Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-124/2020 16.01.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Nağıyeva Elmira Eyvaz qızı və Həmidov Həmid Üzeyir oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, İddiaçı, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X3 Nazirliyi yanında Dövlət X7 Bakı şəhəri Suraxanı rayon şöbəsinə qarşı yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə iddiası üzrə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 2-1(82)-3051/2019 saylı qərarından (hakim Rauf Daşdəmirov) cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında baxaraq МÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X3 Nazirliyi yanında Dövlət X7 Bakı şəhəri Suraxanı rayon şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək xx.xx.1972-ci il tarixdən xx.xx.2000-ci il tarixədək Keşlə Maşınqayırma zavodunda işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi və xx.xx.2019-cu il tarixdən iddiaçıya yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1972-ci ildən xx.xx.2009-cu ilədək “Keşlə Maşınqayırma zavodu”nda işləmişdir. “xxxxxxxxxxxx” maşınqayırma zavodu ASCnin xx.xx.2019-cu i tarixli arxiv arayışına əsasən iddiaçı xx.xx.1972-ci il tarixdən xx.xx.2000-ci il tarixədək “Keşlə maşınqayırma zavodu” nda çalışmışdır. İddiaçı DSMF-nin Suraxanı rayon şöbəsinə əmək pensiyası təyin edilməsi ilə əlaqədar müraciət etmiş, lakin cavabdeh AR DSMF Suraxanı rayon şöbəsinin xx.xx.2019-cu il tarixli **********1 saylı məktubu ilə ona əmək kitabçası olmaması əsası ilə imtina cavabı verilmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 2-1(82)- 3051/2019 saylı qərarı ilə iddia təmin edilərək İddiaçı xx.xx.1972-ci il tarixdən xx.xx.2000ci il tarixədək Keşlə Maşınqayırma zavodunda işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi və ona xx.xx.2019-cu il tarixdən yaşa görə əmək pensiyası təyin edilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikasının Əmək və X3 Nazirliyi yanında Dövlət X4 Suraxanı rayon Şöbəsinə həvalə edilməsi qərara alınmışdır. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini, iddianın rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayətində “Əmək pensiyaları” haqqında Azərbaycan Respublikası Qanununun 3.1.1-ci maddəsinə istinad edilərək qətnamənin əsassız olduğu, iddiaçının xəyali ifadələrinə əsasən qərar qəbul edildiyi qeyd edilmişdir. Cavabdehin nümayəndəsi X5 məhkəmə iclasında apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclaslarında apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir. Məhkəmə izahatları dinləyərək, apellyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli,2 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 2-1(82)-3051/2019 saylı qərarı dəyişdirilməlidir. İş materiallarından görünür ki, iddiaçı xx.xx.1955-ci il tarixdə anadan olmuşdur. Azərbaycan Respublikası Səfəbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Suraxanı rayon İdarəsi tərəfindən verilmiş xx xxxx 2019-cu il tarixli, 306 saylı arayışdan görünür ki, 1955-ci il təvəllüdlü ehtiyatda olan çavuş İddiaçı həqiqətən xx.xx.1974-cü il tarixdən xx.xx.1976-cı il tarixədək sovet ordu sıralarında həqiqi hərbi xidmət keçmişdir. “xxxxxxxxxxxx Maşınqayırma Zavodu” ASC tərəfindən verilmiş xx xxxx 2019-cu il tarixli, 01/96 saylı arxiv arayışdan görünür ki, Keşlə maşınqayırma zavodunun hüquqi varisi “xxxxxxxxxxxx maşınqayırma zavodu” ASC-nin arxiv fondu sənədlərinin 1949-cu il T-2 formasına əsasən xx.xx.1955-ci il təvəllüdlü İddiaçı xx.xx.1972-ci ildən 4 saylı Mexaniki yığma sexində 3-cü dərəcəli tornaçı peşəsinə işə qəbul edilmiş, əmr 413/k, xx.xx.1972-ci il; xx.xx.1974-cü ildə işdən azad edilmiş, əmr 12/k, xx.xx.1974-cü ildən 4 saylı Mexaniki yığma sexində 3-cü dərəcəli tornaçı peşəsinə işə qəbul edilmişdir. Əmr 31/k, xx.xx.1974cü ildə hərbi xidmətə çağırılması ilə əlaqədar işdən azad edilmiş, əmr No 52/k, xx.xx.1976-cı ildən, 4 saylı mexaniki yığma sexində 3-cü dərəcəli tornaçı peşəsinə işə qəbul edilmiş, əmr N2 155/k, xx.xx.1977-ci ildən, 2 saylı mexaniki yığma sexində 3-cü dərəcəlitornaçı; əmr No 260/k; xx.xx.1984-cü ildən, 15 saylı mexaniki təmir sexində 3-cü dərəcəli tornaçı; əmr No 34/k, xx.xx.1988-ci ildən, 1 saylı mexaniki yığma sexində 3-cü dərəcəli tornaçı; əmr No 142/K, xx.xx.1994-cü ildən MYS-də baş mühəndis vəzifəsində çalışmışdır, əmr No 43/k, xx.xx.2000-ci il ildə işdən azad edilmişdir, əmr N 35/k, xx.xx.2000-ci il. İşə apellyasiya qaydasında baxılarkən məhkəmənin sorğusuna əsasən həmin arayışın verilməsinə əsas olmuş arxivdə saxlanılan sənədlərin surətləri (işçinin şəxsi vərəqəsindən çıxarış, əmrlər) məhkəməyə təqdim edilmişdir. İş materiallarından görünür ki, İddiaçı ərizə ilə Azərbaycan Respublikası Əmək və X3 Nazirliyi yanında Dövlət X7 Suraxanı rayon şöbəsinə müraciət edərək yaşa görə əmək pensiyası təyin edilməsini xahiş etmiş, lakin inzibati orqan ərizəyə cavab olaraq xx xxxx 2019-cu il tarixli, **********1 saylı məktubla bildirmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanması qaydalarının 3.1.1-ci maddəsində qanununun qüvvəyə mindiyi günədək sığorta olunanların əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Onun tələb olunan əmək kitabçası olmadığından ərizəsini təmin etmək mümkün olmamışdır. Məhkəmə cavabdeh orqanın iddiaçıya yaşa görə pensiya təyin edilməsindən imtina barədə qərarını və apellyasiya şikayətini əsassız hesab edir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununun 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Həmin qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin qeyd hissəsində göstərilmişdir ki, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Həmin Qanunun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fıziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Həmin Qanunun 21.2-ci maddəsinə əsasən sığorta olunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, aşağıdakı müddətlər daxil edilir:21.2.1.işçinin işəgötürən tərəfindən hesablanmış əmək haqqına məcburi dövlət sosial sığorta haqqı ödənilən hər hansı işinin müddəti;21.2.3.müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında xidmət müddəti; 21.2.11. hərbi xidmət müddəti (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində hərbi xidmət dövrü daxil olmaqla). Həmin Qanunun 31.2-1-ci maddəsinə əsasən sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda bu Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. Hazırda qüvvədə olan ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”nın 3.2.2-ci bəndinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. Həmçinin, iddiaçının işlədiyi dövrdə qüvvədə olmuş xx xxxxxxxx 1992-ci il tarixli "Vətəndaşların pensiya təminatı haqqında" Azərbaycan Respublikasının Qanununun 67-ci maddəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilməsi nəzərdə tutulmuşdu. İşə birinci instansiya qaydasından baxmış məhkəmə iddiaçının 64 yaşının xx.xx.2019-cu ildə tamam olduğunu, onun 25 ildən artıq iş stajı olmasının “xxxxxxxxxxxx Maşınqayırma Zavodu” ASC tərəfindən verilmiş xx xxxx 2019-cu il tarixli, 01/96 saylı arxiv arayışı ilə təsdiq edildiyini nəzərə alaraq iddiaçının yaşa görə əmək pensiyası hüququnun xx.xx.2019-cu ildə yaranması barədə iş üzrə düzgün nəticəyə gəlmişdir. Lakin birinci instansiya məhkəməsi qərarın nəticə hissəsində iddiaçının xx.xx.1972-ci il tarixdən xx.xx.2000-ci il tarixədək Keşlə Maşınqayırma zavodunda işlədiyi illərin sosial sığorta stajına daxil edilməli olduğunu müəyyən edərkən xx.xx.1974-cü ildən xx.xx.1976-cı il tarixədək iddiaçının həmin zavodda işləmədiyini və hərbi xidmətdə olduğunu nəzərə almamışdır. Buna görə də, məhkəmə hesab edir ki, qərarın nəticə hissəsi dəyişdirilərək iddiaçının Keşlə Maşınqayırma zavodunda işlədiyi illər düzgün qeyd edilməlidir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli,2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 2- 1(82)-3051/2019 saylı qərarı dəyişdirilərək İddiaçı xx.xx.1972-ci il tarixdən xx.xx.1974-cü il tarixədək, xx.xx.1976-cı il tarixdən xx.xx.2000-ci il tarixədək Keşlə Maşınqayırma zavodunda işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi və ona xx.xx.2019-cu il tarixdən yaşa görə əmək pensiyası təyin edilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikasının Əmək və X3 Nazirliyi yanında Dövlət X4 Suraxanı rayon Şöbəsinə həvalə edilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 87, 89, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası Əmək və X3 Nazirliyi yanında Dövlət X7 Bakı şəhəri Suraxanı rayon şöbəsininapellyasiya şikayəti təmin edilməsin. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 2-1(82)- 3051/2019 saylı qərarı dəyişdirilərək İddiaçı xx.xx.1972-ci il tarixdən xx.xx.1974-cü il tarixədək, xx.xx.1976-cı il tarixdən xx.xx.2000-ci il tarixədək Keşlə Maşınqayırma zavodunda işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi və ona xx.xx.2019-cu il tarixdən yaşa görə əmək pensiyası təyin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının Əmək və X3 Nazirliyi yanında Dövlət X4 Suraxanı rayon Şöbəsinə həvalə edilsin. Qərardan işdə iştirak edən şəxslərə rəsmi təqdim edildiyi gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına ( ünvan: Bakı şəhəri, Yusif Səfərov küçəsi, 14) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-124/2020
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-124/2020
16.01.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver