Məhkəmə qərarları › İş №2-1(103)-1244/2020

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1244/2020

24.08.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1244/2020 24.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakimlər Aida Əli qızı Hüseyn sədrliyi və məruzəsi ilə, X9 və X3 ibarət tərkibdə, Murğuzova Nərminə Sahib qızının katibliyi ilə, Cavabdehin nümayəndəsi X1, 3-cü şəxsin nümayəndəsi X6 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Maliyyə-Plan İdarəsinə (3-cü şəxs Dövlət X13 X10 İdarəsi) qarşı “kompensasiyanın ödənilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2-1(112)-144/2020 saylı qərarından İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən inzibati işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçının mərhum əri, Sabunçu RPİ-nin 13-cü PB-nin sabiq əməliyyat müvəkkili, polis kapitanı X7 xidməti vəzifəsinin icrası zamanı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə həlak olmuş, xx.xx.1992-ci il tarixdən şəxsi heyətin siyahısından çıxarılmışdır. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2014-cü il tarixli qərarı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin X8rşı Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Bölməsinin sabiq əməliyyat müvəkkili polis kapitanı X4 hərbi əməliyyatlarda həlak olması ilə əlaqədar birdəfəlik kompensasiyanın iddiaçıya ödənilməsi ilə əlaqədar iddiası təmin edilmişdir. Qərar qanuni qüvvəyə minmiş və icraya yönəldilmişdir. Məhkəmə qərarının icrası ilə əlaqədar olaraq X4 ailəsinə xidmət etdiyi vəzifənin 2009-cu ildə (pensiyanın son ödəniş ili) aylıq 302 manat təminat xərcliyinin 70 misli miqdarında, yəni 21.140,0 manat məbləğində kompensasiya hesabalanıb ödənilmişdir. Kompensasiyanın məbləği hesablanarkən iddiaçının azyaşlı övladına sonuncu dəfə ailə başçısını itirməyə görə pensiya ödənilən 2009-cu ildə mövcud olmuş təminat xərcliyi əsas götürülmüşdür. İddiaçı tərəfindən 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2014-cü il tarixli qərarına izah verilməsi ilə bağlı müraciət olunmuş, məhkəmənin xx.xx.2017-ci il tarixli qərardadı ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2014-cü il tarixli 2-1(81)- 599/2014 saylı qərarının icra edilməsi səbəbindən həmin qərara izah verilməsinin mümkün olmaması əsası ilə ərizə rədd edilmişdir. İddiaçı tərəfindən məhkəməyə müraciət olunaraq 2017-ci ilin təminat xərcliyi əsas götürülməklə verilmiş kompensasiyanın hesablanması ilə baglı iddia qaldırılmış, birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi rədd edilmiş və iddiaçı tərəfindən verilmiş apelyasiya və kassasiya şikayətləri də təmin edilməmişdir. Hazırda İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Maliyyə- Plan İdarəsinə (3-cü şəxs Dövlət X13 X10 İdarəsi) qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin 13-cü Polis Bölməsinin sabiq polis kapitanı X4 hərbi əməliyyatlarda həlak olması ilə əlaqədar birdəfəlik kompensasiyanın ödənilməmiş hissəsinin, yəni 12589 manat məbləğində pul vəsaitinin ona ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, məhkəmə qərarı icra edilərkən kompensasiya məbləği düzgün hesablanmamışdır. Belə ki, həmin kompensasiya məbləği hesablanarkən mərhum X4 aylıq təminat xərclərinin 70 (yetmiş) misli deyil, kiçik qızı X2, şəhid ailəsi üzvü kimi təyin edilmiş pensiya məbləğinin 70 misli miqdarında kompensasiya hesablanaraq ödənilmişdir. Onun qənaətinə görə, kompensasiya məbləği 2009-cu ildəki təminat xərcliyindən deyil, kompensasiyanın ödənilməsini cavabdehə həvalə etmiş məhkəmə qərarının qəbul edildiyi 2014-cü ildəki təminat xərcliyindən hesablanmalı idi. Cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Maliyyə-Plan İdarəsi tərəfindən buna əməl olunmadığından, yəni kompensasiya məbləği tam ödənilmədiyindən, kompensasiyanın ödənilməmiş hissəsi hesablanarkən kompensasiyanın ümumi məbləği mübahisənin yarandığı 2014-cü ildəki təminat xərcliyi əsas götürülərək hesablanmalıdır. Cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi X17 məhkəməyə iddia ərizəsi ilə bağlı yazılı münasibətini təqdim edərək qeyd etmişdir ki, İddiaçı həyat yoldaşı Sabunçu RPİ-nin 13-cü PB-nin sabiq əməliyyat müvəkkili, polis kapitanı mərhum X4 xidməti vəzifələrin icrası zamanı həlak olması ilə əlaqədar iki azyaşlı övladına xx.xx.1992-ci il tarixdən ailə başçısını itirməyə görə pensiya təyin olunmuşdur. Övladları həddi-buluğa çatdığına görə həmin ödəniş xx.xx.2009-cu il tarixdən dayandırılmışdır. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(81)-599/14 nömrəli qərarı ilə İddiaçı həyat yoldaşı mərhum İlqar İsmayılovun təminat xərcliyinin 70 misli miqdarında 21140 (iyirmi bir min yüz qırx) manat məbləğində kompensasiya ödənilmişdir. İddiaçı kompensasiyanın düzgün hesablanmamasına dair iddia tələbi 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2018-ci il 6 mart tarixli 2-1(81)-1265/2018 nömrəli qərarı ilə rədd edilmiş, qərardan verilən apelyasiya və kassasiya şikayətləri də təmin olunmamışdır. Göründüyü kimi həlak olmuş həyat yoldaşına görə ödənilən kompensasiyanın “Polis əməkdaşlarının maddi və sosial təminatları ilə bağlı qaydaların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 20 aprel tarixli 73 nömrəli qərarına uyğun düzgün hesablanmış və bu xüsusat Bakı Apelyasiya Məhkəməsinin və Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının qərarları ilə təsdiqlənmişdir. Bakı İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2-1(112)-14417/2020 saylı qərarı ilə iddia tələbi təmin edilməmişdir. Həmin qərardan iddiaçı apelyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsi xahiş etmişdir. Apelyasiya şikayətinin dəlilləri: Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxx 2014-cü il tarixli 2(81)-599/2014 saylı qərarı ilə həyat yoldaşı X4 hərbi əməliyyatlarda həlak olması ilə əlaqədar birdəfəlik kompensasiyanın verilməsi vəzifəsi Azərbaycan Respublikasının DİN-in X15 həvalə edilmiş, qərar qanuni qüvvəsini aldıqdan sonra icraya yönəldilmiş, icraya yönəldikdən sonra kompensasiyanın məbləği cavabdeh tərəfindən düzgün hesablanmamış, mərhum həyat yoldaşının xidmət etdiyi vəzifənin 2009-cu il əmək haqqı təminat xərcliyinin 70 misli miqdarında hesablanmaqla 21.140 manat məbləğində göstərilmişdir. Kompensasiya 2014-cü ilin əmək haqqı və təminat xərclərinə görə hesablanmalıdır. Ancaq dəfələrlə DİN-ə müraciət etməyinə baxmayaraq həmişə eyni şablon cavablar almışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X5 və 3-cü şəxsin nümayəndəsi X11 apelyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdilər. Məhkəmə iclasının vaxtı və yeri barədə iddiaçıya lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 62-ci maddəsinə əsasən iddiaçının iştirakı olmadan şikayət üzrə işə baxılmasını mümkün hesab edir. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, iddiaçının mərhum ərinin ölümünə görə kompensasiya almaq hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli, 73 nömrəli Qərarının qüvvəyə mindiyi xx.xx.2000-ci il tarixdən yaranmasına baxmayaraq, iddiaçı həmin hüquqdan 2014-cü ildə istifadə edərək iddia ilə məhkəməyə müraciət etmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2014-cü il tarixli qərarının icrası ilə bağlı əsaslı olaraq İddiaçının övladının ailə başçısını itirməyə görə pensiya təminatı hüququnun dayandırıldığı 2009-cu ildə mövcud olmuş təminat xərcliyi üzrə kompensasiya hesablanmış və 21140 manat məbləğində kompensasiya ödənilmişdir. Azərbaycan Respublikası Nazirlər kabinetinin “Polis əməkdaşlarının maddi və sosial təminatları ilə bağlı qaydaların təsdiq edilməsi haqqında” xx.xx.2000-ci il tarixli, 73 nömrəli Qərarına əsasən xidməti vəzifəsinin icrası ilə əlaqədar polis əməkdaşı həlak olduqda (vəfat etdikdə) onun ailəsinə, habelə öhdəsində olanlara dövlət büdcəsinin vəsaiti hesabına ərzaq payı əvəzinə pul kompensasiyası istisna olmaqla, onun aylıq təminat xərclərinin yetmiş misli miqdarında birdəfəlik kompensasiya ödənilməsi nəzərdə tutulmuşdur. Kompensasiya məbləği ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, işdən görünür ki, 2009-cu ildə, iddiaçının kiçik qızına ödənilən axırıncı pensiya məbləğinin tarixində mövcud olan təminat xərcliyi 302 manat olmuş və iddiaçıya 70 misli miqdarında kompensasiya Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli 73 nömrəli qərarına uyğun olaraq düzgün ödənilmişdir. Məhz bu səbəbdən də icra edildikdən sonra məhkəmədə izah verilməmiş və iddiaçının qaldırdığı iddia da məhkəmə tərəfindən təmin edilməmişdir. Şərh olunanlara əsasən kollegiya hesab edir ki, iddiaçı hazırki tələblə məhkəməyə müraciət etməkdə haqlı olmamış, cavabdehin imtinası əsaslı olmuş, işə baxan birinci instansiya məhkəməsi də iddiaçının tələbini təmin etməməkdə düzgün nəticəyə gəlmişdir. Sadalanan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Bakı İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2- 1(112)-144/2020 saylı qərarı qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, apelyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya qərara aldı: İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2-1(112)-144/2020 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Hakim: Aida Hüseyn

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar