Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1241/2020 24.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Nağıyeva Elmira Eyvaz qızı (sədrlik edən və məruzəçi), Həmidov Həmid Üzeyir oğlu və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, Həsənzadə Səbuhi Mehdi oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil (“Abşeron” Vəkil Bürosu) iştirakı ilə, İddiaçı (xx.xx.1967-ci il tarixdə Naxçıvan MR, Şərur rayonunda anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatdadır) cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə (hazırda Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi) qarşı texniki pasportun tərtib edilməsi və dövlət reyestrindən çıxarışın verilməsi tələbinə dair Bakı İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2-1(112)-2154/2020 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı xx.xx.2019-cu il tarixdə iddia ərizəsi ilə cаvаbdеh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək Bakı şəhəri, Suraxanı rayonu, Y/Günəşli qəsəbəsi, D yaşayış massivində yerləşən qeyri-yaşayış binasına aid texniki pasportun tərtib edilməsi və dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Suraxanı rayonu, Y/Günəşli qəsəbəsi, D yaşayış massivində yerləşən qeyri-yaşayış binası qanuni əsaslarla İddiaçı məxsusdur. Suraxanı rayon İcra Hakimiyyətinin başçısının 1992-ci il tarixli sərəncamı ilə “xxxxxxxxx” kiçik müəssisəsinin yaradılmasına icazə verilmişdir. Suraxanı rayon İcra Hakimiyyətinin başçısının xx.xx.1994-cü il tarixli sərəncamı ilə “xxxxxxxxx” firmasının rəhbərliyinə Yeni Günəşli, D yaşayış massivində yerləşən avtobus dayanacağının ticarət pavilyonu ilə birlikdə rekonstruksiyasına icazə verilmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Mənzil-Kommunal Təsərrüfatı Komitəsi “Aztexinventarlaşdırma” İstehsalat Birliyi tərəfindən sözügedən qeyri-yaşayış binasına dair texniki pasport da verilmişdir. İddiaçı Bakı şəhəri, Suraxanı rayonu, Y/Günəşli qəsəbəsi, D yaşayış massivində yerləşən qeyri-yaşayış binasına aid texniki pasportun tərtib edilməsi və dövlət reyestrindən çıxarışın verilməsi üçün aidiyyəti qaydada cavabdeh idarəyə xx.xx.2019-cu il tarixdə müraciət etsə də, cavabdeh orqan xx.xx.2019-cu il tarixli cavab məktubu ilə tələbin təmin edilməsindən imtina etmişdir. Cavabdeh orqanının imtinası tamamilə əsassız, qanunsuz və yanlışdır. İddiaçı qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2-1(112)-2154/2020 nömrəli qərarı ilə (hakim A.Oruczadə) iddia təmin edilmiş, Bakı şəhəri, Suraxanı rayonu, Y/Günəşli qəsəbəsi, D yaşayış massivində yerləşən qeyri-yaşayış binasına aid texniki pasportun tərtib edilməsi və əmlaka hüquqlarının qeydiyyata alınmaqla dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Şəhər Ərazi İdarəsinin üzərinə qoyulmuşdur. Qərarla razılaşmayan cavabdeh xx.xx.2020-ci il tarixdə ondan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin mümkün sayılmaması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlillərinə görə, İddiaçı müvafiq qeyri-yaşayış binasına və yerləşdiyi torpaq sahəsinə dair İdarəyə öz adından müraciət etməmişdir, torpaq sahəsi və üzərində inşa edilmiş qeyri-yaşayış binasına dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Həmçinin, sənədlər toplusuna əlavə olunmuş yerləşmə sxemində istinad məsafələri və perimetrik ölçülər qeyd olunmamışdır və hüquqi şəxsin sənədləri tam təqdim edilməmişdir. Həmin sənədlər iddiaçının adına yox, “xxxxxxxxx” firmasının adınadır və həmin sənədlər əsasında müvafiq qeyri-yaşayış binası və yerləşdiyi torpaq sahəsi üzərində nə iddiaçının, nə də onun təsisçisi olduğu “xxxxxxxxx” firmasının mülkiyyət hüquqlarının qeydiyyata alınması mövcud qanunvericilikdə nəzərdə tutulmamışdır. İşin hazırkı apellyasiya icraatı zamanı iddiaçının nümayəndəsi və vəkili iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, iddiaçı “xxxxxxxxx” X1 adına Bakı şəhəri, Suraxanı rayonu, Y/Günəşli qəsəbəsi, D yaşayış massivində yerləşən qeyri-yaşayış binasına aid texniki pasportun tərtib edilməsi və dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil dəqiqləşdirilmiş iddia tələbinə uyğun izahat verdi və apellyasiya şikayətinin təmin olunmamasını məhkəmədən xahiş etdi. Əlavə olaraq, o, iddia tələbinin İddiaçı adından qaldırılmasına baxmayaraq, texniki pasportun və çıxarışın müəssisənin adına verilməsini xahiş etdiklərini, bu səbəbdən iddia tələbinə dəqiqləşdirmə verdiklərini, iddiaçının “xxxxxxxxx” firmasının yeganə təsisçisi və qanuni təmsilçisi olduğunu bildirdi. Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehin nümayəndəsi sonuncu məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbi barədə məlumat verməmişdir. Azərbaycan Respublikası İPM-in 62.3cü maddəsinə əsasən məhkəmə kollegiyası işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 apellyasiya şikayətinə uyğun izahat verərək, onun təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddia tələbinin mümkün sayılmamasını xahiş etmişdir. Məhkəmə kollegiyası iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdırıb belə hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməlidir. Məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Cavabdehin apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası qərarın qanuniliyini tam yoxlayır. İş materiallarına əsasən: -AZE ******** nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinə əsasən İddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır, xx.xx.1967-ci ildə doğulmuşdur, Bakı şəhərində yaşayır. -Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti Başçısının 2913 nömrəli xx xxxxxx 1992-ci il tarixli sərəncamınının 1-ci bəndindən görünür ki, “xxxxxxxxx” kiçik müəssisəsinin yaradılmasına icazə verilmiş və nizamnaməsi qeydiyyata alınmışdır. -Suraxanı rayonu İcra Hakimiyyətinin xx xxxxx 1994-cü il tarixli 175 nömrəli sərəncamının 1-ci bəndinə əsasən “xxxxxxxxx” firmasının rəhbərliyinə Yeni Günəşli “D” yaşayış massivi, 21 nömrəli evin qabağında yerləşən avtobus dayanacağının ticarət pavilyonu ilə birlikdə rekonstruksiyasına icazə verilmişdir. -Azərbaycan Respublikası Vergilər Nazirliyi Kommersiya qurumunun Dövlət reyestrindən çıxarışdan görünür ki, “xxxxxxxxx” İstehsal Kommersiya firması xx xxxxxx 2016-cı il tarixdə dövlət qeydiyyatına alınmış və İddiaçı qanuni təmsilçisidir. -Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Mənzil Kommunal Təsərrüfatı Komitəsi “Aztexinventarlaşdırma” İstehsalat Birliyi tərəfindən “xxxxxxxxx” firmasına Yeni- Günəşli qəsəbəsi, D yaşayış massivində yerləşən qeyri-yaşayış binasına dair xx.xx.1994cü il tarixli sərəncam əsasında “Texniki pasport” verilmişdir. - Cavabdeh inzibati orqanın xxxxxxxxx firmasının təsisçisi İddiaçı ünvanlanmış xx.xx.2019-cü il tarixli, **********97 nömrəli məktubunda bildirilmişdir ki, torpaq sahəsi və üzərində inşa edilmiş qeyri-yaşayış binasına dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Həmçinin sənədlər toplusuna əlavə olunmuş yerləşmə sxemində istinad məsafələri və perimetrik ölçülər qeyd olunmamışdır və hüquqi şəxsin sənədləri tam təqdim edilməmişdir. Məhkəmə kollegiyası tərəfindən iddiaçının iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsi icraata qəbul edilmişdir. İşin faktiki hallarına əsasən İddiaçı təsisçisi olduğu Bakı şəhəri, Suraxanı rayonu, Y/Günəşli qəsəbəsi, D yaşayış massivində yerləşən “xxxxxxxxx” firmasına məxsus olan qeyri-yaşayış binasına mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Şəhər Ərazi İdarəsinə müraciət etmişdir. Cavabdeh iddiaçının ərizəsinə baxaraq tələbin təmin edilməsindən imtina etmişdir. İddiaçı cavabdeh təşkilatın imtinasını mübahisələndirərək, daşınmaz əmlaka hüquqlarının qeydiyyata alınması və bu barədə reyestrdən çıxarışın verilməsi barədə qərar qəbul olunmasını xahiş edir. İşin obyektiv və hərtərəfli araşdırılması məqsədilə məhkəmə tərəfindən Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialına xx.xx.2020-ci il tarixdə sorğu ünvanlanaraq Bakı şəhəri Suraxanı Rayonu İcra Hakimiyyəti Başçısının xx.xx.1992-ci il tarixli, 2913 №-li “ “xxxxxxxxx” Kiçik Müəssisəsinin yaradılması” barədə Sərəncamın və Bakı şəhəri Suraxanı Rayonu İcra Hakimiyyəti Başçısının xx.xx.1994-cü il tarixli, 715 №-li “ “xxxxxxxxx” firmasının rəhbərliyinə Yeni-Günəşli, “D” yaşayış massivi, 21 №-li evin qabağında yerləşən avtobus dayanacağının ticarət pavilyonu ilə birlikdə rekonstruksiyasına icazə verilməsi” barədə Sərəncamın, eyni zamanda həmin Sərəncamların qəbul edilməsinə əsas olmuş sənədlərin təsdiq edilmiş surətlərinin məhkəməyə təqdim olunmasını xahiş edilmişdir. Sorğuya cavab olaraq, Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialının 492 № , 30.07. 2020-ci il tarixli məktubu məhkəməyə daxil olmuşdur. Məktuba “xxxxxxxxx” kiçik müəssisəsinin yaradılması haqqında Suraxanı rayon İcra Hakimiyyəti başçısının 2913 №, xx.xx.1992-ci il tarixli sərəncamının, “xxxxxxxxx” X1 direktoru tərəfindən Suraxanı rayon İcra Hakimiyyətinə ünvanlanmış xx.xx.1992-ci il tarixli məktubunun, “xxxxxxxxx” İstehsal-kommersiya firmasının Nizamnaməsinin, Bakı şəhər Suraxanı rayonu İcra Hakimiyyəti Başçısının xx.xx.1994-cü il tarixli, 715 №-li sərəncamının, “xxxxxxxxx” firmasının direktoru tərəfindən Suraxanı rayonu İcra Hakimiyyəti Başçısı Darvin Ağamalıyevə ünvanlanmış məktubun və Bakı şəhəri Baş Planından çıxarışının təsdiq edilmiş surətləri əlavə edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialı tərəfindən Bakı Apellyasiya Məhkəməsinin sorğusuna ünvanlanmış cavab məktubuna (məktub direktor A.Alahverdiyev tərəfindən imzalanmışdır) əlavə olunmuş (məktub “xxxxxxxxx” firmasının direktoru A.Nəbiyev tərəfindən imzalanmış və Suraxanı rayon İcra Başçısı Darvin Ağamalıyevə ünvanlanmışdır) əsasən qeyd edilmişdir ki, “xxxxxxxxx” firması xx.xx.1993-cü il tarixdə 08 nömrəli və xx.xx.1993-cü il tarixdə 011 nömrəli məktubla Günəşli “D” yaşayış sahəsində, şosse yolunun son dayanacağında dayanacaq və mağaza tikmək barədə Sizə müraciət etmişdir. Hər dəfə də Siz məktublara dərkənar qoymağınıza baxmayaraq, Sərəncam bu günədək hazır olmamış, yazılan sərəncamların lazımi şəxslər tərəfindən imzalanmalarına baxmayaraq yoxa çıxmışdır. Əminik ki, bu dəfə sərəncam ala biləcəyik”. (02.02.94-cü il tarixdə , 315 № ilə qeydiyyata alınmışdır) Məhkəmə kollegiyası əlavə olaraq qeyd edir ki, məhkəmənin sorğusuna cavab olaraq iddiaçının iddia tələbini əsaslandırarkən iş materiallarına əlavə etdiyi sənədlərin surətlərinin Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialında mövcudluğu öz təsdiqini tapmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Vergilər Nazirliyi Kommersiya qurumunun Dövlət Reyestrindən Çıxarışın (çıxarış qeydiyyat orqanının rəhbəri Seyidəhmədli S.Ə tərəfindən imzalanmışdır) surətinə əsasən qeyd edilmişdir ki, təsisçilər və nizamnamə kapitalında mayalarının miqdarı (əvvəlki) -X5-25%, X6-25%, X3-25% və X10-25%. -təsisçilər və nizamnamə kapitalında mayalarının miqdarı (hazırkı)-İddiaçı-100% Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Mənzil Kommunal Təsərrüfatı Komitəsi “Aztexinventarlaşdırma” İstehsalat Birliyi tərəfindən “xxxxxxxxx” firmasına Yeni-Günəşli qəsəbəsi, D yaşayış massivində yerləşən qeyri-yaşayış binasına dair xx.xx.1994-cü il tarixli sərəncam əsasında “Texniki pasport” verilmişdir. İddiaçı da sözügedən firmanın təsisçisidir. ( Mərtəbələrin miqdarı -1, tikinti altı sahə - 168,75 kv.m., tikinti həcmi – 552,4 kv.m) Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.1-ci maddəsinə əsasən Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Həmin Məcəllənin 139.1-ci maddəsinə əsasən Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Həmin Məcəllənin 146.1-ci maddəsinə əsasən Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). - 146.2. Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. 146.3. Daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamış daşınmaz əmlak barəsində müqavilələrin notariat qaydasında təsdiqlənməsinə yol verilmir və bu cür əmlak barəsində bağlanmış müqavilələr etibarsız sayılır. Məcəllənin 146.2-ci maddəsi və bu maddənin birinci abzası ipoteka kreditindən istifadə etməklə əldə olunan yaşayış sahəsinin üzərində alıcının mülkiyyət hüququ, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınanadək həmin yaşayış sahəsinin alqısatqısı və ipotekaya qoyulmasına dair qarışıq müqavilənin notariat qaydasında təsdiq edilməsi hallarına şamil edilmir. «Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə ipoteka qoyulmasına dair qəbul edilmiş aktlar (maddə 8.0.1), daşınmaz əmlak barəsində notariat qaydasında təsdiqlənmiş müqavilələr, vərəsəlik hüququ haqqında şəhadətnamələr, mənzil sertifikatı və qanunvericiliklə müəyyən edilmiş digər sənədlər (maddə 8.0.2), qanuni qüvvəyə minmiş məhkəmə qərarları (maddə 8.0.3), bu Qanun qüvvəyə minənədək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, sututarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri (maddə 8.0.4), 2007-ci ilin mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər (maddə 8.0.5), qanunvericilikdə nəzərdə tutulmuş digər əsaslar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və onlara xitam verilməsinin dövlət qeydiyyatı üçün nəzərdə tutulmuş əsaslardır. Həmin Qanunun 15-ci maddəsinə əsasən Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi qəbul etdyi qərarın nəticə hissəsində iddia tələbini təmin etsə də, kimin adına qeyri-yaşayış binasına aid texniki pasportun tərtib edilməsini və əmlaka hüquqlarının qeydiyyata alınmaqla dövlət reyestrindən çıxarışın verilməsini göstərməmişdir. Məhkəmə kollegiyası yuxarıda göstərilənləri nəzərə alaraq hesab edir ki, Bakı şəhəri, Suraxanı rayonu, Y/Günəşli qəsəbəsi, D yaşayış massivində yerləşən qeyri-yaşayış binasına aid texniki pasportun tərtib edilərək dövlət reyestrindən çıxarış “xxxxxxxxx” X4 verilməlidir. Azərbaycan Respublikası İPM-in 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi qərarında kimin adına qeyri-yaşayış binasına aid texniki pasportun tərtib edilməsini və əmlaka hüquqlarının qeydiyyata alınmaqla dövlət reyestrindən çıxarışın verilməsi qeyd etməsə də, işin faktiki hallarından texniki pasportun tərtib edilərək dövlət reyestrindən çıxarış “xxxxxxxxx” X1 adına verilməli olması müəyyən edildiyindən, apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İPM-in 87, 89, 90, 94 və 99-cu maddələrinin tələblərini rəhbər tutaraq, Məhkəmə kollegiyası qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2-1(112)-2154/2020 nömrəli qərarı dəyişdirilsin. Bakı şəhəri, Suraxanı rayonu, Y/Günəşli qəsəbəsi, D yaşayış massivində yerləşən qeyri-yaşayış binasına “xxxxxxxxx” X1 adına texniki pasportun tərtib edilməsi və dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Şəhər Ərazi İdarəsinin (hazırda Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi ) üzərinə qoyulsun. Qərardan rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarının motivasiyası və prosessual xərclərlə bağlı kassasiya şikayətinə yol verilmir.
Məhkəmə qərarları › İş №2-1(103)-1241/2020
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1241/2020
24.08.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver