Məhkəmə qərarları › İş №2-1(103)-124/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-124/2021

03.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-124/2021 03.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Həmidov Həmid Üzeyir oğlu (sədrlik edən və məruzəçi), Nağıyeva Elmira Eyvaz qızı və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, İddiaçı, Cavabdehin nümayəndəsi və vəkili X4, X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun X2rşı pensiyanın yenidən hesablanması tələbinə dair iş üzrə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)- 1477/2019 saylı, xx xxxxxxxx 2019-cu il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun X2rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2011-ci il tarixdən xx.xx.2018-ci il tarixə qədər həyat yoldaşının əmək pensiyasını yenidən hesablayaraq “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 19.1.7.1-ci maddəsinə əsasən qalıq hissəsini birdəfəlik ödənilməsi tələbinə dair iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının həyat yoldaşı X9 1996-cı il tarixdən əmək pensiyası almışdır. xx xxxxxx 2011-ci il tarixdən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Ərazi üzrə Tibbi Sosial Ekspertiza Komissiyasından müayinədən keçdikdən sonra İ qrup əlil olması qərara alınmışdır. xx xxxx 2016-cı il tarixdən qeyd olunan komissiyanın qərarı ilə Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda İ qrup əlil kimi həyat yoldaşına verilmişdir. 2017-ci ilin yanvar ayından həyat yoldaşı əmək pensiyasının yenidən hesablanması üçün cavabdehə müraciət etmişdir. Cavabdeh öz cavabında bildirmişdir ki, ona əmək pensiyası verilir və ona heç bir əlavə düşmür. Bu işlə bağlı həyat yoldaşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmiş, məhkəmə tərəfindən iddia tələbi təmin edilmişdir. Bakı Apellyasiya Məhkəməsi həmin qərarı qüvvədə saxlamışdır. Lakin, cavabdeh tərəfindən qərar icra olunmamışdır. xx xxxxxx 2018-ci il tarixdə onun həyat yoldaşı X9 xəstəliyi ilə əlaqədar vəfat etmişdir. Ona ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmişdir. “Əmək pensiyaları haqqında” Qanunun 19.2.5-ci maddəsinə əsasən əmək pensiyasını yenidən hesablanaraq və qalıq hissəsinin verilməsi barədə sərəncam verilməsi tələbi ilə xx.xx.2018-ci il tarixdə o, cavabdehə ərizə ilə müraciət etmişdir. Cavabdeh cavab məktubunda bildirmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 19.2.5-ci maddəsində qeyd olunan əlavənin ödənilməsinə dair İdarənin üzərinə hər hansı bir vəzifə qoyulmamışdır. Cavabdeh inzibati orqanın imtinası ilə razılaşmayan iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh orqan iddiaya dair yazılı etiraz vermiş və etirazını onunla əsaslandırmışdır ki, hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin pensiya təminatı ilə bağlı funksiyaların həyata keçirilməsi Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 22 dekabr tarixli 495 və 499 nömrəli Fərmanlarının 2.2 və 4-cü bəndlərinə əsasən 2007-ci il 01 yanvar tarixdən Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fonduna həvalə edilmişdir. Hərbi qulluqçular və xüsusi rütbəli şəxslərin pensiya təyinatı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci və həmçinin 20.14-20.18-ci maddələri ilə tənzimlənir. Belə ki, iddiaçı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 19.2.5-ci maddəsini əsas gətirərək, baza hissəsinə əlavənin faizini tələb etmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 19.2.5-ci maddəsi xx.xx.2017-ci ildə Qanundan çıxarılmışdır. Bakı Apellyasiya Məhkəməsinin İİKnın xx xxxxxxxx 2017-ci il tarixli, 2-1(103)-1722/2017 saylı Qərarı əsasında mərhum Q.Məmmədova xx xxxx 2016-cı il tarixdən təyin edilmiş “Azərbaycan Rspublikasının müdafiəsi zamanı” əlilliyə görə pensiyasının xx xxxxxx 2011-ci ildən tətbiq edilməklə yenidən hesablanması və yaranan fərqin birdəfəlik ödənilməsi İdarəyə həvalə edilmişdir. İddiaçının əri vəfat etdiyinə görə hesab edir ki, xx.xx.2011-ci ildən xx.xx.2018-ci il tarixinədək mərhum əri Qəzənfər Məmmədovun əmək pensiyası yenidən hesablanmalı “Əmək pensiyaları haqqında” Qanunun (bundan sonra ƏPQ) 19.1.7.1-ci maddəsinə əsasən qalıq hissəsi iddiaçıya ödənilməlidir. İddiaçı özü şəxsən “Əmək pensiyaları haqqında” Qanunun əvvəli 19.2.5-ci və ya hazırda qüvvədə olan 19.1.7.1-ci maddəsinə əsaslanmaqla belə bir tələb irəli sürürsə, onda iddiaçının hüququnun olmadığı aşkardır. Çünki hər iki maddə yalnız müharibə əlillərinə aiddir. İddiaçı ailə başçısını itirməyə görə pensiya alır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.17.2ci maddəsi ailə başçısını itirməyə görə pensiyanın hesablanması qaydasını müəyyən edir. Həmin maddəyə əsasən, ailə başçısını itirməyə görə pensiya ailə başçısının təminat xərcliyindən hesablanır. İddiaçının mərhum ərinin əlil kimi aldığı pensiya məbləğinin iddiaçıya ailə başçısını itirməyə görə təyin edilmiş pensiyanın miqdarının müəyyənləşdirilməsində heç bir rol oynamır. Əgər iddiaçı apellyasiya məhkəməsinin qətnaməsi əsasında mərhum Q.Məmmədova hesablanıb ödənilməli olan məbləği tələb edirsə, bu tələbə inzibati icraatda baxıla bilməz. Q.Məmmədovun tələbinin təmin olunması haqqında apellyasiya məhkəməsinin qərarı qüvvəyə mindikdən sonra icraya yönəldilmişdir. İddiaçı, qərarın icrası mərhələsində ərinin hüquqi varisi kimi hüquqlarının pozulduğunu iddia edirsə, onda məhz icra icraatı çərçivəsində bu məsələlərə hüquqi qiymət verilə bilər. İddiaçının bu məsələ ilə bağlı ayrıca iddia qaldırmaq hüququ yoxdur. Cavabdeh qeyd olunanları nəzərə alaraq iddia tələbinin mümkün sayılmamasını xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-1477/2019 saylı, xx xxxxxxxx 2019-cu il tarixli qərarı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun X2rşı pensiyanın yenidən hesablanması tələbinə dair iddiası təmin edilməmişdir. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək iddia ərizəsinə uyğun əsaslandırmış və məhkəmənin həmin qərarının ləğv edilməsini və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2921/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qərarı ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-1477/2019 saylı, xx xxxxxxxx 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. İddiaçı apellyasiya instansiya məhkəməsinin qərarından kassasiya şikayəti verərək qərarın ləğv edilməsini, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 777/2020 nömrəli, xx xxxx 2020-ci il tarixli qərarı ilə iddiaçının kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)- 2921/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qərarı ləğv edilmiş, iş materialları yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Ali Məhkəmənin göstərişi ondan ibarət olmuşdur ki, iş materiallarında iddiaçının ərinə hər hansı növ – yaşa görə, əlilliyə görə və ya sosial pensiya təyin olunması barədə sübut yoxdur. İddiaçının əri pensiyaçı olduğundan və ona təyin olunan pensiyanın məbləği mübahisələndirildiyinə görə məhkəmələr İPM-in 12-ci maddəsinin tələblərinə əməl olunması üçün həmin pensiya işini tələb etməklə iddiaçının dəlillərini araşdırmalı, pensiya işi əsasında ona hansı əsaslarla pensiya təyin olunduğunu müəyyən etməli idi. X3 pensiya işinin əldə olunması üçün sorğu verilməmişdir. Təkrar apellyasiya baxışı zamanı sözügedən pensiya işi tələb olunub, iddiaçıya hansı növ pensiya təyin olunduğu və pensiyanın düzgün hesablandığı araşdırılmalı və nəticəsindən asıllı olaraq qərar qəbul edilməlidir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili apellyasiya şikayətinə etiraz edərək apellyasiya şikayətinin təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Əlavə olaraq izahatında bildirdi ki, iddiaçının mərhum həyat yoldaşı əlilliyə görə pensiyaya çıxmışdır. Tələb olunan əlavələrin hesablanması yaşa görə pensiya alan müharibə veteranlarına şamil edilməlidir. Hazırda iddiaçı ailə başçısını itirməyə görə pensiya alır. Mərhum həyat yoldaşına ödənilməli məbləğin iddiaçıya verilməsi icra icraatı qaydasında vərəsəlik işinin davamı kimi getməlidir. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyərək, apellyasiya şikayətini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. İşin faktiki hallarından görünür ki, İddiaçı xx.xx.1941-ci il tarixində Rusiya Federasiyasında anadan olmuşdur. İddiaçıya xx.xx.2018-ci il tarixdən ailə başçısını itirməyə görə pensiya təyin edilmişdir. 2 saylı Zona TSEK-ın SER TSE-01№121066 saylı arayışına əsasən iddiaçının vəfat etmiş ərinə (X8) xx.xx.2011-ci il tarixdə İ dərəcə əlillik verilmiş, sonradan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti tərəfindən xx xxxx 2016-cı il tarixdə X6 əlilliyinin səbəb əlaqəsi dəyişdirilərək, Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar 1-ci qrup əlillik dərəcəsi müddətsiz verilmişdir. Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2-1(103)-1722/2017 saylı qərarı ilə X8 xx xxxx 2016-cı il tarixdən təyin edilmiş əlilliyə görə pensiyanın xx xxxxxx 2011-ci il tarixdən tətbiq edilməklə yenidən hesablanması və yaranacaq fərqin birdəfəlik ödənilməsi vəzifəsi DSMF-nin Hərbi Qulluqçular və X13 İş İdarəsinə həvalə olunmuşdur. Məmmədov Qəzənfər xx xxxxxx 2018-ci il tarixdə vəfat etmişdir. DSMF-nin Hərbi Qulluqçular və X13 İş İdarəsinin qərarı ilə İddiaçı ailə başçısını itirdiyinə görə əmək pensiyası təyin olunmuş və pensiyanın məbləği 716,48 manat hesablanmışdır. İddiaçı Azərbaycan Respublikası ƏƏSMN yanında DSMF-in X12 İdarəsinə xx.xx.2018-ci il tarixdə müraciət edərək, mərhum ərinə münasibətdə «Əmək pensiyaları haqqında» Qanunun 19.1.7.1-ci maddəsinə əsasən pensiyanın yenidən hesablanmasını xahiş etmişdir. Cavabdeh iddiaçıya xx xxxxxx 2018-ci il tarixli məktubla cavab verərək “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 19.2.5-ci maddəsində qeyd olunan əlavənin ödənilməsinə dair idarənin üzərinə hər hansı bir vəzifə qoyulmadığını bildirmişdir. İddiaçıya cavabdeh inzibati orqanın imtinası ilə razılaşmayaraq hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsi cavabdehin imtinasını qanuni və əsaslı hesab edərək iddia tələbini təmin etməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mahiyyət etibarı ilə düzgün hüquqi qənaətə gəldiyini hesab etmiş və öz mövqeyini aşağıdakı kimi əsaslandırmışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu vətəndaşların əmək pensiayası hüquqlarının əsaslarını, bu hüquqların həyata keçirilməsi və əmək pensiyası təminatı sistemini müəyyən edir. Həmin Qanunun 11.2.1-ci maddəsinə əsasən müharibə əlilləri - əlillik hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən alınmış xəsarət (yaralanma, travma, kontuziya), yaxud cəbhədə olmaqla və ya döyüş əməlliyatları aparılan ölkələrdə beynəlmiləl borcu yerinə yetirməklə bağlı xəstəlik nəticəsində üz verərsə, hərbi qulluqçular sırasından olan əlil kateqoriyasına aid edilirlər. “Əmək pensiyaları haqqında” Qanunun 20.1.6 və 20.1.1-ci maddələrinə əsasən bu Qanunun 20.1.12-ci maddəsində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasına əlavələr təminat xərcliyindəki sonrakı artımlar nəzərə alınmaqla aşağıdakı qaydada müəyyən edilir: İ qrup müharibə əlillərinə (o cümlədən xidməti vəzifələri yerinə yetirərkən əlil olanlara) müvafiq təminat xərcliyinin – 100 faizi, İİ qrup müharibə əlillərinə - 80 faizi, İİİ qrup müharibə əlillərinə - 55 faizi. Həmin Qanunun 20.1.12-ci maddəsinə əsasən bu Qanunun 12.2-ci maddəsində göstərilən hərbi qulluqçara qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilir. Həmin Qanunun 12.2-ci maddəsinə əsasən hərbi qulluqçulara, o cümlədən müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından İ qrup müharibə əlili olan şəxslərə (hərbi rütbələrdən məhrum edilmiş hərbi qulluqçular və digər müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) əlilliyə görə əmək pensiyaları xidmət müddətindən asılı olmayaraq, əlillik hərbi qulluqçuların xidmət etdiyi dövrdə və ya xidmətdən buraxıldıqdan sonra lakin xidmət dövründə alınmış xəstəlik və yaxud xəsarət (yaralanma, travma, kontuziya) nəticəsində üz verdikdə təyin edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 777/2020 nömrəli, xx xxxx 2020-ci il tarixli qərarında apellyasiya instansiya məhkəməsinin qərarının ləğv edilməsinin əsas səbəbi kimi iş materiallarında iddiaçının həyat yoldaşına hansı növ pensiyanın təyin edilməsi barədə sübutun olmaması və məhkəmələr tərəfindən müvafiq sorğu ilə X6 pensiya işinin tələb olunmaması göstərilmişdir. İşin yeni apellyasiya baxışı zamanı məhkəmə tərəfindən xx xxxxxxxx 2020-ci il tarixində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun X12 üzrə Mərkəzi Filialına sorğu ilə müraciət olunmuş və iddiaçının mərhum həyat yoldaşının pensiya işinin məhkəməyə təqdim edilməsi tələb olunmuşdur. xx xxxxxx 2021-ci il tarixində keçirilən məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili tərəfindən pensiya işi məhkəmə kollegiyasına təqdim olunmuşdur. İş materiallarına əlavə edilmiş X6 003258 saylı pensiya isinden gorunur ki, Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və X13 İş Departamentinin xx.xx.2011-ci il tarixli məlumat vərəqinə əsasən X8 yaşa görə pensiya təyin edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin xx.xx.2016-cı il tarixli, 1D2W5LM0001 nömrəli çıxarışına əsasən X8 Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar birinci dərəcəli əlillik təyin edilmiş və Departament tərəfindən təminat xərcliyinin 100 faizi məbləğində əlilliyə görə ömürlük pensiya təyin olunmuşdur. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-563/2017 saylı, xx xxxxx 2017-ci il tarixli qərarı ilə X8 xx xxxx 2016-cı il tarixdən təyin edilmiş (səbəb Azərbaycan Respublikasının müdafiəsi zamanı) əlilliyə görə pensiyanın xx xxxxxx 2007-ci il tarixdən tətbiq edilməklə yenidən hesablanması və yaranacaq pensiya fərqinin birdəfəlik ödənilməsinin Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və X13 İş İdarəsinə həvalə edilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxxxx 2017-ci il tarixli, 2-1(103)- 1722/2017 nömrəli qərarı ilə Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və X13 İş İdarəsinin apellyasiya şikayəti qismən təmin edilmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-563/2017 saylı, xx xxxxx 2017-ci il tarixli qərarı ləğv edilmiş, iddia tələbi qismən təmin edilmiş, iddiaçı X8 xx xxxx 2016-cı il tarixdən təyin edilmiş (səbəb Azərbaycan Respublikasının müdafiəsi zamanı) əlilliyə görə pensiyanın xx xxxxxx 2011-ci il tarixdən tətbiq edilməklə yenidən hesablanması və yaranacaq fərqin birdəfəlik ödənilməsi DSMF-nin Hərbi Qulluqçular və X13 İş Departamentinə həvalə edilməsi qərara alınmışdır. İş materiallarından göründüyü kimi, X9 xx xxxxxx 2018-ci ildə vəfat etdikdən sonra iddiaçıya ailə başçısını itirdiyinə görə pensiya təyin olunmuşdur. İddiaçı hazırkı tələblə xx xxxx 2017-i il tarixədək qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 19.2.5-ci və iddia qaldırılarkən qüvvədə olan 19.1.7.1-ci maddələrinə əsasən vəfat etmiş həyat yoldaşı barəsində olan Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxxxx 2017-ci il tarixli qərarına istinad edərək pensiyasının yenidən hesablanmasını və qalıq hissəsinin birdəfəlik ödənilməsini xahiş etmiş və cavabdeh inzibati orqan onun müraciətinin təmin olunmasından imtina etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının mərhum əri Q.Məmmədovun aldığı pensiya məbləğinin tərkibində “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının əvvəllər qüvvədə olmuş 19.2.5 və 19.1.7.1-ci maddələrinə əsasən hesablanmalı olan əlavələr nəzərdə tutulmuşdur və iddiaçıya 2018-ci ildə mərhum həyat yoldaşının aldığı təminat xərcliyi nəzərə alınmaqla ailə başçısını itirməyə görə pensiya təyin olunmuşdur. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.17.2-ci maddəsinə əsasən ailə başçısını itirməyə görə əmək pensiyası vəfat etmiş ailə başçısının təminat xərcliyinə əsasən hesablanır. Məhkəmə kollegiyası hesab edir ki, işə birinci instansiya məhkəməsi tərəfindən baxılarkən qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 19.1.7.1-ci maddəsi yaşa görə əmək pensiyası alan müharibə əlillərinə (Böyük Vətən müharibəsi əlilləri istisna olmaqla) və müharibə iştirakçıları sırasından olan əlillərə şamil olunurdu. İddiaçının mərhum əri isə əlilliyə görə əmək pensiyası almışdır. Bu səbəbdən də, iddiaçının tələb etdiyi həmin maddənin mərhum ərinin pensiyasına tətbiq edilməsi qanunvericiliyə uyğun deyildir. İddiaçı apellyasiya şikayətinin dəlili kimi xx.xx.2011-ci il tarixdən xx.xx.2018-ci il tarixə qədər həyat yoldaşının əmək pensiyasını yenidən hesablayaraq 19.1.7.1-ci maddəsinə əsasən qalıq hissəsini birdəfəlik ödənilməli olduğunu göstərmişdir. Məhkəmə kollegiyası bununla bağlı izah edir ki, əgər iddiaçı mərhum həyat yoldaşı barəsində olan qərarın icrası mərhələsində ərinin hüquqi varisi kimi hüquqlarının pozulduğunu iddia edirsə, həmin məbləgin verilməsi ilə baglı tələbə inzibati icraat qaydasında deyil, icra icraatı qaydasında baxılıb qiymət verilməlidir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi hüquqi mövqe qanuni və əsaslı olduğundan apellyasiya şikayəti təmin edilmədən, məhkəmənin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-1477/2019 saylı, xx xxxxxxxx 2019-cu il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan, təqdim edildiyi gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına (Bakı şəh.Yusif Səfərov küç.14, 1193-cü məh. AZ1025) Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar