Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1240/2024 25.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X12 Oruczadənin sədrliyi və məruzəsi ilə, Günel Məhərrəm qızı Abbasova və X11 ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X9 üzrə Dövlət Komitəsinə qarşı “məcburi köçkün statusunu təsdiq edən vəsiqənin verilməsi” barədə iddia tələbi üzrə Bakı İnzibati Məhkəməsinin 20 oktyabr 2023-cü il tarixli 2-1(112)-13529/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X9 üzrə Dövlət Komitəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “xx.xx.2006-ci il təvəllüdlü İddiaçı məcburi köçkün statusunu təsdiq edən vəsiqənin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında məskunlaşaraq yaşayır. Məcburi köçkün olaraq bütün imtiyazlardan formal olaraq istifadə etmək hüququna malikdir. Bakı şəhəri Əhaliyə Xidmət İdarəsi və Xətai Rayon Sektoru tərəfindən verilmiş 53 saylı xx.xx.2023-cü il tarixli ayarışdan görünür ki, xx.xx.1976-cı il təvəllüdlü Qanuni nümayəndə məcburi köçkün statusuna malikdir və ünvan 2 ünvanında yaşayır. Məcburi köçkün olaraq bütün imtiyazlardan formal olaraq istifadə etmək hüququna malikdir. Sözügedən hüquqularından yararlanmaq məqsədi ilə məcburi köçkün statusunu təsdiq edən vəsiqənin verilməsi ilə əlaqədar cavabdehə müraciət edilmişdir. Cavabdeh tərəfindən 3-36/2-M-5849- 48/2023/4373 saylı xx.xx.2023-cü il tarixli məktub ilə onun müraciətindən imtina edilmişdir. İmtina məktubunda göstərilmişdir ki, Füzuli rayonu, Alxanlı kəndi işğaldan azad olunduğundan 08 noyabr 2020-ci il tarixdən işğaldan azad olan ərazilərin azad edilməsindən sonra təmas xətti ləğv edildiyindən, qeydiyyatda olduğu kənd sakinlərinə xüsusi qaydada məcburi köçkün statusunu təsdiq edən vəsiqənin verilməsi dayandırılmışdır. İnzibati orqanın imtinası əsassız və qanunsuzdur. Ona görə ki, övladlarının ikisi də (qızı İddiaçı və oğlu X21) 2011-ci il tarixindən onun himayəsində yaşayırlar və Cəbrayıl rayonunun B.Mərcanlı kəndində qeydiyyatdadırlar. xx.xx.2016-ci il tarixli AA seriyalı № 370121 nömrəli vəsiqədən görünür ki, 1993-cü il tarixdə Cəbrayıl rayonundan məcburi köçkün düşmə faktını təsdiqlənir. Cavabdeh ərizəni araşdırmadan haqsız olaraq imtina vermişdir. Məhz bu səbəbdən məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Cavabdeh məhkəməyə təqdim etdiyi iddiaya yazılı etirazında iddia tələbinin rədd edilməsini xahiş etmiş və bildirmişdir ki, iddiaçının anası Qanuni nümayəndə “övladı İddiaçı məcburi köçkün vəsiqəsinin verilməsi barədə” Komitəyə daxil olmuş müraciəti Komitənin cavab məktubu ilə cavablandırılaraq bildirilmişdir ki, ünvan 110-ci il tarixdən işğaldan azad edilməsindən sonra, təmas xətti ləğv edildiyindən qeydiyyatda olduğu kənd sakinlərinə məcburi köçkün statusunu təsdiq edən vəsiqənin verilməsi dayandırıldığına görə istəyinin müsbət həlli Komitənin imkanı xaricindədir. Azərbaycan Respublikasında məcburi köçkünlərin statusunun müəyyənləşdirilməsi “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanununa, Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 fevral tarixli 187 nömrəli Fərmanı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının Qaçqınların və X9 üzrə Dövlət Komitəsi haqqında Əsasnamə”yə, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində 2013cü il 5 iyun tarixdə qeydiyyatdan keçmiş və Azərbaycan Respublikası Qaçqii.larin və X9 üzrə Dövlət Komitəsinin 2013-cü il 23 may tarixli 1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”a uyğun olaraq həyata keçirilir. Azərbaycan Respublikasının “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” 21 may 1999- cu il tarixli Qanununun 10-cu maddəsinə əsasən, qaçqın statusu almaq niyyətində olan şəxslər onlara qaçqın statusu verilməsi haqqında ərizə ilə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına müraciət etməli, məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusu verilməsi üçün isə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçməlidirlər. Göründüyü kimi, Azərbaycan Respublikası Qaçqınların və X9 üzrə Dövlət Komitəsi tərəfindən məcburi köçkünlərin miqrasiyası, uçotu və qeydiyyatına dair işlər görülməkdədir. Xüsusilə vurğulamaq lazımdır ki, müvafiq işlərin təşkili, sistemliliyin və uçotun düzgün aparılmasını təmin edərək, baş verə biləcək bir sıra neqativ halların qarşısını alır. Həmçinin Komitənin sözügedən istiqamətlər üzrə həyata keçirdiyi fəaliyyətlər, işğaldan azad edilmiş ərazilərə köçürülmə prosesinin səmərəli və effektiv təşkili üçün konstruktiv tədbirlərin müəyyənləşdirilməsinə və həyata keçirilməsinə imkan yaradacaqdır. “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 1.1-ci bəndinə əsasən, “Azərbaycan Respublikasının Qaçqınların və X9 üzrə Dövlət Komitəsi haqqında” Əsasnaməyə əsasən Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və əsaslarla “məcburi köçkün” statusu, onu təsdiq edən vəsiqənin verilməsi və bu statusdan məhrumetmə məsələlərinə dair qərarları Azərbaycan Respublikası Qaçqınların və X9 üzrə Dövlət Komitəsi qəbul edir. Qaydaların 3.1-ci bəndinə əsasən, “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsi haqqında ərizə və ona əlavə edilən sənədlər Komitəyə təqdim edildikdən sonra Komitə sədrinin və ya onun müavininin dərkənarına əsasən status sənədlərinə baxan aidiyyəti şöbəyə ünvanlanır. Qaydaların 3.3-cü bəndinə əsasən, şəxsə “məcburi köçkün” statusu verilməsi və ya bundan imtina haqqında qərar ərizənin Komitədə qeydə alındığı gündən bir ay müddətində qəbul edilir. “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 4.1.6-cı bəndinə əsasən, valideynlərindən atası “məcburi köçkün” statusuna malik olan və hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan, Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış uşaqlara “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqə verilir. İddiaçı məcburi köçkün statusu və onu təsdiq edən vəsiqənin verilməsi ilə bağlı sənədlər Komitənin aidiyyəti struktur bölməsi tərəfindən araşdırılan zaman müəyyən olunmuşdur ki, İddiaçı atası X20 məcburi köçkün statusunu təsdiq edən vəsiqəyə malik olaraq, yaşayış yeri üzrə 1994-cü il tarixdə işğaldan azad olunmuş Füzuli rayonu, Alxanlı kəndi ünvanında qeydiyyatda olmuşdur. Həmçinin, İddiaçı anası Qanuni nümayəndə isə məcburi köçkün statusu və onu təsdiq edən vəsiqəyə malik olaraq ünvan 3i ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır. ünvan 4aldan azad olunmağına baxmayaraq, həmin ərazi Ermənistan Silahlı Qüvvələrinin yerləşdikləri mövqelərə, yəni “təmas xətti”nə yaxın ərazidə yerləşdiyindən burada yaşayan insanların çətin və təhlükəli şəraitdə yaşamaları nəzərə alınaraq onların məcburi köçkünlər üçün nəzərdə tutulmuş imtiyaz və güzəştlərdən istifadə etmələrinə şərait yaradılmışdır. Lakin 2020-ci il tarixdə X1mış Zəfər nəticəsində ərazilərin işğaldan azad olunması nəticəsində, həmçinin cənab X16 də çıxış zamanı qeyd etdiyi kimi təmas xətti tamamilə ləğv edilmişdir. Azərbaycan Respublikasının “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” 21 may 1999- cu il tarixli Qanununun 1-ci maddəsinə əsasən, məcburi köçkün - Azərbaycan Respublikası ərazisində hərbi təcavüz, təbii və texnogen fəlakət nəticəsində daimi yaşayış yerini tərk etməyə məcbur olub başqa yerə köçmüş şəxsdir. Göründüyü kimi, 1994-cü ildə Alxanlı kəndi işğaldan azad olunduqdan sonra kənd sakinləri faktiki olaraq orada yaşamış və onların daimi yaşayış yerlərini tərk edərək məcburi köçkün düşmə faktı baş verməmişdir. Azərbaycan Respublikasının “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” 21 may 1999-cu il tarixli Qanununun 14-cü maddəsinə əsasən, şəxs məcburi köçkün statusunu aşağıdakı hallarda itirir: 1. əvvəl adətən yaşadığı yerə qayıtdıqda və ya həmin regionda müəyyənləşdirilmiş ölçüdə başqa yaşayış yeri ilə əvəzsiz qaydada təmin edildikdə; 2. bu mümkün olmadıqda, dövlətin xüsusi qərarı ilə müəyyənləşdirilmiş səviyyədə yaşayış yeri ilə təmin edildikdə. Göründüyü kimi, iddiaçının valideynləri 1994-cü ildə işğaldan azad olunmuş ünvan 5i ünvanına qayıtmaq imkanına malik olduqlarından Azərbaycan Respublikasının “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” 21 may 1999-cu il tarixli Qanunun tələblərinə uyğun olaraq, məcburi köçkün statusunu itirmişdirlər. X10 məcburi köçkün statusuna malik olması faktı belə övladına məcburi köçkün statusunu təsdiq edən vəsiqənin verilməsi üçün əsas ola bilməz. Çünki ünvan 4aldan azad olunduğundan, həmçinin X3 sonra təmas xətti ləğv edildiyindən iddiaçı xx.xx.2006-cı il təvəllüdlü İddiaçı məcburi köçkün statusunu təsdiq edən vəsiqə verilə bilməz. İddiaçı atası işğaldan azad Füzuli rayonu, Alxanlı kəndi ünvanında qeydiyyatda olduğundan və təmas xətti ləğv edildiyindən İddiaçı məcburi köçkün vəsiqəsinin verilməsindən imtina edilmişdir. Məcburi köçkün statusuna malik olan qadın işğaldan sonra məcburi köçkün statusuna malik olmayan şəxslə nikaha daxil olmaqla və ya olmadan ailə həyatı qurduqda, qadın öz əvvəlki yaşayış yerindən qeydiyyatdan çıxmasa belə, ailə həyatı qurduğu şəxsin yaşayış yeri ailənin yaşayış yeri hesab edilir. Nəticədə, onların işğaldan sonra doğulmuş uşaqlarının yaşayış yeri işğal zonası olmadığından, həmin uşaqlara “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqə verilmir. Qeyd olunan fikirlərin məntiqi yekunu olaraq, iddiaçının atası işğaldan azad Füzuli rayonu, Alxanlı kəndi ünvanında qeydiyyatda olduğundan və təmas xətti ləğv edildiyindən İddiaçı Füzuli rayonu, Alxanlı kəndindən məcburi köçkün düşə bilməzdi. Bakı İnzibati Məhkəməsinin 20 oktyabr 2023-cü il tarixli 2-1(112)-13529/2023 nömrəli qərarı ilə (hakim A.Almazova) iddia təmin edilmişdir. Qərardan narazı qalan cavabdeh qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərarının ləğv edilərək, iddianın təmin edilməməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddia tələbinə yazıla etirazla eyni məzmunda əsaslandırılmış və qeyd edilmişdir ki, İddiaçı məcburi köçkün statusu və onu təsdiq edən vəsiqənin verilməməsi tam qanunvericiliyə uyğundur. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilsə də, tərəflər məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məlumat verməmişlər. Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçının qanuni nümayəndəsi Qanuni nümayəndə apellyasiya şikayətinin dəlillərinə etiraz edərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk öncə iddianın mümkünlüyü ilə bağlı aşağıdakıları qeyd edir: Məhkəmə kollegiyası iş üzrə iddianın mahiyyəti üzrə baxılmasına imkan verən mümkünlük şərtlərinə (iddiaçının subyektiv hüququ, cavabdehin seçilməsi və s.) qiymət verərək belə nəticəyə gəlir ki, iddia mümkün sayılır. Belə ki, baxılan işdə iddianın ümumi və xüsusi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 1.1, 2.1, 3.1 və 8.1.4-cü maddələri). İddiaçı İPM-in 2.2.2-ci maddəsində nəzərdə tutulmuş iddianı (məcburetmə haqqında) qaldırmışdır. İddiaçı cavabdeh inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasını xahiş edir. Cavabdeh tərəfindən iddiaçının müvafiq müraciətinə baxılaraq qaldırılan məsələnin həllindən imtina olunduğundan, tərəflər arasında inzibati mübahisə mövcuddur. İddiaçı əvvəlcə inzibati orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən iddiaçının müraciəti təmin edilməmişdir. İPM-in 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İddia mümkün iddia olmaqla, mahiyyəti üzrə də əsas olması nəticəsinə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Məhkəmə kollegiyası aşağıdakı sübutları nəzərdən keçirir: İş materiallarında olan: - Cavabdeh tərəfindən iddiaçının qanuni nümayəndəsinə ünvanlanmış 3-36/2- M58xx-xx/2023/4373 saylı xx.xx.2023-cü il tarixli məktubda bildirilmişdir ki, Füzuli rayonu, Alxanlı kəndi işğaldan azad olduğundan 08 noyabr 2020-ci il tarixdən işğalda olan ərazilərin azad edilməsindən sonra, təmas xətti ləğv edildiyindən, qeydiyyatda olduğu kənd sakinlərinə xüsusi qaydada məcburi köçkün statusunu təsdiq edən vəsiqənin verilməsi dayandırıldığından övladı İddiaçı məcburi köçkün statusunu təsdiq edən sənədin verilməsi imkan xaricindədir. -Cəbrayıl Rayon Məhkəməsinin 2(072)-268/2011 saylı xx.xx.2011-ci il tarixli qətnaməsinə əsasən X20 ilə Qanuni nümayəndə arasında Füzuli rayon VVADQ şöbəsində bağlanmış 27 yanvar 2005-ci il tarixli 33 saylı nikah qeydiyyatı pozulmuşdur. Tərəflərin birgə nikahından xx.xx.2006-cı il tarixdə anadan olmuş İddiaçı və xx.xx.2008-ci il tarixdə anadan olmuş X21 Qanuni nümayəndə himayəsində saxlanılmışdır. xx.xx.2006-cı il tarixdə anadan olmuş İddiaçı və xx.xx.2008-ci il tarixdə anadan olmuş X21 yetkinlik yaşına çatanadək saxlanılması üçün alınmış, 01 sentyabr 2011-ci il tarixdən başlayaraq X7 hər ay qazancının və (və ya) başqa gəlirlərinin üçdə bir hissəsi miqdarında alimentin Qanuni nümayəndə verilməsi qət edilmişdir. - Füzuli Rayon İcra Hakimiyyəti tərəfindən Azərbaycan Respublikası Qaçqınların və X9 üzrə Dövlət Komitəsinə təqdim edilmiş 01/898 saylı xx.xx.2022- ci il tarixli məktubda bildirilmişdir ki, X20 həqiqətən 23 avqust 1993-cü il tarixədək Füzuli rayonun Alıxanlı kəndində yaşamış və məcburi köçkün olmuşdur. Hazırda məcburi köçkün kimi Bakı şəhəri, Xətai rayonunda məskunlaşıb yaşayır və vahid aylıq müavinət alır. Atası: X5 - 23 avqust 1993-cü il tarixədək Füzuli rayonun Alıxanlı kəndində yaşamış və məcburi köçkün olmuş, 2013-ci ildə vəfat etmişdir. Anası: X17 - 23 avqust 1993-cü il tarixədək Füzuli rayonun Alıxanlı kəndində yaşamış və məcburi köçkün olmuş, 2003-ci ildə vəfat etmişdir (Əsas: Füzuli rayon Alıxanlı kənd İƏD-si üzrə nümayəndəliyinin xx.xx.2022-ci il tarixli 282 №-li arayışı). - Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Füzuli rayon qeydiyyat şöbəsi tərəfindən Füzuli rayonu Alıxanlı kəndində qeydiyyatda olan X13 ünvanlanmış 299 saylı xx.xx.2022-ci il tarixli məktubda bildirilmişdir ki, xx.xx.2022-ci il tarixdə vətəndaş X20 anası İddiaçı Ovçu qızının ölüm haqqında şəhadətnaməsini almaq üçün şöbəyə müraciət etmişdir. Füzuli Rayon Qeydiyyat Şöbəsinin arxivinə baxış zamanı İddiaçı Ovçu qızının ölümü barədə akt qeyd aşkar edilməmişdir. Müraciət araşdırılarkən məlum olmuşdur ki, şəxs vəfat edərkən onun ölümü barədə tibbi şəhadətnamə tibb müəslssəsi tərəfindən verilməmişdir. Bu səbəbdən ölümün dövlət qeydiyyatına alınması tərəfindən mümkün olmamışdır və vətəndaşa məhkəməyə müraciət etmək məsləhət görülmüşdür. - XİV-JQ seriyalı 474323 saylı xx.xx.1991-ci il tarixli doğum haqqında şəhadətnamədən görünür ki, X20 xx.xx.1976-cı il tarixdə Füzuli rayonunun Alıxanlı kəndində doğulmuşdur. - AZ-İİ seriyalı 893690 saylı xx.xx.2012-ci il tarixli doğum haqqında şəhadətnamədən görünür ki, İddiaçı xx.xx.2006-cı il tarixdə Bakı şəhərində doğulmuşdur (anası – Qanuni nümayəndə; atası – X20). -AZ-İ seriyalı 141885 saylı xx.xx.2005-ci il tarixli nikah haqqında şəhadətnamədən görünür ki, X20 və Qanuni nümayəndə nikaha daxil olmuşlar. - AA seriyalı 370121 saylı xx.xx.2016-cı il tarixli məcburi köçkün vəsiqəsindən görünür ki, Qanuni nümayəndə 1993-cü il tarixdən Cəbrayıl rayonundan məcburi köçkündür (hazırda müvəqqəti məskunlaşdığı ünvan: Xətai rayonu). -AA seriyalı 298028 saylı xx.xx.2013-cü il tarixli məcburi köçkün vəsiqəsindən görünür ki, X20 1993-cü il tarixdən Füzuli rayonundan məcburi köçkündür (hazırda müvəqqəti məskunlaşdığı ünvan: Xətai rayonu). -AZ-İ seriyalı 129889 saylı xx.xx.2011-ci il tarixli nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, X20 və Qanuni nümayəndə arasındakı nikah ləğv edilmişdir. -Azərbaycan Respublikası Səfərbərliyə və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Füzuli rayon şöbəsi tərəfindən təqdim edilmiş 570 saylı xx.xx.2022-ci il tarixli arayışa əsasən X14 mərhum atası 1944-cü il təvəllüdlü X6 1966-ci il tarixdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Füzuli rayon şöbəsində qeydiyyata alınmışdır. 1994-ci il tarixdən ehtiyatda olmağın son yaş həddinə çatdığına görə hərbi mükəlləfiyyətlərin qeydiyyatından silinmişdir. Apellyasiya şikayətinin dəlillərinə münasibət: İşdən görünür ki, iddiaçı valideynlərinin məcburi köçkün statusuna malik olmasına və hazırda anasının himayəsində olmasına istinad edərək ona da məcburi köçkün statusunun verilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, cavabdeh inzibati orqan tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. Cavabdeh inzibati orqanın imtinasının və apellyasiya şikayətinin dəlilləri ondan ibarətdir ki, İddiaçı atası X20 məcburi köçkün statusunu təsdiq edən vəsiqəyə malik olaraq, yaşayış yeri üzrə 1994-cü il tarixdə işğaldan azad olunmuş Füzuli rayonu, Alxanlı kəndi ünvanında qeydiyyatda olmuşdur. ünvan 110-ci il tarixdən işğaldan azad edilməsindən sonra, təmas xətti ləğv edildiyindən qeydiyyatda olduğu kənd sakinlərinə məcburi köçkün statusunu təsdiq edən vəsiqənin verilməsi dayandırıldığına görə istəyinin müsbət həlli Komitənin imkanı xaricindədir. Kollegiya cavabdehin imtinasının və apellyasiya şikayətinin dəlillərini əsassız, birinci instansiya məhkəməsinin iddia tələbinin təmin edilməsi ilə bağlı gəldiyi nəticəni əsaslı hesab edir. Belə ki, “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanununun: - 1-ci maddəsinə əsasən, məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) — Azərbaycan Respublikası ərazisində hərbi təcavüz, təbii və texnogen fəlakət nəticəsində daimi yaşayış yerini tərk etməyə məcbur olub başqa yerə köçmüş şəxsdir; - 9-cu maddəsinə əsasən, qaçqın və ya məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusu vermə və qaçqın statusundan məhrum etmə məsələlərinə dair qərarları Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları (“Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.1999-cu il tarixli 148 nömrəli Fərmanının 2-ci hissəsinə əsasən "müvafiq icra hakimiyyəti orqanları"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti və Azərbaycan Respublikasının Qaçqınların və X9 üzrə Dövlət Komitəsi öz səlahiyyətləri daxilində həyata keçirirlər) qəbul edirlər. - 10-cu maddəsinə əsasən, qaçqın statusu almaq niyyətində olan şəxslər onlara qaçqın statusu verilməsi haqqında ərizə ilə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına müraciət etməli, məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusu verilməsi üçün isə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında (xx.xx.1999-cu il tarixli 148 nömrəli Fərmanının 2-ci hissəsinə əsasən Azərbaycan Respublikasının Qaçqınların və X9 üzrə Dövlət Komitəsi) qeydiyyatdan keçməlidirlər. Qaçqın statusu verilməsi haqqında vəsatətə baxılması qaydasını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyənləşdirir; - 12-ci maddəsinə əsasən, qaçqın və ya məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) statusu verilməsi haqqında qərarı Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı qaçqın statusu verilməsi haqqında vəsatətin qeydə alındığı gündən üç ay ərzində və məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında (xx.xx.1999-cu il tarixli 148 nömrəli Fərmanının 2-ci hissəsinə əsasən Azərbaycan Respublikasının Qaçqınların və X9 üzrə Dövlət Komitəsi) qeydiyyatdan keçdiyi gündən bir ay ərzində qəbul edir. İstinad edilmiş normaların mənasından görünür ki, məcburi köçkün statusu ölkə daxilində köçürülmüş şəxslərə müvafiq icra hakimiyyəti orqanının qərarı əsasında verilir. Bu statusun verilməsi üçün isə şəxs müvafiq icra hakimiyyəti orqanı kimi Azərbaycan Respublikasının Qaçqınların və X9 üzrə Dövlət Komitəsində qeydiyyatdan keçməli və həmin gündən bir ay ərzində müvafiq qərar qəbul olunmalıdır. Məcburi köçkün statusunun verilməsi üçün hər hansı bir qaydanın müəyyən edilməsi məqsədilə digər hüquqi aktın qəbul edilməsi bu Qanunda nəzərdə tutulmamışdır. Bunun əksinə olaraq qaçqın statusu verilməsi qaydasının Azərbaycan Respublikası Prezidentinin müvafiq aktı ilə tənzimlənməsi göstərilmişdir. Apellyasiya şikayətinin dəlillərini əsassız hesab edən kollegiya qeyd edir ki, cavabdeh inzibati orqan imtinasında və apellyasiya şikayətinin dəlillərində iddiaçının atasının 1994-cü il tarixdə işğaldan azad edilmiş Füzuli rayonu, Alxanlı kəndi ünvanında qeydiyyatda olmasına və iddiaçının valideynlərinin 1994-cü ildən işğaldan azad olunmuş Füzuli rayonu, Alxanlı kəndinə qayıtmaq imkanına malik olmalarına istinad etsə də, iş materiallarından görünür ki, iddiaçının valideynləri olan X20 ilə Qanuni nümayəndə arasında olan nikah 2011-ci ildə pozulmuş və iddiaçı anası Qanuni nümayəndə himayəsində saxlanılmışdır. Belə ki, iş materiallarında olan Cəbrayıl Rayon Məhkəməsinin 2(072)-268/2011 saylı xx.xx.2011-ci il tarixli qətnaməsinə əsasən X20 ilə Qanuni nümayəndə arasında Füzuli rayon VVADQ şöbəsində bağlanmış 27 yanvar 2005-ci il tarixli 33 saylı nikah qeydiyyatı pozulmuşdur. Tərəflərin birgə nikahından xx.xx.2006-cı il tarixdə anadan olmuş İddiaçı və xx.xx.2008-ci il tarixdə anadan olmuş X21 Qanuni nümayəndə himayəsində saxlanılmışdır. xx.xx.2006-cı il tarixdə anadan olmuş İddiaçı və xx.xx.2008-ci il tarixdə anadan olmuş X21 yetkinlik yaşına çatanadək saxlanılması üçün alınmış, 01 sentyabr 2011-ci il tarixdən başlayaraq X7 hər ay qazancının və (və ya) başqa gəlirlərinin üçdə bir hissəsi miqdarında alimentin Qanuni nümayəndə verilməsi qət edilmişdir. Qanuni nümayəndə isə Füzuli rayonu, Alxanlı kəndi ünvanında qeydiyyatda olmamaqla AA seriyalı 370121 saylı xx.xx.2016-cı il tarixli məcburi köçkün vəsiqəsinə əsasən 1993-cü il tarixdən Cəbrayıl rayonundan məcburi köçkündür. Azərbaycan Respublikasının “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” 21 may 1999-cu il tarixli Qanununun 14-cü maddəsinə əsasən, şəxs məcburi köçkün statusunu aşağıdakı hallarda itirir:
1. əvvəl adətən yaşadığı yerə qayıtdıqda və ya həmin regionda müəyyənləşdirilmiş ölçüdə başqa yaşayış yeri ilə əvəzsiz qaydada təmin edildikdə;
2. bu mümkün olmadıqda, dövlətin xüsusi qərarı ilə müəyyənləşdirilmiş səviyyədə yaşayış yeri ilə təmin edildikdə. Göründüyü kimi, iddiaçının Cəbrayıl Rayon Məhkəməsinin 2(072)-268/2011 saylı xx.xx.2011-ci il tarixli qətnaməsinə əsasən himayəsində saxlanılmasının müəyyən edildiyi valideyni-Qanuni nümayəndə Azərbaycan Respublikasının “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” 21 may 1999-cu il tarixli Qanunun tələblərinə uyğun olaraq, məcburi köçkün statusunu itirməmişdir. Beləliklə, işin faktiki hallarına və yuxarıda istinad olunan qanunvericilik normalara əsasən iddiaçı ona məcburi köçkün vəsiqəsi verilməsini tələb etməkdə haqlı olmuşdur. Yekunda, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin olunması ilə əlaqədar gəldiyi nəticə düzgündür, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, şikayət qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq şikayət təmin edilməməli, qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
Nəticəvi hissə:
Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X9 üzrə Dövlət Komitəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 20 oktyabr 2023-cü il tarixli 2-1(112)-13529/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Günel Abbasova Elvin Əliyev