Məhkəmə qərarları › İş №2-1(103)-1242/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1242/2020

20.07.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1242/2020 20.07.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), X3 və X1 ibarət tərkibdə, Azərbaycan Respublikası Əmək və X4 Nazirliyi yanında Dövlət X7 Məhkəmə mübahisələri ilə iş idarəsinin nümayəndəsi X2 iştirakı ilə İddiaçı cavabdeh AR ƏƏSMN DSMF Bakı şəhəri Suraxanı rayon şöbəsinə qarşı ödənilməmiş müavinətin birdəfəlik ödənilməsi öhdəliyinin qoyulması tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1638/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qərarından DSMF Məhkəmə mübahisələri ilə iş idarəsi tərəfindən verilmiş apellyasiyanın və apellyasiya şikayəti vermək üçün qanunla müəyyən edilmiş prosessual müddətin bərpa edilməsi barədə ərizəsinə baxılmanın mümkünlüyü əsaslarını açıq məhkəmə iclasında yoxlayaraq müəyyən etdi: İddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərək, ona müharibə veteranları üçün nəzərdə tutulmuş müavinətin ödənilməyən, yəni xx.xx.2015-ci il tarixdən xx.xx.2018ci il tarixədək 36 ay fərq məbləğinin tam şəkildə birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə iddia təmin edilmişdir. Qərarla razılaşmayan DSMF Məhkəmə mübahisələri ilə iş idarəsi ondan apellyasiya şikayəti verərək və ərizə təqdim edərək, şikayət vermək üçün qanunla müəyyən edilmiş prosessual müddətin bərpa edilməsini və qərarın ləğv edilməsini xahiş etmişdir. İşə apellyasiya qaydasında baxılarkən DSMF Məhkəmə mübahisələri ilə iş idarəsinin nümayəndəsi apellyasiya şikayətini və ərizəni müdafiə etmişdir. Məhkəmə kollegiyası iş materiallarını Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) tələblərinə müvafiq qaydada araşdıraraq, aşağıdakıları qeyd edir. İPM-in 81.2-ci maddəsinə əsasən, inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 28-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2017-ci il tarixli Qərarında göstərmişdir ki, “... inzibati məhkəmə icraatı zamanı apellyasiya şikayəti vermək hüququnun yalnız icraatın iştirakçılarına məxsus olduğu imperativ qaydada müəyyən edilmişdir.” Apellyasiya şikayətindən müəyyən edilir ki, Bakı İnzibati Məhkəməsinin xx.xx.2020ci il tarixli qərarından şikayət İPM-in 81.2-ci maddəsində təsbit olunduğu kimi, inzibati işin tərəfləri - İddiaçı və cavabdeh DSMF Bakı şəhəri Suraxanı rayon şöbəsi tərəfindən deyil, inzibati məhkəmə icraatının iştirakçısı olmayan subyekt - DSMF Məhkəmə mübahisələri ilə iş idarəsi tərəfindən verilmişdir. Sonuncunun şikayət vermək səlahiyyəti DSMF-nin xx.xx.2020-ci il tarixli **********7 nömrəli etibarnaməsi ilə əsaslandırılır. Halbuki, qeyd olunduğu kimi, DSMF Məhkəmə mübahisələri ilə iş idarəsi inzibati məhkəmə icraatının iştirakçısı olmadığı üçün öz adından apellyasiya şikayəti ilə çıxış edə bilməzdi. Həmin İdarə (onun əməkdaşları) yalnız cavabdeh DSMF Bakı şəhəri Suraxanı rayon şöbəsinin adından və cavabdeh tərəfindən verilmiş etibarnamə əsasında şikayət verə bilərdi ki, belə bir sənəd Məhkəməyə təqdim olunmamışdır. Formalaşmış məhkəmə təcrübəsində də, DSMF və onun pensiyalarla bağlı müstəqil qərar qəbul etmək səlahiyyətinə malik olan tabe qurumları bir-birindən ayrı hüquqi subyektlər olaraq görüldüyü üçün, əmək pensiyasının təyin edilməsi məqsədilə birbaşa Fondun özünə müraciət edən, lakin DSMFnin buna səlahiyyətli olan müvafiq struktur bölməsinə (DSMF Xüsusi şərtlərlə təyinat idarəsinə, yerli rayon şəbələrinə) rəsmi qaydada müraciət etməyən şəxsin pensiyanın təyin edilməsi (bərpa edilməsi, yenidən hesablanması və sair) tələbinə dair iddiası mümkün sayılmamaqdadır. İPM-in 26.2-ci maddəsinə əsasən, dövlətin, bələdiyyələrin və ya hüquqi şəxslərin adından prosessual hərəkətləri onların qanunlarla, digər hüquqi aktlarla və ya dövlət (bələdiyyə) orqanlarının və ya hüquqi şəxsin nizamnaməsi (əsasnaməsi) ilə müəyyən edilmiş səlahiyyətli şəxsləri və ya dövlət və bələdiyyə orqanları, yaxud hüquqi şəxslər tərəfindən xüsusi səlahiyyət verilmiş, əsas iş yeri həmin dövlət və bələdiyyə orqanları və ya hüquqi şəxslər olan işçiləri həyata keçirirlər. Həmin Məcəllənin 31.2-ci maddəsinə görə, prosessual nümayəndə onun nümayəndəliyini təsdiq edən sənədi məhkəməyə təqdim etdiyi andan məhkəmə icraatı ilə bağlı bütün məhkəmə aktları və sənədləri bu Məcəllə ilə müəyyən olunmuş qaydada ona təqdim olunur və həmin nümayəndə təmsil etdiyi şəxsin adından bütün prosessual hərəkətləri həyata keçirə bilər. İPM-in 1.2-ci maddəsindən göndərişlə MPM-in 69.2-ci maddəsinə əsasən də hüquqi şəxsi məhkəmədə qanunlarla, digər hüquqi aktlarla və ya hüquqi şəxsin təsis sənədləri ilə müəyyən edilmiş səlahiyyətli şəxsləri, yaxud müvafiq qaydada səlahiyyət verilmiş və əsas iş yeri həmin hüquqi şəxs olan işçiləri və ya vəkillər təmsil edir. Beləliklə də, DSMF Məhkəmə mübahisələri ilə iş idarəsi İPM-in 81.2-ci maddəsində nəzərdə tutulan qaydada inzibati məhkəmə icraatının iştirakçısı olmadığı üçün onun hazırkı apellyasiyası mümkün sayıla bilməz. İPM-in 87.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi apellyasiyanın mümkünlüyü əsaslarını yoxlayır, 87.3-cü maddəsinə görə, apellyasiya mümkün sayılmadıqda apellyasiya instansiyası məhkəməsi şikayəti qəbul etməkdən imtina edir. Apellyasiya şikayəti, şikayət verənin inzibati məhkəmə icraatının iştirakçısı olmadığı əsası ilə, mümkün sayılmayan subyektin həmin inzibati icraatın hüdudları daxilində həyata keçirilməli olan hər hansı prosessual hərəkətin edilməsi haqqında vəsatətinə (hazırkı işdə prosessual müddətin bərpa edilməsi barədə ərizəsinə) də baxılmır və hüquqi qiymət verilmir. Göstərilənlərə əsasən və İPM-in 68, 80, 81, 87 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Azərbaycan Respublikası Əmək və X4 Nazirliyi yanında Dövlət X7 Məhkəmə mübahisələri ilə iş idarəsinin Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1638/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qərarından apellyasiyası mümkün sayılmasın. Apellyasiya şikayətinin qəbul olunmasından imtina edilsin. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətdə Bakı Apellyasiya Məhkəməsi (AZ1073 Bakı şəhəri Z.Xəlilov küçəsi 540-cı məhəllə) vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ1025 Bakı şəhəri Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. HAKİMLƏR Vidadi Məmmədov Elmira Nağıyeva Həmid Həmidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar