Məhkəmə qərarları › İş №2-1(103)-1239/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1239/2023

23.01.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1239/2023 23.01.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Tağızadə Mirzə Nəsib oğlu və Bəktaşi Səadət İnayət qızından ibarət tərkibdə, Məmmədova Leyla Asəf qızının katibliyi ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “plan-ölçünün tərtib edilməsi və çıxarışın” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 05 noyabr 2022-ci il tarixli, 2-1(81)-784/2019 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D I : İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı Bakı şəhəri, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivində onun adına fərdi yaşayış evi inşa etmək üçün ayrılmış 0,06 ha torpaq sahəsinə aid plan və ölçünün tərtib edilməsi və çıxarışın verilməsi” tələbinə dair iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-784/2019 nömrəli xx.xx.2019-cu il tarixli qərarı ilə iddia təmin edilmiş, Səbail rayon İcra Hakmiyyəti Başçısının 2066 nömrəli xx.xx.1997-ci il tarixli sərəncamına əsasən İddiaçı ayrılmış Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən 600 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq reyestrdən çıxarışın və plan və ölçünün verilməsi vəzifəsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilmişdir. Qərardan cavabdeh apellyasiya şikayəti vermiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibatiiqtisadi Kollegiyasının 2-1(103)-1101/2019 saylı, xx.xx.2019-cu il tarixli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-1101/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qərarı ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-784/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilmişdir. İddiaçı qərardan kassasiya şikayəti vermiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(102)-3316/2019 saylı, 18 dekabr 2019-cu il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-iqtisadi Kollegiyasının 2-1(103)-1101/2019 saylı, xx.xx.2019-cu il tarixli qərarı ləğv edilmiş, iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmiş, kassasiya şikayəti qismən təmin edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-896/2020 nömrəli 04 iyun 2020-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə mühəndis-tikinti ekspertizası təyin edilmişdir. Ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin mütəxəssisi cəlb edilib mütəxəssis rəyi alınmaqla, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə həvalə edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin mütəxəssis rəyinin tərtib edilərək Mərkəzə və məhkəməyə təqdim edilməsi üçün 01/17/201 saylı smetada göstərilmiş 311 manat məbləğində ekspert xərcinin ödənilməsi iddiaçıya təklif edilmişdir. Ekspert rəyi təqdim edildikdən sonra Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-30/2022 saylı 09 mart 2022-ci il tarixli qərarı ilə cavabdehin apellyasiya şikayətini təmin edilməmiş, 1 saylı Bakı İnzibati Məhkəməsinin 2-1(81)-784/2019 saylı 22 fevral 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmış, işin apellyasiya baxışı zamanı keçirilmiş ekspertiza tədqiqatının dəyəri olaraq İddiaçı 50 manat məbləğində ekspertiza xərcinin tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Mərkəzi Eksperizası Mərkəzinin hesabına köçürülməsi qərara alınmışdır Qərardan cavabdeh tərəfindən kassasiya şikayəti verilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-30/2022 nömrəli, 09 mart 2022-ci tarixli qərarı ilə cavabdehin kassasiya şikayəti rədd edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)- 30/2022 saylı 09 mart 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. xx.xx.2022-ci il tarixdə ərizəçi İddiaçı məhkəməyə ərizə təqdim edərək 01/17/201 saylı smetada göstərilmiş 311 manat məbləğində ekspert xərcinin onun xeyrinə ödənilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 05 noyabr 2022-ci il tarixli, 2-1(81)-784/2019 nömrəli qərardadı ilə ərizəçi İddiaçı ərizəsi təmin edilməmişdir. Qərardaddan iddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, onun tərəfindən 311 AZN ödənilməsi barədə qəbzin surəti apellyasiya məhkəməsinə təqdim edilmişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq nümayəndələri məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası apelyasiya şikayətini iş materialları ilə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməlidir. Birinci instansiya məhkəməsinin qərardadı onunla əsaslandırılmışdır ki, “ərizəçi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin mütəxəssis rəyinin tərtib edilərək Mərkəzə və məhkəməyə təqdim edilməsi üçün 01/17/201 saylı smetada göstərilmiş 311 manat məbləğində ekspert xərcinin ödəməsi barədə sübut (qəbz) təqdim etmədiyi üçün onun vəsatəti təmin edilməməlidir. Həmçinin məhkəmə qeyd edir ki, ərizəçi ekspert xərcinin ödəməsi barədə sübut (qəbz) təqdim etdiyi halda onun ərizəsinə yenidən baxıla bilər.” Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı 311 manat məbləğində ekspert xərcinin onun tərəfindən ödənilməsini təsdiq edən hər hansı sübutu birinci instansiya məhkəməsinə təqdim etməsə də, apellyasiya şikayətinə əlavə etmişdir. Belə ki, şikayətə əlavə edilmiş ödəniş qəbzindən müəyyən edilir ki, İddiaçı tərəfindən 311,0 AZN daşınmaz əmlakın kadastrı və xəritərlərin təritibi təyinatı ilə Kadastr və Yerquruluşu Layihə Tədqiqat Mərkəzi MMC-yə ödənilmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməklə, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli və iş iddiaçının ərizəsinə yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.9-cu maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-in 80, 82 və 87-ci maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası Q Ə R A R A A L D İ : İddiaçı apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 05 noyabr 2022-ci il tarixli, 2-1(81)-784/2019 nömrəli qərardadı ləğv edilsin. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “plan-ölçünün tərtib edilməsi və çıxarışın” tələbinə dair inzibati iş iddiaçının “ekspert xərcinin onun xeyrinə ödənilməsinə” dair ərizəsinə yenidən baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar