Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1240/2022 13.05.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası Sədrlik edən və məruzəçi-hakim Bəktaşi Səadət İnayət qızı, hakimlər Hüseynov Azər Soltanhəmid oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə və cavabdehin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı X5 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 14 dekabr 2021-ci il tarixli, 2- 1(112)-7978/2021 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə 10-13 may 2022-ci il tarixlərdə Bakı Apelyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı X6 (VÖEN **********) cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı ( 3-cü şəxslər "xxxx" MMC, "xxxx" MMC, AR İqtisadiyyat Nazirliyi yanında Bakı şəhəri X11 Departamenti və AR İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və X3 Xidməti) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilmiş vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə 04 may 2020-ci il tarixli **********088000 saylı, **********084200 saylı, **********093200 saylı, **********080400 saylı qərarların ləğv edilməklə, 2019-cu ilin aprel, may, iyun və iyul ayları üçün hesablanmış ƏDV məbləğlərin silinməsi, 2019-cu ilin gəlir vergisi və mükəlləfiyyəti ləğv edilərək, SV (sadələşdirilmiş vergi) mükələfiyyətini bərpa edilməsi və ƏDV qeydiyyatının ləğv olunması, həmçinin, obyektiv, hərtərəfli yoxlamanı təmin etmək vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh tərəfindən həyata keçirilmiş kameral vergi yoxlaması nəticəsində xx.xx.2020-ci il tarixli qərarları ilə iddiaçıya 2019-cu ilin aprel ayı üzrə 18476,70 manat, may ayı üzrə 19092,59 manat, iyun ayı üzrə 18476,70 manat və iyul ayı üzrə 3079,45 manat ƏDV hesablanmışdır. Həmin hesablama aşağıdakı səbəblərdən düzgün deyildir. Belə ki, iddiaçı 2017-ci ildə ünvan 1 ünvanında yerləşən “Aynur” gözəllik salonunda fəaliyyət göstərmiş, 2019-cu ilin mart ayında obyektdə xronometraj üsulu ilə nəzarət tədbiri həyata keçirilmiş, həmin obyektdə iddiaçının vergi uçotu ilə bir neçə şəxs olaraq fəaliyyət göstərmiş, bundan sonra hər bir tərəf öz payını böldüyündən xx.xx.2019-cu il tarixli icarə müqavilələrinə əsasən iddiaçı həmin obyektin 70 kv/m-ni "xxxx" MMC-yə (VÖEN: 1 7********) və digər 70 kv/m-ni "xxxx" MMC-yə (VÖEN: **********) vermiş, həmin icarə müqavilələri də vergi orqanında müvafiq olaraq 29-30 aprel 2019-cu il tarixdən qeydiyyata alınmışdır. Lakin sonradan vergi orqanı tərəfindən iddiaçıya uyğunsuzluq məktubu gəlməyə başlamış və iddiaçı vergi orqanında olan uçot baza və icarə müqavilələri əsasında vəziyyəti izah etmişdir. Eyni zamanda xx.xx.2019-cu il tarixdə baş vermiş dəyişiklikləri nəzərə alaraq, yenidən xronometraj metodu ilə müşahidə (XMM) aparılması barədə rəsmi müraciət etmiş, müraciətini nəzərə alıb, hesablama aparılmamış, lakin müşahidə də həyata keçirilməmişdir. Sonradan məlum olmuşdur ki, 2019-cu ilin mart ayında həyata keçirilmiş XMM əsas götürülərək xx.xx.2019-cu il tarixdə iddiaçı ƏDV qeydiyyatına alınmış və qeydiyyatın qüvvəyə minmə tarixi xx.xx.2019-cu il müəyyən edilmişdir. Bu qeydiyyatın nəticəsində də 2020-ci ilin may ayında yuxarıda qeyd etdiyi hesablamalar aparılmışdır. Qeyd edilən hesablamaların aparılması Vergi Məcəlləsinin tələblərinə ziddir. Çünki, 2019-cu ilin mart ayında həyata keçirilmiş XMM-dən sonra satış dövriyyəsi dəyişmişdir. Yuxarıda qeyd etdiyi kimi, obyekt 3 yerə bölünmüş və yalnız bir hissəsində iddiaçı fəaliyyət göstərir. Vergi Məcəlləsinin 15.1.13-cü maddəsinə əsasən xronometraj metodu ilə aparılan sonuncu müşahidədən sonra bu Məcəllənin 50-1.2-ci maddəsində göstərilən müddətlərə riayət olunmaqla istehsal həcminin və ya satış dövriyyəsinin dəyişməsi ilə əlaqədar xronometraj metodu ilə yeni müşahidənin aparılmasını vergi orqanlarından tələb etmək vergi ödəyicisinin hüquqlarına aiddir. İddiaçı xx.xx.2019-cu il tarixdə yeni XMM keçirilməsini tələb etmişdir. Məcəllənin 37.5-ci maddəsinə əsasən bu Məcəllənin 15.1.13-cü maddəsinə əsasən vergi ödəyicisindən xronometraj metodu ilə yeni müşahidə keçirilməsi barədə müraciət daxil olan dövrədək (vergi ödəyicisinin bu Məcəllədə nəzərdə tutulmuş qaydada fəaliyyətini dayandırdığı, xronometraj keçirildiyi dövrü əhatə edən səyyar vergi yoxlamasının keçirildiyi hallar istisna olmaqla) xronometraj metodu ilə sonuncu müşahidənin nəticələri vergilərin hesablanması üçün əsas götürülə bilər. Belə olan halda vergi orqanı faktiki məlumat dəyişikliyini və XMM müraciətini nəzərə almadan hansı əsasla 2019-cu ilin mart ayında keçirilmiş XMM məlumatlarına istinad edərək ƏDV qeydiyyatı apara və ƏDV hesablaya bilər. Sonda iddiaçı iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş edilmişdir. Sonradan iddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşməsi barədə ərizə təqdim edərək, cavabdehin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 04 may 2020-ci il tarixli **********088000 saylı, **********084200 saylı, **********093200 saylı, **********080400 saylı qərarlarının ləğvi barədə qərar qəbul edilməsini xahiş etmiş, ərizə icraata qəbul edilmiş, 3-cü şəxslərin prosessual iştirakına xitam verilmişdir. Bakı İnzibati Məhkəməsinin 15 oktyabr 2020-ci il tarixli, 2-1(112)-6084/2020 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır. Məhkəmənin mövqeyinə görə iddiaçı iddia vermək üçün nəzərdə tutulmuş prosessual müddəti ötürməklə qərarların oxunmasından 3 aydan artıq müddət keçdikdən sonra məhkəməyə təqdim edilmişdir. Həmin qərardaddan iddiaçı apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməklə, iddia tələbinin mahiyyəti üzrə baxılması barədə qərardad qəbul olunmasını xahiş etmişdir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-303/2021 saylı, 24 fevral 2021-ci il tarixli qərardadı ilə Bakı İnzibati Məhkəməsinin 15 oktyabr 2020-ci il tarixli, 2-1(112)-6084/2020 nömrəli qərardadı ləğv edilmiş, iş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün həmin məhkəməyə göndərilmişdir. Qərardaddan cavabdeh kassasiya şikayəti verərək, Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının qərardadının ləğv edilməsini və Bakı İnzibati Məhkəməsinin 15 oktyabr 2020-ci il tarixli, 2-1(112)-6084/2020 nömrəli qərardadının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası 2-1(102)-1054/2021 saylı, 19 may 2021-ci il tarixli qərardadı ilə cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti mümkün sayılmamış və onun icraata qəbulundan imtina edilmişdir. Bakı İnzibati Məhkəməsinin 14 dekabr 2021-ci il tarixli, 2-1(112)-7978/2021 nömrəli qərarı ilə iddia təmin edilmişdir. (hakim: M.Qarayeva) Həmin qərardan cavabdeh apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Cavabdeh apelyasiya şikayətində qeyd etmişdir ki, iddiaçı tərəfindən təqdim edilmiş 2019-cu ilin aprel, may, iyun və iyul ayları üzrə ƏDV bəyannamələrinin “301. ƏDV-nə 18 faiz dərəcə ilə cəlb olunan əməliyyatlar” sətrlərində “Dövriyyə məbləği” (ƏDV daxil) sütununda olan 0 manat məbləğ göstərilməyinə baxmayaraq, rəsmiləşdirilmiş son xronometraj müşahidəsinin nəticəsinə əsasən dövriyyə məbləği (ƏDV daxil) aprel ayı üzrə 121125.0 manat, may ayı üzrə 125162.5 manat, iyun ayı üzrə 121125.0 manat və iyul ayı üzrə 20187.5 manat müəyyən edilmişdir. Vergi Məcəlləsinirj 37-ci, 67-çi, 83-cü, 166,1-ci maddələrinə əsasən kameral vergi yoxlamasa ilə 2019-cu ilin aprel ayı üçün əlavə dəyər vergisi bəyannaməsi üzrə 18476.70 manat, may ayı üçün 19092.59 manat, iyun ayı üçün 18476.70 manat və iyul ayı üçün 3079,45 məbləğində əlavə vergi məbləği hesablanmış, bu barədə vergi ödəyicisinə xx.xx.2020-ci il tarixli **********084200, **********093200, **********088000 və **********080400 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərarlar göndərilmişdir. Qərarların qəbul edilməsinə əsas iddiaçının nəzarət kassa aparatından çıxarışa əsasən 2019-cu ilin aprel ayından dekabr ayına qədər 64375,6 manat dövriyyənin olmasına və təsərrüfat obyektinin digər şəxslərə icarəyə verilməsinə baxmayaraq qeyd olunan dövrlər üçün vergi orqanına gəlirlər barədə müvafiq bəyannamələr, həmçinin ödəmə mənbəyində tutulan vergi bəyannamələri təqdim edilmədiyi, həmçinin xx.xx.2019-cu il tarixdə təsərrüfat obyektinin 140 kv.metr sahəsi olan hissəsinin digər şəxslərə icarəyə verilməsinə baxmayaraq vergi orqanına obyekt məlumatı dəyişikliyi barədə və satış dövriyyəsinin aşağı düşməsi səbəbindən yenidən xronometraj metodu ilə müşahidənin aparılması barədə ərizə ilə müraciət olunmadığı müəyyən edilmişdir. Həmçinin, cavabdeh tərəfindən xx.xx.2019-cu il tarixdə tərtib edilmiş VN-14 seriyalı xronometraj metodu ilə aparılan müşahidənin nəticəsi barədə yekun aktdan görünür ki, iddiaçının xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək göstərdiyi xidmətə görə xidmət dövriyyəsi fiskal hesabata əsasən 24225 manat, orta günlük xidmət dövriyyəsi isə 4037,5 manat təşkil etdiyi müəyyən edilmişdir. Odur ki, Vergi Məcəllənin 37.5-ci maddəsinə əsasən bu Məcəllənin 15.1.13-cü maddəsinə əsasən vergi ödəyicisindən xronometraj metodu ilə yeni müşahidə keçirilməsi barədə müraciət daxil olan dövrədək (vergi ödəyicisinin bu Məcəllədə nəzərdə tutulmuş qaydada, fəaliyyətini dayandırdığı, xronometrajın keçirildiyi dövrü əhatə edən səyyar vergi yoxlamasının keçirildiyi hallar istisna olmaqla) xronometraj metodu ilə sonuncu müşahidənin nəticələri vergilərin hesablanması üçün əsas götürülə bilər. Yuxarıda qeyd olunanlara əsasən bildirilir ki, işə baxan birinci instansiya məhkəməsi mübahisənin ədalətli həlli üçün zəruri olan mühüm xüsusatları nəzərdən qaçırmış, məhkəmə baxışı zamanı qanunvericiliyin tələblərini tam araşdırmamış, maddi və prosessual hüquq normalarını yanlış tətbiq etməklə iddia tələbinin təmin olunduğu hissə üzrə qanuni və əsaslı olmayan qərar qəbul etmişdir. Hesab edirlər ki, məhkəmə maddi hüquq normasının tətbiqində səhvə yol vermiş, işin müəyyən olunmuş faktiki hallarına uyğun olmayan maddi hüquq normasını tətbiq etmişdir. Cavabdeh tərəfindən keçirilən kameral vergi yoxlaması və bununla bağlı bütün prosedur hərəkətlər Azərbaycan Respublikasının Vergi Məcəlləsinin tələblərinə müvafiq qaydada həyata keçirilmiş və vergi yoxlamasının həyata keçirilməsi zamanı cavabdeh tərəfindən heç bir qayda (qanun) pozuntusuna yol verilməmişdir. Həmçinin qeyd olunmalıdır ki, Vergi Məcəlləsinin 70.3-cü maddəsinə görə vergi qanunvericiliyinə əsasən tərtib edilən hər hansı sənəd öz mahiyyətinə və məzmununa görə vergi qanunvericiliyinə uyğun gəlirsə, eləcə də vergi hesablanılan və ya bu sənədlərin aid olduğu şəxs hamı üçün aydın şəkildə göstərilmişdirsə həmin sənəd etibarsız və ya prosessual pozuntularla tərtib edilmiş sayıla bilməz. Məhkəmə qərarında iddiaçının obyektinin bir hissəsini (140 m.kv) icarəyə verildiyini, vergi orqanında müvafiq olaraq 29-30 aprel 2019-cu il tarixlərdə qeydiyyata alındığını və yenidən xnonometraj metodu ilə müşahidə aparılması barədə müraciətinə münasibət bildirilmədiyini qeyd edilmişdir. Məhkəmənin bu mövqeyi ilə bağlı bildirilir ki, cavabdehin xx.xx.2019-cu il tarixli **********0558 saylı “xronometraj metodu ilə müşahidənin aparılması haqqında” qərarı ilə xx.xx.2019-cu il tarixdən 15 iş günündən artıq olmayan müddətdə xronometraj metodu ilə müşahidə aparılması qərara alınmışdır. İddiaçının obyektində xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək göstərilən xidmət dövriyyəsi fiksal hesabata əsasən 24225 manat, orta günlük xidmət dövriyyəsi isə 4037,5 manat təşkil etdiyi müəyyən edilmişdir. Qanunvericiliyin tələbindən də göründüyü kimi xronometraj metodu ilə sonuncu müşahidənin nəticələrinin ləğv edilməsi üçün vergi ödəyicisinin yenidən müşahidə keçirilməsi barədə müraciət daxil olması tələb olunur. Lakin, iddiaçının bu müraciəti vergi orqanına xx.xx.2019-cu ildə daxil olmuşdur. Odur ki, iyun ayı üzrə ƏDV vergi məbləği hesablanması sadəcə 5 gün nəzərə alınmış və həmin ay üzrə 20187,5 (4037,5 x 5) manat dövriyyə müəyyən edilmişdir. Məhkəmə belə qənaətə gəlmişdir ki, iddiaçının obyektinin bir hissəsini icarəyə verilməsi onun dövrəsinin tam azalmasına səbəb olmuşdur. Məhkəmənin bu mövqeyi haqlı səbəb olaraq qəbul edilə bilməz. Belə ki, iddiaçının göstərdiyi xidmət növü adətən daim müştərilərə göstərilən xidmət növüdür və xidmət göstərilən xidmət sahəsinin az bir hissəsi icarəyə verilmişdir. Xüsusi olaraq qeyd etmək istəyirik ki, iddiaçının icarə müqaviləsi ilə dövriyyənin aşağı düşməsi səbəbi ilə yenidən xronometraj keçirilməsi ilə bağlı müraciəti olmamış, odur ki son xronometraj metodu ilə müşahidənin nəticəsi vergilərin hesablanmasında əsas götürülmüşdür. Məlum olduğu kimi, iddiaçının vəsatəti əsasında məhkəmə vergilərin düzgün hesablanıb hesablanmamasını müəyyənləşdirmək üçün iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir. Lakin, vəsatətdə ekspertizanın keçirilməsinə səbəb olan hallar ümumiyyətlə əsaslandırılmamışdır. Belə ki, vergi ödəyicisi xx.xx.2019-cu il tarixdə təsərrüfat obyektinin 140 kv.metr sahəsi olan hissəsinin digər şəxslərə icarəyə verilməsi səbəbi ilə vergi orqanı yenidən xronometraj metodu ilə müşahidənin aparılması barədə heç bir tədbir görməməsi və xronometraj metodu ilə müşahidə əsassız olaraq məhz mart ayının 8-9 bayram günləri əsas götürülməklə qərəzli olaraq aparıldığını bildirmişdir. O isə ki, xronometraj metodu ilə müşahidənin aparılması xx.xx.2019-xx.xx.2019-cu il tarixədək aparılmışdır. Həmçinin, Vergi Məcəlləsinin 23.1.3-cü maddəsində vergi ödəyicilərinin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin saxlanılması ilə bağlı olan istehsal, anbar, ticarət və digər binalarında (ərazilərində) istehsal həcminin və ya satış dövriyyəsinin müəyyənləşdirilməsi məqsədilə bu Məcəllənin 50-1-ci maddəsində müəyyən edilmiş hallarda və qaydada xronometraj metodu ilə müşahidə aparmaq hüququ vardır. Buna baxmayaraq iddiaçının vəsatəti təmin edilərək məhkəmə tərəfindən cavabdehin hüquqlarını müəyyən etmək üçün ekspertiza teyin edilmişdir. Apelyasiya baxışı zamanı cavabdehin nümayəndəsi X7 apelyasiya şikayətini müdafiə edərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Apelyasiya baxışı zamanı iddiaçının nümayəndəsi Nümayəndə apelyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyası iş üzrə tərəflərin izahatını dinləyərək, iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İşdən görünür ki, iddiaçı cavabdehin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 04 may 2020-ci il tarixli **********088000 saylı, **********084200 saylı, **********093200 saylı, **********080400 saylı qərarlarının ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etmiş və mövqeyini onunla əsaslandırmışdır ki, cavabdehin xx.xx.2020-ci il tarixli **********084200, **********093200, **********038000 və **********080400 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarları qanunvericiliyin tələblərinin pozulması ilə qəbul edilmişdir. Belə ki, cavabdehin qərarları ilə vergilərin düzgün hesablanıb-hesablanmamasını müəyyənləşdirmək xüsusi bilik tələb etdiyi üçün məhkəmə araşdırmasının obyektiv və hərtərəfliyini təmin etmək üçün iş üzrə məhkəmə mühasibatlıq ekspertizası təyin edilmiş, ekspert aparılmış tədqiqatın nəticəsi olaraq öz rəyində göstərmişdir ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 04 may 2020-ci il tarixli **********088000 saylı, **********084200 saylı, **********093200 saylı, **********080400 saylı qərarları ilə hesablanmış əlavə dəyər vergisinin düzgün olmaması müəyyən olunmuşdur. Ekspert hesablanan verginin yalnız X5 fəaliyyəti üzrə olmadığını göstərməklə yanaşı, bunu xx.xx.2019-cu il tarixli icarə müqavilələri ilə iddiaçının işlədiyi obyekti icarəyə verməsi, həmin MMC-lərin vergi orqanında müvafiq olaraq 29-30 aprel 2019-cu il tarixdən qeydiyyata alınması və vergi ödəyicisinin vergi orqanına baş vermiş dəyişiklikləri nəzərə alaraq, yenidən xronometraj metodu ilə müşahidə (XMM) aparılması barədə xx.xx.2019-cu il tarixli müraciətini ilə əsaslandırmışdır. Ekspert həmçinin göstərmişdir ki, xronometraj metodu ilə müşahidə xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək yəni bayram ərəfəsi və bayram günlərində aparılmışdır ki, bunun da iqtisadi cəhətdən əsaslılığına və s. məhkəmə tərəfindən qiymət verilməli olduğunu bildirmişdir. Belə olan halda, məhkəmə hesab etmişdir ki, cavabdehin mübahisləndirilən qərarları ilə hesablanmış əlavə dəyər vergisinin düzgün olmaması ekspert rəyi ilə müəyyən olunduğu üçün də qanunsuzdur. Bundan başqa, vergi orqanı tərəfindən xronometraj metodu ilə müşahidə xx.xx.2019cu il tarixdən xx.xx.2019-cu il tarixədək yəni bayram ərəfəsi və bayram günlərində aparılması yoxlamanın formallıgına dəlalət edir və məhkəmədə əsaslı şübhə yaradır. Belə ki, təbii ki, iddiaçı gözəllik salonu tərəfindən xidmətlərin göstərilməsi fəaliyyəti ilə məşğul olduğu üçün qadınlar tərəfindən “X8” ərəfəsində müraciətlər adi günlərə nisbətdə çox olmuşdur. İş materiallarında iddiaçının təqdim etdiyi kassa mədaxil qəbzlərindən də göründüyü kimi iddiaçının satış dövriyyəsi digər aylarda və günlərdə tamamilə və əhəmiyyətli dərəcədə fərqli olmuşdur ki, bu da iddiaçının orta günlük satış dövriyyəsinin vergi orqanının müəyyən etdiyi kimi olmasını şübhə altına alır. Buna görə də, iddiaçının xx.xx.2019-xx.xx.2019-cu il tarixlərdə, yəni bayram ərəfəsi dövriyyəsi əsas götürülərək, iddiaçının digər vaxtlar üçün dövriyyəsinin hesablanmaması hüququn ədalət, humanizm, dövlətin sahibkarlara dəstək göstərilməsi prinsiplərinə ziddir. Belə olan halda, cavabdeh vergi orqanı tərəfindən iddiaçıya əlavə vergilərin hesablanması zamanı Azərbaycan Respublikası Vergi Məcəlləsinin 67-ci maddəsində nəzərdə tutulmuş əlaqəli məlumatlardan yalnız ehtimala əsaslanan, yəni satış dövriyyəsinin etalon kimi qəbul edilərək, habelə vergi ödəyicisi tərəfindən işlədiyi obyektin icarəyə verilməsi barədə və yeni xronometraj metodu ilə müşahidə keçirilməsi haqqında ərizənin verilməsinə baxmayaraq xronometraj metodu ilə müşahidənin nəticələrindən istifadə etməsi qanunsuzdur. Vergi orqanının həyata keçirdiyi xronometraj yoxlanılmasının formulasına görə, əgər yoxlama xx.xx.2019-cu il tarixdən xx.xx.2019-dək bayram ərəfəsində yalnız X5 fəaliyyəti üzrə deyil, xx.xx.2019-cu il tarixli icarə müqavilələri ilə iddiaçının işlədiyi obyekti icarəyə verməsi, həmin MMC-lərin vergi orqanında müvafiq olaraq 29-30 aprel 2019-cu il tarixdən qeydiyyata alınması və vergi ödəyicisinin vergi orqanına baş vermiş dəyişiklikləri nəzərə alaraq, yenidən xronometraj metodu ilə müşahidə (XMM) aparılması barədə xx.xx.2019-cu il tarixli müraciəti nəzərə alınmaqla aparılsaydı, onda iddiaçının günlük satış dövriyyəsi həmin məbləğdən xeyli az məbləği təşkil edərdi ki, bu hal da, vergi orqanı tərəfindən aparılmış hesablamaların etibarlığını, obyektivliyin və qərəzsizliyini şübhə altına alır. Proses iştirakçılarının məhkəməyə verdikləri izahatların təhlili, işdə olan yazılı mülahizələr və işə əlavə edilmiş sənədlərin tədqiqi belə bir nəticəyə gəlməyə əsas verir ki, cavabdeh vergi orqanı tərəfindən mübahisələndirilən müvafiq qərarlar qəbul edilərkən qanunvericiliyin müəyyən etdiyi tələblərə tam şəkildə riayət edilməmiş, düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün hallar, o cümlədən, vergi ödəyicisi üçün əlverişli olan hallar araşdırılmamış, cavabdeh inzibati orqan iddiaçı ilə bağlı başladığı inzibati icraat zamanı pozuntulara yol verərək iddiaçıya münasibətdə əlverişsiz inzibati akt qəbul etmişdir. Halbuki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Məhkəmə işin yuxarıda qeyd olunan hallarını nəzərə alaraq hesab etmişdir ki, sübutetmə yükü qanunvericiliklə üzərinə qoyulan tərəf kimi cavabdeh vergi orqanının iddiaçını vergi məsuliyyətinə cəlb edərək, sonuncuya münasibətdə əlavə vergi məbləğlərinin hesablanmasına əsas olmuş hallar, yəni cavabdehin bu müdaxiləsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə yoxlanılan hissədə sübuta yetirilmir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Belə ki, iş materiallarında olan iş materiallarında olan sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən KY191323841 saylı çıxarışdan görünür ki, iddiaçıya məxsus obyektdə (gözəllik salonu) xx.xx.2019-ci il tarixdən xx.xx.2019-cu il tarixədək operativ vergi nəzarətinin keçirilməsi qeydiyyata alınmışdır. İş materiallarında olan xronometraj müşahidənin nəticəsi nəzərə alınmaqla vergi orqanı tərəfindən vergi ödəyicisinin xx.xx.2019-cu il tarixdə ƏDV qeydiyyatına alınması və qeydiyyatın qüvvəyə minmə tarixinin xx.xx.2019-cu il olması göstərilmişdir. İş materiallarında olan cavabdehin xx.xx.2019-cu il tarixli **********0558 saylı xronometraj metodu ilə müşahidə aparılması haqqında qərarından görünür ki, iddiaçıya məxsus olan ünvan 2 ünvanında yerləşən obyektdə xx.xx.2019-cu il tarixdən 15 on beş iş günündən çox olmayan müddətdə Xronometraj metodu ilə müşahidə aparılması qərara alınmışdır. İş materiallarında olan vergi orqanı tərəfindən xx.xx.2019-cu il tarixdə tərtib edilmiş VN-14 seriyalı 020673 saylı xronometraj metodu ilə aparılan müşahidənin nəticəsi barədə günlük aktdan görünür ki, iddiaçının göstərdiyi xidmətə görə həmin günlük dövriyyəsi 1785 manat təşkil etdiyi müəyyən edilmişdir. İş materiallarında olan vergi orqanı tərəfindən xx.xx.2019-cu il tarixdə tərtib edilmiş VN-14 seriyalı 020672 saylı xronometraj metodu ilə aparılan müşahidənin nəticəsi barədə günlük aktdan görünür ki, iddiaçının göstərdiyi xidmətə görə həmin günlük dövriyyəsi 4035 manat təşkil etdiyi müəyyən edilmişdir. İş materiallarında olan vergi orqanı tərəfindən xx.xx.2019-cu il tarixdə tərtib edilmiş VN-14 seriyalı 020671 saylı xronometraj metodu ilə aparılan müşahidənin nəticəsi barədə günlük aktdan görünür ki, iddiaçının göstərdiyi xidmətə görə həmin günlük dövriyyəsi 5267 manat təşkil etdiyi müəyyən edilmişdir. İş materiallarında olan vergi orqanı tərəfindən xx.xx.2019-cu il tarixdə tərtib edilmiş VN-14 seriyalı 020670 saylı xronometraj metodu ilə aparılan müşahidənin nəticəsi barədə günlük aktdan görünür ki, iddiaçının göstərdiyi xidmətə görə həmin günlük dövriyyəsi 4710 manat təşkil etdiyi müəyyən edilmişdir. İş materiallarında olan vergi orqanı tərəfindən xx.xx.2019-cu il tarixdə tərtib edilmiş VN-14 seriyalı 020669 saylı xronometraj metodu ilə aparılan müşahidənin nəticəsi barədə günlük aktdan görünür ki, iddiaçının göstərdiyi xidmətə görə həmin günlük dövriyyəsi 6578 manat təşkil etdiyi müəyyən edilmişdir. İş materiallarında olan vergi orqanı tərəfindən xx.xx.2019-cu il tarixdə tərtib edilmiş VN-14 seriyalı 020668 saylı xronometraj metodu ilə aparılan müşahidənin nəticəsi barədə günlük aktdan görünür ki, iddiaçının göstərdiyi xidmətə görə həmin günlük dövriyyəsi 1850 manat təşkil etdiyi müəyyən edilmişdir. İş materiallarında olan vergi orqanı tərəfindən xx.xx.2019-cu il tarixdə tərtib edilmiş VN-14 seriyalı 020667 saylı xronometraj metodu ilə aparılan müşahidənin nəticəsi barədə yekun aktdan görünür ki, iddiaçının xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək göstərdiyi xidmətə görə xidmət dövriyyəsi fiskal hesabata əsasən 24225 manat, orta günlük xidmət dövriyyəsi isə 4037,5 manat təşkil etdiyi müəyyən edilmişdir. İş materiallarında olan iddiaçı tərəfindən cavabdehə ünvanlanmış yenidən xronometraj metodu ilə müşahidə (XMM) aparılması barədə xx.xx.2019-cu il tarixli ərizəsindən görünür ki, iddiaçı əlavə vergilərin hesablanması ilə bağlı obyektin 70 kv/m-ni birgə işlədiyi şəxsin yaratdığı "xxxx" MMC-yə (VÖEN: 1 7********) və digər 70 kv/m-ni birgə işlədiyi şəxsin yaratdığı "xxxx"MMC-yə (VÖEN: **********) icarəyə verilməsi, həmin MMC-lərin vergi orqanında müvafiq olaraq 29-30 aprel 2019-cu il tarixdən qeydiyyata alınması və baş vermiş dəyişiklikləri nəzərə alaraq, yenidən xronometraj metodu ilə müşahidə (XMM) aparılması barədə vergi orqanına müraciət etmişdir. İş materiallarında olan iddiaçı ilə "xxxx" MMC arasında Bakı şəhəri 29 saylı notariat ofisində bağlanmış xx.xx.2019-cu il tarixli icarə müqaviləsindən görünür ki, iddiaçı ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 515.9 kv/m olan qeyri-yaşayış sahəsinin 70 kv/m-ni "xxxx" MMC-yə xx.xx.2021-ci il tarixə qədər icarəyə vermişdir. İş materiallarında olan iddiaçı ilə "xxxx" MMC arasında Bakı şəhəri 29 saylı notariat ofisində bağlanmış xx.xx.2019-cu il tarixli icarə müqaviləsindən görünür ki, iddiaçı ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 515.9 kv/m olan qeyri-yaşayış sahəsinin 70 kv/m-ni "xxxx" MMC-yə xx.xx.2021-ci il tarixə qədər icarəyə vermişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli **********403800 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” uyğunsuzluq məktubundan görünür ki, yaranmış kənarlaşmalarla bağlı məktubda qeyd olunan müddətdə dəqiqləşdirilmiş bəyannamənin təqdim edilməsi iddiaçıdan tələb edilmişdir. İş materiallarında olan Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2020-ci il tarixli **********088000 saylı nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması” barədə qərarından görünür ki, vergi ödəyicisi tərəfindən təqdim edilmiş 2020-ci ilin mənfəət vergisinin bəyannaməsi üzrə kameral vergi yoxlaması həyata keçirilərək 2019-cu ilin aprel ayı üzrə ƏDV bəyannaməsinin “301. ƏDV-nə 18 faiz dərəcə ilə cəlb olunan əməliyyatlar” sətrlərində “Dövriyyə məbləği” (ƏDV daxil) sütununda olan 0 manat məbləğ göstərilməyinə baxmayaraq, rəsmiləşdirilmiş son xronometraj müşahidəsinin nəticəsinə əsasən dövriyyə məbləği (ƏDV daxil) aprel ayı üzrə 121125.0 manat müəyyən edildiyindən 18.476,70 manat məbləğində əlavə dəyər vergisi hesablanmışdır. İş materiallarında olan Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2020-ci il tarixli **********084200 saylı nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması” barədə qərarından görünür ki, vergi ödəyicisi tərəfindən təqdim edilmiş 2020-ci ilin mənfəət vergisinin bəyannaməsi üzrə kameral vergi yoxlaması həyata keçirilərək 2019-cu ilin may ayı üzrə ƏDV bəyannaməsinin “301. ƏDV-nə 18 faiz dərəcə ilə cəlb olunan əməliyyatlar” sətrlərində “Dövriyyə məbləği” (ƏDV daxil) sütununda olan 0 manat məbləğ göstərilməyinə baxmayaraq, rəsmiləşdirilmiş son xronometraj müşahidəsinin nəticəsinə əsasən dövriyyə məbləği (ƏDV daxil) may ayı üzrə 125162.5 manat müəyyən edildiyindən 19.092,59 manat məbləğində əlavə dəyər vergisi hesablanmışdır. İş materiallarında olan Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2020-ci il tarixli **********093200 saylı nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması” barədə qərarından görünür ki, vergi ödəyicisi tərəfindən təqdim edilmiş 2020-ci ilin mənfəət vergisinin bəyannaməsi üzrə kameral vergi yoxlaması həyata keçirilərək 2019-cu ilin iyun ayı üzrə ƏDV bəyannaməsinin “301. ƏDV-nə 18 faiz dərəcə ilə cəlb olunan əməliyyatlar” sətrlərində “Dövriyyə məbləği” (ƏDV daxil) sütununda olan 0 manat məbləğ göstərilməyinə baxmayaraq, rəsmiləşdirilmiş son xronometraj müşahidəsinin nəticəsinə əsasən dövriyyə məbləği (ƏDV daxil) iyun ayı üzrə 121125.0 manat müəyyən edildiyindən iddiaçıya iyun 2019-cu il üçün 18.476,70 manat məbləğində əlavə dəyər vergisi hesablanmışdır. İş materiallarında olan Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2020-ci il tarixli **********080400 saylı nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması” barədə qərarından görünür ki, vergi ödəyicisi tərəfindən təqdim edilmiş 2020-ci ilin mənfəət vergisinin bəyannaməsi üzrə kameral vergi yoxlaması həyata keçirilərək 2019-cu ilin iyul ayı üzrə ƏDV bəyannaməsinin “301. ƏDV-nə 18 faiz dərəcə ilə cəlb olunan əməliyyatlar” sətrlərində “Dövriyyə məbləği” (ƏDV daxil) sütununda olan 0 manat məbləğ göstərilməyinə baxmayaraq, rəsmiləşdirilmiş son xronometraj müşahidəsinin nəticəsinə əsasən dövriyyə məbləği (ƏDV daxil) iyul ayı üzrə 20187.5 manat müəyyən edildiyindən iddiaçıya iyul 2019-cu il üçün 3.079,45 manat məbləğində əlavə dəyər vergisi hesablanmışdır. İş materiallarında olan iddiaçı tərəfindən Azərbaycan Respublikası Vergilər Nazirliyinə ünvanlanmış xx.xx.2020-ci il tarixli ərizədən görünür ki, iddiaçı 04 may 2020-ci il tarixli **********088000 saylı, **********084200 saylı, **********093200 saylı, **********080400 saylı qərarların ləğv olunmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 20.4-cü maddəsinə əsasən vergi orqanları yerli vergilər (bələdiyyə vergiləri), habelə tutulması dövlət gömrük orqanlarının səlahiyyətlərinə aid edilmiş yol vergisi, ƏDV və aksiz istisna olmaqla, vergilərin tam və vaxtında ödənilməsinə nəzarəti həyata keçirirlər. Həmin Məcəllənin 24.0.1-ci maddəsinə əsasən vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə; vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə vergi orqanları borcludur. Həmin Məcəllənin 37.4-cü maddəsinə əsasən kameral yoxlama nəticəsində vergi bəyannaməsində və ya cari vergi ödəmələrinin hesablanması haqqında arayışda vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. Həmin Məcəllənin 50-1.1-ci maddəsinə əsasən xronometraj metodu ilə müşahidə operativ vergi nəzarəti növü olmaqla istehsal həcminin və ya satış dövriyyəsinin müəyyənləşdirilməsi və dəqiqləşdirilməsi məqsədi ilə vergi ödəyicilərinin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin saxlanılması ilə bağlı olan istehsal, anbar, ticarət və digər binalarında (ərazilərində) aşağıdakı hallarda aparılır: - vergi ödəyicisinin təqdim etdiyi vergi bəyannamələrində vergi tutulan dövriyyə əvvəlki hesabat dövriyyələri ilə müqayisədə 30 faizdən çox azaldıqda, yaxud dövriyyə məbləğlərinin vergi ödəyicisinin fəaliyyəti barədə iqtisadi göstəricilərinə, işçilərinin sayına, əmtəə-material ehtiyatlarının həcminə, satış qiymətlərinə və aktivlərinin dəyərinə uyğun olmaması barədə vergi orqanında mənbəyi bəlli məlumatlar olduqda; - əhali ilə pul hesablaşmalarının aparılması qaydalarının təkrar pozulması faktları aşkar olunduqda; - bu Məcəllənin 15.1.13-cü maddəsinə müvafiq olaraq vergi ödəyicisi yeni xronometraj metodu ilə müşahidə keçirilməsi haqqında vergi orqanına tələb irəli sürdükdə. Həmin Məcəllənin 50-1.2-ci maddəsinə əsasən bu Məcəllənin 15.1.13-cü maddəsinə müvafiq olaraq yeni xronometraj metodu ilə müşahidə keçirilməsi haqqında tələbi vergi ödəyicisi istənilən vaxt, lakin sonuncu xronometraj metodu ilə müşahidədən ən azı 1 ay keçdikdən sonra, növbəti dəfə isə sonuncu müşahidədən ən azı 2 ay keçdikdən sonra təqdim edə bilər. Bu maddədə göstərilən müddətlərin axımına bu Məcəllənin 16.3-cü maddəsində nəzərdə tutulan müddət daxil edilmir. Həmin Məcəllənin 50-1.3-cü maddəsinə əsasən xronometraj metodu ilə müşahidə obyektin normal fəaliyyətinə maneçilik törətməməklə və bu Məcəllənin 50.3-50.6-cı maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilməklə 15 iş günündən çox olmayan müddətdə aparılır. Həmin Məcəllənin 50-1.4-cü maddəsinə əsasən müşahidəyə başlamazdan əvvəl xronometraj metodu ilə müşahidə aparılmalı olan obyektdə malın (işin, xidmətin) qiymətini müəyyən etmək məqsədi ilə vergi orqanının nəzarət qaydasında mal (iş, xidmət) alqısı həyata keçirmək hüququ vardır. Həmin Məcəllənin 50-1.5-ci maddəsinə əsasən xronometraj metodu ilə müşahidə keçirilən zaman müxtəlif vergi ödəyicilərinin tətbiq etdikləri qiymətlərin nəzarət qaydasında mal alqısı zamanı rəsmiləşdirilmiş qiymətlərdən 30 faizdən çox (aşağı və ya yuxarı) fərqlənməsi faktları aşkar edildikdə, istehsal həcmi və ya satış dövriyyəsi nəzarət qaydasında mal alqısı zamanı rəsmiləşdirilmiş qiymətlər nəzərə alınmaqla hesablanır. Həmin Məcəllənin 50-1.6-cı maddəsinə əsasən xronometraj metodu ilə müşahidə zamanı müəyyən edilmiş göstəricilər hər iş gününün sonunda müvafiq aktla rəsmiləşdirilir. Xronometraj metodu ilə müşahidənin son nəticəsi müşahidə ilə müəyyən edilmiş günlük göstəricilər əsasında orta günlük göstərici kimi ümumiləşdirilir və bu barədə müvafiq akt tərtib olunur. Həmin Məcəllənin 67.1-ci maddəsinə əsasən bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini aşağıda göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır: - 67.1.1. vergi ödəyicisi tərəfindən vergi orqanına əvvəlki hesabat dövrləri üçün təqdim edilmiş vergi bəyannamələri; - 67.1.2. vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirləri barədə rəsmi məlumatlar; - 67.1.3. vergi ödəyicisinin xərcləri, o cümlədən fərdi istehlakı üçün malların (daşınar və daşınmaz əmlakın), işlərin və xidmətlərin alınmasına çəkilən xərcləri barədə rəsmi məlumatlar; - 67.1.4. vergi ödəyicisinin mülkiyyətində və ya istifadəsində olan maddi və qeyrimaddi əmlak barədə rəsmi məlumatlar; - 67.1.5. vergi ödəyicisi tərəfindən istehsal olunmuş və (və ya) təqdim edilmiş malların (işlərin, xidmətlərin) fiziki həcmi barədə rəsmi məlumatlar; - 67.1.6. vergi ödəyicisinin idxal-ixrac əməliyyatları barədə rəsmi məlumatlar; 67.1.7. vergi ödəyicisinin bank hesablarındakı vəsaitlər, o cümlədən bank hesablarındakı vəsaitlərin hərəkəti barədə alınan rəsmi məlumatlar; - 67.1.8. vergi ödəyicisində aparılmış xronometraj müşahidələrin nəticələri; Həmin Məcəllənin 83.2-ci maddəsinə əsasən vergi orqanının bu Məcəlləyə uyğun olaraq vergi ödəyicisinin vergi öhdəliklərini aşağıdakı məlumat mənbələrindən birinə və ya bir neçəsinə əsaslanaraq hesablamaq hüququ vardır: - 83.2.1. vergi ödəyicilərinin vergi bəyannamələrində olan məlumata; - 83.2.2. bu Məcəllənin 73-cü maddəsinə müvafiq ödəmələr haqqında məlumata; - 83.2.3. vergi yoxlaması materiallarına; - 83.2.4. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumata, o cümlədən bu Məcəllənin 67-ci maddəsi ilə nəzərdə tutulmuş əlaqəli məlumatlara. İş materialları ilə müəyyən olunur ki, vergi ödəyicisi X1 verginin ödəyicisi olmuşdur. xx.xx.2019-cu il tarixli icarə müqavilələrinə əsasən fiziki şəxs X6 obyektin 70 kv/m-ni "xxxx" MMC-yə (VÖEN: 1 7********) və digər 70 kv/m-ni "xxxx"MMC-yə (VÖEN: **********) icarəyə vermiş və həmin MMC-lər vergi orqanında müvafiq olaraq 29-30 aprel 2019-cu il tarixdən qeydiyyata alınmışlar. Lakin vergi orqanın xronometraj metodu ilə müşahidə aparılması haqqında xx.xx.2019-cu il tarixli **********0558 nömrəli qərarına əsasən vergi ödəyicisinə məxsus obyektdə (ünvan-ünvan 3llik salonları tərəfindən xidmətlərin göstərilməsi) xronometraj metodu ilə müşahidə keçirilmiş və yekunu ilə bağlı xx.xx.2019-cu il tarixli akt tərtib olunmuşdur. Xronometraj metodu ilə müşahidə xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək aparılmış, xronometraj müşahidəsinin nəticəsinə əsasən dövriyyə məbləği (ƏDV daxil) aprel ayı üzrə 121125.0 manat, may ayı üzrə 125162.5 manat, iyun ayı üzrə 121125.0 manat və iyul ayı üzrə 20187.5 manat müəyyən edilmişdir. Göstərilənlərə əsasən vergi orqanı tərəfindən 04 may 2020-ci il tarixli **********088000 saylı, **********084200 saylı, **********093200 saylı, **********080400 saylı qərarlarla vergi ödəyicisinə əlavə olaraq 2019cu ilin aprel ayı üzrə 18476,70 manat, may ayı üzrə 19092,59 manat, iyun ayı üzrə 18476,70 manat və iyul ayı üzrə 3079,45 manat ƏDV hesablanmışdır. İddiaçının vergi orqanına baş vermiş dəyişiklikləri, yəni xx.xx.2019-cu il tarixli icarə müqavilələrinə əsasən fiziki şəxs X5 obyektin 70 kv/m-ni "xxxx" MMC-yə (VÖEN: 1 7********) və digər 70 kv/m-ni "xxxx"MMC-yə (VÖEN: **********) icarəyə verməsi və həmin MMC-lərin vergi orqanında müvafiq olaraq 29-30 aprel 2019-cu il tarixdən qeydiyyata alınması nəzərə alınaraq, yenidən xronometraj metodu ilə müşahidə (XMM) aparılması barədə xx.xx.2019-cu il tarixli müraciətinə münasibət bildirilməmişdir. İddiaçı cavabdehin qəbul etdiyi 04 may 2020-ci il tarixli **********088000 saylı, **********084200 saylı, **********093200 saylı, **********080400 saylı qərarları məhkəmədə mübahisələndirmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, xronometraj metodu ilə müşahidə vergi ödəyicisinin istehsal həcminin və ya satış dövriyyəsinin müəyyənləşdirilməsi və dəqiqləşdirilməsi məqsədinə yönəldiyindən belə müşahidə elə bir ağlabatan dövr ərzində keçirilməlidir ki, satışla və ya istehsalla bağlı real mənzərəni müəyyən etmək mümkün olsun. Nəzərə almaq lazımdır ki, xronometraj metodu ilə müşahidə sözügedən real mənzərəni müəyyən etməyə imkan verməyəcəksə, o halda, belə müşahidənin aparılmasından gözlənilən nəticələr əldə edilməmiş olur. Hər bir halda, qanunda nəzərdə tutulan bu imkan inzibati orqan tərəfindən o qaydada istifadə olunmanı tələb edir ki, onun nəticəsində vergi ödəyicisinin istehsal həcminin və ya satış dövriyyəsinin tamamən eyni olmasa da, real vəziyyətinə ən yaxın olan vəziyyəti aşkara çıxarmaq mümkün olsun. Beləliklə, xronometraj metodu ilə müşahidə tədbirinin keçirildiyi müddətə bu tədbirin məqsədi nəzərə alınmaqla qiymət verilməlidir. Müvafiq olaraq inzibati orqan da həmin tədbirin müddətini müəyyən edərkən vergi ödəyicisinin məşğul olduğu fəaliyyət növünü və onun digər fərdi xüsusiyyətləri nəzərə almalıdır. Qanunun mənası vergi orqanından məhz bu qaydada davranmanı tələb edir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 9/7255 nömrəli ekspert rəyindən görünür ki, rəyin tədqiqi hissəsində göstərilən səbəblər yəni xx.xx.2019-cu il tarixli icarə müqavilələrinə əsasən fiziki şəxs X6 tərəfindən əlavə vergilərin hesablanması ilə bağlı obyektin 70 kv/m-ni birgə işlədiyi şəxsin yaratdığı "xxxx" MMC-yə (VÖEN: 1 7********) və digər 70 kv/m-ni birgə işlədiyi şəxsin yaratdığı "xxxx"MMC-yə (VÖEN: **********) icarəyə verilməsi, həmin MMC-lərin vergi orqanında müvafiq olaraq 29-30 aprel 2019-cu il tarixdən qeydiyyata alınması və vergi ödəyicisinin vergi orqanına baş vermiş dəyişiklikləri nəzərə alaraq, yenidən xronometraj metodu ilə müşahidə (XMM) aparılması barədə xx.xx.2019-cu il tarixli müraciəti əsas götürülməklə 04 may 2020-ci il tarixli **********088000 saylı, **********084200 saylı, **********093200 saylı, **********080400 saylı qərarlarla hesablanmış vergilərin Vergi Məcəlləsinin tələblərinə uyğunluğu müəyyən olunmur. Belə ki, Vergi Məcəlləsinin (hesablanmış vergilərin əhatə etdiyi dövrdə qüvvədə olan Vergi Məcəlləsi) 3.1., 3.2., 15.1.13. və 50-1.2. maddələrində aşağıdakılar göstərilmişdir. Vergilər haqqında qanunvericilik vergitutmanın ümumi, bərabər və ədalətli olmasına olmasına əsaslanmalıdır. 15.1.13. Xronometraj metodu ilə aparılan sonuncu müşahidədən sonra bu Məcəllənin 50- 1.2-ci maddəsində göstərilən müddətlərə riayət olunmaqla istehsal həcminin və ya satış dövriyyəsinin dəyişməsi ilə əlaqədar xronometraj metodu ilə yeni müşahidənin aparılmasını vergi orqanlarından tələb etmək. 50-1.2. Bu Məcəllənin 15.1.13- cü maddəsinə müvafiq olaraq yeni xronometraj metodu ilə müşahidə keçirilməsi haqqında tələbi vergi ödəyicisi istənilən vaxt, lakin sonuncu xronometraj metodu ilə müşahidədən ən azı 1 ay keçdikdən sonra, növbəti dəfə isə sonuncu müşahidədən ən azı 2 ay keçdikdən sonra təqdim edə bilər. Bu maddədə göstərilən müddətlərin axımına bu Məcəllənin 16.3-cü maddəsində nəzərdə tutulan müddət daxil edilmir. 50-1.3. Xronometraj metodu ilə müşahidə obyektin normal fəaliyyətinə maneçilik törətməməklə və bu Məcəllənin 50.3-50.6-cı maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilməklə 15 iş günündən çox olmayan müddətdə aparılır. Yəni Vergi Məcəlləsinin yuxarıda göstərilən tələblərinə əsasən xx.xx.2019-cu il tarixli icarə müqavilələrinə əsasən fiziki şəxs X6 tərəfindən əlavə vergilərin hesablanması ilə bağlı obyektin 70 kv/m-ni birgə işlədiyi şəxsin yaratdığı "xxxx" MMC-yə (VÖEN: 1 7********) və digər 70 kv/m-ni birgə işlədiyi şəxsin yaratdığı "xxxx"MMC-yə (VÖEN: **********) icarəyə verilməsi, həmin MMC-lərin vergi orqanında müvafiq olaraq 29-30 aprel 2019-cu il tarixdən qeydiyyata alınması və vergi ödəyicisinin vergi orqanına baş vermiş dəyişiklikləri nəzərə alaraq, yenidən xronometraj metodu ilə müşahidə (XMM) aparılması barədə xx.xx.2019-cu il tarixli müraciəti əsas götürülməli idi. Həmçinin qeyd edilir ki, xronometraj metodu ilə müşahidə xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək yəni bayram ərəfəsi və bayram günlərində aparılmışdır ki, bunun da iqtisadi cəhətdən əsaslılığına və s. məhkəmə tərəfindən qiymət verilməlidir. Bütün yuxarıda göstərilənlərə əsasən yalnız X5 (VÖEN- **********) fəaliyyəti üzrə dövriyyəsinin hansı məbləğdə olmasını müəyyən etmək mümkün olmadı. Həmçinin bütün yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 04 may 2020-ci il tarixli **********088000 saylı, **********084200 saylı, **********093200 saylı, **********080400 saylı qərarları ilə hesablanmış əlavə dəyər vergisinin düzgün olmaması müəyyən olunur. X2 fəaliyyəti üzrə ƏDV hesablanmamalı idi. Qeyd edilənlərin hazırkı işin hallarına tətbiqi ilə bağlı müəyyən olunur ki, iddiaçı barəsində əlavə vergi xronometraj metodu ilə müşahidənin nəticələrinə əsaslanmaqla tətbiq edilmişdir. Bayram ərəfəsi və bayram günlərində aparılmış müşahidə nəticəsində əldə edilən məlumatlar isə yuxarda qeyd edilən məqsədə uyğun gələn, yəni satışla və ya istehsalla bağlı real mənzərini müəyyən etməyə imkan verən məlumatlar kimi qəbul edilə bilməz. Belə ki, təbii ki, iddiaçı gözəllik salonu tərəfindən xidmətlərin göstərilməsi fəaliyyəti ilə məşğul olduğu üçün qadınlar tərəfindən “X8” ərəfəsində müraciətlər adi günlərə nisbətdə çox olmuşdur. İş materiallarında iddiaçının təqdim etdiyi kassa mədaxil qəbzlərindən də göründüyü kimi iddiaçının satış dövriyyəsi digər aylarda və günlərdə tamamilə və əhəmiyyətli dərəcədə fərqli olmuşdur ki, bu da iddiaçının orta günlük satış dövriyyəsinin vergi orqanının müəyyən etdiyi kimi olmasını şübhə altına alır. Bundan başqa vergi orqanının həyata keçirdiyi xronometraj yoxlanılmasının formulasına görə, əgər yoxlama xx.xx.2019-cu il tarixdən xx.xx.2019-dək bayram ərəfəsində yalnız X5 fəaliyyəti üzrə deyil, xx.xx.2019-cu il tarixli icarə müqavilələri ilə iddiaçının işlədiyi obyekti icarəyə verməsi, həmin MMC-lərin vergi orqanında müvafiq olaraq 29-30 aprel 2019-cu il tarixdən qeydiyyata alınması və vergi ödəyicisinin vergi orqanına baş vermiş dəyişiklikləri nəzərə alaraq, yenidən xronometraj metodu ilə müşahidə (XMM) aparılması barədə xx.xx.2019-cu il tarixli müraciəti nəzərə alınmaqla aparılsaydı, onda iddiaçının günlük satış dövriyyəsi həmin məbləğdən xeyli az məbləği təşkil edərdi ki, bu hal da, vergi orqanı tərəfindən aparılmış hesablamaların etibarlığını, obyektivliyin və qərəzsizliyini şübhə altına alır. Eyni zamanda ekspert rəyi ilə iddiaçı tərəfindən cavabdehin mübahisləndirilən qərarları ilə hesablanmış əlavə dəyər vergisinin düzgün hesablanması müəyyən olunmamışdır. Odur ki, sözügedən qaydada aparılmış xronometraj metodu ilə müşahidənin nəticələrindən çıxış edilməklə qəbul olunmuş vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə qərarlar qanunsuz və əsassız olmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, İPM-nin 14.1-ci maddəsi baxımından, mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Belə ki, inzibati qanunvericiliyin tələbi baxımından vergi orqanının inzibati icraat zamanı (bu halda kameral vergi yoxlamasının aparılması və müvafiq qərar qəbul edilməsi zamanı) işin hallarını obyektiv araşdırmaq hüququ vardır (“İnzibati icraat haqqında" Qanunun 24-cü maddəsi). Nəzərə alınmalıdır ki, inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir, inzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Təqdim olunmuş sübutlar isə yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur, inzibati orqan sübutlara iş üçün əhəmiyyət kəsb edən bütün faktiki və hüquqi hallara müvafiq olaraq qiymət verir (“inzibati icraat haqqında” Qanunun 47.1-ci maddəsi). Azərbaycan Respublikası Konstitusiyasının 73-cu maddəsinin İİ hissəsinə əsasən heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergilər və başqa dövlət ödənişləri ödəməyə məcbur edilə bilməz. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 3.8-ci maddəsinə əsasən heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. Həmin Məcəllənin 49.5-ci maddəsinə görə vergi orqanının vəzifəli şəxsləri tərəfindən bu maddənin tələblərinin gözlənilməməsi vergi orqanının qərarının yuxarı vergi orqanı və məhkəmə tərəfindən ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 53.3-cü maddəsinə əsasən Bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Vergi ödəyicisinin vergitutma obyektinin uçotunda, vergilərin hesablanmasında və ödənilməsində yol verdiyi səhvləri müstəqil düzəltmək hüququ vardır. Bu maddədə nəzərdə tutulmuş müddəalar vergi agentlərinə də şamil edilir. Hazırkı inzibati işə apelyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, cavabdeh tərəfindən tərtib edilmiş **********088000 saylı, **********084200 saylı, **********093200 saylı, **********080400 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 04 may 2020-ci il tarixli qərarlarla hesablanmış əlavə verginin qanuni olubolmamasını müəyyən etmək üçün ilk növbədə onların hesablanmasına əsas olmuş xronometraj metodu ilə müşahidələrin nəticələrinin qanuni olub-olmamasına hüquqi qiymət verərkən birinci instansiya məhkəməsinin gəldiyi qənaəti əsaslı olmuşdur, şikayətin dəlilləri qərarın ləğvinə əsas vermir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Sadalanan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, iddiaçının apelyasiya şikayəti təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35, 80, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 14 dekabr 2021-ci il tarixli, 2-1(112)-7978/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qüvvəyə minir. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə ondan Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-1240/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1240/2022
13.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver