Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-124/2025 28.10.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə (Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti və “X11” şirkətinin Azərbaycan Respublikasındakı filialı inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmaqla) qarşı iş üzrə QƏRARİ (Açar sözlər: “torpaq sahəsi və fərdi yaşayış evi üzərində hüquqların qeydə alınması”) Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Şərafət Asif qızı Məmmədova (sədrlik edən və məruzəçi), Ceyhun Bəşir oğlu Məmmədovdan və X1 ibarət tərkibdə, Türkan Kamran qızı Əmənovanın katibliyi, İddiaçı, Üçüncü şəxs Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin nümayəndəsi və vəkili Vəkil, Üçüncü şəxs “X11” şirkətinin Azərbaycan Respublikasındakı filialının nümayəndəsi X3 iştirakları ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2193/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından üçüncü şəxslər Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti və “X11” şirkətinin Azərbaycan Respublikasındakı filialı tərəfindən ayrılıqda verilmiş apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Bakı şəhəri İcra Hakimiyyəti Başçısının xx.xx.1999-cu il tarixli 693 nömrəli sərəncamı ilə Binəqədi rayon İcra Hakimiyyətinin xx.xx.1999-cu il tarixli 25/370 saylı məktubunu və Dövlət Neft Şirkətinin xx.xx.1999-cu il tarixli YC011/239 saylı razılıq məktubunu nəzərə alaraq Binəqədi rayonu, Şamaxı şossesi ilə Binəqədi-Sulutəpə yolunun kəsişdiyi yerin cənub hissəsində Binəqədi Rayon İcra Hakimiyyətinə fərdi yaşayış evlərinin tikintisi üçün 0,8 ha torpaq sahəsi ayrılmışdır.
2. Məhkəmənin sorğusuna cavab olaraq Dövlət Arxivinin Bakı Filialı tərəfindən bildirilmişdir ki, Bakı şəhər İH-nin arxiv fondu üzrə 1999-cu ilə dair arxiv sənədləri, o cümlədən Bakı şəhəri İcra Hakimiyyəti Başçısının xx.xx.1999-cu il tarixli 693 nömrəli sərəncamı Dövlət Arxivinin Bakı filialına təhvil verilməmişdir.
3. Məhkəmənin sorğusuna cavab olaraq Bakı şəhər İcra Hakimiyyəti Başçısının Aparatı tərəfindən bildirilmişdir ki, Bakı şəhəri İcra Hakimiyyəti Başçısının xx.xx.1999-cu il tarixli 693 nömrəli sərəncamına əsas olmuş sənədlər əlavə edilməmişdir. Eyni zamanda bildirilmişdir ki, Bakı şəhəri İcra Hakimiyyəti Başçısının xx.xx.1999-cu il tarixli 693 nömrəli sərəncamının qüvvədə olub-olmaması barədə Bakı şəhər İcra hakimiyyətinin arxivində məlumat aşkar edilməmişdir.
4. Bakı şəhəri İcra Hakimiyyəti Başçısının xx.xx.1999-cu il tarixli 693 nömrəli sərəncamında istinad olunan Dövlət Neft Şirkətinin xx.xx.1999-cu il tarixli YC011/239 saylı razılıq məktubu ilə bağlı məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən bildirilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 1992-ci il 14 noyabr tarixli 312 nömrəli, 1994-cü il 5 aprel tarixli 126 nömrəli və 24 yanvar 2003-cü il tarixli 844 nömrəli Fərmanları ilə ayrıayrılıqda təsdiq edilmiş SOCAR-ın Nizamnamələrinə əsasən, öz balansında olan əmlak barədə sərəncam vermək səlahiyyətinin SOCAR-a məxsus olduğu təsbit edilmişdir. SOCAR- ın strukturuna daxil olan müəssisə və təşkilatların isə sərbəst şəkildə öz balanslarında olan əmlak barəsində sərəncam vermək səlahiyyəti olmamışdır. Əlavə olaraq bildirilmişdir ki, sorğuda qeyd edilən məktub SOCAR-ın Baş ofisinin Mərkəzi Arxivində aşkar edilməmişdir.
5. Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2000-ci il tarixli 658 nömrəli sərəncamı ilə Bakı şəhəri İcra Hakimiyyəti Başçısının xx.xx.1999-cu il tarixli 693 nömrəli sərəncamına əsasən fərdi yaşayış evlərinin tikintisi üçün xüsusi ayrılmış ərazidən, Binəqədi rayon İcra Hakimiyyəti Başçısının 663 saylı xx.xx.1999-cu il tarixli sərəncamı ilə Sulu-Təpə qəsəbəsindən fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 600 kv.m. torpaq sahəsinin vətəndaş İddiaçı adına keçirilməsi və inşaat işlərinin aparılmasına icazə verilməsi qərara alınmışdır. Sərəncama torpaq sahəsinin cizgisi əlavə edilmişdir (Binəqədi rayon İcra Hakimiyyəti Başçısının 663 saylı xx.xx.1999-cu il tarixli sərəncamı və ona əlavə edilmiş torpaq sahəsinin cizgisi də iş materiallarına əlavə edilmişdir.
6. Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2000-ci il tarixli 658 saylı sərəncamı ilə İddiaçı Binəqədi rayonu, Sulu-Təpə qəsəbəsində fərdi yaşayış evinin tikintisi üçün ayrılmış torpaq sahəsi ilə bağlı Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən 575,7 kv.m. torpaq sahəsinin plan və ölçüsü tərtib edilmiş və X9 kitabında xx.xx.2011-ci il tarixdə 25991 nömrə ilə uçota alınmışdır. Həmin sənəddə torpaq sahəsinin əsas döngə nöqtələrinin koordinatları və **********0136 reyestr nömrəsi müəyyən edilmişdir.
7. Müvafiq lisenziyası olan "xxxx" MMC tərəfindən ünvan 1 ünvanında İddiaçı məxsus ərazidə vaxtilə inşa edilməsi nəzərdə tutulan fərdi yaşayış evinin eskiz layihəsi təsdiq edilmişdir. Layihədən də göründüyü kimi ətrafdakı evlər fərdi yaşayış evləridir.
8. Məhkəmənin sorğusuna əsasən ünvan 2 ünvanında yerləşən torpaq sahəsinin texniki vəziyyətini əks etdirən müayinə aktına əsasən torpaq sahəsinin ölçüsü 575,7 kv.m. olmaqla fərdi yaşayış evi təqdim edilmiş layihəyə uyğun inşa edilmişdir.
9. Birinci instansiya məhkəməsində şifahi məhkəmə dinləmələri zamanı (məhkəmə baxış iclasında) iştirak edən üçüncü şəxsin nümayəndəsi tərəfindən 1976-cı ilə və 2013-cü ilə aid olan xəritələr təqdim edərək iddiaçının qeyd etdiyi sahənin ARDNŞ-nin daimi istifadəsində olan “Binəqədi OYL” ƏŞ-nin kontrakt sahəsinin Şabandağ və Sulutəpə blokunun xəritəsində yer aldığı bildirilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
10. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Binəqədi Rayon İcra Hakimiyyətinin başçısının 663 nömrəli xx.xx.1999-cu il tarixli Sərəncamına əsasən X4 fərdi yaşayış evinin tikintisi üçün ayrılmış və sonradan Binəqədi Rayon İcra Hakimiyyətinin başçısının 658 nömrəli xx.xx.2000-ci il tarixli Sərəncamına əsasən adına keçmiş ünvan 2 ünvanında yerləşən 600 kv.m torpaq sahəsinin və onun üzərində yerləşən yaşayış evinin vahid əmlak kimi mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatına alınması və bu barədə Çıxarışın verilməsi öhdəliyin öhdəliyinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
11. İddiaçı daha sonra məhkəməyə ərizə təqdim edərək torpaq sahəsinin ölçüsünə münasibətdə ərazinin sahəsinin ölçü-plan sənədinə və faktiki sahəsinə uyğun olaraq 575,7 kv.m. olaraq nəzərə alınmasını xahiş etmişdir.
12. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinin dəyişdirilməsinə etiraz etmədiyini bildirmişdir.
13. Tələb onunla əsaslandırılmışdır ki, Bakı şəhəri İcra Hakimiyyətinin başçısının 693 nömrəli xx.xx.1999-cu il tarixli Sərəncamına əsasən Binəqədi rayon İcra Hakimiyyətinin xx.xx.1999-cu il tarixli 25/370 saylı məktubunu və Dövlət Neft Şirkətinin xx.xx.1999-cu il tarixli JC11/239 saylı razılıq məktubunu nəzərə alaraq, Binəqədi rayonu, Şamaxı şossesi ilə Binəqədi-Sulutəpə yolunun kəsişdiyi yerin cənub hissəsində Binəqədi Rayon İcra hakimiyyətinə fərdi yaşayış evlərinin tikintisi üçün 0,8 ha torpaq sahəsi ayrılmışdır. Binəqədi Rayon İcra Hakimiyyətinin başçısının 663 nömrəli xx.xx.1999-cu il tarixli Sərəncamına əsasən yuxarıda qeyd edilən həmin ərazidən X4 fərdi yaşayış evinin tikintisi üçün 600 kv.m torpaq sahəsi ayrılmışdır. O, 18 may 2000-ci il tarixdə Binəqədi Rayon İcra Hakimiyətinə müraciət edərək Binəqədi rayonu, Şamaxı şossesi ilə Binəqədi-Sulutəpə yolunun kəsişdiyi yerin cənub hissəsində yerləşən 600 kv.m torpaq sahəsinin X5 ilə qarşılıqlı razılığı əsasında adına keçirilməsi üçün müraciət edib. Həmin müraciətinə baxılaraq Binəqədi Rayon İcra Hakimiyyətinin başçısının 658 nömrəli xx.xx.2000-ci il tarixli Sərəncamına əsasən yuxarıda qeyd edilən ərazidə fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 600 kv.m torpaq sahəsi iddiaçının adına keçirilmiş və həmin ərazidə inşaat işlərinin aparılmasına icazə verilmişdir. ünvan 2 ünvanında mənə məxsus torpaq sahəsində tikiləcək yaşayış evinin eskiz layihəsi 2008-ci il tarixdə “Azərbərpa MMC" tərəfindən hazırlanmış və eyni ildə müraciəti əsasında göndərilən nümayəndə tərəfindən yoxlanılmışdır. Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən xx.xx.2011-ci il tarixdə 25991 nömrə ilə X9 Kitabında uçota alınmış torpaq sahəsinin planı və ölçüsünə əsasən, həmin plan və ölçü Binəqədi rayonu, Sulutəpə qəsəbəsində yerləşən Binəqədi Rayon İcra hakimiyyətinin başçısının xx.xx.2000-ci il tarixli 658 saylı Sərəncamı ilə İddiaçı adına keçirilmiş 600 kv.m fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi ilə bağlı tərtib edilmişdir. 22 ildir ailə üzvlərimlə birlikdə həmin fərdi yaşayış evində yaşayır. Ondan tələb olunan torpaq və əmlak vergilərini vaxtlı-vaxtında ödəyir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsinin 1 Saylı Bakı Ərazi İdarəsinə qeyd edilən torpaq sahəsinin və onun üzərində yerləşən fərdi yaşayış evimin dövlət qeydiyyatına alınması məqsədilə müracət edib, ancaq müraciətləri əsassız olaraq təmin olunmamışdır. Halbuki qonşularının əksəriyyətinin torpaq sahələri və yaşayış evləri dövlət qeydiyyatına alınmışdır. Belə ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsinin 1 Saylı Bakı Ərazi İdarəsinə ünvanladığım xx.xx.2022-ci il tarixli müraciətimə İdarənin **********94 nömrəli xx.xx.2022-ci il tarixli cavab məktubunda bildirilmişdir ki, İddiaçı tərəfindən göstərilən torpaq sahəsi Dövlət Neft Şirkətinin istifadəsində verilmiş ərazidə yerləşdiyindən, hüquqların qeydiyyatından imtina edilmişdir. Lakin həmin orqan qeyd edilən torpaq sahəsinin Bakı şəhəri İcra Hakimiyyətinin Dövlət Neft Şirkətinin xx.xx.1999-cu il tarixli JC11/239 saylı razılıq məktubunu nəzərə alaraq, Binəqədi Rayon İcra hakimiyyətinə fərdi yaşayış evlərinin tikintisi üçün ayırdığını nəzərə almamışdır. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanunun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 10-cu maddəsinə əsasən fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir. Bakı şəhəri, Binəqədi rayonu, Sulu-Təpə qəsəbəsində yerləşən torpaq sahəsi və üzərində inşa edilmiş fərdi yaşayış evi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı müraciəti ilə əlaqədar olaraq cavabdeh tərəfindən bildirilmişdir ki, göstərilən torpaq sahəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazidə yerləşir. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 6.2-ci maddəsi və Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 46-cı maddəsinə əsasən dövlət obyektlərinin — dağ-mədən sənayesinin, təsdiq edilmiş faydalı qazıntı yataqlarının, vahid energetika sisteminin, magistral boru kəmərlərinin, nəqliyyat, rabitə və müdafiə obyektlərinin, dövlət sərhəd zolaqlarının, mühüm meliorasiya və su təsərrüfatı obyektlərinin yerləşdiyi torpaqlar dövlətin müstəsna mülkiyyətinə aid olan torpaqlardır. Yuxarıda qeyd olunanlar nəzərə alınaraq, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən hüquqların qeydiyyatından imtina edilmişdir.
14. Cavabdeh tərəfindən təqdim edilmiş iddiaya yazılı etiraza əsasən bildirilmişdir ki, göstərilən torpaq sahəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazidə yerləşir. Məlumat üçün bildirirk ki, elektron kadastrın məlumatına əsasən təqdim edilən kadastr planı faktiki sahəyə aid olsa da, yerləşmə cizgisi göstərilən sahəyə uyğun gəlmir. Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar aşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası qanununun 6.2-ci maddəsinə və Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 46-cı maddəsinə əsasən dövlət obyektlərinin — dağ-mədən sənayesinin, təsdiq edilmiş faydalı qazıntı yataqlarının, vahid energetika sisteminin, magistral boru kəmərlərinin, nəqliyyat, rabitə və müdafiə obyektlərinin, dövlət sərhəd zolaqlarının, mühüm meliorasiya və su təsərrüfatı obyektlərinin yerləşdiyi torpaqlar dövlətin müstəsna mülkiyyətinə aid olan torpaqlardır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Yuxarıda qeyd olunanları nəzərə alaraq Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsini rəhbər tutaraq iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. göstərilən torpaq sahəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazidə yerləşir. Məlumat üçün bildirirk ki, elektron kadastrın məlumatına əsasən təqdim edilən kadastr planı faktiki sahəyə aid olsa da, yerləşmə cizgisi göstərilən sahəyə uyğun gəlmir. Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar aşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası qanununun 6.2-ci maddəsinə və Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 46-cı maddəsinə əsasən dövlət obyektlərinin — dağmədən sənayesinin, təsdiq edilmiş faydalı qazıntı yataqlarının, vahid energetika sisteminin, magistral boru kəmərlərinin, nəqliyyat, rabitə və müdafiə obyektlərinin, dövlət sərhəd zolaqlarının, mühüm meliorasiya və su təsərrüfatı obyektlərinin yerləşdiyi torpaqlar dövlətin müstəsna mülkiyyətinə aid olan torpaqlardır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Yuxarıda qeyd olunanları nəzərə alaraq Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsini rəhbər tutaraq iddia tələbinin rədd edilməsi barədə qərar qəbulgöstərilən torpaq sahəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazidə yerləşir. Məlumat üçün bildirirk ki, elektron kadastrın məlumatına əsasən təqdim edilən kadastr planı faktiki sahəyə aid olsa da, yerləşmə cizgisi göstərilən sahəyə uyğun gəlmir. Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar aşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası qanununun 6.2-ci maddəsinə və Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 46-cı maddəsinə əsasən dövlət obyektlərinin — dağ-mədən sənayesinin, təsdiq edilmiş faydalı qazıntı yataqlarının, vahid energetika sisteminin, magistral boru kəmərlərinin, nəqliyyat, rabitə və müdafiə obyektlərinin, dövlət sərhəd zolaqlarının, mühüm meliorasiya və su təsərrüfatı obyektlərinin yerləşdiyi torpaqlar dövlətin müstəsna mülkiyyətinə aid olan torpaqlardır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Yuxarıda qeyd olunanları nəzərə alaraq Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsini rəhbər tutaraq iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir.
15. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2193/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə iddianın təmin edilməsi, Binəqədi Rayon İcra Hakimiyyətinin başçısının xx.xx.2000-ci il tarixli 658 nömrəli Sərəncamına əsasən Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsində ayrılmış 575,7 kv.m. torpaq sahəsi və üzərindəki fərdi yaşayış evinə İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatına alınması və adına çıxarışın verilməsi öhdəliyin öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi qərara alınmışdır.
16. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2000-ci il tarixli 658 nömrəli sərəncamı ilə Bakı şəhəri İcra Hakimiyyəti Başçısının xx.xx.1999-cu il tarixli 693 nömrəli sərəncamına əsasən fərdi yaşayış evlərinin tikintisi üçün xüsusi ayrılmış ərazidən, Sulu-Təpə qəsəbəsində fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 600 kv.m. torpaq sahəsinin vətəndaş İddiaçı adına keçirilməsi və inşaat işlərinin aparılmasına icazə verilməsi qərara alınmış, torpaq sahəsinin cizgisi təsdiq edilmiş və həmin torpaq sahəsinə dair ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən torpaq sahəsini planı və ölçüsü sənədi tərtib edilmişdir.
17. Məhkəmə qeyd edir ki, Bakı şəhər İcra Hakimiyyəti Başçısı Aparatı tərəfindən Bakı şəhəri İcra Hakimiyyəti Başçısının xx.xx.1999-cu il tarixli 693 nömrəli sərəncamının mövcudluğu təsdiq edilmişdir. Odur ki, həmin sərəncamın mövcudluğu müəyyən edilmiş, lakin Bakı şəhəri İcra Hakimiyyəti Başçısının xx.xx.1999-cu il tarixli 693 nömrəli sərəncamının ləğv və ya etibarsız hesab edildiyi, geri çağırılıdığı məhkəmə araşdırması zamanı müəyyən edilməmişdir. Odur ki, qeyd edilən torpaq sahəsi vaxtilə dağ-mədən sənayesinin yerləşdiyi torpaqlara aid edilmiş olsa da, fərdi yaşayış evlərinin tikintisi üçün Binəqədi Rayon İcra Hakimiyyətinə ayrılmış 0,8 ha torpaq sahəsinin bir hissəsidir. X7 Neft Şirkətinin razılığına istinad edilmiş, lakin Dövlət Neft Şirkəti hazırda həmin razılıq məktubunun SOCAR-ın Baş ofisinin Mərkəzi Arxivində aşkar edilmədiyini bildirir. Lakin qeyd edilən dəlil Bakı şəhəri İcra Hakimiyyəti Başçısının xx.xx.1999-cu il tarixli 693 nömrəli sərəncamının və həmin sərəncam əsasında Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2000-ci il tarixli 658 nömrəli sərəncamının legitimliyini şübhə altına almır. Qeyd edildiyi kimi həmin sərəncamlar ləğv edilməmiş, geri çağırılmamış, etibarsız hesab edilməmiş, torpaq sahəsi ayrıldığı vaxtdan iddiaçının sahibliyində və istifadəsindədir və həmin torpaq sahəsində fərdi yaşayış evi inşa etmişdir. Məhkəmənin qeyd edilən qənaəti həm də ona əsaslanır ki, üçüncü şəxs tərəfindən məhkəməyə iki xəritə təqdim edilir. Birincisi 1976-cı ilə, ikincisi isə 2013-cü ilə aid olan xəritədir. İkincisi ARDNŞ-nin daimi istifadəsində olan “Binəqədi OYL” ƏŞ-nin kontrakt sahəsinin Şabandağ və Sulutəpə blokunun xəritəsi olmaqla ərazidə Bakı şəhər İcra Hakimiyyətinin hüquqi və fiziki şəxslərə ayrılmış çoxsaylı torpaq sahələrinin konturları əks olunmuşdur. Qeyd edilən sərəncamla ayrılmış sahə xəritədə qeyd edilməsə belə, təqdim edilmiş xəritədən də göründüyü kimi Bakı şəhəri İcra Hakimiyyəti tərəfindən kontrakt ərazisi kimi qeyd edilən ərazidən hüquqi və fiziki şəxslərə torpaq sahələrinin ayrılması halları mövcud olmuşdur.
18. Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) Aktlarına əsasən fərdi yaşayış evi təqdim edilmiş layihəyə uyğundur. Məhkəmə qeyd edir ki, torpaq sahəsi məhz fərdi yaşayış evinin tikintisi məqsədilə ayrıldığından və sərəncamda məhz inşaat işlərinin aparılmasına dair bilavasitə razılıq ifadə olunduğundan fərdi yaşayış evinin inşa olunması üçün əlavə olaraq məlumatlandırma icraatına riayət edilməsi zərurəti olmamışdır.
19. İddiaçı bildirir ki, qonşuluğunda (qəsəbədə) çoxsaylı fərdi yaşayış evləri mövcuddur və həmin evlərə dair hüquqlar qeydə alınmışdır. Yuxarıda qeyd edilən dəlillər iddianın təmin edilməsi üçün yetərli olduğundan prosessual qənaət prinsipindən çıxış edərək məhkəmə həmin halların (qonşuluğunda yerləşən torpaq sahələri və evlərin qeydiyyatını) əlavə olaraq araşdırılmasını zəruri hesab etmir.
b) Apellyasiya instansiya məhkəməsində icraat
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
20. Qərardan üçüncü şəxslər Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti və “X11” şirkətinin Azərbaycan Respublikasındakı filialı ayrılıqda apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2193/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər.
c) Apellyasiya şikayətinin dəlilləri
21. Üçüncü şəxs Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti tərəfindən verilmiş apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, üçüncü şəxs tərəfindən təqdim edilmiş 1976-cı ilə və 2013- cü ilə aid olan xəritələr ilə iddiaçının qeyd etdiyi sahənin ARDNŞ-nin daimi istifadəsində olan “Binəqədi OYL” ƏŞ-nin kontrakt sahəsinin Şabandağ və Sulutəpə blokunun xəritəsində yer aldığı işin mübahisəsiz halıdır və İcra Hakimiyyəti Şirkətin Saziş ərazisinin hüdudları daxilində yerləşən torpaqları da müxtəlif nömrəli və tarixli sərəncamlarla vətəndaşların istifadəsinə ayırmışdır. Həmçinin, Binəqədi rayon İcra HakimiyyətiŞirkətin Saziş ərazisinin hüdudları daxilində, vətəndaş İddiaçı isitfadəsinə 600 kv.m. torpaq sahəsi ayırmışdır. Qeyd edilən torpaq sahəsi X11” şirkətinin ("xxxx") müstəsna istifadəsinə verilmiş Saziş ərazisinin hüdudları daxilində yerləşir,Şirkətin qanunla qorunan hüquqlarını və Dövlət tərəfindən verilmiş təminatlarını kobud surətdə pozur, həmin ərazidə neft-qaz əməliyyatlarını həyata keçirməsinə ciddi maneəçilik törətdir. Məlum olduğu kimi, 29 sentyabr 2004- cü il tarixində “Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, S ulutəpə,Masazır, Fatmayi, Şabandag və Sianşor neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və X10 haqqında” Azərbaycan Respublikası DövlətNeft Şirkəti ("xxxx"), X15 Bi.Vi. və ARDNŞ-in Ortaq Şirkəti (“Podratçılar”) arasında Saziş (“Saziş”) imzalanmış və 29 aprel 2005-ci il tarixində Azərbaycan Respublikası Prezidentinin imzaladığı 901 saylı Qanuna əsasən Saziş qanun statusunu almışdır. Hazırki işin materiallarından görünür ki, cavabdeh inzibati orqanın iddiaçının müraciətindən imtinasının əsaslarından biri mübahisəli torpaq sahəsinin Dövlət Neft Şirkətinin daimi istifadəsinə verilmiş ərazi daxilində yerləşməsi ilə əlaqələndirmiş və məhz buna görə DövlətNeft Şirkəti həmin iş üzrə üçüncü şəxs qismində işə cəlb edilmişdir. Məhkəmə iclasında verdikləri izahatda, həmçinin məhkəməyə təqdim edilən xəritələrdən çıxarışda torpaq sahəsinin Neft Şirkətinin daimi istifadəsinə verilmiş ərazilərə aid olması, eləcə də, “X13” Əməliyyat Şirkətinin kontrakt sahəsi daxilində yerləşməsini bidirsələr də, birinci instansiya məhkəməsi qəbul etdiyi qərarda ümumiyyətlə SOCAR tərəfindən təqdim edilmiş sübutlara qiymət verməmişdir. Hesab edirlər ki, təhlükə potensiallı obyektlərin ətrafında xüsusi (qoruyucu, sanitariya və s.) hüquqi rejimli mühafizə zonalarının yaradılmasının məqsədləri əhalinin təhlükəsizliyinin təmin olunması, sənaye, nəqliyyat, rabitə, mühafizə və digər təyinatlı obyektlərin istismarına lazımi şərait yaradılması olduğundan həmin ərazilər yaşayış üçün nəzərdə tutulmamışdır. Odur ki, həmin ərazidə Bakı şəhəri İcra Hakimiyyəti Başçısının xx.xx.1999-cu il tarixli 693 nömrəli sərəncamı ilə fərdi yaşayış evinin tikintisi üçün iddiaçıya ayrılmış 600 kv.m torpaq sahəsinə mülkiyyət hüquqlarının qeydə alınmamasına dair cavabdehin hərəkətləri qanunsuz sayıla bilməz və iddiaçının hüquqlarına həmin müdaxilə X14 Konvensiyasının 1 saylı Protokolun 1-ci maddəsinin 3-cü qaydasına uyğun olmuşdur (mülkiyyətdən isitifadəyə nəzarət). Belə ki, müdaxilə qanuni olmuş, qanuni məqsəd daşımış (əhalinin təhlükəsizliyinin təmin olunması) və zəruri olmuşdur neft-qaz əməliyyatlarının aparılması). Bundan başqa, Dövlət Neft Şirkətinindaimi istifadəsinə verilmiş ərazilərin ayrı-ayrı fiziki şəxlərin mülkiyyətinə verilməsi həmin torpaq sahəsində neft və qaz hasilatı üzrə fəaliyyətin həyata keçirilməsinə maneçilik yaradır, bu da öz növbəsində Azərbaycan Respublikası Hökumətinin, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin xarici investorlar qarşısında qanun əsasında götürdüyü öhdəliklərinin yerinə yetirilməməsinə gətirib çıxarır. Bu da öz növbəsində neft və qaz hasilatını aşağısalaraq, dövlətin gəlirlərinin azalmasına səbəb olur. Bu isə ölkənin iqtisadiyyatına mənfi təsir edən amildir, eyni zamanda qanunun aliliyi prinsipinə xələl gətirir. Göründüyü kimi, Binəqədi Rayon İcra Hakimiyyətinin başçısının xx.xx.2000-ci il tarixli 658 nömrəli Sərəncamı “Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayi, Şabandag və Sianşor neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və X10 haqqında” Qanunun 4-cü və 5-ci maddələrinin tələblərini, yəni “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 67.1-ci maddəsində göstərildiyi kimi maddi hüquq normalarının pozulması ilə verildiyindən, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 67.2-ci maddəsində göstərildiyi kimi,bu qərarla torpaq sahəsinin ayrılması Şirkətin və Dövlət tərəfindən imzalanmış Saziş üzrə Dövlətin maraqlarına ziyan vurduğundan, Binəqədi Rayon İcra Hakimiyyətinin başçısının xx.xx.2000-ci il tarixli 658 nömrəli Sərəncamı etibarsızdır və həmin sərəncam əsasında iddia tələbinin təmin edilməsi yuxarıda istinad olunana maddi hüquq normalarının tələblərinə və formalaşmış məhkəmə təcrübəsinə ziddir. Beləliklə, Sazişlə bu Qanun qüvvəyə mindikdən sonra Sazişdə nəzərdə tutulan kontrakt sahəsinin istənilən hissəsi barəsində əvvəllər və sonralar bağlanmış hər hansı qərar, sərəncam və ya bu cür başqa sənədlə verilə bilən bütün digər hüquq və vəzifələr qüvvədən düşmüşdür, həmçinin Bakı şəhər İcra Hakimiyyətinin həmin sərəncamı da bu qaydada artıq qüvvədən düşmüşdür. Hesab edirik ki, artıq Qanunda ləğv edilməsi göstərilən inzibati aktın, hazırkı halda, Binəqədi Rayon İcra Hakimiyyətinin başçısının xx.xx.2000-ci il tarixli 658 nömrəli Sərəncamının ayrıca bir məhkəmə qərarı ilə qanunsuzluğunun müəyyən edilməsinə ehtiyac yoxdur. İşin mübahisəsiz halıdır ki, həmin torpaq sahəsi vahid elektron kadastr baza məlumatlarına əsasən, “sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar” kateqoriyasına aid olmaqla, dövlət mülkiyyətindədir və Dövlət Neft Şirkətinin ərazi hüdudları daxilində yerləşir . Belə olan halda, qanunvericiliyin yuxarıda qeyd olunan normalarının tələblərinin təmin olunması məqsədi ilə, SOCAR-ın daimi istifadəsində olan, neft-qaz əməliyyatları aparılan torpaq sahələri yalnız təyinatı üzrə istifadə edilə biləcəyi nəzərə alınmalıdır.
22. Üçüncü şəxs “X11” şirkətinin Azərbaycan Respublikasındakı filialı tərəfindən verilmiş apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi “X11” şirkətinin Azərbaycan Respublikasındakı filialını (bundan sonra "xxxx") 2-1(112)- 13439/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadla iş üzrə İİİ şəxs qismində cəlb etsə də, nə bu barədə qərardadı elektron məhkəmə informasiya sistemi vasitəsilə Şirkətin şəxsi kabinetinə yerləşdirməmiş, nə də ki, keçirilmiş məhkəmə iclaslarının heç birinin vaxtı və yeri barədə məhkəmə bildirişini Şirkətin Hüquqi ünvanına göndərməmişdir. Yəni, sözügedən məhkəmə işinin mövcudluğundan, həmçinin Şirkətin bu iş üzrə İİİ şəxs qismində cəlb edilməsindən Şirkətin məlumatı olmamışdır. Şirkət yalnız Məhkəmə tərəfindən sonuncu xx.xx.2024-cü il tarixli qərarın xx.xx.2024-cü il tarixdə Şirkətin şəxsi kabinetinə yerləşdirilməsindən sonra bu barədə məlumatı olmuşdur. Hesab edirlər ki, hazırki iş üzrə iddia tələbi Şirkətin bir başa maraqlarına toxunduğu üçünŞirkətin nümayəndəsi birinci instansiya məhkəməsinin iclaslarında iştirak etməli və özünün zəruri sübutlarını məhkəməyə təqdim etməli idi. Lakin, məhkəmə prosessual pozuntuya yol verməklə Şirkəti heç bir məhkəmə iclasına dəvət etməmişdir. İddia predmeti olan torpaq sahəsi məlum "xxxx" Saziş üzrə neft-qaz əməliyyatlarının aparıması məqsədilə Şirkətin qanuni istifadəsinə verilmiş kontrakt sahəsinin hüdudları daxilində, eləcə də 1 saylı mədənin 6-cı sahəsində və 162331 saylı quyunun mühafizə zolağı daxilində yerləşir (ərazinin ortofoto planıəlavə olunur). Məhkəmə müvafiq qərardadla Şirkəti iş üzrə İİİ şəxs qismində cəlb etsə də, lakin mübahisə predmeti olan torpaq sahəsinin Şirkətə aidiyyətinin olub-olmamasının yəqinliyini əldə etmək üçün heç bir araşdırma aparmamış, hətta bununla bağlı müvafiq izahat verilməsi üçün Şirkəti (nümayəndəsini) proseslərə dəvət etməmişdir. Məhkəmə mübahisə predmeti olan torpaq sahəsinin əsl sahibinin kimin olmasını, habelə həmin torpaq sahəsinin ətrafında neft quyusununmövcudluğunu, bununla da torpaq sahəsinin təyinatını və kateroqiyasını araşdırmadan və məhkəmə üçün qaranlıq qalan məqamları aydınlaşdırmadan, yalnız cavabdehin təqdim etdiyi və hüquqi əsası olmayan Binəqədi Rayon İcra Hakimiyyətinin müvafiq sərəncamlarına əsaslanmaqla ədalətsiz və qanunsuz qərar qəbul etmişdir. Mübahisəli torpaq sahəsi hələ məlum Beynəlxalq Saziş imzalanmamışdan öncə də sənaye təyinatlı torpaqlar kateqoriyasına aid edilən torpaq sahələrinin hüdudları daxilində olmaqla, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin daimi istifadəsində olmuş və 29 sentyabr 2004-cü il tarixində Podratçı şirkətlər arasında bağlanmış “X10 haqqında Saziş”ə və "xxxx"nə əsasən neftqaz əməliyyatlarının aparılması məqsədilə Şirkətinqanuni istifadəsinə ayrılmışdır. İddiaçı Şirkət əməliyyat şirkəti olaraq Podratçı şirkətlərin adından məlum Saziş əsasında kontrakt sahəsində yalnız neft-qaz əməliyyatlarını həyata keçirir və Sazişlə istifadəsinə verilmiş kontrakt ərazisindən maneəsiz istifadəsinə Dövlət tərəfindən təminat və öhdəliklər verilmişdir. Qeyd olunan faktı iş üzrə cavabdehDaşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi də iddiaçıya təqdim etdiyi etiraz məktubunda təsdiq etmişdir.
ç) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
23. Apellyasiya şikayətinə iddia ərizəsi ilə oxşar yazılı etiraz daxil olub.
d) Prosses iştirakçılarının izahatları
24. Məhkəmə kollegiyasının iclasında üçüncü şəxs Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin nümayəndəsi və vəkili Vəkil və üçüncü şəxs “X11” şirkətinin Azərbaycan Respublikasındakı filialının nümayəndəsi X6 apellyasiya şikayətlərinin təmin olunmasını xahiş etmişlər.
25. Məhkəmə kollegiyasının iclasında iddiaçı apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir.
26. Məhkəmə kollegiyasının iclası barədə lazımı qaydada xəbərdar edilmiş cavabdeh (nümayəndəsi) məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə Kollegiyası İPM-in 62.3-cü maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
27. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanunun: 8.0-cı maddəsinə görə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: ... 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış. ....
28. “İnzibati icraat haqqında” Qanundan: .... 64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. 64.3. İnzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur. ....
29. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12.1 məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan diger materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 68.1 məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2-məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.
Apellyasiya baxışının hədləri
30. Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
31. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
32. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.
33. Məhkəmə Kollegiyası iş materiallarını araşdıraraq müəyyən edir ki, Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2000-ci il tarixli 658 nömrəli sərəncamı ilə Bakı şəhəri İcra Hakimiyyəti Başçısının xx.xx.1999-cu il tarixli 693 nömrəli sərəncamına əsasən fərdi yaşayış evlərinin tikintisi üçün xüsusi ayrılmış ərazidən, Sulu-Təpə qəsəbəsində fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 600 kv.m. torpaq sahəsinin vətəndaş İddiaçı adına keçirilməsi və inşaat işlərinin aparılmasına icazə verilməsi qərara alınmış, torpaq sahəsinin cizgisi təsdiq edilmiş və həmin torpaq sahəsinə dair ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən torpaq sahəsini planı və ölçüsü sənədi tərtib edilmişdir.
34. Məhkəmə Kollegiyası qeyd edir ki, Bakı şəhər İcra Hakimiyyəti Başçısı Aparatı tərəfindən Bakı şəhəri İcra Hakimiyyəti Başçısının xx.xx.1999-cu il tarixli 693 nömrəli sərəncamının mövcudluğu təsdiq edilmişdir. Odur ki, həmin sərəncamın mövcudluğu müəyyən edilmiş, lakin Bakı şəhəri İcra Hakimiyyəti Başçısının xx.xx.1999-cu il tarixli 693 nömrəli sərəncamının ləğv və ya etibarsız hesab edildiyi, geri çağırılıdığı məhkəmə araşdırması zamanı müəyyən edilməmişdir.
35. Odur ki, məhkəmə hesab edir ki, cavabdehin imtinası (hərəkətləri) qanuna ziddir və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Əks yanaşma iddiaçının X14 Konvensiyasının 1 saylı Protokolun 1-ci maddəsində nəzərdə tutulan mülkiyyətdən maneəsiz şəkildə istifadə hüququnun (birinci qayda) pozulması hesab oluna bilər.
36. Bundan başqa apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə Kollegiyası qeyd edir ki, üçüncü şəxs Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti tərəfindən verilmiş apellyasiya şikayəti və üçüncü şəxs “X11” şirkətinin Azərbaycan Respublikasındakı filialı tərəfindən verilmiş apellyasiya şikayəti məzmun və hüquqi maraq baxımından oxşar olmaqla onunla əsaslandırılır ki, üçüncü şəxs tərəfindən təqdim edilmiş 1976-cı ilə və 2013- cü ilə aid olan xəritələr ilə iddiaçının qeyd etdiyi sahənin ARDNŞ-nin daimi istifadəsində olan “Binəqədi OYL” ƏŞnin kontrakt sahəsinin Şabandağ və Sulutəpə blokunun xəritəsində yer aldığı işin mübahisəsiz halıdır və İcra Hakimiyyəti Şirkətin Saziş ərazisinin hüdudları daxilində yerləşən torpaqları da müxtəlif nömrəli və tarixli sərəncamlarla vətəndaşların istifadəsinə ayırmışdır. Həmçinin, Binəqədi rayon İcra HakimiyyətiŞirkətin Saziş ərazisinin hüdudları daxilində, vətəndaş İddiaçı isitfadəsinə 600 kv.m. torpaq sahəsi ayırmışdır. Qeyd edilən torpaq sahəsi X11” şirkətinin ("xxxx") müstəsna istifadəsinə verilmiş Saziş ərazisinin hüdudları daxilində yerləşir,Şirkətin qanunla qorunan hüquqlarını və Dövlət tərəfindən verilmiş təminatlarını kobud surətdə pozur, həmin ərazidə neft-qaz əməliyyatlarını həyata keçirməsinə ciddi maneəçilik törətdir.Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin daimi istifadəsində olmuş və 29 sentyabr 2004-cü il tarixində Podratçı şirkətlər arasında bağlanmış “X10 haqqında Saziş”ə və "xxxx"nə əsasən neft-qaz əməliyyatlarının aparılması məqsədilə Şirkətinqanuni istifadəsinə ayrılmışdır. İddiaçı Şirkət əməliyyat şirkəti olaraq Podratçı şirkətlərin adından məlum Saziş əsasında kontrakt sahəsində yalnız neft-qaz əməliyyatlarını həyata keçirir və Sazişlə istifadəsinə verilmiş kontrakt ərazisindən maneəsiz istifadəsinə Dövlət tərəfindən təminat və öhdəliklər verilmişdir. Qeyd olunan faktı iş üzrə cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi də iddiaçıya təqdim etdiyi etiraz məktubunda təsdiq etmişdir.
37. Odur ki, məhkəmə Kollegiyası hər iki apellyasiya şikayəti üzrə ümumi hüquqi dəyərləndirmə aparmağı prosessual qənaət prinsipinə müvafiq hesab edir.
38. Məhkəmə Kollegiyası qeyd edir ki, hüquqi müəyyənlik baxımından apellyasiya baxışı zamanı Bakı Apellyasiya Məhkəməsinin 24 sentyabr 2024-cü il tarixli, 2-1(103)- 2395/2024 saylı qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və inzibati iş ekspertiza rəyi alınanadək təxirə salınmışdır. 08 aprel 2025-ci il tarixdə məhkəməyə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 14 mart 2025-ci il tarixli, 10/327 saylı Rəyi daxil olmuşdur.
39. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 14 mart 2025-ci il tarixli, 10/327 saylı ekspert Rəyində rəyə gəlinmişdir ki: --Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Reyestri" publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi idarəsinin xx.xx.2025-cü il tarixli, 3-21-3-30/2-4177/2025 mütəxəssis rəyinə əsasən qeyd olunur ki, göstərilən torpaq sahəsi sənəd üzrə 600.0 kv.m olsa da,faktiki olaraq 564.0 kv.m təşkil edir.Faktiki olaraq göstərilən torpaq sahəsi bir tərəfdən mişar daş hasarla, üç tərəfdən mişar daş hasar və üzərindəki mövcud tikililərin çöl divarı ilə sərhədlənib. Torpaq sahəsi üzərində bir ədəd tikintialtı sahəsi S=109.0 kv.m olan yaşayış evi, yaşayış evinə bitişik kölgəlik və həyət tikililəri mövcuddur. Sözügedən sahəyə dair yerləşmə cizgisində sahə və perimetrik ölçülər qeyd olunmayıb.Faktiki olaraq göstərilən torpaq sahəsinin koordinatlarını əks etdirən sxem rəyə əlavə olunur. Vahid elektron kadastr baza məlumatlarına əsasən torpaq sahəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazisidir.(Binəqədi Oil) Sahə “Yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aiddir.
40. Məhkəmə kollegiyası ekspert rəyini digər sübutlarla yanaşı qiymətləndirir (İPM-in 1.2ci maddəsi və MPM-in 88-ci maddəsi) və ekspert rəyi ilə razılaşmamağa əsaslar görmür.
41. Beləliklə, müəyyən olunmuşdur ki, iddiaçının iddia etdiyi torpaq sahəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazisidir.(Binəqədi Oil) Sahə “Yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aiddir. Göstərilən torpaq sahəsi sənəd üzrə 600.0 kv.m olsa da,faktiki olaraq 564.0 kv.m təşkil edir.
42. Məhkəmə Kollegiyası nəzərə alır ki, qeyd edilən torpaq sahəsi vaxtilə dağ-mədən sənayesinin yerləşdiyi torpaqlara aid edilmiş olsa da, fərdi yaşayış evlərinin tikintisi üçün Binəqədi Rayon İcra Hakimiyyətinə ayrılmış 0,8 ha torpaq sahəsinin bir hissəsidir. X7 Neft Şirkətinin razılığına istinad edilmiş, lakin Dövlət Neft Şirkəti hazırda həmin razılıq məktubunun SOCAR-ın Baş ofisinin Mərkəzi Arxivində aşkar edilmədiyini bildirir. Lakin qeyd edilən dəlil Bakı şəhəri İcra Hakimiyyəti Başçısının xx.xx.1999-cu il tarixli 693 nömrəli sərəncamının və həmin sərəncam əsasında Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2000-ci il tarixli 658 nömrəli sərəncamının legitimliyini şübhə altına almır. Qeyd edildiyi kimi həmin sərəncamlar ləğv edilməmiş, geri çağırılmamış, etibarsız hesab edilməmiş, torpaq sahəsi ayrıldığı vaxtdan iddiaçının sahibliyində və istifadəsindədir və həmin torpaq sahəsində fərdi yaşayış evi inşa etmişdir. Məhkəmənin qeyd edilən qənaəti həm də ona əsaslanır ki, üçüncü şəxs tərəfindən məhkəməyə iki xəritə təqdim edilir. Birincisi 1976-cı ilə, ikincisi isə 2013-cü ilə aid olan xəritədir. İkincisi ARDNŞ-nin daimi istifadəsində olan “Binəqədi OYL” ƏŞnin kontrakt sahəsinin Şabandağ və Sulutəpə blokunun xəritəsi olmaqla ərazidə Bakı şəhər İcra Hakimiyyətinin hüquqi və fiziki şəxslərə ayrılmış çoxsaylı torpaq sahələrinin konturları əks olunmuşdur. Qeyd edilən sərəncamla ayrılmış sahə xəritədə qeyd edilməsə belə, təqdim edilmiş xəritədən də göründüyü kimi Bakı şəhəri İcra Hakimiyyəti tərəfindən kontrakt ərazisi kimi qeyd edilən ərazidən hüquqi və fiziki şəxslərə torpaq sahələrinin ayrılması halları mövcud olmuşdur.
43. Daha sonra məhkəmə Kollegiyası qeyd edir ki, hazırkı işdə Bakı şəhəri İcra Hakimiyyəti Başçısının sərəncamına əsaslanan Binəqədi Rayon İcra Hakimiyyəti Başçısının sərəncamı və həmin sərəncam əsasında ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təsdiq edilmiş torpaq sahsəinin planı və ölçüsü sənədi iddiaçının torpaq sahəsinə dair mülkiyyət hüququnu təsdiq edən prima facie (ilkin) sübutu təşkil edir. Məhkəmənin qeyd edilən qənaəti X14 Məhkəməsinin presedent hüququna əsaslanır (bax: Sarqsyan Azərbaycana qarşı iş (40167/06 nömrəli ərizə üzrə xx.xx.2015-ci il tarixli qərar § 188).
44. Həmçinin, məhkəmə Kollegiyası qeyd edir ki, daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) Aktlarına əsasən fərdi yaşayış evi təqdim edilmiş layihəyə uyğundur. Məhkəmə qeyd edir ki, torpaq sahəsi məhz fərdi yaşayış evinin tikintisi məqsədilə ayrıldığından və sərəncamda məhz inşaat işlərinin aparılmasına dair bilavasitə razılıq ifadə olunduğundan fərdi yaşayış evinin inşa olunması üçün əlavə icraata riayət edilməsi zərurəti olmamışdır.
45. Bundan başqa apellyasiya baxışı zamanı məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X2 Agentliyinin “Azkommunlayihə” KLİ-nin mütəxəssisi tərəfindən müvafiq tədqiqat işləri aparılmışdır. Tədqiqat işləri nəticəsində tərtib olunmuş xx.xx.2025-ci il tarixli mütəxəssis rəyi məhkəməyə təqdim edilmişdir.
46. Mütəxəssis rəyində qeyd olunmuşdur ki, fərdi yaşayış evinin dayanıqlığa görə texniki vəziyyəti qənaətbəxşdir və tikinti norma qaydalarına uyğun inşa olunmuşdur. Fərdi yaşayış evi işlək vəziyyətdədir və istismara tam yararlıdır.
47. İddiaçının qonşuluğunda (qəsəbədə) çoxsaylı fərdi yaşayış evləri mövcuddur və həmin evlərə dair hüquqlar qeydə alınmışdır.
48. Göstərilənlərə əsasən məhkəmə Kollegiyası hesab edir ki, Binəqədi Rayon İcra Hakimiyyətinin başçısının xx.xx.2000-ci il tarixli 658 nömrəli Sərəncamına əsasən Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsində ayrılmış torpaq sahəsi və üzərindəki fərdi yaşayış evinə İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatına alınmasını və adına çıxarışın verilməsini tələb etməkdə iddiaçı haqlı olmuşdur.
49. Bununla belə məhkəmə Kollegiyası nəzərə alır ki, iddia olunan torpaq sahəsinin ölçüsü 575,7 kv.m. yox, 564.0 kv.m təşkil etdiyi müəyyən olunur.
50. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2193/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə isə iddianın təmin edilməsi, Binəqədi Rayon İcra Hakimiyyətinin başçısının xx.xx.2000ci il tarixli 658 nömrəli Sərəncamına əsasən Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsində ayrılmış 575,7 kv.m. torpaq sahəsi və üzərindəki fərdi yaşayış evinə İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatına alınması və adına çıxarışın verilməsi öhdəliyin öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi qərara alınmışdır.
51. Belə olduğu halda məhkəmə Kollegiyası hesab edir ki, üçüncü şəxslər tərəfindən verilmiş apellyasiya şikayətləri qismən təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-2193/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı Binəqədi Rayon İcra Hakimiyyətinin başçısının xx.xx.2000-ci il tarixli 658 nömrəli Sərəncamına əsasən Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsində ayrılmış 575,7 kv.m. torpaq sahəsinə münasibətdə 575,7 kv.m. əvəzinə, 564.0 kv.m müəyyən edilməklə dəyişdirilməlidir.
52. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
53. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2-ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
qərara aldı:
Üçüncü şəxslər tərəfindən verilmiş apellyasiya şikayətləri qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2193/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı Binəqədi Rayon İcra Hakimiyyətinin başçısının xx.xx.2000-ci il tarixli 658 nömrəli Sərəncamına əsasən Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsində ayrılmış 575,7 kv.m. torpaq sahəsinə münasibətdə 575,7 kv.m. əvəzinə , 564.0 kv.m müəyyən edilməklə dəyişdirilsin. Qərar qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.