Məhkəmə qərarları › İş №2-1(103)-1243/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1243/2025

25.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1243/2025 25.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Şərafət Asif qızı Məmmədova (sədrlik edən və məruzəçi), Ceyhun Bəşir oğlu Məmmədovdan və X6 ibarət tərkibdə, Səmimə Elşad qızı Əliyevanın katibliyi ilə, İddiaçı iştirakı ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-14246/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının 2 saylı X1rşı məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 2 nömrəli X5 tərəfindən İddiaçı barəsində təyin edilmiş "baş beynin üzvi xəstəliyi (epilepsiya mənşəli) nəticəsində kəskin ifadə olunmuş şəxsiyyət dəyişikliyi, kobud davranış pozuntuları, psixomatik daxilolmalarla" diaqnozun ləğv edilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 2 nömrəli X2 üzərinə üzərinə qoyulması barədə qərar qəbul edilmasini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 2 nömrəli X3 xx.xx.2023-cü ildən xx.xx.2023-cü ilə qədər və xx.xx.2023-cü il tarixindən xx.xx.2023-cü il tarixinə qədər qeyri-könüllü hospitalizasiya olunmuşdur. Belə ki, sağlamlıq vəziyyəti yerində olduğu halda, heç bir əsas olmadan "baş beynin üzvi xəstəliyi (epilepsiya mənşəli) nəticəsində kəskin ifadə olunmuş şəxsiyyət dəyişikliyi, kobud davranış pozuntuları, psixomatik daxilolmalarla" diaqnozu qoyulmuşdur və həmin diaqnoz əsasında məcburi olaraq qeyriqanuni şəkildə müalicədə olmuşdur.Halbuki, qeyd olunan diaqnoz yanlış qoyulmuşdur. Ona görə ki, onun sağlamlıq vəziyyəti yerindədir, öz hərəkətlərinin mənasını dərk edə və onları idarə edə bilir. Belə olan halda cavabdeh tərəfindən əsassız olaraq qoyulmuş diaqnoz nəticəsində hüquqları qeyri-qanuni şəkildə pozulmuşdur. Məsələ ilə əlaqədar cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 2 nömrəli X4 müraciət etmişdir. Lakin, cavabdeh tərəfindən göndərilmiş xx.xx.2024-cü il tarixli məktubda bildirilmişdir ki, guya ki, onda psixotik əlamətlər mövcuddur və baş beynin üzvi xəstəliyi (epilepsiya mənşəli) nəticəsində kəskin ifadə olunmuş şəxsiyyət dəyişikliyi, kobud davranış pozuntuları, psixomatik daxilolmalarla" diaqnozu qoyulmuşdur. Odur ki, məhkəməyə müraciət etmək qərarına gəlmişdir və hesab edir ki, məhkəmə diaqnozun ləğv edilməsinin cavabdehin üzərinə vəzifə olaraq qoyulması barədə qərar qəbul etməlidir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-14246/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. İddiaçı həmin qərardaddan apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayəti iddia ərizəsi ilə oxşar məzmunda əsaslandırılmışdır. Məhkəmə Kollegiyasının iclasında iddiaçı şikayətin təmin olunmasını xahiş etmişdir.Əlavə olaraq verilən suallara cavabında bildirmişdir ki, Bakı İnzibati Məhkəməsində psixatrik dispanser qeydiyyatın ləğvinə dair iddia tələbinə baxılır və həmin iş üzrə iddiaçının sağlamlıq vəziyyətinin müəyyən edilməsi üçün tibbi ekspertiza təyin edilmişdir. Məhkəmə Kollegiyasının iclasının vaxtı və yeri barədə tərəfləri lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir və gəlməmə səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iddiaçının izahatını, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iddiaçının müraciətinə cavabdeh məktubunda bildirmişdir ki, İddiaçı dəfələrlə Bakı şəhəri 2 nömrəli X3 müayinə və müalicədə olmuşdur. Xəstə İddiaçı son dəfə, xx.xx.2023cü il tarixdən xx.xx.2023-cü il tarixədək Bakı şəhəri 2 nömrəli X3 qeyri-könüllü hospitalizasiya olunmuşdur. “Baş beynin üzvi xəstəliyi (epilepsiya mənşəli) nəticəsində kəskin ifadə olunmuş şəxsiyyət dəyişikliyi, kobud davranış pozuntuları, psixotik daxilolmalarla". Diaqnozu ilə müalicədə olmuşdur. Qeyd etmək lazımdır ki, İddiaçı Nəsimi Rayon Prokurorluğuna ünvanladığı məktubuna dair araşdırılma aparılmışdır. Bildiririk ki, xəstənin halına uyğun olaraq psixotik əlamətlər mövcuddur. Məhkəmənin sorğusuna cavab olaraq cavabdeh xx.xx.2024-cü il tarixli məktubu ilə bildirmişdir ki, ünvan 2 ünvanında qeydiyyatda olan xx.xx.1976-cı il təvəllüdlü İddiaçı ilk dəfə, X9 Stansiyasının göndərişinə əsasən xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci il tarixinədək Bakı şəhəri 2 nömrəli X3 stasionar müalicədə olmuşdur. Diaqnoz: “Baş-beyinin üzvi xəstəliyi (epilepsiya mənşəli) nəticəsində yüngül ifadə olunmuş şəxsiyyət pozuntuları. Baş-beyinin üzvi xəstəliyi (epilepsiya mənşəli) nəticəsində kəskin ifadə olunmuş şəxsiyyət dəyişiklikləri və kobud davranış pozuntuları, psixotik daxilolmalarla”. Təkrarən, İddiaçı X9 Stansiyasının göndərişinə əsasən xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci il tarixinədək Bakı şəhəri 2 nömrəli X3 stasionar müalicədə olmuşdur. Diaqnoz: “Baş-beyinin üzvi xəstəliyi (epilepsiya mənşəli) nəticəsində kəskin ifadə olunmuş şəxsiyyət dəyişiklikləri və kobud davranış pozuntuları, psixotik daxilolmalarla”. Təkrarən, Nəcəfov X7 və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yasamal rayon idarəsinin göndərişinə əsasən xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixinədək Bakı şəhəri 2 nömrəli X3 stasionar müayinədə olmuşdur. Diaqnoz: “Baş Beyinin üzvi xəstəliyi nəticəsində şəxsiyyət dəyişikliyi”. Təkrarən, İddiaçı 3 saylı Şəhər Poliklinikasının göndərişinə əsasən xx.xx.2022-ci il tarixdə Bakı şəhəri 2 nömrəli X3 müayinədə olmuşdur. Diaqnoz: “Baş-beyinin üzvi xəstəliyi (epilepsiya mənşəli) nəticəsində kəskin ifadə olunmuş şəxsiyyət dəyişikliyi və kobud davranış pozuntuları, psixotik daxilolmalarla”. Təkrarən, İddiaçı 3 nömrəli Şəhər Poliklinikasının göndərişinə əsasən xx.xx.2023-cü il tarixdə Bakı şəhəri 2 nömrəli X3 müayinədə olmuşdur. Diaqnoz: “Baş-beyinin üzvi xəstəliyi (epilepsiya mənşəli) nəticəsində kəskin ifadə olunmuş şəxsiyyət dəyişikliyi və kobud davranış pozuntuları, psixotik daxilolmalarla”. Təkrarən, İddiaçı X9 Stansiyasının göndərişinə əsasən xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixinədək Bakı şəhəri 2 nömrəli X3 stasionar müalicədə olmuşdur. Diaqnoz: “Baş beyinin üzvi xəstəliyi (epilepsiya mənşəli) nəticəsində kəskin ifadə olunmuş şəxsiyyət dəyişiklikləri və kobud davranış pozuntuları, psixotik daxilolmalarla”. Sonuncu dəfə, İddiaçı X9 Stansiyasının göndərişinə əsasən xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixinədək Bakı şəhəri 2 nömrəli X3 stasionar müalicədə olmuşdur.Diaqnoz: “Baş beynin üzvi xəstəliyi (epilepsiya mənşəli) nəticəsində kəskin ifadə olunmuş şəxsiyyət dəyişikliyi, kobud davranış pozuntuları, psixotik daxilolmalarla”. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsinə təminat verilir. Lakin bu hüquq mütləq hüquq deyil və müəyyən qanuni məhdudiyyətlərə (məsələn, iddia müddəti, şikayətin qəbul edilmə şərtinə cavab verməməsi və s), məruz qoyula bilər. Lakin ədalət mühakiməsi hüququ onun mahiyyətinə xələl gətirə biləcək dərəcədə məhdudlaşdırılmamalıdır. Məhkəmə müdafiəsi hüququ bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə ağlabatan müddətdə baxmaq və onlara dair ədalətli qərar qəbul edərək, onların vaxtında icra edilməsi vəzifəsini müəyyən edir. Qeyd olunan hüququn vacibliyinə baxmayaraq, o mütləq deyil. Bu hüququ məhdudlaşdıran tədbirlər Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinin və 71-ci maddəsinin İİ hissəsinin, habelə “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 3-cü maddəsinin müddəaları baxımından legitim məqsədlərə nail olmaq üçün tətbiq edilməli, mütənasiblik meyarına cavab verərək onun əsas mahiyyətinə toxunmamalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu da “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli 5 №-li Qərarında göstərmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (qərarın 1.1, 1.3, 1.4 və 2.1-ci bəndləri). Belə ki, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılıq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olub olmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddi hüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli 5 nömrəli Qərarının 2.3, 5.1, 6.1, 6.2, 8.5 və 9-cu bəndləri ilə məhkəmələrin diqqətinə çatdırılmışdır ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar (2.3). İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır (5.1). İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır (6.1). İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun (6.2). İddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyillər və bu cür hallarda iddia mümkün sayılmamalıdır (8.5). İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9). İddia tələbi İddiaçı barəsində təyin edilmiş "baş beynin üzvi xəstəliyi (epilepsiya mənşəli) nəticəsində kəskin ifadə olunmuş şəxsiyyət dəyişikliyi, kobud davranış pozuntuları, psixomatik daxilolmalarla" diaqnozun ləğv edilməsindən ibarədir. İş materiallarından görünür ki, iddiaçı xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci il tarixinədək Bakı şəhəri 2 nömrəli X3 stasionar müalicədə olmuşdur. Diaqnoz: “Baş-beyinin üzvi xəstəliyi (epilepsiya mənşəli) nəticəsində yüngül ifadə olunmuş şəxsiyyət pozuntuları. Başbeyinin üzvi xəstəliyi (epilepsiya mənşəli) nəticəsində kəskin ifadə olunmuş şəxsiyyət dəyişiklikləri və kobud davranış pozuntuları, psixotik daxilolmalarla”. Daha sonra xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci il tarixinədək stasionar müalicədə olmuşdur. Diaqnoz: “Baş-beyinin üzvi xəstəliyi (epilepsiya mənşəli) nəticəsində kəskin ifadə olunmuş şəxsiyyət dəyişiklikləri və kobud davranış pozuntuları, psixotik daxilolmalarla”. Təkrarən xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixinədək stasionar müayinədə olmuşdur. Diaqnoz: “Baş Beyinin üzvi xəstəliyi nəticəsində şəxsiyyət dəyişikliyi”. Təkrarən, xx.xx.2022-ci il tarixdə müayinədə olmuşdur. Diaqnoz: “Baş-beyinin üzvi xəstəliyi (epilepsiya mənşəli) nəticəsində kəskin ifadə olunmuş şəxsiyyət dəyişikliyi və kobud davranış pozuntuları, psixotik daxilolmalarla”. Təkrarən, xx.xx.2023-cü il tarixdə müayinədə olmuşdur. Diaqnoz: “Baş-beyinin üzvi xəstəliyi (epilepsiya mənşəli) nəticəsində kəskin ifadə olunmuş şəxsiyyət dəyişikliyi və kobud davranış pozuntuları, psixotik daxilolmalarla”. Təkrarən, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixinədək stasionar müalicədə olmuşdur. Diaqnoz: “Baş-beyinin üzvi xəstəliyi (epilepsiya mənşəli) nəticəsində kəskin ifadə olunmuş şəxsiyyət dəyişiklikləri və kobud davranış pozuntuları, psixotik daxilolmalarla”. Sonuncu dəfə, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixinədək stasionar müalicədə olmuşdur. Diaqnoz: “Baş beynin üzvi xəstəliyi (epilepsiya mənşəli) nəticəsində kəskin ifadə olunmuş şəxsiyyət dəyişikliyi, kobud davranış pozuntuları, psixotik daxilolmalarla”. Göründüyü kimi iş materiallarına əsasən iddiaçı sözügedən xəstəlikdən uzun müddətdir əziyyət çəkir, cavabdeh Səhiyyə Nazirliyinin 2 nömrəli X5 dəfələrlə iddiaçını müayinə edərək, Həkim Psixiatr Komissiyasının qərarı ilə “Baş beynin üzvi xəstəliyi (epilepsiya mənşəli) nəticəsində kəskin ifadə olunmuş şəxsiyyət dəyişikliyi, kobud davranış pozuntuları, psixotik daxilolmalarla” diaqnoz qoyulmuşdur. Məhkəmə Kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır ki, iddiaçının arzuladığı tələbə uyğun inzibati aktın qəbulu ilə bağlı vəzifənin cavabdehin üzərinə qoyulması onun hüquqlarına birbaşa müdaxilə hesab olunur. Belə ki, iddiaçı uzun illərdir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 2 nömrəli X3 qeydiyyatdadır. Məhkəmə Kollegiyasının iclasında iddiaçı verilən suallara cavabında bildirmişdir ki, Bakı İnzibati Məhkəməsində psixatrik dispanser qeydiyyatın ləğvinə dair iddia tələbinə baxılır və həmin iş üzrə iddiaçının sağlamlıq vəziyyətinin müəyyən edilməsi üçün tibbi ekspertiza təyin edilmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Belə ki, iddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Həmin maddənin tələbinə əsasən inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması deyil, konkret hüquqların pozulmasının əsaslandırıldığı hallarda mümkün hesab edilir. Məhkəmə Kollegiyası yuxarıda qeyd edilənləri və apellyasiya şikayəti işin faktiki halları baxımından iddia ərizəsi ilə oxşar məzmunda əsaslandırıldığını nəzərə alaraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsininə əsasən: Maddə 81.1. İnzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və ya qərardadlardan, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, şikayət verilə bilər. Şikayətə apellyasiya qaydasında apellyasiya instansiyası inzibati kollegiyaları (bundan sonra - apellyasiya instansiyası məhkəmələri) tərəfindən baxılır. Maddə 81.3. Bu fəsildə başqa qaydanın müəyyən edilmədiyi hallarda, şikayət üzrə inzibati məhkəmə icraatında birinci instansiya məhkəməsində icraatla bağlı bu Məcəllədə nəzərdə tutulmuş müvafiq prosessual qaydalar, o cümlədən iddia ərizəsinin formasına və məzmununa dair tələblər və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiyası məhkəməsində icraatla bağlı müvafiq müddəaları tətbiq olunur. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-14246/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar