Məhkəmə qərarları › İş №2-1(103)-1244/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1244/2023

31.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1244/2023 31.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Sabunçu Rayon Polis idarəsinə qarşı “3-cü şəxslərin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X12 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Aytən Pənah qızı Oruczadədən və X6 ibarət tərkibdə, X8-Yusiflinin katibliyi ilə, İddiaçı, 3-cü şəxslər X3, X4 və X2 nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Sabunçu Rayon Polis idarəsinə qarşı “3-cü şəxslərin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11677/2022 saylı 17 oktyabr 2022-ci il tarixli qərarından 3-cü şəxslər tərəfindən verilmiş apellyasiya şikayətinə 31 may 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: AN-İ seriyalı ******* saylı xx.xx.2022-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən ünvan 3 ünvanda yerləşən, ümumi sahəsi 73.9 kv.m, yaşayış sahəsi 58.3 kv.m olan 3 otaqlı fərdi yaşayış evi X7 tərəfindən 157000 manat məbləğinə İddiaçı satılmışdır. Daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2022-ci il tarixli çıxarışa əsasən ümumi sahəsi 73.9 kv.m olan ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evi iddiaçının xüsusi mülkiyyətindədir. 5205427 saylı xx.xx.2022-ci il tarixli Yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, X9, X10 və X1 rayonu, Bakıxanov qəsəbəsi, Ramiz Qəmbərov küçəsi, ev 46A ünvanında qeydiyyatdadırlar. Sabunçu rayonu İcra Hakimiyyəti Başçısının Bakıxanov qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 1164 saylı xx.xx.2022-ci il tarixli arayışına əsasən, X9, X10 və X5 ünvan 3 ünvanında yaşamırlar. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən bildirilmişdir ki, ünvan 3 mənzilində X3, X4, X2 istifadə hüquqlarının dövlət qeydiyyatına alınmasına dair məlumat aşkar edilməmişdir. İddiaçı 3-cü şəxslərin Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Ramiz Qəmbərov küçəsi, ev 46A ünvanda yerləşən, ümumi sahəsi 73.9 kv.m, yaşayış sahəsi 58.3 kv.m olan 3 otaqlı fərdi yaşayış evindən qeydiyyatdan çıxarılması ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu tərəfindən onun tələbinin təmin olunmasından imtina olunmuşdur. Belə ki, cavabdeh Sabunçu rayon Polis İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış 073-35729A-3222 saylı xx.xx.2022ci il tarixli imtina məktubunda qeyd edilmişdir ki, X9, X10, X5 ona məxsus olan ünvan 3 ünvanından paport qeydiyyatından çıxarılmaları Sabunçu RPİ QMB-nin səlahiyyətləri daxilində deyildir. Qeyd olunan faktla əlaqədar olaraq Bakı İnzibati məhkəməsinə müraciət etməyi məqsədəmüvafiq hesab edilmişdir. Qeyd olunan imtina məktubundan narazı qalan İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Sabunçu Rayon Polis idarəsinə qarşı hazırki iddia ilə məhkəməyə müraciət edərək, “3-cü şəxslər X3, X4 və X2 ona məxsus Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Ramiz Qəmbərov küçəsi, ev 46A ünvanda yerləşən, ümumi sahəsi 73.9 kv.m, yaşayış sahəsi 58.3 kv.m olan 3 otaqlı fərdi yaşayış evindən qeydiyyatdan çıxarılma öhdəliyinin inzibati orqanın üzərinə qoyulması” barədə qərar çıxarılmasını xahiş etmişdir. İddianın əsaslandırılması: İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il tarixli daşınmaz əmlakm alqı-satqı Müqaviləsi əsasında ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evini əldə edib. Bildirir ki, bu evin onun mülkiyyətində olduğunu daşınmaz əmlakın dövlət reyestri xidmətindən verilən çıxarış da təsdiq edir. Qeyd edir ki, evi alarkən orada başqa şəxslər qeydiyyatda qalmışdılar. Alqı-satqı müqaviləsinin 5-ci maddəsinin 13-cü bəndinə əsasən satıcılar 27 may 2022-ci il tarixinədək sözügedən ünvanda qeydiyyatdan çıxmağı öhdələrinə götürmüşdülər. Lakin indiyədək həmin şəxslər ünvanda qeydiyyatdan çıxmamışlar. üçüncü şəxslər hazırda həmin ünvanda yaşamırlar. Bununla bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu tərəfindən tələbinin təmin edilməsindən imtina edilmişdir. Cavabdehin etirazları: İş üzrə cavabdeh inzibati orqan tərəfindən iddiaya dair yazılı etiraz məhkəməyə təqdim edilməmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11677/2022 saylı 17 oktyabr 2022-ci il tarixli qərarı ilə iddianın təmin edilərək, X3, X4 və X2 ünvan 3 ünvanından yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmaları öhdəliyinin cavabdehin üzərinə qoyulması qərara alınmışdır. Həmin qərardan narazı qalan 3-cü şəxslər X9, X10 və X5 tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, X9, 1973-cü ildən ailə üzvləri ilə birlikdə ünvan 8 ünvanındakı özbaşına tikilidə yaşayır. Sabunçu Rayon Məhkəməsinin 2- 2118 saylı xx.xx.2003-cü il tarixli qətnaməsi ilə ərizəçi X3 maraqlı şəxs Sabunçu rayon polis idarəsinə qarşı “pasport qeydiyyatına alınma” barədə ərizəsi təmin edilərək X3 ailə üzvləri ilə birlikdə ünvan 8 evə pasport qeydiyyatına alınması qət edilmişdir. ünvan 3 ünvanında yerləşən digər yaşayış evi İddiaçı mülkiyyətindədir. O, həmin evi xx.xx.2022-ci il tarixli “daşınmaz əmlakın alqı-satqı müqaviləsi”nə əsasən əldə etmişdir. X3 ailə üzvləri ilə birlikdə qeydiyyatda olduğu ev ilə İddiaçı mülkiyyətində olan evin ünvanları eyni olsa da, həmin evlər faktiki olaraq ayrı-ayrı yerlərdə yerləşən müxtəlif daşınmaz əmlaklardır. Onlardan biri xüsusi mülkiyyətdə olduğu halda, digəri özbaşına tikili statusundadır. Bununla belə, ünvan eyniliyini əsas götürən İddiaçı məhkəməyə müraciət edərək X3 və onun ailə üzvlərinin mülkiyyətində olan ünvan 10 ünvanında olan yaşayış yerindən qeydiyyatdan çıxarılmaları öhdəliyinin Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinə havalə edilməsi qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçıya məxsus ünvan olaraq eyni adla ifadə olunan ev onun xüsusi mülkiyyətdədir. Onlar hal-hazırda ünvan olaraq ünvan 12zbaşına tikilidə yaşayırlar. Həmin ev hələ də qeydiyyata alınmamışdır. İddiaçının mülkiyyətində olan ev isə tamamilə fərqlidir. Birinci instansiya məhkəməsinin qərarının əsaslandığı məntiqdən belə çıxır ki, iddiaçı üçüncü şəxsləri yaşadıqları ünvandakı evdən də çıxarda bilər. Bu isə qəbul edilməzdir. İşin hallarına uyğun gəlmir. Belə ki, onların yaşadıqları ev tamamilə ayrıdır, iddiaçıya qətiyyən aiddiyyatı yoxdur. İddiaçı isə öz mülkiyyətində olan ünvan olaraq yenə “ünvan 13rdəki tamamilə başqa evdə yaşayır. Həmçinin məhkəmə iclasında onların iştirakı təmin edilməmiş, onlar ümumiyyətlə məhkəmə bildirişlərini almamış, məhkəmə prosesləri barədə lazımı qaydada xəbərdar edilməmişlər. Nəticədə hazırkı apellyasiya şikayəti ilə mübahisələndirilən qərar çıxarılmış və onların hüquqları kobud şəkildə pozulmuşdur. Tərəflərin izahatları: 3-cü şəxslər X3, X4 və X2 nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək onun təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş etmişdir. İddiaçı apellyasiya şikayətinin dəlillərinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Apellyasiya baxışı zamanı cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunsa da, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Cavabdeh inzibati orqan tərəfindən xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olmuş məktubun məzmunundan görünür ki, işə onların nümayəndəsinin iştirakı olmadan baxılması xahiş edilmişdir. İnzibati məhkəmə icraatının iştirakçıları hazırki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasına etiraz etməmişlər. Bununla bağlı məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki işə, cavabdeh Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılıb iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 38.2-ci maddəsinə əsasən məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 38.2-ci, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.2-ci maddələrinin tələblərini nəzərə alaraq hesab edir ki, iddia qanunla müəyyən edilmiş müddət daxilində verildiyi üçün mümkündür. İddianın mahiyyəti ilə bağlı qeyd olunur ki, hazırda İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Sabunçu Rayon Polis idarəsinə qarşı tələbi, “3-cü şəxslər X3, X4 və X2 ona məxsus Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Ramiz Qəmbərov küçəsi, ev 46A ünvanda yerləşən, ümumi sahəsi 73.9 kv.m, yaşayış sahəsi 58.3 kv.m olan 3 otaqlı fərdi yaşayış evindən qeydiyyatdan çıxarılma öhdəliyinin inzibati orqanın üzərinə qoyulması” barədədir. Qeyd olunan tələblə iddiaçı cavabdeh inzibati orqana müraciət etsə də, sonuncu tərəfindən onun tələbinin təmin olunmasından imtina edilmişdir. Bundan sonra iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmiş və onun iddiası məhkəmə tərəfindən təmin edilmişdir. İşə birinci instansiya qaydasında baxmış məhkəmə 3-cü şəxslərin həmin ünvanda faktiki olaraq yaşamamasına, iddiaçının ailə üzvü olmamalarına, istifadə hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamasına, cavabdeh qurumun imtinasının iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməsinə istinad edərək iddianın təmin olunması qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə bağlı gəldiyi nəticə ilə razılaşmayaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə — yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə — müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə — ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında. Qanunvericiliyin tələblərindən aydın olur ki, şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün əsaslardan biri şəxsin yaşayış sahəsindən çıxarılması və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin mövcudluğudur. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 sentyabr 2020-ci il tarixli qərarından müəyyən edilir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 5-ci bəndinin müddəaları onu göstərir ki, məhkəmələr bu növ iddialara, yəni mənzildən qeydiyyatdan çıxarılma barədə iddialara baxarkən, hər bir halda şəxsin həmin yaşayış sahəsində yaşayıb-yaşamaması, istifadə hüququnun mövcud olub-olmaması məsələsini araşdırmalıdır. Hazırkı işin faktiki hallarından isə müəyyən edilir ki, ünvan 3 ünvanda yerləşən, ümumi sahəsi 73.9 kv.m, yaşayış sahəsi 58.3 kv.m olan 3 otaqlı fərdi yaşayış evi X7 tərəfindən İddiaçı satılmış, sözügedən fərdi yaşayış evi iddiaçının xüsusi mülkiyyətindədir, qeydiyyatdan çıxarılmalarını tələb etdiyi 3-cü şəxslər X9, X10 və X1 rayonu, ünvan 14 ünvanda yaşamırlar. Həmçinin ünvan 3 mənzilində X3, X4, X2 istifadə hüquqlarının dövlət qeydiyyatına alınmasına dair məlumat aşkar edilməmişdir. Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 27 noyabr tarixli 27 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ünvan reyestrinin aparılması və daşınmaz əmlak obyektlərinə ünvan verilməsi Qaydaları”nın 1.1-ci bəndinə əsasən bu qaydalar Azərbaycan Respublikasında ünvan reyestrinin aparılmasını və daşınmaz əmlak obyektlərinə ünvanın verilməsini tənzimləyir. Həmin Qayadaların 1.2-ci bəndinə əsasən ünvan reyestri vahiddir və Azərbaycan Respublikasının bütün ərazisini əhatə edir. Həmin Qayadaların 1.4-cü bəndinə əsasən ünvan reyestri daşınmaz əmlakın vahid kadastrı ilə əlaqələndirilməklə, məkana görə daşınmaz əmlak obyektlərinin xüsusi vasitələrdən istifadə edilmədən yerləşdiyi yerin müəyyənləşdirilməsinə imkan verən və onların fərdiləşdirilməsini təmin edən məlumat bazasıdır. Ünvan reyestri ünvan istifadəçilərini ünvanla bağlı zəruri informasiya ilə təmin etmək məqsədi ilə tərtib edilir və aparılır. Həmin Qayadaların 1.5-ci bəndinə əsasən ünvan reyestrinin aparılması və ünvanların verilməsi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (bundan sonra – Dövlət Xidməti) tərəfindən həyata keçirilir. Həmin Qayadaların 2.4-cüi bəndinə əsasən ünvan reyestrində saxlanılan məlumatlara aşağıdakı hallarda dəyişiklik və (və ya) əlavələr edilir: daşınmaz əmlak obyektinin yerləşdiyi ərazi vahidinin və nəqliyyat infrastrukturu obyektinin qanunvericiliklə müəyyən edilmiş qaydada adı dəyişdirildikdə, habelə müvafiq nəqliyyat infrastrukturu obyektinə yeni ad verildikdə və ya onun adı dəyişdirildikdə (bu halda ünvan nömrələri dəyişilmir); texniki səhvlər aradan qaldırıldıqda; ünvanın statusu dəyişdikdə; məhkəmənin qərarı olduqda. Həmin Qayadaların 3.7-ci bəndinə əsasən daşınmaz əmlak obyektinin ünvanı təkrarolunmazdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair» xx.xx.2020-ci il tarixli Qərarında qeyd edimişdir ki, şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün əsaslardan biri şəxsin yaşayış sahəsindən çıxarılması və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin mövcudluğudur. Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, mülkiyyətçinin iradə ifadəsi olan razılıq ərizəsi ilə ona məxsus yaşayış sahəsinə digər şəxsin qeydiyyata alınması nəticəsində yaranmış hüquqi münasibətlərə mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilə bilər. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunda əsas müddəa kimi təsbit edilən yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola biləcəyi nəzərə alınmaqla yaşayış sahəsinə münasibətdə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında müvafiq icra hakimiyyəti orqanı (inzibati orqan) tərəfindən qeydiyyatdan çıxarılması təmin olunmalıdır. Əks halda məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Hazırki işə apellyasiya qaydasında tam və hərtərəfli baxılması üçün kollegiya tərəfindən İddiaçı mülkiyyətində və qeydiyyatda olduğu ünvan 15 ünvanında yerləşən ev ilə üçüncü şəxslər X9, X10 və X2 qeydiyyatda olduğu ünvan 15 ünvanında yerləşən evin ayrı-ayrı evlər olub-olmaması, ayrı evlər olduğu təqdirdə həmin evlərin bir–birindən hansı məsafədə yerləşməsi barədə, o cümlədən mülkiyyətçinin və digər şəxslərin onlara məxsus evdə yaşamalarına dair məhkəməyə məlumat verilməsi ilə bağlı Bakıxanov qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə məhkəmə sorğusu göndərilmişdir. Sabunçu rayonu İcra Hakimiyyəti Başçısının Bakıxanov qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2023-cü il tarixli arayışında qeyd edilmişdir ki, ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evi İddiaçı tam mülkiyyətində olan ünvandır, onun qapı nömrəsi 11220655/02 saylıdır və xx.xx.2022-ci ildə verilmişdir. X3, X4 və X2 yaşadıqları ev müxtəlif torpaq sahələrinə aiddir və ayrı-ayrı çöl giriş qapıları vardır. Beləliklə, iş üzrə müəyyən olundu ki, mülkiyyətçi kimi iddiaçının ona məxsus evdən qeydiyyatdan çıxarılmasını tələb etdiyi 3-cü şəxslər iddiaçının mülkiyyətində olan evdə yaşamasalar da, məhz həmin evin ünvan göstəricisi altında olan başqa bir, ondan xeyli aralıda yerləşən özbaşına tikilidə yaşayırlar. Apellyasiya baxışı zamanı müəyyən olundu ki, Sabunçu rayon Məhkəməsinin 2-118 2003 saylı xx.xx.2003-cü il tarixli məhkəmə qətnaməsi ilə 3-cü şəxs X3 ailə üzvləri ilə birlikdə Bakı şəhəri, Bakıxanov qəsəbəsi, Ramiz Qəmbərov küçəsi, 46A evə pasport qeydiyyatına alınması qət edilmişdir. Hazırki işdə üçüncü şəxslər X9 məhkəmə qətnaməsi ilə mübahisəli ünvana pasport qeydiyyatına alınan, həmin iş üzrə iddiaçı olan şəxs, X10 onun oğlu, X5 isə onun həyat yoldaşıdır. Bununla da müəyyən olunur ki, 3-cü şəxslər adı çəkilən və iddiaçının xüsusi mülkiyyətində olan evin eyni ünvan göstəricisi altında olan özbaşına tikiliyə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi əsasında pasport qeydiyyatına düşmüşlər. Odur ki, iddiaçının qeydiyyatdan çıxarılmasını tələb etdiyi 3-cü şəxslər onun mülkiyyətində olan evdə deyil, eyni ünvan üzrə başqa evdə qeydiyyatda olsalar da, həmin evin də iddiaçının mülkiyyətində olan evin eyni ünvan göstəricisi altında olması faktı həmin şəxslərin qeyd olunan ünvandan qeydiyyatdan çıxarılmasını hazırki vəziyyətdə istisna edir. Məhkəmə kollegiyası onu da nəzərə alır ki, bu iş üzrə iddiaçının tələbinin təmin olunması Sabunçu rayon Məhkəməsinin 2-118 2003 saylı xx.xx.2003-cü il tarixli məhkəmə qətnaməsi ilə ziddiyyət təşkil edib, iş üzrə üçüncü şəxslərin hüquqlarının pozulması ilə nəticələnə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, sadalanan maddi hüquq normaları baxımından iddiaçının irəli sürdüyü iddia tələbi üzrə hüquqi dəyərləndirmə birinci instansiya məhkəməsi tərəfindən inzibati prosessual qanunvericiliyin tələbləri pozulmaqla aparılmışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Hazırki işdə cavabdehin imtinası qanuni olub, iddiaçının hüquqlarının pozulmasına səbəb olmadığı üçün bu hal cavabdeh inzibati orqanın üzərinə iddiaçının tələb etdiyi inzibati aktın qəbul edilməsi barədə öhdəliyin qoyulmasını istisna edir. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının iddia tələbini bu qərarın əsaslandırıcı hissəsində göstərilən məsələləri yoxlamadan təmin etməkdə düzgün nəticəyə gəlməmişdir. Qeyd olunanlarla bağlı 3-cü şəxslərin apelyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11677/2022 saylı 17 oktyabr 2022-ci il tarixli qərarı ləğv edilməli və iddia təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 87, 90 və 94cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: 3-cü şəxslər X9, X10 və X5 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11677/2022 saylı 17 oktyabr 2022-ci il tarixli qərarı ləğv edilsin. İddia təmin edilməsin. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Aytən Oruczadə Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar