Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1243/2023 05.04.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X13 Aktiv oğlunun sədrliyi və məruzəsilə, Yusifov Cahangir Afər oğlu və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, İddiaçının vəkili və nümayəndəsi Vəkil, cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 19 oktyabr 2022-ci il tarixli, 2-1(112)-2148/2022 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə kollegiyası m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2020-ci il tarixdən İddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2148/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilmiş, İddiaçı 61 yaş 6 aydan, yəni xx.xx.2020-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilməsi qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2148/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən İddiaçı işlədiyini iddia etdiyi Cəbrayıl rayonu Xələfli kənd orta məktəbinin əmr və mühasibat sənədlərinin işğal zonasında qalması səbəbindən xx.xx.1980-ci il tarixdən xx.xx.1993-cü il tarixədək sığorta stajının araşdırılması mümkün olmaması səbəbindən yaşa görə əmək pensiyasının təyin edilməsindən əsaslı olaraq imtina edilmişdir. İş materiallarından aydın olur ki, İddiaçı xx.xx.1958-ci il təvəllüdlüdür. Yaşa görə pensiya hüququ qanunla müəyyən edilən şərtlər ödənildiyi təqdirdə 61 yaş 06 ayla xx.xx.2020-ci il tarixdə yaranmışdır. İddiaçı xx.xx.1975xx.xx.2006-cı illərdə Cəbrayıl rayonu Xələfli kənd orta məktəbində işlədiyini iddia edir. İş materiallarına əlavə edilmiş iddiaçıya məxsus əmək kitabçasında qeyd edilən xx.xx.1980ci il tarixdən xx.xx.2006-cı il tarixədək Cəbrayıl rayonu Xələfli kənd orta məktəbindəki iş stajının düzgünlüyünü araşdırmaq üçün cavabdeh tərəfindən Fondun Cəbrayıl rayon filialına sorğu göndərilmişdir. Cəbrayıl rayon şöbəsinin xx.xx.2020-ci il tarixli aktında Cəbrayıl rayon Təhsil şöbəsinin əmr və mühasibat sənədlərinin işğal zonasında qalması səbəbindən xx.xx.1980-ci il tarixdən xx.xx.1993-cü il tarixədək sığorta stajının araşdırılmasının mümkün olmaması göstərilmişdir. Həmçinin xx.xx.1993-cü il tarixdən 2003-cü il tarixədək Xələfli kənd orta məktəbinin əmək haqqı cədvəllərində bəzi illərdə iddiaçının ad, ata adı və soyadı “İddiaçı” deyil, X3 qeyd edilmişdir. Bəzi illərdə isə ata adı ümumiyyətlə qeyd edilməmişdir. Bunlarla yanaşı, əmək kitabçasında xx.xx.1975-ci il tarixdə eyni vaxtda məktəbə kitabxana müdiri və kargüzar vəzifəsinə təyin edildiyi qeyd edilsə də, işdən azad edilmə tarixi göstərilməmişdir. Hazırkı iş üzrə iddiaçının əmək kitabçası və təhsil illərinə əsasən ümumi iş stajı tələb olunan 25 ildən azdır. İddiaçının əmək kitabçasının açıldığı il xx.xx.1975-ci il olsa da kitabçadakı qeydlər xüsusən də xx.xx.1994-cü ilədək olan dövrün Azərbaycan dilində olması, eləcə də rayon təhsil şöbəsinin də verdiyi cavabdan müəyyən olunur ki, iddiaçının Xələfli kənd orta məktəbində müəllim vəzifəsinə təyin edilməsi, azad edilməsi və yenidən təyin edilməsi ilə bağlı qeydlər arxiv sənədləri (əmrlər, əmrlər kitabından çıxarış, əmək haqqı cədvəlləri) əsasında deyil, işlədiyi müəssisənin əməkdaşlarının iştirakı ilə bağlanmış akt və vətəndaş tərəfindən yazılmış izahat əsasında əmək kitabçasına yazılaraq rəsmiləşdirilmişdir. Beləliklə, iddiaçıya verilmiş qeyd edilən kitabça sonradan tərtib edilərək hazırki rayon təhsil şöbəsinin möhürü ilə təsdiqlənsə də, əmək kitabçasının təkrar tərtib edilməsi üçün tələb olunan sənədlər rayon təhsil şöbəsində mövcud deyildir. Belə olan halda əmək kitabçasının hansı hüquqi sənəd əsasında tərtib edildiyi müəyyən olunmadığından kitabçanın əmək kitabçasının verilmə qaydalarına riayət edilmədən verildiyi müəyyən olunur. İddiaçı xx.xx.2006-cı il tarixdən sonrakı əmək fəaliyyəti dövrünün yoxlanılması zamanı sığortaolunanın fərdi şəxsi hesabı haqqında məlumatlardan müəyyən olunur ki, iddiaçının 2006-cı ilin yanvar-dekabr, 2015-ci ilin yanvar-dekabr, 2016-cı ilin yanvar-dekabr ayları üçün məcburi dövlət sosial sığorta haqları ödənilmişdir. Belə olan halda İddiaçı xx.xx.1976-xx.xx.1980-ci ilədək təhsil dövrü 03 il 09 ay 28 gün olmaqla, əmək kitabçasına və əmək haqqı cədvəllərinə əsasən xx.xx.1993-cü il tarixdən xx.xx.2006-cı ilədək 12 il 04 ay 01 gün, məcburi sığorta ödəmələrinin aparıldığı 2006, 2015, 2016-ci illər nəzərə alındıqda ümumi iş stajının 19 il 01 ay 29 gün olduğu müəyyən edilir ki, bununla da iddiaçının pensiya təyinatı üçün tələb olunan 25 il sosial sığorta stajı tamamlanmır. Belə olan halda iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün deyildir. Cəbrayıl rayon şöbəsinin xx.xx.2020-ci il tarixli aktında Cəbrayıl rayon Təhsil şöbəsinin əmr və mühasibat sənədlərinin işğal zonasında qalması səbəbindən xx.xx.1980-ci il tarixdən xx.xx.1993-cü il tarixədək sığorta stajının araşdırılmasının mümkün olmaması göstərilmişdir. xx.xx.1993-cü il tarixdən 2003-cü il tarixədək Xələfli kənd orta məktəbinin əmək haqqı cədvəllərində bəzi illərdə iddiaçının ad, ata adı və soyadı “İddiaçı” deyil, X3 qeyd edilmişdir. Bəzi illərdə isə ata adı ümumiyyətlə qeyd edilməmişdir. Yuxarıda qeyd edilən əsaslar İddiaçı həmin dövrlərdə əmək fəaliyyətinin doğruluğuna əsaslı şübhələr doğurur. Belə olan halda iddiaçıya yaşa görə pensiyanın təyin edilməsi üçün tələb olunan sosial sığorta stajı və ya pensiya kapitalı tamamlanmadığına görə, ona yaşa görə pensiyanın təyin edilməsi mümkün olmamışdır. Həmçinin, 30 noyabr 2018-ci il tarixli 1362- VQD nömrəli qanunla əlavə edilmiş yeni tənzimlənməyə görə xx.xx.2019-cu il tarixdən pensiya təyinatı avtomatlaşdırılmış qaydada təyin olunur. Bu zaman 2018-ci ilin 1 iyul tarixinə şəxsin fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı olduqda avtomatik olaraq həmin şəxslərin xx.xx.2006-ci il tarixə sosial sığorta stajı 25 ilə bərabərləşir. Başqa sözlə xx.xx.2006-xx.xx.2018-ci il tarixədək fərdi hesabda məbləğindən asılı olmayaraq kapitalın olması yaşa görə pensiya təyinatı zamanı avtomatik qaydada xx.xx.2006-cı il tarixədək əksik gələn stajın tələb olunan 25 il staja çevrilməsinə və bununla da pensiya təyinatının aparılmasına əsas verir. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçının xx.xx.2006-cı ilədək sosial sığorta stajı tələb olunan 25 ildən azdır. Lakin eyni zamanda iddiaçının hesabına 2006, 2015, 2016-cı illər üzrə məcburi sığorta ödəmələri aparılmışdır. Yəni iddiaçının fərdi hesabında 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı mövcuddur. Bu halda iddiaçıya avtomatlaşdırılmış qaydada pensiya təyinatının aparılması yolveriləndir. Həmçinin 22-1.5ci maddəsindəki “keçirilməsinə yol verilmir” ifadəsi ilə bağlı qeyd edilir ki, burada eyni təyinatlı sosial ödənişlərin birindən digərinə, yəni yaşa görə sosial müavinətdən-yaşa görə əmək pensiyası, ailə başçısını itirməyə görə sosial müavinətdən ailə başçısını itirməyə görə əmək pensiyasına və s. keçid istisna olunur. Başqa sözlə keçirilmə məhz eyni növlü təyinatın bir-birinə keçidini əngəlləyir, lakin müxtəlif təyinatlı sosial ödənişlərin bir- birinə keçidinə mane olmur. İddiaçıya 2016-cı ildən təyin edilmiş 3 uşaq doğub 8 yaşına çatdığına görə təyin edilmiş sosial müavinət hazırki halda yaşa görə əmək pensiyasına keçidi ifadə etmir və həmin növ müavinət iddiaçıya qanunun 22-1.5-ci maddəsi ilə nəzərdə tutulmuş məhdudiyyətin tətbiqinə əsas vermir. İstinad olunan maddə ilə bağlı qeyd etmək zəruridir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 22-1.5-ci maddəsinə əsasən 2019-cu il yanvarın 1-dək “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən təyin edilmiş sosial müavinətlərin bu Qanunun 22-1.2ci maddəsi tətbiq edilərək əmək pensiyalarına keçirilməsinə yol verilmir. Maddənin məzmunundan aydın olur ki, burada növündən və s. asılı olmayaraq konkret olaraq 2019cu il yanvarın 1-dək istənilən növ sosial müavinət alan şəxslərə avtomatlaşdırılmış qaydada pensiya təyinatının aparılmasının yolverilməz olduğu qeyd edilmişdir. Hazır iş üzrə İddiaçı xx.xx.2016-cı il tarixdən 3 və daha çox uşaq doğub 8 yaşınadək tərbiyə etmiş 57 yaşına çatmış qadınlar üçün nəzərdə tutulan sosial müavinət təyin edilərək ödənildiyindən Qanunun 22-1.2-ci maddəsi tətbiq edilə bilməz. Burdan belə qənaətə gəlmək olar ki, birinci instansiya məhkəməsinin qərarı yalnız fərziyyələrə əsaslanmışdır. Birinci instansiya məhkəməsi əsassız olaraq iddianı təmin etmişdir. Buna görə də birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə bağlı gəldiyi nəticə maddi hüquq normalarının tətbiqi baxımından qanunsuz, işin faktiki halları baxımdan əsassız olduğundan yaşa görə əmək pensiyasının təyin edilməsi barədə İddiaçı iddiası təmin olunmamalıdır. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Baxılan iş üzrə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyərək, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan elektron məhkəmə informasiya sistemindən əldə edilmiş AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsi məlumatından müəyyən olunur ki, xx.xx.1958-ci il təvəllüdlü Əsədova X4 rayonu, Xələfli ərazi dairəsi, Xələfli kəndi ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş AZ-T № 013769 nömrəli, xx.xx.2019-cu il tarixli nikah haqqında şəhadətnaməyə əsasən X8 ilə X6 xx.xx.1980-ci ildə nikahlarını bağlamışlar. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında xx.xx.1980-ci il tarixdə 23 nömrəsi ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Əsədov, arvada Əsədova soyadı verilmişdir. İş materiallarında olan Q-İ № 035624 nömrəli, xx.xx.1980-ci il tarixli diploma əsasən X6 1976-cı ildə Y.Məmmədəliyev adına X14 İnstitutuna daxil omuş, 1980-ci ildə həmin İnstitutu Azərbaycan dili və Ədəbiyyatı ixtisası üzrə tam kursu bitirmiş, Dövlət İmtahan Komissiyasının 28 iyun 1980-ci il tarixli qərarı ilə ona orta məktəbdə Azərbaycan dili və Ədəbiyyat ixtisası verilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.1975-ci il tarixli əmək kitabçasının surətindən görünür ki, İddiaçı xx.xx.1975-ci ildə Cəbrayıl rayonu Xələfli stansiyasındakı məktəbdə kitabxana müdiri və kargüzarlıq vəzifəsinə təyin edilmiş, xx.xx.1980-ci ildə Xələfli kənd orta məktəbinə ixtisası üzrə müəllim təyin edilmiş, xx.xx.1985-ci ildə ərizəsinə əsasən azad edilmişdir. xx.xx.1985-ci ildə yaşayış yerini dəyişdiyindən ərizəsinə əsasən Xələfli kənd orta məktəbinə ixtisası üzrə müəllim təyin edilmiş, xx.xx.1994-cü ildə Cəbrayıl rayonu işğal olunduğundan Nazirlər Kabinetinin 181 saylı 10 may 1994-cü il tarixli Qərarına əsasən X2 adı dondurulmuş əmək haqqı alanların siyahısına salınmış və ona orta aylıq əmək haqqı ödənilmişdir. xx.xx.2016-cı ildə Nazirlər Kabinetinin 10 may 1994-cü il tarixli 181 saylı Qərarının müddəti artırılmadığına görə dondurulmuş orta aylıq əmək haqqı dayandırılaraq adı ehtiyat kadr siyahısına salınmışdır. xx.xx.2019-cu il tarixdə Əmək Məcəlləsinin 68-ci maddəsinin “b” bəndinə müvafiq olaraq əmək müqaviləsinə xitam verilmiş və rayonun müəllimliyindən azad edilmişdir. İş materiallarında olan birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Təhsil Nazirliyi Cəbrayıl rayon Təhsil şöbəsinin xx.xx.2022-ci il tarixli, 21 nömrəli məktubunda bildirilmişdir ki, Cəbrayıl rayonu 23 avqust 1993-cü il tarixində işğal olunduğu zaman şöbəyə aid bütün arxiv sənədləri işğal ərazisində qalmışdır. Bununla əlaqədar olaraq iddiaçı xx.xx.1958-ci il təvəllüdlü İddiaçı xx.xx.1975-ci il tarixli əmək kitabçası qeydlərinin mötəbərliliyi barədə məlumatların (xx.xx.1980xx.xx.1994-cü ilə qədər olan əmək kitabçası qeydlərinin yazı dili, yazı qrafikası, möhür əksləri, əmrlərin tarixi və nömrələri üzrə) həqiqiliyinin tərəflərindən müəyyən edilməsi mümkün deyildir. İş materiallarında olan birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Təhsil Nazirliyi Şərqi Zəngəzur Regional Təhsil İdarəsi Cəbrayıl rayon Təhsil sektorunun xx.xx.2022-ci il tarixli, 34 nömrəli məktubunda bildirilmişdir ki, Cəbrayıl rayonu 23 avqust 1993-cü il tarixində işğal olunduğu zaman, arxiv sənədləri işğal ərazisində qaldığı üçün 1993-cü ildən 2006-cı ilədək işğaldan əvvəlki dövrlərə aid hüquqi əhəmiyyətli faktlara vətəndaşların işlədiyi müəssisələrin əməkdaşlarının, müəssisələrin rəhbərlərinin iştirakı ilə tutulmuş aktlar, şahid ifadələri, yazılmış izahatlar əsasında qiymət verilirdi. Lakin 2006-cı ildən sonra məcburi köçkünlərin işğaldan əvvəlki dövrlərə aid hüquqi əhəmiyyətli faktlarının müəyyən edilməsi məhkəmələr tərəfindən icra olundu. Cəbrayıl rayon sakini xx.xx.1958-ci il təvəllüdlü İddiaçı Xələfli kənd orta məktəbində müəllim vəzifəsinə təyin edilməsi, azad edilməsi və yenidən təyin edilməsi ilə bağlı qeydlər (uyğun olaraq - xx.xx.1980-ci il tarixli, 211 nömrəli əmr, xx.xx.1985-ci il tarixli, 233 nömrəli əmr, xx.xx.1985-ci il tarixli, 234 nömrəli əmr) işlədiyi müəssisənin əməkdaşlarının iştirakı ilə bağlanmış akt və vətəndaş tərəfindən yazılmış izahat əsasında əmək kitabçasına yazılaraq rəsmiləşdirilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Təhsil Nazirliyinin ünvan 2 ünvanladığı xx.xx.2022-ci il tarixli, xx-xx-1019/10 nömrəli məktubunda bildirilmişdir ki, Sizin xx.xx.2022-ci il tarixli, 19VB-156/22 nömrəli məktubunuza cavab olaraq bildirilir ki, 1969- 1981-ci illərdə X7 və 1981-1985-ci illərdə isə X10 həqiqətən Cəbrayıl rayon Təhsil Şöbəsində müdir vəzifələrində çalışıblar. İş materiallarında olan birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialının xx.xx.2022-ci il tarixli, **********7 nömrəli məktubu ilə təqdim edilmiş sığortaolunan X2 (SSN: **********729) xx.xx.2006-cı il tarixdən xeyrinə ödənilmiş məcburi dövlət sosial sığorta haqları barədə məlumatlardan görünür ki, 2006-cı ilin yanvar ayından dekabr ayına kimi, 2015-ci ilin yanvar ayından dekabr ayına kimi, 2016-cı ilin yanvar ayından dekabr ayına kimi məcburi dövlət sosial sığorta haqları ödənilmişdir. Cavabdeh orqan tərəfindən təqdim olunmuş inzibati icraat materiallarından görünür ki: - DSMF Cəbrayıl rayon filialının pensiya təminatı şöbəsinin baş mütəxəssisi X11, ÜDSY-nin təminatı şöbəsinin böyük mütəxəssisi X12 və Cəbrayıl rayon Dövlət Arxivinin müdiri X1 iştirakı ilə xx.xx.2020-ci il tarixdə tərtib edilmiş aktda qeyd olunmuşdur ki, akt tərtib edildi ondan ötəri ki, İddiaçı xx.xx.1980-ci ildən xx.xx.2006-cı ilədək Cəbrayıl rayonu Xələfli kənd orta məktəbində işlədiyi dövrün sığorta stajını Cəbrayıl rayon Dövlət Arxivində yerində qarşılıqlı yoxlanıldı. Müəyyən edildi ki, Cəbrayıl rayon Təhsil şöbəsinin əmr və mühasibat sənədləri işğal zonasında qaldığı üçün vətəndaş İddiaçı xx.xx.1980-ci ildən xx.xx.1993-cü ilə kimi sığorta stajının yoxlanılması mümkün deyil. 01 sentyabr 1993-cü il tarixdən 01 yanvar 2006-cı ilə kimi olan dövrün əmək haqqı cədvəlləri yoxlanıldı. 01 sentyabr 1993-cü ildən 2003-cü ilə kimi Xələfli kənd orta məktəbin əmək haqqı cədvəllərində İmanova Zərifə (ata adı qeyd olunmayıb) qeyd olunub. 2003-cü ilin əmək haqqı cədvəllərində X9, 2004-cü ildə İmanova Zərifə (ata adı qeyd olunmayıb), 2005-ci ildə X9 qeyd edilmişdir. Z.İmanovanın 01 sentyabr 1993-cü il tarixdən 01 yanvar 2006-cı il tarixə kimi almış olduğu əmək haqqından məcburi dövlət sosial sığorta haqqları hesablanaraq Dövlət Sosial Müdafiə Fondunun Cəbrayıl rayon şöbəsinin hesabına ödənilmişdir. - Cəbrayıl Rayon İcra Hakimiyyəti Cəbrayıl Rayon Dövlət Arxivinin xx.xx.2021-ci il tarixli, 60 nömrəli məktubunda bildirilmişdir ki, Cəbrayıl rayonu xx.xx.1993-cü il tarixdə işğal olunan zaman Cəbrayıl rayon Təhsil şöbəsinin və Xələfli kənd orta məktəbin arxiv sənədləri işğal zonasında qaldığı üçün (İmanova) İddiaçı işə girməsi və işdən çıxması haqqında heç bir məlumat yoxdur. Həmin məktubla təqdim edilmiş Xələfli kənd orta məktəbin əməkhaqı cədvəllərinə əsasən (İmanova) İddiaçı əməkhaqqı cədvəllərinin çıxarışlarına əsasən 1993-cü ilin avqust ayından 2006-cı ilin dekabr ayına kimi əməkhaqqı almışdır. - Naxçıvan Muxtar Respublikasının Dövlət Arxiv İdarəsi tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialına ünvanlanmış xx.xx.2021-ci il tarixli, 02/129 nömrəli məktubla təqdim edilmiş xx.xx.2021-ci il tarixli, 13/1300 nömrəli arxiv arayışında qeyd olunmuşdur ki, Naxçıvan Muxtar Respublikası Dövlət Arxivində mühafizə olunan Naxçıvan Dövlət Universitetinin sənədlərinə baxdıqda müəyyən oldu ki, İmanova (Əsədova) Zərifə Əmirulla qızının xx.xx.1976-cı il tarixli 120 №li əmrlə əyani şöbənin “Dil-ədəbiyyat” ixtisası üzrə oxuması, xx.xx.1980-ci il tarixli 3\89 №li əmrlə universiteti bitirməsi əmr kitablarında göstərilmişdir. Əsas: fond - 747, siyahı - 2, sax/vah. - 97,191. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2020-ci il tarixli, **********0 nömrəli pensiyanın təyin olunması haqqında məktubda bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 22-1.5-ci maddəsinə əsasən 2019-cu il yanvarın 1dək “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən təyin edilmiş sosial müavinətlərin bu Qanunun 22-1.2-ci maddəsi tətbiq edilərək əmək pensiyalarına keçirilməsinə yol verilmir. Nəzərinizə çatdırılır ki, Siz 3 uşaqlı ana kimi müavinət aldığınız üçün yaşa görə əmək pensiyası hüququnuz yoxdur. - X16 çıxarışa əsasən xx.xx.2019-cu il tarixli, 866 nömrəli qərarla İddiaçı xx.xx.2016cı il tarixdən 3 və daha çox uşaq doğub 8 yaşınadək tərbiyə etmiş 57 yaşına çatmış qadın olduğuna görə 180 manat məbləğində müavinət təyin edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2020-ci il tarixli, **********9 nömrəli pensiya təyin edilməsinin mümkün olmaması haqqında məktubda bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır (kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır). 2020-ci ilin 1 iyul tarixindən qadınların pensiya yaşı 62 yaş müəyyən olunmuşdur. Həmin Qanunun 22-1.1-ci maddəsinə əsasən 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2006-cı il yanvarın 1-dək olan sığorta stajı bu Qanunun 22-1.2-ci maddəsinə uyğun olaraq hesablanır. Qanunun 22-1.5ci maddəsinə əsasən 2019-cu il yanvarın 1-dək “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən təyin edilmiş sosial müavinətlərin bu Qanunun 22-1.2ci maddəsi tətbiq edilərək əmək pensiyalarına keçirilməsinə yol verilmir. Əmək kitabçanızda qeyd edilən xx.xx.1980-ci il tarixdən xx.xx.2006-cı il tarixədək Cəbrayıl rayonu Xələfli kənd orta məktəbindəki iş stajınızın düzgünlüyünü araşdırmaq üçün tərəfimizdən Fondun Cəbrayıl rayon filialına sorğu göndərilmişdir. Sorğuya cavab olaraq xx.xx.2020-ci il tarixli aktında Cəbrayıl rayon Təhsil şöbəsinin əmr və mühasibat sənədlərinin işğal zonasında qalması səbəbindən Sizin xx.xx.1980-ci il tarixdən xx.xx.1993-cü il tarixədək sığorta stajınızın araşdırılmasının mümkün olmaması, xx.xx.1993-cü il tarixdən 2003-cü il tarixədək Xələfli kənd orta məktəbin əmək haqqı cədvəllərində İmanova Zərifə (ata adı qeyd olunmadığı), 2003-cü ilin əmək haqqı cədvəllərində X9, 2004-cü ildə İmanova Zərifə (ata adı qeyd olunmadığı), 2005-ci ildə X9 olduğu qeyd edilmişdir. Həmin illər qanuna müfaviq olaraq ümumi iş stajınıza daxil edilməmişdir. Eyni zamanda xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək fərdi hesabınızın sığorta hissəsində pensiya kapitalınız qeydə alınmamışdır. Həmçinin xx.xx.2006-cı il tarixədək olan sığorta stajınıza uyğun (3 il) sığorta kapitalınız 2223,90 manat olmaqla tələb olunan 28800 manat sığorta kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən (200 manat) az olmayan pensiya təminatına imkan vermir. Belə ki, pensiya kapitalınızın məbləğinin sözügedən Qanunun 45-ci maddəsinin birinci cümləsinə və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 6 mart tarixli 377 nömrəli Fərmanının 2.11-ci bəndinə uyğun olaraq müəyyən edilən gözlənilən pensiya ödənişi müddətinə - 144 aya bölünməsi ilə alınan məbləğ “Əmək pensiyaları haqqında” Qanunun 6-1.ci maddəsində nəzərdə tutulmuş əmək pensiyasının minimum məbləğindən (200,00) aşağıdır. Əlavə olaraq bildirilir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.18-ci maddəsinə görə sığortaolunanlar əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan fərdi hesabın sığorta hissəsindəki məbləği Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 12 sentyabr tarixli 1597 nömrəli Fərmanı ilə təsdiq edilmiş qaydada xüsusi hesaba əlavə vəsait (26576,10 manat) ödəyərək artırmaqla əmək pensiyasının minimum məbləğində və ya daha yuxarı məbləğdə pensiya təminatının formalaşdırılması imkanına malikdirlər. Müraciətinizə baxılmasının bu məktubda əks olunan nəticəsi ilə bağlı qərarla razı olmadığınız təqdirdə 30 gün müddətində yuxarı inzibati orqana və ya məhkəməyə müraciət etmək hüququnuz vardır. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2021-ci il tarixli, **********8 nömrəli yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina olunması haqqında məktubda bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Hazırda qadınların pensiya yaşı 62 yaş müəyyən olunmuşdur. Həmin Qanunun 1.0.2-ci maddəsinə uyğun olaraq sosial sığorta stajı (bundan sonra- sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. İddiaçı xx.xx.1975-ci il tarixində tərtib edilmiş əmək kitabçasının və diplomunun surətlərinə əsasən sığorta stajı 3 il 9 ay olmaqla tələb olunan müddətdən (25 ildən) azdır. Eyni zamanda fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 2781 manat olmaqla tələb olunan pensiya kapitalından (28800 manatdan) azdır. Əlavə olaraq bildirilir ki, Fondun Cəbrayıl rayon şöbəsinin xx.xx.2020-ci il tarixli aktında Cəbrayıl rayon Təhsil şöbəsinin əmr və mühasibat sənədlərinin işğal zonasında qalması səbəbindən İddiaçı xx.xx.1980-ci il tarixindən xx.xx.1993-cü il tarixinədək sığorta stajının araşdırılması mümkün deyildir. Həmçinin xx.xx.1993-cü il tarixindən 2003-cü il tarixinədək Xələfli kənd orta məktəbin əmək haqqı cədvəllərində İmanova Zərifə (ata adı qeyd olunmadığı), 2003cü ilin əmək haqqı cədvəllərində X9, 2004-cü ildə İmanova Zərifə (ata adı qeyd olunmadığı), 2005-ci ildə X9 olunduğuna görə xx.xx.1985-ci il tarixindən xx.xx.2006-cı il tarixinədək olan dövrlərin araşdırılması imkan xaricindədir. Bu səbəbdən qeyd olunan dövrlərin sığorta stajına əlavə edilməsi qanunauyğun hesab edilmir. Məlumat üçün bildirilir ki, İddiaçı xx.xx.2016-cı il tarixindən yaşa görə sosial müavinət təyin edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 22-1.5-ci maddəsinə əsasən 2019-cu il yanvarın 1-dək “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən təyin edilmiş sosial müavinətlərin bu Qanunun 22-1.2-ci maddəsi tətbiq edilərək əmək pensiyalarına keçirilməsinə yol verilmir. Qeyd olunanlara əsasən bildirilir ki, İddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab olunmur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 72.1-ci və 73-cü maddələrinə əsasən müraciət barəsində qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və (və ya) məhkəmə qaydasında şikayət vermək hüququnuz vardır. İşin faktiki hallarından müəyyən olunur ki, iddiaçı ona yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, cavabdeh inzibati orqan iddiaçının müraciətin təmin edilməsindən imtina etmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1- dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Qanunun qeyd olunan normasından görünür ki, yaşa görə pensiya təyin edilməsi üçün şəxs qanunla müəyyən edilmiş yaş həddinə çatmalı, sığorta stajından asılı olmayaraq fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməli və ya azı 25 il sığorta stajına malik olmalıdır. Qanunun 7-ci maddəsinin tələbinə əsasən 1 iyul 2019-cü il tarixdən 30 iyun 2020-ci il tarixədək qadınların pensiya yaşı 61 yaş 06 ay müəyyən olunmuşdur. İddiaçı xx.xx.1958-ci il təvəllüdlü olmaqla 61 yaş 6 ayını xx.xx.2020ci il tarixində tamamlamışdır. “Əmək pensiyaları haqqında” Qanunun 1.0.2-ci maddəsinə görə sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Həmin Qanunun 21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 67ci maddəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmin Qanunun 69-cu maddəsinə əsasən iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli Qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin: 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11 dekabr 2017-ci il tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın: 3.1-ci bəndinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: 3.1.1. Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; 3.1.2. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. 3.2-ci bəndinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası; 3.2.2. əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 dekabr 1996-cı il tarixli 186 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi Qaydaları”nın: 1.1-ci bəndinə əsasən əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir. 7.1-ci bəndinə əsasən bu əsasnamənin 3.10 bəndinə əsasən dublikat almaq hüququna malik olan işçi axırıncı iş yeri üzrə işəgötürənə əmək kitabçası və ona əlavə içliyin verilməsi haqqında müraciət etməlidir. İşəgötürən 15 gün ərzində bu müraciətə baxıb onu həll etməlidir. Əmək kitabçası itdikdə və ya yararsız hala düşdükdə işçiyə verilən yeni əmək kitabçasının işçi haqqında məlumat səhifəsinin yuxarı sağ tərəfində iri hərflərlə “Dublikat” sözü yazılır. 7.2-ci bəndinə əsasən əmək kitabçası, yaxud əlavə içliyin dublikatı ümumi qayda üzrə doldurulur. 7.3-cü bəndinə əsasən əmək kitabçasının və onun əlavə içliyinin dublikatı verildiyi zaman həmin vaxta qədər əmək stajına malik olan işçilərin əmək stajı müvafiq əmrə (sərəncama) əsasən müəyyənləşdirilir və dublikatda qeyd olunur. Keçmişdəki iş haqqında əmək kitabçasında yuxarıda göstərilən məlumat tam dərəcədə olmadığı hallarda, əmək kitabçasının dublikatına yalnız sənəddəki məlumat daxil edilir. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iş üzrə təqdim olunmuş əmək kitabçasının açıldığı il xx.xx.1975-ci il olsa da, əmək kitabçasındakı qeydlər, üzərinə vurulmuş möhür əkslərindəki yazılar, xüsusən də xx.xx.1994-cü ilədək olan dövr Azərbaycan dilində və latın qrafikası ilə yazılmışdır. Eləcə də rayon təhsil şöbəsinin də verdiyi cavabdan müəyyən olunur ki, təqdim edilən əmək kitabçasındakı iddiaçının Xələfli kənd orta məktəbində müəllim vəzifəsinə təyin edilməsi, azad edilməsi və yenidən təyin edilməsi ilə bağlı qeydlər (uyğun olaraq - xx.xx.1980-ci il tarixli, 211 nömrəli əmr, xx.xx.1985-ci il tarixli, 233 nömrəli əmr, xx.xx.1985-ci il tarixli, 234 nömrəli əmr) arxiv sənədləri, əmrlər, əmrlər kitabından çıxarış, əmək haqqı cədvəlləri əsasında deyil, işlədiyi müəssisənin əməkdaşlarının iştirakı ilə bağlanmış akt və vətəndaş tərəfindən yazılmış izahat əsasında əmək kitabçasına yazılaraq rəsmiləşdirilmişdir. Beləliklə, iddiaçıya verilmiş qeyd edilən kitabça sonradan tərtib edilərək hazırkı rayon təhsil şöbəsinin möhürü ilə təsdiqlənsə də, əmək kitabçasının təkrar tərtib edilməsi üçün tələb olunan sənədlər rayon təhsil şöbəsində mövcud deyildir. Belə olan halda əmək kitabçasının məhz hansı hüquqi sənəd əsasında tərtib edildiyi müəyyən olunmadığından kitabçanın yuxarıda adıçəkilən əmək kitabçasının verilmə qaydalarına riayət edilmədən verildiyi müəyyən olunur. Göstərilənlərə əsasən iddiaçının əmək kitabçasında qeyd edilən xx.xx.1980-xx.xx.1993-cü ilədək olan dövr onun ümumi iş stajına daxil edilə bilməz. Bundan başqa, “Əmək pensiyaları haqqında” Qanunun 1.0.2, 21.1-ci maddələrinə əsasən əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı “Əmək pensiyaları haqqında” Qanun qüvvəyə mindikdən sonra əldə edilən sosial sığorta stajı müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödənildikdə, eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusuna əsasən nəzərə alınır. Məhkəmə tərəfindən araşdırılmış sübutlarla müəyyən edildi ki, iddiaçının 2006-cı ilin yanvar-dekabr, 2015-ci ilin yanvar-dekabr, 2016-cı ilin yanvar-dekabr ayları üçün məcburi dövlət sosial sığorta haqları ödənilmişdir. Qeyd olunanlara əsasən iddiaçının xx.xx.1976-xx.xx.1980-ci ilədək təhsil dövrü 03 il 09 ay 28 gün olmaqla, əmək kitabçasına və cavabdehin mütəxəssisinin iştirakı ilə baxılmış əmək haqqı cədvəllərinə əsasən xx.xx.1993-cü il tarixdən xx.xx.2006-cı ilədək 12 il 04 ay 01 gün, məcburi sığorta ödəmələri aparıldığı 2006, 2015, 2016-cı illər nəzərə alındıqda ümumi iş stajının 19 il 01 ay 29 gün olduğu müəyyən edilir ki, bununla da iddiaçının pensiya təyinatı üçün tələb olunan 25 il ümumi iş stajının olmaması müəyyən olunur. Belə olan halda iddiaçıya 25 il ümumi iş stajına görə yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün deyildir. “Əmək pensiyaları haqqında” Qanunun 22-1.1-ci maddəsinə görə 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2006-cı il yanvarın 1-dək olan sığorta stajı bu Qanunun 22-1.2-ci maddəsinə uyğun olaraq hesablanır. Həmin Qanunun 22-1.2-ci maddəsinə əsasən 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın 2006-cı il yanvarın 1-dək olan sığorta stajı, bu Qanunun 22-1.1-ci və 22- 1.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla, aşağıdakı qaydada hesablanır: 22-1.2.1. 2019-2022-ci illərdə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana (bu Qanunun 8-ci maddəsinin müddəaları nəzərə alınaraq həmin maddədə göstərilən şəxslər də daxil olmaqla) yaşa görə əmək pensiyası təyin edilərkən onun 2006cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2023-cü ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır. Beləliklə, 30 noyabr 2018-ci il tarixli 1362-VQD nömrəli Qanunla əlavə edilmiş yeni tənzimləməyə görə xx.xx.2019-cu il tarixdən pensiya təyinatı avtomatlaşdırlmış qaydada təyin olunur. Bu zaman 2018-ci ilin 1 iyul tarixinə şəxsin fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı olduqda avtomatik olaraq həmin şəxslərin xx.xx.2006-cı il tarixə ümumi iş stajları 25 ilə bərabərləşir. Başqa sözlə, xx.xx.2006-xx.xx.2018-ci il tarixədək fərdi hesabda məbləğindən asılı olmayaraq kapitalın olması yaşa görə pensiya təyinatı zamanı avtomatik qaydada xx.xx.2006-cı il tarixədək əksik gələn stajın tələb olunan 25 il staja çevrilməsinə və bununla da pensiya təyinatının aparılmasına əsas verir. Hazırkı iş üzrə iddiaçının xx.xx.2006-cı ilədək ümumi iş stajı tələb olunan 25 ildən azdır. Lakin eyni zamanda iddiaçının hesabına 2006, 2015, 2016-cı illər üzrə məcburi sığorta ödəmələri aparılmışdır, yəni iddiaçının fərdi hesabında 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı mövcuddur. Bu halda iddiaçıya yuxarıda qeyd edildiyi kimi avtomatlaşdırılmış qaydada pensiya təyinatının aparılması yolveriləndir. Cavabdeh “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 22- 1.5-ci maddəsinə əsaslanaraq iddiaçıya Qanunun 22-1.2-ci maddəsinin avtomatlaşdırılmış qaydada pensiya təyinatının aparılmasının qeyri-mümkün olduğunu bildirir. Cavabdehin mövqeyinə görə iddiaçıya sosial müavinət təyin edildiyi üçün onun yaşa görə əmək pensiyası hüququ yoxdur. “Əmək pensiyaları haqqında” Qanunun: 22-1.4-cü maddəsinə əsasən bu Qanunun 22-1.2-ci maddəsi aşağıdakı hallarda tətbiq edilmir: 22-1.4.1. 2019-cu il yanvarın 1-dək təyin edilmiş əmək pensiyalarının pensiya hüququ yarandığı gündən yenidən hesablanması zamanı; 22-1.4.2. 2019-cu il yanvarın 1-dən sonra əmək pensiyası təyin edilmiş şəxslərə 2019-cu il yanvarın 1-dən əvvəlki dövr üçün əmək pensiyasının təyin edilməsi və ya əmək pensiyası məbləğinin hesablanması zamanı; 22-1.4.3. bu Qanunun 9-cu maddəsinə əsasən güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi və yenidən hesablanması zamanı; 22-1.4.4. bu Qanunun 20-ci maddəsinə əsasən əmək pensiyasına qulluq stajına görə əlavə almaq hüququ verən qulluq stajının hesablanması zamanı. 22-1.5-ci maddəsinə əsasən 2019-cu il yanvarın 1-dək “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən təyin edilmiş sosial müavinətlərin bu Qanunun 22-1.2-ci maddəsi tətbiq edilərək əmək pensiyalarına keçirilməsinə yol verilmir. “Sosial müavinətlər haqqında” Qanunun: 1.0.1-ci maddəsinə görə sosial müavinətlər (bundan sonra-müavinətlər) - bu Qanunla müəyyən edilmiş qaydada ayrı-ayrı kateqoriya şəxslərə sosial yardım göstərilməsi məqsədilə aylıq və ya birdəfəlik ödənilən pul vəsaitdir. 1.0.2-ci maddəsinə görə əmək qabiliyyəti olmayan şəxslər - əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci və 8-ci maddələri ilə müəyyən edilmiş yaş həddinə çatan şəxslər, vəfat etmiş şəxsin 18 yaşına çatmamış (əyani təhsil alanlar təhsili bitirənədək, lakin 23 yaşdan çox olmamaqla), yaxud 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan övladlarıdır. 29 noyabr 2019-cu il tarixli 1703-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə “Sosial müavinətlər haqqında” Qanunun 1.0.2-ci maddəsi yuxarıda qeyd edilən redaksiyada verilmişdir. “Sosial müavinətlər haqqında” Qanunun 1.0.2-ci maddəsinin əvvəlki redaksiyasında deyilirdi: əmək qabiliyyəti olmayan şəxslər - əlillər, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar, 62 yaşına çatmış qadınlar, 67 yaşına çatmış kişilər, 3 və daha çox uşaq doğub 8 yaşınadək tərbiyə etmiş, yaxud sağlamlıq imkanları məhdud övladını 8 yaşınadək tərbiyə etmiş 57 yaşına çatmış qadınlar, ana vəfat etdiyinə, yaxud analıq hüququndan məhrum edildiyinə görə 3 və daha çox uşağı və ya sağlamlıq imkanları məhdud övladını növbəti nikah bağlamadan təkbaşına 8 yaşınadək böyüdən 62 yaşına çatmış kişilər, vəfat etmiş şəxsin 18 yaşına çatmamış (əyani təhsil alanlar təhsili bitirənədək, lakin 23 yaşdan çox olmamaqla), yaxud 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlil uşaqlardır. Həmin Qanunun 4.0.1-ci maddəsinə görə aylıq müavinətlər: 4.0.1.1. dövlət qulluqçularına ömürlük müavinət; 4.0.1.2. yaşa görə müavinət; 4.0.1.3. əlilliyə görə müavinət 4.0.1.5. ailə başçısını itirməyə görə müavinət; 4.0.1.13. beşdən çox uşağı olan qadınlara müavinət. Həmin Qanunun 7.0.-cı maddəsinə əsasən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 14.4-cü maddəsində göstərilən hallar nəzərə alınmaqla, müavinətlər aşağıdakı hallarda təyin edilir: 7.0.2. yaşa görə müavinət - əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə; 7.0.3. əlilliyə görə müavinət - müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarı əsasında əlilliyi müəyyən edilmiş şəxsin əmək pensiyası hüququ olmadıqda; 7.0.5. ailə başçısını itirməyə görə müavinət: 7.0.5.1. əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda; 7.0.10-3. beşdən çox uşağı olan qadınlara müavinət — beşdən çox uşaq doğub tərbiyə edən qadınlara, uşaqların sağ olması şərti ilə, bu hüququn yaranmasına səbəb olmuş uşağı bir yaşına çatdıqda. “Əmək pensiyaları haqqında” Qanunun 8.1-ci maddəsinə əsasən beş və daha çox uşaq doğub, övladlığa və (və ya) qəyyumluğa götürüb onları səkkiz yaşınadək tərbiyə etmiş və böyütmüş qadınların bu Qanunun 7-ci maddəsinə uyğun şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. 27 oktyabr 2009-cu il tarixli 904-İİİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 8-ci maddə yuxarıda qeyd edilən redaksiyada verilmişdir. Həmin maddənin əvvəlki redaksiyasında deyilirdi: 8.1. Üç və daha çox uşaq doğub onları səkkiz yaşınadək tərbiyə etmiş və azı 5 il sığorta stajı olan qadınların aşağıdakı şərtlər əsasında yaşa görə əmək pensiyası hüququ vardır: 3 uşağı olanlar - 51 yaşına çatdıqda; 4 uşağı olanlar - 50 yaşına çatdıqda. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsi ilə razılaraq qeyd edir ki, sosial müavinət “Əmək pensiyaları haqqında” Qanunu ilə nəzərdə tutulmuş müvafiq növ əmək pensiyası almaq hüququ olmadıqda həmin pensiya növünə alternativ olan sosial yardım göstərilməsi məqsədilə dövlət büdcəsi hesabına ödənilən pul vəsaitidir. Başqa sözlə, məsələn, pensiya yaşı həddinə çatmış şəxsin yaşa görə əmək pensiyası hüququ yaranmadıqda (məs, tələb olunan sığorta stajının çatmadığı halda) ona yaşa görə sosial müavinət təyin edilə bilər. Yaxud əksinə, şəxsin yaşa görə əmək pensiyası hüququ varsa, ona əlavə olaraq yaşa görə sosial müavinət təyin edilmir. Başqa sözlə, sosial müavinət olduğu halda eyni növ əmək pensiyası, əmək pensiyası olduğu halda eyni növ sosial müavinət istisna olunur. Bu baxımdan “Əmək pensiyaları haqqında” Qanunun 22-1.5-ci maddəsinə görə 2019-cu il yanvarın 1-dək sosial müavinət təyin edilmişdirsə və həmin şəxsin xx.xx.2018-ci il tarixədək fərdi hesabında qeydə alınmış pensiya kapitalı varsa bu zaman həmin sosial müavinətin əmək pensiyasına keçirilməsinin yolverilməz olduğu qeyd edilmişdir. Adıçəkilən norma məhz yaşa görə sosial müavinət almış şəxsin sonradan qanuna edilmiş dəyişikliyə əsaslanaraq xx.xx.2018-ci ilədək kapitalı olması səbəbindən eyni növdə yaşa görə əmək pensiyasına keçidi istisna etmişdir. Beləliklə, həmin qanunun 22-1.5-ci maddəsinin tətbiqi zamanı nəzərə alınmalı olan əsas məqam sosial müavinətin və keçirilməsi nəzərdə tutulan pensiya növünün eyni növdə olmasıdır. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçıya “Sosial müavinətlər haqqında” Qanunun 29 noyabr 2019-cu il tarixədək qüvvədə olmuş redaksiyasına əsasən xx.xx.2019-cu il tarixli, 866 nömrəli qərarla xx.xx.2016-cı il tarixdən 3 və daha çox uşaq doğub 8 yaşınadək tərbiyə etmiş 57 yaşına çatmış qadın olduğuna görə 180 manat məbləğində sosial müavinət təyin edilmişdir. Qeyd edildiyi kimi bu müavinət yaşa görə sosial müavinət deyildir, müavinət 3 və daha çox uşaq doğub 8 yaşınadək tərbiyə etmiş 57 yaşına çatmış qadınlar üçün nəzərdə tutulmuş sosial müavinətdir. Bu növ müavinətin “Əmək pensiyaları haqqında” Qanunla nəzərdə tutulmuş qarşılığı olan pensiya növü “Əmək pensiyaları haqqında” Qanunun 8-ci maddəsi ilə nəzərdə tutulmuş “çoxuşaqlı qadınlar üçün uşaqlara görə” güzəştli şərtlərlə yaşa görə əmək pensiyası növüdür. 29 noyabr 2019-cu il tarixədək 3 və daha çox uşaq doğub 8 yaşınadək tərbiyə etmiş 57 yaşına çatmış qadınların sosial müavinət almaq hüququ var idisə, həmin tarixdən sonra və hazırda qüvvədə olan qanunun tələbinə əsasən beşdən çox uşağı olan qadınlara müavinət təyin edilir. Eyni zamanda “Əmək pensiyaları haqqında” Qanunun 27 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş 8ci maddəsinin redaksiyasında üç uşaq doğub onları səkkiz yaşınadək tərbiyə etmiş və azı 5 il sığorta stajı olan 51 yaşına çatmış qadınların əmək pensiyası hüququ var idisə, həmin tarixdən (27 oktyabr 2009-cu ildən) Qanunun 8-ci maddəsinə edilmiş dəyişiklikdən sonra 5 və daha çox uşaqlı anaların güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ nəzərdə tutulmuşdur. Başqa sözlə, iddiaçının çoxuşaqlı ana kimi xx.xx.2016-cı il tarixdən sosial müavinət almaq hüququ yarandığı vaxt həmin müavinət növünə qarşılıq olan “Əmək pensiyaları haqqında” Qanunuq 8-ci maddəsi ilə nəzərdə tutulmuş çoxuşaqlı qadın olaraq pensiya hüququ mövcud deyildi. Beləliklə, iddiaçıya 2016-cı ildən təyin edilmiş 3 uşaq doğub 8 yaşına çatdığına görə təyin edilmiş sosial müavinət hazırkı halda yaşa görə əmək pensiyasına keçidi ifadə etmir və həmin növ müavinət iddiaçıya “Əmək pensiyaları haqqında” Qanunun 22-1.5-ci maddəsi ilə nəzərdə tutulmuş məhdudiyyətin tətbiqinə əsas vermir. Əksinə eyni növlü sosial müavinətdən, yəni yaşa görə müavinətdən keçid olmadığından iddiaçının xx.xx.2018-ci il tarixədək fərdi hesabında qeydə alınan pensiya kapitalı nəzərə alınmalı, ona Qanunun 22-1.2-ci maddəsinə əsasən avtomatlaşdırılmış qaydada 25 il ümumi iş stajı hesabı ilə pensiya təyinatı aparılmalıdır. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2148/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-1243/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1243/2023
05.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver