Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1243/2024 29.03.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Kazımov Elşən Cələddin oğlu və Əkbərov Kamran Hüseyn oğlundan ibarət tərkibdə Mirzəyeva Ayşəm Lehsan qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə qıznın iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “işlədiyi illər nəzərə alınmaqla yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 9805/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Birinci instansiya məhkəməsində aparılan icraat: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “iddiaçıya məxsus olan əmək kitabçasında qeyd edildiyi kimi qanunda nəzərdə tutulmuş (25 il) müddətdən artıq faktiki işlədiyi illəri nəzərə alınmaqla, yaşa görə əmək pensiyasının təyin edilərək ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.1957-ci ildə Ermənistan Respublikası, Əzizbəyov rayonunda doğulmuşdur. 08 iyun 2022-ci il tarixdən yaşa görə sosial müavinət alsa da, əmək kitabçasında 1977-ci il tarxidən 2004-cü il tarixədək iş stajı göstərilməyinə baxmayaraq, əmək pensiyası ala bilmir. Bununla bağlı, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin 4 saylı Bakı “DOST” mərkəzinə müraciət etsə də, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı 28 iyul 2022-ci il tarixli № **********4 saylı cavab məktubunda yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edilməsini bildirmişdir. Cavabdehin imtina məktubunda qeyd edilir ki, “Qarabağ regional filialının xx.xx.2022-ci il tarixli aktına əsasən xx.xx.1977-ci ildən xx.xx.1993-cü ilədək və xx.xx.2000-ci il tarixdən xx.xx.2004-cü il tarixədək X4nun sənədləri saxlanılmayıb. Eyni zamanda, xx.xx.1993-cü il tarixdən xx.xx.2000-ci il tarixədək olan əmək haqqı cədvəllərində adına əmək haqqı hesablanmayıb. Qeyd olunanları nəzərə alaraq, əmək kitabçasında göstərilən müvafiq dövrlər əmək stajı kimi təsdiqlənmədiyindən, ümumi sığorta stajı qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir”. İmtina əsassız və qanunsuz olduğundan qeyd edilənlərlə razılaşmır. Belə ki, əmək kitabçasında qeyd edildiyi kimi xx.xx.1975-ci ildən xx.xx.1977-ci ildə həqiqi hərbi xidmətdə olmuşdur. Həqiqi hərbi xidmətdən tərxis olunduqdan sonra 1977-ci ilin noyabr ayının 01dən 1987-ci ilin 18 sentyabr tarixinədək Mir-Bəşir Elektromexanika zavodunda fəhlə, 08 sentyabr 1987-ci il tarixdən 22 oktyabr 1991-ci il tarixədək həmin zavodda (sonradan adı Tərtər BTS-yə dəyişdirildi) avtomobil təmiri üzrə çilingər, 14 noyabr 1991-ci il tarixdən 03 mart 1995-ci il tarixədək həmin zavodda çilingər və ixtisası üzrə avtomobil parkında dispetçer vəzifələrində çalışmışdır. 29 oktyabr 2004-cü il tarixdə isə ərizəsi əsasında həmin vəzifədən azad edilmişdir. 01 iİ 11 ay 17 gün hərbi xidmətdə olmuşdur. Əmək kitabçasında qeyd edildiyi kimi 26 il 11 ay 6 gün əmək stajı vardır. Ümumilikdə, 28 il 10 ay 23 gün təşkil edir. Hal-hazırda əvvəllər əmək stajı olduğuna görə qanunvericiliyin tələblərinə müvafiq olaraq əmək pensiyasının verilməsini tələb etmək hüququ var. Eləcə də, yaşı və səhhəti ilə bağlı iş qabiliyyəti olmadığından buna çox ehtiyacı var. Tərtər BTSdən təqdim olunmuş xx.xx.2022-ci il tarixli əmrdən çıxarışda xx.xx.1987-ci il tarixdən xx.xx.1991 -ci il tarixədək orada çalışmağı qeyd edilmişdir. Bundan əlavə, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Əkinçilik X1 X5 X2 xx.xx.2022-ci il tarixli 17 saylı arayışında onun Tərtər BTS-də 1987-1991-ci illərdə işlədiyi müddətdə aldığı əmək haqqı məbləğləri cədvəl şəklində təqdim edilmişdir. O cümlədən, Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi “Şərq" istehsalat X3 zavodundan xx.xx.2022-ci il tarixli təqdim olunmuş arayışda 1977-2004-cü illər iş stajının araşdırıldığı və X4na müharibə dövründə mərmi düşdüyü üçün sənədlərin məhv olduğu, xx.xx.1977-ci il tarixdən xx.xx.1987-ci il tarixədək işlədiyi, xx.xx.1991-ci ildə işə girdiyi, lakin xx.xx.2004-cü il tarixli 68 nömrəli əmr mövcud olmadığı üçün həmin əmrlərin düzgünlüyünü, əmək haqqı kitablarını yoxlamağın mümkün olmadığı qeyd edilmişdir. Müharibə dövrünün olması ilə bağlı qeyd edilən müəssisəyə mərmi düşməsi nəticəsində sənədlərin məhv olması aydın olunmuşdur. Cavabdehin imtina məktubundan məlum olur ki, qeyd edilən dövrlərdə faktiki işləməyinə baxmayaraq, “Qarabağ regional filialının xx.xx.2022-ci il tarixli aktına əsasən xx.xx.1977-ci ildən xx.xx.1993-cü ilədək və xx.xx.2000-ci il tarixdən xx.xx.2004-cü il tarixədək X4nun sənədləri saxlanılmadığna, eyni zamanda xx.xx.1993-cü il tarixdən xx.xx.2000-ci il tarixədək olan əmək haqqı cədvəllərində onun adına əmək haqqı hesablanmadığına görə ona əmək pensiyasının təyin edilməsinin mümkün hesab edilmədiyi bildirilmişdir. Faktiki olaraq həmin müəssisədə işlədiyi təsdiq olunur, lakin yaşa görə əmək pensiyasının verilməsindən imtina edilir, bununla da Azərbaycan Respublikasının qanunvericiliyinə zidd olaraq hüquqları kobud şəkildə pozulur. “Əmək pensiyaları haqqında” Qanunun 30-cu maddəsində əmək pensiyasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən təyin edildiyi, 31-ci maddəsində isə əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilmələri qeyd edilmişdir. Həmin Qanunda qeyd edildiyi kimi azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ yaranır. “Vətəndaşların pensiya təminatı” haqqında Qanun qüvvədə olduğu dövrdə sığortaolunanların sığorta stajını əhatə etdiyi dövr onun ümumi iş stajı ilə müəyyən edilir. Həmin Qanunun 69-cu maddəsinə əsasən iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya kitabçada müvafiq qeydlər olmadıqda iş stajını müəyyən etmək qaydasını Azərbaycan Respublikası Nazirlər Kabineti müəyyənləşdirir. Nazirlər Kabinetinin 638 saylı 25 noyabr 1992-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun qüvvəyə minməsi ilə əlaqədar “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi barədə” Əsasnamənin 1-ci bəndinə görə əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndində müəyyən edilmişdir ki, əmək kitabçası olmadıqda əmək stajı təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri nəzərə alınır. “Əmək pensiyaları haqqında” Qanunun 21.1-ci maddəsində qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edildiyi bildirilmişdir. “Vətəndaşların pensiya təminatı haqqında” qanunda iş stajı barədə sənədlər olmadıqda və onları hərbi əməliyyatlar, təbii fəlakət, qəza, dağıntı, milli münaqişə zəmini və digər fövqəladə hallarla əlaqədar olaraq əldə etmək mümkün olmadıqda əmək stajı, o cümlədən imtiyazlı pensiyaya və xidmət illərinə görə pensiyaya hüquq verən iş stajı ərizəçini bir idarə, müəssisə, təşkilat, kolxoz və ya sistemdə birgə işdən tanıyan iki nəfərdən az olmayaraq şahidlərin ifadələrinə əsasən respublika Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən müəyyən edilmiş qaydada rayon (şəhər) Əhalinin Sosial Müdafiəsi Mərkəzləri nəzdində təşkil olunan pensiya təyin edən komissiya tərəfindən müəyyən edilir. Qeyd edilən illərdə həmin müəssisələrdə iş fəaliyyətini təsdiq edəcək o dövrdə onunla birgə işləyən şahidlər də vardır. “Əmək pensiyaları haqqında” Qanunda yaşa görə əmək pensiyasının buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edildiyi bildirilmişdir. İstər qüvvədə olan qanunvericilik, istərsə də həmin dövr üçün qüvvədə olan qanunvericilik əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazımi qeydlər olmadıqda, arayışları əmək stajını təsdiq edən sənəd kimi qəbul etmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalimn Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X8 Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialından verilmiş imtina cavabı hüquqi vəziyyəti barədə qeyri-müəyyənlik yaratmaqla hüquqlarına ciddi mənfi təsir göstərir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9805/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı ilə iddia təmin edilərək, İddiaçı 65 yaşının tamam olduğu xx.xx.2022-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulması qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh apelyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinini qərarının ləğv edilməsini, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı təqdim edilən A3E N20134914 saylı əmək kitabçası və hərbi biletinin surətlərinə (xx.xx.1975-ci il tarixdən xx.xx.1977-ci il tarixdən hərbi xidmət dövrü nəzərə alınmaqla) əsasən sosial sığorta stajı 1 il 11 ay 17 gün təşkil edir. Cavabdeh inzibati orqan tərəfindən xx.xx.2022-ci il tarixli **********4 nömrəli imtina məktubunda bildirilmişdir ki, Qarabağ regional filialının xx.xx.2022-ci il tarixli aktına əsasən iddidaçının işlədiyini iddia etdiyi X4nun xx.xx.1977-ci il tarixdən xx.xx.1993-cü il tarixədək və xx.xx.2000-ci il tarixdən xx.xx.2004-cü il tarixədək sənədləri saxlanılmadığından həmin dövrlərin sosial sığorta stajına daxil edilməsi mümkün olmamışdır. Eyni zamanda xx.xx.1993-cü il tarixdən xx.xx.2000-ci il tarixədək olan əməkhaqqı cədvəllərində İddiaçı adına əməkhaqqı hesablanmadığı qeyd edilmişdir. Qeyd edilmişdir ki, xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək İddiaçı fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. "Latın qrafikalı Azərbaycan əlifbasının bərpası haqqında" Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi qaydası barədə 25 dekabr 1991 -ci il tarixli Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının qərarı qəbul olunan tarixədək Azərbaycan ərazisində "Azərbaycan əlifbasının latından rus əlifbasına keçirilməsi haqqında" 11 iyul 1939-cu il tarixli Azərbaycan SSR-in Qanunu qüvvədə olmuşdur. Həmin Qanuna əsasən 1991-ci il tarixədək Azərbaycan ərazisində rus əlifbasından istifadə olunurdu. İddiaçı məxsus 15 iyul 1978-ci il tarixli N° ******* nömrəli əmək kitabçasının 2-ci səhifəsinin 3-cü qeydindəki “xx.xx.1987” yazısında ayın tarixi kimi göstərilmiş “18” rəqəmini həmin rəqəmə sonradan düzəliş olunmaqla yazıldığına dair əsaslı şübhələr mövcuddur. Həmin əmək kitabçasının 4-cü səhifəsinin 4-cü qeydindəki “xx.xx.1987” yazısında il kimi göstərilmiş “1987” rəqəmində qaralamanın mövcud olduğu, digər tərəfdən isə əmək kitabçanın bu və digər qeydlərində həm latın, həm də kiril qrafikalı əlifbadan istifadə olunduğu aşkar surətdə görünür. Eyni zamanda əmək kitabçasındakı bəzi əmrlərin məzmunu rus dilində yazılmış, kitabçanın 10-cü səhifəsindəki xx.xx.2004-cü ilə aid qeydə isə rus dilində möhür vurulmuşdur Yuxanda qeyd olunmuş detallardan görünür ki, İddiaçı məxsus əmək kitabçasının mötəbər sübut olmasına dair əsaslı şübhələr vardır. Tərəflərin izahatları : Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh tərəf apellyasiya şikayətini müdafiə edərək, iddia tələbinin təmin edilməməsini, qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin əsassız və qanunsuz olduğunu, bu səbəbdən də təmin edilməməsini, qərarın qüvvədə saxlanılmasını xahiş etmişdir. Apellyasiya instansiya məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, apelyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar(faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Cavabdehin apelyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün kollegiya qərarın qanuniliyini tam yoxlayır. Mübahisəli məsələ birinci instansiya məhkəməsi tərəfindən iddia tələbinin təmin edilməsi ilə yekunlaşmışdır. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyilə razılaşır, işə şikayət həddində, hüquqi məsələlər, habelə sübutlar və faktlar əsasında mahiyyəti üzrə baxaraq hesab edir ki, məhkəmənin sözügedən qərarı qanuni və əsaslı olduğundan dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. AR Konstitusiyasının 38-ci maddəsinə əsasən, Hər kəsin sosial təminat hüququ vardır. ... Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinin hazırki redaksiyasına görə 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Kollegiyasının xx.xx.2017-ci il tarixli 17 saylı qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 4.1.2-ci bəndinə əsasən, 01 iyul 2020-ci il tarixdən 30 iyun 2021-ci il tarixədək kişilərin pensiya yaşı 65 yaş müyyən edilmişdir. İşin faktiki hallarından göründüyü kimi, iddiaçı xx.xx.1957-ci il tarixdə doğulmuş, xx.xx.2022-ci il tarixində, yəni 65 yaşında yaşa görə əmək pensiyası hüququ qazanmışdır. Birinci instansiya məhkəməsi tərəfindən aparılan məhkəmə araşdırması zamanı iddiaçının əmək kitabçasındakı qeydlər nəzərə alınmaqla ümumilikdə 25 ildən artıq sığorta stajına malik olduğu müəyyən edilmişdir. İddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi üçün ikinci şərt isə fərdi hesabın sığorta hissəsində əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən qeydə alınmış pensiya kapitalına malik olması, pensiya kapitalı toplanmadığı təqdirdə, ən azı 25 il sığorta stajına malik olmasıdır. Bununla bağlı Kollegiya bildirir ki, iddiaçıya münasibətdə zəruri olan yaş həddi (65 yaş) tamamlandığından və iddiaçının 25 ildən artıq stajı olduğundan, qanunvericiliyin tələblərinə əsasən, fərdi hesabın sığorta hissəsində toplanan pensiya kapitalı ona yaşa görə əmək pensiyasının təyin edilməsində nəzərə alınmır. Lakin inzibati orqanın imtina məktubundan və apelyasiya şikayətindən də görünür ki, iddiaçının xx.xx.1977-ci il tarixdən xx.xx.1993-cü il tarixədək və xx.xx.2000-ci il tarixdən xx.xx.2004-cü il tarixədək sənədləri saxlanılmadığından, eyni zamanda xx.xx.1993-cü il tarixdən xx.xx.2000-ci il tarixədək olan əməkhaqqı cədvəllərində İddiaçı adına əməkhaqqı hesablanmadığı qeyd edildiyindən, həmin dövrlərin sosial sığorta stajına daxil edilməsi mümkün olmamışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyi “Şərq” İstehsalat X3 Zavodu tərəfindən təqdim edilmiş 09 saylı xx.xx.2022-ci il tarixli arayışa əsasən X4 Azərbaycan Nazirlər Sovetinin 03 avqust 1976-cı il tarixli 246 nömrəli qərarına əsasən Azərbaycan SSR Nazirlər Soveti Radiotexnika Sənayesi Nazirliyinin 14 iyun 1976-cı il birgə rəyinə uyğun olaraq 1977-ci il aprel ayının 24-ü, Moskva şəhərində yerləşən “YTES” İstehsalat Birliyinin nəzdində yaradılıb. 1991-ci il tarixindən X4 “Azərbaycan Respublikası Dövlət Xüsusi Maşınqayırma və Konversiya Komitəsi”-nin tərkibində fəaliyyət göstərmişdir. Nazirliyin 06 oktyabr 2006-cı il tarixli 03 nömrəli əmri ilə zavod Atıcı Silahlar və onların Ehtiyat Hissələrinin istehsalı üzrə İstehsalat Birliyinin strukturuna daxil edilmişdir. 2005-ci ildə X4 Azərbaycan Respublikasının Prezidentinin 16 dekabr 2005-ci il tarixli 1181 nömrəli Sərəncamı ilə yaradılmış Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin strukturuna daxil edilmişdir. 1-ci və 2-ci Qarabağ müharibəsi dövründə zavod ərazisinə düşən çoxsaylı mərmilər nəticəsində arxivin yerləşdiyi bina ciddi xəsarət aldığından arxiv sənədlərinin çox hissəsi dağılaraq məhv olmuşdur. Qalan cüzi bir hissəsi isə yığılaraq saxlanılır. Zavodun keçmiş işçisi İddiaçı zavoda müraciət edərək ona aid sənədlərin surətinin çıxarılmasını xahiş etmişdir. Keçmiş işçinin təqdim etdiyi əmək kitabçasında onun zavoda xx.xx.1977-ci il tarixli 78/k nömrəli əmri ilə işə qəbul olunduğu, xx.xx.1987-ci il tarixli 53/k nömrəli əmrlə işdən azad olunduğu, xx.xx.1991-ci il tarixli 67/k nömrəli əmri ilə yenidən işə qəbul olunduğu, xx.xx.2004-cü il tarixli 68/k nömrəli əmrlə işdən azad olunduğu qeyd edilmişdir. Lakin zavod dağıntılara məruz qaldığı üçün İddiaçı aid işə qəbul və işdən çıxma əmrləri, işlədiyi illər üzrə əməkhaqqı cədvəlləri, məzuniyyət əmrləri və qeyd olunan əmrlərin qeydiyyat kitabından çıxarılmış surətləri aşkar edilməmişdir. Göründüyü kimi, X4 1-ci və 2-ci Qarabağ müharibəsi dövründə zavod ərazisinə düşən çoxsaylı mərmilər nəticəsində arxivin yerləşdiyi binadakı arxiv sənədlərinin çox hissəsi dağılaraq məhv olmuşdur. Qalan cüzi bir hissəsi isə yığılaraq saxlanılır. Zavodun keçmiş işçisi İddiaçı zavoda müraciət edərək ona aid sənədlərin surətinin çıxarılmasını xahiş etmişdir. Keçmiş işçinin təqdim etdiyi əmək kitabçasında onun zavoda xx.xx.1977-ci il tarixli 78/k nömrəli əmri ilə işə qəbul olunduğu, xx.xx.1987-ci il tarixli 53/k nömrəli əmrlə işdən azad olunduğu, xx.xx.1991-ci il tarixli 67/k nömrəli əmri ilə yenidən işə qəbul olunduğu, xx.xx.2004-cü il tarixli 68/k nömrəli əmrlə işdən azad olunduğu qeyd edilmişdir. Lakin zavod dağıntılara məruz qaldığı üçün İddiaçı aid işə qəbul və işdən çıxma əmrləri, işlədiyi illər üzrə əməkhaqqı cədvəlləri, məzuniyyət əmrləri və qeyd olunan əmrlərin qeydiyyat kitabından çıxarılmış surətləri aşkar edilməmişdir. Qeyd olunanları nəzərə alan birinci instansiya məhkəməsi qərarında haqlı olaraq qeyd etmişdir ki, mübahisələndirilən əmrlərin, həmçinin həmin dövrdə əmək haqqı alıbalmaması barədə məlumatların hazırda təqdim edilə bilməməsi iddiaçının əmək kitabçası və arxiv məlumatları ilə təsdiq edilən həmin dövrdəki əmək fəaliyyətinin nəzərə alınmamasına əsas hesab edilə və iddiaçı ilə Tərtər (Mirbəşir) Elektromexanika Zavodu arasında xx.xx.1977-xx.xx.1987-ci illərdə və xx.xx.1991-xx.xx.2004-cü il tarixlərdə fasiləsiz əmək münasibətlərinin mövcudluğunu istisna edən hal kimi qiymətləndirilə bilməz. Qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin 1-2-ci hissəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmin Qanunun 67-ci maddəsinin 8-ci hissəsinə əsasən əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır. Həmin Qanunun 69-cu maddəsində isə təsbit edilmişdir ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir.Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin: Bənd 1. Əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Bənd 3. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi” Qaydalarının: 4.1.1. 2006-cı il yanvarın 1-dək olan dövr üzrə:
1. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən;...... Göründüyü kimi, yuxarıda sadalanan qanunvericilik normalarından da aydın olur ki, iş stajının təsdiqi üçün əsas götürülən sənəd ilk növbədə əmək kitabçasıdır. İş materiallarında olan iddiaçının AZE seriyalı ******* saylı xx.xx.1978-ci il tarixli əmək kitabçasından müəyyən edilir ki, o, xx.xx.1977-xx.xx.1987-ci illərdə və xx.xx.1991xx.xx.2004-cü il tarixlərdə Mir-Bəşir (Tərtər Elektromexanika) zavodunda, xx.xx.1988xx.xx.1991-ci illərdə isə X9 Stansiyasında işləmişdir. İş materiallarında olan iddiaçının H3 seriyalı ******* saylı xx.xx.1975-ci il tarixli hərbi biletdən görünür ki, iddiaçı xx.xx.1975-ci il tarixdən xx.xx.1977-ci il tarixədək hərbi xidmətdə olmuşdur. Beləliklə, qeyd olunanlardan müəyyən edilir ki, iddiaçının xx.xx.2006-cı il tarixə ən azı 25 il sığorta stajı var (29 il 11 ay 21 gün). Cavabdehin apelyasiya şikayətinin “əmək kitabçasının mötəbər sübut olmasına dair əsaslı şübhələr var” dəlilinə münasibətdə Kollegiya qeyd edir ki, məhkəmə iclasında iştirak edən iddiaçı tərəfindən əmək kitabçasının əsli Kollegiyaya təqdim olunmuş və baxış zamanı əmək kitabçasında qeyd olunan məlumatları şübhə altına alacaq hər hansı əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Konstitusiyanın 71-ci maddəsinin İİ hissəsinə müvafiq olaraq, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Konstitusiya ayrılmaz insan hüquq və azadlıqlarını müdafiə etmək vəzifəsini dövlətin üzərinə qoyur. Bu da öz növbəsində, pensiya təminatı sahəsində hüquqi müəyyənlik və vətəndaşların qanuna və dövlətə etimadı prinsiplərinə uyğun olaraq pensiyaların yalnız səlahiyyətli orqanlar tərəfindən və qanuna müvafiq təyin edilməsini, pensiya hüququnun yaranmasını təsdiq edən sənədlərin hazırlanması və pensiya məbləğinin hesablanmasının dəqiq və aydın aparılmasını təmin edən hüquqi tənzimləmə sisteminin yaradılmasını ehtiva edir (“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı). Əsas sosial-iqtisadi hüquqlardan biri olan sosial təminat hüququ Azərbaycan Respublikası Konstitusiyanın 38-ci maddəsində təsbit olunmuşdur. Həmin maddəyə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. (Konstitusiyanın 38-ci maddəsinin İ və İİİ hissələri). Bu hüquq həmçinin insan hüquqları üzrə bir sıra beynəlxalq-hüquqi sənədlərdə də öz əksini tapmışdır. Belə ki, “İnsan hüquqları haqqında” Ümumi Bəyannamənin 22-ci maddəsinə uyğun olaraq, hər bir insanın cəmiyyətin bir üzvü kimi, sosial təminat, milli səylər və beynəlxalq əməkdaşlıq əsasında, hər bir ölkənin strukturuna və ehtiyatlarına müvafiq olaraq, ləyaqətinin qorunması, şəxsiyyətinin azad inkişafı üçün zəruri olan iqtisadi, sosial və mədəni hüquqlarını həyata keçirmək hüququ vardır. “İqtisadi, sosial və mədəni hüquqlar haqqında” Beynəlxalq Paktın 9-cu maddəsində nəzərdə tutulmuşdur ki, hər bir şəxsin sosial təminat hüququ var. Beləliklə, Kollegiya qeyd edilənləri nəzərə alaraq bildirir ki, yaşa görə əmək pensiyasının təyin edilməsi üçün iddiaçıya münasibətdə tələb olunan bütün şərtlər ( yaş və sığorta stajı ) mövcuddur, yəni iddiaçının 65 yaşı var və ümumilikdə 25 ildən artıq sığorta stajına malikdir. Yuxarıda sadalanan hallardan da göründüyü kimi, cavabdeh orqanın imtinası qanunsuz və əsassız olmuşdur. “İnzibati icraat haqqında” AR Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. AR İPM-in 14.3-cü maddəsinə əsasən, inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Birinci instansiya məhkəməsi tərəfindən iddianin təmin edilməsinə dair yekun nəticəyə gəlinərkən prosessual hüquq normalarının tələblərinə əməl edilmiş, işin halllarına aid olan maddi hüquq normaları düzgün tətbiq edilmişdir. Azərbaycan Respublikası İPM-nin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin mübahisələndirilən qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Odur ki, məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq,
qərara aldı:
Apellyasiya şikayəti təmin edilməsin . Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9805/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən bir (1) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.