Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-124/2022 11.08.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Hüseynin sədrliyi və məruzəsi ilə, Səadət İnayət qızı Bəktaşi və İlham Əziz oğlu Kərimlidən ibarət tərkibdə, Aytac Mahir qızı Məmmədlinin katibliyi ilə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iş üzrə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 27 sentyabr 2016-cı il tarixli, 2-1(82)-266/2016 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı MMC cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentinə qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentinin xx.xx.2015-ci il tarixli "Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında" **********936154 nömrəli qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi iddia tələbini dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentinin xx.xx.2015-ci il tarixli «vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında» **********936154 nömrəli qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-266/2016 saylı iş üzrə qəbul etdiyi 27 sentyabr 2016-cı il tarixli qərarı ilə iddia qismən təmin olunmuş, Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentinin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətinə cəlb edilməsi haqqında” xx.xx.2015-ci il tarixli, **********9536154 saylı qərarı mənfəət vergisi üzrə 13199,49 manat və ona hesablanmış maliyyə sanksiyası hissəsində, əlavə dəyər vergisi üzrə 687,10632 manat və ona hesablanmış maliyyə sanksiyası hissəsində və mənzil tikintisi üzrə 54419.76 manat və hesablanmış maliyyə sanksiyası hissəsində və ödəmə mənbəyi və ona hesablanmış maliyyə sanksiyası hissəsində ləğv edilmiş, iddia tələbi qalan hissədə təmin edilməmişdir. Cavabdehin apellyasiya şikayətinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 17 aprel 2018-ci il tarixli qərarı ilə cavabdeh Departamentin apellyasiya şikayətinin təmin edilməsi, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 27 sentyabr 2016-cı il tarixli qərarının iddianın təmin edilmiş hissəsində ləğv edilməsi, həmin hissədə iş üzrə yeni qərar qəbul edilməsi, iddia tələbinin həmin hissədə də təmin edilməməsi, qərarın qalan hissədə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2-1(102)- 1978/2018 saylı qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin qərarı ləğv edilmiş, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 25 fevral 2020-ci il tarixli, 2- 1(103)-22/2020 saylı qərarı ilə cavabdehin apellyasiya şikayətinin təmin edilməməsi, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 27 sentyabr 2016-cı il tarixli qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-13/2021 saylı 09 mart 2021-ci il tarixli qərarı ilə cavabdehin kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-22/2020 saylı, 25 fevral 2020-ci il tarixli qərarı mübahisələndirilən hissədə ləğv edilmiş və eyni hissədə təkrar baxılması üçün həmin məhkəməyə göndərilmiş, kassasiya şikayəti qalan hissədə təmin edilməmişdir. Yeni apellyasiya baxışı zamanı İddiaçı MMC-nin direktoru F.Quliyev yazılı ərizə ünvanlayaraq hazırkı iş üzrə vergi borcunun tələbetmə müddəti başa çatdığı üçün tərəflərindən inzibati iddia qaldırıldığından və hazırkı iddia əhəmiyyətini itirdiyindən iddiadan imtina etdiyini bildirmiş və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmasına baxmayaraq, məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası ərizəni və iş materiallarını araşdıraraq hesab edir ki, iddiaçının iddadan imtinası qəbul edilərək iş üzrə icraata xitam verilməlidir. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi inzibati məhkəmə icraatında dispozitivlik prinsiplərini tanımışdır. Həmin Məcəllənin 15.2-ci maddəsində qanunverici inzibati məhkəmə icraatında tərəflərə mübahisəyə baxılmasını barışıq sazişi ilə, iddiaçının iddiadan imtina etməsi ilə, cavabdehin iddianı qəbul etməsi ilə və ya hüquqi mübahisənin nizamlanması barədə müştərək bəyanatla sona çatdırmaq imkanı yaratmışdır. Həmin Məcəllənin 55-ci maddəsində iddiaçının iddiadan imtina etmək hüququ və onun hüquqi nəticələri təsbit edilmişdir: 55.1. Məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər iddiaçı iddiadan imtina etməyə haqlıdır. 55.2. Şifahi məhkəmə baxışında tərəflərin çıxışlarından sonra iddiadan imtina edilməsinə yalnız cavabdehin razılığı ilə yol verilir. 55.4. İddiadan imtina edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna edir. 55.5. İddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Məhkəmənin həmin qərardadından şikayət verilə bilməz. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, İddiaçı MMC-nin iddiadan imtinası qəbul edilməli, iş üzrə icraata xitam verilməlidir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, iddiaçı iddiadan imtina etdiyindən cavabdehin apellyasiya şikayətinin dəlillərinə qiymət verilməsi zərurəti aradan qalxmışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55.5, 80 və 87-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı MMC-nin iddiadan imtinası qəbul edilsin. İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iş üzrə icraata xitam verilsin. İddiaçıya izah olunsun ki, iddiadan imtina edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna edir. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən Aida Hüseyn Hakimlər İlham Kərimli Səadət Bəktaşi
Məhkəmə qərarları › İş №2-1(103)-124/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-124/2022
11.08.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver