iş üzrə İddiaçı MMC Bakı şəhər İcra hakimiyyəti başçısının xx.xx.2014-cü il tarixli, 627 saylı sərəncamı və onunla bağlı BŞİH-in Memarlıq və Şəhərsalma Baş idarəsinin xx.xx.2015-ci il tarixli, 15/73 saylı ayrıc aktının mübahisələndirilməsinə dair iddia ilə məhkəməyə müraciət etməyə hər hansı subyektiv hüquqa malik deyil və məhkəmə bunu aşağıdakı kimi əsaslandırımışdır. Belə ki, iddiaçının iddia ərizəsində də mübahisəli qeyri-yaşayış sahəsi ilə bağlı istinad etdiyi ““Bakı-İnvest” birgə müəssisəsinə məxsus tikilinin “Lamiyə” firmasının istifadəsinə verilməsi haqqında” Binəqədi rayon İcra hakimiyyəti başçısının 109 №li xx.xx.1995-ci il tarixli sərəncamından müəyyən olunur ki, “Bakı-İnvest” birgə müəssisəsi özünə məxsus olan 7-ci mikrorayon, S.S.Axundov küçəsi ilə Xarici-dairəvi küçəsinin kəsişdiyi yerdə yerləşən, istifadəsiz qalmış tikilinin hazırki iş üzrə iddiaçı qismində çıxış edən İddiaçı MMC-nin (İKF) deyil “Lamiyə” firmasının istifadəsinə verilməsinə yazılı surətdə razılıq vermiş və adıçəkilən sərəncamla da “Bakı-İnvest” birgə müəssisəsinə məxsus 7-ci mikrorayon, S.S.Axundov küçəsi ilə Xarici-dairəvi küçəsinin kəsişdiyi yerdə yerləşən tikilinin İddiaçı MMC-nin (İKF) deyil məhz “Lamiyə” firmasının istifadəsinə verilməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsinin müvafiq sorğusuna cavab olaraq Azərbaycan Respublikası Vergilər Nazirliyinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı idarəsi tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli **********216400 №li məktubda göstərilmişdir ki, İddiaçı MMC-nin qeydiyyat qovluğu araşdırılarkən cəmiyyətin “Lamiyə” firmasının hüquqi varisi olması barədə məlumat aşkar edilməmişdir. İddiaçı MMC Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən xx.xx.1993-cü il tarixdə 3053 nömrə ilə dövlət qeydiyyatına alınmış İddiaçı istehsalat kommersiya firmasının bazasında yaradılaraq, onun hüquqi varisidir. Birinci instansiya məhkəməsinin qənaətinə gğrə məhkəmə iclasında iştirak edən İddiaçı MMC-nin vəkili və nümayəndəsi Vəkil və nümayəndəsi (təsisçisi) X4 ““Bakıİnvest” birgə müəssisəsinə məxsus tikilinin “Lamiyə” firmasının istifadəsinə verilməsi haqqında” Binəqədi rayon İcra hakimiyyəti başçısının 109 №li xx.xx.1995-ci il tarixli sərəncamında nə üçün İddiaçı MMC-nin (İKF) deyil “Lamiyə” firmasının adının qeyd olunduğunu izah edə bilməmiş, İddiaçı MMC-nin (İKF) “Lamiyə” firmasına hər hansı bir aidiyyətinin (bağlılığının) olması, mübahisələndirilən sərəncamda qeyd olunmuş torpaq sahəsinin (tikililərin) İddiaçı MMC (İKF)- yə məxsus olması barədə məhkəməyə heç bir sübut təqdim etməmişlər. Bundan əlavə, Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Başçısının X2 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən İddiaçı MMC-nin adına mübahisəli sahəyə dair tərtib olunmuş texniki pasporta gəldikdə isə, birinci instansiya məhkəməsi qeyd etmişdir ki, daşınmaz əmlaka dair tərtib olunmuş texniki pasport hüquqmüəyyənedici sənəd deyil, texniki sənəd olmaqla texniki göstəriciləri əks etdirən sənəddir, ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaratmır və belə olan halda hazırki iddianın qaldırılması üçün səbəb ola bilməz. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəmə göstərilən əsaslarla iddianı mümkün saymayaraq haqlı olmamışdır. Belə ki, işdə olan AR Dövlət Arxiv Bakı filialının xx.xx.2020-ci il tarixli, 197 saylı məktubuna əlavə edilmiş “Lamiyə” firmasının prezidenti S.İ.Məmmədov tərəfindən Binəqədi rayonu İcra Hakimiyyəti Başçısı İ.Nadirova ünvanlanmış xx.xx.1995-ci il tarixli, 05 saylı məktubunda (İİ cild, i.v. 111) 7-ci mkr., S.S.Axundov küşəsində yerləşən “Baku- İnvest” birgə müəssisəsinin nəzdində olan tikilinin “Lamiyə” firmasının balansına keçməsinə sərəncam verilməsini xahiş etmişdir. Bu barədə “Baku-İnvest” birgə müəssisəndən yazılı surətdə razılığın alınması barədə bildirilmişdir. Həmin məktubun məzmununda tikilinin “Lamiyə” firmasının balansına keçirilməsinə sərəncam verilməsi qeyd edilmiş, “Lamiyə” firmasının prezidenti tərəfindən imzalanması göstərilmiş, lakin məktuba vurulmuş ştamptda və dairəvi möhürdə İddiaçı firmasının adı əks etdirilmişdir və məhkəmə kollegiyası hesab edir ki, qeyd edilənlər texniki səhf kimi qəbul edilməlidir. Məhkəmə kollegiyası onu da qeyd edir ki, sözügedən məktubun Bakı şəhəri, Binəqədi rayon İcra Hakimiyyətinə xx.xx.1995-ci il tarixdə daxil edildiyi görünür və məhz bu məktub əsasında Bakı şəhəri Binəqədi İcra Hakimiyyətinin xx.xx.1995-ci tarixli,109 saylı sərəncamı qəbul edilmişdir. Həmin sərəncam əsasında İddiaçı firmasına xx.xx.1997ci il tarixdə texniki pasport tərtib edilmişdir. İşdən görünür ki, iddiaçı mübahəsələndirmə haqqında iddia ilə - Bakı şəhər İcra hakimiyyəti başçısının xx.xx.2014-cü il tarixli, 627 saylı sərəncamın ləğv edilməsi ilə məhkəməyə müraciət etmişdir. Lakin həmin sərəncamla bağlı iddiaçının subyektiv hüququn həqiqətən də pozulmuş olduğu məhkəmə araşdırılması olmamış, məhkəmə mübahisə predmeti olmayan Binəqədi İcra Hakimiyyətinin xx.xx.1995-ci tarixli, 109 saylı sərəncama qiymət verərək iddianı mümkün saymamışdır. Məhkəmə kollegiyası onu da qeyd edir ki, iddiaçının digər tələbi – sərəncamla bağlı Bakı şəhər İcra hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş idarəsinin xx.xx.2015-ci il tarixli, 15/73 saylı ayrıc aktının ləğv edilməsi barədə qərar qəbul edilməsidir. Lakin birinci instansiya iddia tələblərindən kənara çıxaraq Binəqədi İcra Hakimiyyətinin xx.xx.1995-ci tarixli, 109 saylı sərəncama və həmin sərəncama əsasən verilmiş texniki pasporta qiymət verərək iddianı mümkün saymamışdır. İPM-nin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-nin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Yuxarıda qeyd edilənlərə əsaslanaraq məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli və iş baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilməlidir. İPM-nin 87.7-ci maddəsinə əsasən inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda, inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə, apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər. İPM-in 87.9-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının İPM-in 80, 85, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2-1(112)-157/2020 saylı qərardadı ləğv edilsin və iş baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilsin. Qərardaddan təqdim edildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Afaq Nuriyeva Hakimlər: Valeh Ağayev Aida Hüseyn
Məhkəmə qərarları › İş №2-1(103)-1239/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1239/2020
09.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver