Məhkəmə qərarları › İş №2-1(103)-1239/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1239/2025

06.03.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1239/2025 06.03.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Tağızadə Mirzə Nəsib oğlu və Nəbizadə Nigar Xeyrulla qızından ibarət tərkibdə, Məmmədova Musayeva Leyla qızının katibliyi ilə, İddiaçı cavabdeh Bakı şəhər Mənzil-Kommunal Təsərrüfat Departamentinə qarşı “mənzil kirayə müqaviləsi bağlanması öhdəliyinin qoyulması” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11161/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsində (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ : İddiaçı cavabdeh Bakı şəhər Mənzil-Kommunal Təsərrüfat Departamentinə qarşı məhkəməyə müraciət edərək Bakı şəhəri Suraxanı rayonu, Yeni suraxanı qəsəbəsi, Zərdabi küçəsi, ev 5, 1 №-li mənzilə dair İddiaçı ilə kirayə müqaviləsinin bağlanması barədə sərəncamın verilməsinə cavabdeh məcbur edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, qeyd olunan ünvan üzrə mənzil kirayəçisi olan X4 (anasının atası-babası) 1953-cü ildə "AZNEFT" istehsalat birliyi tərəfindən verilmişdir. xx.xx.2010cu il tarixdən "AZNEFT" İB "Qum Adası" NQÇİ " X11 Company Limited" şirkəti tərəfindən alınmış və "Qum Adası" NQÇİ-yə aid olan bütün sənədlər SOCAR-ın Arxiv idarəsinə təhvil verilmişdir. X8 Əhmədoviç xx.xx.1981-ci ildə vəfat etdikdən sonra onun anası X2 öhdəliklərini icra etmişdir. X3 xx.xx.2021-ci ildə vəfat etdikdən sonra kirayə öhdəliklərini iddiaçı icra edir. Bu mənzildə 1977-ci ildən doğulduğu gündən bu günə kimi qeydiyyatda olmaqla yaşayır. Mənzilə dair olan order neft şirkəti tərəfindən arxivə verilmədiyindən (neft şirkətin məktubuna əsasən verildiyindən, lakin arxivlərin cavablarına əsasən verilmədiyindən), və diqər arxivlərində (Bakı şəhəri və dövlət Arxivində) olmadığından (hətta Bakı ş. Suraxanı rayon icra hakimiyyətinin arxivində və 3 saylı xüsusi təyinatlı mənzil kommunal təsərrüfatı birliyində və 139 saylı MKİS-də ..cavablar əlavə olunur) olmadığından iddiaçı ilə cavabdeh arasında kirayə müqaviləsinin bağlamasından imtina etmişdir. Beləliklə cavabdeh tərəfindən Azərbaycan Respublikası Qanunvericiliyində (Mənzil məcəlləsi və Az.R. mənzil fondunun Özəlləşməsi...) nəzərdə tutulmuş iddiaçını kirayə müqaviləsinin bağlanmasına və gələcəkdə mənzili özəlləşdirməyə hüquqları pozulur. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11161/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. İddiaçı qərardaddan apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinə uygun əsaslandırılmışdır. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq nümayəndələri məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası apelyasiya şikayətini iş materialları ilə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. İş materiallarında olan: - Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının xx.xx.2018-ci il tarixli məktubunda qeyd edilmişdir ki, SOCAR tərəfindən (Azneft) verilmiş orderlər Dövlət Arxivinin Bakı Filialına təhvil verilməmişdir. - Azərbaycan Respublikası Bakı şəhəri Suraxanı rayonu İcra Hakimiyyətinin 1/1075 nömrəli xx.xx.2018-ci il tarixli məktubunda qeyd edilmişdir ki, X5 Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Zərdabi küçəsi, 5 saylı evin, 1 saylı mənzilinə dair 1952-ci ildən bu günədək olan sənədlərin, orderin, ümümi iclas protokolundan çıxarışın və qərarın surətinin verilməsi barədə ünvanladığı müraciətə Suraxanı rayon İcra Hakimiyyətində baxılmışdır. Bildirilmişdir ki, qeyd olunan illərə dair sənədlər qanunvericiliyə uyğun olaraq Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialına təhvil verildiyindən müraciətinizin həlli imkanları xaricindədir. Həmçinin həmin ünvanda qeydlyyatda olan şəxslər barədə arayışın verilməsi üçün 3 saylı xüsusi təyinatlı MKTB-nin 139 saylı mənzilkommunal istismar sahəsinə müraciət etmək tövsiyə olunur. - SOCAR-ın Baş ofisinin Mərkəzi Arxivinə xx.xx.2018-ci il tarixli məktubunda qeyd edilmişdir ki, SOCAr-ın Baş Ofisinin Mərkəzi X1 verilmiş Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Zərdabi küçəsi, 5 saylı evin 1 saylı mənzilinə dair sənədlər saxlanılmadığından göstərilən ünvanla bağlı hər hansı bir sənədin verilməsi mümkün deyildir. - Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Başçısının Aparatı MənzilKommunal Təsərrüfatı Departamenti 3 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfstı Birliyinin 460 nömrəli xx.xx.2018-ci il tarixli məktubda qeyd edilmişdir ki, Mənzil-Kommunal Təsərrüfatı Departamentindən daxil olmuş, 1952- ci ildə order əsasında X5 verilmiş, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Zərdabi küçəsi 5 saylı evin, 1 saylı mənzilinə dair arxivdə olan sənədlər təqdim olunması ilə əlaqədar sorğuya baxılmışdır. Məlumat üçün bildirilmişdir ki, sözügedən mənzil Azərbaycan Respublikası Nazirlər Kabinetinin Bakı şəhər İcra Hakimiyyətinin və Mənzil-Kommunal Təsərrüfatı Departamentinin müvafiq sərəncamlarına uyğun olaraq 2012-ci ildə 3 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin balansına verilmişdir. Təhvil-təslim zamanı həmin mənzilə dair heç bir hüquqmüəyyənedici sənəd verilmədiyindən xahişi təmin etmək mümkün olmamışdır. - Bakı şəhəri Suraxanı rayonu İcra Hakimiyyətinin xx.xx.2024-cü il tarixli məktubunda bildirilmişdir ki, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, ünvan 2 ünvanı Suraxanı Rayon İcra Hakimiyyətinin balansında olmadığından müraciəti təmin edilməsi RİH-in səlahiyyətləri xaricindədir. - Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin xx.xx.2024-ci il tarixli məktubda qeyd edilmişdir ki, mənzil qanunvericiliyinə uyğun olaraq dövlət mənzil fondu evlərində yaşayış sahəsinin kirayə müqaviləsi, yaşayış sahəsi orderi əsasında bağlanır. Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Zərdabi küçəsi, 5 saylı evin 1 saylı mənzilinin istifadəsinə verilməsi barədə order təqdim edilmədiyindən xahişi təmin etmək mümkün olmamışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır. Belə ki, Azərbaycan Respublikasının Mənzil Məcəlləsindəndən: 48.1. Sosial kirayə müqavilələri əsasında bu Məcəllə ilə və digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara, o cümlədən sosial müdafiəyə ehtiyacı olan aztəminatlı gənclərə dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri verilir. 48.2. Qanunla başqa qayda nəzərdə tutulmayıbsa, dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri sosial kirayə müqavilələri əsasında göstərilən kateqoriyalardan olan vətəndaşlara bu Məcəllədə müəyyənləşdirilmiş qaydada verilir. 62.1. Yaşayış sahəsinin sosial kirayə müqaviləsi dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahəsinin verilməsi haqqında qərara əsasən yazılı formada bağlanır. 62.2. Yaşayış sahəsinin sosial kirayə müqaviləsinin birtipli forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. 93.1. Yataqxanalarda yaşayış sahələri vətəndaşların işlədiyi, xidmət keçdiyi və təhsil aldığı müddət ərzində yaşaması üçün nəzərdə tutulur. 93.2. Yataqxanalar bu məqsədlər üçün xüsusi olaraq inşa edilmiş və yenidən təchiz edilmiş binalar və ya onların hissələrində yerləşir. 93.3. Yataqxanalarda yaşayış sahələri mebel ilə və vətəndaşların orada yaşaması üçün zəruri olan digər əşyalarla təmin edilir. 98.1. Ayrı-ayrı kateqoriyalardan olan vətəndaşların sosial müdafiəsi üçün əvəzsiz istifadə müqavilələri əsasında verilən yaşayış sahələri istisna olmaqla, xüsusi təyinatlı yaşayış sahələri onların mülkiyyətçilərinin (mülkiyyətçilərin adından çıxış edən səlahiyyətli dövlət orqanı və ya bələdiyyələrin) və ya onların səlahiyyətli şəxslərinin qərarları ilə xüsusi təyinatlı yaşayış sahələrinin kirayə müqavilələri əsasında verilir. 98.2. Xüsusi təyinatlı yaşayış sahələri bu Məcəllədə müəyyən edilmiş əsaslarla müvafiq yaşayış məntəqəsində yaşayış sahəsi ilə təmin olunmayan vətəndaşlara verilir. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 04 nömrəli Qərarına əsasən: İnzibati orqanın iştirak etdiyi hüquq münasibətinin inzibati və ya xüsusi hüquqi münasibət olduğunu müəyyənləşdirərkən inzibati orqanın həmin münasibətdə xüsusi hüququn subyekti (mülki dövriyyənin iştirakçısı) kimi iştirak etdiyinin, yaxud hakimiyyət səlahiyyətlərinin subyekti kimi inzibati orqanın yalnız ona xas olan fəaliyyəti həyata keçirdiyinin müəyyən edilməsi vacibdir. Bu zaman ümumi (publik) hüquq sahəsinin ictimai idarəetmə ilə bağlı olması və hakimiyyət səlahiyyətlərinin tətbiq edilməsi ilə müşayiət olunduğu nəzərə alınmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iş üzrə cavabdeh inzibati orqan olsa belə, (digər əsaslarla) mülki hüquqi əqdlərin bağlanması ümumi (publik) hüquq sahəsindəki fəaliyyətindən, yaxud cavabdehin hakimiyyət səlahiyyətlərinin subyekti kimi yalnız ona xas olan fəaliyyəti həyata keçirməsindən irəli gəlmir. Odur ki, binanın balans mənsubiyyəti müəyyən edilən qurum həmin münasibətlərdə (kirayə müqaviləsinin bağlanması) xüsusi hüququn subyekti (mülki dövriyyənin iştirakçısı) kimi iştirak edir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 05 nömrəli Qərarına əsasən: 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. 7.İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında inzibati hüquq münasibətlərindən yaranan mübahisələrə baxıla bilər.

17. Mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Azərbaycan Respublikası İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır Həmin Məcəllənin 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası işin yuxarıda müzakirə edilən hallarına məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanuni olmuş, apellyasiya şikayəti qərardadın ləğvinə əsas verməmiş, bununla əlaqədar olaraq, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-in 82, 87, 90 və 94-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ : Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11161/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küç, 14) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar